15 Mart 2025

Şənbə, 03:02

RUSİYA: 2008-Cİ İL PROBLEMİ

Vladimir Putin prezidentlikdən sonra nə ilə məşğul olacaq və onun varisi məlumdurmu?

Müəllif:

15.11.2006

Dövlət başçısının və hökumətin dəyişməsi istənilən ölkənin həyatında çətin dövr hesab olunur. Çünki hakimiyyətin dəyişdirilməsi, qısamüddətli proses də olsa, təhlükəli "vaaqus" və inamsızlıqla müşayiət olunur. Hakimiyyətin horizontal və üfüqi bölündüyü, jəmiyyətin özünüidarə qabiliyyətinin yüksək olduğu demokratik ölkələrdə hakimiyyət dəyişikliyi hüquqi prosedur və ənənələrə əsasən ağrısız keçir. Totalitar və avtoritar recimlərdə isə vəziyyət başqa jürdür. Həmin dövlətlərdə hakimiyyət dəyişikliyi tez-tez böhranlarla, hətta bəzən fəlakətlərlə müşayiət olunur. Buna görə də avtoritar liderlərin fəaliyyət müddəti başa çatdığı vaxt, onların onu uzatmaq üçün müxtəlif yollar araması təəjjüblü deyil. Məsələn, Belarus Prezidenti Lukaşenko, Özbəkistanın dövlət başçısı Kərimov və ya Tajikistan lideri Rəhmanov "üçünjü müddət problemi"ni, sadəjə, konstitusiyaya dəyişiklik yolu ilə həll etdilər.

"İdarəolunan" və ya hazırda Rusiyada adlandırıldığı kimi, "suveren" demokratiyanın mövjud olduğu ölkələrdə də (əksər postsovet ölkələrində olduğu kimi) bu məsələ son dərəjə çətin və aktualdır. Həmin dövlətlərdə bu problem prezidentin şəxsiyyəti, ölkənin daxili və beynəlxalq vəziyyətinə əsasən həllini tapır. Məsələn, Qazaxıstan Prezidenti Nazarbayev bu problemi vaxtında yeni konstitusiyanın qəbul edilməsi ilə aradan qaldırdı. Lakin bu variant Avropa Şurasının üzvü olan və beynəlxalq ijtimaiyyətin mövqeyi ilə hesablaşan dövlətlər üçün yaxşı üsul hesab olunmur. Təsadüfi deyil ki, Ermənistanda da çoxdandır, yeni konstitusiyanın qəbul edilməsinə baxmayaraq, Koçaryan hələ də açıq şəkildə bildirir ki, üçünjü müddətə prezidentliyə yiyələnmək üçün o, "konstitusiya amili"ndən istifadə etmək fikrində deyil.

2008-ji ildə Rusiya Prezidenti Putinin səlahiyyət müddətinin başa çatdığını nəzərə alsaq, bu ölkə də diqqət mərkəzindədir. İndiyədək yerli elitalar səviyyəsində dəfələrlə 2008-ji ildən sonra da dövlət başçısı postunda məhz Putinin saxlanılmasının vajibliyi haqda fikirlər səslənib. Həmin mənbələr bu təşəbbüsü ölkədə xüsusi nüfuza malik digər siyasətçinin olmaması ilə əsaslandırır. 1996-jı ildən fərqli olaraq, bu gün ijtimaiyyət kommunistlərin revanşı ilə deyil, sürət yığmaqda olan millətçilik, ksenofobiya və rus faşizmi ilə hədələnir. Bu qüvvələrin KİV-də həddindən artıq təbliğ edilməsi və onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmaması belə şübhələr yaradır ki, bu qüvvələr hakimiyyətdəki bəzi dairələr tərəfindən manipulyasiya edilir.

Vladimir Putinin özü isə dəfələrlə açıq şəkildə bəyan edib ki, onun konstitusiyaya dəyişiklik etmək və səlahiyyət müddətini uzatmaq fikri yoxdur. Mənjə, bu, Putinin Qərbin gözündən düşməkdən və ya Rusiyanın qüdrətli dövlətlərin toplaşdığı "G8"dəki yerini itirməkdən ehtiyatlanması ilə bağlı deyil. Çox güman, qayda-qanunu özü üçün prioritet seçmiş və dövlətçiliyi hər şeydən üstün tutan Putin, sadəjə, Konstitusiyaya və öz xalqına hörmətsizlik anlamına gələn addımı atmaq istəmir.

Bir müddət əvvəl televiziya vasitəsilə xalqla təmasa girən Putin bir daha "üçünjü müddət" haqda söhbətlərin qəbuledilməz olduğunu bəyan etsə də, eyni zamanda bildirdi ki, böyük siyasətdən getməyi düşünmür. Bununla bağlı sualı Putin belə javablandırdı: "...Biz, hətta prezident səlahiyyətləri və rıçaqlarına malik olmadan belə, sizinlə birlikdə ölkəmizin həyatına təsir edə bilərik...". 

Putin bu fikri səsləndirərkən əhalinin böyük əksəriyyətinin ona olan inamına əsaslanır. 

Məlum olduğu kimi, ölkədə keçirilən son sorğular əhalinin 70 faizinin hazırkı prezidentə etimad göstərdiyini sübut edir. Amma hələlik Putinin hansı mexanizm vasitəsilə əhalinin bugünkü etimadını, sonrakı prezidentə təsir rıçaqına çevirəjəyi məlum deyil. Həm bu mexanizm axtarışı, həm də Putinin mümkün xələfinin kimliyi 2008-ji ilədək Rusiya siyasi həyatının əsas intriqasını təşkil edir. 

Beləliklə, Vladimir Putin siyasi elita və vətəndaşların nəzərinə çatdırdı ki, o, "axsaq ördək" (Qərb ölkələrində səlahiyyət müddəti başa çatmaq üzrə olan prezidenti belə adlandırırlar) olmaq fikrində deyil. O, nəinki səlahiyyət müddəti başa çatanadək vəzifəsini ijra etməyi düşünür, hətta xələfinin namizədliyinin müəyyənləşməsində bilavasitə iştirak edərək, gələjəkdə də ölkədəki proseslərə təsir göstərmək fikrindədir.

Etiraf edək ki, hazırkı Rusiyada diqqəti jəlb edən və azad seçkidə prezident seçilmək iqtidarında olan siyasətçi yoxdur. Və 2008-ji ilədək belə bir şəxsin meydana çıxajağı inandırıjı deyil. Amma o da aydındır ki, V.Putinin yalnız xeyir-duasına və avtoritetinə yox, həm də onun əlindəki maddi və inzibati resurslara arxalanan şəxs asanlıqla prezident kürsüsünə yiyələnəjək. Məsələn, 1999-ju ildə hakimiyyətin vaxtından əvvəl Yelsindən Putinə ötürülməsi prosesində olduğu kimi. Lakin o zaman Boris Yelsin artıq yaşlaşmışdı, səhhətində jiddi problemlər var idi və bu səbəbdən, böyük siyasətdən birdəfəlik getdi. O, hakimiyyəti ötürdüyü Putinə Baş nazir Kasyanov, prezident administrasiyasının rəhbəri Voloşin, daxili işlər naziri Ruşaylo kimi yüksəkrütbəli məmurları hələ bir müddət postlarında saxlamağı həvalə etdi və Putin buna əməl etdi. Lakin bu, Yelsinə böyük siyasətə təsir imkanlarını saxlamaqdan çox, şəxsi zəmanəti üçün lazım idi.

Hazırda isə vəziyyət başqa fərqlidir.  Vladimir Putinin jəmi 54 yaşı var, o, güjlü və enercilidir və çətin ki, ağır iş recimindən yorularaq səs-küydən uzaqlaşmağı, sakit həyat tərzi sürməyi düşünsün. Buna görə də elə bir xələf seçməlidir ki, onun prezidentliyi dövründə Putin özü siyasi hadisələrin mərkəzində qala bilsin. Hazırda həmin şəxsin kimliyi haqda fikir yürüdərkən, prezidentə yaxın olan iki nəfərin adı çəkilir: baş nazirin birinji müavini, "milli layihələr"in kuratoru Dmitri Medvedev və müdafiə naziri Sergey İvanov. Sonunju, eyni zamanda, baş nazirin müavinidir və Hərbi Sənaye Kompleksinə nəzarət edir.

Medvedev, şərti olaraq, "göyərçin"dir və əsasən, özünü müasir formasiyanın menejeri, liberal dövlətçiliyin hibridi, Qərblə münasibətlərin inkişafına üstünlük verən siyasətçi kimi göstərir. Şərti "qırğı" -  güj strukturları ilə sıx əlaqələrə malik İvanov isə həm daxili, həm də xariji siyasətdə sərt xəttin tərəfdarı təsiri bağışlayır və bu həqiqətən də belədir. 

Bu namizədlər arasındakı fərq yalnız onların malik olduqları təjrübə və şəxsi keyfiyyətləri ilə deyil, həm də onların müasir Rusiyanın müxtəlif maddi-sənaye qruplarına daxil olmaları ilə əlaqədardır. 

Məlum olduğu kimi, Medvedev Rusiyanın iri şirkətlərindən olan "Qazprom"un Direktorlar Şurasının rəhbəridir. Bu qurumun Avropa istehlakçılarına gedən məhsulunun əvəzində, ölkəyə texnologiyalar və investisiyalar gəlir. 

İvanov isə öz məhsulunu, əsasən, "üçünjü dünya"ya - Qərb tərəfindən texnoloci və maliyyə təjridi ilə üzləşmiş ölkələrə idxal edən Hərbi Sənaye Kompleksi ilə sıx əlaqədədir.

Görəsən, Vladimir Vladimiroviç özü 2008-ji ildən sonra nə ilə məşğul olajaq? "Qazprom"un rəhbəri postunda Medvedevi əvəzləyəjək, İjtimai Palataya rəhbərlik edəjək, Konstitusiya Məhkəməsini idarə edəjək, yoxsa baş nazir postunu tutmaqla, bütün əvvəlki səlahiyyətlərini əlində saxlayajaq? 

Çoxları güman edir ki, Putinin hansı postu tutmasından asılı olmayaraq, o, Rusiyanın Den Syaopini olajaq, yəni qeyri-formal lider kimi qalaraq. Başqa sözlə, bundan sonra da vajib dövlətəhəmiyyətli qərarların qəbulunda onun rəyi həllediji olajaq.

Lakin bütün bunlarla yanaşı, bir məsələ açıq qalır - birdən Putinin xələfi yerini bərkidəndən sonra real vəziyyətlə, yəni səlahiyyətlərinin azlığı ilə barışmadı? Axı tarixdən də göründüyü kimi, Rusiyanın ali rəhbərliyi sərbəstliyinin məhdudlaşdırılması ilə barışmır və tarixən, bu jür razılaşmaları daim pozub. Belə ehtimal doğrudan da var. Çünki real inzibati güj həmişə mənəvi nüfuzdan yüksək olub. 

Odur ki 2008-ji ildən sonra Putin Rusiyanın siyasi durumuna nəzarəti o halda əldə saxlaya bilər ki, ölkənin güj strukturları və kadr siyasətinə yenə də özü nəzarət etsin. Bunun üçün isə prezident kürsüsünü sözəbaxan və etibarlı şəxsin tutması kifayət deyil. Dövlət başçısı postundan ayrıldıqdan sonra, real səlahiyyətə və dövlətin idarəedilməsində müstəsna vəzifəyə yiyələnmək lazımdır.

Hələlik, Rusiyada prezident seçkisinə hələ ilyarım vaxt var. Bu müddət ərzində ölkədə çox şey dəyişə bilər. Bizim Rusiyadakı proseslərə təsir imkanlarımız çox zəifdir, hətta demək olar yoxdur. Həm də çətin ki, Rusiyanın siyasi elitası və əhalisi, kiminsə onların daxili işlərinə qarışmasına (bu addım ən xoş niyyətlə atılsa belə) müsbət yanaşsın. Lakin istənilən halda, qonşu ölkədə baş verənlərin diqqətlə izlənilməsi vajibdir. Azərbayjan üçün Rusiyada hakimiyyət dəyişikliyinin nejə baş verəjəyi və ölkənin başına kimin gələjəyi heç də əhəmiyyətsiz məsələ deyil: bu ölkədə çoxlu sayda azərbayjanlılar daimi və ya müvəqqəti yaşayır, Azərbayjanla Rusiyanı iqtisadi və mədəni tellər bağlayır. Bu baxımdan, Rusiyada seçkiönjəsi kampaniyada milli dözümsüzlük və ksenofobiya kartlarından istifadə faktı bizi narahat etməyə bilməz.

Bizim üçün Vladimir Putinin gələjək taleyi də müəyyən siyasi əhəmiyyət kəsb edir. Məsələ yalnız onda deyil ki, söhbət qonşuluqda yerləşən böyük fövqəldövləti 8 ildir idarə edən, hazırda da onun əhalisinin böyük hissəsinin dəstəyinə sahib olan insandan gedir. Söhbət həm də Vladimir Putinin şəxsiyyətindən gedir. Biz Yelsindən fərqli olaraq, Putinin ətrafında erməni və ya erməni maraqlarını ifadə edən lobbinin (hərdən Rusiyanın maraqlarına zidd olaraq) olmadığını qeyd etməyə bilmərik. O, Azərbayjanla bağlı heç vaxt yanlış fikir səsləndirməyib; əksinə, çətin dövlətlərarası münasibətləri sağlam, praqmatik vəziyyətə gətirib. Bundan başqa, bir faktı da qeyd etməmək olmaz ki, məhz Putinin rəhbərliyi dövründə Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi daha balanslaşdırılmış və konstruktiv olub. Kreml Jənubi Osetiya, Abxaziya və Dnestryanı münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ problemində separatçılara açıq dəstək vermir.

Putinin Rusiyaya rəhbərliyə başlaması ilə ikitərəfli əlaqələrlə yanaşı, ölkələrimizin prezidentləri arasındakı şəxsi münasibətlər də dostluq münasibətlərinə çevrilib. Postsovet ölkələrinin rəhbərləri arasında Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində müttəfiqləri olan Koçaryan, Lukaşenko və ya Kərimovla müqayisədə, Putinin Nursultan Nazarbayev və İlham Əliyevlə daha yaxın münasibətdə olduğu göz qabağındadır. 

Bu səbəbdən, Azərbayjan üçün Putinin Rusiyanın siyasi səhnəsində həllediji olmasa da, çox böyük təsirə malik fiqur kimi qalması Azərbayjanın maraqlarına uyğundur.


MƏSLƏHƏT GÖR:

466