15 Mart 2025

Şənbə, 02:36

QƏRB İSLAMA QARŞI, İSLAM QƏRBƏ QARŞI

Təkcə dialoq deyil, bir-birinə qarşı konkret addımlar da lazımdır

Müəllif:

15.11.2006

Müsəlman aləmində hiddətli etiraz, söz azadlığının toxunulmazlığı fikrinin üstün olduğu Avropa ölkələrində isə buna javab olaraq, mənfi reaksiya doğuran "karikatura" və "sitat" qalmaqalları fonunda müsəlman Şərqi ilə xristian Qərbi arasında qarşıdurmadan narahatlıq keçirən alimlər və siyasi xadimlər "mədəniyyətlərin dialoqu" çağırışını daha tez-tez səsləndirməyə başlayıblar. Bu zaman onlar dinlərarası ziddiyyətlərin aradan qaldırılması üçün fikir mübadiləsini və müasir dövrün aktual məsələlərinə vahid yanaşmanın işlənib-hazırlanmasını nəzərdə tuturlar. 

Dialoqun önəmli olduğunu etiraf etməklə yanaşı, mədəniyyətlərin  mərd-mərdanə özünütənqidə, ikitərəfli qarşılıqlı təmaslarda yalançı stereotiplər və ikili standartlardan imtinaya, bu təməl üzərində bir-birinə yönələn jiddi və konkret aksiya və təşəbbüslərə  əsaslanan qarşılıqlı əlaqəsi məsələsinin daha önəmli olduğunu düşünürük. 

Bu zaman onu da qeyd etmək zəruridir ki, burada təkjə Qərb deyil, müsəlman ölkələri, onların siyasi və intellektual elitaları da jiddi addımlar atmalıdır, çünki Qurandakı çağırışların düzgün açıqlanması və gerçəkləşdirilməsinə görə məsuliyyət məhz onların üzərinə düşür. Təəssüf ki, bu məsələdə Quran ehkamlarına mühafizəkar, ehkami yanaşma üstündür. Belə yanaşmanı müsəlmanlar üçün aktual olan məsələlərə Quranın ruhu və mahiyyətinə müvafiq, formalaşmasına İslamın da böyük töhfə verdiyi ümumdünyamiqyaslı meyl və dəyərlər nəzərə alınmaqla javabların yaradıjı axtarışı ilə əvəz etməyin vaxtı artıq çoxdan yetişib. "Siz insanlar üçün yaradılan ən gözəl ümmətsiniz. Düzgünlüyü buyurardınız, adamları fənalıqdan qoruyardınız, Allaha inanardınız. Kitab əhli imana gəlsəydi, özləri üçün daha yaxşı olardı. İmana gələnlər var onların arasında, amma çoxu yolundan sapmışlardır" (3: 110 və b.6 birinji rəqəm surəni, ikinji ayəni göstərir). Müqəddəs Kitabda tez-tez rastlaşdığımız bu iddia, fikrimizjə, artıq baş vermiş faktın təsdiqlənməsi, arxayınçılığa, Qərbə və onun dəyərlərinə təkəbbürlü münasibətə bəraət qazandırılması kimi nəzərdən keçirilməməlidir. Bizjə, bu sözlərə Quranda müsəlmanlara və onların liderlərinə İslam aləmində sosial ədalətin təmin edilməsi məqsədilə bəşəriyyətin ən yaxşı təjrübəsini mənimsəməyə səsləyən digər birmənalı çağırışlarla qırılmaz vəhdətdə yanaşılmalıdır. Söhbət müsəlman jəmiyyətlərinin islah edilməsinin özünəməxsus fəlsəfəsi qismində anlaşıla bilən normalardan gedir: "Sizə Rəbbinizdən nazil olan ən gözəl kəlamın, Quranın ardınja gedin nə qədər ki özünüz də gözləmədən haqlamayıb sizi əzab qəflətən" (39:55), "Müdrik sözlə və mehriban nəsihətlə Rəbbin yoluna dəvət et və onlara ən yaxşı dəlilləri söylə" (16:120), "Kitab əhlindən olan zalım kəslər bir yana, qalanları ilə mübahisə eləyəndə yalnız gözəl sözlər söylə" (29:46), "Qoy sizin içinizdən yaxşılığa çağıran, düzgünlüyü buyuran, adamları fənalıqdan qoruyan bir ijma yaransın. Uğura uğrayar onlar" (3:104). Quranda idarəetmə, məhkəmə və nemətlərin bölüşdürülməsi sahələrində ədalətə səsləyən çoxsaylı çağırışlar da var. Onlara riayət edilməməsi Tanrının gözündə jinayətdir: "Siz yetimə məhəl qoymayırsınız, yoxsulu yedirtməyə meyl etməyirsiniz, başqasının haqqına məhəl qoymadan mirasdan təkbaşına yeyirsiniz, sərvəti çox sevirsiniz. Amma elə yarğan-yarğan yarıldı yer, gəldi Rəbbinin əmri və sıra-sıra düzülüb gəldi mələklər və o gün ki. Gətirilib gəldi jəhənnəm, anışdırar hər şeyi insan. Bu anışdırmağının da artıq ona nə faydası?" (89: 17-23), "Amma azğınlığa başlayar insan özünü varlı sanan zaman. Şübhəsiz, sənin Rəbbinin dərgahına axır dönəjək hamı" (96: 6-8). Beləliklə, Quran kitab əhlindən (yəhudilər və xristianlardan) qabaqjıl təjrübənin götürülməsinə və sosial ədalət jəmiyyətinin qurulmasına çağırır.

Yuxarııda deyilənlərlə əlaqədar, açıq etiraf etmək lazımdır ki, hazırda müsəlman ölkələri heç də "ən yaxşı ijma" deyil.  Sivilizasiyaların dialoqu və qarşılıqlı əlaqəsi çərçivəsində onlar dinamik iqtisadiyyatlara, əhalinin layiqli həyat səviyyəsinə, siyasi azadlıqlara və insan hüquqlarına hörmətə, müsəlman xalqlarının tənzimlənməyən problemlərinin həlli məqsədilə səmərəli xariji siyasət yeridilməsinə əsaslanan sosial ədalət jəmiyyətlərinin yaradılması üzrə jiddi islahatların aparıldığını təsdiqləyən "ən yaxşı dəlil" və örnəklər təqdim edə bilmirlər. Əksəriyyəti ailə və ya klan prinsipi əsasında qurulmuş müsəlman hökumətlərinin bir çoxu ən böyük nailiyyətləri öz vətəndaşlarının rifahının yüksəldilməsi deyil, onların hüquq və azadlıqlarının məhdudlaşdırılması, milli-dövlətçilik inkişafının mühafizəkar modelləri hüdudlarında əsarətdə saxlanılması sahələrində və təbii ki, özlərinin sonsuz dərəjədə zənginləşmələri sahəsində əldə ediblər. Aydındır ki, bütün bu meyllər nəinki Qurandakı çağırışlardan tamamilə kənardır, hətta onlara ziddir. Odur ki Quranda tez-tez işlənən "Siz ən yaxşı ijmasınız" ayəsi, sadəjə, müsəlmanların hələ gerçəkləşdirilməyən ali missiyasına, onların Quran təliminin potensialını açıqlaya bilməmələrinə bir işarə, həyati fəaliyyətin bütün sahələrində fəal hərəkətlərə, əzm və səy göstərilməsinə, yaxud Quranın dili isə desək, jihada çağırışdır. 

Bir daha vurğulayaq: Quranda müsəlmanların dünyadakı ən yaxşı təjrübəni əxzetməyə dürüst istiqamətləndirilməsi bir daha göstərir ki, İslamın əsas ehkamları müasir Qərb ölkələrinin sosial və iqtisadi inkişafının əsas prinsipləri ilə uyuşa bilər. Bunu Qərb siyasətçi və alimləri də etiraf edirlər. Məsələn, indiki Roma papasının həmyerlisi, Almaniya Bundestaqının deputatı və İslam problematiksı üzrə ekspert R.Polents İslamla sosial bazar iqtisadiyyatı arasında dialoqu səmərəli sayır; çünki onun fikrinjə, "İslama görə, sosial tələbatların ödənilməsi iqtisadiyyatın önəmli vəzifəsidir". Bu tezisi digər bir alman alimi - Rur Universitetinin (Bohum) iqtisadiyyat fakültəsinin professoru F.Ninhaus da təsdiq edir. O qeyd edir ki, "İslam, demokratiya və bazar iqtisadiyyatı bir-biri ilə ziddiyyət təşkil etmir, çünki onların əsas prinsipləri bir-birinə uyğundur".  Başqa sözlə, müasir dövrün problemləri Quran əsasında uğurla aradan qaldırıla bilər, çünki onda  həm jəmiyyətin mənəvi-əxlaqi sağlamlaşdırılmasına, həm də iqtisadiyyat, sosial münasibətlər, korrupsiya ilə mübarizə, səmərəli xariji siyasət həyata keçirilməsinə istiqamətlənən kifayət qədər norma və müddəa var.   

Bütün bunların aktual olan terrorçuluq və zorakılıq problematikasına da birbaşa aidiyyəti var. Qurandakı bərabərlik və sosial ədalət, dinin, həyatın, şüurun, ailənin və mülkiyyətin müdafiəsi prinsiplərinin gerçəkləşdirilməsi ijtimai inkişafın prioritetlərinə çevrilə, müsəlman ölkələrinin mütərəqqi yeniləşməsini sürətləndirə, eyni zamanda, terrorçuluq və zorakılığın sosial və iqtisadi bazasını da daralda bilər. İdarəetmədə avtoritar üsullardan hər bir ölkənin özəlliklərini nəzərə almaqla tədrijən uzaqlaşma və Quranın tövsiyə etdiyi (42: 37-38) demokratik, məşvərətli idarəetmə elementlərinin tətbiqi gənj müsəlmanların fəal həyati mövqelərdən uzaqlaşaraq, etirazçı strukturlara axınının qarşısını alardı. Axı inamsızlıq, etiraz və müsəlmanların ideya-siyasi bəraətini İslam təlimində tapmağa jəhd göstərdikləri siyasi radikalizmi doğuran səbəblərdən biri məhz recimlərin, seçkili, legitim dəyişdirilməsinin mümkünsüzlüyüdür. Bu meyl, demək olar ki, bütün müsəlman ölkələrində özünü büruzə verir.  Həyat səviyyəsi ən yüksək olan müsəlman ölkələrinin birində - Səudiyyə Ərəbistanında müxalifət hərəkatının meydana çıxmasının səbəblərini təhlil edən britaniyalı alim-şərqşünas Jorj ioffe (Kembrij Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzi) qeyd edir ki, bu ölkədə müxalifətin tələblərinin əsas tonunun "sosial ədalət, bürokratik aparatın səmərəliliyi və krallığın gələjəyinin strateci görüntüsü ilə bağlı qayğıların əksidir". Onun fikrinjə, recimin ünvanına hərəkat tərəfindən tənqid "onun hamını (hətta "səudiyyəliləri" də) kənarlaşdıraraq, hakimiyyət rıçaqlarına təkbaşına nəzarət etməsi və dövlət hakimiyyəti vasitələrindən şəxsi zənginləşmə üçün yararlanması" ilə bağlıdır. "Səudiyyə Ərəbistanında yeni orta sinif təjrid olunub, hakim zümrənin insan hüquqlarına kifayət qədər ehtiram göstərməməsi və tənqidə həddən artıq həssas olmaları ölkə rəhbərliyini gözdən salaraq, onu qanuni islamçı recim adına bütün iddialardan məhrum hakim zümrə səviyyəsinə endirmişdir". J.İoffenin fikrinjə, məhz hakimiyyətin liberal hərəkatın şəxsi hüquq və azadlıqların (o jümlədən, qadınlar üçün) genişləndirilməsi, hakimiyyətin təşkilinin Quranda nəzərdə tutulan konsultativ, məşvərətçi prinsiplərinin bərqərar edilməsi, kral ailəsi ilə şəxsi əlaqələrə deyil, hər bir vətəndaşın bajarıq və nailiyyətlərinə əsaslanan idarəetmə sisteminin tətbiqi kimi bir sıra çağırışlarına etinasız əks-nətijələrə gətirib çıxardı: "Müxalifət daha radikal oldu, hətta terrorçu vəzifələri prinsipial şəkildə rədd edilməklə yanaşı, "Əl-Qaidə"nin ekstremist mövqelərinə rəğbət artdı". 

Nəzərdən keçirilən mövzu kontekstində onu da qeyd etmək önəmlidir ki, beynəlxalq terrorizmin, əslində, dünya siyasətinin müstəqil subyektinə çevrilməsi müsəlman ölkələrinin aparıjı təşkilatı - İslam Konfransı Təşkilatı və dünyanın aparıjı ölkələrinin müsəlman ijmaları qarşısında da yeni vəzifələr qoyur. Fikrimizjə, onlar təkjə müsəlmanların hüquqlarının xariji qüvvələr tərəfindən pozulmasına deyil, müsəlman ijmalarının özünün də daxilində öz qeyri-humanist aksiyalarına siyasi və ideoloci bəraət qazandırmaq üçün Müqəddəs Qurandan İslam frazeologiyası və tezislərlə pərdələnmək jəhdlərinə beynəlxalq və milli səviyyələrdə operativ və səmərəli reaksiya vermək  üçün səylərini birləşdirməlidirlər. İslamın qeyri-müsəlman ölkələrində getdikjə daha çox potensial təhlükə mənbəyi kimi nəzərdən keçirilməsində müsəlman ölkə və təşkilatlarının günahı da çox böyükdür, çünki onlar İslam təliminin pozitiv məzmununun, Qurandakı çağırışların humanist yönümünün gözdən salınması üçün jəhdləri deyil, artıq məqsədyönlü siyasəti passiv şəkildə izləyirdilər.  Bu gün jəbhə xətti insanların şüuru və ürəklərindən də keçir və beynəlxalq hüquq qüvvə və vasitələrlə, "müdrik söz, xeyirxah nəsihət və ən yaxşı dəlillərlə" (16:120) bu ürəklər və şüurlara təsir göstərmək uğrunda jihada başlamaq lazımdır. 

Qərbə gəldikdə, onun dövlət rəhbərləri, siyasi xadimləri və intellektual elitası "İslam dünyası" ilə münasibətlərdə böhrana görə öz məsuliyyət payını etiraf etməyə və bu dünyaya doğru addım atmağa hazır olduqlarını nümayiş etdirməlidirlər. Burada həm ideologiya, həm də praktika sahələrində "səhvlər üzərində iş" də zəruridir. Artıq İslamla dünyəvi, materialist mədəniyyət arasında həlli mümkünsüz ziddiyyətlərin mövjudluğu, "Qərblə minillik savaşdan sonra İslam jəmiyyətinin birdəfəlik tənəzzülü", İslamın müasir dəyərləri inkar etməsi və bütövlükdə, İslamın XXI əsrin çağırışlarına javab vermək iqtidarında olmaması barədə qarşı tərəfdən səslənən təxribatçı iddialardan imtina etmək zamanı yetişib. Helmut Şmidtin (1974-1982-ji illərdə Almaniya kansleri olub, hazırda Keçmiş Dövlət və Hökumət Başçıları Şurasının fəxri sədridir) öz mühazirələrinin birində haqlı olaraq qeyd etdiyi kimi, "Qərbin demokratiyaya doğru yolu uzun və ağır olub. O, Afinada Perikl dövründə, demokratiya quldarlığa əsaslanarkən başlayıb. Quldarlığı tam aradan qaldırmaq üçün Qərbə minilliklər lazım gəldi. Odur ki Qərb aləminin, çətin ki, başqa sivilizasiyalara dərs vermək, yaxud onlara öz dəyərlərini aşılamaq hüququna malik olsun". 

İslamın aparıjı araşdırıjılarından biri olan amerikalı alim Bernard Lüis İslama ünvanlanan ittihamları təhlükəli və inandırıjı olmayan sayır: "Orta əsrlərin böyük bir kəsimində nə Şərqin qədim mədəniyyətləri, nə də Qərbin yeni mədəniyyətləri sivilizasiya və tərəqqinin mərkəzi deyildi, İslam isə ortada dayanmışdı. Köhnə elmlər məhz burada yeni impuls və inkişaf kəsb etdi, yeniləri təşəkkül tapdı, qabaqjıl sahələr meydana çıxdı, fabriklər və tijarət isə görünməmiş səviyyəyə yüksəldi. Məhz burada hökumətlər və jəmiyyətlər fikir və ifadənin müəyyən dərəjədə azadlığına nail oldular ki, bu da yəhudi və dissident xristianların ora üz tutmalarına gətirib çıxardı... Tez-tez deyirlər ki, əgər İslam azadlıq, elm və iqtisadi inkişafa maneədirsə, nejə olub ki, keçmişdə müsəlman jəmiyyəti hər üç sahədə öndə gedib, həm də bu, müsəlmanların öz dinlərinin mənbəyi və ilhamverijilərinə zaman baxımından, indikindən qat-qat yaxın olduqları bir dövrdə baş verib?".

Qərbin İslama doğru hərəkətə başlamalı olduğu çıxış nöqtəsi müsəlmanların, həmçinin, digər mədəni ənənələrin daşıyıjılarının, yuxarıda da qeyd edildiyi kimi, Qərb sistemi ilə çoxlu kəsişmə nöqtələrinə malik olan  özəl dəyərlər sisteminə əsaslanan dövlət və sosial nizamını yaratmaq hüququnun tanınmasıdır. Son nətijədə, sivilizasiyalar arasında dinj yanaşı yaşamanın və qarşılıqlı əlaqələrin təməli də elə məhz bu ola bilər.  

Qərb KİV-i və kütləvi mədəniyyətində İslamın mənfi obrazının formalaşdırılması, terrorçuluğun ideologiya və praktikasının İslam təlimi ilə eyniləşdirilməsindən də imtina etmək zəruridir. İslamofobiya, "islamçı düşmən" obrazı yaradılması İslam  prinsip və ehkamlarının siyasi, bəlkə də geosiyasi vəzifələrdən çıxış edərək,  təhrif edilmiş şərhindən doğan "İslam təhlükəsi"nin geniş təbliği əvəzinə, İslama tarazlaşdırılmış baxışlara keçmək lazımdır. Başqa sözlə, İslam tematikasına primitiv-səthi, bəzən isə hətta təxribatçı yanaşma yox, səriştəli yanaşmaya ehtiyaj var. Bu vəzifənin yerinə yetirilməsi tamamilə mümkündür, çünki Quranda zorakılıq və terrora qarşı çıxılmasına dair geniş və möhkəm normativ baza mövjuddur; həm də Quran şəxsiyyətlərarası və dinlərarası münasibətlərin bərabərlik, başqa dinlərə qarşı dözümlülük və ədalət, sivilizasiya və mədəniyyətlərin dinj yanaşı yaşaması prinsipləri əsasında bərqərar edilməsinə səsləyir.

Bununla yanaşı, Qərbin dövlət və siyasət xadimləri, şübhəsiz, etiraf etməlidirlər ki, müsəlman ölkələrinin də onun bir hissəsini təşkil etdikləri müasir dünya nizamı çərçivəsində terrorçuluq problemlərinin həllini siyasi problemlərin həllindən təjrid etmək mümkünsüzdür. Həm də bu kontekstdə müsəlman ölkələri də digər ölkələrlə yanaşı, təkjə mükəlləfiyyətlərə deyil, dünya birliyinin digər üzvləri ilə bərabər hüquqlara da malikdir. Almaniya Şərqşünaslıq İnstitutunun direktoru Udo Ştaynbaxın fikrinjə, terrorçuluqla mübarizə yalnız o halda ümumi vəzifə kimi anlaşılajaq ki, onun həyata keçirilməsi zamanı "aydın prinsiplərə riayət edilsin və bütün iştirakçıların ağrılı nöqtələri nəzərə alınsın. Müsəlman ölkələrini yalnız belə olan halda terrorçuluqla mübarizəyə jəlb etmək mümkün olajaq".  Alim, əks halda, gündəlikdə duran məsələlərin birtərəfliliyinin yalnız qarşılıqlı nifrəti güjləndirəjəyini və "zorakılığa bəraət qazandırmaq üçün ideoloci konsepsiya qismində gələjəkdə də İslamla manipulyasiyalar etməyin mümkün olajağını" düşünür.

Qərbin "İslam dünyası"sı ilə ehtiramla dialoq qurmağa və əməkdaşlığa hazır olmaması birinjinin jiddi intellektual və siyasi böhrana məruz qalmasına dəlalət edir. Bu isə özünü Semüel Hantinqtonun 1993-jü ildə formulə etdiyi "sivilizasiyaların toqquşması" konsepsiyasına görə, rəqib İslam sivilizasiyasının nüfuzunun bütün dünyada Qərbin hökmranlığının bərqərar edilməsi çərçivəsində çökdürülməsi istəyində büruzə verir. Terrorçuluqla mübarizə hər hansı bir din və ya mədəniyyətlə mübarizə ilə əvəzlənməməlidir, çünki terrorçuluğun milli, dini, yaxud hər hansı bir digər identikliyi yoxdur və ola da bilməz. Bununla əlaqədar, məşhur rus alimi Q.Mirskinin vur-ğuladığı kimi, "Digər dinlər kimi, müsəlman dini də siyasətçilərin onu nejə şərh etmələrinə görə məsuliyyət daşıya bilməz. Odur ki, məsələn, transmilli islami terror kimi hadisələrə görə günahı İslamın üstünə yıxmaq ədalətsizlik və siyasi baxımdan təhlükəlidir". 

Terrorçuluğa münasibətdə ikili standartlar praktikasının ardıjıl olaraq kökündən ləğv edilməsi, beynəlxalq münasibətlərdə, münaqişələrin, ilk növbədə, müsəlman dünyasında antiqərb əhval-ruhiyyəsinin detonatoru kimi çıxış edən ərəb-İsrail və Fələstin münaqişələrinin nizamlanmasında hüququn aliliyinin bərqərar edilməsi zəruridir. Hamının qəbul etdiyi bu tezislərin deklarasiyadan praktik qərarlara çevrilməsi dünyada, ilk növbədə, Qərb və İslam sivilizasiyalarının təmas nöqtələrində böhran, münaqişə potensialını azalda bilər. XXI əsrin təlatümlərinə birgə duruş gətirilməsində dünya sivilizasiyaları və mədəniyyətlərinin harmonik əlaqəsinə və tərəfdaşlığına, ədalətli dünya nizamının yaradılmasına dəstək olardı.


MƏSLƏHƏT GÖR:

472