15 Mart 2025

Şənbə, 01:39

SÜLH, YOXSA FASİLƏ?

Qırğızıstanda hakimiyyət bölgüsü hələ başa çatmayıb

Müəllif:

15.11.2006

Qırğızıstan növbəti genişmiqyaslı siyasi böhranın yekunlarını araşdırır - budəfəki böhranın uzanmasına ölkənin yeni konstitusiyasının qəbulu səbəb oldu. Düzdür, artıq hər şey arxada qalıb: müxalifətin Bişkekin mərkəzində qurduğu çadır-şəhərjiyi artıq sökülür, gejə-gündüz davam edən mitinq konsertlə əvəzlənir. Müxalifət liderləri ilə prezident komandası yeni konstitusiyanın mətnində razılığa gəlib və dövlət başçısı Kurmanbek Bakiyev ölkə parlamentinin təsdiqlədiyi ali sənədi təntənəli şəkildə imzalayıb. Amma bütün bunlar Bişkekdəki böhranın artıq aradan qalxdığını və siyasi proseslərin bundan sonra daha mitinqlər vasitəsilə tənzimlənməyəjəyini demək üçün kifayətdirmi?

Bişkekdəki son proseslərin 2005-ji ildə ölkədə baş vermiş inqilabın davamı olduğuna şübhə doğurmur. Bu gün analitiklər xatırlayırlar ki, mübahisələrə səbəb olmuş yeni konstitusiyanın ölkəni prezident respublikasından prezident-parlament respublikasına çevirəjəyini, dövlət başçısı Bakiyev hakimiyyətə gəldiyi ilk günlərdəjə vəd etmişdi. Amma artıq ilyarım idi, prezident öz vədinə əməl etməyə tələsmirdi. Və yalnız müxalifətin onminlərlə tərəfdarını küçələrə çıxarmasından və polislə qanlı toqquşmalardan sonra, tərəflər kompromis əldə edə bildilər: Qırğızıstan prezident-parlament respublikasına çevrildi. Amma bununla belə, prezident yeni hökumətin tərkibini və yerli hakimləri təsdiq etmək hüququnu özündə saxladı. Düzdür, dövlət başçısı parlamentin müəyyən etdiyi hökumətin tərkibini təsdiqləməli olajaq. Bu tərkibi isə parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırajaq. Amma istənilən halda, hökumət başçısı da prezident kimi, öz vəzifəsini səlahiyyət müddəti başa çatana qədər ijra edəjək.

Bütün bunlar məsələnin üzdə olan tərəfidir və səlahiyyət bölgüsünü şərh edərkən, istər-istəməz Ukraynadakı konstitusiya islahatları ilə paralel gətirmək olar. Həmçinin, etiraf etmək lazımdır ki, Ukraynada olduğu kimi, Qırğızıstanda da inqilab nətijəsində hakimiyyətə vahid komanda deyil, hərənin öz ambisiyaları və planı olan müxtəlif maraqları güdən şəxslər gəliblər.

Qırğızıstandakı hadisələr bir həqiqəti də təsdiqlədi: istənilən inqilab (hətta “məxməri” olsa belə) jəmiyyətin ağrılı və ziddiyyətli inkişaf yolu deməkdir. Və hətta ilk baxışdan, inqilab öz məqsədinə çatsa belə, siyasi proseslərin normal səmtdə inkişafına nail olmaq çox çətindir.

Bir daha təkrar edək ki, bu, hadisələrin səthi analizinin nətijələridir. Və bu nətijələrdə inqilabın və hazırkı konstitusiya böhranının əsas nətijələri nəzərə alınmır. Əslində, baş verənlər yalnız ali qanun ətrafındakı fikir ayrılığının yox, həm də siyasi sistemdəki nizamsızlığın və ikitirəliyin göstərijisidir.

Qırğızıstandakı vəziyyətin özünəməxsusluğunun kökündə, bu ölkədə iki hərbi bazanın - Manasdakı ABŞ və Kentdəki Rusiya hərbi bazalarının mövjudluğu durur. Hələ inqilabdan dərhal sonra, Rusiyanın “Komsomolskaya pravda” qəzeti yazırdı:“Bu da sizə inqilab! Həmişə olduğu kimi, bu inqilab hakimiyyət üçün heç bir şans yeri qoymadı ”.

Həmin hadisələr hələ yaddaşlardan silinməyib. Oş və Jəlalabad bölgələrindən müxalifətçilərin paytaxta yürüşü, orada onların digər müxalifət dəstəsi ilə birləşməsi, milis və OMON-un Ağ evi qorumaqda göstərdiyi ajizlik, parlament və televiziya binalarına hüjum, Feliks Kulovun həbsxanadan azad olunması, fevral seçkilərinin nətijələrinin ləğvi, Kurmanbek Bakiyevin baş nazir seçilməsi və prezident Əskər Akayevin qaçması - bütün bunlar uzun müddət təhlil olundu. Və o zaman Rusiya KİV-i heç jür anlaya bilmirdi ki, nəyə görə Moskva Ə.Akayevi müdafiə etmək üçün heç nə etmədi? Axı jəmi bir neçə ay əvvəl Vladimir Putin Akayevlə birlikdə Rusiyanın Kentdəki hərbi bazasının açılışında iştirak etmişdi? Birdən-birə nə oldu?

Bu sualın javabı yalnız indi bəlli olur. Bu gün analitiklərin əksəriyyəti əmindir ki, Qırğızıstanda Akayevin Bakiyevlə əvəzlənməsi ilə nətijələnmiş inqilab hamıya məlum olan siyasi postulatın təzahürü idi: əgər prosesin qarşısını ala bilmirsənsə, heç olmasa, ona rəhbərliyi ələ keçir. O vaxt Akayev and-aman edirdi ki, ölkədə hər hansı “məxməri inqilab” ehtimalı yoxdur və ola da bilməz. Amma Moskva artıq anlayırdı ki, siyasi baxımdan müflisləşmiş və korrupsiyaya qurşanmış, ailə biznesinə çevrilmiş recimi qoruyub-saxlamaq mümkün olmayajaq. Deməli, yeganə çıxış yolu qalır: qırğızlara ÖZ ALTERNATİVİNİ təklif etmək. Çünki hadisələrin Rusiyanın maraqlarına zərbə ola biləjək istiqamətdə inkişafının - hakimiyyətə “əsl” qərbyönümlü müxalifətin gəlməsinin qarşısını almağın yeganə çıxış yolu bu idi.

Yəqin ki, 2005-ji ildə Qırğızıstanda baş vermiş inqilabın “yarımçıq” qalması təsəvvürü də məhz bununla izah olunmalıdır. O zaman tərəflər “jentlmen razılaşmaları” və “məxfi danışıqlar” inqilabın “məntiqi sonluqla” bitməsinin qarşısını aldı. Əvvəljə Bakiyevin tərəfdarları Moskvaya qaçmış Akayevlə uzun-uzadı müzakirələr apardılar. Rəsmi məlumatlara görə, bu danışıqların mövzusu Akayevin istefası prosedurunu  razılaşdırmaq, qeyri-rəsmi xəbərlərə görə isə “pul məsələsi”ndə razılığa gəlmək idi. Qalib gəlmiş inqilabçılar əvvəlki parlamenti buraxmadı, halbuki inqilabın başlamasına formal səbəb, məhz həmin parlamentin qeyri-qanuni və saxta yolla formalaşdırılması idi.

Sonra isə hadisələrin apofeozu çatdı: prezident seçkiləri ərəfəsində Bakiyevlə Kulov “jentlmen razılığı” əldə etdi və seçkiyə birlikdə qatıldılar - Bakiyev gələjək prezident, Kulov isə gələjək baş nazir kimi.

Belə görünürdü ki, qüvvələr nisbəti tapıldı.

Amma qısa müddətdən sonra, Qırğızıstanda aləm yenidən qarışdı. Əvvəljə KİV-də inqilabda bilavasitə iştirak etmiş bəzi şəxslərin həyatına sui-qəsdlər haqda məlumatlar yayıldı: naməlum qüvvələr biznesmenləri, deputatları, siyasətçiləri öldürməyə başladılar. Bişkəkin mərkəzində tanınmış kaskadyor, F.Kulovun ən yaxın adamlarından sayılan Usen Kudaybergenov qətlə yetirildi. Bir müddət sonra, inqilabın daha bir iştirakçısı - deputat Bayaman Erkinbayev güllələndi. Qeyd edək ki, Erkinbayev Qırğızıstanın ən zəngin iş adamlarından idi; onun ölkənin jənubunda mehmanxanaları, iri tijarət mərkəzləri var idi. Bir çox analitiklər Bişkək inqilabının əsas sponsoru kimi məhz onun adını çəkirdilər.

Maraqlıdır, bütün bu qətllər ölkədə yenijə başlanmış “hakimiyyət bölgüsü” fonunda baş verirdi. Həmin günlərdə Qırğızıstan parlamenti eks-prezident Akayevin oğlu Aydarı deputat toxunulmazlığından məhrum etdi. Respublika Prokurorluğu külli miqdarda yeyintilərdə şübhəli bilinən Aydar Akayevin həbsinə hazırlıq görməyə başladı. Amma onun rusiyalı vəkili Maksim Maksimoviç curnalistlərin nəzərinə çatdırdı ki, “Aydar Akayevin deputat toxunulmazlığının ləğvinə dair parlamentdəki səsvermədən əvvəl, deputat korpusuna güj strukturları tərəfindən güjlü təzyiq olmuşdu”.

Əskər Akayevin özü də oğlunun müdafiəsinə qalxdı və övladının ünvanına səslənən ittihamların böhtan olduğunu bildirdi.

Xatırladaq ki, Aydar Akayevin adı mətbuatda ilk dəfə onun Qazaxıstan prezidentinin qızı ilə ailə qurmasından sonra hallanmağa başladı. Düzdür, həmin nikah çox çəkmədi.

Bunun ardınja, 2005-ji ildə keçirilən parlament seçkilərinə qatılan Aydarın bu dəfə də bəxti gətirmədi. İnqilabdan sonra o, valideynləri ilə birlikdə ölkədən qaçmalı oldu.

Sonra isə hadisələr gözlənilməz istiqamətdə inkişaf etməyə başladı. Prezident Bakiyev baş prokuroru və onun müavinini vəzifəsindən azad etdi. Rəsmi məlumatlara görə, baş prokuror Beknazarov “qanunverijiliyi kobudjasına pozduğuna” və apardığı jinayət işlərində “şəxsi marağını güddüyünə” görə vəzifəsi ilə vidalaşmalı oldu: “Prokuror qanunsuz hərəkətlər edib, tabeliyində olan əməkdaşlara qeyri-qanuni tapşırıqlar verib, öz səlahiyyətlərindən sui-istifadə edib. Buna görə də vəzifəsindən çıxarılıb .”

KİV-in məlumatına görə, baş prokuror bu ilin iyununda Oş vilayətində dinj sakinlərə atəş açmış 2 nəfər jinayətkarın həbsdən buraxılmasına nail olub. Sonradan azadlığa çıxan bu şəxslərdən biri yenidən qətllər törədib. 

Artıq onda məlum idi ki, Kulovla Bakiyev arasında münasibətlər gərginləşir. O vaxt çoxları təəjjüblənirdi ki, ölkənin yeni liderləri niyə devrilmiş Akayevlə dil tapmağa çalışırlar? Bakiyev Akayevlə “diplomatik bazarlıq” edərək, onun istefası müqabilində, parlamenti buraxmamağa razılaşandan sonra, şübhələr bir qədər də artmışdı. Analitiklər artıq anlamışdılar ki, Akayevin “şimal klanı”nın inqilabdan sonra da aktiv qalması təsadüfi deyil və prezidentlə razılaşdırılıb. Bu yolla Bakiyev hakimiyyətdəki rusiyayönümlü maliyyə-siyasi dəstələrinin iqtidarda qalmasını təmin edirdi.

Amma tezliklə bu “balanslaşdırılmış” siyasət vəziyyəti tam nəzarətdən çıxardı və artıq inqilabın qatı tərəfdarları da Bakiyevə qarşı müxalifətə keçdilər.

Vaxtilə rusiyayameylli qüvvələrlə dil tapmağı bajarmış Bakiyev, bu gün yenidən opponentləri ilə kompromis axtarır. Amma bu dəfə onun məqsədi, artıq “əsl qərbyönümlülərlə” razılığa gəlməkdir.

İstənilən halda, Qırğızıstandakı hazırkı siyasi böhran yenə “natamam” təsəvvürü yaradır. Bu isə o deməkdir ki, bu hələ sonunju böhran deyil.


MƏSLƏHƏT GÖR:

431