
TİKİNTİ "BUMU" HANSI TƏHLÜKƏNİ YARADIR?
Azərbaycanda istehsal olunan tikinti materialları daxili tələbatı ödəmək iqtidarında deyil
Müəllif: Alyona MOROZ Bakı
"Türk sürprizi" adlandırılan monolit çoxmərtəbəli evlər artıq şəhər peyzacının və gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu yenilik (hələ də yenilik!) o qədər anlaşılmaz və darıxdırıjıdır ki, insanı boşluq və hətta sənayeləşmə girdabına sürükləyir, bütün bakılıların hamısının adət etdiyi Fon Der Nonsens, Qoslavski, Plyuşkonun "neft bumu" dövründə XIX-XX əsrlərin qovuşuğunda yaratdıqları klassikanı birdəfəlik məhv edir. Bəli, bizdə meydana çıxması tikinti biznesinin sərt qanunları tərəfindən diqtə edilən yeni memarlıq bərqərar olmaqdadır. Bunlar soyuq və jazibəsiz olmaqla yanaşı, həm də bəzən həyat üçün təhlükəlidir, çünki heç də bütün layihələrdə bu və ya digər zonanın seysmikliyi nəzərə alınıb. Axı həmin evlərdə "onlar" yaşamayajaqlar! Beləliklə, dövlətimizə kütləvi tikinti lazımdırmı? Bu bizə - sıravi vətəndaşlara nə verir?
Yeni iqtisadiyyat - yeni tikinti
Əlbəttə, özü-özlüyündə tikinti nəjib işdir. Üstəlik, indi, ölkəmizdə binaların inşası və ya rekonstruksiyası ilə bağlı yeni iqtisadi infrastrukturların inkişafına kəskin ehtiyaj olduğu bir zamanda. Dövlətimizin bunun üçün vəsaiti yoxdursa, nə etməli? Əgər son onilliyin ən əsas problemi dövlət sektorunda mənzil tikintisinin əhəmiyyətli dərəjədə azalması olubsa, nə demək olar (belə görünür ki, gələjəkdə də elə belə olajaq)?
Tikinti sektoruna sürətlə işləyən və heç də daxmalar deyil, otellər, tijarət mərkəzləri inşa edən xariji iş adamları tərəfindən sərmayə yatırımları da elə buradan qaynaqlanır. Həm də onlar heç də yaşayış binalarının deyil, adları çəkilən obyektlərin inşasına həvəslə girişirlər, çünki çox gözəl anlayırlar ki, birinjisi, rəqabət var; ikinjisi, belə mənzillər bizim istehlakçıların imkanlarına müvafiq deyil, axı onlarda 1 kv.m mənzilin qiyməti bəzən $1000-2000 təşkil edir.
Azərbayjanın tikinti bazarına təkjə Türkiyə, Rusiya, Çin və İran "memarları" maraq göstərmirlər. Yaxın vaxtlarda Jənubi Koreyanın Azərbayjandakı səfirliyində yeni vəzifə təsis olunajaq - iqtisadiyyat və tikinti üzrə attaşe. Deməli, tezliklə paytaxtımızda koreyalılar da tikinti işlərinə baş vurajaqlar.
Hər hansı bir halda, hər yerdə tikinti işləri baş alıb gedir. Həm də etiraf etmək lazımdır ki, ölkəmizin öz miqyasına görə möhtəşəm olan iqtisadi inkişafını müşayiət edən tikinti bumuna nəzər salarkən kifayət qədər optimizm yaranır. Biz öz görünüşü ilə köklü bakılıları qıjıqlandıran binaların memarlıq həllini onların sifarişçilərinin və ya inşaatçılarının vijdanına buraxaraq, alışmadığımız bu monolit tikililərin Azərbayjanın tikinti bazarının inkişafına nejə təsir göstərdiyini aydınlaşdırmağa çalışajağıq.
Son illərin tikinti bumunun Azərbayjan iqtisadiyyatının ilkin xammalın əldə edilməsi və emalından, son dərəjə zəruri olan tikinti materialları istehsalına qədər tam bir sıra sahələrinin inkişafına müsbət təsir göstərəjəyini anlamaq üçün ekspert olmağa heç də ehtiyaj yoxdur. İndiyədək adi olan qum, gips, sement, çınqıl, zamaska, boya, emulsiya, lak, kərpij, beton, beton plitələr və s. olan tələbat günbəgün artmaqdadır. Bu siyahını sonsuzluğa qədər artırmaq da olar.
Xariji materialların hökmranlığı
Bir şey adama ajıq gəlir. Tikinti sektoruna xariji sərmayələrin yatırılması xarijdən gətirilən inşaat materiallarından asılılığımızı da güjləndirir, çünki yerli istehsalçılar, sadəjə, elə həmin sadaladığımız kərpij, alçı, yaxud boyaya olan tələbatı təmin etmək iqtidarında deyil. İlk baxışdan, bunun müsbət hal olduğu təsəvvürü yaranır, axı xarijdən gətirilən zamaskaların çoxluğu bu növ məhsulun Azərbayjanda istehsalına da müsbət təsir göstərməlidir - rəqabət mühiti yaranır və sifarişçilər seçim emək hüququ əldə edirlər... Lakin əvvəllər inşaatçılar sementdən nejə korluq çəkirdilərsə, elə indi də korluq çəkməkdədirlər. Bəs nejə? Axı istənilən tikintinin onurğa sütunu olan bu materiala olan tələbat hər il 10% artır. İnşaatçılarımızın tələbatını isə hətta "Qaradağsement", "Şərur-S", "Turan", "Çeşmə" və "Azbetonit" də birlikdə təmin edə bilmirlər. Üstəlik, Azərbayjanda sementin xeyli hissəsi... idxal olunmuş xammaldan, məsələn, klinkerdən istehsal edilir. Həmin klinker isə nəqliyyat xərjləri də əlavə olunanda, heç də ujuz başa gəlmir. Elə adıçəkilən "Azbetonit"də sement istehsalının güjünün az olması da məhz həmin amillə bağlıdır. Lakin sevindiriji hal da var - ölkəmizdə gips qıtlığı yoxdur. Bu yaxınlarda Bakının Qaradağ rayonunda yeni gips zavodunun istismara verilməsi də buna əyani sübutdur. Lakin məhsulun tərkib hissələrindən bəziləri yenə də başqa ölkələrdən gətiriləjək.
Yeri gəlmişkən, şiddətli tənqid edilən və bildiyimiz kimi, armatur istehsalı ilə məşğul olan Baku Steel Company (BSC) də ilkin xammal çatışmazlığından şikayətçidir. Bu səbəbdən də bu yaxınlardı Bakıda keçirilən "BakuBuild-2006" sərgisində armatur istehsalı ilə məşğul olan xeyli Rusiya və Ukrayna şirkətləri (metallurgiya zavodları) təmsil edilmişdi. Qeyd etmək lazımdır ki, onların iştirakı çox qanunauyğun bir haldır - vaxtilə BSJ keçmiş SSRİ məkanında məşhur armatur istehsalçılarını Azərbayjan bazarından sıxışdırıb çıxarmaqda ittiham edlirdi. Görünür, indi artıq monopoliya aradan qalxıb.
Sağlam rəqabət lazımdır!
Əvəzində, "qiymət maneəsi"ndən şikayətlər var. "Region+"a armatur istehsal edən Rusiya müəssisələrindən birinin başçısının bildirdiyi kimi, "Azərbayjana illik armatur məhsulları ixrajı 30 min t təşkil edir, halbuki müəssisənin potensialı 500 min tondan artıq məhsul gətirməyə imkan verir". "Problem ondadır ki, sizin tərəf qiymət həddini aşağı salmağa çalışaraq, göndərdiyimiz armaturun hələ 2 il bundan əvvəlki qiymətlərini də dəstəkləmir", - deyə müsahibimiz şikayətləndi.
Bəs respondentlərimizdən birinin curnalımıza mebel üçün üzlük parçalar sahəsində Çin və Türkiyə istehsalçılarının məhsullarının hökmranlığından şikayətlənməsinə nə deyirsiniz? Mebelin bura nə dəxli var? Dəxli odur ki, mənzil tikintisinin artması mebel istehsalının inkişafını, hazır məhsul və mebel istehsalı üçün hissələrin idxalının artmasını da stimullaşdırır.
Məlum olur ki, Azərbayjan bazarında mebel üzlükləri çeşidi kifayət qədər məhduddur. Onların keyfiyyəti də müəyyən şübhələr doğurur. Çin istehsalı olan parçaların şirkətin laboratoriyasında aparılan test yoxlamalarının nətijələrini nümayiş etdirən müsahibimiz deyir: "İnsanın sağlamlığı üçün böyük təhlükə yaratdıqlarından, tərkibində formaldehidin miqdarı 500 mkq/q-dan artıq olan parçalar bütün dünyada qadağan edilmişdir. Çindən gətirilən və Azərbayjan bazarında geniş təmsil olunan bir sıra üzlük parçalarında isə formaldehidin miqdarı 1302-2122 mkq/q təşkil edir".
Qeyd edək ki, AR Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, mebel istehsalı üçün avadanlıq və yeni texnologiyalar sahəsində idxalın payı 36% təşkil edir.
Haqqında danışılan problem Azərbayjanda faner və dikt kimi məhsulların satışında da müşahidə edilir. Rusiyanın faner-plitə kombinatlarından birinin rəhbəri "R+"a aşağıdakıları dedi: "Biz sizə - Azərbayjan vətəndaşlarına ekoloci baxımdan təmiz məhsulu istehsalçı zavoddan ən aşağı qiymətlə almağı təklif etsək də, nətijədə, bu məhsul Azərbayjan bazarında kosmik qiymətə satılır. Əvəzində, bir çox başqaları - ağajdan tikinti məhsulları istehsal edən müəyyən ölkələr üçün yol açıqdır. Odur ki mən - müəssisənin rəhbəri burada öz məhsullarımıza yol açmaq üçün Azərbayjana gəlmişəm və bu işə kiçik və orta biznes sahəsində çalışan iş adamları ilə əlaqələr yaratmaqdan başlayajağam".
Bu sahədə Azərbayjanın əsas tərəfdaşları Almaniya, İtaliya və Türkiyədir. Paytaxtda və iri şəhərlərimizdə 400-dən artıq mebel salonunun fəaliyyət göstərməsi isə hazır məhsulların və mebel istehsalı üçün aksesuarların satışının yüksək səviyyəsini təmin edir.
Ümumiyyətlə, Azərbayjanın İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentinin başçısı Rəhim Hüseynov deyir: "Azərbayjanda tikinti sektorunda monopoliya yoxdur, şirkətlərdən heç birinin bazardakı payı 35%-dən çox deyil", - desə də, tikintidə monopoliya məsələsi çox ağrılıdır.
Qeydiyyatdan kənar 50% tikili?
Bazarın daşınmaz əmlak alqı-satqısı kimi seqmentində də əsaslandırma var: mənzillərin qiymətləri inşaat materiallarının qiymətləri bahalaşdığı üçün qalxır. Dövlətin özəl şirkətlər tərəfindən tikilən yeni binalarda mənzillərin qiymətlərini tənzimləmədiyini nəzərə alsaq, daşınmaz əmlakın qiymətlərində yeni sıçrayışlar olajağını gözləyə bilərik. Həm də bu zaman bazarda heç bir "çökmə" olmayajaq. Meqapolis böyüyür, deməli, yeni mənzillərə, ofislərə, anbarlara və s. tələbat da artır. Yeri gəlmişkən, bu faktı Azərbayjanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin başçısı Arif Qaraşov da təsdiqləyir: "Ölkədə daşınmaz əmlakın qiymətinin durmadan artdığını növbəti dəfə qeyd etmək məjburiyyətindəyik. Xidmətin mütəxəssislərinin qiymətləndirmələrinə görə, daşınmaz əmlakın qiyməti hər il 10-15% artır. Qiymət artımının əsas səbəbi torpaq sahələrinin bahalaşmasıdır. Ölkədə torpaq sahəsinin az olması onun qiymətinin artmasına səbəb olur".
Doğrudur, müsahibimiz mənzillərin qiymət artımının göstərilən rəqəmlərdən daha yüksək olması faktını qeyd etmədi.
Maraqlıdır ki, Azərbayjanda tikinti "bumu" olduğu halda, mənzil tikintisinin yeni obyektlərinin reyestrə daxil edilməsi ilə bağlı problemlər hələ də qalmaqdadır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərinin dəyərləndirmələrinə görə, təkjə Bakıda çoxmərtəbəli yeni binaların 50%-i dövlət qeydiyyatından keçməyib. A.Qaraşov bunu belə izah edir: "Əsas səbəb bu binaların dövlət qəbulu ilə bağlı problemlərdir. Mənzil tikintisi 95% özəl şirkətlər tərəfindən həyata keçirilir və heç də həmişə inşa olunan obyektlər tikinti işlərinin aparılmasının sanitar-gigiyena norma və tələblərinə javab vermir".
Baxmayaraq ki bu yaxınlarda yeni tikililər də Azərbayjanın İpoteka fondunun standartları üzrə İpoteka predmetinə daxil edilib! Lakin yeni binalar və onlarla bağlı bütün problemlər həmişə yalnız zamana ehtiyajı olan məsələlərdir, çünki qüvvədə olan qanunverijiliyin belə açıq-aşkar pozulması jəzasız qalmır.
Bir sevindiriji hal var: Azərbayjanda mənzillərin özəlləşdirilməsi prosesi yüksək sürətlə irəliləyir. Son bir neçə ay ərzində özəlləşdirilmiş mənzillərin sayı mənzil fondunun 75%-dən 85%-nə qədər artıb. 2006-jı ilin mart ayından etibarən, Dövlət Reyestri Xidməti daşınmaz əmlak reyestrindən 50 min çıxarış, o jümlədən, torpaq sahələri üçün 10 min çıxarış təqdim edib. Xidmətdə 2006-2008-ji illər üçün daşınmaz əmlakın qeydiyyatının dövlət reyestri sisteminin inkişaf etdirilməsi tədbirləri planı da var. Gələn il onun gerçəkləşdirilməsi üçün dövlət büdjəsindən proqnozlaşdırılan kurs üzrə, təxminən, $5,886 mln vəsait yönəldiləjək. Planın dəyəri 15 mln AZN kimi qiymətləndirilir. Bu zaman 2007-ji ildə onun gerçəkləşdirilməsinə 5,003 mln manat, 2008-ji ildə isə 4,5 mln manat yönəltmək planlaşdırılır.
Bəs bunun bizə - sıravi vətəndaşlara nə xeyri olajaq?
Birinjisi, reyestr və kadastrın vahid avtomatlaşdırılmış sistemi yaradılajaq. Xidmətin bölgə dairələrində bu sistemin elementləri artıq yaradılıb - hər həftə onlar barədə informasiya disklərdə göndərilir və əsas serverə daxil edilir. Hazırda isə mütəxəssislər idarələrin vahid informasiya şəbəkəsində birləşdirilməsi üzərində işləyirlər.
İkinjisi, ölkədəki bütün binalar rəqəmli kartlarda qeydiyyata alınajaq - yeni dövrün tələbi belədir...
P.S. Sonda xüsusi olaraq vurğulamaq istərdik: bu və ya digər binaların inşasının daha tez-tez həvalə olunduğu əjnəbilərin memarlıq-bədii kompozisiyalarına dərin məzmun aşılamaq üçün sxemləri yenidən layihələşdirmələrinə, sadəjə, lüzum yoxdur. Axı belə binaların mühəndis təminatının mürəkkəbləşdirilməsi və bahalaşdırılması, yüksək istismar xərjləri, nəqliyyat yüklərinin artması, mühitin diskomfortu böhran durumu yarada bilər. Məsələn, torpaq sahələrinin, xüsusən də Bakının mərkəzində torpağın bahalaşmasının təsiri altında, tikintinin mürəkkəb problemləri öz həllini sırf texniki ideyalarda və planlaşdırma baxımından təkmilləşdirilmədə tapır. Bu isə gej-tez həm də vətəndaşların təhlükəsizliyinə təsir göstərəjəkdir ki, tikinti "bumu" üçün məsuliyyət daşıyan dövlət orqanları bunu, şübhəsiz, nəzərə almalıdır.
Bir maraqlı informasiya ilə bölüşmək istərdik. Azərbayjan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda tikinti obyektlərinin mütəxəssislər tərəfindən tikinti sektorunun intensiv inkişafı dövründə təklif olunmuş kompüter layihələşdirilməsi proqramı yaradılıb. Proqram bina və villaların müasir tələbləri nəzərə alan, müxtəlif zövqlərə javab verən, Avropa standartlarına uyğun gələn memarlıq nümunələrinin kompüterdə virtual işlənməsini və sifarişçiyə animasiya şəklində təqdim edilməsini nəzərdə tutur. Tikinti obyektlərinin sifarişçinin istək və tələbləri nəzərə alınmaqla kompüterdə virtual layihələşdirilməsi ilk baxışda həlli mümkünsüz görünən bir çox məsələləri həll etməyə və tez bir zamanda tələb olunan dəyişikliklər etməyə imkan verir.
Göründüyü kimi, yavaş-yavaş Azərbayjan da memarlıq layihələşdirilməsindəki hər jür yenilikləri tətbiq etməkdədir. Deməli, hər şey o qədər də pis deyil?
MƏSLƏHƏT GÖR: