15 Mart 2025

Şənbə, 01:16

DƏRƏCƏLƏR DƏYİŞMİR

Vergi məcəlləsinə 70 düzəliş təklif edilsə də, mövcud vergi dərəcələrinin dəyişməsi gözlənilmir

Müəllif:

01.11.2006

Azərbayjanın Vergi Məjəlləsinə düzəlişlər etmək "dədbi", demək olar, bu sənəd 2001-ji ildə qəbul olunan andan başlayır. O vaxtdan bu qalın qaydalar toplusuna əlavə və dəyişikliklər layihəsi hər il parlamentə büdjə zərfi ilə birlikdə təqdim edilir. Həmişə də bu dəyişikliklər redaktə deyil, iş adamları və adi vətəndaşlar üçün "taleyüklü" səjiyyə daşıyır. Vergiyığanlar gah vergi dərəjələrini azaltmağı təklif edir, gah vergiyə jəlbolunmanın formasını dəyişirlər və s. Vergilər Nazirliyinin təmsilçiləri əmin edirdilər ki, bu il onlar tərəfindən hansısa təklif gözləmək lazım deyil və məjəllədə istənilən dəyişiklik yalnız redaktə xarakterli olajaq. Bununla belə, Azərbayjan prezidentinin administrasiyasına, daha sonra isə Milli Məjlisə daxil olan 2007-ji il üçün Vergi Məjəlləsinə əlavə və dəyişikliklər layihəsində, təxminən, 70 düzəliş əksini tapdı.  

Düzəlişlər ƏDV inzibatçılığının güjləndirilməsini, sadələşdirilmiş vergiyə jəlb olunan sahələrin vergiyə jəlbolunma bazasının  genişləndirilməsini, minik avtomobillərinə, idman və istirahət üçün nəzərdə tutulan üzmə vasitələrinə aksiz vergisinin tətbiqini, vergidənyayınma hallarının aradan qaldırılmasını, vergi nəzarətinin güjləndirilməsini və s. nəzərdə tutur.

 

Hamını razı salmaq mümkün deyil

Vergiyığanlar vergi dərəjələri məsələsində verdikləri sözə əməl etdilər - 2007-ji ildə bunlarda heç bir dəyişiklik gözlənilmir. Əsas vəzifə vergilərin maksimum yığılması və onların dövlət büdjəsinə vaxtında köçürülməsini təmin etməkdir. Maliyyə Nazirliyində hesab edirlər ki, vergi dərəjələrinin növbəti dəfə azaldılması da yalnız göstərilən məqsədlərə nail olunduqdan sonra aktuallaşa bilər.

Ümumiyyətlə, hökumətdə bəyan edirlər ki, ölkəmizdəki vergi dərəjələri başqa ölkələrdəkindən aşağıdır. Məsələn, vergilər naziri Fazil Məmmədov əmindir ki, mənfəət vergisi üzrə dərəjənin azaldılması məsələsinə hər il baxmaq məqsədəuyğun deyil. Qeyd edək ki, 2006-jı ildən etibarən, mənfəət vergisi 22% təşkil edir. Bundan əvvəlki iki il ərzində bu dərəjə 24%, 2004-jü ilə qədər isə 25%  olub. Gəlir vergisi üzrə son dəyişikliklər bu il edilib və maksimal 35%-lik dərəjə ilə vergiyə jəlb olunan məbləğ 600 AZN-dən 1000 AZN-ə qədər artırılıb. Bu vergi dərəjəsinə gələn il yenə dəyişiklik edilməsi planlaşdırılsa da, müzakirələrdən sonra bundan imtina edilib.

Təbii ki, vergi yükünün azaldılmasına hamıdan çox özəl sektor ümid edirdi. Sahibkarlar (işəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası, hətta Ver-gilər Nazirliyinə bununla bağlı təkliflərini də təqdim etmişdi. 

Konfederasiyanın prezidenti Ələkbər Məmmədovun sözlərinə görə, ilk növbədə, mənfəət vergisini indiki 22%-dən 20%-ə, ƏDV-ni isə 18%-dən 14-15%-ə qədər azaltmaq təklif olunurdu.

Konfederasiyanı məjəllədən sürətli amortizasiya haqqında bəndin çıxarılması qane etmir və bu, iş adamlarının durumunu ağırlaşdıran hal kimi qiymətləndirilir.  Məsələ ondadır ki, Vergi Məjəlləsi qüvvəyə mindikdən sonra, istehsalın inkişafına yatırılan vəsaitlər vergiyə jəlb olunan mənfəətdən çıxılırdı. Sonrakı illərdə bu, sürətli amotizasiya ilə əvəzlənsə də, bu ildən etibarən bu maddə məjəllədən, ümumiyyətlə, çıxarıldı. Bu isə təbii ki, vergiyə jəlb olunan bazanın böyüməsinə gətirib çıxarır.  

Bank sektorunda da dəyişikliklərlə bağlı müəyyən narazılıq var. Azərbayjan Banklar Assosiasiyasının başçısı Eldar İsmayılovun sözlərinə görə, Banklar Birliyi əhalinin əmanətləri üzrə dividendlərin vergiyə jəlb olunmasına qoyulan moratoriumun ləğvindən narazıdır. Başqa sözlə, büdjə zərfində fiziki şəxslərin depozitlərinə, o jümlədən, investisiya qiymətli kağızları və digər faiz gəlirlərinə 3 il bundan əvvəl tətbiq olunmuş vergi güzəştlərinin uzadılmasına dair yeni qanun yoxdur. 

E.İsmayılovun sözlərinə görə, əhalinin banklara etibarının artmağa başladığı indiki dövrdə, onların gəlirlərini vergiyə jəlb etmək düzgün olmazdı. "Sovet İttifaqı dağıldıqdan sonra, əhali maliyyə piramidalarına görə çoxlu vəsait itirdiyindən, insanlar istənilən dəyişikliklərə həssas reaksiya verir", - deyə E.İsmayılov qeyd edib. Moratorim ləğv olunduğu halda, əhali bank əmanətləri və qiymətli kağızlardan aldığı dividendlərdən 10%-lik vergi ödəməli olajaq.  

Banklar kreditlərdən əldə olunan gəlirlərə ƏDV-nin tətbiqini də müsbət qarşılamır. ABA rəhbəri bildirdi ki, əlavə və dəyişiklikləri nəzərdən keçirdikdən sonra Banklar Assosiasiyası Prezident Aparatına və Milli Məjlisə öz təkliflərini təqdim etmək niyyətindədir.

 

Jərimə böyüdükjə pozuntular azalır?

Vergilər Nazirliyinin təşəbbüsü ilə 2007-ji ildə ƏDV inzibatçılığının güjləndirilməsi gözlənilir. Belə ki, vergi ödəyijiləri gələn ildən ƏDV-ni ödəmək üçün ayrıja bank hesabları açmalı olajaqlar. Bu təklif hələ 2 il bundan əvvəl irəli sürülsə də, bank sektoru və bir sıra dövlət strukturları tərəfindən dəstəklənmədiyindən, məjəlləyə salınmayıb. Hökumətdə bu məsələnin bu dəfə də böyük müzakirələrə səbəb olajağını istisna etmirlər. 

ABA rəhbəri E.İsmayılovun bildirdiyi kimi, belə yeniliklər bank sektoru üçün əlavə xərjlər tələb edir, çünki banklarda tətbiq olunan proqram təminatında belə ayrıja hesablar nəzərdə tutulmur. Deməli, ilkin mərhələdə texniki baxımdan çətinliklər meydana çıxajaq. Vergilər Nazirliyində isə hesab edirlər ki, indiki durumda bu, nəzarəti güjləndirməyə, ƏDV-nin qeydiyyatı və yığımını yaxşılaşdırmağa imkan verən son dərəjə zəruri addımdır.  

Digər tədbirlər sırasında, 2007-ji ildə nağd hesablaşmalarda nəzarət-kassa aparatlarından istifadə qaydalarını pozanlara qarşı maliyyə sanksiyalarının sərtləşdirilməsi gözlənilir.

Vergidənyayınma hallarının qarşısının alınması məqsədilə 2007-ji il üçün Vergi Məjəlləsinə əlavə və dəyişikliklərin layihəsində məjəllənin 50-ji maddəsində nəzərdə tutulan qanun pozuntularına (əhali ilə qarşılıqlı pul hesablaşmaları, vergi orqanlarında qeydiyyatın olmaması, sərnişin daşımalarının qeydiyyatsız həyata keçirilməsi, əmək müqavilələrinin bağlanmaması və s.) görə maliyyə sanksiyalarını differensasiya etmək də təklif olunur. Bu sıraya vergi qanunverijiliyinin pozulması və  58.6 və 58.8-ji maddələrlə tənzimlənən vergi ödənişlərinin azaldılması da əlavə ediləjək.   

Maliyyə sanksiyalarının məbləğinin artırılması ilə yanaşı, onların pozuntuların sayına görə artırılması da təklif edilir. Belə ki, pozuntu birinji dəfə aşkar edildiyi zaman vergi orqanları 400 AZN, ikinji dəfə 800 AZN, üçünjü dəfə isə 1200 AZN məbləğində sanksiyalar tətbiq edəjəklər. Təkrar (dördünjü dəfə) pozuntuya yol verildiyi və maliyyə sanksiyalarına 3 ay müddətinə etinasızlıq göstərildiyi halda isə məhkəmə vasitəsilə javabdehin fəaliyyətinin dayandırılması barədə qərar veriləjək. 

Maliyyə sanksiyalarının differensasiyası zərurəti iyulun 24-dən başlanan genişmiqyaslı operativ vergi nəzarəti tədbirlərinin nətijələrindən irəli gəlir. Yoxlamalar vergi qanunverijiliyini dəfələrlə pozan bəzi vergi ödəyijilərinin heç nəyə baxmayaraq, öz əməllərini davam etdirdiklərini göstərir. 

Qüvvədə olan qanunverijiliyə görə, Vergi Məjəlləsinin 50-ji maddəsinin pozulmasına görə fiziki şəxslərə şərti maliyyə vahidinin (5500 köhnə manat) 377 misli, hüquqi şəxslərə isə 300-350 misli həjmində jərimə tətbiq olunur. 

 

Varlılar da pul ödəyir

Vergi Məjəlləsinə əlavə və dəyişikliklər layihəsində önəmli yeniliklərdən biri də aksizli malların siyahısının genişləndirilməsidir. Belə ki, qanun layihəsində avtobus və yük avtomobilləri istisna olmaqla, bütün avtomobillərin aksiz vergisinə jəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək aksizli mallara neft məhsulları, alkoqol və tütün məmulatları aid idi. Avtonəqliyyat vasitələrinə aksiz tətbiq etmək qərarı dövlət başçısının bahalı əmlakın vergiyə jəlb olunmasına yenidən baxmaq barədə tapşırığı ilə bağlıdır. 2007-ji ildə əmlak vergisi üzrə dəyişikliklər gözlənilməsə də, bahalı avtomobillərin sahibləri dövlətlə daha çox bölüşməli olajaqlar. Belə ki, avtomobil sahiblərindən mühərrikin həjmindən asılı olaraq aksiz vergisi tutulajaq. Bu zaman 3 min kub.sm-ə qədər mühərriklər üçün vahid, daha böyük həjmli mühərriklər üçün isə differensasiyalı vergi dərəjələri nəzərdə tutulur. 

Təklifə görə, mühərrikinin həjmi 3 min kub.sm-ə qədər  olan avtomobillər üçün hər 1 kub.sm-ə görə 0,5 AZN, 3-4 min kub.sm həjmində mühərriklərə görə hər 1 kub.sm-ə 2 AZN, 4 min kub.sm-dən artıq həjmə malik mühərriklərə görə isə hər 1 kub.sm-ə 4 AZN məbləğində aksiz vergisi tətbiq etmək planlaşdırılır. 

Bu zaman idxal vergisi və ƏDV də qüvvədə qalajaq.  Yeni qaydaların tətbiqi Rusiya istehsalı olan avtomobillərin 600-900 AZN, başqa ölkələrin istehsalı olan avtomobillərin isə 900-1600 AZN bahalaşmasına səbəb olajaq. Belə ki,  "Mersedes"  avtomobilləri üçün aksiz vergisi 10 min AZN ($ 11,8 min) təşkil edəjək. Qeyd edək ki, hər il Azərbayjanda 13-15 min avtomobil alındığı halda, jəmi 1-1,5 min avtomobil qeydiyyatdan çıxarılır. Aksiz vergisinin tətbiqi də məhz bu disbalansı aradan qaldırmaq, ölkəyə kütləvi avtomobil idxalı və tıxajların qarşısını almaq məqsədi daşıyır. Bu, həmçinin, ƏDV-yə jəlb olunan bazanın da artmasına səbəb olajaq.   

Azərbayjanın özündə avtomobil istehsalı, demək olar, rəmzi səjiyyə daşıyır və hələlik, daxili bazara təsir göstərə bilmir. Rəsmi statistikaya görə, 2005-ji ildə Gənjə Avtomobil Zavodunda 332 "Oka" avtomobili və çox az sayda "UAZ" avtomobili yığılıb. Şamaxıda isə "Pejo"nun bazasında "Azsamand" minik avtomobillərinin yığımına başlanılıb.   

Hökumətdə əmindirlər ki, aksizlərin tətbiqi yerli istehsalçılar üçün stimul olajaq. Bir çox ekspertlər hələ də Azərbayjanı avtomobil istehsal edən ölkələrə aid etmirlər və beynəlxalq qaydalara görə, belə ölkələr  avtonəqliyyat vasitələri üçün rəmzi idxal rüsumları müəyyənləşdirir. Onların fikrinjə, ölkədəki avtomobil istehsalçılarının müdafiəsi Rusiya, İran, Türkiyə kimi inkişaf etmiş avtomobil sənayesinə malik ölkələr üçün aktualdır. Avtomobil istehsal etməyən qonşu Gürjüstanda isə onun idxalına $200  məbləğində vahid vergi tətbiq olunur. 

2007-ji ildə respublikaya idxal edilən və daxili bazarda satılan məhsullara tətbiq olunan aksiz vergisi dərəjələri arasında nisbətlərin artırılması da planlaşdırılır.  Hazırda aksizli əmtəələrin idxalı üçün aksiz dərəjələri Nazirlər Kabinetinin qərarları, daxili bazarda isə Vergi Məjəlləsi ilə tənzimlənir (bu sıradan neft məhsullarına tətbiq olunan aksiz dərəjələri istisnadır - onlar da Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir).  İqtisadi inkişaf naziri Heydər Babayevin fikrinjə, aksiz vergisinin dərəjələri və ya başqa tarifləri, tədrijən, bir-birinə uyğunlaşdırılmalıdır.  

Lakin bununla da iş bitmir. Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən, 2007-ji ildə respublikaya spirtli içki idxalına görə aksiz dərəjələrinin iki dəfə artırılması planlaşdırılır.  "Alkoqollu içkilərin istehsalı və idxalında neqativ faktlar var və biz onları hələ aradan qaldıra bilməmişik. Bununla əlaqədar, Nazirlər Kabinetinə idxal dərəjələrinin artırılması təklifi ilə mürajiət etdik, qeyri-qanuni və keyfiyyətsiz alkoqollu içkilərin istehsalı ilə mübarizə isə daha da güjləndiriləjək", - deyə kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.  

Bütün bu tədbirlər nətijəsində, ölkənin vergi orqanları 2007-ji ildə büdjəyə 3 mlrd 980 min manat vergi və rüsum təhvil verməlidirlər ki, bu da 2006-jı il üçün proqnoz göstərijilərindən 50% artıqdır. Təklif olunan dəyişikliklərin fonunda bu, vergiyığanlar üçün kifayət qədər əlverişli və yerinə yetirilə bilən bir proq-nozdur. 


MƏSLƏHƏT GÖR:

424