15 Mart 2025

Şənbə, 20:00

AVROPA BİRLİYİNİN ŞƏRQ QAPISI

Azərbaycanın yolu köhnə qitənin tamhüquqlu üzvlüyünədir

Müəllif:

15.10.2006

Geopolitik proseslərdən başı çıxan ekspertlərdən tutmuş, gündəlik məişət problemləriylə məşğul olan sadə vətəndaşlara qədər çoxları Avropa Birliyinə (AB) üzvlüyün mürəkkəbliyi haqqında az-çox məlumatlıdır. Ölkə lap ideal inkişaf mərhələsinə çatsa belə, AB üzvlərinin hamısının ortaq arzusu olmasa, Birliyin qapılarını açmaq müşkül məsələdir. Buna baxmayaraq, başqa dövlətlər kimi, Azərbayjanın da nə vaxtsa bu qapıları yarıb keçməklə sivil dünyanın tərkib hissəsi olmaqdan savayı alternativi yoxdur.      

Qərb 1990-jı illərin əvvəllərində kommunizmin süqutuyla dərhal hərəkətə keçdi. NATO və Avropa Birliyi vaxt itirmədən Şərqi Avropa dövlətləriylə üzvlüklə bağlı danışıqlara baş vurdu. Bugünkü nətijə göz qabağındadır. Şərqi Avropa, o jümlədən, Baltikyanı ölkələr artıq hər iki qurumun üzvləridir. Növbədə keçmiş SSRİ-nin digər dövlətləri gəlir.  Vaxtilə ABŞ Prezidenti Bill Klinton çox ağıllı bir gediş etdi. Müstəqilliklərini yeni qazanan dövlətlərin yaxın illərdə NATO-ya üzv olmayajaqları açıqlansa da, Vaşinqton həmin ölkələri taleyin ümidinə  buraxmaq istəmədi. Klinton NATO çərçivəsində "Sülh Naminə Tərəfdaşlıq" (SNT) proqramını irəli sürdü. Hər bir ölkə siyasi, iqtisadi və demokratik inkişafındakı durumundan asılı olmayaraq, SNT-yə üzv ola bilərdi, SNT bəzi ölkələrə NATO-ya üzvlük üçün tramplin, digərləri üçünsə Şimali Atlantika Bloku ilə məsafəli dialoq (Rusiya) mənası daşıyırdı. 

Avropa Birliyi də illərsonrası eyni texnologiyadan yararlanmağa qərar verdi. AB-dən kənar qalan keçmiş SSRİ dövlətləri üçün "Genişlənmiş Avropa" adlı proqram təklif olundu. Yəni AB-yə üzvlük xülya kimi təsəvvür edilməsin deyə, hələlik "Genişlənmiş Avropa"nın tərkib hissəsinə çevrilirsən. Bu, AB-yə üzv olmayan ölkələr üçün bir növ "Avropanın içindəyik" təsəvvürü yaradır. "Genişlənmiş Avropa"ya daxil olmadan önjə, hər bir ölkə AB ilə fərdi şəkildə "fəaliyyət proqramı" ("plan deystviya") imzalamalıdır. Azərbayjanın da bu ilin sonuna qədər adı çəkilən proqramı imzalaması planlaşdırılır.   

Azərbayjanla AB arasında bir müddət önjə "fəaliyyət proqramı"nın imzalanması ətrafında problem yaranmışdı. Azərbayjana məxsus  təyyarə Quzey Kıbrıs Türk Jümhuriyyətinin (KKTJ) paytaxtı Lefkoşeyə endikdə və bəzi şirkətlərimiz Aralıq dənizinin bu bölünmüş adasındakı tərəf-müqabilləriylə bir sıra anlaşmalar imzaladıqda, Brüssel Bakıya xəbərdarlıq mesacı göndərdi. AB Türkiyənin ardından Azərbayjanın KKTJ ətrafındakı blokadanı yarmasından narahat idi. Maraqlıydı ki, Avropa Birliyinin özündə, təxminən, həmin ərəfədə KKTJ üçün bəzi iqtisadi sanksiyaların ortadan qaldırılmasıyla bağlı geniş fikir mübadiləsi aparılırdı. Bunun üçün əsas Kıbrıs türklərinin adanın bütövləşməsiylə bağlı "Annan planı"na referendumda "hə" demələriydi. Anjaq adanın yunan hissəsi Avropa Birliyinin üzvü olduğundan, bu prosesi əngəlləməyi bajardı. Məhz onlar Azərbayjanın "fəaliyyət proqramı"na qoşulması üçün Bakının KKTJ ilə əlaqələrini kəsməsi şərtini Brüsseldə qəbul etdirə bildilər. Azərbayjan Avropa Birliyindən hərtərəfli təzyiqlə üzləşdi. İş o yerə çatdı ki, Yunanıstandakı bəzi dairələr separatçı Xankəndi ilə qeyri-rəsmi münasibətlərə baş vura biləjəklərinə eyham vurdular. Nətijədə, rəsmi Bakı KKTJ ilə əlaqələrdə fasilə götürməyə məjbur oldu. AB təmsilçiləri də bundan dərhal sonra yenidən rəsmi Bakı ilə "fəaliyyət proqramı"nın imzalanması tarixi haqqında danışıqlara  başladılar. 

"Fəaliyyət proqramı"nın hələlik, 5 il müddətinə imzalanması nəzərdə tutulur. Azərbayjan bu proqrama qoşulduqdan və gərəkli vaxt keçdikdən sonra, "indikativ proqram" adlı sənədi qəbul etməlidir. "Fəaliyyət proqramı" əməkdaşlığın ümumi müddəalarını əks etdirən sənəddirsə, "indikativ proqram" konkret proqramların həyata keçirilməsini nəzərdə tutur. Yəni Azərbayjan hər növbəti proqramı uğurla həyata keçirdikjə, tədrijən, AB ilə məsafəni qısaltmış olajaq. Söhbət ölkə daxilində siyasi və iqtisadi islahatların miqyasından və sürətindən gedir: iqtisadiyyat liberallaşmalı, biznes mühiti şəffaflaşmalı, fikir və söz azadlığı genişlənməlidir. Anjaq bu o demək deyil ki, Azərbayjan AB proqramlarını qəbul etməsinə rəğmən, sənədlərdəki müddəaları yerinə yetirməsə və ya lənglik nümayiş etdirsə, hansısa sanksiyalarla üzləşəjək. "Sadəjə", bunun nətijəsində  AB ilə inteqrasiya zəifləyəjək və birliyin müəyyən kreditlərindən məhrum olajağıq. Fikrimjə, bu, Azərbayjan üçün sanksiyalardan da betərdir. Doğrudur, Azərbayjan neft və qazın satışından əldə ediləjək gəlir hesabına AB-nin 100 və 200 milyonluq kreditlərinə ehtiyaj duymaz. Anjaq məsələnin başqa tərəfi var. Gürjüstan və ya Ermənistandan hər hansı biri "fəaliyyət proqramı"nda Azərbayjandan irəli çıxarsa, bu, dövlətimizin imijinə zərbə vurar. Çünki Azərbayjan Jənubi Qafqazda lider dövlət statusuna iddialı olduğunu ortaya qoyub. Lider dövlət isə qoşulduğu bütün proqramların ijrasında qonşularından bir baş üstün olmalıdır. İslahatların dərinləşməsinin AB-dən çox, bizə gərəkliliyini də unutmamalıyıq. İqtisadiyyatın sürətlə liberallaşması da, siyasi islahatların sürətlənməsi də birinji növbədə bizə lazımdır. Oxşar diskussiya Türkiyəni də bürüyüb. Qardaş ölkənin bir sıra ekspertləri AB standartlarının yerinə yetirilməsinin, ilk növbədə, Türkiyə üçün gərəkli olduğunu bildirirlər. 

Avropa Birliyinin son bir neçə ildə Jənubi Qafqaza, o jümlədən, Azərbayjana xüsusi önəm verməsi əlamətdar hadisədir. Birliyin Jənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi və Avropa Komissiyasının xariji əlaqələr üzrə təmsilçisi Benita Ferrero Valdner Azərbayjanı, az qala, suyoluna döndəriblər. Biri məmləkətimizi tərk etməmiş, o biri gəlir və tərsinə. Jənubi Qafqaza artan marağın mahiyyətində Avrasiyanın  enerci resurslarının dünya bazarlarına və Avropaya nəqlində Azərbayjanın başlıja dövlətlərdən birinə çevrilməsi dayanır. Avropa Birliyi Rusiyanın enerci resurslarından asılılığının zəiflədilməsi yollarından biri kimi Azərbayjanla enerci dialoqunu genişləndirməkdə görür. Qara və Aralıq dənizlərinə çıxarılan neft, quru ilə ötürülən qazın əsas alıjıları Avropa Birliyi ölkələridir. Anjaq Avropa Birliyi Jənubi Qafqazın demokratikləşməsində və münaqişələrin həllində də az maraqlı deyil. Çünki məhz demokratik inkişafını sürətləndirən və ərazisindəki münaqişələri həll edən Jənubi Qafqaz Avropa Birliyinin həqiqi partnyoruna çevrilə bilər. Gürjüstan nə qədər NATO və ya AB-yə üzvlüyə jan atsa da, Brüsseldən və Vaşinqtondan eyni javabı alır: "Önjə separatçılarla bağlı problemlərinizi həll edin". Təsadüfi deyil ki, Piter Semnebi Azərbayjana gəlişində zamanının çox hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsinə həsr edir. Hər səfərində "Avropa Birliyi münaqişənin sülh yoluyla həlli üçün istənilən köməyə hazırdır", - deyən Semnebi, Minsk qrupu həmsədrləritək aktivlik nümayiş etdirir. AB-nin digər rəsmisi Benita Ferrero Valdner də həmkarından geri qalmır. O, xariji işlər naziri Elmar Məmmədyarovla son görüşündə Dağlıq Qarabağ münaqişəsi nizamlandıqdan sonra AB-nin bölgənin dağılmış infrastrukturunun bərpasında iştirak etməyə hazır olduğunu bildirib. 

Münaqişələr nizamlanmadan Jənubi Qafqaz ölkələrinin, o jümlədən, Azərbayjanın Avropanın iqtisadi və təhlükəsizlik institutlarının tamhüquqlu üzvü olması, həqiqətən, problematikdir. Anjaq bu amili əldə bayraq edərək, Avropa strukturlarıyla inteqrasiya proseslərində süni lənglik də yanlış yol olardı. Əksinə, Avropayla məsafənin qısaldılmasına zərurət var ki, münaqişə nizamlanajaq gün Azərbayjana köhnə qitənin qapıları daha rahat açılsın. 

Azərbayjanın xariji siyasət strategiyasının özəyini Qərblə sıx inteqrasiya təşkil edir. Qərb dedikdə isə iki qurum anlaşılır: NATO və Avropa Birliyi. Birinji qurum üzv dövlətlərin təhlükəsizliyini təmin edir, ordusunun müasir standartlara çatmasını şərtləndirir, ikinji qurum isə iqtisadi və vətəndaşlarının sosial rifahını sürətləndirir. Odur ki Azərbayjanın üzərinə mühüm vəzifə düşür: NATO və Avropa Birliyinin Şərq qapısına çevrilmək.


MƏSLƏHƏT GÖR:

392