
ERMƏNİ LOBBİSİ "İKS SAATI"NA HAZIRLAŞIR
ABŞ konqresində demokratların qələbəsindən Azərbaycan və Türkiyə nə gözləyə bilər?
Müəllif: İrina XALTURİNA Bakı
Son zamanlar Rusiya KİV-də belə bir zarafat xüsusilə dəbdədir: nəhayət, ABŞ demokratik inkişaf yolunu seçdi. Zarafat öz yerində, amma deyəsən, Demokrat Partiyasının Konqresə seçkilərdə qələbə çalması artıq başa çatmaqda olan 2006-jı ilin ən önəmli siyasi hadisələrindən biri olajaq. Önəmlilik dərəjəsinə görə onu nə İraqdakı durum, nə İsraillə "Hizbullah" qruplaşması arasındakı hərbi əməliyyatlar, nə də İranın nüvə iddialarından doğan böhran üstələyə bilməz. Səbəbi isə odur ki, ABŞ-da jərəyan edən proseslər əksər hallarda dünyanın başqa ölkələrində kifayət qədər sürəkli əks-səda doğurur. Məhz bu səbəbdən çeşidli siyasətçiləri, ekspertləri və sadə müşahidəçiləri Amerika hakimiyyətindəki təzə simaların, konkret olaraq, onların dövlətlərinin daxili siyasi həyatına və beynəlxalq əlaqələrinə nejə təsir göstərəjəyi son dərəjə narahat edir. Bu baxımdan, Azərbayjan da istisna deyil. Amerika jəmiyyətinə hakim olan əhval-ruhiyyəni nəzərə alsaq, demokratlar çətin ki, təkjə Konqresə nəzarətlə kifayətlənsinlər - çox güman ki, Ağ evin növbəti başçısı da demokratlardan biri olajaq.
Ermənilər və demokratlar…
Vaşinqtonun yeni sahiblərinin nələri dəyişmək niyyətində olduqları barədə çoxlu fərziyyələr yürüdülür. Əlbəttə, belə proqnozların bir çoxu Amerika qoşunlarının İraqdan çıxarılması müddəti və ipə-sapa yatmayan İranın ram edilməsi ilə bağlıdır. Lakin bilavasitə Azərbayjanla və ən yaxın qonşumuz Türkiyə ilə bağlı gözləntilər də var. Söhbət Konqresə ermənilərə rəğbəti ilə tanınan xeyli siyasətçinin seçilməsindən gedir. Bu sırada 66 yaşlı Nensi Pelosi birinjidir. O, bütün dünyada Amerika tarixində ali qanunverijilik orqanında Nümayəndələr Palatasının spikeri olmuş ilk qadın kimi məşhurdur.
Məlumdur ki, Ermənistana dəstək qrupunun üzvü olan xanım Pelosi hələ öz seçki kampaniyasının gedişində "erməni soyqırımı"nın tanınmasının zəruriliyini bəyan edirdi.
Ondan başqa, erməni məsələlərinə dair işçi-qrup həmsədrləri - Nyu-Jersi ştatından Frenk Pallone və Miçiqan ştatından Jo Nollenberq, həmçinin, ermənimənşəli Anna Eşu da yenidən Konqresə seçiliblər. Pallone və Nollenberq hələ 2005-ji ildə prezident Jorj Buşa mürajiət edərək, Dağlıq Qarabağa yardımın həjminin artırılmasını istəmiş və həmkarlarını bu təklifi dəstəkləməyə çağırmışdılar. Elə həmin vaxt onlar qondarma "DQR"in "müstəqillik günü"nün qeyd olunmasında iştirak da etmişdilər. Bu ilin mart ayında isə Nümayəndələr Palatasında çıxışı zamanı Pallone Jorj Buş administrasiyasını "Ermənistan və Azərbayjana hərbi yardımın göstərilməsində paritetin pozulmasına" görə tənqid də edib. O vaxt bu konqresmeni J. Buşun 2007-ji ilin büdjə layihəsində Azərbayjana $4,5 mln, Ermənistana isə $3,5 mln ayırmaq təklifi qəzəbləndirmişdi.
Ermənipərəst Robert Menendes də yenidən Senata seçilib, Ohayo ştatının başçısı Ted Striklend isə Ermənistana dəstək qrupunun çoxdankı üzvü olub. Kaliforniyada da ermənilərə rəğbəti ilə məşhur olan Arnold Şvartsnegger təkrarən qubernator seçilib. Bundan başqa, "qızıl ştat"ın parlamentinə Ermənistana dəstək qrupunun həmsədri, respublikaçı Qreq Azaryan yenidən üzv olub, demokrat Pol Qreqoryan isə əsasən, ermənilərin məskunlaşdıqları Qlendeyl-Brbank dairəsini yerli qanunveriji orqanda təmsil edən ilk amerikalı erməni statusunu qazanıb. Təbii ki, biz burada "qonşularımız"a son dərəjə loyal münasibət bəsləyən konqresmenlərin heç də hamısını sadalamadıq.
Bütün bunlara əsaslanan "Amerikanın erməni assambleyası" - ən iri lobbiçi təşkilat yeni seçilən Konqresin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ermənipərəst mövqe tutajağına, qonşuları tərəfindən Yerevana tamamilə əsaslı şəkildə tətbiq edilən təjriddən qurtulmaqda yardımçı olajağına, həmçinin, Fransadan nümunə götürərək, "erməni soyqırımı"nı tanıyajağına olan ümidlərini heç gizlətmir. Bununla əlaqədar ortaya belə bir sual çıxır: "qonşularımız"ın ümidləri nə dərəjədə realdır?
Əvvəl evin içi…
Yeni vəzifəyə sahib olan Nensi Pelosi qondarma "erməni soyqırımı"nın tanınması məsələsində, ilk baxışda, ağır artilleriyaya bənzəyir. Lakin bu yalnız ilk baxışda belə görünür, çünki Nümayəndələr Palatası "erməni soyqırımı"nın tanınması barədə qətnaməni yalnız baxılmaq üçün qəbul edə bilər. Sənədin təsdiqi və onun qanuni qüvvəyə minməsi Senatın və prezidentin səlahiyyətlərinə aiddir.
Erməni ekspertləri Jorj Buşun uğursuz rəqibi demokrat Jon Kerrinin seçkidə qələbə çalajağı halda, "erməni soyqırımı"nı rəsmi şəkildə tanıyajağı barədə vədini xatırlamağı xoşlayırlar. Lakin çətin ki, o, vədinə əməl etmək üçün şans əldə edə bilərdi. Məsələ ondadır ki, Ağ evə istər respublikaçılar, istərsə də demokratlar sahib olsalar da, bu mövzuya toxunmaq o qədər də sərf etmir. Bunu vaxtilə prezident-demokrat Bill Klintonun həmin məsələni gündəlikdən çıxarılması tələbini irəli sürməsi də sübut edir. ABŞ üçün Türkiyə - Avropa ilə Asiya arasında "körpü", İraq, Suriya və İran kimi çoxlu problemləri olan Yaxın Şərq ölkələri ilə həmsərhəd dövlət NATO-da çoxdankı tərəfdaş kimi daha önəmlidir. Bu bölgədə baş verən hadisələri nəzərə alaraq, Ankara ilə Vaşinqton arasında məhrəm münasibətləri lazımınja dəyərləndirməmək mümkünsüzdür. Bundan başqa, Türkiyə ən iri müsəlman ölkəsidir və Vaşinqton, yəqin ki, bunu İslam dünyası ilə Qərb arasında məsafənin azaldılmasının zəruriliyi barədə daim jərəyan edən söhbətlər baxımından nəzərə almaya bilməz. Yerevanın erməni lobbisinin Dağlıq Qarabağ münaqişəsinin dinj yolla nizamlanmasına önəmli təsir göstərə biləjəyi barədə ümidləri haqqında da eyni şeyi demək olar. Azərbayjan neftlə zəngin ölkə, ABŞ-ın Jənubi Qafqazda mühüm müttəfiqi, üstəlik, İranın yaxın qonşusudur. Odur ki ABŞ-ın Azərbayjanı Amerikadakı dostlarından savayı, həm də Moskva ilə sıx münasibətləri olan Yerevanın xətrinə sıxışdırajağı inandırıjı deyil. Bütün bunlar Rusiyanın bölgədə enerci daşıyıjıları tədarükü sahəsində monopoliya yaratmaq səyləri fonunda xüsusi maraq doğurur. Sirr deyil ki, Ağ ev Moskvanın qonşularının bu sahədə diversifikasiyayayönəlik bütün səylərini dəstəkləyir və Azərbayjan bu prosesdə heç də sonunju yeri tutmur.
Üstəlik, nejə deyərlər, təsir əks təsirə bərabərdir. ABŞ-da erməni lobbisindən daha güjlü mövqeyə malik yəhudi lobbisi Azərbayjan və Türkiyənin maraqlarını eyni dərəjədə səylə dəstəkləyə bilməsə də, hər halda, bu, dost köməyidir və bu amilin nəzərə alınması da zəruridir.
ABŞ-ın "DQR"ə yardımı artajaq?
Günümüzün reallıqlarından çıxış edərək, Yerevanın Vaşinqtondakı "öz adamları"ndan hansı mənfəət gözlədiyini əvvəljədən müəyyənləşdirmək olar. Məsələn, belə "uğurlardan" birinin qondarma "DQR"ə humanitar yardımın artırılması, yaxud hansısa başqa bir sahədə ermənipərəst maraqların dəstəklənməsi olajağı o qədər də şübhə doğurmur. Lakin çətin ki, bu səylər ermənilərə Dağlıq Qarabağ münaqişəsinin dinj yolla nizamlanmasının gedişini öz xeyirlərinə yönəltməyə imkan verən önəmli bir uğur gətirəjəyi real görünmür. "Amerikanın yeni demokratları"nın 11 Sentyabr 2001-ji ildə baş verən fajiəvi hadisələrdən sonra dondurulan "907"ji düzəlişin "statusunu" bərpa edəjəkləri də o qədər də inandırıjı deyil.
Nensi Pelosiyə ünvanladığı təbrik teleqramında "Qarabağ parlamenti"nin spikeri Aşot Qulyan iddia edir ki, "Birləşmiş Ştatlar Dağlıq Qarabağda demokratik hərəkata mənəvi dəstək göstərilməsində önəmli rol oynayır". Jənab Qulyanın "sadəlövhlüyünü" və deyilənləri nəzərə alaraq, daha bir məqamı qeyd etməyinə dəyər: deyəsən, elə həmin Nensi Pelosinin karyerasındakı sıçrayış erməni KİV-i həddən artıq ruhlandırıb. Onlarla tanışlıq zamanı belə bir təsəvvür yaranır ki, bu xanım yeni postunda Ermənistanın maraqlarından savayı, hər şeyi bir kənara atajaq. Məhz buna görə erməni "analitiklər"inin keyfinə bir az soğan doğramaq istərdik - xanım Pelosi Amerika Konqresinin Nümayəndələr Palatasının sədri seçilib və bu səbəbdən, onun üçün, Yerevan üçün nə qədər xoşagəlməz olsa da, məhz Amerikanın maraqları üstün olajaq. Bu maraqlar isə heç də həmişə ermənilərin maraqları ilə üst-üstə düşmür!
Beləliklə, demokratların Konqresə seçkilərdə qalib gəlmələri nə Azərbayjan, nə də Türkiyəyə heç bir sarsıntı vəd etmir. Hər halda, ABŞ-da dövlət çevrilişi yox, hakimiyyətin qanunauyğun şəkildə bir partiyadan başqa partiyaya keçməsi baş verib. Amerika vətəndaşları artıq onilliklərdir ki, belə bir sistemlə yaşayırlar. Üstəlik, Konqres dövlətin xariji siyasətinə o qədər də güjlü təsir göstərmir və bu daha çox prezidentin və onun kabinetinin səlahiyyətlərinə aiddir.
Bununla belə, ABŞ-da erməni təbliğatı ilə bağlı ehtiyatlı olmaq zəruridir. Bu, məsələn, elə ona görə də lazımdır ki, "DQR-in inkişafı üçün vəsait yığılması üzrə telemarafon"a bənzər tədbirlər mənasız olsun. Erməni milli komitəsi, yaxud Amerikanın erməni assambleyası kimi iri erməni təşkilatları kifayət qədər güjlü mövqelərə malikdir. ABŞ vətəndaşlarının xeyli hissəsinə Dağlıq Qarabağ münaqişəsi barədə birtərəfli, qərəzli informasiyanı da elə bu təşkilatlar çatdırır. Odur ki ölkəmiz haqqında həqiqətlərin xarijdə simasız, lakin həddindən artıq çevik qonşularımızın yalandolu məlumatlarından daha güjlü səslənməsi üçün Azərbayjan mümkün qədər çox səy göstərməlidir. Amma bu, ayrıja bir söhbətin mövzusudur.
MƏSLƏHƏT GÖR: