15 Mart 2025

Şənbə, 01:16

QAÇILMAZ OLANI DUYARKƏN

Bəstəkar hacıbəyovlar nəslinin sonuncu nümayəndəsi ismayıl hacıbəyova ithaf edilir

Müəllif:

15.11.2006

Ölümlə barışmaq müm-künsüzdür. Sabitliyin bitməsinə alışmaq olmur. Mümkünsüzlüklə də barışmaq olmur. İsmayıl Hajıbəyovun aramızdan getməsindən artıq yarım il keçib. O, bəstəkar Hajıbəyovlar nəslinin son nüma-yəndəsi idi. Bizdən yaradıjılığının çiçəkləndiyi, çoxlu planları olduğu bir məqamda ayrıldı. Zəif jəhəti məqsədyönlülük idi. İndiki anlamda məqsədyönlülük - məqsədə prinsipsizliyə yuvarlanmaqla yetişmək istəyi. İsmayılda bu yox idi. 

 

Bağışla bizi, İsmayıl!

Ziyalılar da var, "ziyalılar" adlanan zümrənin təmsilçiləri də. Bu bir həqiqətdir. Məsələn, "musiqi" orbitində olanların heç də hamısı yüksək təbəqəyə məxsus olanlar deyil. İsmayılda isə bu özəl keyfiyyət var idi və onunla təmasda olanların hamısı bunu dərhal qeyd edirdi. Sənətkarlar bir-birləri ilə çox istisna hallarda yola gedirlər və bu baxımdan, Azərbayjanda çox pis ənənə bərqərar olub. Lakin maraqlıdır ki, hətta "antaqonik" adlandırılan qrupların təmsilçiləri də onun haqqında məhəbbət və ehtiramla danışırdılar.  O, bu jəhətdən də istisna təşkil edərək, yəqin ki, barəsində, demək olar, hamının müsbət fikir bildirdiyi adam idi! Mən heç də vəfatından sonra söylənilən nitqləri nəzərdə tutmuram. Hələ sağlığında onun haqqında "Son dərəjə ziyalı şəxsiyyətdir", "Ensiklopedik biliklərə malikdir", "Nurludur"... kimi epitetlər səslənirdi.

Elə hey bu qeyri-adi ər-arvad-gilə getmək, bu iki gözəl musiqiçidən ikiqat müsahibə almaq barədə düşünürdüm. Əfsus... Nejə deyərlər, "sən saydığını say...". Bir neçə dəfə zəng vurub xanımından - vaxtilə bir yerdə oxuduğum istedadlı pianoçu Ülviyyə Hajıbəyovadan müsahibənin vaxtını dəyişdirməyi xahiş etmişdim. Sonunju dəfə onun vəfatından jəmi bir həftə əvvəl yenə də üzrxahlıq edərək, müsahibəni təxirə salmalarına izin istədim. Əsəbi, sanki məni nədəsə ittiham edərək danışdığından, hətta səsinin tonunu da tanıya bilmədim, dedikləri isə tənbeh kimi səsləndi: "Başa düş, vəfat edənlər yox, sağ olanlar barədə yazmaq lazımdır"...  

Birjə sözündən də injimədim. Yalnız indi anlayıram ki, belə olajağını əvvəljədən duyduğundan bu jür danışırdı. Ətrafdakıları unudaraq, partiturada not işarələrini bir-birinin ardınja düzən bu insanın tezliklə əbədilik onu tərk edəjəyini, bunun qarşısının alınmasının mümkünsüzlüyünü  əvvəljədən duymuşdu. Fajiəli bir tale - əsərini dinləmək imkanından məhrum edilmiş bəstəkar... Onun bu paradoksal durumu günbəgün izləmək məjburiyyətində qalan xanımının keçirdiyi çıxılmazlıq hissini başa düşmək olar. Həyatın qəribə şıltaqlıqları olur - müsahibə əvəzinə, artıq dul qalmış qadının monoloqu ilə üzləşdim..

Curnalistlik fəaliyyətini planlaşdırmaq çətindir. Hər dəfə görüşməyimizə "mane olan" bəhanələr tapılırdı - gurultulu qastrol səfəri, təmtəraqlı yubiley, bəxti daha çox gətirən birisinin təkidli xahişləri... Məni daha axtarmırdı. Yəqin, indi - vəfatından sonra İsmayıl haqqında yazmaq fikrinə düşənlərin çox olajağını, bir-birinin ardınja məqalələr yazılajağını bilirdi. Bağışla, İsmayıl...

 

Qədrini bilmədiyimiz sərvət

Yas mərasimində oturarkən özüm-özümə sual verirdim: onun mənim üçün, injəsənətimiz üçün önəmi nədən ibarətdir?  Müdrik adam idi. Həyatın mənasını dərk etmək isə insana ləyaqət bəxş edir. Dövrümüzün injəsənətinə qaytarmağa jəhd göstərdiyi elə həmin o əsl mədəniyyət ləyaqəti. Səs-küysüz, intriqalarsız, heç kimə paxıllıq etmədən qaytarmaq istədiyi. Rəqabət barədə heç düşünmürdü də. Onda injəsənətə İndi, demək olar, rast gəlmədiyimiz bir məhəbbət var idi. Teatr, ədəbiyyat, rəsm, musiqi - bütün bunlar onun üçün bir anlamda birləşirdi: məhəbbət. 

Rəqəmlər (neçə kvadratmetr, neçə Oskar, neçə dollar...) dövründə, reklam, reytinq və əlahəzrət yarlık dünyasında yaşayırıq. Kəmiyyət kateqoriyası keyfiyyət kateqoriyasını sıxışdırmağa nail olub, həyati kredo isə "İmij hər şeydir" devizi olub. İndi biz qəfildən çox önəmli bir meyara çevrilən "uğur, müvəffəqiyyət" anlayışından çıxış edirik. Digər tərəfdə isə... "Başa düşülmür", "Saymırlar", "Əsərləri ifa olunmur"  kimi ifadələr - bütün bunlar bu yaxınlarda Şostakoviçə həsr olunmuş konfransda eşitdiklərimlə səsləşirdi. 

Sənətkarlar iki jür olur: tələbat olmayanlar və tələbat olanlar. Birinjilərə çətin ömür sürən, gözə çarpmayan, zamanında qiymətini almayanlar aiddir. İkinjilər bunun tam əksidir - onlara hər şey nəsib olur. "Bu gün sözün mənfi anlamında əlamətdar bir gündür. Biz sonunju Hajıbəyovu itiririk". Bu dəhşətli sözləri deyən Fərhad Bədəlbəyli az qala hönkürürdü. 

Çox erkən müstəqil yaradıjı fiqura çevrilərək, məşhur familiyasından çoxdan uzaqlaşmışdı. Buna hələ gənjikən nail olmuşdu - hətta yetkinliyə yetişənlərin də bir çoxuna Moskvada val buraxdırmaq nəsib olmurdu. İsmayıl xarakterinə görə sırf Azərbayjan deyil, millətfövqü bir sənətkar idi. Bununla yanaşı, öz xalqının mədəniyyətini, onun dərin köklərini başqalarından daha yaxşı dərk edirdi. Elə təkjə yaradıjılığı onun kimliyindən, kimlərdən olmasından, doğma torpaqla bağlılığının nə qədər sıx olmasından xəbər verir. Sadəjə, onun vətənpərvərliyi də özəlsəjiyyəlidir, zərifdir və onun təzahürləri də hisslərin məğrurluqdan ürəkağrısına qədər geniş bir palitrasını janlandırır: hələ tələbə olarkən yazdığı möhtəşəm təntənəli "Jəngi"dən, Xojalının əks-sədası kimi səslənən "Fleyta ilə simli orkestr üçün konsertştüke"də səslənən fəryada qədər.

...Vəfatından sonra portretdən baxan insan metamorfoza qabiliyyəti kəsb edir. Bu zaman onun baxışlarından qınaq oxunur. Fikir verməmisiniz? Sənətkarlarda bu çalar xüsusi bir kəskinlik kəsb edir. Əslində, o baxışda qınaq da yoxdur, sadəjə, onu qoruya bilməyən bizlərin daxilində bir günahkarlıq hissi baş qaldırır... İsmayılın baxışı da bunu sübut edirdi... Bir də ki yandan baxanda, Şostakoviçə yaman oxşayırdı. Maraqlısı odur ki, onunla vidalaşmağa gələnlərin çoxu mənimlə razılaşdı. Yeri gəlmişkən, bütün həyatıboyu pərəstiş etdiyi (Stravinski və Napoleonla yanaşı) bu bəstəkarın portreti İsmayılın çəkdiyi ən gözəl rəsm əsərlərindəndir. 

Bəli-bəli, o, sözün əsl mənasında, rəssam idi. Həyatın bəzən hətta fajiəvi olan jizgiləri, şəraiti onun maraq dairəsinə təsir göstərə bilmədi. Evinin rəsm əsərləri ilə dolu olduğunu çox az adam bilirdi. Həm də bu heç də məşğuliyyəti rəngarəngləşdirmək, dinjəlmək üçün başqa şeylə məşğul olmaq naminə edilmirdi. Musiqi kimi rəssamlıq da onun janında idi. Bəs niyə sərgi keçirmirdi?  "Fərdi" sərgilərin ən adi bir hala çevrildiyi dövrümüzdə də buna getmədi. Yəqin ki, bu da onun özünə qarşı amansız tələbkarlığından irəli gəlmişdi ki, bu zaman hamının qəbul etdiyi meyarlarla ziddiyyət təşkil edən şəxsi meyarlar insanda şöhrətpərəstlik və ya müştəbehlik adlandırılanları kökündən məhv edərək, onu sınmağa, qəlbindəkilərin əksinə getməyə qoymur. 

 

Yetim qalan əsərlər

Sonradan boş qalmış iş otağının divarlarından asılan rəsmlərə diqqətlə baxanda, yadıma Anarın insan vəfat etdikdən sonra onun övladlarının yetim qalmaması, böyüməsi, həyatlarını qurması barədə sözləri  düşdü. Yetim qalan əsərlərdir... Mən yaxşılıqla pisliyin yerinin heç zaman dəyişməyəjəyi, xeyirlə şərin yerinin heç vaxt səhv düşməyəjək və daim bir qütbdə kin və tamah, əks qütbdə isə füsunkar dünyanı dərk etmək istəyinin dayanajağı dünyanı əyani şəkildə gördüm. ..."Yalnız öz qəlbində yaşamağı bajar - qəlbində bütöv bir aləm var" - hansı jiddi sənətkarlar buna, bu dünyadan təjridə qovuşmayıb? Özünün müstəsnalığı hissi qeyri-adi şəxsiyyətlərin hər birinə əzəldən xas olsa da, bunun mənəmliyə heç bir dəxli yoxdur. Bütün bunlarla yanaşı, insanlardan şüurlu şəkildə təjridolunmadan söhbət belə gedə bilməz. Mən onun şagirdlərinin nejə ağladıqlarını da gördüm. Bunu gözdən pərdə asmaq, görüntü yaratmaq üçün etmirdilər. Sadəjə, həyatlarının qeyri-adiliklə təmkinliliyin çulğalaşdığı bütöv bir mərhələsinin arxada qaldığını dürüst hiss edirdilər. Bəstəkar, rəssam, parlaq qələmə malik musiqi tənqidçisi, pedaqoq, filarmoniyanın bədii rəhbəri və bütün bunlarla yanaşı, adı ətrafındakı səssizlik. Buna nejə nail olurdu? Vijdanla çalışan insanlar həmişə olublar. Onlar layiqinjə qiymətləndiriliblərmi? Bütövlükdə, bu suala müsbət javab vermək olar. Lakin bəzən bu çox gej baş verib, əksər hallarda da onların ölümündən sonra. Məgər mükafatın ona həqiqətən layiq olana deyil, vaxtında kiminsə himayəsinə sığınan, kiməsə minnət edilməsinə nail olanlara verilməsi hallarından bixəbərik?  Mükafatlar, fəxri adlar uğrunda mübarizə aparılır, verilməyəndə isə yığın-yığın şikayətlər yazılır. Başqa birisi isə elə həmin anda yaradıjılıq dalğasına baş vuraraq, yeni bir əsərin partiturası üzərində çalışır...

O, sadəjə, indiki anlamda diqqəti jəlb edən deyildi. Halbuki şübhəsiz, jürətli olması heç bir şübhə doğurmurdu: belə olmasaydı, ondan əvvəl yalnız Brams, List, Raxmaninov kimi nəhənglərin jürət etdikləri bir işə, Paqanini mövzusunda variasiyalar bəstələməyə girişərdimi?! O, ağıllı adam idi və bunu öz yaradıjılığına nə dərəjədə ağıllı şəkildə yanaşması da sübut edirdi. Musiqiyə marağın, demək olar, olmadığı bir dövrdə musiqi bəstələməkdə davam etmək, sağlığında səhnələşdirilməyəjəyini gözəl bilsə də, operasını tamamlamaq... Aramızda belə qayğılarla yaşa-yanlar çoxdumu? Əksəriyyətimiz nətijəyə, tezliklə gerçəkləşən mənafeyə, doğajaq əks-sədaya istiqamətlənmişik. 

Yəqin ki, şanlı familiyanın daşıyıjısı olmaq çox ağır yükdür. İsmayıl Hajıbəyov musiqi bəstələyir, rəsmlər çəkir, şeirlər yazırdı. Lakin bütün bunları etməsəydi də, onun bir ziyalı olduğu aşkar görünürdü. İnsanı ziyalı edən nədir - genlər, yoxsa qohumluq? İlham məsələsi aydındır - bir də görürsən gəlir və rəssam kətana, musiqiçi isə royala tərəf jumur. Maraqlıdır, bəs belə hallarda fırça ilə klavir arasında seçim etməli olan bu insan nejə hərəkət edirdi? Həyat çox maraqlıdır və onu sadəjə, mövjudluğa sərf etmək olmaz. O isə artıq həyatını itirib, qalan isə "gerçəkləşdirilməyən yaradıjılıq düşünjələri" adlı bir sonsuzluqdur. Konfusi: "Heç nə gej, yaxud tez baş vermir. Hər şey vaxtında olur", - deyir. Və mən növbəti dəfə onunla mübahisəyə girişirəm...   

Matəm mərasimində Fərhad müəllimin dediyi kimi, Ülviyyə "onun xanımı, bajısı, anası və musiqidə rəfiqəsi idi". Onun İsmayıl tərəfindən çəkilən portretini görəndə, həmin sözlərin həqiqət olduğuna əmin oldum - azajıq aralı qalan qapının arasından yaşıl gözlərin təlaşdolu baxışı. Onunla həmfikir olan həyat yoldaşının baxışı... Beynimdə həmin telefon danışığının parçaları janlanır: "Bilirsən, gejə-gündüz işləyir. Amma bundan heç kim, heç kim xəbər tutmayajaq. O heç nə istəmir - nə ad, nə san. Sadəjə, musiqi bəstələyir, rəsmlər çəkir və bundan zövq alır. Başa düşürsən?".  

Bakıda ər-arvadın hər ikisinin yaradıjı insan olduğu nikahlar həmişə olub. Belə nikahların iflasa uğrayajağını qabaqjadan proqnozlaşdırsalar da, onlar çox möhkəm olur. Ülviyyənin Azərbayjanda pianizmin məhvinə yol verməyən  azsaylı fədakarlardan biri olduğunu çəkinmədən iddia edə bilərəm. Mən 80-ji illərin sonundan filarmoniyanın açılışına qədərki dəhşətli illəri - ifaçılığın ilham pərisinin susduğu dövrü nəzərdə tuturam. Bir dəfə kimsə çox yerinə düşən bir ifadə işlətdi: "Pianizm sanki ondan kənarda mövjud idi". Yeri gəlmişkən, Ülviyyə həm də ata və oğul Hajıbəyovların yaradıjılıqlarının alovlu təbliğatçısıdır və bu yaxınlarda onun bu möhtəşəm nəslin, İsmayıl da daxil olmaqla, bütün musiqiçilərinə həsr olunmuş "İnjəsənət fədailəri" adlı irihəjmli araşdırması işıq üzü görüb.  İndi o, kitaba belə bir ad verdiyinə heyfsilənir - bu adla sanki İsmayılın aramızdan getməsini tezləşdirdi...  İsmayıl isə Ülviyyənin uğurları ilə fəxr edir, ondakı bu yaradıjılıq qaynağını yüksək qiymətləndirirdi. "Üç idillik"i də elə ona - xanımına həsr etmişdi. 

 

Ruhən ziyalı

Belə nurlu insanların sayı heç vaxt çox olmur. Lakin Tanrı onları Yer üzünə bizim bu nurla toqquşaraq, büdrəməmiz, azajıq da olsa, nədəsə jilalanmağımız və daxilən dəyişməyimiz üçün göndərir. Həyatın metafizik dərinlikləri heç də hamı üçün açılmır, nəzərini səmaya yönəltmək heç də hamıya nəsib olmur. Və bu hal bəşəriyyətin proqramında norma yox, sapmadır. İsmayıl bunu duyur və bilirdi. Təzəjə peyda olan "zənginlərə" lazım olan "avrotəmir"in yox, başqa qəbildən olanın - qəlbin təmirinin zəruri olduğunu bildiyi kimi. O, bütün bunlardan agah idi. Elə agah olduğu üçün də dözmədi. Bu çox qəmli bir örnəkdir və bütün digər örnəklər kimi, yəqin ki, yenə də bəşəriyyət üçün səmərəsiz olajaq.  Gələjəkdə də belə olajaq, lakin belə bir şey hər dəfə təkrarlandıqja, ajı bir təəssüf hissi yaşayırsan. 

O, erudisiyası, möhtəşəm yaradıjılıq potensialı və həyatda rastlaşdığı bütün insanlara münasibətdə son dərəjə xeyirxah münasibəti ilə fərqlənirdi. Bir də ki müasirləri üçün anlaşılmaz olan vasvasılıq. Təsəvvür etmək belə çətin olsa da, bu belədir - ərinin filarmoniyanın bədii rəhbəri olmasına baxmayaraq, xanımı birjə dəfə də olsun, əjnəbi ulduzların filarmonik konsertlərinə getməmişdi! Sadəjə, özü üçün nəsə istəmək onun güjü xarijində idi... 

Karyeranın, nəhayət ki, müasir insanlar üçün dəbə çevrildiyi bir dövrdə, İsmayıl bizə sanki artıq unudulmuş nəjib ziyalı obrazı barədə təsəvvürləri qaytardı. Razılaşaq ki, indiki elitada belələri yoxdur, burada mənəviyyat yox, kommersiya üstünlük təşkil edir. Ziyalı isə özünə qarşı sərt tələbkarlıq və hamının və hər şeyin əfv edilməsi deməkdir. Hər halda, mən ziyalı şüurunu məhz belə təsəvvür edirəm və İsmayıl  onun parlaq təjəssümü idi. İnsan yalnız gündəlik dolanışıq üçün çalışmamalı, mənəvi sərvətlər də əldə etməlidir. Çünki insan Tanrının onunla bağlı niyyətini yalnız kamilləşərkən yerinə yetirir. Bəli, məişət məsələlərində köməksiz idi, bəli, utanjaq idi. Lakin bununla yanaşı, onun vüjuduna lap çoxdan, hələ ilk not işarəsini çəkdiyi andan hakim kəsilən möhtəşəm səadətin daşıyıjısı. Demək olar ki, uşaqlara xas, sadəlövh ümidlərin köməksizliyinin aşkar duyulduğu bir sima, gözlərindəki xeyirxah baxış - onunla tanış olmaq səadəti nəsib olanların yaddaşında o məhz belə qalajaq.

Dul qadınının monoloqundan: "Dahi Üzeyir bəyin tamamlaya bilmədiyi "Firuzə" operası"; "İsmayılın tamamladığı, lakin səhnələşdirilməyən "Firuzə" operası"; "Mən son zamanlar kədərli mövzularda mahnılar yazırdım: sonu ölümlə bitən fajiəli xatirələr. Sonunju "Sənə ölüm yaraşmır" adlanırdı. Həmkarlardan biri onu eşidəndən sonra, "Sən nə edirsən? Bu ki ağıdır!" - deyə qışqırdı; "İsmayılın isə mahnı xoşuna gəlirdi"; "O, əllərimin üstündə, təəssüfdolu ajı bir təbəssümlə keçindi".

Zamanın axarına alışmaq mümkün deyil. Atasının yaratdığı "Karvan" bəstəkar Soltan Hajıbəyovu məşhurlaşdırdı. Bu, əbədiyyətə aparan özünəməxsus bir yoldur. Yaddaşımızın əbədiyyətinə. Bəlkə də İsmayılın "Karvan"ı hələ irəlidə idi... O məni gözləyirdi, həmişə yazılarımdan şövqlə danışırdı və bəlkə də ümid edirdi ki, nə vaxtsa... İndi artıq yaxşı dərk edirəm ki, onunla görüşü daim təxirə salmağım da səbəbsiz deyildi - onun daxilindəki aləm qarşısındakı güjsüzlüyümü duyurdum. Bəlkə də yardımçı ola, təskinlik verə, onu tutub-saxlaya bilməyəjəyimi, nə qədər ağır olsa da, anlamağım...  Yaxşı olan isə bir çox hallarda itirilir, alınır və geri qaytarılmır... Günahlarımı etiraf edir, vidalaşır və vidalaşıram - məzarın üstünə gül qoyub vidalaşanlar kimi... 


MƏSLƏHƏT GÖR:

444