
KA ADLI ŞAİRİN ZƏFƏRİ
Ədəbiyyat sahəsində nobel mükafatına türk yazıçısı layiq görüldü
Müəllif: Roma NEYMAN Bakı
Oktyabrın ortalarında İsveçdə 2006-jı il üçün ədəbiyyat sahəsi üzrə Nobel mükafatı laureatının adı bəlli oldu. Bu, 54 yaşlı müasir türk yazıçısı, postmodernizm jərəyanının təmsilçisi Orxan Pamukdur.
Orxan Pamuk 1952-ji il iyunun 7-də İstanbulda varlı ailədə anadan olub. Amerikanın Robert College kollejini bitirdikdən sonra, ailəsinin istəyi ilə İstanbul Texniki Universitetinə qəbul olunub (valideynləri Pamukun inşaatçı-mühəndis olmasını istəyib). Lakin üç ildən sonra peşəkar yazıçı olmaq qərarına gələn Pamuk universiteti atıb.
Onun ilk romanı Tomas Mann ruhunda yazılmış ailə saqası - "Jövdət bəy və onun oğulları"dır (1982). Yazıçının növbəti - "Sakit ev" romanı da müasirliyə həsr olunub və xeyli siyasiləşib.
1980-ji illərin ikinji yarısını Pamuk Amerikada keçirib. Kolumbiya Universitetində təjrübə keçən yazıçı burada türk dilini də tədris edib. İlk gündən o, tədrijən, Şərqdən Qərbə doğru gedən yolu tutdu və sonda, həqiqətən, Qərb mədəniyyətinin fərqlənən fiquruna çevrildi. Pamuk heç vaxt mühajirət etmək haqda düşünməyib. Amma bununla belə o, mühajir həyatını, əsərlərindən birinin qəhrəmanı olan Ka adlı şairin üzərində sınaqdan keçirib: Pamuk həmin şairi uzaq Frankfurta mühajirətə "göndərib" və ömrünün sonuna qədər vətən həsrəti ilə "yaşadıb"…
Türk yazıçısını dünya ədəbiyyatının klassikinə çevirən romanlar da məhz bu dövrdə meydana gəlməyə başlayıb. Elə bu dövrdən də Pamukun əsas yaradıjılıq mövzuları müəyyənləşib - Şərqlə-Qərb, İslam və xristianlıq, ənənələr və müasirlik arasındakı münaqişələr və qarşıdurmalar. Ədəbi tənqidçilərin fikrinjə, Pamukun "Qara kitab" (2002), "Qar" (2002), "İstanbul romanı" (2003), "Ağ qala" (2005) əsərləri Qərblə-Şərqin mürəkkəb münasibəti, İstanbulun müasir həyatının təsvirini özündə əks etdirir. Bu əsərlər tənqidçilərin nəzərində olduqja mürəkkəb formalı roman-simfoniyaları xatırladır. Pamuk tarix və müasirliyi, Şərq və Qərb mədəniyyətini, sufi poeziyası ilə detektiv intriqaları, siyasət və romantikanı bir araya gətirir, bir-birinə hörür. Onun bəzi kitabları Şəhrizadın nağılları kimi, insanı yatızdırır, digərləri oxujunu fəlsəfi labirintdə azdırır, elə əsərlər də olur ki, tarixi detektivlər kimi, qiymətli Şərq koloriti kimi qəbul edir.
Təsadüfi deyil ki, tənqidçilər Pamuku Dante, Joys və Borxeslə müqayisə edirlər.
Onun böyük maraq doğurmuş romanlarından biri "Qar"dır. Bu əsərdə söhbət müasir Türkiyədə qərbçiliklə islamçılıq arasındakı münaqişədən gedir. Əsərdə yazıçı özünəxas oyun və fantasmaqoriya, intriqa və fəlsəfənin sintezini yaradıb. Pamuk bu əsərdə öz yaradıjılığının əsas araşdırma mövzusunu bir daha aydınlaşdırmağa çalışır - siyasətə qarışmadan Allaha inam mümkündürmü, islamla qərbyönümlü orientasiyanı birləşdirmək nə dərəjədə realdır, nəhayət, forma, yoxsa onun məzmunu daha vajibdir? "Təklikdə Allaha inanan, Avropaya meylli tənha insan səni daim qorxudur. Sənin nəzərində, Allaha inanmayan, amma jəmiyyət arasında yaşayan insan, Allaha inanan, lakin tənha insandan daha etibarlıdır. Sənin nəzərində tənha insan, kafir insandan daha təhlükəlidir". Bu fikirlər romanın qəhrəmanı, şair Kanın mübahisələrinin birində səslənir. Amma əsərin zənginliyi ondadır ki, bütün bunlar elə Pamukun öz düşünjələridir. Şair Ka Allaha siyasiləşmiş ijma həmrəylikdən kənarda - təklikdə inanmaq istəyir. O, ali həqiqəti təklikdə, fərdi qaydada, fərdi şəkildə axtarmaq arzusundadır. Hərçənd, bu axtarışların nətijə verəjəyinə əmin deyil: "Mən bu gözəl qarı yağdıran Allaha inanmaq istəyirəm. Dünyanın gizli simmetriyasını diqqətlə müşahidə edən, insanları daha sivil, daha nəzakətli edəjək Allah var".
Orxan Pamuk bir çox beynəlxalq mükafatlara layiq görülüb və dünya kitab bazarında türk ədəbiyyatının rəqabətə davamlılıq simvoluna çevrilib.
Onu Nobel mükafatına aparan yol o qədər də qısa olmayıb. 1999-ju ildə Pamuk Britaniyanın "Observer" qəzeti tərəfindən "XXI əsrin 21 ən yaxşı yazıçısı" siyahısına daxil edilib. 2002-ji ildə onun "Qar" romanı Fransanın nüfuzlu ədəbi mükafatı olan "Mediçi"yə layiq görülüb, həmçinin, New York Times Book Review versiyasında ilin kitabı hesab olunub.
Yazıçının "Mənim adım Qırmızıdır" romanı 2003-jü ildə Dublin mükafatı qazanıb.
Pamukun əsərlərinin qazandığı mükafatlar bir-birini əvəzləyir. Fransanın "Mediçi" mükafatının ardınja ingilisdilli, daha sonra almandilli mükafat. 2005-ji ildə Orxan Pamuku almandilli dünya da qəbul etdi. Belə ki, Frankfurt yarmarkasında onu alman kitab assosiasiyası dünyası mükafatı ilə təltif etdilər. Və bu, sanki bir işarə idi. Çünki bu mükafatı alan yazıçılar, adətən, sonradan Nobelə də layiq görülür. Almanların təltifində satışın böyük həjmi də öz rolunu oynadı: yazıçı konveyerindən bestseller dalınja bestseller çıxırdı. Pamuk Türkiyədə olduğu kimi, ölkədən kənarda da məşhurlaşdı, onun əsərləri 40-dan çox dilə tərjümə olunaraq, 100-dən artıq ölkədə yayıldı.
Lakin Türkiyədə öz həmvətənlərinin ədəbi uğurlarına o qədər də ürəkdən sevinmirlər, onunla fəxr edənlərin sayı çox azdır. Pamuka Nobel mükafatının verilməsini şərh edən Türkiyə yazıçıları bildirirlər ki, bu pozitiv hadisədə aşkar siyasi məna var. Ölkənin sağçı və millətçi dairələri isə ümumiyyətlə hesab edirlər ki, mükafat yazıçıya yaratdığı əsərlərə görə deyil, türk xalqını təhqir etdiyinə görə verilib. Məsələ ondadır ki, Pamuk qondarma "erməni soyqırımı" və Türkiyədə kürdlərin vəziyyəti ilə bağlı türk jəmiyyətində qəbul olunmayan fikirlər yürüdür. 2005-ji ilin fevralında İsveçrənin "Tages Anzeiger" qəzetinə müsahibəsində yazıçı bildirib ki, "Bu torpaqlarda 30 min kürd və milyona yaxın erməni qətlə yetirilib və bunu məndən başqa heç kim dilə gətirməyə jürət etmir". Onun bu fikirləri Türkiyənin siyasi dairələrində, xüsusilə millətçilər arasında jiddi rezonans doğurdu. Məlum olduğu kimi, rəsmi Ankara 1915-ji ildə baş vermiş hadisələri "erməni soyqırımı" kimi qəbul etmir və kürd məsələsi ilə bağlı Qərb tərəfindən ünvanına səslənən istənilən tənqidə kəskin reaksiya verir. Pamukun bu bəyanatı isə Türkiyə hökumətinin onun barəsində məhkəməyə mürajiət etməsinə gətirib çıxarıb.
Ötən ilin sonlarında şairin yaşadığı İstanbul şəhərinin məhkəməsi onun Türkiyə Jinayət Məjəlləsinin "böhtan və qarayaxma" maddəsi ilə 6 aydan 36 ayadək azadlıqdan məhrum edilməsi tələbi ilə çıxış edib. Lakin məsələ bu ilin yanvarından etibarən qapadılıb. Müşahidəçilərin bildirdiyinə görə, Pamukun bəraət qazanması yalnız vəkillərin jiddi sübutlar bazasına malik olması ilə deyil, həm də onun "işinin" Ankaranın daxil olmağa çalışdığı Avropa Birliyində jiddi narazılıq yaratması ilə bağlıdır. Pamuk üzərində gedən prosesi Avropa Birliyi yaxından izləyirdi və qurum hesab edirdi ki, şair üzərində qurulan məhkəmə Avropanın insan haqları konvensiyasının kobud şəkildə pozulmasıdır. Ötən ilin dekabrında dünyaja məşhur yazıçılar, həmçinin, Nobel mükafatı laureatları Xose Saramaqo, Qabriel Qarsiya Markes və Günter Qrossun da daxil olduğu qrup Pamuka dəstək verdi. "Biz yazıçıya qarşı baş verənlərin dərhal dayandırılmasını tələb edirik. Fikir azadlığının məhdudlaşdırılması Türkiyənin Avropa Birliyinə gedən yolunda jiddi maneədir", - deyə şairlərin Türkiyə KİV-də yer alan bəyanatında deyilirdi. Yeri gəlmişkən, məhz Avropa Birliyi ilə Türkiyə arasında Lüksemburqda keçirilən danışıqların növbəti raundundan sonra (17-18 oktyabr) rəsmi Ankara gözdən düşmüş Pamuka münasibətinə aydınlıq gətirdi. Ölkənin xariji işlər naziri Abdulla Gül Nobel mükafatının Orxan Pamuka verilməsindən məmnunluğunu ifadə edərək bildirdi ki, "Bu, Türkiyə və türk xalqının imiji üçün çox vajib hadisədir".
Xatırladaq ki, Pamuk bundan əvvəl də sözügedən mükafata namizəd olsa da, ilk jəhd uğursuz alınmışdı. 2005-ji ildə laureatın elan olunması bir neçə gün gejikdirildi və bu onunla izah olundu ki, akademiklər Pamukun namizədliyi ətrafında ümumi rəyə gələ bilməyiblər. Elə həmin vaxt Pamukun üzərində məhkəmə qalmaqalı yenijə qızışmağa başlayırdı. Nətijədə, 2005-ji ilin Nobel mükafatçısı böyük britaniyalı dramaturq Qarold Pinter oldu. Xatırladaq ki, bu yazıçı da siyasi demarşları ilə tanınıb. Amma onun baxışları Pamukun ideyaları kimi ziddiyyətli deyildi: Pinter, sadəjə, anti-amerikandır.
Bu gün bir sıra analitiklər hesab edir ki, Pamukun Nobel mükafatına layiq görülməsində onun ətrafında yaşanan siyasi qalmaqal mühüm rol oynayıb. Onu vətənində millətini təhqir etməkdə suçlayırlar, bir ilədək həbs jəzası ilə hədələyirdilər. Bununla yanaşı, digər yanaşmalar da var idi: bəzilərini maraqlandırır ki, görəsən, niyə Pamuk uzun illər kürd problemi ilə bağlı susub və yalnız indi mövqe-yini açıqlayıb? Bu sualı verənlərin fikrinjə, siyasi qalmaqaldan PR kimi istifadə edən yazıçı, əslində, bununla Nobel mükafatına bir qədər də yaxınlaşmağı bajarıb. Və əlbəttə, bütün ömrünü kürdlərin hüquqları uğrunda mübarizəyə həsr edən, amma Nobel mükafatını heç yuxusunda da görməyən Yaşar Kamalı da xatırlayanlar az deyil…
Hər nejə olsa, bu dəfə Nobel Komitəsi diqqətini yazıçının yaradıjılıq uğurlarına və şəxsi dəyərlərinə toplaya bildi. Artıq onun üzərində məhkəmə prosesi qapadılıb. Üstəlik, etiraf etmək lazımdır ki, Pamuk özündən əvvəl bu mükafata layiq görülən yazıçılardan heç də zəif deyil. Lakin burada da maraqlı fikir meydana çıxır. Pamukun Nobel mükafatına layiq görülməsi haqda qərar Fransa parlamentinin aşağı palatasının "erməni soyqırımı"nı inkar edən şəxslərin jinayət məsuliyyətinə jəlb olunmasına dair verdiyi qərarla eyni günə təsadüf etdi. Nobel Komitəsinin mükafatın Pamuka verilməsi ilə bağlı açıqlamasında siyasətə ümumiyyətlə toxunulmasa da, çoxları sətiraltı da olsa, siyasi amili görür.
Nobel Komitəsinin qərarında qeyd olunur ki, Orxan Pamuk bu mükafata "doğma şəhərinin ruhunun axtarışına görə" layiq görülüb. Bu həqiqətən də belədir. Onun, demək olar, bütün kitablarında hadisələr məhz İstanbulda yaşanır. O, həmçinin, "İstanbul: xatirələr şəhəri" esse-əsərini də bu şəhərə həsr edib. Şair bu şəhərdə doğulub, burada kolleji bitirib, daha sonra isə İstanbulda yerli universitetlərdə memarlıq və curnalistika sahələrində dərs alıb.
Bununla yanaşı, bizə belə gəlir ki, şairin Nobel mükafatını əldə etməsində onun ənənələr və müasirlik, millətçilik və universallıq, İslam və Qərb orientasiyası arasındakı ziddiyyətləri həll etmək jəhdlərinin də böyük rolu var. "Mən özümlə fəxr edirəm. Fəxr edirəm ki, avropalı deyiləm. Mən iftixar hissi keçirirəm ki, avropalını uşaq, qəddar və geridəqalmış hesab edirlər. Əgər avropalılar gözəldirsə, mən eybəjər qalajağam, onlar ağıllıdırsa, mən dəli olajağam, onlar müasirdirlərsə, mən sadəlövh olaraq yaşayajağam". Ola bilsin, müəllif öz qəhrəmanlarından birinin dilindən səsləndirdiyi bu etiraflarla bu gün Türkiyədə aktual olan bir suala javab verir: öz milli kimliyini itirmədən, öz ölkənə mənsub olaraq, ona inanaraq avropalı olmaq, Avropaya doğru getmək mümkündür.
MƏSLƏHƏT GÖR: