15 Mart 2025

Şənbə, 03:04

"PAPA QALMAQALI": KADR ARXASINDA NƏ VAR?

Roma papasının bir çoxlarını hiddətləndirən ifadələri həmas-in siyasi strategiyasında "yerinə düşdü"

Müəllif:

01.11.2006

Dünya növbəti dinlərarası qalmaqalı yaşamaqdadır. Həm də Danimarkada çıxan karikaturalardan fərqli olaraq, bu dəfə səbəb daha jiddidir: müsəlmanların dini hisslərini başqası yox, Roma papası XVI Benedikt təhqir edib. Amma karikatura qalmaqalından fərqli jəhət var: rəsmi reaksiya daha geniş, küçə reaksiyası isə xeyli sakitdir. Bu isə minimum, diqqətəlayiqdir.  

Adi həyatda Yozef Ratsinger olan Roma papasının Regensburq Universitetinin tələbə və müəllimləri qarşısındakı nitqində Bizans imperatoru II Manuil Paleoloqun müsəlmanlar üçün təhqiramiz olan ifadələrindən sitat gətirməsi, müsəlman ölkələri liderlərinin hiddətli bəyanatları, İKT-nin papanın öz sözlərini geri götürməsi barədə tələbi, Türkiyə, Pakistan, İndoneziya, Hindistanda çoxminlik etiraz aksiyaları - bütün bunlar mətbuatda dəfələrlə öz əksini tapıb. Bir çoxları ona istehza edirdilər ki, Roma papasının bəyanatına javab olaraq,, fələstinli "islam döyüşçüləri"  yunan pravoslav kilsəsinə məxsus olan gimnaziyanı və bir neçə tikilini yandırdılar,, halbuki bu kilsə Vatikana tabe deyil, aralarındakı münasibət kifayət qədər gərgindir və hətta Vatikanla dialoqa yollar axtaran İstanbul patriarxı Varfolomeylə məhz onun ekumenik siyasətinə görə jiddi münaqişəyə girmişdi.    

Lakin sonra qalmaqal səngidi və sakitjə aradan qalxdı. İndi isə hətta onu rəsmi şəkildə yekunlaşdırmağa jəhd göstərilr. Hər hansı bir halda, ingilisdilli  "İslamija" curnalında 38 ruhani lider və islam alimi açıq məktub yazaraq, XVI Benediktin üzrlərini qəbul etdiklərini bildirdilər. "Üzr" dedikdə, onlar papanın onu düzgün başa düşmədikləri və sitatı müəllif nitqi kimi anladıqlarından təəssüflənməsi barədə açıqlamasını nəzərdə tuturlar. Məktub Rusiya, Bosniya, Xorvatiya, Özbəkistan, Türkiyə, Oman müftiləri, İordaniya kralı, Vaşinqton Universitetinin və Kembrijin ilahiyyatçı alimləri tərəfindən imzalanıb.  

KİV-də bildirilir ki, 25 millətdən olan yüksəkmənsublu müsəlman xadiminin curnalda çap olunan məktubu bir qədər əvvəl Omandakı papa nunsisinə təqdim edilib.   

Doğrudur, Fransada çıxan  "Le Figaro 2"  artıq istehza ilə bildirib ki, guya məktub müəlliflərinin əsl məqsədi "fikir mübadiləsi və açıqlıq" ruhunda İslam haqqında iddiaları bənd-bənd təkzib etmək olub. Papaya 3 səhifəlik namənin müəllifləri aşağıdakıları bildiriblər: "Biz pozitivizm və materializmlə mübarizədəki səylərinizi qiymətləndirsək də, bəzi yanlışlıqları da göstərməliyik". Müsəlman aləminin ali müftiləri və digər nüfuzlu xadimləri "küçə və meydanlardakı qarşıdurmanı ürək və qəlblərin səmimi dialoqu axarına yönəltməyin" tərəfdarı kimi çıxış edirlər. Onların sırasında Rusiya, Özbəkistan, Misir, Oman, İstanbul, Bosniya və Xorvatiya müftiləri, iranlı ayətullah (Məhəmməd Əli Tahiri), həmçinin, ABŞ və Avropada yaşayan dini liderlər var.   

Qurandan XVI Benediktin sitat gətirdiyi "Dində məjburiyyət yoxdur" ayəsinə gəldikdə, məktub müəllifləri iddia edirlər ki, o, gənj müsəlman ijmasının, papanın təxmin etdiyi kimi, zəiflik durumunda olduğu dövrdə deyil, siyasi və hərbi yüksəliş keçirdiyi dövrdə nazil olmuşdu. Ayədə başqa dindən olanları İslama "qılınjla" iman gətirməyə məjbur etməmək haqqında birmənalı istək açıqlanıb: "Müsəlmanlar başqa dinlərdən olanları öz dinlərinə zor güjünə iman gətirməyə məjbur etmək istəsəydilər, müsəlman aləmində birjə dənə də olsa, kilsə və ya sinaqoq qalmazdı". "Müharibə dövrü"ndə fərqli şəkildə hərəkət edənlər isə "ümumi qaydanı təsdiqləyən istisna təşkil edirlər". Əlbəttə, məktub müəllifləri etiraf edirlər ki, bəzi hallarda jihad zor tətbiqini də nəzərdə tuta bilər. Lakin elə bunun ardınja dərhal papaya xristianların öz "İnjil"lərini xatırladırlar. Həvari Matveyin bildirdiyinə görə, İsa (s.ə.s) demişdi: "Elə düşünməyin ki, mən Yer üzünə sülh gətirmək üçün gəlmişəm; mən sülh yox, qılınj gətirmişəm".     

Fransız qəzetinin qələbənin papaya məxsus olduğuna var güjü ilə səy göstərməsinə baxmayaraq, "İslamija" curnalında çap olunmuş məktub çox şeylərin kadr arxasında qaldığı yeni "dinlərarası" qalmaqala nöqtə qoymaq üçün ən əlverişli bəhanədir. 

 

Papalar gəldi-gedərdir

Curnalistikanın öz "ulduzları" var və alman curnalisti Hünter Valrafın şöhrəti Almaniyanın da, almandilli mətbuatın da sərhədlərini artıq çoxdan aşmışdır. Onun "sevimli" mövzusu kifayət qədər riskli olan "curnalist peşəsini dəyişir" canrı idi. Türkdilli ölkələrdə Valrafın "Həyatın dibində" adlı kitabı geniş yayılıb. Kitab onun məşhur "eksperiment"inin nətijəsidir. Saçlarını qara rənglə boyayan, gözlərinə tünd linzalar taxan, almanja türk aksenti ilə danışmağa başlayan curnalist sonradan həmin kitabının səhifələrində Almaniyada türk olmağın nə demək olduğunu ətraflı təsvir edib.     

Onun digər bir "eksperiment"i daha az məşhurdur. Hünter Valraf Almaniyanın görkəmli katolik pastorlarına... tövbə etmək qərarına gəlir. Hamısına da o qədər qəliz olmayan bir əhvalat danışır: o, kiçik bir kimya müəssisəsinin sahibidir və müəssisədə palmitat-natriumun - napalmın əsas tərkib hissəsinin əldə edilməsinin kifayət qədər sürətli və ujuz yolu tapılıb. Müəssisə artıq Pentaqondan sifariş alıb. Əlbəttə, pul həmişə lazımdır, amma Pentaqonun bu maddədən hansı məqsədlə istifadə edəjəyi (hadisə Vyetnam müharibəsinin ən qız-ğın çağında baş verirdi) sirr deyil. Bu etirafı açıqlayan Valraf sonda məsləhət istəyirdi: əsl katolik kimi o, nejə hərəkət etməlidir? Ujqar bir kənddəki keşiş əvvəljə onun halına səmimi şəkildə ajıyaraq, "Sizin yerinizdə olmaq istəməzdim", - desə də, sonra sifarişdən imtina etməyi məsləhət gördü: qazanj əldə etmək zəruri olsa da, napalmdan pul qazanmaq olmaz.

Təəssüf ki,  kənd keşişinin məsləhəti bu sırada yeganə olur. Kifayət qədər nüfuzlu bir ilahiyyatçı bildirdi ki, "Jənab hansı qərarı qəbul etsə də, önəmli olanı bu qərarı Tanrının köməyi ilə qəbul etməsidir". "Allahsız kommunistlər"lə mübarizə aparmağın katolikin borju olduğunu deyənlər də tapıldı. Valraf tövbələrini çap etdirdikdən sonra isə jiddi bir qalmaqal yarandı.

Tarix Valrafın həmsöhbətləri arasında gələjək kardinal Yozef Ratsinger, daha sonra isə Roma papası  XVI Benediktin olub-olmadığından xəbər vermir. Lakin Ratsingerin papa taxtına yiyələnməsi rekord sayda qalmaqallarla əlamətdardır ki, bu barədə kifayət qədər deyilib və yazılıb. 

Hələ katolik kilsəsinin başçısı seçilməzdən əvvəl, məhz kardinal Ratsinger Avropa Konstitusiyasına "Avropa sivilizasiyasının xristian qaynaqları" barədə bənd salınmasını təklif etmişdi ki, bu, ilk növbədə, Türkiyədə təbii hiddət dalğası doğurmuşdu. Mətbuatda yeni pontifikin tərjümeyi-halındakı xoşagəlməz məqamlar hallandırılırdı: "hitleryugend"də üzvlük, Crimen Sollicitationis - yepiskoplar üçün uşaqbazlıqda ittiham olunduqları halda, təlimatlar. "Kod da Vinçi" ətrafındakı qalmaqal da, şübhəsiz, katolik kilsəsinin nüfuzunu heç də artırmadı.  

Güman ki, Ratsinger papa taxtına əvvəljə İspaniyada frankoçu qiyama xeyir-dua verən, sonra Hitler terroru barədə bir kəlmə belə söyləməyən, daha sonra Nürnberqdə müttəhimlər skamyasında oturanlara mərhəmət göstərilməsinə çağıran XII Piydən dərhal sonra çıxsaydı, onun "ağzından qaçırdıqları" diqqəti bu qədər jəlb etməzdi. Axı papa taxtında bundan da daha ekzotik şəxsiyyətlər də oturub. Lakin XVI Benedikt II İohan Paveldən sonra papa olub və bu iki şəxsiyyətin qarşılaşdırılmasının heç də indiki papanın xeyrinə olmadığını da çoxları qeyd edib. Papa II İohan Pavel olmuş Karol Voytıla, sadəjə, pontifiktin dünyada, həm də təkjə katoliklər arasında deyil,  yüksək əxlaqi nüfuz daşıyıjısı kimi tanınmasına nail olmadı. Onun "Siz insansınız, sizin öz şəxsi ləyaqət hissiniz var. Sürünməkdən əl çəkin", - ifadəsi ən güjlü siyasi deklarasiyaya çevrildi. "Dissidentlik edən" kardinala çevrilən keçmiş müqavimət hərəkatı iştirakçısı, Şərqi Avropada dövlət ali təhsil müəssisələrindən siyasi görüşlərinə görə xarij edilmiş insanların ali təhsil ala biləjəyi yeganə ali təhsil müəssisəsi olan Lüblindəki Katolik Universitetinin müəllimi Karol Voytıla, sadəjə, həddən artıq yüksək səviyyə bərqərar etdi və Yozef Ratsinger yeni nüfuza və yeni vəzifələrə layiq ola bilmədi. Bunu "papa qalmaqalları" silsiləsi də təsdiqlədi.  

 

"Səlib yürüşü", "Dil çaşdı", yoxsa...

Bir çox ekspertlər əmindirlər ki, Roma papasının son antimüsəlman ifadələri heç də "yeni Səlib yürüşü" elan edilməsi demək deyil.  Birinjisi, XIX əsrin sonundan etibarən, dünyəvi hakimiyyətdən məhrum edilən papalar artıq müharibə elan etmirlər. İkinjisi, onlar artıq bütün xristianların başçısı deyillər. Üçünjüsü, tədbirin özünün də statusu - sıravi universitetdə tələbələr qarşısında mühazirə belə bir epoxal statusa, sadəjə, uyğun gəlmir. Güman ki, burada başqa şey baş verib.

Azərbayjanda işləyən curnalistlər çox gözəl bilirlər: Azərbayjan və Ermənistana səfər edən bir çox peşəkar diplomatlar Bakıdakı curnalistləri onların İrəvandakı bəyanatlarından sitatlar gətirdikdə, özlərini tamamilə itirir və nə edəjəklərini təsəvvür belə etmirlər. Dünya İnternet dövründə yaşayır və bir çoxları İrəvanda deyilənlərin, artıq bir neçə saatdan sonra Bakıda məlum olmasına, sadəjə, hazır deyillər. 

Görünür, yeni pontifikin də başına elə bu gəlib. Vaxtilə özünün də dərs dediyi sıravi bir universitet, tələbələr və müəllimlər qarşısında mühazirə - onun nitqinin səhərisi gün "ərəb dünyası"nda bir nömrəli xəbərə çevriləjəyinə heç nə dəlalət etmirdi.    

Lakin belə olan halda, ortaya başqa bir sual çıxır: papanın belə bir yerdə söylədiyi nitq hansı səbəbdən və nə məqsədlə, əvvəljə, "Əl-Jəzirə"nin efirində, daha sonra isə digər ərəbdilli KİV-də əsas xəbərə çevrildi?  Əgər hər şeyi öz adı ilə çağırırıqsa, növbəti qalmaqalı törətməkdə kim maraqlı idi?

Bu məqamda elə həmin "ərəb dünyası"ndakı siyasi durumu nəzərə almaq zəruridir: Livan və Fələstində aşkar dini mahiyyət daşıyan yeni "hakimiyyət bölgüsü" başlandı. Livandakı durum hamıya bəllidir: İsraillə növbəti savaşdan sonra "siyasət səhnəsi" yenidən qurulurdu. Fələstində FƏTH-lə HƏMAS arasında beynəlxalq ijtimaiyyətin təzyiqi altında başlanan danışıqlar  növbəti dəfə vətəndaş müharibəsinə çevrilmişdi (danışıqların gedişində koalisiya hökuməti yaratmaq mümkün olmadı). Əlbəttə, xristianların kütləvi emiqrasiyası özünü göstərsə də, Fələstində də, Livanda da onlar hələ də elə həmin radikal əhval-ruhiyyəli islamçı qruplaşmalara qarşı duran nüfuzlu qüvvə kimi qalmaqdadır. Livanda xristianların öz partiyaları, parlament və hökumətdə kvotaları var. Fələstində isə üzvlərinin əksəriyyəti müsəlman olsa da, xristianlar FƏTH strukturlarında ənənəvi nüfuza malikdir. Hər iki halda, "Hizbullah" üçün də, HƏMAS üçün də bütün "müsəlman aləmi"nin də olmasa, onun ən radikal təbəqəsinin dəstəyini qazanmaq çox jazibədar görünürdü. Lakin bunun üçün durumu "janlandırmaq" və yaranan qalmaqaldan istifadə edərək, Rəmallahda yunan pravoslav kilsəsinin əmlakını yandırmaq lazım idi.

Elə burada danimarkalı karikaturaçılarla bağlı qalmaqalı xatırlamaq yerinə düşər. "Cyllands Posten"  səhifələrində sentyabr ayında yer alan 12 rəsmdən yalnız birini - Məhəmməd Peyğəmbərin əmmaməsindən bomba fitilinin boylandığı şəkli müəyyən qədər təhqiramiz saymaq olardı. Doğrudur, karikatura müəllifi də, qəzetin redaktorları da bir səslə iddia edirlər ki, karikaturanın mənası tamamilə başqa idi: burada terrorçuların dinj dindən öz məqsədləri üçün yararlandıqları nəzərdə tutulurdu. Oktyabrın 17-də karikaturanı Misir qəzetlərindən biri çap edir və danimarkalı həmkarlarının müsəlmanların dini hisslərinə sayğısızlıq göstərdiklərini qeyd edir. Bundan sonra bir neçə ay ərzində şəkillər heç yada da düşmür. Sonra isə yanvar-fevral aylarında radikal imamların nümayəndə heyəti ərəb ölkələrinin paytaxtlarını artıq həqiqətən də təhqiramiz olan 15 şəkillə dolaşmağa başlayır. Hələlik, avropalı curnalistlər onlardan yalnız birinin - Peyğəmbərin donuz şəklində təsvir olunduğu karikaturanın əsl müəllifini müəyyənləşdirməyə nail olublar. Aydın olub ki, bu... AP agentliyinin fotomüxbirinin donuz səsinin ən yaxşı təqlidi ilə bağlı  Fransanın jənubundakı Tri-sür-Bez şəhərində hər il keçirilən ənənəvi müsabiqənin iştirakçısı, avtomexanik Cak Barronun fotoşəklidir. Bir az da komik görünmək üçün burnuna donuz burnu, başına isə rezin qulaqlar keçirən Barro özünün ağ-qara, yayğın şəklini danimarkalılıarın çəkdikləri karikaturaların sırasında görəndə, sadəjə, çaşıb-qaldı. "Karikatura qalmaqalı"nın məhz HƏMAS-la FƏTH arasında ilk seçkilərdən sonrakı birinji "hakimiyyət bölgüsü" fonunda qızışdığını, sonradan isə ona İranın nüvə proqramından İraqdakı müharibəyə qədər hər şeyi də aid etdiklərini xatırlasaq, "papa" qalmaqalı bu versiyaya çox uyğun gəlir. Üstəlik, papanın ehtiyatsızlıqla söylədikləri radikallara birbaşa bəhanə verdi. Halbuki, karikaturalarla bağlı qalmaqalda bu bəhanəni əvvəljə, uydurmaq, sonra isə "şişirtmək" və şərh etmək lazım idi.  Katolik kilsəsi üçün adamın lap ürəyi yanır, çünki II İohan Pavel onu nüfuzlu  əxlaqi liderinə çevirmişdisə, XVI Benedikt, təəssüf ki, FƏTH-lə HƏMAS arasında intriqalar səviyyəsinə qədər endirdi.


MƏSLƏHƏT GÖR:

311