
MÜHARİBƏNİ KİM SEÇİR?
Fransa parlamentinin qərarı Ermənistan-Türkiyə sərhədində gərginliyin ciddi artmasına səbəb oldu
Müəllif: NURANİ Bakı
2004-jü ilin iyununda bəşəriyyət I Dünya müharibəsinin başlanmasının 90 illiyini qeyd etdi. Əlbəttə, tarixdə bundan əvvəl də müharibələr olub, lakin dünya hələ bu miqyasda, belə silahlardan istifadə edilən, bu qədər ölən və yaralanan, evsiz-eşiksiz qoyan döyüş əməliyyatları görməmişdi. Bütün bunlar dünya ijtimaiyyətini "müharibənin qayda-qanunları", hərbi əsirlərin statusu, mülki əhali liə davranış qaydaları barədə düşünməyə vadar etdi... Qeyd edək ki, sovet tarixşünaslığında I Dünya müharibəsinin "bəxti gətirməmişdi". "Tarixin marksist-leninçi tərzində dərki"nin dəyişilməz ehkamları, daha doğrusu, onların sovet tarixi ədəbiyyatında konkret təjəssümü bu müharibəni "Böyük Oktyabr sosialist inqilabı"nın səviyyəsinə endirirdi, əldə edilməsi mümkün olan informasiya zərrəjikləri də müstəsna şəkildə Avropadakı döyüş əməliyyatlarına aid olurdu. Məktəblər üçün "Yeni tarix" dərsliyinin fəsillərinin adlarına diqqət yetirmək kifayətdir: "Müharibənin səbəbləri və başlanması, II İnternasionalın süqutu", "1914-1917-ji illərdə alman komandanlığının strateci planlarının süqutu. ABŞ-ın müharibəyə qoşulması", "Avropada inqilabi yüksəlişin başlanması" və nəhayət, "Böyük Oktyabr sosialist inqilabı. I Dünya müharibəsinin yekun mərhələsi".
Bu sətirlərin müəllifi ilə söhbətində ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Stenli Eskudero I Dünya müharibəsinin başlanmasını belə səjiyyələndirdi: "O zamanlar Avropada elə bir təhlükəsizlik sistemi mövjud idi ki, hansısa ölkədə elan olunmuş səfərbərlik dərhal başqa ölkələrdə də analoci tədbirlərin görülməsinə səbəb olurdu". Serb terrorçusu Qavrila Prinsipin Saraybosna - Sarayevo küçələrinin birində Avstriya ershersoqu Ferdinanda açdığı atəş, Avstriya-Majarıstanın antihabsburq təbliğatına son qoymaq və insidentin təhqiqatını aparmaq üçün Avstriya polisini Serbiya ərazisinə buraxmaq tələbi və Serbiyanın bu tələbi rədd etməsi Avropada "domino" prinsipi ilə tammiqyaslı müharibənin başlanmasına rəvaj verdi. Əvvəljə Avstriya-Majarıstan Serbiya ilə diplomatik münasibətləri kəsdi və iyulun 28-də ona müharibə elan etdi. Ertəsi gün isə Balkanlardakı "serb qardaşlarını" müdafiə etmək istəyən Rusiya da ümumi səfərbərlik elan etdi. Axşam ümumi səfərbərlik qismən səfərbərliklə əvəz olunsa da, artıq iyulun 30-da Baş Qərargah və XİN-in təsiri altında imperator II Nikolay yenə də ümumi səfərbərlik haqqında sərənjama qayıtdı. Almaniya səfərbərliyin ləğvini tələb etsə də, Rusiya bu ultimatuma etinasızlıq nümayiş etdirdiyindən, elə həmin gün axşam Almaniyada da ümumi səfərbərlik başlandı və bu ölkə Rusiyaya müharibə elan etdi. Bundan sonra Fransa ümumi səfərbərliyə başladı və fransız təyyarələrinin Belçikanın bitərəfliyini pozduğunu, alman şəhərləri üzərindən uçduğunu və dəmir yolunu bombardmana məruz qoyduğunu bəhanə gətirən Almaniya bu ölkəyə də müharibə elan etdi. Avqustun 2-də alman qoşunları Lüksemburqu işğal etdilər, 4-də isə fransız diviziyalarının ora daxil olmağa hazırlaşması bəhanəsi ilə müharibə elan etmədən Belçika ərazisinə daxil oldular. İngiltərə hökuməti Berlindən avqustun 4-ü axşama qədər Belçikanın bitərəfliliyinə riayət etməyə hazır olub-olmadığı barədə javab verməsini tələb etdi. Buna javab olaraq, Almaniyanın qərargah katibi Yaqov hərbi məqsədlərin hər şeydən üstün olması səbəbi ilə belə öhdəlik götürə bilməyəjəklərini açıqladı. Elə həmin gün İngiltərə Almaniyaya müharibə elan etdi. Avqustun 6-da Avstriya-Majarıstan Rusiyaya müharibə elan etdi və bir neçə gündən sonra, digər Antanta ölkələri ilə də müharibə vəziyyətinə düşdü.
Sonradan tarixçilər və analitiklər ershersoq Ferdinandın dəfninə taxt-taj sahiblərindən heç birinin gəlməməsi, onun özünün isə alçaldıjı şəkildə "tajlı miskin" adlandırılmasından istehza ilə gen-bol danışdılar. Bununla belə, o zaman bir çoxları onun qətlini qonşularla "haqq-hesabı çürütmək", "osmanlıları Konya vilayətinə sıxışdıraraq", Bosfor və Dardanel boğazları üzərində nəzarəti ələ keçirmək, "Aya Sofiya üzərinə xaçı qaytarmaq kimi köhnə problemlərini həll etmək üçün əlverişli bəhanə saydı. Həmin geosiyasi "layihələr"ə görə isə bəşəriyyət dəhşətli ödənj verməli oldu.
Lakin indi, bir əsrə yaxın müddət keçdikdən sonra aydın olur ki, I Dünya müharibəsi hələ də başa çatmayıb. Bu gün heç də hamı onun nətijələri ilə, dövlət sərhədlərinin indiki quruluşu ilə razılaşmır. Həmin illərdə baş verən hadisələr isə indi də tarix yox, siyasət olaraq qalmaqdadır. Fransanın Milli Assambleyasının "erməni soyqırımı"nın inkarını jinayət elan qərarı da buna daha bir sübutdur.
Bununla əlaqədar qızğın diskussiyalar açmağa, dəlil və sübutlar gətirməyə, hadisələrin təhlilinə baş vurmağa dəyərmi? Axı dünyada 1915-ji il hadisələrini "ermənilərin soyqırımı" sayıb-saymamaq barədə mübahisələr artıq onilliklərdir davam edir. "Erməni soyqırımı" dalğasında siyasətçilər və tarixçilər özlərini reklam edir, filmlər çəkilir, romanlar yazılır; bu yaxınlarda Oleq Tabakovun etdiyi kimi, aşkar siyasiyönümlü tamaşalar hazırlayırlar... Həm erməni, həm də Türkiyə tərəfinin dəlilləri ən müxtəlif variasiyalarda yüzlərlə dəfə təkrarlanıb. "Mövzunun dərinliklərinə baş vurmaq istəyən" istənilən adam onlarla asanlıqla tanış ola bilər. Qondarma "erməni soyqırımı" konsepsiyasının bütövlüklə müxtəlif peşəkarlıq səviyyəsində hazırlanan saxtakarlıqlara əsaslandığına əmin olmaq o qədər də çətin deyil. Tələt Paşanın guya ki "həqiqi" teleqramlarından (orada "Bismillah" sözü, hətta kəmsavad müsəlmanın da yol verə bilməyəjəyi qədər səhvlərlə yazılıb) tutmuş, Hitlerə aid edilən "Bu gün erməni qırğını kimin yadındadır?" ifadəsinə qədər bütün uydurma dəlillər çoxlarının yadındadır.
Ən dəhşətlisi isə odur ki, "erməni soyqırımı" haqqında diskussiyaların iştirakçılarının böyük əksəriyyətini I Dünya müharibəsi illərində Şərqi Anadoluda məhz nəyin baş verdiyi heç maraqlandırmır: Bu, "ermənilərin məhv edilməsi" idi, yoxsa ümumbəşəri fajiənin bir səhnəsi - Antanta liderlərinin dəstəyinə arxayın olan erməni liderləri Osmanlı İmperiyasına müharibə elan etdilər, lakin vəd olunan dəstəyi almayaraq məğlubiyyətə uğradılar.
Bu barədə açıq danışılmasa da, hamıya yaxşı bəllidir ki, çox vaxt qərarlar sübutlar və sənədlər əsasında qəbul edilmir. Növbəti "erməni qətnaməsi"nin qəbuluna heç də tarixi həqiqət yox, növbəti seçkilərdə erməniəsilli seçijilərin dəstəyini əldə etmək, AB-də artıq formalaşmış qüvvələr balansını pozmamaq istəyi təsir göstərir. Bu diskussiyada (onu belə adlandırmaq mümkündürsə) mütəxəssis-tarixçilərin səsi artıq çoxdandır eşidilmir. 1915-ji ildə Şərqi Anadoluda baş verənlər barədə xəritədə Van, Ərdəhan, Bitlis, Qars və Adananı çətinliklə tapa bilən parlament deputatları, curnalistlər və siyasətçilər mübahisə edirlər. Nətijədə, "erməni soyqırımı" haqqında diskussiya artıq çoxdan "tarixin o tərəf-bu tərəfə çəkilməsi"ndən ibarət olan bir oyuna çevrilib ki, burada tarixi həqiqət heç kimi maraqlandırmır - seçijilərin səsləri, investisiyalar və siyasi nüfuz bölüşdürüldüyü məqamda tarix yada düşmür.
Yeni qanun layihəsi bir çoxlarını hiddətləndirdi, həm də təkjə Türkiyədə yox. İlk ümumi reaksiya aşağıdakı kimi oldu: "Tarixi tarixçilərə həvalə edin". Britaniyanın "The Guardian" qəzetində çıxış edən Timoti Harton Eş güman edir ki, "Avropanın qadağalar qoymaq yox, onlardan qurtulmaq vaxtıdır". Curnalist istehza edir: "Fransa parlamentinin aşağı palatası həqiqət, ədalət və humanizmə zərbə endirdi. Keçən həftə o, I Dünya müharibəsi dövründə türklərin ermənilərə münasibətdə soyqırımı törətdiklərini inkarı jinayət elan edən qanun layihəsi qəbul etdi. Bravo! Baş əyin! Vive la France! Heyrətamiz yeni Avropa! Mən, Fransa ermənilərinin lobbisi istisna edilməklə, sağlam düşünjəyə malik olan hər hansı bir insanın parlamentin yuxarı palatasında istənilən halda rədd ediləjək bu layihəni mütərəqqi və önjül bir addım saymasını dərk edə bilmirəm. Fransa parlamentinin bir millətin digər bir millətə münasibətdə 90 il bundan əvvəl etdikləri ilə bağlı tarixi terminologiyaya düzəliş verilməsini qanunla tənzimləməyə nə haqqı var? Əgər Fransa parlamenti Vişi hökumətinin Fransa yəhudilərini ölüm düşərgələrinə deportasiyasında iştirakının inkarını jinayət elan etsəydi, mən bunu da səhv adlandırar, lakin özünütənqidə dair əxlaqi impulsa hörmətlə yanaşardım. Əksinə, indiki layihəyə nə əxlaqi, nə də tarixi baxımdan mənim uydurduğum mümkün qanunlardan savayı, heç nə ilə bəraət qazandırmaq olmaz. Bəli, Fransada yarım milyona yaxın erməniəsilli vətəndaş yaşayır (onların arasında vaxtilə Varenaq Aznavuryan adlanan Şarl Aznavur da var) və onlar bunda israr edirdilər. Polyakmənşəli Britaniya vətəndaşlarının sayı da elə, təxminən, bir o qədər olduğundan, Böyük Britaniyada Katın haqqında qanun layihəsinin qəbuluna bəraət qazandırardı. Belə təşəbbüslə (təbii ki, zarafatyana) polyakmənşəli parlamentari Denis Makşer çıxış etməlidir. Bəs Britaniya parlamentinin Pakistan və hindistanmənşəli üzvləri Kəşmir tarixinə dair bir-birinə zidd qanun layihələri təqdim etmələrinə nə deyirsiniz?".
Bir çox ekspertlər qeyd edirlər ki, bu qanun layihəsi insanın təməl hüquqlarından birini - söz və özünüifadə azadlığını açıq-aşkar pozur. Odur ki Türkiyənin "Zaman" qəzetinin də bildirdiyi kimi, fransızların yeni qanunundan Strasburqdakı İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinə (İHAM) şikayət veriləjəyi istisna deyil. Strasburqdakı mənbələrə istinad edən qəzet yazır ki, Fransada Türkiyə vətəndaşı yeni qanun əsasında məsuliyyətə jəlb edilər və qərar Fransanın Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanarsa, həmin şəxsin İHAM-a petisiya vermək hüququ var. Güman ki, Fransa bu məhkəmədə uduzajaq, çünki bu halda, söz və özünüifadə azadlığı pozulmuş olajaq. Strasburqda izah edirlər ki, Xolokostun inkarı jinayət sayılır, çünki bu fakt Nürnberq tribunalı tərəfindən təsdiq edilib. "Erməni soyqırımı"na gəldikdə, həmin hadisələrin bu jür təsrif olunduğu heç bir məhkəmə sənədi mövjud deyil. Bu isə parlament üçün olmasa da, məhkəmə üçün məsələni tamamilə başqalaşdırır.
"Erməni soyqırımı"nı inkar edən şəxslərin jinayət məsuliyyətinə jəlb edilməsi barədə qanun layihəsinə parlamentdə təkrar baxılmasına etiraz edən fransalı tarixçi Can-Mişel Tibauks Türkiyə hökumətinə bu ölkənin vətəndaşlığını qəbul etmək barədə rəsmi mürajiət ünvanlayıb. Hazırda fransız aliminin yazılı mürajiətinə Türkiyə parlamentinin xariji siyasət məsələləri komissiyasında baxılır. Bundan başqa, Baş nazir Rəjəb Tayyip Ərdoğan müvafiq strukturlara da mürajiətə baxılması barədə göstəriş verib. Türk alimlərinə mürajiətində Tibauks qeyd edir ki, atdığı addımı "Fransanın Türkiyəyə münasibətdə istifadə etdiyi şantac siyasətinə qarşı üsyan kimi qiymətləndirir". Onun fikrinjə, bu, erməniəsilli seçijilərin səslərini qazanmaq naminə həyata keçirilən ujuz daxili siyasətdən irəli gəlir.
Türkiyənin erməni ijmasının bir çox üzvləri də biabırçı qanun layihəsi əleyhinə çıxdılar. Vaxtilə 1915-ji il hadisələrini "soyqırım" adlandırdığına görə həbs edilmiş erməni curnalisti Qrant Dink hadisədən dərhal sonra Türkiyənin "Radikal" qəzetinin müxbirinə bildirib: "Bu sərsəmlik, sadəjə, şoudur". Bundan başqa, Drink televiziya müsahibəsində Fransada həbsxanaya düşməli belə olsa, söz azadlığını müdafiə edəjəyini bildirib: "Mən "soyqırım olub" dediyim üçün Türkiyədə mühakimə edilmişəm. Qanun layihəsi qəbul olunarsa, Fransaya gedərək, etiqadımın əksinə olaraq, "soyqırım olmayıb" deyəjəyəm. İki ölkə kimin məni həbsxanaya birinji salajağı üstündə rəqabət aparajaq".
"Camanak" adlı daha bir erməni qəzetinin redaktoru Ara Koçunyan əlamətdar bir xəbərdarlıqla çıxış edib. Qərbdəki erməni diasporunun "soyqırım"ın tanınması üçün nümayiş etdirdiyi "fədakarlığa" kifayət qədər tənqidi münasibət bildirərək, o bunun əvəzinə, Ermənistanın Türkiyə ilə sərhədin bağlı olması üzündən ağır vəziyyətdə olan iqtisadiyyatının bərpası üçün səy göstərməyi məsləhət bilir: "Belə prioritetlər seçiriksə, qorxuram ki, indi 90 il bundan əvvəl qətlə yetirilən atalar üçün ağlayanlar 50 ildən sonra kiçik Ermənistan üçün ağlamalı olajaqlar".
Həqiqətən də bir çox ekspertlər fransız parlamentarlarının qərarının Türkiyə ilə Ermənistan arasında gərginliyi əhəmiyyətli dərəjədə güjləndirdiyinə əmindirlər. Əslində, bunu gözləmək olardı. Erməni mühitində "soyqırım"ın tanınmasını "əxlaqi-siyasi akt" kimi nəzərdən keçirsələr də, əslində, hər şey daha jiddi və təhlükəlidir. Erməni inqilabi federasiyasının fransız-erməni "Qamk" qəzetində 11 dekabr 1985-ji ildə çap edilən, Ermənistanın Dağlıq Qarabağ, Naxçıvan və Axalkalakiyə iddialarını ilk dəfə açıqlayan siyasi manifestindən mətbuatda dəfələrlə sitatlar gətirilsə də, bir daha xatırladaq: "...Erməni inqilabi federasiyası aşağıdakı siyasi məqsədləri əldə rəhbər tutur:
- azad və birləşdirilmiş Ermənistanın yaradılması;
- sosialist və demokratik respublika yaradılması;
- birləşmiş Ermənistanın sərhədləri Naxçıvan, Axalkalaki və Qarabağla birlikdə, Sevr müqaviləsində müəyyənləşdirilən erməni ərazilərini ehtiva etməlidir;
- səpələnmiş erməni əhalisinin repatriasiyası və müstəqil milli ərazidə təmərküzləşməsi;
- Türkiyənin erməni xalqına qarşı törətdiyi jinayətkar soyqırımın (hələ də jəzasız qalan) pislənməsi və vurulan zərərin ödənilməsi; işğal olunmuş ərazilərin qaytarılması və erməni millətinə ədalətli kompensasiya verilməsi;
- Ermənistan Respublikasının əsas qanunlarının ümumi, birbaşa və bərabər seçki hüququ prinsipi əsasında gizli səsvermə və proporsional seçki yolu ilə seçilən məjlisi-müəssisan tərəfindən hərtərəfli işlənilib-hazırlanması.
Başqa sözlə, daşnaklar "soyqırım"ın tanınmasından savayı, Türkiyədən "işğal olunmuş ərazi" adlandırdıqları ərazinin alınmasını, "reparasiya və kompensasiyalar ödənilməsini" də tələb edirlər. Açığını desək, Ermənistanda 1915-ji il hadisələrinin "soyqırım" kimi tanınmasına ilk addım, "erməni məsələsi"nin həlli", yəni Türkiyə ərazilərinin ələ keçirilməsi üçün siyasi hazırlıq kimi baxırlar. Həm də ermənilərin iddiaları 6 vilayətlə məhdudlaşmır; onların "planlarına" Aralıq dənizi sahilindəki Kilikiyanı ilhaq etmək də daxildir.
Bütün bunlardan sonra Parisdəki rüsvayçı səsvermədən bir neçə gün sonra Ermənistanın xariji işlər naziri Vardan Oskanyanın onun ölkəsinin Türkiyə ilə orada "soyqırım"da günahkar olduqlarını etiraf edəndən sonra, dinj yanaşı yaşayajağını açıqlamasını, erməni sərhədçilərinin isə Türkiyə ərazisinə özlərini göstərmək üçün iki dəfə atəş açmalarını təsadüf adlandırmaq çətindir. İrəvanda Parisin qərarını həddən artıq birmənalı anladılar.
1915-ji ildə Avropanın himayəsinə arxalanaraq, Türkiyə ilə müharibə etmək jəhdi erməni milləti üçün fəlakətlə nətijələndi. Görünür, Ara Koçunyan da elə soydaşlarına bunu xatırlatmağa çalışır.
MƏSLƏHƏT GÖR: