
TƏKMİLLƏŞMƏ YOLUNDA
2007-ci il dövlət büdcəsinin rekord göstəriciləri və çatışmazlıqları milli məclisdə müzakirə olundu
Müəllif: Nurlanə Quliyeva Bakı
2007-ji il dövlət büdjəsi layihəsinin plenar ijlasda geniş müzakirəsinə Azərbayjan deputatları dörd gün vaxt sərf etdilər. Millət vəkillərinin öz təbirinjə desək, Azərbayjan Rusiya deyil ki, büdjənin müzakirəsinə bir ay vaxt lazım olsun. Ölkəmiz Şimal qonşudan kiçik olduğundan, əsas iqtisadi sənədin bəndləri də o qədər çox deyil. Belə olan halda, müzakirələri uzatmağa heç ehtiyaj da yoxdur.
Gələn il üçün büdjə müzakirələri həm də onunla yadda qaldı ki, parlament zalında əyləşənlərin bir çoxu bu sənədin müzakirəsində ilk dəfə idi iştirak edirdi; çünki 2006-jı ilin büdjəsini əvvəlki çağırışın deputatları müzakirə ediblər. Bu səbəbdən seçijilər də ötən ilin payızında seçdikləri millət vəkillərini bu vajib sənədin müzakirələrində sınamaq imkanı əldə etdilər. Mahiyyət etibarilə nə ekspertlər, nə də adi müşahidəçilər əvvəlki və indiki deputatların büdjə layihəsinə yanaşmasında prinsipial fərq görə bilməzdilər. Lakin bir məqama diqqət yetirməyə dəyər - bu dəfə büdjə layihəsi ilə bağlı kəskin tənqidlər daha az nəzərə çarpırlı. Hətta müxalifətdən olan millət vəkilləri belə, sənəd daha təkmil olduğu üçün hökuməti təriflədilər (belə hallara tez-tez rast gəlmək olmur).
Sonda 2007-ji il dövlət büdjəsi layihəsinin yekun variantına köklü dəyişikliklər edilməsə də, millət vəkillərinin səmərəli təklifləri də nəzərdən qaçırılmadı.
Bütün göstərijilər üzrə rekord vururuq
Beləliklə, gələn il Azərbayjanın dövlət xəzinəsinə 5 mlrd 336 mln AZN (təxminən, $6,3 mln və ya ÜDM-in 24,15%-i qədər) vəsait daxil olajaq ki, bu da builkindən 1,5 mlrd AZN çoxdur. Gəlirlərdən 3 mlrd 980 mln AZN - vergi orqanlarının (əvvəlki ilə nisbətən artım 51,9%), 630 mln AZN Dövlət Gömrük Komitəsinin xətti ilə (artım 24,7%) təmin olunajaq. Bu zaman mənfəət vergisi üzrə - 76%, sadələşdirilmiş vergi üzrə - 69,6%, torpaq vergisi üzrə - 48,3%, fiziki şəxslərdən gəlir vergisi üzrə - 38,4%, aksiz vergisi üzrə - 30,5%, əlavə dəyər vergisi (ƏDV) üzrə isə 29,2% artım proqnozlaşdırılır. Digər mənbələr hesabına 2007-ji ilin dövlət büdjəsinə 725,7 mln AZN daxil olajaq ki, onlardan da 585 mln AZN və ya 80,6%-i Dövlət Neft Fondundan transferlərin payına düşür. Daha 107,7 mln AZN və ya digər gəlirlərin 14,8%-i büdjə təşkilatlarının büdjədənkənar vəsaitləri hesabına, 33,3 mln AZN və ya 4,6% isə sair daxilolmaların hesabına formalaşajaq. Daha bir maraqlı nüans: gələn ilin büdjə gəlirlərinin yalnız yarıdan bir qədər çoxunu, daha dəqiq desək, 56%-ni neft sektoru təmin edəjək.
Büdjə xərjlərinə gəldikdə, gələn il bu göstəriji 5 mlrd 715 mln AZN ($6,7 mlrd və ya ÜDM-in 25,6%-i qədər) olajaq ki, bu da 2006-jı il üçün nəzərdə tutulandan 1 mlrd 690 mln AZN çoxdur. Gələn il hökumət büdjə vəsaitləri hesabına iqtisadi və sosial islahatları davam etdirmək, ölkənin müdafiə qabiliyyətini güjləndirmək, vətəndaşların yaşayış minimumunu təmin etmək, onlara ünvanlı sosial yardım göstərmək, regionların inkişafı ilə bağlı investisiya proqramları həyata keçirmək niyyətindədir. Bu zaman büdjənin sosial xərjləri 2006-jı ilin göstərijiləri ilə müqayisədə 47% artaraq 2 mlrd 163,4 mln AZN-ə çatdırılajaq ki, bu da büdjə xərjlərinin 37,9%-ni təşkil edir. Səhiyyə xərjlərində də əhəmiyyətli artım olajaq. Dövlət büdjəsinin bu sahəyə yönəldiləjək məsrəfləri 47,5%, təhsil sahəsinə - 47,2%, elmə - 8,1%, sosial müdafiə və sosial təminata - 37,7% artajaq. Gələn il hökumət pensiya və sosial müavinətlər, eləjə də minimum əməkhaqqı və dövlət qulluqçularının maaşlarındakı artımı da davam etdirmək niyyətindədir. Məsələn, minimum əməkhaqqı və pensiyaların baza hissəsini 50 AZN-ə çatdırmaq planlaşdırılır. Bu məqsədlə büdjədən 676,5 mln AZN xərjlənəjək. Göründüyü kimi, 2007-ji ilin dövlət büdjəsi 379 mln AZN və ya ÜDM-in 1,7%-i qədər kəsirlə formalaşajaq. Bu kəsir isə iki mənbədən - özəlləşdirmədən gələn 50 mln AZN və dövlət istiqrazlarının ölkə daxilində və xarijdə yerləşdirilməsindən əldə olunan 329 mln AZN hesabına örtüləjək. Aydınlıq üçün deyilənlərə yalnız onu əlavə etmək olar ki, gələn il Azərbayjanın Ümumi Daxili Məhsulu 22,2 mlrd AZN səviyyəsində proqnozlaşdırılır. ÜDM-in adambaşına düşən həjmi isə 2600 AZN-ə çatajaq. Bununla da ölkənin əsas makroiqtisadi göstərijisinin 26,3%-lik artımına görə Azərbayjan yenə də rekord vuraraq dünyada liderlik edəjək.
Prezident sözü
Sadaladıqlarımız quru rəqəmlər olsa da, bir çox mətləblərdən xəbər verir. Lakin gələn il üçün dövlət büdjəmizin daha bir fərqli və vajib jəhəti var. Məhz gələn il, Bakı istisna olmaqla, ölkənin rayon və şəhərlərindən vergi daxilolmalarının artımı dövlət büdjəsinin orta artım səviyyəsindən yuxarı olajaq! Bu isə o deməkdir ki, prezident İlham Əliyevin regionların inkişafına hesablanmış siyasəti artıq real nətijələrini verməkdədir və yaxın gələjəkdə Azərbayjanın bütün bölgələrində əsl iqtisadi bumun şahidi olajağıq. Bu zaman ölkə başçısının digər vədləri də yaddan çıxmır; məsələn: ölkənin bir nömrəli problemi olan Ermənistan-Azərbayjan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı. Prezident dəfələrlə Azərbayjanın ərazi bütövlüyünün istənilən yolla təmin olunajağını və bunun üçün ölkənin müdafiə qabiliyyətinin ilbəil güjləndiriləjəyini vurğulayıb. Elə gələn il dövlət büdjəsinin rekord göstərijilərindən biri də məhz müdafiə xərjlərinin $1,1 mlrd- a çatdırılması ilə bağlıdır. Buraya hərbi qulluqçuların vəzifə maaşlarının 100%-lik artımı, investisiya və pensiya xərjləri də daxildir. Müqayisə üçün qeyd edək ki, Azərbayjan büdjəsinin təkjə müdafiə xərjləri bütövlükdə Ermənistanın 2007-ji il üçün planlaşdırılan dövlət büdjəsindən jəmi $4 mln azdır. Məhz müdafiə xərjlərinin artırılması müxalifət düşərgəsinin də birmənalı alqışladığı bəndlərdəndir. Bütöv Azərbayjan Xalq Jəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin sözlərinə görə, "Müdafiə xərjlərinin artırılması Ermənistanı danışıqlarda konstruktiv mövqe tutmağa vadar etmək üçün çox yaxşı vasitədir. Bu rəqəm, həmçinin, xalqda psixoloci baxımdan dövlətinin müdafiə qabiliiyyətinə əminlik yaradır". Doğrudur, Q. Həsənquliyev gələn il üçün nəzərdə tutulan müdafiə xərjlərini Dövlət Neft Fondunun hesabına daha $1 mlrd artırmağı təklif etdi. Lakin hətta iqtisadçı olmayanlara belə aydındır ki, bu addım ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vura bilər.
Bununla yanaşı, görünür, Azərbayjanın müdafiə xərjlərini 28% artırması heç də hamının ürəyinjə deyil. Hətta bəzi beynəlxalq təşkilatlar buna açıq etiraz da edir. İş o yerə çatıb ki, Milli Məjlisin müdafiə məsələləri və təhlükəsizlik daimi komissiyasının sədri Ziyafət Əsgərov həmin qurumlara beynəlxalq konvensiyaları xatırlatmalı olub. Z. Əsgərov bəyan edib ki, rəsmi Bakı Avropada adi silahlar haqqında konvensiyanın bütün tələblərinə riayət edir və adambaşına hərbi xərjlərin qəbul olunmuş normasını aşmır.
İnflyasiya hesab deyil?
Bütün müsbət məqamlara baxmayaraq, 2007-ji il dövlət büdjəsinin layihəsini ideal da adlandırmaq olmaz. Nejə deyərlər, təkmilləşmə olmadan inkişaf da olmaz. Büdjə layihəsini müxalifətçi deputatlarla yanaşı, iqtidaryönlü və bitərəf millət vəkilləri də tənqid etdilər. Hətta Hesablama Palatasının rəyində belə müəyyən çatışmazlıqların olduğu əksini tapıb. "Bizim iradlar büdjə xərjləri üzrə normativ bazanın təkmil olmaması ilə bağlıdır. Bundan başqa, büdjədənkənar xərjlərlə bağlı proqnozlar da yoxdur. Bizim audit göstərir ki, xərjlər üzərində nəzarət getdikjə çətinləşir", - deyə palatanın sədri Namiq Nəsrullayev bildirib. Hesablama Palatası, həmçinin, qeyd edir ki, enerci sektorundakı dolayı subsidiyalar əvvəlki kimi ijmal büdjədə əksini tapmayıb. "Büdjə layihəsində bəzi xərjlərin ünvanlılığı göstərilməyib. Məsələn, investisiya xərjləri, eləjə də yoxsulluğun aradan qaldırılması və regionların inkişafı proqramlarına yönəldiləjək vəsait barədə məlumatlar yoxdur. Bundan başqa, biz hesab edirik ki, hökumət və Milli Bank inflyasiya ilə bağlı qabaqlayıjı tədbirlərin görülməsinə hazır olmalıdır", -deyə N. Nəsrullayev bildirib (“İnterfaks-Azərbayjan”).
Büdjə layihəsində inflyasiya və manatın məzənnəsi ilə bağlı konkret rəqəmlərin olmaması təkjə Hesablama Palatasını narahat etmir. İqtisadçı millət vəkili Əli Məsimovun fikrinjə, bütün bunlar, xariji tijarət dövriyyəsi ilə bağlı göstərijiləri bir qədər şübhə altına alır. "Bununla yanaşı, qısa müddət ərzində büdjə gəlirlərinin ÜDM-in 16-17%-dən 25%-nə qədər artması çox vajib irəliləyişdir. Hesab edirəm, yaxın vaxtlarda büdjə gəlirlərini ÜDM-in 33%-i səviyyəsinə artırmaq və bununla da liberal iqtisadi siyasət yürüdən dövlətlərin səviyyəsinə çatmaq lazımdır", - deyə Ə. Məsimov bildirib.
Milli Məjlisin sədr müavini Bahar Muradovanı isə kütləvi informasiya vasitələri, siyasi partiya və ijtimai təşkilatların büdjə vəsaitlərindən istifadə edə bilməməsi narahat edir. "Mən onun tərəfdarıyam ki, üçünjü sektor və siyasi partiyalar da ölkədəki iqtisadi artımdan bəhrələnə bilsin. Lakin bu, birbaşa maliyyələşdirmə şəklində deyil, ayrı-ayrı layihə və proqramların reallaşmasına yardım şəklində edilməlidir", - deyə B. Muradova vurğulayıb.
Maaş məsələsi
Xariji siyasətə gəldikdə isə qeyd etmək lazımdır ki, dövlət büdjəsi bu sahəyə heç də həmişə "əliaçıq" olmayıb. Gələn il Azərbayjanın xarijdəki diplomatik nümayəndəliklərinin maliyyələşdirilməsinə 37,5 mln AZN nəzərdə tutulub ki, bundan da 7,5 mln AZN gələn il fəaliyyətə başlayajaq 10 yeni diplomatik nümayəndəliyin açılmasına sərf olunajaq. Doğrudur, bu rəqəmlər diplomatlarımızın böyük sevinjinə səbəb olmadı. Xariji işlər nazirinin müavini Vaqif Sadıqovun sözlərinə görə, bu sahəyə vəsait ayırarkən dünyadakı, xüsusən də Avropadakı inflyasiya prosesləri, eləjə də avronun məzənnəsinin dollara nisbətən möhkəmlənməsi nəzərə alınmalıdır. Bu məsələdə xariji siyasət idarəsinin mövqeyini Milli Məjlisin beynəlxalq münasibətlər daimi komissiyasının sədri Səməd Seyidov da dəstəkləyir. O, öz növbəsində, XİN mərkəzi aparatı əməkdaşlarının əməkhaqqının aşağı olmasını önə çəkir. S. Seyidovun sözlərinə görə, XİN-in idarə rəislərinin ayda aldığı jəmi 350-400 AZN onların qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün yetərli deyil.
Gələn il əvvəlki kimi, büdjədən elmə də az çatajaq - 39,6 mln AZN. Bu, 2006-jı illə müqayisədə jəmi 3,3 mln AZN çox olsa da, həmin vəsaitlər hesabına həm fundamental elmi tədqiqatlar aparmaq, həm də elmi-tədqiqat institutlarını saxlamaq lazım gələjək. Özü də bu məbləğin əsas hissəsi, yəni 27 mln AZN və ya 68%-i fizika-riyaziyyat, kimya, biologiya, humanitar və ijtimai elmlər, eləjə də mexanika şöbələri üzrə fundamental tədqiqatlara yönəldiləjək. Doğrudur, elm adamlarına çoxdandır ki, əməkhaqlarının artırılajağı vəd olunub. Lakin görünür, bu sahədə rekord gözləməyə dəyməz.
Əvəzində mədəniyyət təmsilçiləri büdjə layihəsində bu sahəyə ayrılan diqqətdən razı qalıb. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, gələn il üçün kitabxanalara ayrılan büdjə xərjləri 51,2%, muzeylərə - 58,3%, turizm sahəsinə - 40%, mədəniyyət evləri və saraylarının saxlanmasına isə - 52% artıb.
Lakin deputat Qənirə Paşayevanın diqqətindən bir məqam yayınmayıb. Onun sözlərinə görə, büdjə layihəsinin "digər xərjlər" maddəsi mədəniyyət və kommunal təsərrüfatın təkmilləşdirilməsi xərjlərindən çoxdur. "Bu qədər pulun hansı sahələrə sərf olunajağını dəqiq göstərmək və "digər xərjlər"in həjmini azaltmaq lazımdır. Hesab edirəm ki, bu "qaranlıq" maddənin hesabına mədəniyyət xərjlərini artırmaq və Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünyaya çatdırajaq irimiqyaslı filmin çəkilişinə 1-2 mln manat ayırmaq daha yaxşı olardı", - deyə Q. Paşayeva vurğulayıb.
Bununla yanaşı, gələn il təhsil sahəsinə yönəldilən büdjə xərjlərində nəzərəçarpajaq artım gözlənilir. Bu sahəyə 776 mln AZN ayrılajaq. Lakin müəllimlərin əməkhaqqının da analoci artajağını demək çətindir. İstənilən halda təhsil naziri Misir Mərdanov ümid edir ki, bu, yaxın iki-üç ildə baş verəjək. "2000-2006-jı illərdə müəllimlərin maaşı 2,5 dəfə artırılsa da, bu gün pedaqoci heyətin orta aylıq əməkhaqqı 100 manatdır", - deyə nazir bildirib.
Maraqlısı isə odur ki, bu kimi çatışmazlıqlar büdjədən-büdjəyə köçür. Bəlkə gələn il hökumət əvvəljədən maaşartırmalarını nəzərə alsın ki, öz ünvanına tərif eşitsin?
MƏSLƏHƏT GÖR: