Müəllif: İnna SULTANOVA Bakı
Mübaliğəsiz demək olar ki, ölkəmizin əhalisi qazandığı pulların çox böyük hissəsini ərzaq məhsulları alınmasına sərf edir. Bu, təəjjüblü deyil, çünki istisnasız olaraq bütün məhsulların qiyməti, demək olar, hər həftə artır. Lakin yemədən yaşamaq mümkünsüz olduğundan, odur ki ujuz da, baha da olsa, onu almaq məjburiyyətindəsən. Üstəlik, ərzağa kifayət qədər böyük məbləğ sərf olunsa da, istehlakçı ona keyfiyyətsiz, yaxud xarab mal "sırınajağından" sığortalanmayıb. Nətijədə, biz, yaxşı halda, pulumuzu, pis halda isə səhhətimizi itiririk. Mağazadan xarab olmuş məhsul almaq ehtimalı iki amil sayəsində artır. Birinjisi - ərzağın ilin isti dövründə alınması, ikinjisi - ölkəmizin sakinlərinin öz istehlakçı hüquqlarını qorumağı bajarmaması və bunu istəməməsidir. Birinji bəndə gəldikdə, sağlamdüşünjəli istənilən adama aydındır ki, elementar saxlama qaydalarına riayət edilmədiyi halda, ərzaq məhsullarında onların xarab olmasına gətirib-çıxaran qarşısıalınmaz proseslər baş verir. İkinji amil alıjıdan asılıdır. Belə ki, aldığı ərzağın artıq qida üçün yararsız olduğunu görəndə, əksər hallarda satıjıya və ya istehlakçıların hüquqlarını müdafiə edən təşkilatlara mürajiət etməyi zəruri saymırıq. Belə bir mövqe onunla izah edilir ki, çox az adam harasa getmək və kiməsə nəyisə sübut etmək həvəsində olur. Ələlxüsus, mağaza evin yanında yox, şəhərin o biri başında olanda. "Ədalətin bərpasına nail olmaqdansa, boş yerə əsəb və vaxt itirəjəksən", - bizdə əksər hallarda belə düşünürlər. Əsasən, belə düşünənlər haqlıdır, çünki ölkəmizdəki gerçək durumda "alıjı həmişə haqlıdır" qaydasının qüvvədə olduğunu iddia etmək mümkün deyil. Bunun nətijəsidir ki, son zamanlar ölkədə qida zəhərlənmələri halları çoxalıb.
Qida terroru
Azərbayjanda yay ilin pəhriz saxlamaq üçün ən "münasib" ayıdır. Bu heç də isti havada iştahanın olmaması ilə deyil, yerli ərzaq bazarının özəlliyi ilə bağlıdır. Keçən illərin ajı təjrübəsinə əsaslanan bir çoxumuz süd, qənnadı, ət məhsullarının alışını məhdudlaşdırmağa çalışırıq, çünki yayın istisində məhz bunlar çox tez xarab olur. Baxmayaraq ki Azərbayjan heç də ən isti iqlimə malik ölkə deyil. Buradan belə bir sual doğur: bəs Avstraliya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərində insanlar nejə yaşayırlar? Demə, bu ölkələrdə qida məhsullarının saxlanılması və satışına tamamilə fərqli yanaşma var. Orada bütün tijarət obyektləri məjburi şəkildə güjlü kondisionerlər, soyuduju qurğularla təjhiz edilir. Bizdə isə bir çox mağazada soyuduju yoxdur, bir qismində isə işlək vəziyyətdə deyil. Bundan başqa, çox vaxt ərzaq məhsulları kortəbii şəkildə - qızmar günəş şüaları altında birbaşa küçəyə tökülmüş qutulardan satılır. Ölkənin çoxsaylı bazarlarında da durum eynilədir: havanın temperaturu 40°J və daha çox olduğu halda, ət soyudujuda deyil, açıq havada qaralmadan asılır, üstünə milçəklər və arılar qonur.
Deyilənləri nəzərə alsaq, alıjılara turşumuş xama, ərimiş şokolad, xarab olmuş kremli pirocnalar, qaxsımış pendir və i. a. "satılması" təəjjüb doğurmur. Bütün bunlar yalnız evə gəldikdən və qablamanı açdıqdan sonra üzə çıxır və məlum olur ki, pulu havaya atmısan. Belə mal evə yaxın yerdən alınıbsa, onu geri qaytarmağa və ya dəyişdirməyə jəhd göstərmək olar. Yox, əgər mağaza şəhərin o biri başındadırsa, aldığınızı zibilyeşiyinə atmaqdan başqa çarəniz qalmır.
Güman etmək olardı ki, payızın gəlişi ilə bu problemlər artıq arxada qalb və indi qida məhsullarını qorxusuz ala bilərik. Kaş belə olaydı! Bir çox tijarət obyekti hələ yaydan qalan malları satdığından, "zəhər" almaq şansı əvvəlki kimi, hələ də çox yüksəkdir.
Bu yaxınlarda, sevimli nəvəsini sevindirmək istəyən təqaüdçü Tamara Babayeva onun üçün metronun "N.Nərimanov" stansiyası yaxınlığındakı kiçik mağazaların birindən yarım kiloqram şokoladlı konfet alıb. Konfetlərin zahiri görünüşü kifayət qədər gözəgəlimli olduğundan, o, nəvəsinin nejə sevinəjəyini təsəvvür edirdi. O qədər də ujuz olmayan bu konfetləri almağı isə ona satıjı qadın məsləhət görmüşdü. Amma sürpriz alınmadı: konfetin kağızını açan nəvəsi qışqıraraq konfeti kənara atdı. Demə, onun içində qurdlar "keyf edirmiş". Qalan konfetlər də beləjə qurdlu çıxdı. Bu xoşagəlməz görüntünün yaratdığı şokdan özünə gələndən sonra T.Babayeva konfetləri geri qaytarmaq, yaxud dəyişdirmək üçün həmin mağazaya üz tutdu. Lakin satıjı konfetlərin həmin mağazadan alındığını sübut edən çek olmadığından, onları dəyişdirmək, yaxud pulunu qaytarmaqdan birmənalı şəkildə imtina etdi. Halbuki T.Babayeva and-aman edir ki, mağazada ona çek verməmişdilər.
Təəssüf ki, yuxarıda təsvir olunan hadisə heç də istisna olmayıb, əksinə, kütləvi səjiyyə daşıyır. Həm də xarab olmuş malı təkjə "topdansatış"la məşğul olan hansısa balaja mağazada deyil, ilk baxışdan sanballı görünən supermarketlərdən də almaq olar. Keyfiyyətsiz ərzaq məhsulları alışının iki jəhəti var və hər ikisi də mənfisəjiyyəlidir. Kimsə havaya sovrulan puldan əlini üzəjək və "pul əl çirkidir" deyəjək. Lakin istifadə vaxtı keçmiş ərzaq məhsulunun insanın sağlamlığı, bəzən isə hətta həyatı üçün təhlükə yaratması tamamilə başqa məsələdir.
Şəhər mərkəzi təjili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkiminin müavini Mürsəl Həmidovun sözlərinə görə, Bakıda qida məhsullarından zəhərlənmə halları həftədə bir neçə dəfə qeydə alınır. Belə ki, bu günlərdə balıqdan zəhərlənən iki nəfər xəstəxanaya çatdırılıb. Müsahibimizin dediyinə görə, keçən ay Qaradağ rayonunda yeməkxanada keyfiyyətsiz nahardan zəhərlənən, təxminən, 20 nəfər hospitalizə edilib. Baş həkimin müavini vurğuladı ki, ən çox konserv məhsullarından, göbələkdən zəhərlənmə hallarına rast gəlinir, hətta meyvə və tərəvəzlər də zəhərlənməyə səbəb ola bilir. Məsələn, bu il insanların pomidor və qarpızdan zəhərlənməsi ilə bağlı bir neçə hal qeydə alınıb.
Müsahibimiz onu da qeyd etdi ki, ərzaq məhsulları alarkən istehlakçılar özləri də ayıq olmalı, mütləq qida məhsullarının istifadə müddətinə və saxlanma şəraitinə diqqət yetirməlidirlər. Bundan başqa, tez xarab olan ərzaq məhsullarını küçələrdə heç vəjhlə almaq olmaz. M.Həmidov vurğuladı ki, hansısa şübhə yarandığı halda, alıjı satıjıdan bu məhsulun keyfiyyətini təsdiqləyən sertifikat tələb edə bilər.
Problem həll oluna bilər?
Qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi səhiyyənin ən önəmli vəzifələrindən biridir. Bu da təbiidir, axı əhalinin sağlamlığı istehlak olunan ərzağın keyfiyyətindən asılıdır. 1996-jı il ümumdünya ərzaq sammitinin Roma deklarasiyasında bir çox ölkələrin təmsilçiləri hər bir insanın təhlükəsiz və qidalı ərzaq məhsulları əldə etmək hüququnu təsdiq etdilər. Lakin bütün vədlərə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il qidamənşəli, təxminən, 2 milyard zəhərlənmə baş verir. Hətta inkişaf etmiş ölkələrdə də əhalinin, təxminən, 30%-i qida zəhərlənməsinin nətijələri ilə üzləşir. Bundan başqa, hər il, təxminən, 2 milyon uşaq keyfiyyətsiz ərzaq məhsulları istehlak etdikləri üçün ölür. Onu da qeyd etmək lazımdır ki, ərzaq məhsullarının təhlükəsizlik standartlarının pozulması təkjə insanların sağlamlığı üçün deyil, bütövlükdə iqtisadiyyat və tijarət üçün də məhvediji nətijələrə gətirib çıxarır.
Belə bir durum postsovet dövlətlərinin əksəriyyətində müşahidə edilməkdədir. Məsələn, bir çox ekspertlərin fikrinjə, qonşu Rusiya artıq çoxdan saxta ərzaq məhsulları bazarına çevrilib. Nəzarət orqanlarının məlumatına görə, bu ölkədə hər il minlərlə ton xarab olmuş ərzaq aşkar edilir.
Ölkəmizdə durum heç də Rusiyadakından yaxşı deyil. Azərbayjanda satılan ərzaq məhsullarının heç də qaydasında olmadığını və ölkədə keyfiyyətsiz, insanların sağlamlığı üçün təhlükəli məhsulların satış hallarının mövjudluğunu hökumətdə də etiraf edirlər. İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, müəssisələr beynəlxalq standartlara javab verən və ixraj üçün yararlı məhsullar istehsal etməlidir. "Bundan başqa, istehsal prosesinə nəzarəti güjləndirmək, dünyada tətbiq olunan keyfiyyətə nəzarət sisteminin tətbiqinə jiddi yanaşmaq, texnoloci prosesləri yeniləşdirmək və malları sertifikatlaşdırmaq zəruridir", - deyə nazir qeyd etdi.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov isə ərzaq təhlükəsizliyi məsələsində dövlətin rolu məsələsinə toxundu. Onun sözlərinə görə, Ümumdünya Tijarət Təşkilatına daxil olmaq istəyən Azərbayjan bu məsələyə xüsusi diqqət yetirməlidir.
İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Üzrə Komissiyası və Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyi ərzaq məhsullarının satışı ilə məşğul olan tijarət obyektlərində vaxtaşırı monitorinqlər keçirir və çoxsaylı qanun pozuntuları aşkar edirlər. Qeyd edək ki, jari ilin II yarısında standartlara uyğun olmadığından, satışdan 1595 ədəd alkoqolsuz içki, 1190 kq qənnadı məmulatı, 212 kq kolbasa, 660 kq süd məhsulları, 9290 kq duz və 100 ədəd çörək çıxarılıb. Bu barədə agentliyin baş məsləhətçisi Məhfim Babayev məlumat verdi. Müsahibimiz onu da qeyd etdi ki, bu məhsulların istehsalçılarına yazılı şəkildə iddialar təqdim olundu və ərzaq məhsulları yerindəjə məhv edildi.
Öz növbəsində, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Gigiyena və Qida Şöbəsinin rəisi İmran Abdullayev qeyd etdi ki, bu və ya digər tijarət obyektində vaxtıkeçmiş, yaxud xarab məhsul satışı aşkarlanarsa, obyektin sahibi jərimə olunur, həmin məhsullar isə məhv edilir. O vurğuladı ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, keyfiyyətsiz ərzaq məhsulu alan insan onu geri qaytararaq, pulunu geri almaq, yaxud xarab məhsulu keyfiyyətlisi ilə əvəz etmək hüququna malikdir. İ.Abdullayevin sözlərinə görə, keyfiyyətsiz ərzaq məhsulu aldıqda, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə mürajiət etmək olar. Mərkəzin əməkdaşları hər bir şikayətə operativ reaksiya verərək, yerlərdə yoxlama keçirirlər. Həm də bunun yalnız paytaxtın problemi olduğunu demək də düzgün olmaz, çünki əyalətlərdə durum heç də bundan yaxşı deyil. Məsələn, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının Lənkəran şəhərinin mərkəzi bazarında şəhər polis idarəsi və rayon baytarlıq idarəsi ilə birgə keçirdiyi reyd zamanı saxlanma müddəti bitmiş və sağlamlıq üçün zərərli ərzaq məhsulları aşkarlanıb. Ayrı-ayrı tijarət obyektlərində naməlummənşəli, sertifikatı olmayan və istehsal tarixi göstərilməyən məhsullar aşkar edilib və satışdan çıxarılıb. Yararsız ərzaq məhsullarının arasında İran İslam Respublikasından gətirilən pendirlər və süd məhsulları, şirniyyat və kolbasa məmulatı üstünlük təşkil edir. Kimsə düşünə bilər ki, xüsusilə dünyada baş verən çeşidli kataklizmlər fonunda, ərzaq məhsullarının keyfiyyəti problemi qlobal səjiyyə daşımır. Lakin bu belə deyil, çünki ərzaq problemi, son nətijədə, jəmiyyətin rifahını təşkil edən zənjirin ən önəmli halqalarından biridir. Məhz bu səbəbdən, bəzi işbazların belə ərzaq məhsullarını satışa çıxarmaq jəhdlərinin qarşısının birdəfəlik alınması vaxtı artıq çoxdan yetişib. Bunun baş verməməsi üçün dövlət həmin "element"lərin şüuruna təsir göstərmək mexanizmini işləyib-hazırlamalı, yəni daha sərt jərimələr sistemi tətbiq etməlidir. Bu, təsirli olmadıqda isə, belə mağazaları bağlamaq, sahiblərini jinayət məsuliyyətinə jəlb etmək lazımdır. Bəlkə belə olan halda, həmin adamlar öz çirkin əməllərindən çəkinsinlər.
MƏSLƏHƏT GÖR: