15 Mart 2025

Şənbə, 02:51

AÇIQ HAVA ALTINDA QALA --MUZEY

"ekosfera" sosial-ekoloji muzeyi Azərbaycanda yeganə etnoqrafiya qoruğunun bərpasına başladı

Müəllif:

01.11.2006

Qala qəsəbəsi özəl bir təkrarsızlığa malikdir - Azərbayjanda sahəsi 156 ha (bundan 44 ha göldür) olan etnoqrafik qoruq burada yerləşir. Bu, ərazisində 216 memarlıq və arxeologiya abidəsi - ibtidai insanların bürünj dövrünə aid ən qədim məskəni, erkən və son orta əsrlərə aid məsjidlər, ovdanlar və yeraltı su kəməri, hamamlar, qala, katakombalar, yaşayış məhəllələri yerləşən ən qədim insan məskənidir. Hazırda qoruğun ərazisində arxeoloci işlər aparılır. Üzərində uzaq əjdadlarımızın çəkdikləri  dinimahiyyətli mərasimlərin təsviri olan daş pilitələr tapılıb. "Ekosfera"nın səyləri nətijəsində, qəsəbəyə turist marşrutları açılandan sonra, bu pilitələrdən ibarət zəngin toplu turistlərə nümayiş etdiriləjək. 

 

Beşminillik tarix

"Ekosfera" Sosial-Ekoloci Mərkəzi humanitaryönümlü QHT-dir və Azərbayjanda artıq 8 ildir fəaliyyət göstərir. Mərkəz təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi və mədəni irs sahəsində iş təjrübəsinə malik alim, pedaqoq və tələbələri birləşdirir. "Ekosfera"nın aktivində artıq iyirmidən çox layihə var ki, bunlardan bir çoxu - "Tarixi köklər", "Gənjlər üçün ekoloci treninq proqramı", "İçərişəhər - uşaqlığımın nağılı" və s. jəmiyyətdə böyük rezonans doğurub. "Ekosfera"nın tərəfdaşları və maliyyə donorları arasında "Açıq jəmiyyət" institutu, ATƏT, bp və digər təşkilatlar var.

"Ekosfera"nın layihələrindən biri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mərkəzi Asiyanın Re-gional Ekologiya Mərkəzi (MA REM) tərəfindən Qafqaz və Rusiya regional ekologiya mərkəzləri ilə əməkdaşlıqda idarə olunan "Xəzəryanı jəmiyyətlərin sabit inkişafı" kiçik qrantlar proqramı çərçivəsində  həyata keçirilir. "Ekosfera" QHT "Abşeron yarımadasının Qala kəndinin ekoloci-etnoqrafik bərpası və sabit inkişafı" layihəsini də məhz Avropa İttifaqının bu proqramı çərçivəsində işləyib-hazırlayıb.  İdeya birtərəfli de-yil: QHT-nin layihə üzrə əsas tərəfdaşı Qala qəsəbəsi sakinlərinin təşəbbüs qrupu oldu; İZO  sahəsində məsləhət dəstəyini isə Şərqin Araşdırılması Mərkəzi və Bakı şəhərinin art-salonu göstərdi. Qəsəbəyə maraq onunla izah edilir ki, burada qalalıların qədim evləri qalmaqdadır və onlar da ekskursiya proqramına daxil olajaq. Hər bir evdə ətrafında rahatlıq və təhlükəsizlik üçün oricinal kənarları olan səliqəli təndirlər var. Bu, qalalıların orta əsrlərə aid  "nou-hau"su  - Azərbayjanın bütün digər ərazilərində həyətdə təndirlər qurulurdu. Orta hesabla, 200 il yaşı olan bu evlərdə, hətta duş kabinələri də var idi! Hər bir evin təsərrüfat hissəsində ("mətbəx" də demək olar) ensiz girişli kiçik şaquli otaq var (çimərkən giriş pərdə ilə bağlanırdı). İçəridə bu hissə azajıq genişlənirdi. Daxili divarla namazdan əvvəl dəstəmaz almaq üçün bəs edən təzyiqlə su axırdı, təbii ki, belə bir yardımçı duşun olması heç də əsl hamama getməyi istisna etmirdi). Hər şeydə əsrlərboyu jilalanan erqonomiklik duyulmaqdadır. Məsələn, həyətlərdəki hər bir quyunun təndirlərdəki kimi kənarları olsa da, orada yarımkürə şəklində müxtəlifdiametrli çuxurlar, onların hər birinin dibində isə su axarı var. Nə üçün? Demə, dolçaları qoymaq üçün. Bu zaman onların üstündəki su damjıları itmir, yenidən quyuya axırdı! Heyf ki, indi Qalanın quyularından yalnız texniki məqsədlərlə istifadə edilə bilən duzlu su çıxır... 

Qala insanların artıq 5 min ildir, məskunlaşdığı yerdir (onun sakinləri, hətta Azərbayjan dilinin ayrıja bir şivəsində danışırlar). Yaşları 200-300 il olan evlərin palçıqdan istifadə etmədən qurulan və əsrlərlə bir-birinə qıfıllanmaqla qalan damları xüsusi maraq doğurur. Diqqəti jəlb edən digər elementlər qoyun kəlləsi şəklində olan, solyar işarələrlə bəzədilmiş daş su axarları, son dərəjə alçaq pənjərə və qapılardır (bu ərazidə taxta həmişə problem olduğundan, girişdən pərdə asmaqla qıda istini, yayda isə sərinliyi qoruyub-saxlayırdılar. Divarların özü də çox uzaqgörənliklə Düar prinsipi, yəni termos kimi hörülüb: iki hörgünün arası burada hava qatının da qalmasına imkan verən daş qırıqları ilə doldurulub. Qəsəbə-muzeyin ən maraqlı "eksponatlar"ından biri də qəbiristanlıqdır. 

Yerli sakinlər 30-ju illərdə ərəb şrifti ilə çap olunmuş kitabları DİXK-dən (NKVD-dən) buradakı qədim mavzoleydə gizlədirdilər. Mavzoleyin divarlarında güllə izləri var: qadağan olunmuş ədəbiyyatı gizlətməyə majal tapmayanları güllələyirdilər. Lap yaxınlıqda isə Seyidgah piri yerləşir. Buranı indi belə adlandırırlar, amma kim bilir, əvvəllər onun adı nejə olub? Axı onun bir neçə min il yaşı var. Xariji görünüşünə görə bu pir insanın reproduktiv orqanlarının stilləşdirilmiş daş təsvirləridir. Yerli sakinlər deyirlər ki, burada müəyyən ayinləri yerinə yetirməklə sonsuzluqdan xilas olmaq mümkündür. Doğrudur, nəhəng qəbiristanlıqda bu yeri bələdçi olmadan tapmaq, demək olar, mümkünsüzdür. Yoni (qadının reproduktiv orqanının daş təsviri) - yarığı olan birmetrlik pilitə və yerə dərin basdırılmış "linqama"nın (kişi reproduktiv orqanın daş təsviri)  diametri 20 sm olan kiçik bir hissəsi yuxarı hissəsi qədim qəbirüstü pilitələr hazırlanandan sonra qalan tikinti tullantılarına bənzəyir. Üstəlik, onların üstünü gurtikanlı kollar örtür. Buranın belə bərbad durumda olması barədə təəjjübdolu sualın javabında qəsəbə ijmasının rəhbərliyi bildirir ki, buna, əksinə, sevinmək lazımdır. Sonra isə izah edirlər ki, burada belə işləmək elə böyük problem deyil. Amma elə həmin "linqam" torpaqdan çıxarılarsa, bu pirin ömrü o qədər də uzun olmaz. Dərhal möminlərdən biri - 5 min il yaşı olan bu artefaktı (onun nöqteyi-nəzərinə görə isə "biabırçılığı", "ədəbsizliyi") dağıdıb tikə-tikə edəjək. Odur ki elə torpağın içində qalması məsləhətdir - belə daha salamat olar...  

 

"İstixana effekti"

Onu da qeyd etmək zəruridir ki, hazırda Qalada, demək olar, bütün abidələr məhv olmaq təhlükəsi altındadır. Həm də məsələ heç də yerli sakinlərin köhnəfikirli olmalarında deyil. Şəhər ijtimai nəqliyyatının hər hansı bir marşrutunun belə çəkilmədiyi (!) bu şəhərətrafı qəsəbəyə çoxmərtəbəli binalar və ya dəbdəbəli villalar tikmək istəyənlərin "gözü düşüb". Əgər onların istəkləri gerçəkləşərsə, keçmişimizin misilsiz abidələri alt qatlarda qalajaq, daha sonrakı dövrlərə aid olanlar, yəni daha üzdəki qatlarda yerləşənlər isə ümumiyyətlə, yer üzündən silinib-atılajaq. Yeri gəlmişkən, Qala qəsəbəsinin "janlı" hissəsinin heç də qoruğun yox olmaq təhlükəsindən az kəskin olmayan özəl problemləri mövjuddur. Qəsəbədəki 3 000 nəfərin yarıdan çoxu qoruğun ərazisində yaşayır (buna ijazə verilir). Kommunal xidmətlər baxımından, qoruqda və ya onun xarijində yaşamağın elə bir böyük fərqi yoxdur - problemlər eynidir. Sadəjə, qoruğun ərazisində yaşa-yanların gözü doymaq bilməyən inşaatçılar tərəfindən öz torpaqlarından qovulmaq şansı daha azdır. İşsizlik və kasıblıqdan savayı, qalalılar məişət çətinlikləri doğuran təjridolunmadan da əziyyət çəkirlər.

Yolboyu düzəngah uzanıb-gedir, halbuki əvvəllər burada böyük gəlir gətirən zeytunluqlar, həmçinin, badam plantasiyası var idi (Sovet hakimiyyəti dövründə Qala qəsəbəsində SSRİ-də yeganə badamçılıq sovxozu yerləşirdi). Burada zəfəran da yetişdirilir (Abşeronda əkinçiliyin ənənəvi sahəsi). Bakıda hündürboylu sortlar əkməyə imkan verməyən küləyə baxmayaraq, dənli bitkilər də əkirdilər. Qalalıların ənənəvi məşğuliyyətləri də var idi - dəmirçilik, dulusçuluq və xalçaçılıq. Müalijəvi palçığı olan duzlu göl və Pirvari ziyarətgahı da var idi.

Sadalananlardan anjaq pir qalıb. Sənətkarlıq, demək olar, unudulub; gölü uzun illər Abşeron müəssisələrinin bura axıtdığı çirkab suları məhv edib, əkinçilik isə yalnız istilikxanalar şəklində qalmaqdadır. Yeganə gəlir mənbəyi olmaqla, istilikxanalar Qala ətrafında onsuz da çox pis olan ekoloci durumu bir az da ağırlaşdırır: oradan çıxarılan kimyəvi maddələrlə zəhərlənmiş torpağı birbaşa qəsəbənin ərazisinə səpələyir, əvəzində, aramsız olaraq yaxınlıqdakı ərazilərdən təmiz torpaq gətirirlər. Sərbəst böyüyən ağajlar, demək olar, yoxdur. Qalalıların yeganə fəxri doqquz püstə ağajıdır - yarımadanın heç bir başqa qəsəbəsində bu qədər püstə ağajı yoxdur. Bu növdən olan ağajların yoxa çıxması da Abşeronun ekoloci problemlərindən biridir. Ağsaqqallar deyirlər ki, bu müqəddəs ağaj çirkləndirilmiş torpaqda bitmir...

"Ekosfera" təşkilatının layihəsi yerli sakinlərin peşə vərdişlərinin bərpasını (bu zaman yaxınlıqdakı Türkan, Zirə, Dübəndi və Pirallahı qəsəbələrinin sakinləri də işə jəlb olunajaq), təbii ehtiyatlardan səmərəli istifadəni və turistlərin jəlb edilməsini nəzərdə tutur. Ekologiya baxımından, bu məqsədlər üçün ayrılan qrantın məhdud vəsaiti hesabına bir o qədər də çox iş görmək mümkün deyil - ekologiya maddi mənfəətlə yox, insanların sağlamlığının bərpası və qorunması hesabına özünü doğruldan bir sahədir.  Lakin "Ekosfera"nın əməkdaşları nikbindirlər: onlar gölün sahillərini və ərazisini zibildən təmizlədikdən sonra, orada, vaxtilə olduğu kimi, meyvə ağajları əkməyi  planlaşdırırlar. Bu iş yerli sakinləri, ekoloci təşkilatlardan olan könüllüləri, tələbə və məktəbliləri jəlb etməklə həyata keçiriləjək. Əgər göl suyunun çirkləndirilməsi sənayenin günahıdırsa (yeri gəlmişkən, gölün özünü, təəssüf ki, hətta çoxlu vəsait hesabına da təmizləmək artıq mümkünsüzdür), onun sahillərindəki zibilliklərin baiskarları qalalıların özləridir. Amma qəsəbədə birjə dənə (!) də olsa, zibilyeşiyi yoxdursa, onları suçlamağa dəyərmi? Zibilin yığılması ilə məşğul olan qurumlar burada konteynerlər yerləşdirmir, çünki yollar bərbad vəziyyətdə olduğundan, bura zibilyığan maşınlar göndərmək olmur.    

 

İntibah başladı

Sənətlərin bərpası məsələsi daha yaxşı durumdadır. Burada "Ekosfera"nın uğurla yararlandığı potensial mövjuddur. Layihəyə rəvaj veriləndən sonra, keçən müddət ərzində tamamilə boş yerdə dulusçuluq və dəmirçi, iki şəxsi evdə isə xalçaçılıq  (jəmi 7 dəzgah) emalatxanaları yaradılıb. Qalanın və ətraf qəsəbələrin məktəbliləri bu emalatxanalarda əmək dərsləri keçirlər. Lakin sənətlə, ilk növbədə, yaşlıların məşğul olajaqları nəzərdə tutulur. Belə ki, artıq 35 nəfər Bakıda tətbiqi sənətlə məşğul olan rəssamların yanında təlim keçib. Yerli bədii məhsulların satışı ilə bağlı marketinq araşdırmaları aparılır, sənətkarların hazırlayajaqları  məmulatların Qala qoruğu və art-salonda sərgisinin keçirilməsi, həmçinin, onların kataloqunun tərtib edilməsi planlaşdırılır. 

Digər sahələrlə müqayisədə, xalçaçılıq daha tez gəlir gətirə bilər, çunki artıq kifayət qədər güjlü inkişaf etmişdir. O, başqa məsələdir ki, yerli xalçaçı qadınlar milli ənənələrdən bir qədər, həm də müsbət olmayan istiqamətdə uzaqlaşıblar. Səjiyyəvi olmayan naxışlar (məsələn, orta əsrlərin geyimlərində olan xanımların kobud fiqurları), parlaq anilin boyalar və s. şəklində kitç geniş yayılıb. Bəzən çox maraqlı yeniliklərə də rast gəlmək olur. Məsələn, palazların birində ənənəvi həndəsi naxışların arasında... avtomobillərin stilləşdirilmiş təsvirini görmək mümkündür. İstənilən halda, mütəxəssislərin xalçaçılığa dair məsləhətləri həyati əhəmiyyətə malikdir. Ələlxüsus da ona görə ki, qəsəbədə müxtəlif bölgələrin üslubları bir-birinə qarışıb - hazırda burada jəmi 7 ailənin kökü orta əsrlərdəki qalalılara bağlıdır, qalan sakinlər isə əsasən, qaçqın və məjburi köçkünlərdir. 

Lakin ekoloci dəyişikliklərin önəminə və sənətlərin müvəffəqiyyətlə bərpasına baxmayaraq, Qala qəsəbəsinin ən perspektivli inkişaf istiqaməti turizmdir.  "Ekosfera"nın sədri Firuz Sultanzadənin sözlərinə görə, layihənin turizm istiqaməti pilli-pillə inkişaf etdiriləjək. Bura sakinlər üçün treninqlər keçirilməsi, ixtisaslaşmış marşrutlar üzrə bələdçilərin hazırlanması, ilkin turpaketin və etnoqrafik ənənələrin də təsviri ilə "Qala və Abşeronun qədim məskənləri" marşrutunun işlənməsi, Bakıdan olan qrup üçün Qala ərazisində arxeoloci və ekoloci-rekreasiya nümayiş turunun keçirilməsi daxildir. Sonra Qalada Bakının 20 turizm şirkəti üçün proqramın və hazır turların təqdimatı keçiriləjək. Layihənin finalında onun haqqında (1000 nüsxə), turist marşrutu və bütövlükdə qəsəbə haqqında bukletlərin (5000 nüsxə) çapı, Qala haqqında JD-disklərə yazılmaqla, multimedia interaktiv proqramının yaradılması, həmçinin, İnternetdə Qala qəsəbəsinin və Abşeron məskənlərinin saytının yerləşdirilməsi nəzərdə tutulub. 

Bu yaxınlarda "Ekosfera" öz layihəsinin turist xəttinin növbəti mərhələsini - Qala ərazisində Bakıdan olan qrup üçün arxeoloci və ekoloci-rekreasiya turunun nümayiş turunu həyata keçirib. Onun təməlini QHT əməkdaşları tərəfindən işlənib-hazırlanan "Qala qızılı arxeoloci qazıntılarda" proqramı təşkil edib. İdeyanın sponsoru qismində "Açıq Jəmiyyət - Azərbayjan" (Soros Fondu) İnstitutu çıxış etdi.

Qədimlik olan yerdə sirlər də olur. Əsasını "xəzinə axtarışı" təşkil edən əylənjəli turist turları da elə buna əsaslanır. Bu ideya heç də yeni deyil - dünyada belə turlar müvəffəqiyyətlə həyata keçirilir. Lakin Azərbayjan üçün onlar, hələlik, ekzotikdir. "Ekosfera"nın proqramına görə, Qala qəsəbəsinə belə bir tura memarlıq abidələrinə, bərpa edilmiş emalatxanalara baxış, bu qəsəbə üçün ənənəvi həyətdə çay dəsgahı və ən əsası, arxeoloci qazıntılarda iştirak (əlbəttə, arzu edənlər üçün) daxildir. İlk belə "Qalanın etnomədəniyyəti" turist marşrutunun təqdimatı oktyabr ayında keçirilən "Qalanın qızılı" reklam tədbir-oyunu oldu. "Xəzinəaxtaranlar" sırasına valideynlər və curnalistlər daxil edilsələr də,  iştirakçıların əksəriyyəti məktəblilərdən ibarət idi. Yeri gəlmişkən, turun ən gənj iştirakçısı - 160 saylı məktəbin I sinif şagirdi 6 yaşlı Dilbər Mehdi şərfi əvəzinə, sikkə tapdı. Doğrudur, qədim yox, indiki müstəqil Ukraynanın sikkəsini. Qala torpağında nələr varmış...


MƏSLƏHƏT GÖR:

507