15 Mart 2025

Şənbə, 01:16

YADLAŞAN ANA DİLİ

Sentyabrda qeyd olunan beynəlxalq savad gününü azərbaycanda heç də hamı bayram adlandıra bilmir

Müəllif:

15.10.2006

Oğul atadan soruşur: "Ata, azərbayjanja prostokvaşa nədir?". Nə deyəjəyini bilməyən ata xeyli fikirləşəndən sonra deyir: "Eləbeləkvaşa, oğlum". Həqiqətən də rus dilindəki "prostokvaşa" sözünün Azərbayjan dilində qarşılığı yoxdur. Prostokvaşa ayrana oxşasa da, bu nə ayran, nə də kefirdir. Bəlkə ona görə belədir ki, süd məhsullarının bu növü yalnız rus habitusuna (lat. Habitus - insanın xariji görünüşü, bədən quruluşu, qaməti; bitki, heyvan, kristalın xariji görünüşü, siması. Bu söz konkret bölgə üçün xas olan bu və ya digər növün keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün istifadə olunur. Azərbayjan dilində  zahiri görkəm  anlamını verir - müəl.).

Bəs onda uşağa prostokvaşanın Azərbayjan dilində nə olduğunu nejə izah etmək olar? "Eləbeləkvaşa" kimi? Yox. Prostokvaşanın dadının nejə olduğunu izah etməli? Çətin ki, bunu uşaqda yeni suallar doğurmadan etmək mümkün olsun. Güman ki, çətinə düşən ata Rusiyaya getməli və oradan prostokvaşa gətirərək, uşağı onun dadı ilə bilavasitə tanış etmək məjburiyyətində qalajaq. 

Lüğətlərə mürajiət etmək zərurəti yaranır. Amma burada da ortaya problem çıxır: uşaq kənd kitabxanasında rusja-azərbayjanja sözlük tapa bilmir. Daha doğrusu, sözlüyü tapır, lakin burada hər iki dildəki sözlər başqa hərflərlə, yəni kiril əlifbası ilə yazılıb. Uşaq isə latın əlifbası ilə oxuyub, məktəbdə isə xariji dil kimi rus yox, ingilis dilini seçib. Təbiidir, axı indi bu çox dəbdədir və zəruridir. Bölgələrdəki məktəblərdə tədris yaxşı olsa da, ədəbiyyatı bir o qədər də keyfiyyətli öyrətmirlər. Prezidentin sərənjamlarının ijrası üçün vaxt lazımdır. Uşaq isə sürətlə böyüyür və onun ədəbiyyata ehtiyajı var; həm də kiril şriftindən latın şriftinə keçirilmiş kitablara!    

 

Doğma dili özümüzdən qorumalı

Bakı İnformasiya Resursları və Kitabxanaçılar Hazırlanması Mərkəzinin məlumatına görə, son 100 ildə Azərbayjanda əlifba, demək olar, 11 dəfə dəyişib. Azərbayjan artıq 10 ildən artıq müddət ərzində müstəqil dövlət olsa da, hökumət doğma dilin müdafiəsi barədə yalnız 2001-ji ildə jiddi düşünməyə başlamışdır. O vaxt prezident Heydər Əliyev "Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında" sərənjam imzalamışdı. Bu sənədə görə, 1 avqust 2001-ji il tarixinə qədər Azərbayjanda mərkəzi və yerli hakimiyyət orqanlarında işgüzar yazışmaların, ölkədə çıxan bütün qəzet, curnal, bülleten, kitab və s. çap məhsullarının latın qrafikasına keçirilməsi başa çatdırılmalı idi.  

10 il əvvələ nəzər salaq. 1991-ji ildə ozamankı Azərbayjan prezidenti Əbülfəz Elçibəy kiril əlifbasından latın əlifbasına keçmək barədə sərənjam verir. Bu sərənjam o dərəjədə rəmzi idi ki, ilk dövrlərdə hətta orta məktəblərdə də tədris kiril əlifbası əsasında aparılırdı. Ölkədə latınqrafikalı əlifbaya keçid üçün zəruri maddi baza yox idi. Elə kargüzarlığın özü də əvvəlki qaydada - kiril əlifbası ilə aparılırdı. Bundan 3 il sonra dərsliklər birtəhər latınqrafikalı əlifbaya keçirilsə də, 90-jı illərin ortalarında dünya və milli ədəbiyyatımızın möhtəşəm irsi hələ də məktəblilərimiz üçün əlçatmaz idi. 

Qeyd etmək lazımdır ki, bir sıra MDB ölkələrində belə keçidlər bizdəki qədər ağrılı olmamışdı: məktəblilərə həm latın, həm də kirilqrafikalı əlifbalarla dərs keçilirdi (1 ildən bir olmaqla). Keçid dövrü naşirlər üçün o qədər də ağrılı olmurdu, çünki təhsil sistemini və bütün jəmiyyəti yenidən "kodlaşdırılmış" ədəbiyyatla təmin etmək üçün vaxtları var idi.  

Qonşu Gürjüstan və Ermənistanda hər şey başqa jür idi. Bizdən fərqli olaraq, bu respublikalar Sovet hakimiyyəti dövründə doğma dilin habitusunu qoruyub-saxlamağa nail olmuşdular. Gəlin, niyə belə olması barədə uzun-uzadı diskussiyalar açmayaq. Çar və sovet hakimiyyətləri dönəmində Azərbayjan tarixini, demək olar ki, hamımız bilirik. 

1995-ji ildə ölkəmizdə dövlət dili kimi Azərbayjan dili tanındı. Sovet hakimiyyəti illərində də dövlət dilimiz belə adlanırdı. Lakin təjrübə göstərir ki, dilin dövlət dili (əslində, bu məsələ dövlətçiliyin təşəkkülü probleminə aiddir - müəl.)  deyil, doğma dil olması daha önəmlidir. Lakin son 100 ildə Azərbayjanda əlifbanın 11 dəfə dəyişməsi faktı bu dilin bizim üçün nə dərəjədə doğma olmasının göstərijisidir. 

 

Keçid baş tutdu?

"Latın şriftini çətinliklə qavrayıram. Odur ki Azərbayjan dilindəki mətbuatı oxumuram. Üstəlik, pis görməyim də öz rolunu oynayır. Sovet İttifaqı dağılandan sonra işsiz qaldım. Halbuki kadr işi üzrə mütəxəssisəm və kargüzarlıqla məşğul ola-ola latın qrafikasına alışa bilərdim. Evdə isə bu mümkünsüzdür. Nətijədə, hər şeydən təjrid olunmuşam. Yalnız rus dilində qəzet və curnalları oxuyuram. Yerli telekanallarda titrləri oxuya bilmirəm. Aylıq qəbzlər gələndə isə onları oxuması üçün qızımı gözləyirəm ki, hansı aya görə borjlu olduğumu bilim. Bəzən elə təsəvvür yaranır ki, bəzi kommunal strukturlara təqaüdçülərin latın qrafikasını bilməmələri sərf edir", - deyə 60 yaşlı təqaüdçü Rəfiqə Mustafayeva şikayətlənir.

Azərbayjanda 1 milyona yaxın təqaüdçü var. Onlardan 10%-ə yaxını latın şriftini bilmir. Bu əlifbanı bilməyən bir çox rusdilli mənzil fırıldaqlarının qurbanı oldu: onlara anlamadıqları əlifbada yazılmış sənədlər imzalatdırırdılar. Nətijədə, bəziləri evsiz-eşiksiz qalmışdı.  

Beləliklə, 1 avqust 2001-ji ildə yeni əlifbaya keçid baş tutdu. Lakin bu keçid jiddi maneələrlə üzləşdi. Maraqlısı odur ki, o zaman bu xəbər bütün dünyanın aparıjı KİV-də öz əksini tapdı. "Assojiated Press" agentliyi yazırdı: "Təkjə Bakıda kiril əlifbası ilə yazılmış 50 reklam lövhəsi çıxarıldı". "Bi-Bi-Si" və "Reuters" isə bildirirdi: "Bədii ədəbiyyat və dərsliklər çap edən nəşriyyatlar bir yana dursun, Azərbayjan qəzet və curnallarının redaksiyalarında da şriftlər dəyişərkən önəmli çətinliklər meydana çıxırdı". 

Bir çox yerli qəzetin redaktoru latın klaviaturası və bahalı avadanlığın çatışmazlığından şikayət edir. Görünür, çap məhsullarının adi satış qaydaları artıq səmərəli deyil - alışmadıqları latın qrafikasını mənimsəmək üçün oxujulara uzun müddət tələb olunur.      

Lakin zaman keçdikjə, sadalanan problemlərdən bir çoxunu, məsələn, qəzet və curnal çapı sahəsindəki problemləri dəf etmək mümkün oldu. Lakin bəzi problemlər hələ də qalmaqdadır.

Filologiya elmləri namizədi, Bakı Slavyan Universitetinin dosenti, Rəsul Rza adına Beynəlxalq Ədəbi Fondun prezidenti Elmira Axundovanın dediklərindən:

- Kiril qrafikasından latınqrafikalı əlifbaya keçid Azərbayjan xalqı üçün tarixi fajiədir. Təkjə XX əsrdə bizdə 3 dəfə əlifba dəyişikliyi baş verib. Bir əlifbaya alışmamış, əhali yeni əlifbaya alışmaq məjburiyyətində qalırdı: ərəb - latın - kiril - latın. Hər dəfə xalq əvvəlki ədəbi ənənədən imtina edirdi ki, bu da onun tam savadsızlaşmasına gətirib çıxarırdı. Əvvəllər də belə olmuşdur, indi də bunu müşahidə etməkdəyik. Yalnız  Azərbayjan və ingilis dillərini öyrənən uşaqlar kiril əlifbasını bilmirlər. Bu isə o deməkdir ki, onlar Azərbayjandakı ədəbiyyatı oxuya bilmirlər. Bakıda bu problemin həllinə jəhd göstərilsə də, böl-gələrdə latın əlifbası ilə çap olunmuş ədəbiyyat tapmaq mümkünsüzdür. 

Şübhəsiz, Azərbayjandakı bütün ədəbiyyatı qısa müddət ərzində kiril əlifbasından latın əlifbasına keçirmək mümkünsüzdür. Odur ki bu nəslin ədəbiyyatla problemi olmaması üçün onu kiril, latın və hətta ərəb əlifbası ilə oxumağa alışdırmaq lazımdır. 

Təəssüf ki, alimlərimiz və deputatlarımız diskussiyalarında bu problemi bir dəfə də olsun xatırlamayıblar. Valideynlər üçün isə önəmli olan bir şey var: övladları latınqrafikalı əlifba ilə yazmağı və oxumağı tez öyrənsinlər. Bu uşaqların sonradan nejə oxuyajaqları isə onları maraqlandırmır. Bəli, 10 ildən sonra onların övladları  Azərbayjan dilinə və latınqrafikalı əlifbaya mükəmməl şəkildə yiyələnəjəklər. Lakin kiril əlifbası və rus dili əbədilik itiriləjəkdir, halbuki bu dildə təkjə dünyaşöhrətli bədii əsərlər deyil, fundamental elmi araşdırmalar da yazılmışdır.

- Sizdə Azərbayjanda  bu ədəbiyyatın latın şrifti ilə nə vaxt çap olunajağı barədə məlumat varmı?

- 2005-ji ildə Azərbayjanda latın şrifti ilə, təxminən, 300 adda kitab çapdan çıxıb. Fikrimjə, bu o qədər də mürəkkəb olmayan sadə, lakin çoxlu vəsait tələb edən texniki prosesdir. Burada ədəbiyyatın özü ilə deyil, məhz vəsait ayrılması ilə bağlı problem meydana çıxır. Mənə məlum olduğu kimi, dövlət bu problemin həllini öz öhdəsinə götürmüşdür. Onun ayırdığı nəhəng məbləğlər hesabına bədii ədəbiyyat, sorğu kitabları, ensiklopediyalar çap olunur. Bu işə artıq rəvaj verilib və başlanğıj çox uğurludur. Bu iş indiki templə davam etdirildiyi halda, 5-10 ildən son-ra sovet və postsovet dövründə çap olunan əsərlərin böyük əksəriyyətini latın şrifti ilə oxuya biləjəyik.

Sovet hakimiyyəti illərində çap olunmuş fundamental elmi əsərlərin latınqrafikalı Azərbayjan əlifbasına keçirilməsinə gəldikdə, burada məsələ daha mürəkkəbdir. Bu ədəbiyyat xeyli köhnəlmişdir, indi Rusiyada nəşr olunan ədəbiyyatı tərjümə etmək isə demək olar, mümkünsüzdür. Burada başqa yolla getmək lazımdır - doğma dilimizə tərjümə yox, həmin kitabların yazıldığı dillərin öyrənilməsi yolu ilə. Həm də məsələ təkjə rus dilində deyil. İngilis dilində və başqa dillərdə də çoxlu elmi əsər yazılıb. 

Bölgələrdəki məktəblərdə durum Bakıdakından dəfələrlə pisdir. Uşaqlara latınqrafikalı əlifbanı öyrətsələr də, nə məktəblərdə, nə də yerli kitabxanalarda bu şriftlə kitab ələ düşmür. Vəziyyəti yaxşılaşdırmaq üçün həm şəhərlərdə, həm də bölgələrdə məktəblərdə rus dilinin öyrənilməsini bərpa etmək zəruridir. 

Parlamentin elm və təhsil komissiyasının keçmiş başçısı Şahlar Əsgərov da etiraf edir ki, kirilqrafikalı əlifbadan latınqrafikalı əlifbaya keçid kifayət qədər ağrılı olmuşdur. Bu proses indi də davam etməkdədir. "Bunu tədrijən etmək lazım idi. Lakin artıq gejdir. Mənə elə gəlir ki, ijtimai şüurumuz dövlətin inkişafından geri qalır. Mən özüm də latın əlifbası ilə bağlı çətinliklərlə üzləşirəm. Bu əlifba ilə yazıb-oxusam da, bəzən yazarkən kiril hərflərini də işlədirəm. Lakin nə etməli, bu yolu tutmuşuqsa, axıra qədər getməliyik. Etiraf etməliyik ki, institutu 20-25 il bundan əvvəl bitirən və indi müxtəlif səbəblər üzündən işsiz olan adamlar avtomatik olaraq həm də savadsızlaşıblar".

 

Doğma dili bərqərar etməli 

Rus dili müəllimi Səbinə Məmmədova deyir: "Mən azərbayjanlıyam, lakin bədbəxtlikdən, 28 illik ömrüm ərzində doğma dilimizə mükəmməl yiyələnə bilməmişəm. Belə alınıb ki, rus dili mənə doğma dil olub. Bu dildə düşünür, hiss edir, duyğularımı açıqlayıram. İndi məni Azərbayjan dilində danışa bilməməkdə suçlayırlar. Lakin mənim günahım deyil ki, Sovet hakimiyyəti illərində valideynlərim məni rus bölməsinə göndəriblər. Ailə üzvlərimizin yalnız rus dilində danışması da mənim günahım deyil. Azərbayjan dilini öyrənməyə böyük həvəsim olsa da, müəllim olmadan bunu edə bilmərəm. Hələlik, bunun üçün vəsaitim yoxdur. Birjə şeyi bilirəm: məni dil baxımından şikəstlikdə ittiham etməməlidirlər. Dövlət mənim kimilərin qeydinə qalmalı, pulsuz kurslar açmaqla, doğma dili, sözün həqiqi mənasında, bərqərar etməlidir. Dünyanın bir çox ölkələrində bu yolla gedirlər".

Azərbayjanda əhalinin 40%-dən çoxu rusdillidir. Müxtəlif məlumatlara görə, rusların sayı 30-50 min olsa da, "rusdilli" anlayışı digər millətlərin - yəhudilər, gürjülər, ləzgilər, ermənilər, ukraynalılar və b. da ehtiva edir. Odur ki təmasda və işdə rus dilinə üstünlük verənlərin sayı 2 milyon nəfərdən çox ola bilər ki, bunların arasında azərbayjanlıların da sayı kifayət qədərdir.      

2002-ji ildən etibarən Milli Məjlisin deputatları doğma dil mövzusu ətrafında mübahisələr aparmaqdadırlar. Nətijədə, "Azərbayjan dilinin qorunması və istifadə edilməsi haqqında", "Dövlət dili haqqında" qanunlar qəbul edilmişdir. Məsələ birmənalı qoyulmuşdur: doğma dilini bilməyən əsl azərbayjanlı sayıla bilməz.  

Millət vəkilləri ölkə ərazisində bütün yazışmaların və kargüzarlığın Azərbayjan dilində aparılması məsələsini qaldırdılar. Xariji dövlətlərin və onların təmsilçiliklərinin Azərbayjandakı strukturlara məktublarına isə Azərbayjan dilinə tərjümələr əlavə edilməlidir. Azərbayjan dilindən təkjə dövlət orqanlarında və bələdiyyələrdə deyil, ijtimai təşkilatlarda da istifadə olunması məjburidir.  

Mütəxəssislərin fikrinjə, Azərbayjan dilinin həqiqətən də müdafiəyə ehtiyajı var. Lakin millət vəkilləri nə üçünsə belə qərara gəldilər ki, doğma dili müdafiə etməyin yeganə yolu rus dilinin nüfuzunu zəiflətməkdir. Parlamentin ovaxtkı vitse-spikeri Ziyafət Əsgərov isə hətta qeyri-Azərbayjan (rus - müəl.) məktəblərinin sayını azaltmağı, onlar üçün tədris müəssisələrinin ümumi sayının 15-20%-i hüdudlarında kvota müəyyənləşdirilməsini də təklif etdi.   Lakin Elmira Axundovanın qeyd etdiyi kimi, bu yanlış yanaşma idi: "Azərbayjan dilinin problemi sırf dil problemidir. Bu problem Azərbayjan ədəbi dilinə, dilin müasir problemlərinə dair bir çox dərslik və dərs vəsaitinin hələ yazılma mərhələsində olması ilə əlaqədardır. Dil dinamikdir, daim dəyişməkdədir. Bu dəyişikliklər, xüsusilə, son on il ərzində daha çox baş vermişdir".

E.Axundovanın sözlərinə görə, bu, tərjüməçilik fəaliyyətinin təşkili üçün ağrılı məsələdir. Azərbayjan dilini öyrənmək üçün müvafiq metodik ədəbiyyat, audiokasetlər, videomateriallar yoxdur, halbuki amerikalılar, ingilislər, almanlar, fransızlarda belə ədəbiyyat var və o, kifayət qədər savadlı və gözəgəlimlidir. Bu qəbildən olan tədris ədəbiyyatının biliklərin əjnəbilərə ünvanlandığını nəzərə alan özünəməxsus təqdimat tərzi var.

Daha sonra ekspert aşağıdakıları qeyd edir:

- Biz isə bütün tədris ili üçün nəzərdə tutulan məktəb dərsliklərindən yararlanmaq məjburiyyətindəyik. Amma dili mümkün qədər tez öyrənmək istəyən adamlar da var. Deyilənlərdən bir nətijə çıxarmaq olar: ölkəmizdə Azərbayjan dilini bilmək barədə yalnız söhbətlər gedir, təbliğat isə tamamilə aparılmır. Bunun üçün ədəbiyyat, video və audiokasetlər lazımdır ki, hazırda Azərbayjanda bunlar yox dərəjəsindədir. Bir nümunə gətirim. Mən Fransa səfirliyi nəzdində fransız dili kurslarına gedirdim. Sərənjamıma zəruri olan bütün ədəbiyyatın, o jümlədən, xüsusi vəsaitlərin olması məni çox sevindirdi. Öyrəndim ki, Fransa xarijdə fransız dilinin öyrənilməsinə 50 mln avroya qədər vəsait ayrır. Bu sahədə İsrailin təjrübəsi isə hamıya bəllidir. Təəssüf ki, bizdə belə bir dövlət siyasəti yoxdur. Ölkəmizdə hətta öz rusdilli vətəndaşlarımız üçün də pulsuz kurslar təşkil edilmir. 

- Bütün dünyada dövlətlər əjnəbilərin bu ölkələrdəki dil sistemlərinə adaptasiyası üçün zəruri olan hər şeyi edirlər. Məsələn, İsraildə ivriti bilməyəni heç bir işə götürmürlər. İvrit çox mürəkkəb dildir. Odur ki dövlət bu ölkəyə daimi yaşamaq, yaxud təhsil almaq məqsədilə gələnlərin dil öyrənmələri üçün hər jür şərait yaradır. Pulsuz kursların sayı-hesabı yoxdur. Azərbayjan dilini təbliğ etmək istəyiriksə, ilk növbədə, çoxlu pulsuz kurs açmaq lazımdır. İstənilən ijtimai təşkilat nəzdində kurslar olmalıdır. Ölkəmizdə bu kurslarda dərs deyə bilən müəllimlərin sayı istənilən qədərdir. Üstəlik, onların çoxu işsizdir. Dövlət üzünü xalqa tərəf çevirməlidir. "Boş sözçülük yetər, iş görmək lazımdır", - deyə E.Axundova vurğuladı. 

 

Yalnız iki nəsildən sonra

2004-jü ilin yanvar ayında prezident İlham Əliyev "Azərbayjan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərənjam verdi. Sərənjamda ümumi həjmi 6437 çap vərəqi olan 158 adda 262 kitab göstərilmişdi. Latın qrafikası ilə çap edilməli olan bu kitablar 7 seriyada birləşdirilmişdi. Artıq bu nəşrlərin bəzilərinin təqdimat mərasimləri də keçirilmişdir. Bura "Azərbayjan dilinin orfoqrafiya lüğəti", "Atalar sözləri və məsəllər", Nizami Gənjəvi, Əvhədi Marağayi, Saib Təbrizi, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi, Balaş Azəroğlu və b. əsərləri, dünya ədəbiyyatının injiləri - Ömər Xəyyamın "Rübailər"i, Hötenin "Faust"u, Dostoyevskinin "Jinayət və jəza"sı və s. daxildir.  Kitablar 25 min tiracla çap olunur və hər biri nömrələnmişdir. Çap olunan əsərlər bütün kitabxanalara, ali və orta ixtisas müəssisələrinə hədiyyə edilir. 2005-2008-ji illərdə latınqrafikalı əlifba ilə yenidən çap edilməsi nəzərdə tutulan əsərlərin siyahısı da tərtib olunmuşdur. 

Lakin dilçilik sahəsinin bəzi mütəxəssisləri hesab edirlər ki, Azərbayjan latınqrafikalı əlifbaya keçməkdə tələskənliyə yol vermişdir. Onlardan biri, Bakı Slavyan Universitetinin "Tərjümə problemləri" elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Heydər Orujov deyir:

- Latın qrafikasına keçid bizi geriyə atdı. Tərəqqi etmək əvəzinə, tənəzzülə uğradıq. Bu niyə baş verir? Ona görə ki, belə irimiqyaslı tədbirə hazır deyildik. Nəsillər arasında uçurum yarandı. Onun aradan qalxması və tam adaptasiya üçün, azı, iki nəsil dəyişməlidir. Bu problemi Musa haqqında rəvayətlə müqayisə etmək olar. Misir hökmdarı İrod yəhudi xalqını qul olmaqdan azad etdikdən sonra, Musa xalqını İsrail torpağına aparmalı idi. Onlar 2 aylıq yolu 40 il ərzində başa vurdular. Musa bunu ona görə etdi ki, İsrail torpağına yalnız azad insanlar - Misiri tərk edən qulların üçünjü nəsli qədəm qoymalı idi. Bizdə də belə olmalıdır. Əminəm ki, Azərbayjan dilini azərbayjanlıların yalnız üçünjü nəsli mükəmməl biləjəkdir. Güman ki, həmin vaxta qədər dünya ədəbiyyatı ilə Azərbayjan dilində tanış olmaq problemi də artıq aradan qalxmış olajaq.        

Bununla yanaşı, H.Orujov hesab edir ki, hazırda nə müharibə, nə sülh durumunda olan Azərbayjan üçün yeni əlifbaya keçid yolverilməz israfçılıq idi.

- İndi biz ədəbiyyatın latın qrafikasına təjili keçirilməsinə nəhəng məbləğlər sərf edirik. Lakin nə qədər paradoksal olsa da, nə kiril, nə də latın əlifbaları əsl Azərbayjan əlifbaları deyil. Belə çıxır ki, Azərbayjan dili mövjud olsa da, Azərbayjan əlifbası yoxdur. Bundan başqa, hazırda tətbiq olunan latınqrafikalı əlifba 30-ju illərdəki latınqrafikalı əlifbadan fərqlidir. Məsələn, əvvəllər  "j" hərfi "ç", "ç" isə "j" kimi oxunurdusa, indi onların yeri dəyişdirilmişdir. 30-ju illərdə "ö" və "ü" hərfləri, sadəjə, yox idi. Onlar türk əlifbasından götürülmüşdü, türklər isə öz növbəsində, bu hərfləri alman əlifbasından götürmüşdülər. Odur ki bu faktın özü də belə bir keçidin məqsədəuyğunluğunu şübhə altına alır. Latın qrafikasına kəskin keçidlə, biz özümüz də istəmədən, gah kiril, gah da latınqrafikalı əlifba ilə təhsil alaraq, nətijədə, oxumağı belə bajarmayan kəmsavad və hətta savadsız bir nəsil yetişdirmişik və indi də yetişdirməkdəyik. Daha jiddi elmlərin araşdırılmasından isə heç danışmağa dəyməz.

Belə bir durumda, şübhəsiz, pulsuz Azərbayjan dili kursları təşkil edilməsi zəruridir, lakin dövlətin bunun üçün vəsaiti yoxdur. 

Ədəbiyyatın yenidən kodlaşdırılması üçün məsuliyyəti Prezident Aparatı öz üzərinə götürərək, bu işi universitetlər arasında paylaşdırdı. Məsələn, BSU rus və slavyan dillərindən tərjümələri həyata keçirir, ADU xariji dillərdən bütün tərjümələrə nəzarət edir. 

 

Kütləvi zibilləmə

Elmira Axundovanın fikrinjə, hazırda Azərbayjan dilində başqa bir problem də meydana çıxıb - türk, rus və s. dillərdən alınmış neologizmlərlə kütləvi şəkildə zibillənmə: "Bunlar üzdəniraq neologizmlərdir və onlardan qurtulmaq lazımdır. Birinji dalğanı rus dilindən alınmalar təşkil edirdi, lakin biz bu mərhələni yaşadıq və onlara alışdıq. Hər şeyə rəğmən, doğma dilimizin təmizliyini qoruyub-saxlaya bildik. Lakin indi zibillənmənin ikinji "təjavüzkar" dalğası gəlir. Onun öhdəsindən gələ biləjəyikmi?".  

Ekspertlərin fikrinjə, hazırda belə "neologizmlər"dən ölkəmizdəki telekanallar xüsusilə əziyyət çəkir: "Televiziya kanallarının diktorları bizim üçün Azərbayjan dili baxımından örnək olmaq əvəzinə, bunun tam əksi baş verir. Onlar nitqlərində alınma sözlərdən istifadə edirlər, halbuki Azərbayjan dilində bunların qarşılıqları var".

Filologiya elmləri doktoru, professor, AMEA Dilçilik İnstitutunun leksikoqrafiya şöbəsinin baş elmi işçisi Aydın Ələkbərovun fikrinə görə, durum heç də göründüyü kimi dəhşətli deyil. Axı latınlaşma və yenidənkodlaşdırma gedirsə, deməli bu, irəliyə doğru atılan böyük bir addımdır:

-  təkjə 2004-jü ilin sonlarında  Azərbayjan şair və yazıçılarının hər biri 20 min tiracla olmaqla, 30 kitabı çapdan  çıxmışdır: Nizami Gənjəvinin əsərlərinin 5 jildliyi, Bəxtiyar Vahabzadənin əsərlərinin 2 jildliyi və s. kitabların təqdimatı Heydər Əliyev adına Sarayda olmuş, onlar kitabxanalar, məktəblər və müxtəlif təşkilatlar arasında bərabər şəkildə paylaşdırılmışdır. 2005-ji ilin axırında isə latınqrafikalı əlifba ilə dünya klassiklərinin daha 170 əsəri işıq üzü görmüşdür. Beləliklə, Azərbayjan prezidentinin 2003-jü ildə verdiyi sərənjama əməl edilməkdədir.

Dünya ədəbiyyatı klassiklərinin əsərlərinin Azərbayjan dilinə tərjüməsi AMEA-nın nəzarəti altında həyata keçirilir. AMEA bu işi müxtəlif institutlar arasında bölüşdürür, kitablar redaktə edilir, onlara müvafiq şərhlər verilir, köhnə nəşrlərə əlavələr olunur.

İndiki məktəblilərin kiril əlifbasını bilməməsi, deməli, dünya ədəbiyyatı klassiklərinin hələ latın şrifti ilə çap olunmayan əsərlərini oxumaq imkanına malik olmaması probleminə gəldikdə, AMEA Dilçilik İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Maqsud Mahmudovun dediyi kimi, dərsliklərdə ən önəmli əsərlər latın qrafikası ilə təqdim edilmişdir. Odur ki M.Mahmudovun fikrinjə, uşaqlar zamanla ayaqlaşaraq, Tolstoy, Şekspir və b. dahi sənətkarların yaradıjılıqları ilə vaxtında tanış olurlar.

Professor Aydın Ələkbərov hesab edir ki, indiki məktəblilər kiril əlifbası ilə çap olunmuş ədəbiyyatı oxuyarkən çətinliklərlə üzləşməməlidirlər: "Orta məktəblərdə uşaqlara rus dili elementar şəkildə tədris edilir. Bu isə o deməkdir ki, onlar kiril əlifbası ilə tanış olurlar. Ümumiyyətlə, bütün vətəndaşların dövlət dilini, ən azı, danışıq dili səviyyəsində öyrənə bilmələri üçün ölkədə pulsuz Azərbayjan dili kursları təşkil edilməsi zəruridir. Bilik səviyyəsi isə artıq başqa məsələdir. Bu yaxınlarda Dilçilik İnstitutunun roman və german dilləri şöbəsinin müdiri, filologiya elmləri namizədi Novruzəli Məmmədovun Azərbayjan dilini müstəqil öyrənmək istəyənlər üçün yeni vəsaiti çapdan çıxajaqdır.    

Lakin AMEA-nın adını açıqlamaqdan imtina edən elmi işçilərindən biri bildirdi ki, hazırda latınqrafikalı əlifba ilə yenidənkodlaşdırma ilə bu sahədə o qədər də dərin biliyə malik olmayan adamlar məş-ğuldurlar: "Hazırda bu sahə ilə bəzi məmurlara yaxın olan adamlar məşğul olduqlarından, milli mədəniyyətimizin böyük bir təbəqəsini itirmək təhlükəsi ilə üz-üzəyik".


MƏSLƏHƏT GÖR:

435