
ETNİK "TƏMİZLƏMƏ"- ƏMLAK BÖLGÜSÜNÜN TƏRKİB HİSSƏSİ KİMİ..
“Ukrayna ilə Azərbaycan arasında guam çərçivəsində enerji və ticarət sahəsində əməkdaşlıq ən aktual məsələlərdən biridir”
Müəllif: Tofiqə QASIMOVA Bakı
Nəhayət, baş verdi. Moskvada bazarların "etnik təmizlənməsi" rəsmi şəkildə bəyan edildi. Birbaşa və açıq şəkildə bildirilir ki, bazarlardan "qeyri-millətlər"dən ibarət olan "alverçiləri" və "yarıkriminal qruplaşmaları" sıxışdırıb-çıxarmaq və orada "yerli" millətdən olanların iştirakını güjləndirmək lazımdır.
Əlbəttə, "yerli millət"ə kimləri aid etmək lazım gəldiyi barədə uzun-uzadı ironik fikir yürütmək olar: bu anlayış çeçenləri, dağıstanlıları, nəhayət, Dərbənddən olan azərbayjanlıları da ehtiva edirmi?.. Əgər "yerlilər" statusu çeçenlərə, dağıstanlılara və b. yalnız Qafqazda şamil edilir, Moskva və ya elə həmin Kondopoqoda onlar artıq yerli sayılmırlarsa, həmin "təjrübəni" Qafqazda da yayaraq, Mahaçqala, Maykop, Nalçik bazarlarından "qeyri-yerli" slavyanları bazarlardan qovmaq lazımdırmı? Nəhayət, maraqlanmaq olar: əgər Rusiyada hətta bazarlarda alver etmək hüququ da milli mənsubiyyətdən asılıdırsa, bu ölkənin dövlət siyasəti faşizm deyil ki?
Rusiyada isə "bazar özbaşınalığı" adlandırılan halla mübarizəni jəmiyyətdə ekstremist əhval-ruhiyyənin artması ilə açıq-aşkar əlaqələndirdilər. Lakin hakimiyyətin "bazar mafiyası"na müharibə elan etməklə "skinhedləri" sosial zəmindən və gurultulu şüarlardan məhrum etmək niyyətində olduğuna inanmaq, düzü, çətindir: "skinhedlər"lə onların proqramını yerinə yetirməklə mübarizə aparmaq Adolf Hitlerlə Münhen sövdələşməsinə bərabər "sülhməramlılıq" kimi bir şeydir. Güman ki, "qırxıqbaşlar" Rusiya liberal mətbuatının adını "nasist layihəsi" qoyduğu bu növbəti layihəni bazarlarda qırğınlar törətmək üçün indulgensiya kimi qəbul ediləjək. Bazarlarda "alverçilərə" və b. müharibə elan edən hökumətin həqiqətən də həmin jəfakeş bazarlarda durumu normallaşdırmaq niyyətində olduğuna inanmaq isə ümumiyyətlə çətindir. "Rədd olsun alverçilər - fermerlərə yol verin!" tipli şüarların iqtisadi baxımdan əsassızlığı, nejə deyərlər, göz qabağındadır. Kəndli əməyi ilə tijarət, təəssüflər olsun, tamamilə fərqli peşələrdir. Bazarda və mağazada piştaxta arxasında dayanmağı da bajarmaq lazımdır, üstəlik, kəndli təsərrüfatında həmişə iş çox olur və işçi qüvvəsi çatışmır. Odur ki hakimiyyətin istəyinə rəğmən, kəndlilər peşəkar tijarətçiləri heç vaxt əvəz edə bilməyəjəklər.
Moskvadakı ziyalı mənzillərindəki mətbəxlərdən fərqli olaraq, kəndlərdə siyasi mövzuda söhbətlər aparılmasa da, curnalistlərin birbaşa suallarına javab olaraq, Rusiya fermerləri bir səslə bildirirlər ki, onlar "alverçilərdən" narazı deyillər. Üstəlik, kənd təsərrüfatı məhsullarını alan dövlət strukturları "alverçilər"lə rəqabət etmək iqtidarında deyil: sonunjularda alış qiymətləri də daha yüksəkdir, operativlik də daha güjlüdür. Hər hansı bir halda, Rusiya iqtisadçılarını artıq belə bir sual məşğul edir: "Lazımi millətdən olmayan alverçilər" əvəzinə Rusiya fermerlərinə nə təklif ediləjək? "Alverçilər" bazardan qovulduğu, alver etmək fermerlərin özlərinə həvalə edildiyi halda isə ekspertlər bunun bazarların iflasa uğraması ilə nətijələnəjəyinə əmindirlər.
Burada artıq onu xatırlamaq lazımdır ki, Rusiya bazarlarının başı üstündə qara buludlar artıq çoxdan yığışmaqda idi və pis qoxuyan bu prosesə həddən artıq jiddi fiqurlar jəlb olunmuşdu. O qədər də uzaq olmayan keçmişdə baş verən fajiəvi hadisəni - Moskvada 2006-jı ilin 23 fevralında Basmannı bazarının damının uçmasını bir daha xatırlamaq yerinə düşər. Hadisə zamanı həlak olan 66 nəfərdən 43-ü Azərbayjan vətəndaşları idi. O zaman "İzvestiya" qəzeti yazırdı: "Basmannı bazarının uçan damı yalnız "qeyri-slavyan görünüşə malik" 66 nəfərin ölümünə bais olmadı, həm də əslində, Moskvada azərbayjanlıların ən çox məskunlaşdıqları bu rayonun kifayət qədər özünəməxsus həyat tərzini də sındırdı. İş yerindən məhrum olan azərbayjanlılar təjili olaraq buranı tərk edirlər. Onlara öz mənzillərini kirayə verən moskvalılar burada illərboyu yaşayan səxavətli kirayənişinlərindən məhrum olduqlarına təəssüflənirlər".
Rəsmi versiya çox tez açıqlandı: bazarın binası "düzgün istismar edilmədiyi" üçün çöküb. Guya damda yağış və qar suları yığılırmış, qalereyalarda tijarət köşkləri quraşdırılırmış ki, layihədə belə şeylər nəzərdə tutulmayıb.
O zaman Moskva hökumətinin komissiyasının üzvləri ən münaqişəsiz varianta üstünlük verdilər.
Onların gəldikləri qənaət məlum aforizmə gəlib çıxır: "Hamı günahkar olduğundan, deməli, heç kim günahkar deyil". Demə, bazarın damını 30 il ərzində - tikilən gündən "yanlış" istismar ediblər. 30 il qışda damda heç kimin təmizləmədiyi qar, yaz, yay və payızda isə qar və yağış suları yığılıb-qalırdı. Axarlar tutulduğundan, heç yerə axıb-gedə bilməyən su hidroizolədəki çatlardan içəri - aparıjı metal konstruksiyaların üstünə sızırdı. Pasın, tədrijən, aşılandırdığı metal sonda davam gətirmədi. Bazarın daxili antresolunun həddən artıq yüklənməsi də rol oynadı. Balkon 70-ji illərdə memar Kançeli tərəfindən layihələşdirilsə də, sonradan dəfələrlə yenidən qurulmuş, təmir edilmiş və dəyişdirilmiş, nətijədə, memarın ilkin variantından çox az şey qalmışdı. Lakin rəsmi versiyaya görə, komissiya bazarın 30 illik istismar müddəti ərzində sayları 15 nəfəri keçən direktorlarından hansının dövründə yüngül gül piştaxtalarının yerində ağır pavilyon-anbarların meydana çıxdığını müəyyənləşdirə bilməyib. Kimin vaxtında damın deşildiyini və konstruksiyaların pas atdığını müəyyənləşdirməkdən isə danışmağa dəyməz. SSRİ dönəmində "texniki mədəniyyət"in hansı səviyyədə olduğunu nəzərə alsaq, belə bir versiyaya asanlıqla inanmaq olar.
Moskva Şəhər Prokurorluğunda izah edirlər: "Şəhər komissiyası bir məqsədlə yaradılmışdı - meriyanın fajiədən kənarda qalmadığını nümayiş etdirmək. Heç kim Moskva məmurlarının fajiənin səbəblərinə aydınlıq gətirəjəklərinə ümid etmirdi. Prokurorluğun tapşırığı ilə bu işlə Ədliyyə Nazirliyi nəzdində Rusiya Federal Məhkəmə Ekspertizası Mərkəzinin peşəkar ekspertləri məqbul olurlar". Lakin Moskva hökuməti öz rəyini açıqladıqdan sonra, şəhər prokurorluğunun supernüfuzlu merlə münaqişəyə gedəjəyinə inanmaq çətindir. Güman ki, onun ekspertlərinin rəyi də Moskva hökumətinin müəyyənləşdirdiyi "siyasi xəttə" uyğun olajaq: "Hamı günahkar olduğundan, deməli, heç kim günahkar deyil".
Bununla belə, Moskva meri Yuri Luckov "fövqəladə şəraitlə əlaqədar" "Basmannı bazarı" dövlət unitar müəssisəsinin ləğv edilməsi və onun işçilərinin işdən azad olunması barədə sərənjam imzalayıb.
Bu zaman heç kim fajiə yerindən binanın qalıqlarının, onlarla birlikdə isə əsas sualı - "bazarın binasının uçması "texnogen qəza" idi, yoxsa ona, nejə deyərlər, "yıxılmağa kömək edilmişdi?" - sualını javablandıra bilən əşyayi-dəlillərin böyük sürətlə daşınmasına diqqət yetirmədi. Halbuki vahimə doğuran belə bir versiyanın irəli sürülməsi üçün əsas da var idi. Basmannı bazarının taleyinə hələ iki il bundan əvvəl "böyük maraq" göstərilirdi. Bazar Moskvanın mərkəzində, ev tikmək üçün torpağın astronomik qiymətə olduğu ərazidə yerləşir. Fajiədən az sonra "Moskovski komsomoles" Basmannı rayonunun uprava başçısının müavini Vladislav Derqobuzovun kifayət qədər dumanlı bəyanatını xatırlatdı: "Basmannı bazarının yerində tijarət meydançaları olan çoxfunksiyalı kompleks inşa etmək planlaşdırılır. Müddətlər hələ müəyyənləşdirilməyib...". Doğrudur, onu dərhal paytaxtın İstehlak Bazarı Departamentinin başçısı Vladimir Malışkov yerində oturtdu: bazar 2007-ji ilə qədər bağlanmayajaq. Basmannı bazarının "rekonstruksiyası"na dair planların olmasını Moskva meri Yuri Luckov da təsdiqlədi. Qəzanın yaxaladığı adamlar bazarın qalıqlarının altından zəng vuraraq, xilas edilmələri üçün yalvardıqları bir vaxtda, mer kameralar qarşısında mühakimələr yürüdürdü: "Bu bazarı bağlamağı, yerində isə yeni birinji mərtəbəsində bazar tijarəti, yuxarı mərtəbələrində mağazalar, butiklər, restoranlar və kinoteatr yerləşdiriləjək böyük tijarət mərkəzi tikməyi çoxdan planlaşdırırdıq". Daha sonra isə əlavə edir ki, böyük yük maşınlarının və çoxsaylı kiçik mağazaların bir-birinə qarışdığı Basmannı bazarının xariji görünüşü əvvəllər də onun xoşuna gəlmirdi.
Moskvanın Şəhər Dumasına seçkilərə hazırlaşdığı keçən payızda isə yenə də "Moskovski komsomoles" "bazar mafiyası", yerli bazar "avtoritet"lərinin "müəmmalı qətlləri" və s. barədə məqalə çap etdi. Eyni zamanda, Moskvada, demək olar ki, rəsmi səviyyədə ksenofobiya kampaniyasına rəvaj verilir və onun əsas "obyekti" də elə həmin mifik "bazar mafiyası" olur. "Skinhedlər"in "qaraları" əzişdirdiyi, ağ köynək və bahalı kostyumlar geyən jiddi iqtisadçıların isə "Azərbayjandan gələn bazar alverçiləri"nin bədbəxt Rusiya iqtisadiyyatından əldə etdikləri "milyardlarla dollar" haqqında mühakimə yürütdükləri bir vaxtda heç kim meyvə-tərəvəz biznesinə birbaşa aidiyyəti olan iş adamının qətlinə fikir vermir, halbuki bu, nüfuz dairəsinin yenidən bölüşdürülməsinin birbaşa əlamətidir.
Bu hadisələr fonunda, "müəyyən "mütəxəssislər" "Basmannı bazarının damının birbaşa insanların üstünə çökməsinə "yardımçı" ola bilərdilərmi?" sualı, təəssüf ki, artıq heç də ritorik səslənmir. Əlbəttə, nəzəri baxımdan etiraz etmək olar: "texnogen qəza"da onlarja insanın həlak olması hakimiyyət orqanlarını tam və geniş təhqiqat aparmağa məjbur etməli idi. Lakin bu, təəssüf ki, yalnız nəzəri baxımdır. Praktikada isə Moskvada bazarın damının uçmasından sonra baş verənlər bütün şübhələrə son qoyur: "qafqazlı bazar alverçiləri"nin həyatı burada, təəssüf ki, o qədər də yüksək qiymətləndirilmədiyindən, heç kim elə bir xüsusi təhqiqat da aparmayajaq. "Transvaal-park" uçanda hakimiyyət orqanları rəsmi matəm elan etdikləri halda, fevralın 23-də bazarın dağıntıları altında onlarja "qeyri-millət"dən olan insan həlak olsa da, heç bayram atəşfəşanlığı da ləğv edilmədi.
Daha bir əlamətdar məsələ. Moskva hökumətinin komissiyasının yekun rəyinin meydana çıxmasından da iki həftə əvvəl bazarların kütləvi yoxlanılması başladı ki, bu barədə Əmlak Departamentinin başçısı Vladimir Silkin məlumat verdi. Meriya əmindir ki, bazarların administrasiyaları şəhərin əmlakı üzərində istədikləri kimi sərənjam verir və onun hesabına varlanırlar. Məmurlar Basmannı bazarının damı uçandan dərhal sonra, Velozavodsk, Lefortovo və Lüblin bazarlarında yoxlamaların nətijələri əsasında hamını yoxlamaq qərarına gəlmişdilər. Mətbuata məlumat "sızdırıldı": məlum olub ki, Lüblin bazarının ərazisinə daxil olan tijarət sıralarının sahəsi naməlum şəkildə 10 dəfədən də çox genişlənib, Lefortovo bazarının ərazisində "sənədləşdirilməmiş" modul tijarət pavilyonları aşkarlanıb, Velozvod bazarı isə faktiki, müflis olub... Belə bir uyğunlaşdırmanın müəyyən suallar doğurduğunu söyləməmək mümkün deyil. Əgər söhbət Basmannı bazarının uçmasından gedirsə, niyə eyni konstruksiyaya, yaxud oxşar istismar tələblərinə malik tikililər yox, bazarlar yoxlanılır? O da aydın deyil ki, niyə texnogen qəzadan sonra bazarların yoxlanılması təşəbbüsü ilə çıxış edilsə də, "nəzarət instansiyaları" texniki-istismar pozuntularından deyil, iqtisadi pozuntulardan danışırlar?.. Əslində, Basmannı bazarındakı fajiəni "rəsmi piara" çevirən Moskva merliyi şəhərdə kifayət qədər jəlbediji və iri sahələri tutan bazarlara qarşı "geniş hüjuma" başladı (həmin sahələrdən tamamilə başqa, həm də məmurlar üçün çox sərfəli məqsədlər üçün istifadə etmək olar).
İndi artıq tamamilə aydındır ki, "skinhedlər"in hoqqaları da, Putinin ətrafının açıqlamaları da "mülkiyyətin yenidən bölüşdürülməsi" texnologiyasından başqa bir şey deyil. Bu zaman isə təəssüf ki, "bütün vasitələr yaxşıdır". Odur ki öz kommersiya işlərinin ardınja Moskvaya və Sankt-Peterburqa üz tutan soydaşlarımız buna hazır olmalıdırlar.
MƏSLƏHƏT GÖR: