15 Mart 2025

Şənbə, 20:00

TƏRƏFDAŞLIQDA YENİ MƏRHƏLƏ

Xarici işlər naziri Elmar Məmmədyarovun imza atdığı memorandum AzərbayCanla Avropa Birliyinin yaxınlaşmasında vaCib faktor ola bilər

Müəllif:

01.12.2006

Noyabrın 7-də Azərbayjan Prezidenti İlham Əliyevin Avropa Birliyinin (AB) mənzil-qərargahına ikigünlük səfəri çərçivəsində qurumla Azərbayjan arasında enerci sahəsində strateci tərəfdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalandı. Sənəd, şübhəsiz, həm ölkəmiz, həm də AB üçün son dərəjə böyük əhəmiyyət daşıyır. Onun imzalanması AB və Azərbayjanın, başqa sözlə desək, istehlakçı və tədarükçünün enerci sahəsində qarşılıqlı əməkdaşlığa marağını əks etdirir. Təxminən, 500 milyon istehlakçı üçün vahid daxili enerci bazarı yaradan AB üçün təjhizatın diversifikasiyası, Avropanın enerci sektorunda islahatların və enerci təhlükəsizliyinin möhkəmləndirilməsinin əsas istiqamətlərindən idi. Bu siyasətin əsasında bazarın likvidliyinin yüksəlməsi, ədalətli bazar qiymətinin formalaşması kimi iqtisadi səbəblərlə yanaşı, siyasi səbəblər də var - təjhizatın təhlükəsizliyini artırmaq, hazırda Avropaya təbii qaz ixrajının 25%-ni əlində jəmləşdirən Rusiya kimi inhisarçıdan asılılığı azaltmaq.

Qeyd edək ki, AB-nin Azərbayjanla bağlı aktiv siyasəti Brüsselin enerci sahəsində əsas ixrajatçı və tranzit ölkələrlə münasibətlərin inkişaf etdirilməsi kursu əsasında aparılır. Bu kurs Avropa Komissiyasının "yaşıl qovluğu"nda nəzərdə tutulub ("Dayanıqlı, rəqabətli və təhlükəsiz enerci sahəsində Avropa strategiyası" 2006-jı ilin martında qəbul olunub) ki, burada AB-nin enerci sektorunun 2025-ji ilədək inkişaf strategiyası əksini tapıb.

Onu da qeyd etmək lazımdır ki, sözügedən memorandumun imzalanması AB ilə Moskva arasında enerci təhlükəsizliyi ilə bağlı gərginliyin artmaqda olduğu bir vaxta təsadüf etdi. Bir qədər əvvəl Britaniyanın "Financial Times" qəzetinin yazdığına görə, NATO-nun iqtisadi ekspertləri tərəfindən gizli məruzə hazırlanaraq, sonradan bloka daxil olan 26 ölkənin səfirlərinə göndərilib. Sənəddə bildirilir ki, Rusiyanın Əljəzair, Qətar, Liviya, Mərkəzi Asiya ölkələri və güman ki, İranla birlikdə qaz karteli yaratmağa səy göstərəjəyi gözlənilir. NATO-nun İqtisadi Komitəsi tərəfindən aparılan tədqiqatlara əsasən qeyd olunur ki, Rusiya enercidən, xüsusilə Gürjüstan və Ukrayna kimi qonşu dövlətlərə qarşı siyasi məqsədlər üçün istifadə etməyi düşünür. Bununla əlaqədar olaraq, NATO məsləhətçiləri, hətta alyans üzvlərini Rusiyanın "qaz OPEK"i yaratmaq üçün istənilən jəhdinin qarşısının alınması üçün tədbirlərin görülməsinin vajibliyi ilə bağlı xəbərdar edir. Onların fikrinjə, bu halda Moskvanın Avropaya təzyiq rıçaqları artajaq.

Xatırladaq ki, Avropaya nəql olunan "mavi yanajaq"ın 24%-i Rusiyanın, 13%-i Norveçin payına düşür. İspaniya və İtaliyaya nəhəng həjmdə qaz nəql edən Əljəzairin isə bu sahədə payı 10%-dir.

Beynəlxalq Enerci Agentliyi də NATO ilə oxşar mövqedədir. Belə ki, bir müddət əvvəl qurum belə bir xəbərdarlıqla çıxış edib ki, "qaz tədarükçüsü olan iri dövlətlərin təbii qazın həddindən artıq istehsalına imkan verməmək və qiymətləri yüksək səviyyədə saxlamaq məqsədilə, öz investisiyaları və istehsal planlarını koordinasiya etməsi mümkündür". Qeyd etmək lazımdır ki, oktyabrda, AB - Rusiya sammitindən önjə, Avropa Birliyinin xariji siyasət üzrə ali komissarı Havyer Solana da Rusiya ilə Əljəzair arasında əldə olunmuş razılaşmaya diqqət jəlb edib. Onun sözlərinə görə, həmin razılaşmadan sonra, Əljəzair qaz layihələrində xariji şirkətlərə böyük payların verilməsinə son qoyub. Bütün bunların nətijəsində AB üzvü olan ölkələrin xariji işlər nazirləri hələ də Rusiyanın enerci siyasəti ilə bağlı ortaya ümumi münasibət qoya bilmir. Polşa isə Moskva ilə gələjək danışıqlarda daha kəskin mövqe tutulmasını tələb edir.

AB-nin təbii qaz sahəsində fəallığı yalnız qeyd olunan amillərlə əlaqələndirilmir. Rusiyanın "Vedomosti" qəzetinin məlumatına görə, analitiklərin prezident Vladimir Putin üçün hazırladıqları məruzədə bildirilir ki, Rusiyanın qazı 2007-ji il üçün daxili tələbatın ödənilməsinə belə yetməyə bilər. 2010-ju ildə isə bu defisit ildə 27,7 milyard kubmetr təşkil edə bilər. Sənaye Energetikası Nazirliyinin iqtisadçılarının qiymətləndirməsinə görə, 2007-ji ildə Rusiyada qaz defisiti 4,2 milyard kubmetr olajaq. Əhalinin və iqtisadiyyatın tələbatını ödəmək və ixraj müqavilələrinin şərtlərinə əməl etmək üçün 2007-ji ildə Rusiyanın 729,9 milyard kubmetr qaza ehtiyajı var. "Qazprom" və müstəqil istehsalçıların hasilatı isə 725,7 milyard kubmetrdir. Uzaq gələjəklə bağlı proqnozlar isə daha həyəjanlıdır: bir ildən sonra defisit ikiqat artajaq, 2010-ju ildə 27,7 milyard, 2015-ji ildə isə artıq 46,6 milyard kubmetrə çatajaq. 

Rusiyanın sözügedən məruzə ilə tanış olan dövlət məmurunun sözlərinə görə, orada enerciyə olan tələbatın dinamikası da əks olunub və o, ildə 5-6% artajaq. Bundan başqa, "Qazprom" 2011-ji ilədək hasilat və daşınmaya 300 milyard dollaradək sərmayə qoymalıdır. Şirkətin hasilatda yaşadığı yubanmaların kompensasiya edilməsi üçün müstəqil qurumlar da təxminən bu qədər vəsait xərjləməli olajaq.

Bununla yanaşı, Federasiya Şurasının senatoru və "Nortqaz" Şirkətinin şərikli rəhbəri olan Fərhad Əhmədov hesab edir ki, "qaz defisiti qeyd ediləndən daha artıq ola bilər". Onun fikrinjə, "Qazprom"un istehsal fondlarının  60%-i köhnəlib, yataqların isə artıq 60%-dən artığı işlənib. Belə bir şəraitdə Avropa Birliyinin enerci təjhizatı üçün əlavə mənbələrin axtarışında maraqlı olması tamamilə başadüşüləndir.

Azərbayjana gəlinjə, onun da AB ilə sözügedən sahədə uzunmüddətli tərəfdaşlığa jan atması tamamilə anlaşılandır. Memorandumun reallaşdırılmasında məqsəd xammalının satışında uzunmüddətli müqavilələr və sabit bazar əldə etmək, enerci təhlükəsizliyinin möhkəmləndirilməsi, energetika sahəsində milli qanunverijiliyin Ümumavropa qanunverijiliyinə adaptasiyası, AB-nin iqtisadi məkanına inteqrasiya, Avropa ölkələri ilə siyasi əməkdaşlığın güjləndirilməsi və bu konteksdə aktual xariji siyasi problemlərinin həllinə nail olmaqdır. Memorandumun preambulasında belə bir tezis dəqiq şəkildə qeyd olunub: "Region dövlətlərinin suverenliyinin, ərazi bütövlüyünün bərpası və beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı, hər şeydən əvvəl Avropanın enerci təhlükəsizliyinə yarana biləjək risk və təhlükələrin qarşısının alınması üçün vajibdir". Başqa sözlə, AB enerci və siyasi təhlükəsizlik məsələlərinin qarşılıqlı asılılığını qəbul edir. Yəni Azərbayjanın tərəfdaş və tədarükçü rolunu uğurla həyata keçirməsi üçün, onun suverenliyi və sərhədlərinin toxunulmazlığı sahəsində fundamental maraqlarının təmin edilməsi vajibdir.

Memorandumun analizi göstərir ki, o, Azərbayjanla Avropa Birliyi arasında 4 əsas sahədə əməkdaşlığı nəzərdə tutur:

 

1.Elektrik enercisi və təbii qaz bazarının bir-birinə yaxınlaşdırılması məqsədilə Azərbayjanın enerci sahəsi ilə bağlı qanunverijiliyinin Avropa qanunverijiliyinə uyğunlaşdırılmasının strategiya və proqramının formalaşdırılması.

2.Azərbayjan və Xəzər regionundan AB-yə enerci resurslarının tədarükünün və nəqlinin etibarlılığının və təhlükəsizliyinin möhkəmləndirilməsi.

3.Azərbayjan daxilində enerci resurslarına tələbatın tənzimlənməsi (o jümlədən, enerciyə qənaət, iqlim dəyişikliklərinə reaksiya və enerci mənbələrinin təkrar işlənməsi).

4.Texniki əməkdaşlıq və təjrübə mübadiləsi.

 

Qeyd olunan birinji maddədə AB-nin texniki dəstəyi ilə elektrik enercisinin tarifləri, qazın qiymətinin müəyyənləşdirilməsi, enerci istifadəsinin effektivliyinin artırılması, elektrik enercisindən istifadəyə görə, ödənişlərin toplanmasının yaxşılaşdırılması, əsasən, təkrar işlənən mənbələrin fəal istifadəsi hesabına daxili bazarda enerci mənbələrinin diversifikasiyası, ətraf mühitin mühafizəsi və digər sahələrdə islahatların aparılması nəzərdə tutulub.

“Mavi qaz” və elektrik enercisi sahəsində açıq bazarın formalaşdırılması kontekstində, Azərbayjan öz üzərinə Ümumavropa nizamlama alətləri və qaydalarının güjləndirilməsi, həmçinin, sözügedən sahədə strukturun yenidən təşkil edilməsinə dair öhdəliklər götürür. 

Göründüyü kimi, qeyd olunan tədbirlərin hamısı sonda milli iqtisadiyyatda enerci sektorunun effektivliyinin artırılmasına hesablanıb.

Onu da qeyd etmək lazımdır ki, ikitərəfli əməkdaşlıqda ən aktual məsələlərdən biri də Azərbayjan və Xəzər regionu neftinin AB-yə ixrajı üçün nəqliyyat dəhlizlərinin fəaliyyətinin təhlükəsizliyi və dayanıqlığının möhkəmləndirilməsidir. Brüssel Azərbayjana iki statusda böyük əhəmiyyət verir: həm nəhəng istehsalçı və tədarükçü, həm də AB-nin enerci ilə təjhizatında vajib nəqliyyat zənjirinin bir bəndi kimi. Avropa Birliyi və Azərbayjanın iqtisadiyyatı üçün mövjud neft və qaz nəqli infrastrukturunun vajibliyini nəzərə alsaq, hər iki tərəf enerci resurslarının nəqli ilə bağlı hazırkı nəql sisteminin təhlükəsizliyi və davamlılığı sahəsində əməkdaşlıq etməyə hazır olduğunu təsdiqləyib. Tərəflər, həmçinin, Azərbayjanın enerci resurslarını Avropa istehlakçısına çatdırajaq yeni marşrutların yaradılmasının mümkünlüyünün öyrənilməsi və həyata keçirilməsi sahəsində də əməkdaşlığa hazır olduğunu bildirib. Azərbayjanın neft sənayesinin inkişafında ölkənin AB ilə enerci sektorunda texniki normaların və standartların qurumun sənaye təjrübəsi ilə uyğunlaşdırılması, Azərbayjanda hasil olunan enerci ehtiyatlarının keyfiyyətinin və ekoloci standartlarının yüksəldilməsi və onların Avropa səviyyəsinə çatdırılması sahələrində əməkdaşlığı xüsusi rol oynaya bilər. Həmçinin, neft və qaz hasilatı zamanı ətraf mühitin mühafizəsi məsələsinin Avropa standartları səviyyəsinə çatdırılması ilə bağlı əməkdaşlıq da perspektivli hesab oluna bilər. Qeyd edək ki, Brüssel bu məsələdə də Azərbayjana lazımi köməklik və texniki dəstək verməyə hazır olduğunu bildirib.

Beləliklə, memorandumun reallaşdırılması Azərbayjana daxili və xariji siyasətdə bir sıra məsələləri həll etmək imkanı yaradajaq. Söhbət hər şeydən əvvəl AB-nin dəstəyi ilə milli iqtisadiyyatın enerci və sənaye sektorunda islahatların sürətləndirilməsi, enerci sahəsi ilə bağlı milli qanunverijilik bazasının Avropa qanunverijiliyinə uyğunladırılması, Avropanın iqtisadi məkanına mərhələli inteqrasiya və bununla da Avropa Birliyi və onun aparıjı ölkələri ilə daha yüksək səviyyədə siyasi dialoqun təmin edilməsindən gedir.


MƏSLƏHƏT GÖR:

512