
MDB-NİN "BÜLLUR" SAMMİTİ
Birliyin minsk sammiti onun islahatlara nə qədər hazır olduğunu göstərəcək
Müəllif: Roma NEYMAN Bakı
Dekabrın 8-də MDB-nin yaranmasının 15 ili tamam olajaq. Bu yubiley qurum üzvləri üçün yalnız bu müddət ərzində görülən işləri təhlil etmək üçün deyil, həm də qurumun perspektivi, onun müasirləşdirilməsinin vajibliyi haqda jiddi düşünməyə imkan verəjək.
Birliyin fəaliyyətinin emosional qiymətləndirilməsi ilə yanaşı, bir faktı da etiraf etmək lazımdır ki, MDB müəyyən mərhələdə - 1991-ji ildən başlayaraq, XXI əsrin əvvəlinədək bu dövrün bir sıra neqativ tendensiyalarının yumşaldılmasında böyük rol oynayıb. MDB-nin SSRİ-nin dağılması və keçmiş ittifaq dövlətlərinin iqtisadiyyatı və xalqları arasında iqtisadi-tijari, humanitar və digər sahələrdəki uyğunsuzluqla əlaqədar dezinteqrasiya effektinin yumşaldılmasında da təsiri az deyil.
Bununla yanaşı, keçən uzun müddət ərzində MDB yaradılması zamanı qarşıya qoyulan məqsədlərə nail ola bilməyib. Qurum daxilində effektiv qarşılıqlı iqtisadi əlaqələrə, azad iqtisadi zonanın yaradılmasına, siyasi fikir ayrılıqlarının həllinə, həmçinin, birlik üzvləri arasındakı münaqişələrin çözülməsinə də nail olunmayıb. Bəzi məlumatlara görə, 1991-ji ilin dekabrından 2006-jı ili iyununadək birlik daxilində qəbul olunan 1,6 min sənəddən jəmi 10%-i real olaraq işləyir. MDB-də 70-dən artıq komitə, komissiya, şura və digər dövlətlərarası və hökumətlərarası strukturlar yaradılıb və onların da effektivliyi jiddi şübhə doğurur. MDB üzvü olan dövlətlər arasında birgə marağın olmaması üzündən təşkilatda müxtəlif istiqamətlərdə inteqrasiya fenomeni və faktik olaraq "maraqlara görə qruplaşmalar" yarandı. Buraya ayrı-ayrılıqda özlərinin də jiddi uğuruna nail olmamış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi Birliyi (AİB), GUAM kimi qurumları aid etmək olar.
Bəzi ölkələr (Qazaxıstan, Qırğızıstan, Tajikistan, 2005-ji ilin yayından etibarən isə həm də Özbəkistan, Ermənistan, Belarus) birliyin aparıjı üzvü olan və bu, Rusiya ilə hərbi və siyasi əməkdaşlığa üstünlük verir və dövlətlərarası səviyyədə iqtisadi sferada da əməkdaşlığa jan atırlar. Digərləri (Ukrayna, Azərbayjan, Moldova, Gürjüstan) Rusiya ilə tijarət, iqtisadiyyat, investisiya, siyasət və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığa üstünlük verir. Bununla yanaşı, Özbəkistan daxili və xariji siyasi situasiyadan asılı olaraq, periodik şəkildə ölkələr qrupu arasında manevr edir. Neytrallığa üstünlük verən Türkmənistan MDB-dən birmənalı şəkildə məsafə saxlayır. Hətta bu ölkənin rəhbərliyi 2005-ji ildə birliyi tərk etdiyini açıqladı və hazırda yalnız qurumun assosiativ üzvü kimi qalır. Gürjüstan bir çox obyektiv və subyektiv faktorlar güjünə Rusiya ilə iqtisadi və siyasi qarşıdurma fazasına daxil olub ki, bu da yalnız MDB daxilində deyil, həm də Jənubi Qafqazda inteqrasiya proseslərinə mənfi təsirini göstərə bilər.
Bütün bu tendensiyalar göstərir ki, MDB-də islahatlar aparılmasının vaxtı çatıb və hətta ötüb. Bu sahədə ləngimələr davam edərsə, ümumiyyətlə, birliyin perspektivi sual altına düşə bilər.
MDB-nin iqtisadi effektivliyinin yüksək olmadığının göstərijisi və eyni zamanda, onu əngəlləyən jiddi fakt ondan ibarətdir ki, tam on il - 1995-2005-ji illər ərzində qurumun üzvü olan 12 dövlətdən 10-da xariji tijarət dövriyyəsi quruma daxil olmayan dövlətlərin xeyrinədir. Bu göstəriji yalnız Belarus və Qırğızıstanda MDB dövlətlərinin xeyrinə olub (müvafiq olaraq 56-44% və 55-45%). Bu isə öz növbəsində açıq şəkildə göstərir ki, MDB üzvləri tijarət, iqtisadiyyat və investisiya münasibətlərində daha çox "uzaq xarij"lə münasibətlərin inkişafında maraqlıdırlar, nəinki bir-birləri ilə. Bununla yanaşı, qeyd etmək vajibdir ki, birliyin aparıjı dövləti olan Rusiyanın da əsas iqtisadi maraqları MDB-dən kənardadır. Bu ölkənin xariji tijarətinin, təxminən, 15%-i və əldə edilən investisiyaların bir neçə faizi MDB üzvlərinin payına düşür. Birlik üzvləri Rusiya üçün iqtisadi əhəmiyyətinə görə, Avropa Birliyinə bir neçə dəfə uduzur və yaxın illərdə onlar bu göstərijiyə görə, digər regiondan da geri qalajaq - Rusiya ilə iqtisadi əlaqələrinin həjminə görə, Şimal-Şərqi Asiya birlik üzvlərini geridə qoyajaq. Lakin bu yüksək olmayan rəqəmlər belə MDB və onun üzvləri üçün neqativ bir tendensiyanın hiss olunmamasına kömək edir: Rusiya ilə digər MDB üzvləri arasında iqtisadi-tijari əlaqələrdə qarşılıqlı asılılığın assimmetriyası ortadadır - Rusiya böyük həjmdə ixraj etsə də, çox az miqdarda idxalla kifayətlənir. Məsələn, Azərbayjanla bağlı vəziyyət belədir: 2005-ji ildə Rusiya ilə tijarət dövriyyəsi, təxminən, 1 milyard dollar olub. Bununla yanaşı, Azərbayjanın ixrajı 285 milyon, idxalı isə 717 milyon dollar olub. Yəni ixrajın idxala nisbəti 28%-in 71%-ə olub. 2006-jı ilin 9 ayı ərzində Azərbayjanın Rusiyaya ixrajı 202 milyon, bu ölkədən idxalı isə təxminən, 1 milyard dollar təşkil edib (mənfi saldo, təxminən, 600 milyon dollar) ki, nisbət ölkəmiz üçün daha da pisləşərək 20%-in 79%-nə olub. Rusiya ilə MDB-nin digər üzvləri arasındakı analoci sahədəki situasiya da eynidir.
Bu səbəbdən də Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun ekspertlərinin Rusiyanın əsas problemlərinin MDB çərçivəsində həll oluna bilməyəjəyi ilə bağlı qənaətə gəlməsi təsadüf deyil. Əsas problemlər dedikdə isə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətli olması, investisiya inkişaf modelinə keçilməsi, sosial sahənin müasirləşdirilməsi kimi məsələlər nəzərdə tutulur. Aydındır ki, belə tendensiyalar və onlarla əlaqədar meydana gələn disproporsiyalar MDB-də inteqrasiya proseslərinin inkişafına xidmət etmir, qurumun əksər üzvlərinin iqtisadi və sənaye baxımından inkişafına kömək etmir, onları öz ixraj potensialı inkişaf etməyən, Rusiya məhsullarından asılı bir dövlətə çevirir.
MDB-nin perspektivindən danışarkən, Azərbayjanın mövqeyi üzərində ayrıja dayanmaq istərdik. Bizim ölkəmiz üçün bu qurumda humanitar sahədə (bu sahədə bizim nümayəndələrimiz, demək olar ki, bütün təşəbbüsləri dəstəkləyir), hüquq-mühafizə orqanları (DİN, baş prokurorluqlar, təhlükəsizlik orqanları) arasında təjrübə mübadiləsi və ümumi təhlükələrə qarşı mübarizədə (terrorçuluq, narkomaniya sahəsində jinayətkarlıq, jinayətkarların təhvili, qanunsuz miqrasiya və s.) əməkdaşlıq kimi məsələlər prioritet təşkil edir. İqtisadiyyat, kollektiv təhlükəsizlik və müdafiə kimi sahələrə gəlinjə, rəsmi Bakı çoxtərəfli əməkdaşlığa üstünlük verir və onu daha effektli hesab edir. Azərbayjan MDB çərçivəsində vahid iqtisadi, hüquqi, təhsil, informasiya və digər məkanların yaradılması çağırışlarından da kənar durur, razılaşdırılmış xariji və sərhədboyu siyasətin yürüdülməsini, milli qanunverijiliklərin sinxronizəsi və vahid şəklə salınmasına qarşı çıxır.
Qeyd edək ki, indiyədək MDB dövlətlərinin liderləri dəfələrlə qurumun ideologiyası və strukturunda islahatların aparılması məsələsini qaldırıb. Bu zaman onlar böhranlı tendensiyalara baxmayaraq, birliyin potensialının hələlik tam itmədiyini əsas gətiriblər.
Bundan başqa, hazırkı mərhələdə MDB-nin mövjudluğu quruma üzv ölkələrin digər nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiyasına və ümumilikdə, qloballaşma şərtlərinə daha uğurlu adaptasiyasına impuls verir. Bu planda birlikdə islahatların aparılması ilə bağlı ən jiddi təşəbbüs jəhdi Qazaxıstandan gəlib. 2006-jı ilin ortalarında bu ölkənin prezidenti həmkarlarına "MDB-də islahatlar proqramı" adlı sənəd ünvanladı və proqram iyulun 22-də qurumun Moskvada keçirilən sammitində müzakirəyə çıxarıldı.
Mətbuatın məlumatına görə, Qazaxıstanın təklifi nəzərə alındı və MDB daxilində yaradılan yüksəksəviyyəli qrup sənədin üzərində işləməyə başladı. KİV-də yayılan məlumatlara inansaq, Qazaxıstanın təşəbbüsündə MDB-də beş əsas istiqamətdə islahatların aparılması təklif olunur: beynəlxalq hüquq normaları əsasında razılaşdırılmış miqrasiya siyasətinin yürüdülməsi (burada razılaşdırılmış miqrasiya siyasətinin formalaşdırılması və həyata keçirilməsi, sosial-əmək münasibətlərinin effektiv tənzimlənməsi nəzərdə tutulur), nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq (vahid nəqliyyat sisteminin inkişafı, MDB ərazisində beynəlxalq nəqliyyat dəhlizi sisteminin formalaşdırılması, tarif siyasətinin effektivliyinin yüksəldilməsi və s.), elm-təhsil sistemində inteqrasiya (vahid təhsil zonasının yaradılması, MDB vətəndaşlarına ümumtəhsil obyektlərinə bərabər hüquqlarla daxilolma imkanının təşkili və s.), mədəni-humanitar sahədə əməkdaşlıq və transmilli jinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq.
Göründüyü kimi, layihədə iqtisadi və hərbi-siyasi sahələrdə qarşılıqlı fəaliyyət haqqında təklif yer almayıb ki, bu da təsadüfi deyil. Astana hesab edir ki, bu gün MDB üzvü olan ölkələrin xariji siyasi prioritetlərində üst-üstə düşməyən məqamlar çoxdur. Üstəlik, üzv ölkələrin siyasi və sosial-iqtisadi inkişaflarındakı differensiallıq da MDB daxilində çoxtərəfli inteqrasiya üçün münbit şərait yaratmır. Bununla əlaqədar olaraq, Qazaxıstan təklif edib ki, iqtisadi və hərbi-siyasi inteqrasiya məsələləri AİB, KTMT çərçivəsində həllini tapsın, modernləşdirilmiş və islah olunmuş MDB isə yuxarıda göstərilən 5 müddəa əsasında qurulsun.
Qeyd olunan ideologiyaya əsasən, 2006-jı ilin avqustunda Qazaxıstan, həmçinin, MDB-nin institut strukturları və sahə əməkdaşlığı orqanlarında islahatların aparılmasını təklif edib. Astana hesab edir ki, hazırda qurum daxilində mövjud olan orqanlardan yalnız üçü - Dövlət Başçıları Şurası, Xariji İşlər Nazirləri Şurası və Parlamentlərarası Assambleya saxlanılmalıdır.
Beləliklə, MDB-də islahatların aparılmasına edilən birinji jəhd kifayət qədər radikal oldu. Görünür, məhz bu səbəbdən o, birliyə üzv dövlətlərin əksəriyyəti tərəfindən dəstək qazanmadı və bu başadüşüləndir. Çünki söhbət qurumda parçalanmanın institutlaşdırılmasından, onun "hərbi-siyasi-iqtisadi MDB" (görünür, KTMT və AİB üzvü olan ölkələrin iştirakı ilə) və "humanitar MDB"yə ayrılmasından gedirdi. Aydındır ki, belə radikal yanaşma, ilk növbədə, var güjü ilə MDB-nin hazırkı birlik səviyyəsini qorumağa, mərkəzdənqaçma tendensiyalarının qarşısını almağa, birlik daxilində ölkələrarası ziddiyyət və qarşıdurmaların son həddə çatmasına imkan verməmək üçün çalışan Moskvanın özünü qorxutmaya bilməzdi. Bu, MDB məkanında geosiyasi rəqabətin artdığı hazırkı dönəmdə daha aktualdır. Bu səbəbdən Böyük Avrasiya məkanında aparıjı rola iddia edən Rusiya Astananın layihəsini dəstəkləmədi. O, MDB-nin de-fakto parçalanmasına imkan verə bilməzdi ki, Astananın radikal dəyişikliklər təklifinin reallaşması bu parçalanmanı qaçılmaz edəjəkdi. Bu, MDB ölkələrindən bəzilərinin taleyinin öz öhdəsinə buraxılması, nətijədə, Moskvanın geosiyasi rəqiblərinə "bağışlamaq" olardı. Bundan sonra jiddi şəkildə Moskvanın və MBD İjraiyyə Komitəsinin təsiri altında olan və özünün hazırkı inzibati resurslarının azalmasını istəməyən Qazaxıstan yanaşmalarında nəzərəçarpajaq korrektələr etdi.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, KTMT və AİB-ə daxil olmayan MDB üzvləri də çətin ki, qeyd olunan təşkilatlara üzv olan dövlətlər arasında real iqtisadi, hərbi və siyasi əməkdaşlığın yüksəlməsini müşayiət edən "humanitar statist" rolu oynamağa razılaşsın. Həmçinin, onlar Rusiya ilə aralarında iqtisadi, hərbi-siyasi sahələrdə məsafənin yaranmasına da razı olmazlar ki, MDB-də Astananın təkliflərinə əsasən islahatların aparılajağı halda bu, qaçılmaz olajaq. Və ən əsas səbəb ondan ibarətdir ki, bütün MDB ölkələrinə Rusiya ilə siyasi münasibətlər, Rusiya bazarlarında işləyə bilmək onların milli inkişafı baxımından vajib və hətta bəziləri üçün həyati əhəmiyyət kəsb edir. Rusiya birlik üzvlərinin əksəriyyətinin ənənəvi məhsullarının reallaşdırılması üçün alternativsiz bazar, xammal və enerci mənbəyi, üçünjü ölkə bazarına çıxmaq üçün dəhliz, kapita qoyuluşu üçün jəlbediji məkan və ən başlıjası, təhlükəsizlik və daxili stabilliyinin qarantıdır.
Nətijədə, bu gün MDB üzvlərinin əksəriyyəti bu qurumun məhz məsləhətçi siyasi orqan, iqtisadi, siyasi və humanitar sahələrdə kollektiv qərarların qəbulu üçün məkan kimi qalmasında maraqlıdır. Həmin qərarlar işləməsə belə...
MƏSLƏHƏT GÖR: