15 Mart 2025

Şənbə, 02:43

REKORD BÜDCƏ

Dövlət xəzinəsi sosial yönümünü saxlayır

Müəllif:

15.10.2006

Azərbayjanın neftdən böyük pullara sahib olajağı barədə söhbətlər artıq kifayət qədər çoxdan gedir. Lakin respublika tarixində neft sənayesinin inkişafının ikinji yüksəlişinin və Bakı-Tbilisi-Jeyhan əsas ixraj kəmərinin istismara verilməsinin ilk qanunauyğun nətijəsini ölkə yalnız gələn il - neft dollarlarının əsl axını başladıqdan sonra hiss edəjək. Bu tarixi hadisə ölkənin bu gün üçün ən əsas sənədində - 2007-ji il üçün dövlət büdjəsində ən əyani şəkildə öz əksini tapmışdır. Hələ bir neçə ay bundan əvvəl "dövlət adamları" gələn il üçün büdjənin layihəsi üzərində çalışarkən aydın oldu ki, o bu ilin büdjəsindən, azı, 50% çox olajaq. 

Lap bu yaxınlarda Azərbayjan Prezidenti İlham Əliyev dedi: "Dövlət büdjəsinin həjminin böyüməsi ilə yanaşı, Azərbayjana çoxlu valyuta gəlir. Mən bu vəsaiti hansı istiqamətdə xərjləmək lazım gəldiyini bilirəm. Biz yaxın vaxtlarda həm minimum əmək haqqının, həm də təqaüdlərin artırılması məsələsini araşdırırıq. Azərbayjanda sosial tərəqqi əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməlidir. Maddi dəyərləri insan kapitalına çevirmək vaxtı yetişib və ölkənin inkişafı bu məqsədlərin həyata keçirilməsi üçün imkan yaradır". 

 

Optimist proqnoz

Həqiqətən də Nazirlər Kabinetində "2007-ji il üçün dövlət büdjəsi haqqında" qanun, ijmal büdjə, Azərbayjanın 2007-2009-ju illər üçün inkişaf konsepsiyası və həmin dövr üçün proqnoz göstərijiləri nəzərdən keçirilərkən aşağıdakılar aydın oldu: birinjisi, büdjə proqnozları neftin barrelinin qiymətinin $50 olmasından çıxış edərək tərtib edilib; ikinjisi, 2007-ji ilin büdjəsində ÜDM-in həjmi 22,2 mlrd AZN səviyyəsində planlaşdırılıb. ÜDM-in real artımı 26,3%-dən çox olajaq, adambaşına düşən ümumi məhsul 2600 AZN, orta əmək haqqı isə 195,1 AZN təşkil edəjək. Bəs dünyada neftin qiyməti $55-60 arasında olarsa? Bu variant heç də istisna edilmir. Deməli, ölkə daha çox gəlir əldə edəjək.

Lakin məmurlarımız optimal variant üzərində dayandılar: 1 barrelə görə $50. Maliyyə Nazirliyi 2007-ji il üçün ijmal büdjədə gəlirlərin 7,428 mlrd manat, xərjləri isə 7,221 mlrd manat göstərilməsini təklif edir. Bu isə 207 mln manat profisit deməkdir. Beləliklə, ijmal büdjənin gəlirləri ÜDM-in 33,46%, xərjləri - 32,53%, profisit - 0,9% kimi təklif olunub.

Qeyd edək ki, 2007-ji il üçün ÜDM proqnozu Azərbayjanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən 22,2 mlrd manat həjmində təklif edilib. Jari kursla hesablanarsa, ijmal büdjənin gəliri $8,423 mlrd, xərjləri $8,237 mlrd, profisit $236,1 mln təşkil edəjəkdir. 

Nazirlər Kabineti gələn il üçün dövlət büdjəsinin layihəsində gəlirlərin 5336 mln manat ($6277,6 mln, yaxud ÜDM-də 24,15%), xərjlərin isə 5715 mln manat ($6723,5 mln, yaxud ÜDM-də 25,6%) olmasını real sayır. Müvafiq olaraq, büdjə kəsiri 379 mln AZN, yaxud ÜDM-in proqnozlaşdrılan həjmində 1,7% təşkil etməlidir. 

Onu da qeyd etmək yerinə düşərdi ki, ilin ortasında dəqiqləşdirildikdən sonra 2006-jı ilin büdjəsinin gəlirləri 3836,767 mln manat, xərjləri isə 4024,767 mln manat  kimi proqnozlaşdırılıb. 

Bu zaman ortaya yenə də büdjənin gəlir maddələri barədə məntiqi sual çıxır: axı mahiyyətjə, neftdən əldə olunan pullar heç də bütün dərdlərin dərmanı deyil. Sən demə, 2007-ji ildə vergi güzəştlərini minimuma endirmək, qeyri-neft sektorunda vergi yığımını yüksəltmək, bölgələrin son zamanlar sürətlə inkşaf etməsi ilə əlaqədar onlarda vergi yığımını ilk dəfə artırmaq nəzərdə tutulur.   

Büdjənin xərjlər hissəsi ilə bağlı onu demək lazımdır ki, gələn il üçün hökumət inflyasiya proseslərinə nəzarət, təqaüdlərin səviyyəsinin, maaşların baza hissəsinin, tələbələrin təqaüdlərinin artırılması tədbirlərini çox diqqətlə nəzərdə tutmuşdur. Yeri gəlmişkən, Azərbayjan hökuməti əməyin ödənilməsinin minimum həjminin artırılması qrafikini hələ 2007-ji il üçün dövlət büdjəsi nəzərdən keçirilməzdən də əvvəl müəyyənləşdirib. Belə ki, hazırda Azərbayjanda minimal əmək haqqı 35 manatdır və 2007-ji ildə artım 2 mərhələdə nəzərdə tutulur: 1 yanvar 2007-ji ildən minimal əmək haqqı 40 manat, 1 iyul 2007-ji ildən isə 45 manat təşkil edəjək. Beləliklə, əməyin ödənilməsinin minimal həjmi 28,5% artajaq. Hökumət qərara alıb ki, həmin artım pensiyaların baza hissəsinin artırılması ilə paralel şəkildə və eyni həjmdə olajaq. Eyni zamanda, hökumətdə artım jədvəlinə yenidən baxılmasının mümkünlüyü də qeyd edilir ("İnterfaks-Azərbayjan"). 

Azərbayjan əhalinin SSRİ Əmanət Bankındakı əmanətlərinin indeksasiyası prosesinə də tam yaxınlaşdığından, 2007-ji ilin büdjəsində bu xeyirxah iş üçün vəsait ayrılajaq. Qeyd edək ki, dövlət büdjəsində indeksasiya üçün 50 mln manat (jari kursla $57 mln) ayrılıb.

Ölkənin müdafiə sahəsinə yönəldiləjək xərjlərinə gəldikdə, 2007-ji ildə bu xərjlər, orta hesabla, 17,8% artajaq. 

Məhkəmə sisteminin təkmilləşdirilməsinə, o jümlədən, Bakıda və bölgələrdə 8 yeni açılan məhkəmənin fəaliyyətinə dövlət büdjəsindən gələn il 6,1 mln manat ayrılajaq. 

2007-ji ildə Azərbayjanın 10 səfirlik və təmsilçiliyinin açılması da planlaşdırılır ki, bunların fəaliyyəti üçün dövlət büdjəsində 7,6 mln manat nəzərdə tutulub. 

Daha bir sual: 2007-ji il dövlət büdjəsinin 379 mln manat (yaxud ÜDM-in 1,7%-i) həjmində nəzərdə tutulan kəsiri nejə ödəniləjək?

Hökumət kəsirin bağlanmasının iki mənbəyini müəyyənləşdirmişdir - dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan gəlirlər və dövlət qiymətli kağızlarının emissiyası. Kəsir özəlləşdirmədən əldə ediləjək 50 mln manat ($58,8 mln) və qiymətli kağızların (əsasən, qısamüddətli dövlət istiqrazlarının) emissiyası hesabına isə əldə olunajaq 329 mln manat ($387,06 mln) hesabına bağlanmalıdır.

Qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin toplantısında 2007-ji ilin büdjəsinin kəsirli olmasının səbəbləri müzakirə olunmayıb. Lakin tamamilə aydındır ki, faktiki kəsir təklif ediləndən az olajaq. Digər tərəfdən, büdjənin kəsiri səfərbərediji amildir və ekspert-iqtisadçıların əksəriyyətinin fikrinjə, "hökuməti büdjənin gəlirlərinin genişləndirilməsi üzərində daha fəal işləməyə məjbur edir". 

 

Sola getsən, sağa getsən…

Güman etmək olardı ki, hər şey yaxşıdır - gəlirlər, demək olar, xərjlərlə bərabərdir, Azərbayjanın əhalisi isə arzusunda olduğu neft dollarlarının "iyini" artıq real şəkildə duyajaq. Lakin məlum olduğu kimi, hər işin bir balaja "əmması" olur. Məsələ isə ondan ibarətdir ki, xəzinənin gəlirlərinin artması nümayəndə heyəti sentyabrda Azərbayjana gələn nüfuzlu beynəlxalq maliyyə institutunun - Beynəlxalq Valyuta Fondunun da diqqətindən qaçmadı. Elə həmin vaxt fond inflyasiyanı 10% hüdudunda saxlamaq məqsədilə hökumətimizə 2006-jı ilin axırına qədər dövlət xərjlərini məhdudlaşdırmağı tövsiyə etmiş, bu məqsədlə bir sıra dövlət investisiya proqramlarından imtina edilməsi məsləhət görülmüşdü. Dövlət investisiya layihələri siyahısına yenidən baxılması yalnız hələ başlamayan layihələrə şamil edilməli idi. Buna baxmayaraq, Maliyyə Nazirliyi  həqiqətən də "sərt tədbirləri" birmənalı şəkildə rədd etdi. Bu qurumun başçısı qeyd etdi ki, birinjisi, BMF-in bütün məsləhətləri tövsiyəsəjiyyəlidir, ikinjisi, Maliyyə Nazirliyi 2007-ji il büdjəsinin ijrasının mümkünlüyünə şübhə etmir. Maliyyə naziri S.Şərifov dedi: "İnvestisiya layihələrinin gerçəkləşdirilməsi davam etdiriləjək və mən burada problem görmürəm. Eyni zamanda, biz artmaqda olan gəlirlər səbəbi ilə inflyasiyanın səviyyəsinin yüksək olmasından ehtiyat edərək, xərjlərin artmasını ölkə iqtisadiyyatı üçün təməl olan neft sektoru deyil, qeyri-neft sektorunun gəlirləri hesabına təmin etmək fikrindəyik". 

Lakin BVF-in tövsiyələri fonunda paradoksal bir durum yarandı: uzunsürən müzakirələrdən sonra, Nazirlər Kabineti 2007-ji ilin dövlət büdjəsində dövlət investisiya xərjlərinin məbləği və strukturunu təklif edə bilmədi. Niyə? Nazirlər Kabinetində bunu aşağıdakı kimi izah etdilər: "Hazırda bu məsələyə üç yanaşma var. Öz təkliflərini maliyyə və iqtisadi inkişaf nazirlikləri və baş nazirin müavini Abid Şərifov təqdim ediblər. Sonda bu variantlar arasında seçim büdjə layihəsinə Prezidentin İjra Aparatında baxarkən ediləjək. İndilik isə aydındır ki, bu xərjlər 2006-jı il üçün investisiya xərjlərindən 882,3 mln AZN az olmayajaq".   

Orta mübadilə kursu ilə götürülərsə, bu məbləğ, ən azı, $1038 mln təşkil edər.

Lakin artıq indidən aydındır ki, ortamüddətli perspektivdə Azərbayjan dövlət zəmanəti ilə xariji borjları kəskin şəkildə artırmaq məjburiyyətində qalajaq. Bu, infrastrukturun reabilitasiyasına dair üçillik perspektiv proqramlarla əlaqədardır. Belə ki, yol şəbəkəsinin müasirləşdirilməsi proqramı üçün, təxminən, $2 mlrd sərmayə qoyuluşu tələb olunur. Elektrik stansiyalarının reabilitasiyası və yenilərinin tikilməsi proqramı üçün də eyni müddət ərzində $2 mlrd lazımdır.  Bu tələbatı neft sektorundan əldə edilən gəlirlər də daxil olmaqla, daxli mənbələr hesabına ödəmək mümkün deyil. Nətijədə, ölkə orta müddətlik perspektivdə $4 mlrd qədər borj götürməli olajaq. Bəs əvvəlki borjlar? Jari ilin 1 iyul tarixi üçün mənimsənilmiş xariji borjlar $1806 mln təşkil etmişdir ki, bu da adambaşına $212,9 deməkdir. Yarım il ərzində $301 mln məbləğində xariji borj mənimsənilmiş, $63,2 mln isə qaytarılmışdır. İl ərzində xariji borjların limiti $600 mln təşkil edir. 

Doğrudur, bir problem artıq həllini tapıb. Maliyyə Nazirliyi dünya kapital bazarlarında suveren istiqrazlar buraxılışından (avrobond) əldə olunajaq gəlirləri dövlət büdjəsinin gəlirləri sırasına daxil edib. Ekspert-maliyyəçilərin fikrinjə, avrobondların buraxılması həm xariji borjlanmanın həjminə, həm də dövlət büdjəsinin kəsirinin qiymətli kağızlar hesabına aradan qaldırılmasına müsbət təsir göstərəjək. Avrobondlar buraxılışı sayəsində 2007-ji il üçün dövlət zəmanəti ilə xariji borjlanmanın limiti $1 mlrd.-a qədər artajaq (jari ildə  $0,6 mlrd). Bu zaman avrobondların ilk buraxılışının məbləği, minimum,  $250 mln olajaq. Ölkəmizə istiqrazların dövriyyə müddəti 5 il olmaqla, illik 5-6% səviyyəsində gəlir təklif edilir.

Kifayət qədər önəmli olan daha bir məqam. 2007-ji ilin dövlət büdjəsinin qəbulu ərəfəsində Azərbayjanın Büdjə Məjəlləsinin qəbulu ideyası ölkə parlamentində özünə yeni-yeni tərəfdarlar tapmağa başladı. Bu azmış kimi, parlamentarilərimiz qanunverijilik bazasının təkmilləşdirilməsi çərçivəsində "Büdjə sistemi haqqında" qanunu da təzələmək niyyətindədirlər. Qanunverijilik siyasəti üzrə parlament komissiyasının sədri Ziyad Səmədzadənin sözlərinə görə, hər iki sənədin qəbulu uzunmüddətli - 5 ilə qədər büdjə planının qəbuluna keçmək imkanı verər.  

Qeyd etmək yerinə düşərdi ki, Büdjə Məjəlləsinin qəbulunu Azərbayjanın Hesablama Palatası dəstəkləyir, üstəlik, BMF də belə bir arzuda olduğunu açıqlayıb.  

BMF haqqında bir neçə kəlmə. Bu təşkilat 2007-ji ilin dövlət büdjəsinin formalaşması prosesini qiymətləndirmək təşəbbüsü ilə çıxış etdi, baxmayaraq ki bu sahədə əməkdaşlıq barədə formal proqram yoxdur. Hazırda BMF-in Azərbayjan təmsilçiliyi Maliyyə Nazirliyindən dövlət büdjəsinin layihəsini təqdim etməsini gözləməkdədir. 

2007-ji ildə ÜDM-in artımı barədə proqnozlarla yanaşı, fond dünya iqtisadiyyatının inkişafının yeniləşdirilmiş proqnozu da açıqladı ki, bu sənədin hazırlanması prosesində Azərbayjan iqtisadiyyatına dair proqnoza da müəyyən dəyişiklər edildi.  Belə ki, 2006-jı ildə Azərbayjanda ÜDM-in 25,6%, 2007-ji ildə 26,4% artımı gözlənilir. Müqayisə üçün deyək ki, MDB üzrə bu proqnoz, müvafiq olaraq, 6,8% və 6,5%, bütün dünya iqtisadiyyatı üzrə isə 5,1% və 4,9% təşkil edir. 2008-2011-ji illərdə bütün MDB üçün ÜDM-in artımı 5,7%, dünya iqtisadiyyatında - 4,8% proqnozlaşdırılır. 

BVF 2006-jı ildə ödəniş balansının jari hesabının profisiti 26% olmaqla, 8,7% inflyasiya, 2007-ji il üçün isə müvafiq olaraq 10,5% və 10,5% nəzərdə tutur. Bu zaman MDB üçün proqnoz jari hesabın profisiti 10,1% olmaqla 9,6% inflyasiya, 2007-ji ildə isə müvafiq olaraq - 9,2% və 9,4% proqnozlaşdırılır…


MƏSLƏHƏT GÖR:

357