13 Mart 2025

Cümə axşamı, 11:52

MKX -- BİRGƏ LAYİHƏ

"Belə səhiyyə obyektlərinin sayının artırılmasına Azərbaycanın ciddi ehtiyacı var"

Müəllif:

15.11.2006

Sizinlə 2001-ji ildə ilk dəfə görüşdə Mərkəzi Klinik Xəstəxananın aylıq dövriyyəsinin nə qədər olduğu xatirinizdədirmi? 

- Yanılmıramsa, 80 min dollar idi. 

- Nejə fikirləşirsiniz, bu gün aylıq dövriyyəmiz nə qədər olar? 

- Hardasa 100-150 min dollar.

- Artiq 1,5 mln dollara yaxınlaşmaqdadır.

 

Mərkəzi Klinik Xəstəxananın ijraçı direktoru jənab Melikşah Ajunerlə söhbətimiz bu dialoqla başladı.

-Melikşah bəy, beşillik sürətli inkişaf yolu keçən Mərkəzi Klinik Xəstəxana bu gün respublika vətəndaşlarının səhiyyə xidmətinə olan tələbatını nə dərəjədə ödəyə bilir?

-Azərbayjanda bu gün 10 belə xəstəxana olsa, bu, ölkənin ehtiyajını ödəmək üçün kifayət etməz. Xəstəxanamızda çarpayılar kifayət etmir. Bəzi günlərdə əməliyyat aparılıb-aparılmaması çarpayıların sayına bağlı olur. Biz burada ildə, təxminən, 500 açıq ürək, 1000-dən artıq digər ürək əməliyyatları həyata keçiririk.

Bu gün Azərbayjanda səhiyyə sisteminin ən mühüm problemi pullu tibbi xidmət sahəsində sosial güvənliklə əlaqədar hər hansı mexanizmin mövjud olmamasıdır. Ölkədə xəstəliklərin müalijəsində iqtisadi-maliyyə qaynaqları möhkəm olan sağlamlıq sığortası mexanizminə böyük ehtiyaj var. Biz bu mexanizmin tam tətbiqini Bakı-Tbilisi-Jeyhan neft boru kəmərindən gələjək gəlirlərin bir hissəsinin təhsil, səhiyyə və digər sektorlara yönəldilməsindən sonra gözləyirik.

Beynəlxalq araşdırmalara görə, səkkizmilyonluq ölkədə ildə, təxminən, 25 min nəfər ürəkdə işemiya xəstəliklərinin olub-olmadığını müəyyənləşdirmək üçün müayinədən keçməlidir. Azərbayjanda isə anadangəlmə ürək qüsuru olan xəstələr istisna olmaqla, ildə səkkiz min insanın ürək əməliyyatından keçməsinə ehtiyaj var. Bizim həyata keçirdiyimiz 500 əməliyyat bu sıradan çox kiçik rəqəmdir.

-Bildiyimizə görə, dünyanın müxtəlif ölkələrindən olan tanınmış həkimlər Azərbayjana gələrək müəyyən müddət Mərkəzi Klinik Xəstəxanada konsultasiya aparırlar. Onların yerli kadrların inkişafına təsiri nə dərəjədədir?

-Mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyevin bizə bir neçə tapşırıği var idi. Həmin tapşırıqlardan birinjisi burada Azərbayjanın ehtiyaj duyduğu tibb kadrlarının yetişdirilməsidir. Bu gün 694 daimi işçimiz var. İnzibati işçilər və əməkdaşlıq etdiyimiz konsultant-həkimlərlə birlikdə ümumi personalımızın sayı 1900-ü keçməkdədir. Bu qədər daimi personalın içərisində kadr olaraq Azərbayjan vətəndaşlığı daşımayan yeganə şəxs mənəm. Əminliklə söyləyə bilərəm ki, milli kadrların yetişdirilməsi ilə bağlı Azərbayjan çox jiddi bir yola qədəm qoyub. Xəstəxanamız bu prosesin önündə gedir.

-Fəaliyyət göstərdiyiniz 5 il ərzində tibbin hansı sahələrində daha böyük uğurlara müvəffəq oldunuz?

-Kordioloqiya, ürək-damar jərrahiyyəsi, ginekologoya, urologiya, göz, qulag-boğaz-burun xəstəlikləri, beyin jərrahiyyəsi və s. sahələrdə uğurlarımız göz önündədir. Süni mayalanma ilə dünyaya gətirdiyimiz körpələrin sayı 220-ə yaxındır. Beyin jərrahiyyəsi sahəsində əvvəllər yalnız ölkə xarijində həyata keçirilən bir neçə əməliyyat artiq burada aparılıb. Bütün bu proseslərdə yerli kadrların inkişafına xüsusi önəm verdik və eyni zamanda, prezidentimizin tapşırdığı kimi, xəstələrin min jür əziyyətlə  xariji ölkələrə aparılmasının qarşısını aldıq.

Bu klinika bir Türkiyə şirkəti ilə birgə layihədir və Türkiyə şirkətinə idarəetməyə verilib. Bu səbəbdən, fəaliyyətimizi həm də Azərbayjanla Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın bir nümunəsi olaraq ortaya qoya bildik.

-Sosial obyekt olan tibb müəssisəsinin xariji şirkətə idarəetməyə verilməsi təjrübəsi Azərbayjanın səhiyyə sistemi üçün nə dərəjədə faydalı oldu?

-Ümumiyyətlə, bu metod xarijdə geniş yayilib və özünu tam doğruldur. Turizm və otelçilik biznesində çox yaxından istifadə olunur. Bu metodun özəllikləri ondan ibarətdir ki, bir xəstəxana hər hansı bir beynəlxalq şirkətə idarəetməyə verilməklə idarə edən şirkətin daxil olduğu zənjirin təjrübələrindən və üstünlüklərindən istifadə edərək, ən müasir beynəlxalq standartlarla ayaqlaşır və onu özündə tətbiq etmək imkanı qazanır. Yəni burada məqsəd xəstəxana idarəçiliyinin inkişaf etdirilməsidir. İkinji məqsəd isə təsərrüfat hesabı ilə işləməklə bu xəstəxananın yaradılması üçün xərjlənən vəsaitin geri qaytarılmasını və yenidən səhiyyə sisteminə yönəldilməsini təmin etməkdir. Bu sahədə qazandığımız nətijəni təsəvvür etmək üçün bir göstərijini misal gətirmək istərdim. Beş il əvvəl klinikamızın balans dəyəri 29 mln dollar dəyərində idi, indi artıq 41 mln dollar qiymətləndirilir. 

-Doğrudan da klinikanız tibb sahəsində Türkiyə-Azərbayjan əməkdaşlığına gözəl nümunədir. Türkiyənin səhiyyə sistemi ilə əməkdaşlığınız nejə inkişaf edir?

-Tibb personalımızın təkmilləşməsi və inkişafı üçün biz Türkiyənin bir neçə universitet, vəqf, dövlət və xüsusi xəstəxanası ilə əməkdaşlıq edirik. Əməkdaşlıq etdiyimiz bütün xəstəxanalar Türkiyənin ən qabaqjıl səhiyyə təşkilatları sırasındadır. Mərkəzi Klinik Xəstəxananın 200-dən artıq işçisi - həkimlərimiz, tibb bajılarımız, texniki personalımız Türkiyədə təjrübə keçib. Bu həm onların bilik və bajarıqlarının inkişafi, həm də xəstəxanamızdakı tibb ləvazimatlarından daha geniş istifadə üçün zəruridir. Bu əməkdaşlığı  tibbin bütün sahələrində bu gün də davam etdiririk. Xüsusilə, Türkiyənin özəl sektor nümayəndələrinin Azərbayjanda səhiyyə sisteminin inkişafı yönündə işlərə qatılmasını çox istəyirəm. Səhiyyə sistemi dedikdə, mən ümumiyyətlə, tibbi sığortanı, əjzaçılıq firmalarının fəaliyyətini, yeni xəstəxanaların, poliklinikaların, ambulator və diaqnostika mərkəzlərinin açılmasını nəzərdə tuturam. 

-Mərkəzi Klinik Xəstəxana Azərbayjanın aparıjı dövlət səhiyyə təsisatının bazasında yaradıldı, lakin pullu xidmət tətbiq etdi. Bununla da Azərbayjan reallığında stasionar pullu səhiyyə xidməti sahəsində ilk təjrübə oldu. Klinika qurularkən nəzərdə tutulan bütün məqsədləri reallaşdıra bildinizmi?

-Azərbayjanın səkkizmilyonluq əhalisi içərisində pulu olan və bu xidməti satın almaq istəyən bir qrup insan var. Əvvəllər həmin insanlar bu xidməti Azərbayjanda tapa bilmədikləri üçün ölkədən kənara çıxır, Türkiyə, Rusiya, Almaniya, Amerika, İran və s. ölkələrə üz tuturdular. Bu klinikanın birinji məqsədi pulu olan və bu jür səhiyyə xidmətini satın almaq üçün xarijə gedən vətəndaşlara ölkə daxilində yüksəksəviyyəli tibbi  xidmət göstərməklə xarijə axınının qarşısını almaqdır. Məsələn, bu gün biz Azərbayjanda ürək-damar jərrahiyyəsini, təxminən, 6 min dollara həyata keçiririk. Amma başqa ölkələrdə, misal üçün, Türkiyənin özündə bu əməliyyat 25-30 min dollar tələb edir. Deməli, Mərkəzi Klinik Xəstəxanaya üz tutmaqla, Türkiyədə əməliyyat olunmağa maddi imkanı olan şəxslər öz pullarına ən azı, dörd dəfə qənaət etmiş olur, eyni zamanda, 25-30 min dolları olmayanlar 6 min dollara bu xidmətdən yararlana bilirlər. 

Onu da əlavə edim ki, səhiyyə xidmətlərini mütləq dövlətin dəstəyi ilə həyata keçirmək lazımdır. Bunun üçün isə çox güjlü bir sığorta sistemi, sığorta imkanı olmalıdır. 


MƏSLƏHƏT GÖR:

452