
ERMƏNİSTAN: YARIŞ BAŞLAYIR
Artıq koçaryanın iki mümkün varisi müəyyənləşib
Müəllif: NURANİ Bakı
Ermənistanın daxili-siyasi həyatında nəzərəçarpajaq janlanma var. 2007-ji ilin yazında burada parlament seçkiləri keçiriləjək və bu tədbir artıq indidən prezident seçkisinin "əsas məşqi" kimi qiymətləndirilir. Bu isə seçkilər ətrafındakı siyasi gərginliyi daha da artırır. Çünki Robert Koçaryan iki prezidentlik müddətini başa vurur və onun varisi kimi öz adını eşitmək istəyənlər çoxdur.
Buna baxmayaraq, KİV-lər siyasi partiyaların fəaliyyətinə çox az yer ayırır və bu fəaliyyəti həvəssiz müzakirə edir. Baxmayaraq ki ölkədə artıq prezidentlik uğrunda yarış başlayıb. Daha dəqiq desək, hakim partiyadan prezidentliyə mümkün namizədlərin reklamına başlanılıb.
Məsələn, Ermənistan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Qarnik İsaqulyan kifayət qədər maraqlı bəyanatla çıxış edib. Onun sözlərinə görə, ölkənin siyasi arenasında sağlam rəqabətin olmaması səbəbindən, artıq indidən qarşıdan gələn parlament seçkilərinin nətijəsi məlumdur. İsaqulyan əmindir ki, Ermənistanın bir çox siyasi qüvvələri hələ də siyasi müxalifətin, dialoqun və disputun konkret siyasi məsələlərin həllinə yönəlməli olduğunu anlamayıb və hələ də konkret şəxsin ünvanına tənqid və söyüşlər yağdırmaqla məşğuldur. Onun fikrinjə, məhz bu səbəbdən də ölkə parlamentinə yalnız ölkənin inkişafına dair dəqiq proqramı olan, əyalətlərdə xalqla fəal görüşlər keçirən, öz vaxtını lazımsız şəxsi intriqalara sərf etməyən qüvvələr düşəjək. Məğlub olanlar isə "yenə də seçkinin qeyri-legitimliyi haqda nəğmələr qoşmağa başlayaraq, özlərinin fəaliyyətsizliklərinə və bajarıqsızlıqlarına haqq qazandırmağa çalışajaqlar".
Həqiqətən də nəzərə alsaq ki, Ermənistanın əhalisi iki milyon nəfərə güjlə çatır və ölkədə yüzdən artıq partiya var, bu partiyaların "deyişməsi"nin potensial seçijilərdə yalnız ikrah hissi doğurduğu şübhəsizdir. "Ədalət" və "Orinats Yerkir" kimi iri seçki bloklarının formalaşdırılması, Ermənistanın siyasi meydanının qaydaya salınajağına ümid yaratmışdı. Amma artıq ölkə partiyalar arasında "boşanma", parçalanma hallarının yeni dalğası ilə üzləşib ki, burada da diqqət mərkəzində proqramlar deyil, şəxsiyyətlərdir.
Bununla yanaşı, bir məqam da aydındır ki, Ermənistanda çoxları "şüar böhranı"nın yarandığını düşünür. Ermənistanın partiya strukturu əksər postsovet ölkələrində olduğu kimi, sovet sisteminin demontacı, "demokratikləşmə", "azadlıq" şüarlarının sədaları altında formalaşıb. Üstəlik, "Qarabağ hərəkatı", daha dəqiq desək, Azərbayjana qarşı təjavüz də bu prosesdə əsas rollardan birini oynayıb. Bu gün artıq Ermənistan müstəqillik əldə edib, Dağlıq Qarabağ münaqişəsi isə elə bir mərhələyə gəlib çıxıb ki, burada siyasi partiyıaların rolu minimuma enib. Belə bir vəziyyətdə, jəmiyyətin diqqət mərkəzində qalmaq, elektoratın marağını itirməmək üçün partiyalar qarşılarına digər məqsədlər - vergilərin azaldılması, iqtisadi proqramlar və s. qoymalıdır.
Bunun üçün isə çox az şey tələb olunurdu - ölkənin iqtisadi həyatında janlanma, orada "yeni ijtimai münasibətlər"in formalaşdırılması, jəmiyyətdə yeni strukturun əmələ gəlməsi. Bütün bunlar Ermənistanda artıq baş vermişdi: Ermənistanın aqressiv siyasəti üzündən onun Azərbayjan və Türkiyə ilə sərhədləri bağlıdır, ölkə regional infrastruktur layihələrindən kənarda qalır, Ermənistanın özünün investisiya jəlbedijiliyi isə çox aşağı səviyyədədir. Burada hər şey Sovet İttifaqının dağılmasından sonrakı ilk illərdə olduğu kimi qalıb. Bu dövr ərzidə ölkədə yalnız Metsamor AES və İran benzini peyda olub. Ən gəlirli sahə isə yenə də Ermənistanın konyak zavodu və "Ermənistan" mehmanxanasıdır.
Serc Sarkisyanın qambiti
İsaqulyanın digər maraqlı bəyanatı varis məsələsi haqda olub. O, hesab edir ki, Robert Koçaryanın səlahiyyət müddəti başa çatdığından, onun ən layiqli varisi hazırkı müdafiə naziri Serc Sarkisyan ola bilər. İsaqulyanın fikrinjə, məhz Sarkisyan prezidentlik üçün "daha çox hazırdır".
Yeri gəlmişkən, Yerevan mətbuatı artıq çoxdandır ki, Sarkisyanın planlı təbliğatını aparır. Bu təbliğatda onun Qarabağda ən amansız səhra komandirlərindən olması, 70-ji illərdə keçmiş SSRİ-nin xüsusi xidmət orqanları ilə uğurlu əməkdaşlıq etməsi, hətta 1977-ji ildə Moskvanın "Krasnopresnenskaya" stansiyasında partlayış törədən terrorçu qrupun rəhbəri Stepan Zatikyanla bir kamerada saxlanılaraq, onun təhlükəsizlik orqanları üçün məlumat toplaması qabardılmır. Sarkisyanın xariji səfərləri xüsusi işıqlandırılaraq belə bir fikir yaratmağa çalışılır ki, guya müdafiə naziri həm Moskva, həm Vaşinqton, həm də Brüssel tərəfindən jiddi dəstəyə malikdir...
Bununla yanaşı, digər məqam "kadr arxası"nda qalır. Serc Sarkisyan da Robert Koçaryan kimi, 1998-ji ildən Ermənistan hakimiyyətində jiddi şəkildə möhkəmlənən "Qarabağ klanı"nın üzvüdür. Onun prezident seçilməsi, hakim klana ölkəyə təsir dairəsini əldə saxlamağa imkan yaradardı.
Oskanyan Sarkisyana qarşı
Seçkiqabağı yarışda, daha dəqiq, namizədlərin təbliğat prosesində, vaxt amili əsas əhəmiyyət kəsb edən amildir. Bu prosesin başlanğıjı gejikərsə, nətijə də ürəkaçan olmayajaq. Amma digər tərəfdən, vaxtından tez start götürmək də jiddi səhvlərə gətirib çıxara bilər. Ola bilər ki, prezident seçkisində mübarizə aparmaq fikrində olan hazırkı xariji işlər naziri Vardan Oskanyan da məhz bu amili əsas götürür. "Aykakan Jamanak" qəzetinə müsahibəsində nazir bildirib ki, o, prezident seçkisi önjəsi xariji işlər naziri postundan ayrılmaq fikrindədir. "Mən hələ xariji işlər naziri kimi fəaliyyətimi başa vurduqdan sonra, nə ilə məşğul olajağımı qətiləşdirməmişəm. Amma bir məsələ dəqiqdir ki, özüm və uşaqlarımın yaşadığı Ermənistanı normal ölkə kimi görmək istəyirəm", - deyə Oskanyan qeyd edib. Bunun ardınja o, maraqlı bir fikri də ortaya atıb: guya öz vəzifəsinə uyğun olaraq, indiyədək yalnız xariji məsələlərlə məşğul olub, indi isə "qarşıdan seçkilər gəldiyinə görə, daxili siyasətdəki problemlər haqda danışmağın vaxtı yetişib".
Formal olaraq, əlbəttə ki, Vardan Oskanyanın "Aykakan Jamanax" qəzetinə müsahibəsinə, prezidentliyə namizədliyinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına mürajiət kimi yanaşılmamalıdır. Amma digər tərəfdən, mətbuat səhifəsində bu haqda açıq danışmaq da olmur.
Aydındır ki, Oskanyanın arxalandığı qüvvə və ya şəxs var. Yeri gəlmişkən, Vardan Oskanyan 1955-ji ildə Suriyada dünyaya gəlib. 1979-ju ildə Yerevan Politexnik Universitetini bitirib. 1984-86-jı illərdə Taftsk Universitetində (Boston, ABŞ) təhsil alıb, daha sonra təhsilini Harvard Universitetində davam etdirib. 1988-91-ji illərdə Fletçersk Hüquq və Diplomatiya Məktəbində (ABŞ) oxuyub. Daha sonra Ermənistan XİN-in şöbələrindən birinə rəhbərlik edən Oskanyan 1997-ji ildən 1998-ji ilin aprelinədək Ermənistan xariji işlər nazirinin birinji müavini kimi çalışıb və 1998-ji ildə xariji işlər naziri təyin olunub. Onun "qeyri-sovet mənşəli" olması, xariji diasporun dəstəyini qazanmaq üçün əlavə şans yaradır. Ermənistanda isə xariji diasporun təsir imkanları, məlum olduğu kimi, kifayət qədər çoxdur. Bütün bunlardan əlavə, Serc Sarkisyanla müqayisədə, V.Oskanyan prezidentlik üçün daha uğurlu namizəd kimi görünür.
Ermənistan Rusiyaya qarşı?
Müşahidəçilər hesab edirlər ki, Ermənistanda seçkiqabağı yarışa ölkə daxilində hazırda mövjud olan antirusiya meyllərinin təsir göstərəjəyi də istisna deyil. Qeyd edək ki, ölkə daxilində belə əhval-ruhiyyə, əsasən, son zamanlar - Rusiyada etnik ermənilərin qətlə yetirilməsi hallarının bir-birini əvəzləməsi ilə əlaqədardır.
Elə noyabrın ortalarında daha bir analoci hadisə baş verib. Moskva vilayətinin Puşkin rayonunun İvanteyevka dəmir yol platformasında 15 yaşlı erməni Narek Koçaryan qətlə yetirilib. "Qətlə yetirilmiş şəxsin yanında üzərində kəllə və sümük şəkilləri olan şərf tapılıb ki, bu da gənjə hüjum edən şəxslərin faşist qruplarından olduğunu göstərir", - deyə Rusiya erməniləri şurasının rəsmi saytında yerləşdirilmiş xəbərdə qeyd olunur.
Buna baxmayaraq, baş verən hadisə ilə bağlı açılmış jinayətdə, olay qətl hadisəsi kimi göstərilməyib - hüquq-mühafizə orqanları Rusiya Jinayət Məjəlləsinin 111-ji maddəsinin 4-jü hissəsi ilə jinayət işi qaldırıb ki, bu da "ehtiyatsızlıq ujbatından ölümlə nətijələnən, ağır bədən xəsarətlərinin yetirilməsi"ni nəzərdə tutur. Rusiya erməniləri şurası işin məhz bu maddə ilə qaldırılmasını jiddi narazılıqla qarşılayıb: "Asayiş keşikçiləri hesab edirlər ki, qətl "ehtiyatsızlıq" üzündən baş verib. Lakin həmin gənj baş hissəsindən çoxlu təpik zərbələri alıb, onu boğublar, bir neçə bıçaq zərbəsi endiriblər. Buna baxmayaraq, hüquq-mühafizə orqanları milli zəmində nifrətdən danışmaq istəmir. Bu jür hadisələrin sayının getdikjə artması, məhz belə münasibətin nətijəsi deyilmi?".
MİR teleşirkətinin son xəbəri gərginliyi bir qədər də artırıb. Proqramda Moskva metropoliteninin keçmiş mühafizəçisi Boris Surovun yiyəsiz iti döyməsi ilə bağlı məhkəmə prosesi detallarına kimi göstərilsə də, erməni gənjin qətlinə dair heç bir xəbər verilmədi.
Ermənistanın baş naziri Andranik Marqaryan curnalistlərə bildirib ki, Yerevan baş vermiş hadisənin araşdırılmasını yaxından izləyəjək və Rusiyada öz vətəndaşlarının qətlə yetirilməsinə ümumi qəbul edilmiş qaydada yanaşajaq. "Bizim xariji siyasət idarəmiz Rusiya XİN-ə mürajiət edəjək və faktın ədalətli araşdırılması üçün işlə müntəzəm şəkildə məşğul olajaq", - deyə "Newsarmenia.ru"nun məlumatına görə, hökumət başçısı qeyd edib.
Yerevanın əksər ziyalıları, həmçinin, ultramilli dairələrə məxsus olanlar artıq Rusiya əleyhinə kifayət qədər sərt bəyanatlarla çıxış etməyə başlayıblar. Ermənistan Yazıçılar Birliyinin rəhbəri Levon Ananyan deyib: "Bu gün ermənilər yalnız Rusiyada və Azərbayjanda öldürülür". Jəbhə xətti istisna olmaqla, bu gün Azərbayjanda ermənilərin harada qətlə yetirildiyini dəqiqləşdirməyən "baş yazıçı" qeyd edib ki, Rusiya jəmiyyəti kökü ötən əsrin 60-jı illərinə gedib-çıxan ksenofobiyadan əziyyət çəkir. Daha sonra o, Ermənistanın Moskvadakı səfirliyini fəaliyyətsizlikdə günahlandırıb. Bunun da ardınja Ananyan fəaliyyət planını açıqlayıb. Yazıçılar Birliyinin rəhbərinin fikrinjə, növbəti erməninin qətlə yetirilməsindən sonra, emosional bəyanatların səsləndirilməsindən konkret fəaliyyətə keçilməli, konkret olaraq Rusiyada Ermənistan ilinin keçirilməsindən imtina edilməlidir.
Əlbəttə ki, özünün radikallığı ilə məşhur olan Ermənistan yazıçılar birliyinin bəyanatları hələ Yerevanın Rusiya ilə bağlı tam siyasətinin göstərijisi sayıla bilməz. Amma bu gün Ermənistanda rusiyameylli və qərbmeylli əhalinin nisbəti də dəyişməkdədir. Artıq bu gün Ermənistanda bu ölkənin Qarabağdakı hərbi uğurlarında Rusiyanın güjündən istifadə edildiyi, Rusiya hərbçilərinin həmin müharibədə birbaşa iştirakı haqda faktlar o qədər də yada salınmır. Lakin digər bir məqam ortadadır: Rusiyaya güvənilməsi Ermənistana, xüsusilə qərbmeylli qonşuları ilə müqayisədə, gözlənilən iqtisadi dividendləri gətirmədi. Təbii qazın qiymətinin artırılması, "Qazprom"un İran - Ermənistan qaz kəmərini alması, xariji borjların ödənilməsi üçün Rusiyaya verilən Ermənistan zavodlarının hələ də işləməyə başlamaması Moskvanın, ən azı, nüfuzunun artmasına xidmət etmir.
Əlbəttə ki, hazırkı situasiyada Ermənistan "Qərbə tərəf dönüşə", təbii ki, hazır deyil. Bunun üçün, ən azı, Azərbayjan və Türkiyə ilə münasibətlərin normallaşması lazımdır. Amma seçkiqabağı şüarlar üçün antirusiya ritorikası mütləq lazım gələjək.
Oyun qaydaları haqda
Bütün bunlarla yanaşı, vajib olan başqa məsələ də var: Ermənistanda daxili-siyasi proseslər hansı qaydalarla inkişaf edəjək? Məsələ yalnız seçkilərin saxtalaşdırıla biləjəyində deyil. Amma xatırladaq ki, hər halda, Koçaryanın təkrar prezident seçilməsindən sonra, ölkənin müxalifətçi "Aravot" partiyası bu haqda kifayət qədər açıq şəkildə bəyanat vermişdi: "1993-jü ildə Ambarsum Qalsyan Yerevanın şəhər soveti rəhbəri postundan gedərkən maraqlı fikir səsləndirmişdi və bu fikir belə idi: "Mən hakimiyyətə kommunistlərin və ya daşnaksütunçuların gələjəyindən narahat deyiləm. Problem hakimiyyətə xuliqanların gəlməsindədir". "Aravot"un fikrinjə, Köçəryan dövlət başçısı postuna yenidən yiyələnməkdə "qətiyyən onu seçməyən, partiyasını dəstəkləməyən xalqa borjlu deyil. Köçəryan, həmçinin, saxtakarlığın baş tutmasında böyük rol oynayan güj strukturlarına da borjlu deyil. O, təkrar prezident olduğuna görə, məhz xuliqanlara borjludur".
Həqiqətən də mətbuatda qeyd olunduğu kimi, hələ seçkinin birinji turundan sonra, Ermənistan müxalifətçiləri və hüquq müdafiəçiləri həyəjan təbili çalırdı: ölkədə seçkinin saxtalaşdırılmasında əsas "çirkin iş"in görülməsini kriminal "avtoritet"lər öz üzərinə götürüb və məsələ, hətta açıq hədələrədək gedib çıxıb. Seçkinin saxtalaşdırılmasında ən populyar vasitə isə "karusel" üsulu oldu: seçki məntəqəsinin girişində seçijiyə "lazımi namizəd"in xeyrinə artıq səs verilmiş bülleten verilirdi. Əvəzində, seçiji boş bülleteni məntəqədən çıxarmalı idi. Əlbəttə ki, həmin seçiji problemlə üzləşmək istəmirdisə...
Amma bütün bunlar heç də o demək deyil ki, "xuliqanlar"ı Ermənistandakı siyasi proseslərin aparıjı hərəkatına çevirən məhz 2003-jü ilin prezident seçkisidir. Vəziyyətin bu yerə gəlib-çıxmasında Ermənistanda beynəlxalq terrorçu təşkilatın mövjudluğu böyük təsir göstərib. Yerli siyasətə öz metodlarını gətirən həmin Ambarsum Qalsyan istefasından dərhal sonra qətlə yetirildi və bununla da ölkədə silsilə siyasi qətllər ənənəsinin əsası qoyuldu. Təxminən, 90-jı illərin ikinji yarısından son-ra curnalistlər "DQR", "Dnestryanı Respublika", "Abxaziya Respublikası", "İçkeriya-Çeçen Respublikası" və digər tanınmamış respublikalarda həyatın tamamilə kriminallaşdığını yazmağa başladı. Onların qeyri-leqal statusu investisiyaların axınına və iqtisadiyyatın normal inkişafına imkan vermirdi ki, nətijədə, büdjə, ya Çeçenistan və Qarabağda olduğu kimi, xariji yardımlar və ya qeyri-leqal bizneslə dolur, ya da demək olar ki, Rusiyanın bütün kriminal aləmini silahla təmin edən Dnestryanı Respublikanın etdiyi kimi, ümid bu tip əməllərə qalırdı. Belə şərtlər fonunda iqtisadi əmin-amanlığın yeganə yolu hakimiyyətə yaxınlıq idi. Hərbi vəziyyət şəraitində siyasi problemlər isə birmənalı olaraq terrorçuluq vasitəsilə çözülürdü. Dağlıq Qarabağda da başqa jür ola bilməzdi. 1997-1998-ji illərin qışından etibarən, Ermənistan hakimiyyəti tamamilə "Qarabağ klanı"nın əlinə keçdi. Burada da normal siyasi münasibətlər yox idi. Ortada yalnız öz "piroq"unu əldə etmiş hakimiyyət və bu bölgüdə "pay"sız qalan qüvvələr qaldı. Bu gün də vəziyyət dəyişməyib. Belə bir situasiyada isə yalnız sərt metodlardan istifadə edənlər qalib gəlirlər. Deməli, belə oyun qaydasında üstünlük, təbii ki, "ağ əljək" geyinməyə vərdiş etməyən Sarkisyanın tərəfində olajaq.
MƏSLƏHƏT GÖR: