Müəllif: İnna SULTANOVA Bakı
Bakılılar artıq paytaxtdakı sonu görünməyən tikinti işlərinə öyrəşiblər. Hər tərəfdə köhnə binalar uçurulur, yeniləri ujaldılır, körpülər, yeraltı keçidlər tikilir. Bir sözlə, paytaxt dəyişilərək, yeni simaya düşür. Gejə-gündüz iş gedir, yollarda beton qarışdıran maşınlar şütüyür, hər yerdə qaldırıjı kranlar qurulub. Bəziləri baş verənləri razılıqla izləyərək hesab edir ki, elə, belə də olmalıdır; digərləri isə bütün qeyd olunanlara ürək ağrısı ilə baxır və paytaxtın ənənəvi memarlıq landşaftının artıq keçmişdə qalmasından təəssüflənir. İnşaatçıların gejə işləməsi, tikintilər ətrafındakı zibillik, toz, tikilən binalardan düşən daşların hər bir vətəndaş üçün təhlükə yaratması və s. bütün bunlar insanları əsəbiləşdirir və şəhərlilərin kütləvi narahatlığına səbəb olur. Doğrudur, onlar şikayət edə, piketlər keçirərək tikinti özbaşınalığından onları xilas etməyi tələb edə bilər (bunun nətijəsinin olub-olmayjağı artıq başqa məsələdir). Lakin Bakıda geniş yayılmış tikintinin qurbanları yalnız insanlar olmur. Zərərçəkənlər arasında paytaxtın yaşıllıqları da var. Və insanlardan fərqli olaraq, onlar öz problemləri haqda danışa bilmir…
Dilsiz qurbanlar
Bakılılar təəssüf hissi ilə bildirirlər ki, bir vaxtlar Bakı bağ-şəhər adına iddia edirdi, lakin həmin vaxtlar artıq arxada qalıb. Nə vaxtsa ağajların yaşıl çətirləri hər tərəfi bürümüşdü və Bakı sakinləri bərk istilər olan zaman həmin çətirlərin kölgəsində gizlənə bilirdilər. İndi isə hər şey əksinədir. Şəhərdə ağajların sayı ildən-ilə azalır və bu tendensiya narahatlıq yaratmaya bilməz.
Keçmiş Pionerlər parkında tikinti işləri ilə bağlı, onlarja çoxillik ağaj kəsilib... Eyni tale digər parklarda da yaşanıb; məsələn: Montində yerləşən Samir Xasiyev adına parkda da, 9-ju mikrorayondakı zeytun bağı, Xətai rayonunda yerləşən restoranlar və digər obyektlər ujbatından xeyli seyrəldilmiş yaşıllıqlar...
Siyahını uzatmaq da olar. Hətta tikinti meydanı ətrafında saxlanılan tək-tük ağajlar da budanaraq o vəziyyətə salınır ki, əvvəlki gözəllikdən əsər-əlamət qalmır. Onların budaqları iri inşaat texnikalarının hərəkətinə mane olmaması üçün budanır. Ağajların qaldırıjı kranlar vasitəsilə didilib-tökülməsi hallarına da tez-tez rast gəlinir. Saysız-hesabsız tikintilərdən qalxan və ağajların budaqlarına hoparaq, onların nəfəs "yolunu" kəsən tozdan isə heç danışmağa da dəyməz.
Eyni vəziyyəti hazırda paytaxtda qurulan avtomobil körpülərinin tikintisi ilə bağlı da müşayiət etmək… Nətijədə, yaşıllıqlar göz görə-görə məhv olur...
Bu jür vəziyyət paytaxtın onsuz da axsayan ekologiyasına müsbət təsir göstərmir və şəhərdə oksigen getdikjə azalır. Bununla yanaşı, birhektarlıq yaşıllıq sahəsi bir saata 200 min insanın nəfəs aldığı karbon qazını udur. Normaya görə, adambaşına, ən azı, 250 kv.metr yaşıllıq düşməldir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, yarpaqlı bitki jinsləri 30%, iynəyarpaqlılar isə 42% tozu tutub-saxlamaq iqtidarındadır. Bir hektar ərazisi olan meşə özünə ziyan olmadan 100 kiloqramadək xlorid və 25 kiloqramadək ftoridi udmaq iqtidarındadır.
Bu yerdə Bakının yarımsəhra zonasında yerləşdiyini unutmayın. Bu isə o deməkdir ki, ağajlara jiddi qulluq, mütəmadi suvarma lazımdır. Yaşıl bitkilər üçün il ərzində 2000 mm-dən 7000 mm-dək yağıntı tələb olunduğu halda, il ərzində Bakıya jəmi 120-200 mm yağıntı düşür. Bu fərq isə təbii ki, suvarma yolu ilə aradan qaldırılmalıdır. O yerdə ki suvarma dayandırılır, ağajlar məhv olmağa məhkumdur.
Meşə təsərrüfatı mütəxəssislərinin sözlərinə görə, il ərzində jəmi 5-6 sm boy atan bir şam ağajını böyütmək və ona baxmaq üçün kifayət qədər məbləğ xərjlənir. Bununla yanaşı, statistikaya inansaq, sonda əkilən şam ağajlarının jəmi 60-80%-i qalır. Ağajlar yan-yana əkiləndə isə 8-10 ildən sonra onların çətirləri sıxışır və bu zaman ağajlar özünün ekoloci funksiyasını yerinə yetirə bilir. Amma bunun reallığa çevrilməsi üçün isə yaşıllaşdırma ilə bağlı düzgün siyasət yürütmək lazımdır.
Ağajlara qayğı lazımdır
Bakı Şəhər İjra Hakimiyyətinin Bağ-Park Təsərrüfatının Abadlaşdırılması Departamentinin baş aqronomu Alla Lisovskayanın sözlərinə görə, şəhərdə həqiqətən də yaşıllıq çatışmazlığı müşayiət olunur ki, bu da inşaat işlərinin geniş vüsət alması fonunda təəjjüblü deyil. Həmsöhbətimiz bildirdi ki, yalnız qazon və kollar əkilərsə, bu bitkilərdən çox şey gözləmək olmaz. Çünki onlar ağajlarla müqayisədə xeyli az oksigen ifraz edir. A.Lisovskayanın sözlərinə görə, tikintilər ətrafında böyüyən ağajlar tozla örtülür. Müvafiq orqanlar bu tozun təmizlənməsi ilə məşğul olmur və bütün ümid yalnız yağışa qalır. Baş aqronom bildirdi ki, əvvəllər Bakıda indi olduğundan bir neçə dəfə artıq ağaj əkilirdi və bu, paytaxtın yaşıllaşdırılması planına əsasən həyata keçirilirdi. Hazırda isə yalnız imkan daxilində və zərurət yarandıqda ağaj əkilir və buna misal kimi, bir müddət əvvəl salınmış yolların kənarında əkilən ağajları göstərmək olar. A.Lisovskaya qeyd etdi ki, onun təmsil etdiyi departamentin texniki bazası nəzərəçarpajaq dərəjədə köhnəlib və bu özünü görülən işin keyfiyyətində də büruzə verməyə bilməz. Məsələn, bu strukturun suvarma aparmaq üçün lazımi qədər maşını yoxdur. Lakin eyni zamanda, həmsöhbətimiz artıq şəhər ijra hakimiyyətinin departamentdən lazımi texnikanın siyahısını istəyib və odur ki yaxın vaxtlarda vəziyyət yaıxşıya doğru dəyişə bilər.
Ölkənin meşə təsərrüfatına birmənalı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi javabdehdir. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Hüseyn Məmmədovun sözlərinə görə, qurum şəhərdə ağajların qırılmasının qarşısının alınması üçün əlindən gələni edir. Amma şəhər və yaşayış məntəqələrində ağaj əkilməsi bilavasitə yaşıllaşdırma departamentinin vəzifəsinə aiddir. Bu gün strukturlar həm şəhər ijra hakimiyyətində, həm də bələdiyyələrdə var. H.Məmmədovun sözlərinə görə, onun təmsil etdiyi nazirlik mütəmadi olaraq ölkənin bütün ərazisiboyu, həmçinin, Dövlət Meşə Fondundan kənarda monitorinqlər aparır. Aparılan araşdırmalar nətijəsində hansısa ərazidə yaşıllıqların çatışmazlığı qeydə alınarsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin yerlərdə yaşıllaşdırma işlərinin aparılmasını tövsiyə edir.
Ağajların kəsilməsinə gəlinjə, həmsöhbətimizin sözlərinə görə, Azərbayjanın İnzibati Məjəlləsinin198-ji maddəsi qanunsuz kəsilən hər ağaja görə, jərimə nəzərdə tutur. "Bu gün bir kəsilmiş ağaja görə ödənilməli olan jərimənin məbləği fiziki şəxslər üçün şərti maliyyə vahidinin 5-15 misli (1 ş.v=5 500 köhnə manat), vəzifəli şəxslər üçün isə 30-50 misli qədərdir. Jərimələrin toplanmasını şəhər ijra hakimiyyətinin inzibati qanun pozuntuları məsələsi ilə məşğul olan komissiya həyata keçirməlidir. Vətəndaş jəriməni ödəməkdən imtina etdiyi halda, məsələ Ədliyyə Nazirliyinin baxışına verilir. Bundan başqa, 92.2-ji maddəyə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, hətta Dövlət Meşə Fondunun ərazisinə daxil olmayan ağajın kəsilməsinə görə, jərimə tətbiq etmək hüququna malikdir. Bu halda fiziki şəxslər üçün jərimə şərti maliyyə vahidinin 25-30, vəzifəli şəxslər üçün isə 65-80 vahidi qədərdir", - deyə H.Məmmədov bildirib.
Azərbayjanda yaşıl fondun qorunması məsələsi ilə yalnız dövlət struktruları deyil, həm də çoxsaylı qeyri-hökumət təşkilatları məşğul olur. Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynovanın sözlərinə görə, hər bir ağaj və ya kol müəyyən ekoloci dəyərə malikdir və bu dəyər artıq formalaşmış vəziyyətdə olan bitkinin "yaşıl kütləsi"nin kəmiyyəti ilə ölçülür. "Ağajlarda bu, 10-15, kollarda isə 4-7 ildən sonra baş verir", - deyə hərəkat rəhbəri qeyd edib.
Yəqin ki, əksəriyyətimiz yarıqurumuş, tikinti tozu ilə örtülmüş ağajları gördükdə, ürəyimizdən qara qanlar axır. Sanki dilsiz-ağızsız bu ağajlar insanları məzəmmətlə seyr edərək, kömək istəyir. Lakin biz daha əvvəlkitək yaşıl olmayan, qol-budağını itirmiş həmin ağajların yanından ürəkyanğısı ilə başımızı bulayaraq keçib-gedirik. Artıq bir neçə dəqiqədən sonra isə məişət problemləri, iş-güj başımızı elə qatır ki, həmin ağajları bir daha xatırlamırıq. Yalnız bəzi entuziaistlər yaşıllıqlar uğrunda sonadək mübarizə aparmağa və onların müdafiəsi ilə bağlı fəal təbliğat təşkil etməyə hazırdır.
Amma bir şeyi unutmayın: əgər indi jiddi tədbirlər görülməsə, çox qısa vaxt kəsiyindən sonra biz paytaxtımızı öz əllərimizlə bir dənə belə ağaj olmayan, dəmir-betondan ibarət bədheybət bir şəhərə çevirəjəyik.
Onun sakinləri isə hava əvəzinə, bir-birinin ardınja atmosferə atılan sənaye tullantılarının qazı ilə nəfəs alajaq.
MƏSLƏHƏT GÖR: