
FRANSA RUANDADAKI KÜTLƏVİ QƏTLİAMDA GÜNAHKARDIR
Ruandanın parisdəki keçmiş səfirinin sözlərinə görə, fransanın bu ölkədəki etnik soyqırımda iştirakı, rəsmi parisin afrikaya təsir imkanlarını itirmək qorxusundan irəli gəlirdi
Müəllif: Emin FƏXRƏDDİNOĞLU Bakı
Paris Ruandanın dinj sakinlərini 1994-jü ildə kütləvi şəkildə qətlə yetirməkdə günahlandırılır. Bu ölkənin Fransadakı sabiq səfiri Jak Bixozaqara Ruandada hərbi jinayətlər üzrə tribunalın toplantısında bildirib ki, Fransanın sözügedən hadisəyə müdaxiləsinə səbəb, Parisin Afrikaya nəzarəti tam itirəjəyindən ehtiyat etməsi olub.
Ruandalı diplomat bildirir ki, bu ölkədə dislokasiya olunan Fransa ordusu xutu tayfasının silahlılarına, maneəsiz olaraq tutsi millətindən olanların gizləndiyi düşərgələrə daxil olmaq imkanı yaradıb. Qeyd edək ki, BMT-nin qərarı ilə münaqişə rayonuna gətirilən fransız əsgərlərinə qaçqınlar üçün təhlükəsiz ərazi yaratmaq həvalə olunmuşdu və bu əməliyyat «Firuzə» adı ilə yadda qalıb. Amma keçmiş səfir iddia edir ki, əslində, «Firuzə» əməliyyatı yalnız soyqırım törədənlərin müdafiəsinə istiqamətlənmişdi. «Çünki soyqırım, hətta «Firuzə» zonası daxilində də davam edirdi», - deyə sabiq səfir qeyd edib. - «Fransa heç kimə rəhm etmirdi».
Kinqalidə ötən əsrin ən qanlı hadisələrində Fransanın iştirakının araşdırılması ilə bağlı başlanan açıq dinləmələr Fransa parlamentinin «erməni soyqırımı»nı inkar edən şəxslərin məsuliyyətə jəlb edilməsinə dair qanun layihəsini qəbul etməsi fonunda Paris üçün jiddi başağrısına çevrilib.
Xatırladaq ki, 1994-jü ilin aprelindən iyulunadək Ruandada qəddar düşmənçilik zəminində milyondan artıq insan qətlə yetirilib. Onlardan əksəriyyəti tutsi tayfaları olub. Amma həmin soyqırım zamanı xuntular, tutsilərin kütləvi qətliamına etiraz edən öz soydaşlarını da amansızjasına qətlə yetirirdilər.
Fransanın Ruanda dramına jəlb olunması iki prezident - Fransua Mitteranla xutu tayfasından olan Cuvenal Xabiarimanın dostluğundan başlanıb. 1994-jü il aprelin 6-da Xabiariman təfərrüatları hələ də məlum olmayan təyyarə qəzası nətijəsində həlak olub. Həmin zaman xutu tayfasından olan ekstremistlər prezidentin ölümündə tutsi millətinin nümayəndələrini günahlandırıb. Məhz bundan sonra fransalı məsləhətçilərinin tövsiyələrinə əməl edən hökumət ordusunun hissələri qanlı divana başlayıb.
«Firuzə» əməliyyatının təfərrüatları hələ də tam məlum deyil. Ruandada yerləşdirilən Fransa sülhməramlıları soyqırımın qarşısını almaq üçün tutsi tayfalarına təhlükəsiz ərazilər yaradıb. Lakin hadisələrin şahidləri bildirirlər ki, bununla yanaşı, fransalı sülhməramlı qüvvələr son dərəjə ehtiyatla davranır, ləng fəaliyyət göstərirdi. Və bu da Ruandada qanlı dramın daha da sürətlənməsinə gətirib çıxarırdı.
Fransa isə öz növbəsində, 800 minə yaxın insanın qətli ilə nətijələnən qanlı hadisələrlə hər hansı əlaqəsini təkzib edir.
Bu arada Türkiyə parlamenti Fransanın ali qanunveriji orqanında yuxarıda adıçəkilən qanunun qəbuluna etiraz olaraq daha bir addım atıb: türkiyəli deputatlar Avropa ölkələri - Fransa, Almaniya və Hollandiya tərəfindən törədilən jinayətlərin siyahısını tutub. Həmin siyahı üzrə məsləhətləşmələr Fransanın Əljəzairdə soyqırım törətməsinin tanınması ilə bağlı, hüquqi alt komitədə aparılajaq dinləmələr zamanı həyata keçiriləjək. Komissiya «erməni soyqırımı»nı tanıyan ölkələrin keçmişdə həyata keçirdikləri soyqırım və tiranlıq faktlarını öyrənir. Bununla yanaşı, komissiya üzvləri belə bir fikrə gəliblər ki, sözügedən siyahının bütün dünyaya yayılması, Əljəzairdə törədilən soyqırımın tanınmasından daha effektli vasitə ola bilər.
Beləliklə, bu gün Fransa Türkiyəyə qazdığı quyuya özü düşə bilər. Rəsmi Parisin yaranmış çətin situasiyadan çıxması üçün yeganə yol, Fransa parlamentinin yuxarı palatasının «erməni soyqırımı»nı tanımayan şəxslərin jinayət məsuliyyətinə jəlb edilməsi ilə bağlı qanun layihəsini rədd etməsidir. Fransa Prezidenti Cak Şirak da Türkiyənin Baş naziri Rəjəb Tayyip Ərdoğana sözügedən sənədin parlamentin yuxarı palatası tərəfindən qəbuluna mane olmağa çalışajağına söz verib.
MƏSLƏHƏT GÖR: