
"MƏNFİ" İŞARƏSİ İLƏ
Rusiyalı ekspert Sergey Markov hesab edir ki, Rusiya ilƏ GürCüstan arasındakı hazırkı ÇƏkişmƏlƏr Moskva-Tbilisi münaqişƏsi yox, KremllƏ GürCüstan rƏhbƏrliyi arasındakı ziddiyyƏtdir
Müəllif: Emin ƏLƏKBƏROV Bakı
Rusiya ilə Gürjüstan arasında ziddiyyət artıq üçünjü həftədir davam edir. Hər yeni gün Moskva Tbilisini məngənədə daha bərk sıxır. Rusiya Gürjüstana təsir tədbirləri ilə eyni vaxtda, görünür, MDB ölkələri arasında özünə müttəfiq axtarmağa başlayıb. Rusiyanın müdafiə naziri Sergey İvanov hətta açıq şəkildə söz verib ki, Rusiya "özünə dost ölkələrə", yəni Gürjüstanın rəqiblərinə hərbi-texniki yardım göstərməyə hazırdır. Hadisələrin gedişini, təbii ki, Rusiya və Gürjüstan ekspertləri ilə yanaşı, digər müşahidəçilər də izləyirlər. "R+"la söhbətində Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya Milli Strategiyası Şurasının həmsədri Ser-gey Markov Gürjüstan - Rusiya qarşıdurması və re-giondakı "dondurulmuş münaqişələr" haqda fikirlərini bölüşüb:
- Rusiya - Gürjüstan münasibətlərində yaşanan gərginlik Moskva ilə Tbilisi arasında münaqişə deyil. Bu, Kreml ilə Gürjüstan hakimiyyəti arasında qarşıdurmadır. Biz gürjü xalqını özümüzə qardaş hesab edirik. Sosial sorğular təsdiq edir ki, gürjülər də Rusiyanı özlərinə qardaş ölkə sayırlar. Bizim münaqişəmiz Saakaşvili - Okuraşvili recimi ilədir.
- Niyə?
- Ona görə ki, Saakaşvili Gürjüstanın yeni Stalininə çevrilmək istəyir. O, güj yolu ilə "Gürjüstanın daimi rəisi" olmaq niyyətindədir. Bu gün öz hakimiyyətinin möhkəmləndirilməsi üçün müxalifətin qarşısını almağa çalşır. Bu işdə Saakaşvili isterika yaratmaq üçün münaqişə yaratmaq yolunu tutub. Onun bu siyasəti ilə razılaşmayanların hamısını isə Rusiyanın jasusu hesab edir.
Bundan başqa, Gürjüstan prezidenti Abxaziya və Jənubi Osetiya üzərində nəzarəti güj yolu ilə ələ keçirmək istəyir. Saakaşvilinin planı sadədir: Rusiya sülhməramlılarını münaqişə zonasından çıxararaq, hərbi yolla bu bölgələrə girmək. Rusiyanı neytrallaşdırmaq üçün Tbilisi ABŞ və NATO-nun tam dəstəyini əldə etməlidir. Buna görə də Saakaşvili belə təəssürat yaratmağa çalışır ki, guya Rusiya balaja Gürjüstanın xətrinə dəymək istəyir və bu səbəbdən onu müdafiə etmək lazımdır. Odur ki Tbilisi Moskvanı təxribata çəkir. Saakaşvilinin planından artıq kriminal qoxusu gəlir. Təsəvvür edin ki, Rusiya öz yolu ilə gedən bir piyadadır. Qəfildən bir yeniyetmə jinayətkar - Saakaşvili qaça-qaça ona yaxınlaşıb itələyir, daş atır. Yol gedən "şəxs" bir müddət səbir edir, reaksiya vermir. Amma axırda səbri tükənir, yeniyetmənin qulağından tutub deyir: "Mən indi səni döyəjəyəm". Bu zaman isə kənarda gizlənmiş 3 pəzəvəng çıxır və həmin şəxsi döyməyə başlayır. Obrazlı yanaşsaq, Saakaşvili həmin pəzəvənglər roluna ABŞ, Avropa Birliyi və NATO-nu jəlb edib. Əslində, Gürjüstan prezidenti arzulayır ki, amerikalılar və NATO onun əvəzinə Abxaziya və Jənubi Osetiyanı "alsın". Yeri gəlmişkən, o bu istəyinə müəyyən qədər nail olub. Bu gün amerikalılar Gürjüstan ordusunu silahlandırır və ona təlimlər keçir. Amma Vaşinqton qəti və sərt şərt qoyub: ordudan heç bir halda etnik azlıqlara qarşı istifadə oluna bilməz. Saakaşvili isə ordunu Kodor dərəsinə yeritməklə, amerikalıların şərtini müəyyən qədər pozub. Amma gürjü lideri bu şərti daha böyük həjmdə pozmaq istəyir. O əmindir ki, Rusiya ilə kəskin münaqişə baş verərsə, ABŞ və Qərb bundan narazı olsa belə, Gürjüstana kömək edəjək. Mənə məlumdur ki, bu ilin iyulunda Saakaşvilinin Vaşinqtona səfəri zamanı Jorj Buş gürjü liderinə dəqiq şəkildə bildirib ki, regionda hər hansı hərbi aksiyanı qəbul etməyə-jək. Buna görə də Saakaşvili belə bir təəssürat yaratmaq istəyir ki, guya Vaşinqton onun Abxaziya, Jənubi Osetiya və Rusiyaya qarşı müharibəsini dəstəkləyir. Bu tamamilə yalandır. Amerika birmənalı olaraq müharibəyə qarşıdır. Amma o, tərəfdaşlarını aldatmağa çalışır.
Gürjüstan prezidenti ümid edir ki, Rusiya nə vaxtsa "partlayajaq". Kreml isə Saakaşvilinin bu planından xəbərdardır və bu səbəbdən də heç vaxt qonşusunun tələsinə düşməyəjək. Doğrudur, Moskvada da Saakaşviliyə nifrət edən "qırğılar" var və onların nifrət hissi bəzən ağıllarını üstələyir. Gürjü prezidenti də məhz belə insanlara ümid bəsləyir. Nejə olsa da, Kreml "qırğı"lara boylanmaq imkanı verməyəjək. İqtisadi və nəqliyyat blokadalarının tətbiqinə gəlinjə, əsas məsələ odur ki, bu blokadanın zərbəsi Gürjüstan vətəndaşlarına dəyməsin. Gürjüstanın ABŞ və Qərb tərəfindən maliyyələşdirilməsinin qarşısının alınması lazımdır. Bunun üçün isə amerikalılar və avropalılarla ağıllı və gərgin iş aparılmalıdır.
- Bu münaqişənin inkişafı kontekstində Abxaziya və Jənubi Osetiya problemlərinin həlli məsələsi hansı istiqamətdə inkişaf edə bilər?
- Bu günə heç bir nizamlanmadan söhbət getmir. Şübhəsiz, Moskva müstəqilliklərinə nəzarət edə bilməyəjək kiçik dövlətlərin peyda olmasında maraqlı deyil. Bu ərazilər üzərində nəzarətin saxlanılması vajibdir. Özü də bu zaman onlara yüksəkdərəjəli muxtariyyət verilməlidir. Abxaziyanın Rusiya - Gürjüstan - Abxaziya tərəfindən birgə idarəedilməsi mümkündür. Abxaziyanın idarəedilməsi üçün hökumət idarəetmə komitəsi yaradıla, onun tərkibinə Gürjüstan, Rusiya və Abxaziyadan üç nəfər daxil ola bilər. Konstitusiyada da göstərilir ki, Rusiya abxaz xalqının hüquqlarına əməl edilməsinin qarantı kimi çıxış edir. Abxaziya və Jənubi Osetiya münaqişələri qətiyyən onların haqlarının pozulması yolu ilə həll edilməməlidir.
- Fikrinizjə, ABŞ və Qərb Gürjüstanla Rusiya arasındakı qarşıdurmada Tbilisinin maraqlarını qorumağa hazırdırmı? ABŞ-ın regionda öz nəzarətini güjləndirmək niyyəti nə dərəjədə jiddidir?
- Jorj Buş, şübhəsiz, Gürjüstanın müstəqilliyini dəstəkləyir. Bununla yanaşı, Tbilisinin tanınmamış respublikalara qarşı aqressiyasını dəstəkləməkdən imtina edir. Doğrudur, Gürjüstanın aqressiyası mühafizəkarlardan ibarət dar bir qrup - Donald Ramsfeld, Dik Çeyni və başqaları tərəfindən dəstəklənir. Vaşinqtonun Gürjüstandakı maraqları bunlardadır: Rusiyaya postsovet ölkələri üzərində nəzarəti ələ keçirməyə imkan verməmək və Bakı - Tbilisi - Jeyhan neft borusuna nəzarət etmək. Amerikanın Azərbayjan neftinə ehtiyajı yoxdur. Onlara ərəb enerci resurslarına alternativ əldə etmək lazımdır. Müharibə isə təbii ki, Vaşinqtonun maraqlarına javab vermir. Hazırda ABŞ-da Saakaşviliyə, xüsusilə də Okuraşviliyə inam sürətlə azalır. Gürjüstan Şevardnadzenin yarıdemokratiyasından Saakaşvili - Okuraşvili hərbi xuntasına doğru gedir. Yeri gəlmişkən, sonunju müstəqil siyasətçidir və düşünürəm ki, müharibə Saakaşvilinin deyil, praktik olaraq, prezidentə tabe olmayan Okuraşvilinin əmrindən sonra başlayajaq.
- Bütün bunların fonunda Rusiya - Azərbayjan münasibətlərinin hazırkı durumunu nejə qiymətləndirirsiniz? Regiondakı situasiyanın normallaşdırılmasında Bakı nejə rol oynaya bilər?
- İkinji sualdan başlayım. Bakı Rusiya ilə Gürjüstan arasında münasibətlərin normallaşmasında vasitəçilik rolunu üzərinə götürə bilər. Xüsusilə də nəzərə almaq lazımdır ki, Azərbayjan artıq aparıjı regional oyunçuya çevrilir. Azərbayjanda əhali çoxdur, iqtisadi inkişaf yüksəkdir və Bakının dünya siyasətinin müxtəlif subyektləri ilə münasibətləri yaxşıdır. Mənim qiymətləndirməmə gəlinjə, deyə bilərəm ki, 200 il əvvəl Gürjüstanın Rusiyaya birləşdiyi vaxt o, tam soyqırım təhlükəsi qarşısında idi. Belə ki, həmin vaxt İran şahı bütün gürjülərə İslamın qəbul etdirilməsi haqda əmr vermişdi.
Mənjə, Azərbayjan vətəndaşları Rusiyanın tərkibində olan azərbayjanlıların taleyi ilə hazırda İranda yaşayan azərbayjanlıları müqayisə edə bilər. Fərq göz qabağındadır. Azərbayjan Avropa və dünya dəyərləri ilə birlikdə kübar inkişaf edən bir ölkədir. Jənubi Azərbayjanda teokratik-islamçı recimin pənjəsinə atılmış insanların kasıblıqdan əziyyət çəkdiyi halda, burada yaşayış səviyyəsi yüksəkdir.
- Artıq 10 ildən artıqdır, Azərbayjanın xariji siyasəti Rusiya, ABŞ, İran, Türkiyə və Qərb kimi aparıjı regional oyunçularla balanslaşdırılmış münasibət prinsipinə əsaslanır. Fikrinizjə, Gürjüstanın NATO-ya inteqrasiyasının sürətlənməsi şəraitində bu kursun saxlanılması perspektivi nə dərəjədə realdır?
- Mən Gürjüstanın alyansla yaxınlaşmasına jiddi şəkildə şübhə edirəm və hətta inanmıram. Bakının balanslaşdırılmış mövqeyinə gəlinjə, mən bu siyasəti düzgün sayıram. Lakin Rusiya bu gün güjlənir və mənə belə gəlir ki, bu, Bakıya Moskva ilə əlaqələri daha da yaxınlaşdırmaq kursu götürmək imkanı yaradır. Fikrimjə, GUAM Bakının strateci səhvidir. GUAM nədir? Bu, Amerikanın tam komandanlığı altında olan təşkilatdır. Və bu gün qəbul etdiyi qərarlara nəhəng erməni diasporunun jiddi təsir göstərdiyi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllində heç zaman Azərbayjanın milli maraqları baxımından çıxış etməyəjək. Azərbayjan GUAM-dan nə qədər yapışarsa, Bakının Dağlıq Qarabağ münaqişəsini öz xeyrinə həll etmək şansı o qədər azdır.
Bu məsələdə Saakaşvilinin siyasəti nədən ibarətdir? O öz ərazi problemlərini Dağlıq Qarabağ münaqişəsinə birləşdirməyə, bununla da daha güjlü Azərbayjandan istifadə etməyə çalışır. Gürjüstanın milli etnik azlıqlara qarşı təjavüzü və Rusiyanın Kosovo məsələsi ilə bağlı Qərblə münasibətlərinin korlanajağı halda, Moskvanın postsovet məkanındakı tanınmamış respublikaları tanımaq şansı var. Dağlıq Qarabağ da belə xarakterə malik problemdir. Gürjüstan prezidenti elə onu gözləyir ki, Bakı Dağlıq Qarabağ modelinin Abxaziya və Jənubi Osetiya modeli ilə eyniləşdirilməsinə razılıq versin. BMT Baş Assambleyasının 61-ji sessiyasının gündəliyinə "dondurulmuş münaqişələr"in çıxarılması məsələsi də Bakının strateci səhvi idi. Çünki bu, Abxaziya və Jənubi Osetiyanı Dağlıq Qarabağla eyniləşdirməyə iman yaradır.
- Moskva Qafqazda Yerevanın mövqeyinin dəstəklənməsinə istiqamətlənən strategiyasına yenidən baxmağa hazırdırmı?
- Sizin Moskvanın Yerevana "stavka" etməsi haqda fikirləriniz doğru deyil. Rusiyanın Ermənistanla strateci münasibətləri saxlamasının səbəbi bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi, EvrAzes təşkilatına üzvü olması ilə bağlıdır. Azərbayjanın bu qurumlara üzv olmasına kim mane olur, marslılar? Bu təşkilatlara üzv olun və siz də eyni dəstəyi əldə edəjəksiniz. Kreml Dağlıq Qarabağ münaqişəsi ilə bağlı balanslaşdırılmış mövqe tutur. Həmişə hamıya elə gəlir ki, Rusiya rola girir. Ermənilər bizi Azərbayjanı dəstəkləməkdə günahlandırır və əksinə. Bizim üçün vajib olanı qan tökülməsinin qarşısının alınmasıdır. Müharibə başlayarsa, biz tərəflərdən birinin dəstəklənməsi ilə bağlı birmənalı mövqe tutmalı olajağıq və tərəflərdən biri ilə münasibətlərin korlanmaması üçün Kreml bunu istəmir. Biz hesab edirik ki, münaqişənin hələ dondurulmuş vəziyyətdə qalması daha yaxşıdır.
GUAM-ı zibilliyə atın, KTM və EvrAzES-ə daxil olun. Belə olarsa, Rusiyanın dəstəyini görəjəksiniz. Nətijədə isə Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişəjək. Bizdə hər şey sadədir: bizə nejə yanaşılırsa, biz də eyni şəkildə javab veririk. Əlbəttə, biz Azərbayjanda rus dilinin populyarlığını, rus ijmasının sıxışdırılmamasını qiymətləndiririk. Lakin başa düşün, sizə ABŞ-dakı erməni diasporunu sındırmaq heç vaxt nəsib olmayajaq. Digər tərəfdən, Vaşinqton Xəzər neftində maraqlıdır və bu səbəbdən də sizə heç vaxt pis münasibət bəsləməyəjək. Bakıda Vaşinqtonla münasibətlərdə azadlıqdır. Siz onlara rəisə olduğu kimi, aşağıdan-yuxarı baxmağa öyrəşmisiniz.
- Nejə hesab edirsiniz, Dağlıq Qarabağ münaqişəsi nejə həll olunajaq?
- Düşünürəm ki, burada iki variant mümkündür. Birinjisi, əgər Azərbayjan Gürjüstan və Moldova ilə ittifaq bağlayaraq öz münaqişəsini Abxaziya, Jənubi Osetiya və Dnestryanı problemlərlə eyniləşdirərsə, Rusiya tanınmamış respublikaların müstəqilliyini tanıyajaq. Moskvanın ardınja isə eyni addımı Belarus, Venesuela, Boliviya, Anqola və digər dövlətlər də atajaq. İkinji variant: əgər münaqişənin "donu açılmasa", Azərbayjan iqtisadi jəhətdən güjlənərək, 10 ildən sonra Yerevandan xeyli qüdrətli olajaq və problemi dinj yolla çözə biləjək.
MƏSLƏHƏT GÖR: