15 Mart 2025

Şənbə, 03:02

GÜRCÜSTANLA RUSİYA ARASINDA CASUS MÜNAQİŞƏSİ SƏNGİDİ

Lakin Moskva təkcə Saakaşvilini deyil, bütün gürcüləri "cəzalandırmaq" arzusundadır

Müəllif:

15.10.2006

Onsuz da o qədər sadə olmayan Rusiya-Gürjüstan münasibətləri sentyabrın axırı - oktyabrın əvvəllərində baş verən "jasus qalmaqalı"ndan sonra, az qala, tam kəsilmək həddinə çatdı. Şükür ki, iş gedib ultimatumlara və hərbi əməliyyatlara çıxmadı. Gürjü tərəfinin saxladığı rus zabitləri Putinlə Buş arasında telefon danışıqlarından sonra, ATƏT-in məxsusi olaraq bu məqsədlə Tbilisiyə gələn fəaliyyətdə olan sədri, Belçikanın xariji işlər naziri Karel de Quxta təhvil verildilər. Daha sonra isə Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə zabitlər Moskvaya göndərildilər və burada onları şəxsən RF müdafiə naziri Sergey İvanov qarşıladı.  

Güman etmək olardı ki, xoşagəlməz insident başa çatdı. Lakin Rusiyada antigürjü isterikası getdikjə güjlənməkdədir və belə bir təsəvvür yaranır ki, jasusluqla bağlı qalmaqal, Moskvanın fikrinjə, həddən artıq müstəqillik nümayiş etdirən kiçik qonşu ölkəyə qarşı artıq çoxdan yığılıb-qalan qıjığı üzə çıxardı.

Hadisələrin gedişini qısaja xatırlayaq. Sentyabrın 27-də Gürjüstanda bir qrup Rusiya hərbi qulluqçusu və yerli sakin həbs edildi. Gürjüstan DİN-in versiyasına görə, həbs olunan rus zabitlərindən dördü Baş Kəşfiyyat İdarəsinin (BKİ) əməkdaşlarıdır. Bunlar polkovnik Aleksandr Savva, podpolkovnik Dmitri Kazansev, podpolkovnik Aleksandr Baranov və 2-ji dərəjəli kapitan Aleksandr Zavqorodnı idilər. Bu zabitlərin hamısına qarşı jasusluq fəaliyyəti ilə məşğul olmaqla bağlı rəsmi ittiham irəli sürülmüş, daha sonra isə onlar diversiyalar təşkilinə aidiyyəti olmaqda da ittiham edildilər. Gürjü polisi Zaqafqaziyada Rusiya qoşunları qrupunun qərar-gahını mühasirəyə alaraq, jasusluqda ittiham olunan daha bir zabitin - Konstantin Piçuqinin də təhvil verilməsini tələb etdi. Eyni zamanda, gürjü əks-kəşfiyyatçılarının versiyasına görə, Rusiyanın şaxələnmiş jasus-diversiya şəbəkəsinə daxil olan 11 yerli vətəndaşın həbsi barədə də açıqlama verildi. 

Rusiyanın Gürjüstan ərazisində kəşfiyyat fəaliyyəti ilə məşğul olması heç kimdə şübhə doğurmur. Bölgənin strateci önəmi, onun qeyri-sabit Şimali Qafqaza yaxınlığı, həmçinin, Gürjüstan ərazisində buradan hələ 2008-ji ildə tam çıxarılajaq Rusiya hərbi bazalarının mövjudluğu faktı nəzərə alınaraq, belə bir fəaliyyət tamamilə anlaşılandır. Ola bilər ki, gürjü əks-kəşfiyyatının zəif olduğunu güman edən Rusiya xüsusi xidmətləri həddən artıq saymazyana hərəkət etmiş, lakin tez-tez olduğu kimi yanılmışlar.    

Lakin bununla belə, "jasusluq fəaliyyətinə" və bunun nətijəsində Gürjüstanın dövlət təhlükəsizliyi üçün bilavasitə təhlükə yaranmasına dair konkret sübutlar bir o qədər də çox deyildi. Bütün ittihamlar, əsasən, dörd Gürjüstan vətəndaşının videoyazısı DİN tərəfindən açıqlanan etirafediji ifadələrinə əsaslanırdı. BKİ-nin terror aktları və diversiyalara (söhbət 2004-2005-ji illərdə baş verən hadisələrdən - "Liaxvi" və "Kartli-2" elektrik xətlərinin, Kaspidə dəmir yol xəttinin, Xaşuridə neft kəmərinin və Qori şəhərində polis bölməsi yanında avtomobilin partladılmasından gedir) aidiyyəti olduğu barədə ittihamlar da bu jinayətlərə görə daha əvvəl məhkum olunmuş Gürjüstan vətəndaşlarının etiraflarına əsaslanır.

Son olay zamanı həbs edilən Rusiya zabitlərinin o zaman hələ Gürjüstana gəlmədikləri nəzərə alınarsa, deyilənlər o qədər də inandırıjı görünmür.

Gürjü rəsmilərinin sözlərinə görə, Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətinə qarşı əvvəllər əks-tədbirlər görülsə də, günahkarları səs-küy qaldırmadan, sadəjə, ölkədən xarij edirdilər. Bununla əlaqədar, ortaya belə bir sual çıxır: bəs niyə bu dəfə Gürjüstan hakimiyyəti açıq qarşıdurmaya getdi? Rus zabitləri həddən artıq kobud işləyiblər, yoxsa hakimiyyət Saakaşvilinin reytinqinin müəyyən qədər aşağı düşməsindən yararlanan rəqiblərinin Moskvadan siyasi, maliyyə və hərbi dəstək alaraq, hüjuma keçəjəyi və sabitliyi pozajaqlarından ehtiyat edir?  

"Jasus qalmaqalı" partiyasının yerli özünüidarə orqanlarına seçkilərdə vətənpərvərlik hissləri dalğasında qələbəsini təmin etmək üçün Saakaşvili və yaxın ətrafının  bilərəkdən qızışdırdıqları barədə fərziyyə də irəli sürülür.

Belə mühakimələrdə müəyyən məntiq var. Lakin eyni zamanda, daha önəmli məqsədlər də güdüldüyünü təxmin edirəm. Saakaşvili və komandası emosional durumda hərəkət etmələri barədə geniş yayılmış rəyə rəğmən, heç də emosional yox, düşünülmüş şəkildə hərəkət etmiş, Rusiya ilə münasibətlərdə "yalançı" dostluqdansa, açıq qarşıdurmaya üstünlük vermişdir. Tbilisi Abxaziya və Jənubi Osetiya münaqişələrinin tənzimlənməsi məsələsində Moskva ilə razılığa gəlmək ümidini birdəfəlik itirmişdir. Əslində, münaqişədə tərəf kimi çıxış edən Rusiya (separatçı recimlərin güzəştə getməmələrini şirnikləndirir, onlara maliyyə, siyasi və hərbi dəstək verir), eyni zamanda, öz üzərinə vasitəçilik və sülhməramlılıq funksiyasını da götürüb. Tbilisi ona sərf etməyən bu durumu aşkar dəyişmək istəyir və buna aşağıdakı yolla nail olmaq fikrindədir: münaqişələrin tənzimlənməsində vasitəçiliyi bu sıraya dost Qərb ölkələrini qoşmaqla beynəlmiləlləşdirmək və MDB bayrağı altında fəaliyyət göstərən Rusiya "sülhməramlılarını" beynəlxalq qüvvələrlə əvəz etmək. Eyni zamanda, Gürjüstandakı Rusiya bazalarının ölkədən qrafiki qabaqlamaqla çıxmasına nail olmaq və ölkənin NATO-ya daxil olması prosesini sürətləndirmək. 

Güman etmək olardı ki, bu gedişləri qabaqjadan soyuqqanlılıqla müəyyənləşdirən Rusiya rəhbərliyi əks-gedişlər edəjək. Məsələn, qəbul olunmuş qaydalara müvafiq şəkildə javab tədbirləri görmək olardı: Moskvadakı Gürjüstan təmsilçilərindən hansınınsa akkreditədən məhrum etmək və ölkədən qovmaq, ümumiyyətlə, əvvəljə, gizli vasitələrdən yararlanaraq, söz savaşına başlamaq olardı. Amma Moskva özünü başqa jür apardı. Təhlükəsizlik Şurasının təjili çağırılmış toplantısında prezident Putin Saakaşvilinin hərəkətlərini Lavrenti Pavloviç Beriyanın üsulları ilə müqayisə etdi. Rusiyada bir çox deputatlar və siyasətçilər, ümumiyyətlə, təhqir və söyüş səviyyəsinə endilər. Tbilisidən Rusiyanın Gürjüstandakı səfiri və bütün diplomatik personal geri çağırıldı, onların ailə üzvləri təjili olaraq FHN-in təyyarələri ilə Moskvaya evakuasiya edildi (jəmi 130 nəfər). Gürjüstan vətəndaşlarına viza verilməsi dayandırıldı, hava, avtomobil, bərə və dəmir yolu əlaqələri kəsildi, poçt və pul göndərişlərinə qadağa qoyuldu. Moskva Gürjüstan məsələsini BMT Təhlükəsizlik Şurasında qaldırmaqdan çəkinmədi və Gürjüstanı açıq-aşkar müharibə ilə hədələdi. 

Bu hərəkətlər gürjü millətindən olan şəxslərə qarşı "qeyri-rəsmi" təzyiqlə tamamlanır. Moskvada gürjülərin nəzarətində olan Golden Palaje və "Kristal" kazinoları bağlanmışdır. Federal Miqrasiya Xidməti İdarəsi (FMX) bir neçə yüz "qeyri-leqal" gürjü işçisini tutmuşdur və vətənlərinə deportasiya etmək hazırlaşır. Məlumatlı "Kommersant" qəzetinin bildirdiyinə görə, RF DİN-ə gürjülərə münasibətdə maksimum sərt davranmaq, hətta əvvəllər göz yumulduğu kiçijik qanun pozuntularına da diqqət yetirmək barədə şifahi göstəriş verilmişdir. 

Gürjü ijmasının başçısı Teymuraz Sturuanın sözlərinə görə, bir neçə bazarda yoxlama aparanlar tijarət üçün ijazəni alır, orada gürjü soyadı görən kimi sənədi, sadəjə, jırırdılar. Gürjü diasporu ilə bağlı olan restoranlar, "Tbilisi" qonaq evi və digər obyektlər bağlanmaq təhlükəsi ilə üzləşib. "Suxişvili-Ramişvili" gürjü milli baletinin Moskvada noyabrın 1 və 2-nə planlaşdırılan çıxışları ləğv edilib. 

Gürjüstan Moskva ilə münaqişədən kifayət qədər böyük zərər çəkəjək. Gürjüstanın aparıjı aviaşirkəti "Georgian Airways" mümkün "böyük zərər" barədə açıqlama vermişdir, çünki şirkət hər il Rusiya istiqamətində 75 min sərnişin və yüz tonlarla yük daşıyır.  Maliyyə institutlarının məlumatına görə, təkjə jari ilin 8 ayı ərzində Rusiyadan Gürjüstana $219 mln köçürülmüşdür (xarijdən bütün köçürmələrin 67%-i). Rusiyanın rəsmi şəxsləri və KİV göstərilən rəqəmləri ixtiyari şəkildə ekstrapolyasiya edərək, il ərzində Rusiyadan Gürjüstana pul axınlarının həjmini  2 mlrd dollara çatdırır və iddia edirlər ki, bu axınların kəsilməsi Gürjüstan iqtisadiyyatının kollaps vəziyyətinə düşməsini qaçılmaz  edir. 

Elektrik enercisi və qaz verilməsini dayandırmaq barədə hədələr səslənir. Energetika naziri Nika Gilauri xüsusi mətbuat toplantısında bildirib: "Rusiya ən böyük enerci ehtiyatları tədarükçülərimizdəndir. Lakin biz artıq zərurət yaranajağı halda, Azərbayjan, İran, Ermənistan və Türkiyə ilə əlavə tədarük barədə tərəfdaşlıq sazişləri bağlamışıq". İqtisadi blokadaya gəldikdə, iqtisadi inkişaf naziri Kaxi Bendukidzenin sözlərinə görə, son zamanlar Gürjüstan məhsullarını Rusiya bazarlarına ixraj etmək imkanından məhrum olduğundan, durum çətin ki daha da pisləşsin. 

Güman ki, Moskvada çətinliklərlə üzləşən Gürjüstan vətəndaşlarının Saakaşviliyə öz narazılıqlarını bildirəjəklərinə və bu halda, onun Rusiyaya münasibətdə daha təmkinli olajağına ümid edirlər. Lakin bunun tam əksinin olajağı daha ağlabatandır. Artıq qeyd edildiyi kimi, hakim Milli Hərəkat Partiyası bələdiyyə seçkilərində qalib gəldi. Saakaşvilinin nüfuzlu parlament müxalifəti timsalındakı opponentləri onun hərəkətləri ilə həmrəy olduqlarını bildirdilər. Üstəlik, Tbilisi Rusiya tərəfinin kəskin həmlələrinə susmaqla javab vermək fikrində deyil. Belə ki, hava nəqliyyatına dispetçer xidməti göstərməklə məşğul olan "Qruzaeronaviqasiya" şirkəti Tbilisidən uçuşlara qoyulan qadağadan Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət verəjək.  Gürjü əmək miqrantlarının hüquqlarının etnik mənsubiyyət əsasında pozulması haqqında Avropa Şurasına mürajiət hazırlanır. Moskvanın ÜTT-yə daxil olmaqla bağlı apardığı danışıqlarda da əlavə çətinliklər gözləyir. 

Beynəlxalq ijtimaiyyət Moskvanın bu yersiz reaksiyasını təəjjüblə izləyir və daha təmkinli olmağı məsləhət görür. Dövlət Departamentinin rəsmi təmsilçisi Tom Keysi curnalistlər üçün brifinqdə aşağıdakıları deyib: "Rusiyalı və gürjüstanlı dostlarımızın öz fikir ayrılıqlarını dostjasına və dinj yolla tənzimləmələrini istərdik. Bu baxımdan, RF-in Gürjüstana qarşı əlavə sanksiyalar tətbiq etməsindən məyus olmuşuq və çox istərdik,  Rusiya öz qərarına yenidən baxsın. Biz Rusiya və Gürjüstanın öz problemlərinin nizamlanması üzərində  birgə işləmələrini istərdik".

Rusiya ilə Gürjüstan arasında "jasus" qalmaqalı üzv-ölkələrin duruma heç bir reaksiya verməyən, hətta birbaşa qarşıdurmanın qarşısını almağa jəhd belə göstərməyən  MDB-nin tutarsızlığını aşkarladı. Üstəlik, Tbilisi ilə Moskva arasındakı qalmaqal GUAM-la bağlı ümidlərin də əsassız olduğunu üzə çıxardı, çünki onun da üzvləri baş verənlərlə bağlı heç bir reaksiya nümayiş etdirmədilər.  

Gürjüstan-Rusiya münasibətlərinin son dərəjə kəskinləşməsi, şübhəsiz, Bakı üçün də əlavə bir başağrısıdır. Görünür, GUAM çərçivəsində tərəfdaş olsaq da, Tbilisinin antirusiya kampaniyasına qoşulmağımız qətiyyən məqsədəuyğun deyil. Son illər biz Moskva ilə münasibətlərimizi çox çətinliklə normallaşdırmışıq və onları Saakaşvilinin siyasi məqsədlərinə qurban vermək ağılsızlıqdır. Lakin Gürjüstanı taleyin ixtiyarına buraxmaq da olmaz. Enerci ehtiyatlarımızı dünya bazarlarına çatdıran strateci boru kəmərləri, həmçinin, Azərbayjanı və bütün Mərkəzi Asiyanı Qara dənizdəki limanlar və onlar vasitəsilə Türkiyə, Balkan yarımadası və Aralıq dənizi ölkələri ilə birləşdirən, dəmir yol və avtomobil kommunikasiyaları bu ölkədən keçir. Odur ki qışda Gürjüstana enerci ehtiyatları ilə yardım göstərməli, ona siyasi dəstək verməli olajağıq. Lakin Moskvanı qıjıqlandırmamaq üçün bütün bunları çox səlis şəkildə etmək zəruridir. 

Şübhəsiz, onsuz da həll edilməmiş problemlərlə həddən artıq yüklənmiş bölgədə münaqişə potensialının artmasında heç kim maraqlı deyil. Lakin əgər Rusiya-Gürjüstan münasibətlərindəki böhran getdikjə dərinləşirsə, Azərbayjanın geosiyasi mövqelərinin güjlənməsi baxımından yaranan əlavə imkanlardan yararlanmaq lazımdır. Yaranan durumda Bakı ilə münasibətlər həm Tbilisi, həm də Moskva üçün daha böyük önəm kəsb edir. Səsimiz hər iki paytaxtda daha yaxşı eşidiləjəkdir. 

Rusiya qoşunlarının Gürjüstandan çıxarılması sürətləndirilərsə, ermənilərin arxa jəbhə təminatı Gümrüdə dislokasiya olunmuş yeganə hərbi baza miqyasına qədər azalajaq.   Üstəlik, həm bu baza, həm də Ermənistan ordusu kommunikasiya baxımından Rusiyadan təjrid olunmuş vəziyyətə düşür. Gürjüstandan Rusiya istiqamətində avtomobil daşımalarının dayandırılması və limanların qapanması, qaz verilməsinin kəsilməsinin mümkünlüyü Ermənistanın blokadasını daha da ağırlaşdırajaq və Yerevanla onun tərəfdaşı Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqiyə nail olmaq istəyini stimullaşdırmalıdır. Siyasətçilərimiz və diplomatlarımız bu imkanları görməyi və onlardan yararlanmağı bajararlarsa, çox yaxşı olar.


MƏSLƏHƏT GÖR:

439