
ANTALYA SAMMİTİ
Beynəlxalq arenada türk mövqeləri möhkəmlənir
Müəllif: Zərifə BABAYEVA Bakı
Güj birlikdədir. Türk dövlətləri liderlərinin noyabrın 17-də Antalyada keçirilən sammitində məhz bu tezis əsas götürülüb. Xatırladaq ki, ilk belə tədbir hələ 1992-ji ildə Türkiyənin ozamankı prezidenti, türk dövlətlərinin iqtisadi şurasının yaradılması təklifi ilə çıxış edən Turqut Özalın təşəbbüsü ilə Ankarada keçirilmişdi. Lakin bu ideyanın növbəti tədbirlərdə reallaşdırılması jəhdləri uğurla nətijələnməyib.
Türklər Türkiyəyə qarşı...
Belə çıxır ki, müstəqil Türkdilli Dövlətlər Birliyində (TDB) yalnız Azərbayjan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunmaq istəyir. Belə ki, türkdilli dövlətlərin sonunju - 8-ji sammitində yalnız İlham Əliyev, Əhməd Necdət Sezər, Nursultan Nazarbayev və Kurmanbek Bakiyev iştirak ediblər.
Toplantı ilə bağlı Türkiyə Xariji İşlər Nazirliyinin (XİN) bəyanatında bildirildiyi kimi, "Görüşdə məqsəd bu ölkələrin iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə nail olmaqdır". Lakin müşahidəçilər hesab edirlər ki, rəsmi Ankara üçün sammit iqtisadidən daha çox siyasi əhəmiyyət daşıyırdı. Onların fikrinjə, məhz Türkiyənin Baş naziri Rəjəb Tayyip Ərdoğanın 2006-jı il sentyabrın 18-də Antalyada keçirilən türkdilli dövlətlər və xalqların 10-ju qurultayında TDB-nin yaradılması təşəbbüsü ilə çıxış etdiyini xatırlamaq kifayətdir. Hökumət başçısı həmin çıxışında tədbir iştirakçılarını xariji siyasət elementini əsas tutaraq, türk əməkdaşlığını inkişaf etməyə çağırmışdı. Ərdoğanın fikrinjə, xüsusilə türk dövlətlərinin, ijma və diasporların səylərinin birləşdirilməsi və bununla da beynəlxalq təşkilatlarda mövqelərin möhkəmləndirilməsinə nail olaraq türkdilli dövlətlərin bir-birindən təjrid jəhdlərinə qarşı layiqli müqavimət göstərmək lazımldır. Hökumət başçısı hesab edir ki, bu yolla Kipr və Dağlıq Qarabağ münaqişələrinin tezliklə həllinə, Şimali İraq və Əfqanıstandakı vəziyyətin düzəlməsinə də təsir edə bilər. "Mən Türkdilli Dövlətlər Birliyinin yaradılması təşəbbüsü ilə çıxış edirəm. Sayıram ki, bu onların iqtisadi inteqrasiyası üçün şərait yaradajaq və bu dövlətlərin beynəlxalq qurumlarda vahid mövqedən çıxış etməsinə imkan verəjək. Tarix bizə ümumi mədəni və tarixi köklərə malik ölkələrimizin səylərini birləşdirmək üçün görünməmiş imkanlar verir. Region xalqları belə imkanlara malik olduğu halda, özünə rəva görə bilməz ki, sadəjə, gözləmə mövqeyi tutsun, dünyada baş verən hadisələri kənardan müşahidə etsin... Biz ya dünya siyasətinin subekti, ya da obyekti olmalıyıq", - deyə R.T.Ərdoğan bildirib.
Türkiyəli nazir, yəqin ki, qarşıda Ankaranın ünvanına pantürkizm və islamizmlə bağlı ittihamlar səsləndiriləjəyini görərək, qurultay iştirakçılarına belə bir mürajiət də etdi: "Hazırda fransızdillilərin, ingilisdillilərin və ispandilli ölkələrin birlikləri mövjuddur. Belə olan təqdirdə, nəyə görə biz də öz birliyimizi yaratmayaq? Bizim birgə tariximizi yenidən yazmaq və onu orta məktəblərimizdə tədris etmək lazımdır". Ərdoğan türkdilli dövlətləri, ilk növbədə, Azərbayjan və Qazaxıstanı "enerci jəbhəsi"ndə də birgə çalışmağa çağırıb. Onun fikrinjə, Bakı - Tbilisi - Jeyhan və Bakı - Tbilisi - Ərzurum kimi transmilli layihələrin reallaşdırılması artıq türk dövlətləri və ijmalarının birgə fəaliyyəti üçün yaxşı əsas yaradıb.
Ekspertlər sentyabrda keçirilən qurultayda iştirak edən türkdilli dövlətlər və ijmaların mövqeyinə əsaslanaraq, belə bir qənaətə gəldilər ki, artıq TDB-nin yaradılması istiqamətində ilk addım atılıb. Yeni beynəlxalq qurumun rəsmən formalaşdırılması isə türkdilli dövlət başçılarının noyabrın 17-də keçirilən sammitində baş tutmalı idi.
Amma Türkmənistan və Özbəkistan prezidentlərinin sammitə gəlməkdən imtina etməsi göstərdi ki, MDB-nin təsiri altında olan türkdilli dövlətlərdən beşindən, ən azı, ikisi Ankaranın Mərkəzi Asiya və Zaqafqaziyaya fəal təsir etməyə jan atmasına xüsusi ruh yüksəkliyi ilə yanaşmır.
"Zaman" qəzetinin fikrinjə, Özbəkistanın dövlət başçısı İslam Kərimovun sammitə qatılmaqdan imtina etməsi (tədbirdə bu ölkəni baş nazir təmsil edirdi) iki ölkə arasında bir sıra məsələlərlə bağlı fikir ayrılıqlarının mövjudluğu haqda deyilənləri təsdiq etdi. Bundan başqa, Özbəkistanın bir müddət əvvəl KTMT və AİB-ə daxil olması Daşkəndin Ankaraya ehtiyatla yanaşmasını tam başadüşülən edir.
Saparmurad Niyazova gəlinjə, onun sammitə qatılmaması, yəqin ki, çoxlarını təəjjübləndirmədi. Son illər Türkmənistanda açıq şəkildə bəyan edirlər ki, dövlət neytrallıq kursu yeridir. Hətta MDB-nin sammitlərinə qatılmayan Niyazov isə belə qərara gəlib ki, Ankara onun iştirakı olmadan da keçinə bilər: Türkmənistan prezidentini tədbirdə bu ölkənin Türkiyədəki səfiri Nurberdi Amanmuradıov əvəzləyib.
Bütün bunlarla yanaşı, "Turtsia.Ru" saytının Türkiyənin nüfuzlu "Hurriyet" qəzetinin curnalistlərinə istinadən verdiyi məlumata görə, Antalyada keçirilən sammitdən önjə xoş olmayan epizod da yaşanıb. Belə ki, Rusiyanın Türkiyədəki səfiri Pyotr Stegnin Rusiya tərəfinin sammitdə müşahidəçi kimi iştirak etmək istədiyini Ankaraya çatdırıb. O, arqument kimi İslam Konfransı Təşkilatında dövlətlərin müşahidəçi qismində iştirakına normal yanaşıldığını göstərib. İnternet-dərginin məlumatına görə, Ankara gözlənilmədən Moskvanın istəyini rədd edib. "Türkdilli dövlət başçılarının sammiti İslam Konfransı Təşkilatının toplantısı deyil. Bizim prinsiplərimiz fərqlidir və müşahidəçiləri toplantıya dəvət etmirik", - deyə Türkiyə XİN-i səfirə javab verib. Ankaranın Moskvanı "imtinada siyasi çalarlar axtarmamağa çağıraraq, bunun sadəjə sammitin qaydası olduğunu" bildirsə də, Rusiya Türkiyəni "Mərkəzi Asiyaya soxulmağa" jəhddə qınayıb. Nətijədə, yaranmış gərginliyi aradan qaldırmaq məqsədi ilə Turkiyə XİN-in mətbuat katibi Namiq Tan xüsusi bəyanatla çıxış edərək, Ankara - Moskva münasibətlərində heç bir böhranın olmadığını və "iki ölkənin münasibətlərinin fəal və çoxtərəfli qaydada inkişaf etdiyini" bildirib.
Daha yaxın əlaqələr
Sammitə gəlinjə, tədbirin əsas mövzusu Ankaranın MDB üzvü olan türkdilli dövlətlərlə iqtisadi və siyasi baxımdan daha da yaxınlaşması olub. Antalya görüşü ərəfəsində Türkiyə XİN-in yaydığı bəyanatda bildirilirdi ki, dövlət başçıları "qardaş türkdilli xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi", həmçinin, "türkdilli dövlətlərin beynəlxalq sülh və stabilliyin bərpa olunmasında ölkələrin hər vasitə ilə sosial-iqtisadi inkişafına nail olunmasında, həmçinin, ümumilikdə Avrasiyanın inkişaf məsələsində birgə səyləri" məsələlərini müzakirə edəjəklər.
Birliyin ideyaları tamamilə mümkün görünsə də, onların reallaşdırılması yenə də jiddi maneələrlə qarşılaşır. Onlardan biri Mərkəzi Asiyada Türkiyənin birlikdə aparıjı rolu ələ almaq istəyi haqda yayılan fikirdir. Məhz bu fikirlərə görə, son 5 il ərzində türk sammitləri keçirilmirdi. Məhz buna görə Türkiyə XİN-in yüksəkvəzifəli əməkdaşları budəfəki sammit zamanı dönə-dönə Türkiyənin Birlik daxilində "böyük qardaş" roluna iddia etmədiyini vurğulayırdı. Amma eyni zamanda, belə bir ideyadan məmnunluğunu da gizlətmirdi. Onlar bildirdi ki, Birlik Türkiyənin hökmranlığını yaratmağa jəhd deyil. Bu, qardaş türk xalqları arasında çoxtərəfli formada əməkdaşlığın daha da möhkəmləndirilməsi, regionda sülh və sabitliyin güjləndirilməsi, vajib regional və beynəlxalq məsələlərdə fikir mübadiləsi aparılması və ümumi sosial, mədəni, tarixi və dil ilə bağlı irsin qorunması mexanizmidir. Lakin tədbirdə Özbəkistanın iştirakdan imtinası və Türkmənistanın sammitə jiddi münasibət göstərməməsi bu mərhələdə türk faktorunun dünya siyasətinin vajib subyektinə çevrilməsi istiqamətində jiddi addımın atılmasına imkan vermədi.
Sammitdə enerci və nəqliyyat layihələri də diqqət mərkəzində olub. Xüsusilə Xəzər bölgəsindən dünya bazarlarına enerci daşıyıjılarının nəqli məsələsi müzakirə edilib. Qeyd olunub ki, Qazaxıstanın da Bakı - Tbilisi - Jeyhan boru xəttinə qoşulmasından sonra, layihənin əhəmiyyəti daha da artıb. Həmçinin, tezliklə Bakı - Tbilisi - Ərzurum qaz kəməri işə düşəjək və o, Xəzər regionundan təbii qazın Avropaya çıxarılmasına imkan verəjək.
Sammitdəki çıxışında Azərbayjan Prezidenti İlham Əliyev Qars - Axalkalaki - Bakı dəmir yolunun inşasına da diqqət çəkib. Onun sözlərinə görə, "Türkiyəni Azərbayjan və Mərkəzi Asiya ölkələri ilə birləşdirəjək bu layihə mütləq reallaşdırılajaq". Prezident xatırladıb ki, sözügedən layihənin reallaşdırılması yüklərin Türkiyəyə, həmçinin, Avropanın şimalından Aralıq dənizinə, Rusiya və Qazaxıstandan Azərbayjan və Gürjüstandan keçməklə daşınmasına imkan yaradajaq.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə çıxışında türkdilli dövlətlərin Parlamentlərarası Assambleyasının, həmçinin, Ağsaqqallar Şurasının yaradılmasını, sonunjunun tərkibinə türk dövlətlərinin ən nüfuzlu şəxslərinin, həmçinin, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin üzv olmasını təklif edib. "Hazırda Qazaxıstanla türkdilli dövlətlər arasında həll olunmamış problem yoxdur", - deyə N.Nazarbayev qeyd edib. - "Son 15 il ərzində bizim siyasi, iqtisadi-tijari, elmi-texniki və mədəni-humanitar münasibətlərimiz strateci tərəfdaşlıq səviyyəsinə çatıb".
Sammitin yekununda birgə bəyannamə də qəbul olunub. Sənəddə xüsusilə iştirakçı dövlətlərin ikitərəfli səviyyədə münasibətləri möhkəmləndirməsi haqda qərarı əksini tapıb. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində terrorizm, separatizm, kütləvi qırğın silahlarının yayılması, mütəşəkkil jinayətkarlıq, narkotik maddələrin daşınması, silah və insan alveri kimi hallara qarşı birgə mübarizəyə qərar verib.
Bəyannamədə, həmçinin, İraq, Əfqanıstan, Fələstin və Livanda mövjud situasiyaya neqativ qiymət öz əksini tapıb. Bununla əlaqədar, sammit iştirakçıları İraqın ərazi bütövlüyünün qorunmasının, İraq türkmənlərinin əsas hüquq və azadlıqlarının qorunmasının vajibliyini qeyd ediblər. Jənubi Qafqazdakı duruma, Kipr və Dağlıq Qarabağ münaqişələrinin həllinə, türkdilli dövlətlərin bu xariji siyasət istiqamətlərində birgə səylərinə dair planın hazırlanmasına da xüsusi diqqət ayrılıb.
Sənəddə o da qeyd olunub ki, sammit iştirakçıları 2009-ju ildə Qazaxıstanın ATƏT sədrliyinə, Türkiyə, Qazaxıstan və Qırğızıstanın isə BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə namizədliklərini dəstəkləməyə hazırdır. Tərəflər Ankaranın Avropa Birliyinin tamhüquqlu üzvü olması istiqamətində əlindən gələni etməyin vajibliyini də qeyd ediblər.
Qarabağ, İrəvan xanlığı, Qazaxıstan
Azərbayjanın sammitdə bilavasitə iştirakına gəlinjə, bu tədbir çərçivəsində ölkə prezidenti İlham Əliyevin Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev ilə görüşdüyünü də qeyd etmək lazımdır. Görüşdə iki ölkə arasında münasibətlər haqda fikir mübadiləsi aparılıb.
Sammitdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Türkiyə tərəfi qeyd edib ki, bu problemin həllində daim Azərbayjanı dəstəkləyir və bundan sonra da dəstəkləyəjək. İlham Əliyev isə öz növbəsində bildirib ki, Bakı da İrəvan xanlığının əvvəllər Azərbayjanın tərkibinə daxil olduğunu bəyan edə bilər. "Amma bu gün o, başqa bir dövlətin ərazisindədir", - deyə İ.Əliyev qeyd edib. - "Biz belə tələblər səsləndirmirik. Azərbayjan tərəfi işğal olunmuş torpaqlarının sülh yolu ilə geri qaytarılmasına çalışır. Lakin zaman keçdikjə, bunun məhz dinj yolla baş verəjəyinə ümidlərimizi itiririk. BMT-nin Ermənistandan Azərbayjan torpaqlarını boşaltmağı tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu tələblərə əməl olunmur. Bu məsələ ilə bağlı Avropa Şurasının qəbul etdiyi qətnaməyə də Yerevan tərəfi əməl etmir".
Sonda əminliklə qeyd etmək olar ki, türkdilli dövlət başçılarının bu səviyyədə görüşləri onların öz xalqlarının rifahı naminə fəaliyyətlərini koordinasiya etməsində, həmçinin, öz aralarında qarşılıqlı anlaşmanın daha da yaxşılaşdırılmasında müsbət rol oynayır.
MƏSLƏHƏT GÖR: