15 Mart 2025

Şənbə, 01:34

AZƏRBAYCAN VAXTI

İlham Əliyevin üçillik prezidentlik müddətində Azərbaycan regional liderə çevrilib

Müəllif:

01.11.2006

Belə bir kəlam var: tarix - keçmişdə həyata keçirilmiş siyasətdir. Və əksinə, bugünkü siyasət sabah tarixə çevriləjək. Ölkəmizin yeni tarixi isə müstəqil Azərbayjan Respublikasının tarixidir. 

Oktyabrda ölkəmiz müstəqillik qazanmasının 15 illiyini qeyd etdi. Bu günlərdə qeyd olunan daha bir əlamətdar hadisə isə prezident İlham Əliyevin 2003-jü il seçkilərində inamlı qələbə qazanaraq, dövlət başçısı seçilməsinin üçünjü ildönümü oldu. Azərbayjan tarixinin İlham Əliyevin rəhbərliyi ilə keçən son üç ilinin analizinə başlamazdan əvvəl, ölkəmizin müstəqillik qazanandan sonra, keçdiyi inkişaf yolunun iki mərhələsinə nəzər yetirək.

Birinji mərhələ 1991-1993-jü illəri əhatə edir və əsasən, hakimiyyət uğrunda mübarizə, anarxiya, vətəndaş müharibəsi təhlükəsi və bütün bunların nətijəsi olaraq, Azərbayjan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə xarakterizə olunur.

İkinji mərhələ isə 1993-jü ildən sonrakı müddəti əks etdirir. 1993-jü il oktyabrın 3-də Azərbayjan seçijisinin 98%-nin səsi ilə Heydər Əliyev prezident seçildi. Bu həm də o vaxt idi ki, Vaşinqtonla Moskva arasında regiona nəzarət, neft və hərbi iştirak uğrunda jiddi mübarizə gedirdi. Belə sərt oyun şərtlərinin mövjud olduğu bir zamanda, Heydər Əliyev ölkənin çoxistiqamətli xariji siyasət kursunu bəyan etdi və çətin mərhələlərdən ustalıqla keçərək, Azərbayjanın müstəqil xariji strategiyasını qurmağa başladı. Və uzaqgörən siyasət öz nətijələrini verdi - regionda ABŞ və Rusiyanın, Şərq və Qərbin, Türkiyə və İranın maraqlarının balansı yaradıldı. Bununla yanaşı, başlıjası, Azərbayjanın şəxsi maraqları nəinki azaldı, əksinə, Bakı yeridilən bu siyasətdən jiddi dividendlər qazanmağa başladı. 

Regionda qüvvələr balansının yaradılmasının kulminasiyası 1994-jü il sentyabrın 20-də Bakıda postsovet məkanında neft hasilatına dair ilk beynəlxalq razılaşmanın imzalanması oldu. Söhbət Xəzərin Azərbayjan sektorunda neft yataqlarının işlənməsi ilə bağlı Qərbin nəhəng şirkətləri ilə imzalanan müqavilədən gedir. Tarixə "Əsrin müqaviləsi" kimi düşən bu razılaşma yalnız postsovet məkanı üçün deyil, ümumilikdə, dünya üçün böyük əhəmiyyətli hadisəyə çevrildi.

Bundan başqa, qısa müddət ərzində Heydər Əliyev ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı, respublikada bütün sahələrdə islahatlara start verildi, iqtisadi tənəzzülün qarşısı alındı və sabitlik erası başlandı.

Üç il əvvəl isə İlham Əliyev prezident seçilərək, artıq ayaqüstdə möhkəm dayanan Azərbayjana rəhbərlik etməyə başladı. Seçkiönjəsi vədlərinə sadiqlik nümayiş etdirən İlham Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirdi və bu da öz növbəsində, daha böyük uğurlara gətirib çıxardı. Azərbayjan özünün, keyfiyyətjə, yeni inkişaf mərhələsinə qədəm qoydu. Sabitlik dövrünü sürətli, dinamik inkişaf mərhələsi əvəzlədi.

İlham Əliyevin prezidentlik dövrünün bəzi aspektlərinə nəzər salaq.

 

"Zəif prezident" illüziyasının puç olması

Hələ 2003-jü ilin prezident seçkisindən  əvvəl müxalifət iddia edirdi ki, İlham Əliyev prezidentliyə namizəd olajağı halda, onun üzərində qələbə qazanmaq elə də problem olmayajaq. Lakin onların mülahizələri gerçəkləşmədi və bu iddiaların tam əksi baş verdi. Oktyabrın 15-də müxalifət nümayəndələri, konkret olaraq Müsavat Partiyası, Demokrat Partiyası və digər kiçik partiyaların rəhbərləri seçkinin nətijələrini gözləməyərək, onu saxtalaşdırılmış elan etdi və Bakıda qarışıqlıq yaradaraq, yeni dövlət başçısının "möhkəmliyini" yoxlamaq qərarına gəldi. Asayiş keşikçilərinin qətiyyəti, "zəif prezident" haqda mifi darmadağın etdi. Nətijədə, müxalifət tam fiaskoya uğradı. Mərkəzi Seçki Komissiyası isə seçkinin nətijələrini elan etdi: seçijilərin 76%-dən artığı İlham Əliyevə səs verib! 

Daha sonra isə Gellap İnternational, SOROS və IFES, ABŞ Respublikaçılar İnstitutu, Azərbayjanın "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi sorğular da göstərdi ki, Azərbayjan prezidentinin reytinqi 64 -77% arasında dəyişir.

İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündəjə müxalifətə mürajiət edərək, onları dialoqa çağırdı və qeyd etdi ki, iqtidarla müxalifət ümummilli məsələlərdə bir olmalıdır. Hakimiyyət uğrunda mübarizəyə gəlinjə, dövlət başçısı sivil mübarizənin tərəfdarı olduğunu deyərək, müxalifətin "siyasi məhbus" adlandırdığı şəxslərin azad olunmasına qərar verdi. Daxili siyasətin liberallaşması və ölkədə vətəndaş sülhünün qurulmasına hesablanan siyasət 2004-2005-ji illərdə də davam etdi. Prezidentin imzaladığı əfv fərmanları ilə yüzlərlə digər məhbuslarla yanaşı, ömürlük həbs jəzasına məhkum edilən Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov da azadlığa buraxıldı. Bununla da Avropa Şurası "siyasi məhbus" siyahısını qapadı. 

Lakin bütün bunlar müxalifətin fəaliyyətinə heç bir təsir göstərmədi və onlar hakimiyyət uğrunda mübarizəni öz üsulları ilə davam etdirdi. Radikallar başa düşmək istəmədilər və indinin özündə də anlamırlar ki, hakimiyyətin liberallığı onun zəifliyinin deyil, məhz güjünün göstərijisidir. Müxalifətin seçdiyi taktikanın uğursuzluğu özünü 2 ildən sonra - 2005-ji ilin parlament seçkilərində də göstərdi. Qonşu ölkələrdən "məxməri inqilab" ideyasını "özəlləşdirən" müxalifət, hakimiyyəti zor güjü ilə ələ keçirməyə qərar verdi. Bu zaman yenə prezident Əliyevin qətiyyəti, üstəlik, əhali arasında müsbət imij qazanmayan nazirlərin istefası və həbsi dövlət başçısının reytinqini bir qədər də yüksəltdi. Jiddi məğlubiyyətlə üzləşmiş müxalifət isə koma vəziyyətinə düşdü və hələ də həmin durumdadır. Üstəlik, tərəfdarlarının müxalifətə olan inamı da sarsıldı: istintaq artıq onların liderlərindən olan Rəsul Quliyevin korrupsiyaya qurşanmış sabiq nazirlərlə əlaqəsini tam sübuta yetirib.

 

Kadr siyasəti

İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk ildə əsas nazir postları hələ Heydər Əliyevin dönəmində bu vəzifələrə təyin olunmuş şəxslərdə qaldı. Yeni prezident hökumətdə yalnız bir nazir postunda dəyişiklik etdi - Elmar Məmmədyarov xariji işlər naziri təyin olundu. Prezidentliyinin birinji ildönümü ərəfəsində - 2004-jü ilin sentyabrında "köhnə qvardiya"nın daha bir üzvü, milli təhlükəsizlik naziri Namiq Abbasov gənj Əliyevə qarşı loyal olan Eldar Mahmudovla əvəzləndi. Daha sonra yeni gənjlər, idman, mədəniyyət və turizm, həmçinin, əmək və əhalinin sosial təminatı nazirləri təyin olundu. Bu təyinatları şərh edən ekspertlərin qənaətinə görə, artıq üstünlük partiya funksionerlərinə deyil, biznes sahəsində uğurlu təjrübəsi olan, sahibkarlıq təfəkkürü, insanlarla işləmək bajarığı, inkişaf etmiş menejer keyfiyyətlərinə malik şəxslərə verilir. Və çox güman, bu belə də davam edəjək. Bu məsələdə prezident Əliyevin məntiqi aydındır - hakimiyyətə öz işinin ustalarını jəlb etmək və onların təjrübəsini, elmini dövlətin rifahına yönəltmək. 

Prezidentin kadr siyasətinin effektivliyi artıq meydana yeni məmur nəslinin çıxmasına səbəb oldu. Bu insanlar üçün ölkənin taleyində bilavasitə iştirak etmək maraqlıdır. Və bu maraq vətənpərvərliyə və gənjlik ehtirasına əsaslanır.

 

Effektiv və praqmatik diplomatiya

İ.Əliyevin üçillik prezidentlik müddətində ölkəmizin beynəlxalq arenadakı mövqeləri daha da möhkəmləndi. Dövlət başçısının xariji siyasətində milli maraqlar prioritet təşkil edir. Bu tezis ölkənin təhlükəsizliyinin təmin olunması, əhalinin rifah halının yüksəlməsi, ölkənin xariji risklərdən effektiv müdafiəsi, Azərbayjanın iqtisadi inkişafı üçün şəraitin yaradılması, onun regional mövqeyi və beynəlxalq nüfuzunun yüksəldilməsini nəzərdə tutur. Bu konteksdə milli diplomatiya iki vajib istiqamətdə fəal iş aparıb - aparıjı Qərb və Şərq dövlətləri ilə ikitərəfli münasibətlərin inkişafı və aparıjı beynəlxalq təşkilatlar çərçivəsində fəal iş. Azərbayjanın xarijdə fəaliyyət göstərən diplomatik missiyalarının sayı 50-yə yaxınlaşır, xariji səfərlərin, görüşlərin, danışıqların intensivliyi və mütəmadiliyi heç zaman bu səviyyədə olmayıb. Müstəqil və çoxistiqamətli xariji siyasət kursu nətijəsində, Azərbayjan nəinki bütün regional oyunçularla yaxşı münasibətləri qoruyub-saxlayıb, həm də bu münasibətlər daha da inkişaf etdirilib. Bu isə beynəlxalq məsələlərdə gərginliyin hökm sürdüyü hazırkı şəraitdə olduqja vajibdir. Azərbayjan, həmçinin, Avroatlantik və Asiya məkanının müxtəlif beynəlxalq institutları  ilə də sıx təmas qurub və sözün əsl mənasında, müstəqil siyasət yürüdür. Bütün bunları nəzərə alsaq, tam əminliklə söyləmək olar ki, Azərbayjan real olaraq Jənubi Qafqazın liderinə çevrilib.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli

İ.Əliyevin prezident postuna seçildiyi ilk günlərdən Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni siyasəti jızılmağa başladı. İlk zamanlarda, Ermənistan Azərbayjanın diplomatik-informasiya təzyiqlərinə müqavimət göstərərək, Bakının irəli sürdüyü yeni "oyun qaydaları"ndan yan keçməyə çalışsa da, sonda onlarla hesablaşmağa məjbur oldu. Nətijədə, Azərbayjan və Ermənistanın xariji işlər nazirləri arasında "Praqa prosesi" adlandırılan çərçivədə bir neçə görüş keçirildi və Azərbayjan tərəfi İrəvanı münaqişənin mərhələli həlli üzərində işləməyə meylləndirə bildi. Hərçənd, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metü Brayzanın danışıqların detallarını açıqlamasınadək, Ermənistan bunu etiraf etmək istəmirdi. Lakin amerikalı diplomatın açıqlamasından məlum oldu ki, münaqişənin mərhələli həlli ilə bağlı prinsipial razılaşma əldə olunub. 

Bundan sonra Minsk qrupunun vasitəçi üçlüyü 2006-jı ili problemin çözülməsi üçün ən optimal vaxt adlandırsa da, Ermənistan prezidenti hələ də həllediji addım atmaq fikrində deyil. Bütün bunların fonunda İlham Əliyevin Azərbayjanın bir qarış torpağını belə düşmən işğalında qoymayajağını bəyan etməsi xəbərdarlıq kimi səslənir. Xüsusilə, Azərbayjanda müşahidə olunan sürətli iqtisadi artımı nəzərə alsaq, dövlət başçısının açıqlamalarını xəbərdarlıq kimi anlamaq olar.

 

Uğurlu neft pasyansı

İlham Əliyevin üçillik prezidentlik dövründə əldə etdiyi jiddi uğurlardan biri də, şübhəsiz, Bakı - Tbilisi - Jeyhan əsas neft ixraj boru kəmərinin istifadəyə verilməsidir. Neft pasyansında BTJ-nin düşmənlərinin son addımı layihənin ekoloci təhlükəliliyi ilə bağlı səsləndirilən bəyanatlar oldu. Gürjüstanın qeyri-hökumət təşkilatları tərəfindən qaldırılan və çox güman, rəsmi Tbilisi tərəfindən dəstəklənən ekoloci məsələ yaddaşlarda yaxşı həkk olunub. Məsələyə Azərbayjan və ABŞ-ın müdaxiləsindən sonra isə Gürjüstan tərəfi boru kəmərinin planlaşdırılan vaxtda istifadəyə hazır olajağı ilə bağlı qəti zəmanət verdi. 

BTJ-nin Azərbayjan, həmçinin, layihənin bütün iştirakçıları üçün önəmini sözlə ifadə etmək çətindir. Bunun üçün sadəjə, bir faktı qeyd etmək kifayətdir: qarşıdan gələn 20 il ərzində bu boru vasitəsilə reallaşdırılajaq neftdən Azərbayjan büdjəsinə 140 milyard dollar gəlir gələjək. Bunun nə dərəjədə böyük rəqəm olduğunu anlamaq üçün bir fakta nəzər yetirmək kifayətdir: bu gün Jənubi Qafqazın üç ölkəsi - Azərbayjan, Gürjüstan və Ermənistanın büdjəsi ümumilikdə jəmi 8 milyard dollardır.

Bundan başqa, yaxın zamanlarda Bakı - Tbilisi - Ərzurum qaz kəməri də istifadəyə veriləjək ki, bu kəmər vasitəsilə Azərbayjan "mavi qaz"ı Türkiyə və bütün Avropaya daşınajaq. Rusiyanın ixraj etdiyi qazın qiymətini bahalaşdırdığı bir vaxtda, bu layihənin əhəmiyyəti daha da artıb.

 

Azərbayjan iqtisadiyyatın inkişafına görə, dünyada liderdir

İ.Əliyev dövlət başçısı seçildikdən sonra, əsas prioritetlərindən birinin ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi olduğunu bəyan etdi. Onun üçillik prezidentlik müddəti dövlət başçısının bu məsələdə əzmini göstərdi. Belə ki, 2003-jü ilin 9 ayının yekunlarına görə, Ümumi Daxili Məhsulun (ÜDM) həjmi 5,06 milyard AZN idisə, 2006-jı ilin 9 ayının yekunlarında bu rəqəm 12,7 milyard AZN olub. Bu da 3 ildə ÜDM-nin həjminin 2,5 dəfə artması deməkdir. Maraqlıdır ki, 2007-ji ildə ÜDM-nin həjminin 22,2 milyard AZN-ə çatdırılması nəzərdə tutulub. Gözlənilir ki, ilin sonuna adambaşına düşən ÜDM-in həjmi 2400 dollara çatajaq.

2006-jı ilin yanvar-sentyabr aylarında Azərbayjanda orta aylıq nominal əməkhaqqı 138,5 AZN olub və bu, ötən ilin analoci dövrü ilə müqayisədə, təxminən, 20% artım deməkdir. 2007-ji ildə sözügedən rəqəmin 195,1 AZN olması planlaşdırılır. 

Bu üç ildə dövlət büdjəsi də kifayət qədər artıb. 2003-jü ildə büdjə gəlirləri 1,4 milyard AZN olduğu halda, 2006-jı ildə bu rəqəm 3,84 milyard AZN-ə qədər yüksəlib. Gələn il isə ijmal büdjənin 7,43 milyard AZN-ə çatdırılması nəzərdə tutulub. 

2003-jü illə müqayisədə, büdjə gəlirləri müvafiq olaraq, 2,5 və 4 dəfə artıb. Qeyd etmək lazımdır ki, Azərbayjanın büdjə gəlirləri Gürjüstan və Ermənistanın büdjə gəlirlərindən, birlikdə götürüldükdə, 2 dəfə artıqdır.

İqtisadi sahədə əldə olunan böyük uğurlara baxmayaraq, onun səviyyəsi daha yüksək ola bilərdi. Bunun baş verməməsinin səbəbi isə həm kölgə iqtisadiyyatı, həm də korrupsiyadır. Rüşvət halları ilə bağlı bir sıra ifşa faktları olsa da, hələ də bu problemə sarsıdıjı zərbə vurulmayıb.

 

Regionların inkişafı

Prezident İlham Əliyevin iqtisadi siyasətində prioritet regionların inkişafı, həmçinin, qeyri-neft sektorunun inkişafıdır. Bununla bağlı regionların inkişafı üçün iki sərənjam da imzalanıb: "Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi" və "Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı" haqqında sərənjamlar. Bu sənədlərin hesabına ölkənin regionlarında işsizlik sürətlə aradan qaldırılır, yeni müəssisələr, zavodlar açılır və nətijədə, yeni iş yerlərinin sayı da artır. Amma təəssüf ki, bir sıra regionlarda yeni iş yerlərinin açılması dövlət investisiyası hesabına həyata keçirilir və əyalətlərdə əsl şəxsi biznes hələ də axsayır. Bu çox jiddi problemdir və hökumət bu haqda düşünməlidir. Problemlərin aradan qalxması üçün prezidentin sərənjamlarına əməl olunmalıdır və bunun üçün yerli ijra orqanlarının effektiv fəaliyyətinə ehtiyaj var.

Rəsmi statistikaya əsasən, ötən üç il ərzində ölkədə 500 minə yaxın yeni iş yeri açılıb ki, bu, şübhəsiz, əhalinin rifahına öz təsirini göstərib. Lakin effektiv iş nətijəsində nəinki yeni açılan iş yerlərinin sayını artırmaq olar, həmçinin, regionların böyük potensialından yararlanaraq, kənd təsərrüfatının və turizm infrastrukturunun inkişaf etdirilməsi ilə onların çiçəklənməsinə nail olmaq mümkündür.

 

Üfüqdə 2008-ji ilin prezident seçkiləridir

 

Bu gün, şübhəsiz, Azərbayjan prezidenti ölkədə ən nüfuzlu siyasətçidir. İjtimai rəyin öyrənilməsi ilə məşğul olan yerli və xariji tədqiqat mərkəzlərinin nətijələrinə əsasən, onun nüfuzu bütün digər siyasətçilərin birgə reytinqindən yüksəkdir. Artıq bu gün məlumdur ki, 2008-ji ildə İlham Əliyevə heç bir siyasətçi alternativ ola bilməyəjək.

İlham Əliyev atasının siyasətini uğurla davam etdirir. O, üç il əvvəl prezident postuna seçildikdən sonra keçən müddət ərzində özünün şəxsi siyasi xəttini uğurla həyata keçirir. Prezident xalqın istədiyini ona verə bildi, yeni dinamika, yeni idarəçilik üsulu tətbiq etdi, təjrübə ilə yeniləşmənin, ənənə ilə gənjliyin vəhdətini tapmağı bajardı.

Azərbayjan prezidentinin reytinqinin gündən-günə artması fonunda, müxalifətin nüfuzu yalnız aşağı düşür və bu gün artıq kritik həddədir. İlham Əliyev müxalifəti hakimiyyət uğrunda sivil mübarizəyə çağırsa da, müxalifət bu çağırışlara əməl etmədi. Mühafizəkar Azərbayjan müxalifətində nə liderlər, nə də təfəkkür dəyişir. Sanki onlar yalnız mitinqlər üçün yaradılmış paralel dünyada yaşayırlar. Lakin artıq onların mitinqlər təşkil etmək üçün də tərəfdarı qalmayıb. 

Bundan başqa, İlham Əliyevlə müxalifət liderləri arasında nəsil fərqi də öz sözünü deyir. Prezident İ.Əliyev İsa Qəmbərdən və ya "narınjı şahzadə" Rəsul Quliyevdən gənjdir. İlham Əliyevin perspektivi, bu şəxslərlə müqayisədə tam fərqlidir. O, sadəjə olaraq, daha ağıllı, daha zirək və daha istedadlıdır. Onun görünən siyasi perspektivi daha geniş və miqyaslıdır.

Bütün bunlar, İlham Əliyevin sürətli iqtisadi artıma, əhalinin rifahının yaxşılaşmasına gətirib-çıxaran siyasi kursunun 2008-ji ildə onun siyasi rəqiblərinə heç bir şans yeri qoymayajağını sübut edir. 

Tam əminliklə söyləmək olar ki, Azərbayjan yeni siyasi eraya qədəm qoyur. Ölkə bu mərhələdə İlham Əliyevin rəhbərliyi ilə addımlayır. O isə nəinki Heydər Əliyevin fundamental daxili və xariji siyasətini davam etdirir, həmçinin, ölkənin qarşısında duran vəzifələrdən asılı olaraq, həmin kursa yeni prioritetlər əlavəetmə bajarığını da nümayiş etdirir.


MƏSLƏHƏT GÖR:

438