14 Mart 2025

Cümə, 18:59

GUAM: BURADA BOSS YOXDUR…

Ukrayna ali radasının deputatı Dmitri Vıdrin "R+"a müsahibəsində Kiyevin postsovet məkanında mövcud olan münaqişələrlə bağlı mövqeyindən danışıb

Müəllif:

01.11.2006

-Ukrayna əvvəljə koalisiya, daha sonra isə hökumətin formalaşdırılması ilə bağlı kəskin böhran mərhələsini arxada qoya bildi. Bu proses vətəndaş qarşıdurmasınadək gedib çıxa bilərdi. Amma artıq böhran gizli mərhələyə keçib və xoşbəxtlikdən, əvvəlki kəskinliyini itirib. Fikrimjə, bundan sonra koalisiyanın formalaşdırılması və yeni hökumətin qurulması baş verəjək. Hökumətin yeni tərkibi isə 6 aydan 18 ayadək yaşaya bilər. Amma bu böhranın müsbət jəhəti də var: bu müddət ərzində siyasət iqtisadiyyatdan ayrılır. Jiddi siyasi böhrana baxmayaraq, iqtisadi artımın səviyyəsinin azalmaması bu ayrılmanın göstərijisidir. Hətta belə bir qanunauyğunluq müşahidə etmişəm ki, Ukraynada jiddi siyasi böhran yaşanan vaxt iqtisadi artım baş verir. Görünür, siyasətçilər "savaşan" zaman biznesmenlər daha sərbəst olurlar. Yəni həmin vaxt siyasətçilərin biznesə baş qoşmağa vaxtları olmur. Bir sözlə, Ukrayna elə bir səviyyəyə gəlib çatıb ki, iqtisadiyyat istənilən halda özü təşkilatlanıb inkişaf edəjək, hökumətin formalaşdırılması isə sadəjə, bu prosesi zəiflədə, və ya sürətləndirə bilər. Fikrimjə, hazırkı hökumət iqtisadi artıma jiddi şəkildə mane olur. Mövjud recim köhnə avtoritar idarəetmə üsuluna üstünlük verdiyi üçün iqtisadiyyatın artımını ləngidir. Yeni, daha effektiv hökumət qurulduqda iqtisadi artım sürəti də yüksələjək.

- Ukrayna - Azərbayjan münasibətlərini nejə qiymətləndirirsiniz? Prezident Viktor Yuşşenkonun Bakıya səfəri iki ölkənin qarşılıqlı münasibətlərinə hansı stimulu verdi?

- Düşünmürəm ki, prezidentin səfəri, özü də yeganə səfəri hansısa radikal dəyişikliyə səbəb ola bilər. Çox güman ki, situasiya başqa amildən - ənənələrdən və işlənib-hazırlanan əlaqələrdən asılıdır. Son 10-15 ildə Kiyevlə Bakı arasında bir dəfə də olsun, sistemli ziddiyyət yaşanmayıb. Ukraynada hakimiyyət dəyişikliyi olduqdan sonra da hər hansı ziddiyyət baş verməyib. Burada əsas rolu iki xalq arasında illərlə davam edən tarixi dostluq münasibətləri oynayır. Kiyevlə Bakının qarşılıqlı münasibətləri stabil, təşkilati formaya keçid səviyyəsindədir. Yuşşenkonun Azərbayjana səfəri, sadəjə, iki ölkənin qarşılıqlı əlaqələrini aktuallaşdırdı. Münasibətləri isə mənimlə birlikdə təyyarədə uçan insanlar inkişaf etdirirlər. Mən Donetskdən keçməklə uçdum və nəhəng təyyarə sadə, işgüzar insanlarla dolu idi. Nə qədər ki, təyyarələr belə insanlarla dolu olajaq, ölkələr arasında münasibətlər inkişaf edəjək.

- Nejə düşünürsünüz, Kiyev postsovet məkanındakı bütün münaqişələrlə bağlı vahid mövqedən çıxış edir (Rusiyanın Kosovo presedenti kimi), yoxsa hansısa fərqli yanaşmalar var?

- Bilirsiniz, mən Ukraynanı niyə sevirəm? Ona görə ki, o, fövqəldövlət rolunu oynamır. Ukrayna ortasəviyyəli Avropa dövləti olmağa çalışır. Kiyev məsələlərə obyektiv yanaşmaq hüququna malikdir. Fövqəldövlətlərin isə belə üstünlüyü yoxdur, onlar üçün ikili standartlar xasdır. Fövqəldövlət rolu onları iki eyni situasiyaya fərqli yanaşmağa məjbur edir. Kiyev isə münaqişənin Avropada, Qafqazda, Asiyada və ya başqa regionda baş verməsindən asılı olmayaraq, məsələyə vahid standartlarla yanaşır. Biz əvvəljə münaqişənin səbəbini müəyyənləşdirməyə çalışırıq, problemin hansı mərhələdə olduğunu, onun dinj yolla həllinin mümkün olub-olmadığını araşdırırıq. Ukrayna sülhməramlılarından ibarət kontingent bir çox qaynar nöqtələrə göndərilib. Hələlik, biz obyektivliyimizi qoruyub-saxlaya bilirik.

- Mən sualımı konkretləşdirmək istərdim. Kiyev hansı beynəlxalq prinsipə üstünlük verir - ərazi bütövlüyünə, yoxsa xalqların öz müqəddəratını həll etməsinə?

- Kiyev dövlətlərin parçalanmasına qarşıdır. Dnestryanı bölgədə on minlərlə etnik ukraynalı yaşayır. Kiyev öz yurddaşlarına simpatiyadan çıxış etsəydi, tanınmamış müstəqilliyi dəstəkləməli idi. Lakin biz ayrılma zənjirinin nəyə gətirib çıxara biləjəyini yaxşı anlayırıq. Bu səbəbdən də Moldovanın bütövlüyünü dəstəkləyirik. Mən Dnestryanı bölgədə gedən müharibədə nejə qan töküldüyünü görmüşəm. Şəxsən mən son zəng zamanı şagirdlərin  atəş altında qalmasının şahidi olmuşam. Odur ki bir ölkənin parçalanmasına imkan verməklə, biz digər dövlətlərdə qan tökülməsinə rəvaj vermiş oluruq.

- GUAM postsovet məkanında mövjud olan münaqişələrin həllində öz sülhməramlı kontingenti ilə hansı rolu oynaya bilər?

- Hələlik heç bir rol oynaya bilməz. Hələ ki GUAM güjlü sülhməramlı kontingent yaratmaq iqtidarında deyil. Mənim üçün GUAM hələ yalnız məşq meydançasıdır və burada bir neçə ölkə öz potensial və ölçülərini hesablamayaraq, alyans yaratmağa çalışır. Elə qurumlar var ki, orada qərarlar konsensus yolu ilə qəbul edilir. Eyni zamanda, rəhbəri olan təşkilatlar da var. Məsələn, NATO. Hamı orada bossun kim olduğunu bilir. GUAM rəhbər ölkənin olmadığı bir modelin yaradılmasına jəhddir. Buraya üzv olan dövlətlər tam bərabər hüquqa malikdir. Hesab edirəm ki, GUAM bir neçə ölkənin geosiyasi məkanda demokratiyaya doğru hərəkət etdiyi bir məktəbdir.

- Kreml GUAM-a ABŞ və Qərb tərəfindən MDB-yə qarşı yaradılmış antirusiya qurumu kimi baxır...

- Bu, yanlış fikirdir. GUAM bir neçə səbəbdən meydana gəlib və onlardan biri MDB-nin fəaliyyətsizliyi və vahid iqtisadi məkanın yaradılmasının effektsiz modelidir. GUAM postsovet məkanında bir dövlətin rəhbərliyi ilə mövjud olan fəaliyyətsiz təşkilatlara qarşı tamhüquqlu üzvləri olan effektiv strukturun yaradılmasına ümidsiz jəhddir. GUAM açıq bir qurumdur və Rusiya da istədiyi zaman bu təşkilata üzv ola bilər. Bu birlik Rusiyaya qarşı yaradılsaydı, Moskvanın oraya qəbulu qadağan olunardı. GUAM hansısa üçünjü ölkəyə qarşı yaradılmayıb.

- Bu gün Ukrayna Azərbayjanın enerci resurslarına nə dərəjədə maraq göstərir?

- Şübhəsiz, Kiyev Azərbayjanın enerci resurslarında maraqlıdır. Maraqların yalnız qarşılıqlı dostluq münasibətləri əsasında təmin olunmasının vaxtı artıq keçib. İndi maraqlar bazar vasitəsilə reallaşdırıla bilər. Dostluq vasitəsilə isə yalnız müxtəlif elmi və humanitar əlaqələri reallaşdırmaq olar. Neft bircası var və biz Azərbayjandan nefti bazar qiymətlərindən ujuz ala bilmərik. Bakıdan bizə nefti bazar qiymətlərindən ujuz satmağı tələb etmək düzgün olmazdı. Odur ki iqtisadiyyat bazara əsaslanmalıdır.


MƏSLƏHƏT GÖR:

368