Müəllif: İlhamə MonsuMOVA Bakı
Nikah müqaviləsi bizim üçün yenilikdir. Çoxları, xüsusən də yaşlı nəsil, onu Qərbin mənfi təsiri, mentalitetimizə uyğun olmayan əlamət sayır. Toy ərəfəsində nikaha daxil olan tərəflərdən birinin digərinə nikah müqaviləsi bağlamaq təklifi ikinjinin, ən yaxşı halda, təəjjüblənməsinə, pis halda isə burada xudbin niyyətlər olması barədə şübhələrin yaranmasına səbəb olajaq. Halbuki xarijdə nikah müqavilələri artıq çoxdan adi normaya çevrilib.
Nikah müqaviləsi Azərbayjana 1999-ju ildə Ailə Məjəlləsinin tərkibində qədəm qoydu. Buna qədər, daha dəqiq desək, sovet hakimiyyəti dönəmində nikahda olan ər-arvadın bütün əmlakı onların ümumi mülkiyyəti idi. Ər və arvad qazandıqları əmlak üzərində sahiblik, istifadə və sərənjamla bağlı bərabər hüquqlara malik olurdular. Başqa variant, sadəjə, ola bilməzdi, vəssalam. Lakin zaman keçdikjə durum dəyişdi və Ailə Məjəlləsi ər-arvadın mülkiyyət reciminin iki növünü müəyyənləşdirdi. Birinjisi - qanuni, əvvəllər mövjud olandan heç nə ilə fərqlənmirdi, ikinjisi - müqaviləli; bu, vətəndaşlarımız üçün yenilik oldu. Onlar bu barədə eşitsələr də, real həyatda rastlaşmamışdılar. Onun mahiyyəti aşağıdakı kimidir: sizi birgə mülkiyyət recimi qane etmirsə, müqavilə bağlayın və orada nəyin kimə məxsus olduğunu və həmin əmlak üzərində kimin sərənjam verəjəyini göstərin.
Nikah müqaviləsi Azərbayjan praktikasına hələ keçən əsrin axırlarında daxil olsa da, ona mürajiət etmək istəyənlərin sayı o qədər də çox deyil. Notariat kontorlarında müqavilə bağlamaqla bağlı aciotac nə o vaxt olub, nə də indi müşahidə edilir. Hərçənd, ailə quranların sayı, xoşbəxtlikdən, artır.
Maşın, mənzil, kotej..
Yasamal rayonundakı 5 saylı notariat kontorunun baş dövlət notariusu İlham Məmmədovun sözlərinə görə, bu kontorda ildə, orta hesabla, jəmi 2 belə müqavilə bağlanılır. Baş dövlət notariusu bunu əhalinin nikah müqavilələri barədə məlumatının son dərəjə az olması ilə izah edir.
- Xalqımızın uzun illər ərzində qazandığı vərdiş - nikah dövründə əldə olunanların hamısı ümumi əmlakdır təsəvvüründə özünü göstərir. Bura inamsızlıq da əlavə olunur. Heç də hamının nikah müqaviləsi olmadan nə etmək lazım gəldiyindən baş aça bilmədiyi sərvətlərə yiyələnməməsi amili də öz təsirini göstərir. Əlbəttə, təkjə bir qarac olanda da müqavilə bağlamaq mümkündür, lakin artıq belə adət edilib ki, belə müqavilələri qaracla bərabər, maşını (həm də bir dənə yox), mənzili, yanında balaja gölü olan koteji olanlar bağlayırlar. Müqaviləni imkanlı insanların bağladıqları artıq faktdır», - deyə İ.Məmmədov qeyd edir.
Uzun illərdir, ailə həyatı, şəxsi və əmlak münasibətlərinə dair məsləhətlər verən hüquqşünas Tofiq Əliyev nikah müqaviləsinin, çox ləng də olsa, birmənalı şəkildə həyatımızda yer aldığına əmin olduğunu bildirdi. Onun fikrinjə, yaxın gələjəkdə nikah əlaqələri qurmaq niyyətinə düşən bütün jütlüklər birgə həyata pasportdakı ştampdan yox, notariusda təsdiqlənmiş müqavilədən başlayajaqlar.
Beləliklə, nikah müqaviləsi nədir? O, nəyə lazımdır və belə bir müqavilə bağlayanlar hansı üstünlüklərə malikdir? Nikah müqaviləsi yazılı şəkildə tərtib olunur və notarius tərəfindən təsdiq edilir. Onun qiyməti nikah qeydə alınana qədər 4,4 AZN, nikah bağlanandan sonra isə 2,2 AZN təşkil edir. Müqaviləni həm toya qədər, həm də nikahın istənilən dövründə bağlamaq olar. Bunun üçün yalnız qarşılıqlı razılıq tələb olunur. Bu, toya qədər baş verərsə, müqavilə nikahın dövlət qeydiyyatı anından qüvvəyə minir. Odur ki artıq «Vağzalı» səslənib-qurtaran kimi, yenievlənənlərin «Bu mənim maşınımdır, bu isə mənim brilyantlarımdır», - deməyə ixtiyarları var. Qeydiyyat hansısa səbəbdən baş tutmadığı halda, nikah müqaviləsi qüvvədən düşür.
Nikah müqaviləsinin variantları həddən artıq çoxdur. Vahid standart yoxdur və notariuslar hər bir jütlüyə fərdi şəkildə yanaşırlar. Müqavilə vasitəsilə hər bir qiymətli əşyanı ayrılıqda, yaxud əmlakın bütövlükdə kimə məxsus olduğunu müəyyənləşdirmək mümkündür. Həm də bu təkjə artıq ər-arvadın sərənjamında olanlara deyil, onların gələjəkdə alajaqlarına da şamil edilə bilər. Bəziləri müqavilə olmadıqda, ərlə-arvadın hər ikisinin birgə mülkiyyət recimini seçir. Bu, qadının və kişinin hələ nikaha qədər ayrı-ayrılıqda əldə etdikləri mülkiyyətə aid ola bilər. Bəzilərini pay mülkiyyəti recimi qane edir. Bu zaman mülkiyyətdə ərlə-arvadın payı müxtəlif olur. Məsələn, onlar kənd yerində qəşəng bir ev alırlar və burada 30% arvada, 70% isə ərə məxsus olur. Belə variant əmlak bölgüsü zamanı çox rahat olur - əlavə prosedurlar (məsələn, payların müəyyənləşdirilməsi) keçmək lazım gəlmir, axı hər şey (kimin hansı paya sahib olması) artıq müqavilədə razılaşdırılıb.
Ayrı mülkiyyət recimi zamanı müqavilə yalnız ərə və yalnız arvada məxsus olajaq əmlakı müəyyənləşdirir. Qadınlara müqavilədə nikah dövründə alınan daş-qaş və zinət əşyalarının yalnız onlara məxsus olması barədə bənd çox xoş gəlir. Ər isə məsələn, avtomobillər və bank hesabları üzərində təkbaşına sahibliyə iddialı ola bilər. Mütləq hansısa bir recimi seçmək məjburi deyil və bir müqavilədə hər üç recim uzlaşdırıla bilər.
Son nöqtəni qoymaq
T.Əliyevin dediyinə görə, insanların şəxsi həyatı çox vaxt təxmin etdikləri ssenaridən fərqləndiyindən, boşanma halı üçün bütün təfərrüatları qabaqjadan nəzərdə tutmaq pis olmazdı. İşini əvvəljədən möhkəm tutmaq istəyənlər üçün nikah müqaviləsi təkrarsız bir yardımçı ola bilər. Sivil şəkildə ayrılmağı bajarmaq lazımdır və keçmiş sevgililər üçün onsuz da çətin olan bu dövrdə əmlak bölgüsü əlavə başağrısı yaradar. Bəziləri nikah pozulduğu halda, qiymətli əşyalardan kimin payına nə qədər düşəjəyinin əvvəljədən sənədləşdirilməsinə üstünlük verirlər.
Müqavilə vasitəsilə ərlə-arvadın bütün hüquq və mükəlləfiyyətlərini tənzimləməyin mümkün olduğunu da düşünmək lazım deyil. Artıq qeyd edildiyi kimi, şəxsi münasibətlər bu kağız parçasının nüfuz dairəsindən kənardadır. Bundan əlavə, müqavilə tərəflərin hüquq və iş səlahiyyətlərini məhdudlaşdıra bilməz. Ər həyat yoldaşını bank işçisi, qadın isə özünü yalnız kitabxanaçı kimi təsəvvür edirsə, ərin arzusunun gerçəkləşdirilməsinə heç bir nikah müqaviləsi yardımçı ola bilməz. Ehtiyajı olan əmək qabiliyyətini itirmiş ər və ya arvadın yaşamaq üçün təminat alması, həmçinin, övladlara münasibətdə hüquq və mükəlləfiyyətləri də bu müqavilə ilə tənzimləmək mümkünsüzdür.
Müqaviləni dəyişmək, yaxud ümumiyyətlə, ləğv etmək də çox asandır. Bu, notariusun yanında qarşılıqlı razılıq əsasında həyata keçirilir. Amma müqavilə şərtlərinə əməl edilməsindən birtərəfli şəkildə imtina etmək olmaz. Məsələn, Bakıda yaşayan bir jütlük boşanma ərin təşəbbüsü ilə baş verdiyi halda, qadının ərindən boşandıqdan sonrakı 3 il ərzində aliment alması barədə razılığa gəlmişdi. Ailə dağıldı, lakin keçmiş ər tərslik etməyə başladı - alimentin məbləği ona həddən artıq çox göründü. Bu halda, onların mübahisəsini məhkəmə həll etdi.
MƏSLƏHƏT GÖR: