
AVROPA YOLUNDA "ERMƏNİ MANEƏSİ"
Ankara AB-yə doğru irƏlilƏmƏsini davam etdirir
Müəllif: Roman MUSTAFAYEV Bakı
Oktyabrın 12-də Milli Assambleya - Fransa parlamentinin aşağı palatası Fransa Sosialist Partiyasının (FSP) təşəbbüsçüsü olduğu qanun layihəsini təsdiq etdi. Bu qanun layihəsinə görə, qondarma "erməni soyqırımı"nın inkarı jinayət elan edilir. "Lehinə" 106, "əleyhinə" 19 səslə qəbul edilən qanun layihəsi buna görə 1 il müddətinə azadlıqdan məhrumetmə və 45 min avro jərimə ilə jəzalandırılır. Ölkənin digər bir nüfuzlu partiyasının - "Xalq hərəkatı naminə ittifaq"ın rəhbərliyi qanun layihəsini rəsmən dəstəkləməsə də, öz parlament fraksiyasının üzvlərinə müstəqil şəkildə səs vermək hüququ verdi. Nətijədə, səsvermədə assambleyanın 577 üzvündən 125 nəfəri iştirak etdi. İndi bu qanunun qüvvəyə minməsi üçün onu parlamentin yuxarı palatası və ölkə prezidenti dəstəkləməlidir. Hüquqi baxımdan, bu qanun Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın tanınması barədə 29 yanvar 2001-ji ildə qəbul etdiyi qanunu tamamlamalıdır. Qanunun siyasi mahiyyəti isə bu məsələdə dünya ermənilərinin mövqelərini möhkəmləndirmək və Ankaraya əlavə təzyiq amili (o jümlədən, AB-yə daxil olmaq məsələsində) yaratmaqdan ibarətdir.
Qanun layihəsi parlamentə mayın 18-də "Xalq hərəkatı naminə ittifaq"ın üzvü deputat Patrik Dəvəjyan tərəfindən təqdim olunmuş və elə həmin andan Parislə Ankara arasında diplomatik gərginlik mənbəyinə çevrilmişdi. Ankara məsələnin qoyuluşundan narazılığını dəfələrlə bildirmiş və onun iki ölkə arasında münasibətlər üçün neqativ nətijələri barədə xəbərdarlıq etmişdi. Türkiyənin Baş naziri Rəjəb Tayyip Ərdoğan özünün Ədalət və İnkişaf Partiyasından olan deputatlar qarşısında bu yaxınlardakı çıxışı zamanı bununla əlaqədar bildirdi ki, Türkiyə "sistematik yalan maşını"na qarşı mübarizə aparajaq və "yalanın yalan olmasını bildirməkdən jinayət düzəltmək üçün heç bir əsas yoxdur". Öz növbəsində, xariji işlər naziri Abdulla Gül xəbərdarlıq etdi ki, qanun qəbul edildiyi halda, "Türkiyə heç nə itirməyəjək, amma Fransa Türkiyəni itirəjək". Türkiyə XİN-in rəsmi bəyanatı da kəsikn oldu: "Öz hərəkətlərinin siyasi nətijələrini görməyən fransız siyasətçilərinin məsuliyyətsiz yalan bəyanatları nətijəsində, uzun əsrlərboyu inkişaf edən fransız-türk münasibətlərinə bu gün jiddi zərbə endirildi". Lakin Ankara təkjə bəyanatlarla kifayətlənmək fikrində deyil və qanun layihəsi qüvvəyə mindiyi halda, Fransaya qarşı bir sıra iqtisadi javab tədbirləri barədə düşünür. Məsələn, fransız mallarının total boykotu, Türkiyədə fəaliyyət göstərən fransız şirkətlərinə qarşı sanksiyalar nəzərdə tutulur. Lakin ekspertlər hesab edirlər ki, durum iqtisadi müharibə səviyyəsinə qədər kəskinləşməyəjək, çünki Türkiyə biznesinin fransız investisiyalarına marağı çox böyükdür. 2005-ji ildə iki ölkə arasında əmtəə dövriyyəsi demək olar, $10 mlrd təşkil edib. Türkiyədə 500-ə qədər fransız şirkəti fəaliyyət göstərir ki, bunların arasında avtomobil şirkətləri xüsusi rol oynayır - Türkiyənin avtomobil idxalında Fransanın payına 15% düşür. İki ölkə arasında ümumi dəyəri, demək olar, $5 mlrd olan bir neçə iri investisiya layihəsi müzakirə mərhələsindədir. Bundan başqa, bu sahədə münasibətlərin kəskinləşməsi Fransada bazarın yüngül sənaye və pərakəndə tijarət kimi gəlirli sektorlarına nəzarət edən türk diasporunun durumuna mənfi təsir göstərə bilər. Bir sözlə, gərginlik qalajaq, amma tərəflər, görünür, onu iqtisadiyyat, tijarət və investisiyalar sahəsinə şamil etməməyə çalışajaqlar.
Əlamətdardır ki, Türkiyənin erməni patriarxı Mesrop Mutafyan da bu qanun layihəsinin əleyhinə çıxış etmiş, onun "dialoq və qarşılıqlı anlaşma"nın (türklərlə ermənilər arasında) möhkəmləndirilməsinə xidmət etməyəjəyini bildirmişdir. FSP-nin təşəbbüsünün mənfi diplomatik və iqtisadi nətijələrini dərk edən Fransa XİN hökumətin bu layihəni dəstəkləmədiyini açıqlamağa tələsib. XİN başçısı F.Dust-Blazi ölkəsinin Türkiyə ilə münasibətlərin uzunmüddətli inkişafına və "Türkiyənin Avropa perspektivi"nin dəstəklənməsinə sadiq olduğunu təsdiq edib.
AB təmsilçilərinin reaksiyası da mənfi olub. Hazırda AB-yə sədrlik edən Finlandiyanın mövqeyini açıqlayan yüksəksəviyyəli məsləhət qrupunun rəhbəri P.Lipponen bu layihənin qəbulunun doğurduğu nətijələrdən narahatlığını bildirib. O, həmçinin, qeyd edib ki, "Türkiyənin genosid adlandırılanı tanıması onun tam üzvlüyü (AB-yə) üçün meyar və ya şərt kmi nəzərdən keçirilə bilməz". Eyni zamanda, AB-nin genişlənmə məsələləri üzrə komissarı Olli Ren həmin qanun layihəsinin əks-təsirə malik olajağını bildirərək xəbərdarlıq etdi ki, Fransa parlamentinin qərarı Türkiyə ilə AB arasındakı münasibətlərə jiddi zərər vura bilər.
Sonunju tezis üzərində ayrıja dayanmaq istərdik. Bizə elə gəlir ki, arxasında Fransadakı jəmi 500 minlik erməni diasporunun durduğu qondarma "soyqırımı" inkarın "kriminallaşdırılması" məsələsinin ortalığa atılmasının ən önəmli məqsədlərindən biri Fransa-Türkiyə münasibətlərini süni şəkildə kəskinləşdirmək, Türkiyənin AB-yə daxil olması prosesini mürəkkəbləşdirməyə (bəlkə də ümumiyyətlə, ləğv etməyə) jəhd göstərməkdir. Türkiyədə ijtimai rəy səsvermənin nətijələrini Parisin Türkiyənin AB-yə üzvlüyünün əleyhinə olmasına dair birmənalı siqnal kimi qarşıladı.
Bununla əlaqədar, Türkiyə ilə AB arasında münasibətlərin hazırkı durumunun qiymətləndirilməsi böyük maraq doğurur. Məlum olduğu kimi, Türkiyə rəsmən danışıqlar prosesinə 1959-ju ildə başlamışdır. Doğrudur, ilkin mərhələdə söhbət AİB-lə assosiativ üzvlükdən gedirdi və Ankara Avropa Birliyində tamhüquqlu üzvlük məsələsini yalnız 1987-ji ildə qaldırdı. AB-nin 2002-ji ildəki Kopenhagen sammitində AB ölkələri Ankaraya danışıqlara "yubanmadan" başlayajaqlarını vəd etdilər. Bir şərtlə ki, Türkiyə demokratiya, insan hüquqları və qanunverijilik sahəsində islahatlar sahəsində önəmli irəliləyiş əldə etmiş olsun. 2004-jü ilin dekabrında AB-nin 25 lideri bəyan etdi ki, danışıqlar 3 oktyabr 2005-ji ildə başlanajaq. Lakin Türkiyənin üzvlüyü barədə danışıqların başlanmasına razılıq verən üzv ölkələr öz aralarında gərgin danışıqlar aparırdılar - "Türkiyə məsələsi"ndə Avropa paytaxtlarındakı mövqelər kökündən fərqli idi. Nətijədə, AB-yə üzv ölkələrin xariji işlər nazirlərinin oktyabrın 3-də keçirilən toplantısında türk diplomatiyası çətinliklə də olsa, belə bir tezisi təsbit edə bildi ki, danışıqlar prosesinin son və hamı tərəfindən dəstəklənən məqsədi Ankaranın AB-yə daxil olmasıdır. Bununla da çərçivə sənədində "daxil olmaq" yox, "imtiyazlı tərəfdaşlıq" göstərilməsini təklif edən Avstriyanın etirazları da aradan qaldırıldı. Bundan başqa, Avstriya həmin sənəddə AB-nin yeni üzvlər qəbul etmək imkanlarının məhdud olduğunun göstərilməsini də təklif etdi.
Qeyd etmək lazımdır ki, son zamanlar Vyana Türkiyənin Avropaya inteqrasiyası yolunda özünəməxsus "qoruyuju klapan" rolunu oynamaqdadır. Jari ilin iyun ayında Türkiyənin AB ilə danışıqları son anda Avstriyanın dəstəyi ilə Kiprin irəli sürdüyü tələblər üzündən pozulmaq təhlükəsi ilə üzləşdi. Kipr AB-nin Türkiyəni yunan Kiprini tanımağa və vəd etdiyi kimi, öz limanlarını Kipr gəmiləri üçün açmağa məjbur etməli olduğunda israrlı idi. Öz növbəsində, Türkiyə, Kipr öz tələblərindən geri çəkilmədiyi təqdirdə, danışıqları boykot edəjəyini bildirirdi. AB Kiprin tələbləri ilə bağlı bəzi güzəştlərə getdi və nətijədə, "təəhhüdlərin yerinə yetirilməməsinin (Türkiyə tərəfindən) danışıqların ümumi irəliləyişinə tam təsir göstərəjəyi" kimi kompromis təklif işləyib-hazırlamaq mümkün oldu. Bu zaman Ankara öz mövqeyindən geri çəkilmədi - Kiprin tanınması yalnız adanın dinj yolla birləşdirilməsinə dair BMT tərəfindən işlənilib-hazırlanan, 2004-jü ildə keçirilən referendumda Kiprin türk ijması tərəfindən qəbul olunsa da, yunan ijması tərəfindən rədd edilən sülh planı çərçivəsində mümkündür.
Bu gün Avropa diplomatları qeyd edirlər ki, hətta danışıqlar prosesi uğurla jərəyan etdiyi halda da, Türkiyə AB-yə 2014-2015-ji illərdə daxil ola biləjək. Məsələ ondadır ki, AB-nin 2007-2013-jü illər üçün hazırda çox fəal şəkildə müzakirə olunan büdjəsində Türkiyənin üzvlük xərjləri nəzərdə tutulmayıb. Bundan başqa, Ankara hələ "yol xəritəsi"nin bütün tələb və tövsiyələrini yerinə yetirməyib - hələ qanunverijilik həjmi, ekspertlərin hesabladığı kimi, 8000 səhifə olan Avropa qanunverijiliyinə uyğunlaşdırılmalıdır. Nəhayət, hətta Türkiyə AB-yə qəbul olunsa belə, güman ki, onu "keçid dövrü" gözləyir ki, həmin dövr ərzində Türkiyə tamhüquqlu üzvlüyün, məsələn, vətəndaşların hərəkəti, kənd təsərrüfatının subsidiyalaşdırılması və regional inkişaf kimi həssas məsələlərdə bəzi üstünlüklərindən yararlana bilməyəjək. Lakin Ankaranın Avropaya aparan yolda ən əsas problemi nə zaman, nə də adaptasiya yox, Türkiyənin Avropaya inteqrasiyası ideyasının Avropanın özündə getdikjə artmaqda olan əks təsirlə üzləşməsidir. Avropa ölkələrinin Türkiyənin AB-yə üzvlüyündən ənənəvi təşvişi məlum faktdır və dəfələrlə mətbuatda da qeyd olunub. Bu təşvişin əsasında ölkənin ölçüləri, hərbi və iqtisadi potensialı durur ki, bunlar Türkiyənin genişləndirilmiş Avropa Birliyində həddən artıq böyük səlahiyyət əldə etməsinə, Avropaya mədəni və iqtisadi ekspansiya üçün daha güzəştli şərait əldə etmiş türk emiqrantları probleminin və nəhayət, Qərbdəki politoloq və siyasətçilərin düşündüyü kimi, türklərlə avropalıların mədəni və dini baxımdan uyuşmazlığına gətirib çıxara bilər. Məsələn, Avropa Komissiyasının keçmiş sədri Jak Delor bir dəfə qeyd etmişdi ki, AB "xristian klubu"dur. Bu yanaşmanı Avropanın bir çox mərkəzçi və sağçı partiyaları da bölüşür.
Onu da qeyd etmək lazımdır ki, Avropa paytaxtlarında Türkiyənin AB-yə qoşulmasına rəsmi dəstək verilsə də, Avropa ölkələrindən bir çoxunun əhalisi bu ideyanı dəstəkləmir, bəzilərində isə ona qarşı son dərəjə mənfi münasibət var. Son aylar qitənin bir çox ölkəsində antitürk və antimühajir əhval-ruhiyyəsi üst-üstə düşdüyündən, bir sıra Avropa ölkəsində sağçı, bəzi yerlərdə isə hətta neofaşist təşkilatları bundan öz mövqelərini möhkəmlətmək üçün məharətlə yararlandılar.
Bütövlükdə AB-nin aparıjı ölkələrində əhalinin Türkiyənin üzvlüyü məsələsinə münasibətini təhlil etdikdə isə burada şərti olaraq iki qrupu fərqləndirmək mümkündür - skeptiklər və optimistlər. Birinji qrupa Almaniya, Avstriya, Fransa, Danimarka, Niderland, İsveç, Yunanıstan və Kipr kimi ölkələrin əhalisini aid etmək olar. Bu ölkələrdə Türkiyənin üzvlüyünün dəstəklənmə səviyyəsi 25-35% arasındadır ki, bu da AB üzrə orta göstərijidən (35-37%) aşağıdır. Maraqlıdır ki, ölkədə ijtimai rəyin narazılığına baxmayaraq, Yunanıs-tan (ölkə 400 il Osmanlı hökmranlığı altında olub) hakimiyyəti Ankarnın qoşulmasında, əksinə, yalnız müsbət jəhətlər görür. Afina güman edir ki, Ankaranın AB-də olması ikitərəfli münasibətlərdə gərginliyin azalmasına, mövjud mübahisəli məsələlərin, ilk növbədə, Kipr probleminin mərhələlərlə həllinə gətirib-çıxarajaq. Ankara üçün Avropada Türkiyəyə yer olmadığını düşünən fransızların (dəstəkləyənlər jəmi 20% təşkil edir və bu özünü 12 səsverməsində də göstərdi), almanların (25%) və avstriyalıların (20%) mövqeyi çox jiddi maneə ola bilər. Əlamətdardır ki, Anhela Merkel hələ kansler vəzifəsinə namizəd olarkən, Avropa ölkələrinin liderlərini Türkiyəni Avropaya doğru irəliləməkdə "şirnikləndirməməyə" çağırırdı.
Bu "skeptik" fonda İtaliya, İspaniya, Böyük Britaniya, Polşa, Majarıstan, bir sıra Şərqi Avropa dövləti və Pribaltika ölkələri kimi "optimistlər" fərqlənir. Bu ölkələrdə həm rəsmi, həm də ijtimai səviyyədə "lehinə" olanlar "əleyhinə" olanları üstələyir (dəstəkləmə dərəjəsi 40-50% arasındadır). Motivlər müxtəlifdir. Geosiyasi baxımdan, amerikapərəst dövlətlər, ilk növbədə, Böyük Britaniya və Polşa üçün AB-yə ABŞ-ın daha bir ənənəvi müttəfiqinin qoşulması sərfəlidir, çünki bu, Berlin və Parisin kontinental təsiri qarşısında onların təşkilatdakı nüfuzunu qüvvətləndirə bilər. Bundan başqa, Böyük Britaniya üçün Türkiyənin AB-də olması təşkilatın Londonun ənənəvi olaraq çox maraqlandığı Yaxın və Orta Şərq bölgələrində jərəyan edən proseslərə təsirinin güjlənməsi kontekstində də çox önəmlidir. İtaliyaya gəldikdə, o bu məsələdə Türkiyənin açıq müttəfiqi sayılır. Bu həm joğrafi yaxınlıq, həm ənənəvi siyasi müttəfiqlik əlaqələri, həm də tijarət-iqtisadi və investisiya amilləri ilə izah edilir. Onu da qeyd etmək vajibdir ki, bu məsələdə Türkiyənin ən gözlənilməz müttəfiqi ölkənin 20%-lik kürd əhalisi ola bilər, çünki onlar Türkiyənin AB-də üzvlüyünü öz sosial-iqtisadi və mədəni tələbatlarının gerçəkləşdirilməsinə zəmanət kimi baxırlar.
Lakin "soyqırım" haqqında fransız layihəsi qüvvəyə mindiyi halda, "skeptiklər"lə "optimistlər" arasında yuxarıda qeyd olunan qüvvələr nisbətinin əhəmiyyətli dəyişikliklərə məruz qalması mümkündür. Bu qanun Türkiyənin AB-yə üzvlüyünün əleyhinə olanların Ümumavropa şüarına, tam bir sıra regional və beynəlxalq məsələlərdə Türkiyəyə daimi təzyiq amilinə çevrilə bilər.
MƏSLƏHƏT GÖR: