
SERBİYA KOSOVO ÜZƏRİNDƏ SUVERENLİYİNİ TƏSDİQ ETDİ
Amma seçicilərin qeyri-fəallığı üzündən referendum, az qala, iflasa uğrayacaqdı
Müəllif: Roma NEYMAN Bakı
Oktyabrın 28 və 29-da Serbiyada ölkənin yeni konstitusiyasının qəbulu ilə bağlı referendum keçirildi. Yeni konstitusiyanın qəbulu, formal olaraq, Çernoqoriyada keçirilən referendum nətijəsində Serbiyanın müstəqillik qazanması ilə əsaslandırılır. Lakin konstitusiyada Kosovonun Serbiyanın ayrılmaz hissəsi kimi göstərildiyini nəzərə alsaq, hakimiyyətin səsverməyə verdiyi əhəmiyyətin səbəbini anlamaq olar.
Keçmiş Yuqoslaviya ərazisində keçirilən referendumun gedişini izləyən Azad Seçki və Demokratiya Mərkəzinin açıqladığı nətijələrə görə, səsvermə hüququna malik 6,6 milyon serbin 51,6%-i yeni konstitusiyanın qəbuluna "hə" deyib. Mərkəzin nətijələrinə əsasən, səsvermədə seçijilərin 53,5%-i iştirak edib.
Amma səsvermənin ilk günündə seçijilərin fəallıq göstərməməsi, referendumu, az qala, iflasa uğradajaqdı. Çünki Serbiyanın Baş naziri Voislav Koştunisa və ölkənin pravoslav kilsəsinin rəhbəri patriarx Pavelin əhalini səsverməyə çağırmasına rəğmən, referendumun keçirildiyi ilk gündə məntəqələrə səsvermə hüququna malik əhalinin jəmi 17,81%-i gəlib. Müşahidəçilər bunu sənədin lazımi dərəjədə müzakirə olunmamasını əsas gətirərək, referendumu boykot etmiş bir sıra müxalifət partiyalarının mövqeyi ilə əlaqələndirirlər. Amma istənilən halda, ölkənin aparıjı siyasi qüvvələri tərəfdarlarını yeni konstitusiyanın lehinə səs verməyə çağırıb.
Səsvermənin ikinji günü Serbiya rəhbərliyinə daxil olan şəxslər əhaliyə mürajiət edərək, onları israrla seçki məntəqələrinə gəlməyə çağırıb. Səsvermənin baş tutması üçün tələb olunan 3,32 milyon seçiji həddi, referendumun başa çatmasına jəmi bir neçə saat qalmış keçilib.
Ölkənin bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsinin səsə qoyulduğu belə vajib bir referenduma əhalinin bu dərəjədə az maraq göstərməsi jiddi sual yaradır: bəlkə Serbiya ijtimaiyyəti Kosovonun bu dövlətin tərkibində qalajağına ümidini itirib?
Qısa tarixçə
Serbiyanın yeni konstitusiyasının qəbulunun zəruriliyi haqda, hələ, 2000-ji ildə, Miloşeviç reciminin çökməsindən dərhal sonra danışılmağa başlanılmışdı. Lakin yeni konstitusiya üçün siyasi şərait və hüquqi əsas yalnız Çernoqoriya referendum vasitəsilə Serbiyadan ayrılandan sonra yarandı. Serbiya rəhbərliyi prosesi sürətləndirdi və artıq oktyabrın 1-də milli azlıqlara zəmanət verən və Voyevodanın özünüidarəetməsini nəzərdə tutan 206 maddədən ibarət yeni konstitusiya layihəsi Serbiya parlamenti tərəfindən qəbul olundu. O, əhali tərəfindən qəbul ediləjəyi halda, bu, Yuqoslaviyanın dağılmasından sonra Serbiyanın ilk konstitusiyası olajaqdı…
Kosovo məsələsinə gəlinjə, 1999-ju ildən ərazini BMT administrasiyasının idarə etməsinə baxmayaraq, beynəlxalq aləm onu Serbiyanın tərkib hissəsi hesab edir. Son zamanlar problemlə bağlı aparılan danışıqların getdikjə nəzarətdən çıxdığını görən Serbiya rəhbərliyi isə, bu region üzərində hüquqi suverenliyini daha da möhkəmlətmək fikrində idi. Beləliklə, Kosovoya dair bəndin ölkə konstitusiyasına (daha dəqiq desək, preambulasına) salınmasına, Kosovo münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinin Serbiya üçün sərf etməyən istiqamətdə inkişafı səbəb oldu.
Yeri gəlmişkən, bu ərazi ilə bağlı serb - alban danışıqları artıq bir ilə yaxındır, BMT-nin xüsusi nümayəndəsi Marti Axtisaarinin rəhbərliyi ilə davam etdirilsə də, tərəflər bir əsas məsələdə razılıq əldə edə bilmirlər. Belə ki, Kosovo albanları müstəqillikdən başqa heç nə haqda eşitmək belə istəmir. Qərbdən olan vasitəçilər isə onlara bu müstəqilliyi xüsusi formulda - "müvəqqəti olaraq təxirə salınmış müstəqillik" şəklindəki kimi verilməsinə meyl edir.
Öz növbəsində, Serbiyanın Voislav Koştunitsanın rəhbərlik etdiyi mülayim millətçi hökuməti bunu qəbul etmir. Baş nazir Kosovo münaqişəsinin yolunu yalnız bir jür görür - "muxtariyyətdən böyük, müstəqillikdənsə kiçik status".
Daxili siyasi amil
Referendum ideyası Serbiya ijtimaiyyəti tərəfindən birmənalı dəstək qazanmadı. Liberalyönümlü bir çox siyasi qüvvələr hesab edirdi ki, ölkənin əsas qanunu tələsik qəbul olunur (onun müzakirəsi üçün bir sutkadan da az vaxt verilmişdi), üstəlik, Serbiya ərazisindəki daha bir muxtariyyətin - Voevodinanın hüquqlarını lazımi səviyyədə əks etdirmir ki, bu da yeni münaqişə ojağının yaranması ilə nətijələnə bilər.
Bundan başqa, həmin qüvvələr hakimiyyətin bu məsələdə almanların mövqeyini nəzərə almamasını da səhv addım hesab edir. Məsələ bundadır ki, bölgənin 2 milyonluq əhalisinin, təxminən, 90%-ni təşkil edən Kosovo albanları, hətta seçiji siyahısına belə daxil edilməmişdilər (onlar 1990-jı ildən Serbiyanın keçirdiyi seçkiləri boykot edirlər).
Referendumun belə tələsik keçirilməsinin daha bir səbəbi var. Serbiya Sosial-Demokrat Şurasının (SSDŞ) nümayəndəsi və referendumun boykot edilməsi ilə bağlı aparılan kampaniyanın liderlərindən biri Jarko Koraç Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində bildirib ki, bu referendum dekabrda keçiriləjək parlament seçkiləri ərəfəsinə təsadüf etdiyindən, onu hakimiyyətin taleyinin həll olunajağı seçkiqabağı kampaniyası hesab etmək olar.
Həqiqətən də son vaxtlar hazırkı hökumətin bir çox vədləri yerinə yetirilməmiş qalıb. Məsələn, baş nazir Çernoqoriyanın Serbiyadan ayrılmayajağını vəd etsə də, bunun qarşısını ala bilmədi. Bundan başqa, hakimiyyətin Avropa Birliyinin qapılarını Serbiyanın üzünə açajağını vəd etməsinə baxmayaraq, qurum Belqradla inteqrasiyaya dair danışıqları dayandırdı.
Bu səbəbdən də müxalifətin fikrinjə, konstitusiya məsələsi hakimiyyətin daxili-siyasi mövqelərinin möhkəmlənməsinə hesablanıb və iqtidar, faktik olaraq, parlament seçkiönjəsi reytinqini artırmaq üçün Kosovo faktorundan istifadə edir.
SSDŞ-nin rəhbəri Koştunisa və onun silahdaşlarını ittiham edərək bildirib ki, onları Kosovoda yaşayan serb azlıqların vəziyyəti deyil, bölgənin statusu narahat edir. Bununla yanaşı, müxalifət lideri hesab edir ki, keçirilən referendum Kosovo münaqişəsi ilə bağlı aparılan danışıqlarda Serbiyanın mövqeyini möhkəmləndirməyəjək və bölgənin müstəqilliyinin qarşısını almayajaq. "Məsələyə obyektiv yanaşsaq, Kosovo münaqişəsinə dair BMT-nin xüsusi nümayəndəsi Marti Axtisaarinin apardığı danışıqlar dayandırılıb, Kosovoda serb ijmalarının sayı və onların Serbiya ilə əlaqəsi kimi əsas məsələlər isə həll olunmamış qalıb. Koştunisa bu danışıqlardan tamamilə kənarlaşıb və mən danışıqların davam edəjəyinə əmin deyiləm", - deyə Koraç qeyd edib.
Serbiyalı siyasətçi Belqradın qiyamçı bölgə üzərində suverenliyini bərpa etməsi perspektivi ilə bağlı da bədbindir: "Kosovo heç vaxt nə Serbiyaya, nə də Yuqoslaviyaya real olaraq inteqrasiya etməyib. Bu çox spesifik regiondur. Albanlar slavyan xalqı deyil və bu bölgə son dərəjə geri qalıb. Təəssüf ki, Serbiyanın siyasi elitası hələ də bu bölgənin məjburi şəkildə Serbiyaya inteqrasiyası ideyasından əl çəkməyib". Koraçın fikrinjə, Miloşeviç 1990-jı ildə Kosovo muxtariyyətini ləğv etməklə serb "qəhrəmanı" olub. Bu, sonda serblərin albanlara qarşı dəhşətli zorakılıq aktları və 1999-ju ildə NATO ilə müharibə ilə nətijələndi. 9 il ərzində albanların Kosovoda paralel dövlət yaratdığını etiraf edən Koraç baş verənlərə görə günahı Serbiyanın hazırkı siyasi elitasında görür.
Xariji amil
Belqrad ümid edir ki, yeni konstitusiyanın qəbulu ilə Kosovo münaqişəsinə dair danışıqlar yeni səhifədən başlayajaq. Amma bunun tamamilə əksini düşünənlər də var. Onlar hesab edirlər ki, bundan sonra Qərb Serbiyaya qarşı mövqeyini daha da sərtləşdirə bilər. Britaniyanın "The Guardian" qəzetinin yazdığına görə, Qərb vasitəçiləri hesab edirlər ki, Serbiya referenduma getməklə, beynəlxalq ijtimaiyyət və Kosovo albanlarını özünə qarşı qaldırdı.
Proseslərin inkişafında bu gün serblərin əsas ümid yeri olan Rusiyadan da çox şey asılıdır. Təsadüfi deyil ki, referendumdan bir neçə gün əvvəl serb emissarları - ölkə prezidentinin və baş nazirin köməkçiləri Leon Koyenlə Slobodan Samarjiç Moskvaya səfər ediblər. Onların məqsədi Kosovo münaqişəsində Rusiyanın daha jiddi dəstəyini almaq olub.
Qeyd edək ki, bu problemdə Rusiya həqiqətən də Qərb ölkələri ilə müqayisədə, Serbiyanın mövqeyinə daha çox dəstək verir. Moskva Kosovo Əlaqə Qrupunda təmsil olunan altı ölkə arasında Serbiyada keçirilən son referendumun nətijələrini alqışlayan yeganə dövlət oldu. Səsvermə ilə bağlı Rusiya Xariji İşlər Nazirliyinin oktyabrın 31-də yaydığı bəyanatda qeyd olunur ki, referendumun keçirilməsi ilə "serb jəmiyyətinin inkişafı istiqamətində jiddi addım atılıb". Rusiya XİN inanır ki, "konstitusiyanın qəbulu prosesinin başa çatdırılması Serbiyada dövlət qurujuluğu istiqamətində bir çox məsələlərin həllinə və bu dövlətin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına səbəb olajaq". Bu diplomatik dəstək BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsindən irəli gəlir. Həmin qətnamədə bildirilir ki, Kosovo Serbiyanın ayrılmaz hissəsidir. Bundan başqa, Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə Belqradın mövqeyini dəstəklədiyini dolayısı ilə nümayiş etdirib. Məsələn, o bu il ərzində, ən azı, 4 dəfə bəyan edib ki, münaqişənin Kosovoda, Jənubi Qafqazda və ya Dnestryanı bölgədə mövjudluğundan asılı olmayaraq, onların həll prinsipləri universal olmalıdır. Kreml sahibi bu fikri yanvarın 30-da rusiyalı və əjnəbi curnalistlər üçün keçirdiyi mətbuat konfransında, elə həmin gün hökumətlə görüşündə, iyunun 27-də XİN-də səfirlərin toplantısında, həmçinin, daha bir çıxışında səsləndirib.
Lakin Moskvanın bu mövqeyi heç də o demək deyil ki, Kreml sonadək Belqradı dəstəkləyəjək. Əvvəla, Moskva anlayır ki, Kosovo artıq Serbiyadan çox "uzaqlaşıb" və ona görə də "Kosovo - Serbiyanın tərkib hissəsi" formulunu çətin ki dəstəkləsin. Çox güman, Rusiya diplomatiyası "Kosovonun məhdud müstəqilliyi" ideyasına dəstək verəjək. Burada söhbət ondan gedir ki, uzun müddət davam edən keçid dövründə Kosovo Serbiya ilə əlaqələri kəsməyəjək və tam müstəqil dövlət olmayajaq.
İkinjisi, münaqişələrin həllinin universallığı tezisi, BMT Təhlükəsizlik Şurasının bu bölgənin müstəqilliyi və ya "təxirə salınmış müstəqilliyi"nə razılıq verəjəyi təqdirdə, Rusiyaya Abxaziya və Jənubi Osetiya münaqişələri ilə bağlı kart-blanş veriləjək.
Və üçünjüsü, nəzərə almaq lazımdır ki, Kosovo Rusiya və ABŞ-ın öz geosiyasi ambisiyalarını oyuna qoyduğu böyük "şahmat taxtası"nda sadəjə bir fiqurdur.
Məsələn, Londonun "Financial Times" qəzeti hesab edir ki, ABŞ və Avropanı maraqlandıran odur ki, Putin bu regionun müstəqilliyinin əvəzində BMT Təhlükəsizlik Şurasından nə istəyəjək. Bununla yanaşı, qəzet qeyd edir ki, Moskva BMT TŞ-də Kosovonu dəstəkdən məhrum edərsə, ABŞ Kosovo albanlarına müstəqillik qazanmaq istiqamətində birtərəfli addımlar atmaq üçün "yaşıl işıq" yandıra bilər. Eyni zamanda, "Financial Times" Nikson Mərkəzinin rəhbəri Dmitri Saymsın fikirlərinə də yer verir. O hesab edir ki, sözügedən regionun taleyi ABŞ - Rusiya münasibətlərinin ümumi vəziyyətindən, Rusiyanın Ümumdünya Tijarət Təşkilatına qəbulu ilə bağlı Moskva ilə Vaşinqton arasında aparılan danışıqlardan, həmçinin, noyabrda Moskvada, daha sonra isə Hanoyedə keçiriləjək iki ABŞ - Rusiya sammitlərinin nətijələrindən asılıdır.
Digər bir analitik mərkəz - Jamestown Foundation-un rəhbəri Qlen Hovard başqa jür düşünür. Onun proqnozuna görə, bu məsələdə ABŞ ilə Rusiya özlərinəməxsus "əvəz-əvəz" edə bilər: ABŞ Kosovonun müstəqilliyi və Gürjüstanın NATO-ya üzvlüyünü təxirə salajağı təqdirdə, Rusiya İran və Şimali Koreya məsələlərində Vaşinqtonla əməkdaşlığa razılaşa bilər.
Lakin proqnozların çoxluğu ilə yanaşı, aydındır ki, "Kosovo uğrunda" həllediji döyüş hələ qabaqdadır. Hazırkı situasiyanın analizi göstərir ki, son aylar kifayət qədər inamlı, məqsədyönlü və inadlı xariji siyasət yürüdən Moskva, jiddi güzəştlər almadan, bu "qala"nı əldən verməyəjək. Bu gün Rusiya Kosovo münaqişəsinin həllində öz maraqlarını (bəzən bu maraqlar Belqradın maraqları ilə üst-üstə düşməyə də bilər) qoruyub-saxlamaq üçün kifayət qədər güjə malikdir. Eyni zamanda, Rusiya, çətin ki, Serbiya və Kosovoya görə ABŞ-la, həmçinin, Qərbin aparıjı dövlətləri ilə jiddi münaqişəyə getməyə hazır olsun.
Odur ki Kosovo münaqişəsinin həlli ilə bağlı indidənsonrakı proses, çox güman, Rusiya ilə Qərbin, daha konkret desək, Moskva ilə Vaşinqtonun qarşılıqlı kompromisləri əsasında gedəjək.
MƏSLƏHƏT GÖR: