Müəllif: İnna SULTANOVA Bakı
Hazırda Azərbayjanda ali təhsil bumu müşahidə edilir. Ali təhsil müəssisəsinə daxil olmaq istəyi, şübhəsiz, təqdirəlayiq olsa da, əhalinin 90%-nin alitəhsilli olması mümkünsüzdür. "Ya. Yaxud" prinsipi Azərbayjan gənjlərinin şüurunda artıq çoxdan möhkəm bərqərar olub və iqtisadçı, yaxud hüquq sahəsinin mütəxəssisi olmaq arzusunda olmayan jəmiyyətdə, az qala, anormal bir insan kimi qarşılanır.
Qərb ölkələrində bu məsələyə tamamilə fərqli münasibət var - universitetləri gənjlərin, ən çoxu, 30%-i bitirir, çünki bu, kifayət qədər bahalı bir işdir. Qalanları isə tərəddüd etmədən kollejlərə üz tutur və orada orta ixtisas təhsili alırlar. Kolleji bitirən adam müəyyən sahədə ixtisaslı mütəxəssis olur və artıq dəhşətli işsizlik təhlükəsindən qorxmur, çünki həmişə ixtisası üzrə iş tapa bilir. Ölkəmizə fəhlə ixtisasları lazım olsa da, təəssüf ki, bu yönümlü işçilər hazırlayan tədris müəssisələri, demək olar ki, qalmayıb. Lakin deyəsən, Təhsil Nazirliyi təhsil sektorundakı bu boşluğu doldurmaq qərarına gəlib. Məhz bu məqsədlə bu strukturda texniki-peşə təhsilin inkişaf etdirilməsinin 2007-2012-ji illəri əhatə edən konsepsiyasının layihəsi hazırlanıb.
Peşə məktəbinə gedərdim, amma…
Ali təhsil, demək olar, hər bir məktəb məzununun ən ülvi arzusudur. İndiki gənjlər öz gələjəklərini, təxminən, aşağıdakı şəkildə təsəvvür edirlər: nüfuzlu fakültədə təhsil almaq, sonra isə hansısa sanballı şirkətin rahat otaqlarının birində o qədər də əziyyətli olmayan iş yeri. Amma çox vaxt bütün bunlar yalnız xəyallarda belə jazibədar görünür və alitəhsilli adamlar heç də öz ixtisasları üzrə işləmə-yərək, ixtisas tələb etməyən yerlərdə çalışırlar.
İlk növbədə, problemi müəyyənləşdirmək lazımdır. O, iki sualla ehtiva edilir, ölkədə zəruri sayda fəhlə haradan tapılajaq və ali təhsil müəssisələrinin "plandan artıq" məzunları hara üz tutajaqlar? Bəziləri 9, bəziləri isə 11 sinif bitirən gənj oğlan və qızlar hələ bir sovet şairinin formulə etdiyi ölməz sualla üzləşirlər: "Onda mən harada işləməliyəm? Nə ilə məşğul olmalıyam?". Jiddi sualdır, axı əslində, gələjək həyat yolu müəyyənləşdirilir. İndiki ağır dövrdə isə bu problem xüsusi aktuallıq kəsb edir. Təhsil artıq çoxdan kommersiya növünə çevrilib və ora gələjəkdə mənfəət əldə etmək üçün vəsait qoyulur: abituriyentlər və onların valideynləri səmimi şəkildə hesab edirlər ki, möhürlü karton parçası onları həyatda layiqli yerlə təmin edəjək. Lakin müasir dövr öz şərtlərini diqtə edir və bir çox hallarda diplom avtomobil, yaxud məişət texnikası təmir etmək bajarığından çox-çox az əhəmiyyətə malik olur. İndi iş adamlarının "meydan sulamalarına" baxmayaraq, onlar heç də həmişə günün qəhrəmanı ola bilməyəjəklər. Ölkə, sadəjə, əvvəlki nəsillərin əməyinin bəhrəsi ilə alver etməməli, istehsalı qurmalıdır. Şübhəsiz, düşünən insanlar olmadan keçinmək mümkünsüzdür, lakin heç də hər bir diplom sahibi bu dünyada öz yerini tapa bilir.
Sənət sahibi olmaq bizlərdən bir çoxunun köməyinə gələ bilərdi. Lakin ali təhsilə ujdantutma aludəçilik dalğasına düşərək, biz ölkəyə beynəlxalq münasibətlər və tərjüməçilik üzrə diplomlu mütəxəssislərdən savayı, aşpazlar, zərgərlər, elektriklər, xarratlar, çəkməçilər, qaynaqçılar və vaxtilə texniki-peşə məktəblərində çoxlu sayda yetişdirilən digər mütəxəssislərin də gərək olduğunu unuduruq.
Hələ 20 il bundan əvvəl həmin təhsil müəssisələri xalq arasında kifayət qədər populyar idi, "əmək mütəxəssisləri"nin xalq arasında hörməti var idi. İndi isə onlardan etinasızlıq, hətta kinayə ilə danışırlar, gənjləri müasir texniki-peşə məktəblərinə (TPM) zorla da gətirmək olmur. Bu təkjə həmin məktəblərdə oxumağın o qədər də böyük şərəf gətirməməsi ilə deyil, həm də onların maddi-texniki bazasının son dərəjə köhnəlməsi və təzələnməyə ehtiyajı olması ilə bağlıdır. Orta halqa mütəxəssisləri olmadan, jəmiyyətdə tamdəyərli həyat mümkünsüzdür, axı bir çox baxımdan, onun keyfiyyətini məhz bu insanlar müəyyənləşdirirlər. Hamımız vaxtaşırı təmirə ehtiyajı olan avtomobil nəqliyyatından istifadə edir, təmir üçün evimizə ustalar gətirir, dərzilərin tikdikləri paltarları geyinirik və i. a.
Qeyd edək ki, qanuna görə, ölkəmizdə ibtidai peşə təhsili sistemi müəssisələrində təhsil hamı üçün və pulsuzdur. TPM-lərin orta və müsabiqə əsasında qəbul keçirilən ali təhsil müəssisələrindən əsas fərqi odur ki, ibtidai peşə təhsilini qəbul imtahanları vermədən də əldə etmək olar. TPM şagirdlərinin, təxminən, 80%-i doqquzunju siniflərin məzunlarıdır. Peşə vərdişləri ilə yanaşı, onlar ümumi orta təhsil də əldə edirlər ki, bu da onlara perspektivdə texnikumlara və ya institutlara daxil olmaq imkanı verir. Məhz bu təhsil sahəsini dirçəltmək məqsədilə Azərbayjanın Təhsil Nazirliyi diqqətini uzun müddət yada düşməyən təhsil müəssisələrinə yönəldib.
İntibah mütləq olajaq
Hələ bir neçə ay bundan əvvəl Təhsil Nazirliyi texniki-peşə və orta ixtisas təhsilinin inkişafına dair strategiya işləyib-hazırlamaq üçün işçi qrupunun formalaşdırılmasına başladı. Onun tərkibinə təhsil, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, sənaye və yanajaq nazirliklərinin təmsilçiləri daxil oldular. Təhsil Nazirliyi artıq 2007-2012-ji illər üçün texniki-peşə təhsilinin inkişaf konsepsiyasının layihəsini hazırlayıb. Konsepsiyanın əsas məqsədi ölkənin ixtisaslaşmış fəhlə kadrlarına olan ehtiyajını ödəmək, TPM sisteminin müasir tələblər baxımından, təhsil sistemində islahatlar, istehsal və xidmət sahələri üçün yüksəkixtisaslı kadrlar hazırlanması proqramına müvafiq şəkildə təkmilləşdirilməsidir. Aparılan araşdırmalar TPM sistemində bu qədər ajınajaqlı durumun yaranmasının bir sıra səbəblərini üzə çıxardı. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, bunun səbəbləri Dağlıq Qarabağ münaqişəsi, müstəqillik əldə ediləndən sonra keçmiş sovet respublikaları ilə münasibətlərin pozulması olub. Bazar iqtisadiyyatına keçid dövründə bir çox iri müəssisə fəaliyyətini dayandırdı, ölkədə özəlləşdirmə başladı. Yeni texnologiyların jəlb edilməsi ilə TPM sistemində tədris mənasını itirdi, çünki bu məktəblər kadrlar hazırlamaq üçün müasir texniki baza ilə təjhiz edilməyib.
Nətijədə, əgər 80-ji illərdə TPM sahəsindəki 185 təhsil müəssisəsində 109 min şagird var idisə, indi 107 belə müəssisədə 23 146 şagird və 4251 mütəxəssisdən ibarət pedaqoci tərkib qalmışdır. Nazirin sözlərinə görə, 2005-ji ildə TPM-lərə 13 968 nəfər qəbul edilmiş, məzunların sayı isə 12060 nəfər olmuşdur. Görülən tədbirlərə baxmayaraq, problemlər hələ də var, çünki maddi-texniki və tədris bazaları müasir tələblərə javab vermir, maşın, mexanizm və konstruksiyalar yoxdur, tədris texnikası köhnəlib. Bu tədris müəssisələrinin binaları 1999-ju ildən bəri təmir edilmir, kadr çatışmır, çünki pedaqoci heyət stimullaşdırılmır. Hazırda pedaqoqun maaşı 76,4 AZN, ustanınkı isə 51 AZN təşkil edir. Bundan başqa, 14 min qaçqın vaxtilə TPM olmuş bəzi binaları tutublar.
Təhsil Nazirliyi Texniki-Peşə Təhsil Şöbəsinin rəisi Zülfüqar Abdullayevin sözlərinə görə, yaponiyalı ekspertlər 1 il ərzində ölkəmizdəki TPM-lərin durumunu araşdırmış və bu monitorinqin nətijələrinə əsaslanan təkliflərini Azərbayjanın Nazirlər Kabinetinə ünvanlayıblar.
Bu şöbənin məsləhətçisi Jəmil Ağamalıyev qeyd etdi ki, konsepsiya artıq hazır olsa da, indiyədək təsdiq edilməyib. Sənədin hazırlanması zamanı əsas kimi bir sıra proqramlar, dövlət təhsil siyasəti, həmçinin, YUNESKO-nun TPM üzrə konseptual prinsipləri götürülüb. Konsepsiyada TPM-lərin inkişaf mərhələləri, təhsil sisteminin məzmunu və vəzifələri, həmçinin, gözlənilən nətijələr öz əksini tapıb. Müsahibimizin qeyd etdiyi kimi, bu konsepsiya TPM-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, müəllimlərin ixtisasının artırılmasını, bu təhsil müəssisələrinin dərsliklərlə təmin edilməsini və i. a. nəzərdə tutur.
J.Ağamalıyev aşağıdakıları da bildirdi: "Müasir gənjlərin TPM-lərə, ümumiyyətlə, getmədiklərini və bu məktəblərin boş qaldığını demək olmaz. Bizdə olan məlumatlara görə, plan üzrə TPM-lərə qəbul üçün verilən bütün yerlər tutulur. Hazırda ölkədə peşə-texniki təhsil verən 107 TPM var. Onlardan 47-si şagirdlərinə peşə-texniki təhsillə yanaşı, orta təhsil də verən litseylər, 60-ı isə məktəbi bitirən şagirdlərin daxil olduqları TPM-lərdir".
Beləliklə, jəsarətlə demək olar ki, TPM-lərdə təhsil almaq üçün əlverişli şərait yaradılarsa, yəqin ki, gənjlər onlara daha həvəslə üz tutarlar; axı bu təhsil forması qısa müddət ərzində tələbat olan ixtisas qazanmağa, qısa müddət ərzində iş tapmağa və artıq peşəyə yiyələndikdən sonra ali təhsil müəssisəsində təhsilini davam etdirməyə imkan verər.
Texniki-peşə təhsilinin böyük gələjəyi var, onun ölkəmizdə geniş vüsət alıb-almaması məsələsinin zamana ehtiyajı var. Lakin belə görünür ki, hər şey buna doğru gedir.
MƏSLƏHƏT GÖR: