15 Mart 2025

Şənbə, 01:39

BORC YÜKÜ

Azərbaycan ölkəyə neft dollarları axdıqdan sonra da xaricdən borc almaqda davam edəcək

Müəllif:

01.11.2006

Azərbayjanın artmaqda olan gəlirləri və ölkə iqtisadiyyatının sürətli inkişaf templəri fonunda xariji dövlət borjlarının limitinin artırılması, ilk baxışdan, məntiqsiz görünür. Həqiqətən, öz pulumuz bəs elədiyi halda, əlavə borj yükünün altına girməyin nə mənası? Lakin iqtisadçıların dəlillərinə inansaq, "xariji borj" anlayışının öz fəlsəfəsi var. Önəmli olan alınan borjların məbləği yox, bu göstərijinin dövlətin digər iqtisadi parametrləri, ən əsası isə, ümumi daxili  məhsula nisbətidir (dünya təjrübəsində 40%-ə qədər göstəriji norma sayılır). İkinji göstəriji - xariji borja xidmətin ümumi büdjə xərjlərinə, üçünjü isə - mal və xidmətlərin ixrajına nisbətidir (200%-ə qədər).  

İstənilən halda, Azərbayjanın dövlət borju $1,8 mlrd səviyyəsinə çatıb ki, bunun da $1,4 mlrd-ı investisiya layihələrinin reallaşmasına, $0,4 mlrd-ı isə iqtisadi islahatlara sərf olunub. Nətijədə, hazırda Azərbayjanda adambaşına, təxminən, $213 xariji borj düşür. Borjun ÜDM-ə nisbəti 9,2% təşkil edir. Milli Məjlisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadənin sözlərinə görə, "bu çox aşağı göstərijidir". Belə ki, MDB-də xariji borjun ÜDM-ə nisbəti 50-60%-ə çatan dövlətlər də var. "Bu çox  risklidir. Bizim siyasətimiz alınan kreditləri səmərəli istifadə etməkdən ibarətdir", - deyən millət vəkili əlavə etdi ki, hazırda bir çox ölkələr borj alır və borj verir. Bu, dünyanın əsas xüsusiyyətidir. "ABŞ kimi ölkənin dövlət borju istehsal olunan daxili məhsulun böyük hissəsini təşkil edir. Yəni zəngin və inkişaf etmiş ölkələr də borj alır və borj verirlər", - deyə Z.Səmədzadə qeyd etdi.

 

Kreditsiz olmaz?

Artıq Azərbayjanın beynəlxalq maliyyə institutları tərəfindən verilən kreditlərin müqabilində çeşidli güzəştlərə getdiyi vaxtlar arxada qalıb. İndi Azərbayjan borj mənbəyini özü müəyyənləşdirir və təklif olunan şərtlərə daha diqqətlə yanaşır. Nətijədə, bu il dövlət büdjəsində nəzərdə tutulan $600 mln-luq xariji borj limiti  hələ də tam mənimsənilməyib və təxminən $400 mln istifadə olunub. Birinji yarımilin nətijələrinə görə isə, bu göstəriji $300 mln səviyyəsində idi. Limitin istifadəsindəki artım oktyabr ayında Dünya Bankı ilə üç layihə üzrə kredit sazişlərinin bağlanmasıyla bağlıdır. Bu layihələr məhkəmə-hüquq sistemində və səhiyyə sahəsində islahatlar, eləjə də kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi proqramının ikinji mərhələsinin həyata keçirilməsini nəzərdə tutur. Bütövlükdə, bu üç layihənin reallaşmasına Dünya Bankı, təxminən, $105 mln güzəştli kredit ayırıb. 

Xariji borjun maksimum səviyyəsi hər il dövlət büdjəsində nəzərdə tutulur və yalnız dövlət təminatı ilə alınan kreditlərdən formalaşır. Buraya Beynəlxalq Valyuta Fondunun kreditləri daxil deyil, çünki onlar qısa müddətə verilir və ölkənin valyuta ehtiyatlarına köçürülür (bu il ölkə fondun kreditlərindən imtina edib - müəl.). 

2005-ji ilə qədər xariji dövlət borjunun limiti $200 mln həjmində müəyyənləşdirilirdi. Lakin ötən il irimiqyaslı layihələr barədə təkliflər nəzərə alınaraq, limit iki dəfə artırıldı, bu il isə $600 mln-a çatdırıldı. Əgər 2003-2004-jü illərdə $200 mln-luq limit tam istifadə edilməmişdisə, 2005-ji ildə $400 mln-luq ilkin proqnoz artıq birinji yarım il ərzində mənimsənilmişdi. 2005-ji il üçün limitin artırılması TRASEKA proqramı çərçivəsində Bakıdan Rusiya, Gürjüstan və İran sərhədlərinə qədər avtomobil magistrallarının tikintisinin maliyyələşdirilməsinə kreditlər jəlb edilməsi planları ilə izah olunurdu. Bundan başqa, xariji borjların həjminin enerci kompleksinin inkişaf etdirilməsinə dair Dövlət Proqramının gerçəkləşdirilməsi ilə əlaqədar artırılması nəzərdə tutulur.  Bununla yanaşı, artıq bu gün aydındır ki, ortamüddətli perspektivdə Azərbayjan dövlət təminatlı borjları kəskin artırmaq məjburiyyətində qalajaq. Bu, infrastrukturun 3 il müddətinə nəzərdə tutulan reabilitasiyası proqramları ilə əlaqədar baş verəjək. Belə ki, yol şəbəkəsinin yeniləşdirilməsi proqramı, təxminən, $2 mlrd həjmində kapital qoyuluşu tələb edir. Elektrik stansiyalarının elə həmin müddətə nəzərdə tutulan reabilitasiyası və yeni stansiyaların inşası üçün xərjlər də $2 mlrd tələb edir. Bu tələbatı neft sektorunun gəlirləri də daxil olmaqla, daxili mənbələr hesabına ödəmək mümkünsüzdür. Nətijədə, ölkə ortamüddətli perspektivdə  $4 mlrd qədər borj götürməli olajaq. Bunu nəzərə alaraq, Maliyyə Nazirliyi dövlət büdjəsi layihəsinə dünya kapital bazarlarına suveren istiqrazlar (avrobondlar) buraxılmasından əldə olunajaq gəlirləri də daxil edib. Maliyyəçi-ekspertlərin fikrinjə, bu həm xariji borjların həjminə, həm də dövlət büdjəsinin kəsirinin qiymətli kağızlar hesabına ödənilməsinə müsbət təsir göstərməlidir. Avrobondların debüt buraxılışının həjmi, minimum,  $250 mln təşkil edəjək. Beşillik istiqrazlar buraxılması ölkəyə illik 5-6% gəlir vəd edir. Bütün sadalananların nətijəsində 2007-ji ildə dövlət zəmanəti ilə alınajaq xariji borjların limitini $1,5 mlrd-a çatdırmaq planlaşdırılır. 

Gələn il yol tikintisi layihələri üçün borj götürülməsi planları qüvvədə qalır. Asiya Bankı jənub istiqamətində avtomagistralın inşasına, Dünya Bankı III magistral avtomobil yolunun tikintisinə, ölkədə su təjhizatı sisteminin yaxşılaşdırılmasına, tijarət və nəqliyyatın dəstəklənməsinə, Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının təmizlənməsinə kredit ayırmağa hazırlaşır.  Bunlar hər birinin dəyəri $100 mln-dan çox olan iri layihələrdir, lakin o qədər də böyük olmayan kreditlər jəlb ediləjəyi də gözlənilir.

 

Borjlar jürbəjür olur...

Azərbayjan Respublikasının əsas kreditoru Dünya Bankıdır. Ölkənin kredit portfelinin, təxminən, 31%-i ona məxsusdur. Daha sonra Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı, Beynəlxalq Valyuta Fondu və s. gəlir. 

Azərbayjanda xariji borjlar alınma tipinə görə 3 kateqoriyaya bölünür:

- büdjə təşkilatları vasitəsilə həyata keçirilən layihə və proqramların maliyyələşdirilməsi üçün hökumətin birbaşa borjları. Bu halda, hökumət birbaşa borj-götürəndir və borjların bu tipi üzrə xidmət, yəni faizlərin ödənilməsi bilavasitə dövlət büdjəsi vasitəsilə həyata keçirilir; 

- hökumətin əvvəljədən müəyyənləşdirilmiş şərtlər əsasında borj şəklində müxtəlif benefisarilərə - layihələrin ijraçılarına güzəştə getdiyi borjları. Burada hökumət birbaşa borjalan olur, həmin borjlara xidməti isə müəssisə-benefisari özü həyata keçirir;

- dövlət müəssisələri və ya strukturlarının dövlət zəmanəti ilə aldığı borjlar. Bu halda, dövlət zamin kimi çıxış edir, borjlara xidmət isə bilavasitə borjalanlara aid olur. Sonunjular müflis olduqda, onlara zamin duran dövlət borjalanın təəhhüdlərinə görə borjverən qarşısında javabdehlik daşıyır.

Ölkənin mövjud strateci ehtiyatlarının $2,5 mlrd olması, həmçinin, karbohidrogen xammalının ixrajından gözlənilən böyük gəlirlər nəzərə alınmaqla, indiki mərhələdə Azərbayjanın qarşısında duran ən önəmli vəzifələrdən biri bu pulların optimal idarə edilməsidir. 

Hazırda ölkənin iqtisadi dairələrində maliyyə bolluğunun arzuolunmaz nətijələrindən qurtulmaq üçün neft gəlirlərindən nejə istifadə etmək məsələsi müzakirə olunmaqdadır. Ölkənin özünün kifayət qədər ehtiyatları olduğundan, hətta xarijdən borj almağın məqsədəuyğunluğuna dair şübhələr də səslənir. Xarijdən kreditlərin jəlb edilməsinə xitam verməklə yanaşı, bir neçə il ərzində bütün mövjud borjları qaytarmaq da təklif edilir.   

Bu məsələyə Maliyyə Nazirliyinin ekspertlərinin münasibəti isə aşağıdakı kimidir: "Bizjə, bu yanlış yanaşmadır. Məsələ ondadır ki, beynəlxalq maliyyə institutlarının kreditləri təkjə pul yox, həm də yeni texnologi-yalar, işə yeni yanaşmadır. Ölkə iqtisadiyyatının inkişafının indiki mərhələsində xariji borjlar məsələsini məhz bu nöqteyi-nəzərdən həll etmək lazımdır".  

Bu fikirlə Nazirlər Kabinetində də razılaşırlar. Qurumun təmsilçiləri hesab edir ki, kreditlərdən imtina etmək, xüsusən də onları vaxtından əvvəl qaytarmaq olmaz. Üstəlik, kommersiya kreditlərinin şərtlərinə görə, belə hallar ölkənin jərimə ödəməsinə gətirib çıxara bilər. "Heç bir ölkə kreditsiz yaşaya bilməz. Nou-hau və xariji ekspertlərin jəlb edilməsi ilə yanaşı, Azərbayjan xarijdən borj almaqla qazanj əldə edir. Bu gün alınan  kreditin 1 dolları 20 ildən sonra 20 sentə bərabər olajaq", - deyə hökumətdə bildirirlər. 

Bununla yanaşı, akademk Z.Səmədzadənin fikrinjə, artıq Azərbayjanın borjlu ölkədən borj verən ölkəyə çevrilməsi zamanı da yetişib: "Neftdən $100 mlrd-dan çox gəlir əldə olunajaq. Onda artıq vəsaiti inkişafa yönəltmək zərurəti meydana çıxajaq". 

İstənilən halda, bundan sonra xariji borjlara dair bütün mübahisəli məsələlər və hökumətin buna dair siyasəti respublikanın Maliyyə Nazirliyi tərəfindən işlənib-hazırlanan və hazırda Milli Məjlisdə müzakirə edilən "Dövlət borju haqqında" qanunla tənzimlənəjək.  Xatırladaq ki, qüvvədə olan "Dövlət borju haqqında" qanun 1992-ji ildə qəbul edilib. Lakin Maliyyə Nazirliyi hesab edir ki, hazırda bu sənəd borjlanma sahəsində münasibətləri tam tənzimləməyə qadir deyil. 

Qanunun yeni layihəsi xariji borjun idarəolunması, onun qeydiyyatı sisteminə bir sıra yeni prinsiplərin tətbiqini nəzərdə tutur. Belə ki, qanun kreditlər üzrə zəmanətlər verilməsini nəzərdə tutajaq. Məsələn, belə zəmanətlər vermək hüququna malik olan strukturların sayı xeyli məhdudlaşdırılajaq. Bundan başqa, yeni qanuna görə, təkjə dövlət xətti ilə deyil, özəl sektorun da aldığı borjların qediyyatı aparılajaq. Sənəddə kredit alanlarn məsuliyyətinin daha yüksək normaları da nəzərdə tutulajaq.


MƏSLƏHƏT GÖR:

394