Müəllif: İnna SOLTANOVA Bakı
Hər bir xalq üçün kökləri əsrlərin dərinliklərinə gedib-çıxan müəyyən ənənələr xasdır. Təbii ki, zaman keçdikjə, müəyyən ənənələr aktuallığını itirərək itib-gedir, digərləri isə əksinə, millətin özünəməxsus rəmzinə çevrilir, onun özəlliyini vurğulayır.
Nikah mərasimi ilə bağlı olan çoxsaylı qədim ayinlər mövjuddur ki, bir çoxları üçün onlar ailə quran gənjlərin həyatında yeni mərhələ ilə bağlı şən, fərəhli hadisələrlə səsləşir.
Lakin belə işıqlı mərasimlərlə yanaşı, ziddiyyətli hisslər və emosiyalar doğuran adətlər də var. Qafqaz xalqlarında ən qədim zamanlardan mövjud olan qız qaçırmaq adəti də, şübhəsiz, belələrinə aid edilə bilər.
Sücet xəttinin əsasını məhz bu adətin təşkil etdiyi, hamımızın dəfələrlə sevə-sevə baxdığımız "Qafqaz əsiri" filmini xatırlamaq kifayətdir. Komediya canrının tələblərinə uyğun olaraq, bu filmdə hər şey xoşbəxt sonluqla nətijələnir: oğurlanan qız yaşlı adaxlının arvadı olmaqdan qurtulur və əsl sevgi ilə rastlaşır. Lakin real həyatda belə hadisələr heç də həmişə xoş sonluqla bitmir.
Azərbayjanda da qızların qaçırılmasına tez-tez rast gəlinir. Hərçənd, hazırda belə hadisələr kütləvi hal daşımır. Lakin bu məsələ, nəhayət ki, yerli qanunverijiləri də düşündürüb və deputatlar buna son qoymaq üçün tədbir görmək qərarına gəliblər. Bundan sonra demək olar ki, bütün Qafqaz xalqlarının, o jümlədən də Azərbayjan xalqının çoxəsrlik adəti olan qız qaçırılması ölkəmizdə qanunla jəzalandırılajaq. Qanunda deyilir ki, qız öz razılığı ilə qaçırılsa belə, valideynləri polisə mürajiət etdikdə onu qaçıran 10 ilə qədər həbs jəzasına məruz qala bilər.
Deputatların fikrinjə, nigah bağlanması sivil yolla baş verməli, qızın qaçırılması isə insan oğurluğuna bərabər tutulmalıdır. Hüquq siyasəti və dövlət qurujuluğu daimi parlament komissiyasının sədri Əli Hüseynovun verdiyi məlumata görə, bu, beynəlxalq qurumların da əsas tövsiyələrindəndir.
Puç olmuş xəyallar
Məktəbi fərqlənmə ilə bitirən 17 yaşlı Səadətin yeganə arzusu Tibb Universitetinə qəbul olunmaq və sonra həkim olmaq idi. Bütün tədris ili ərzində o, pedaqoqlarla yorulmadan məşğul olurdu və həya-tı artıq adi hal almış məktəb-ev sxemi üzrə jərəyan edirdi. O, qonşuluqda yaşayan 27 yaşlı sürüjü Həsənin çoxdan ona "gözü düşdüyünü" də hiss etmirdi. Həsən bir neçə dəfə qıza yaxınlaşıb söhbət etmək istəsə də, bütün jəhdləri puça çıxmışdı. Niyyətinin nə dərəjədə jiddi olduğunu göstərmək üçün Həsən, hətta Səadətin valideynlərinin yanına da getsə və qızı ona ərə vermələrini xahiş etsə də, valideynlər qızın hələ çox gənj olduğunu, ailə qurana qədər ali təhsil almaq istədiyini deyərək, buna qəti etiraz etmişdilər.
Rədd javabı alan Həsən başqa plan qurmağa başladı. Maşını var idi və ona yalnız dəstək üçün "insan amili" lazım idi. Bu mənfur planını gerçəkləşdirmək üçün Həsən dostlarından kömək istədi.
Axşam müəllimin yanından qayıdan Səadətin yanında dayanan maşından bir neçə javan oğlan çıxdı. Onlar Səadəti zorla maşına mindirərək, onun qışqırıqlarına baxmayaraq, naməlum istiqamətə apardılar. Onu gətirdikləri mənzilin qapısında Həsən qarşıladı…
Qız ağlasa, onu evlərinə buraxmağı xahiş etsə, yalvarsa da, "Romeo"nun fikri qəti idi. Həsən Səadətə bildirdi ki, onun arvadı olmağa razılıq verməkdən başqa çarəsi yoxdur. Əks halda, onu qohumlar, qonşular arasında biabır edəjək. Həsən razılıq verməyənə qədər onu evdən bayıra buraxmayajağını da bildirdi. Beləjə, 2 gün keçdi. Az qala, dəli olan valideynlər isə bütün bu müddət ərzində yeganə qızlarını axtarır, ağıllarına bir-birindən dəhşətli fikirlər gəlirdi.
Hadisədən 3 gün keçəndən sonra isə övladlarını artıq sağ görmək ümidini itirən valideynlər qapıda Həsəni gördülər. Həsən Səadətin sağ-salamat olduğunu və artıq şəriət qanunlarına görə, onun qanuni arvadı olduğunu bildirdi. Şok vəziyyətinə düşən valideynlərin ilk reaksiyası bu üzdəniraq "kürəkəni" jəzalandırmaq üçün hüquq-mühafizə orqanlarına mürajiət etmək istəyi olsa da, bir qədər düşündükdən sonra bunun ailə üçün əsl biabırçılıq olajağını düşünərək, bu fikirdən daşındılar və faktla barışdılar….
Səadətin taleyi heç də arzuladığı şəkildə olmadı. Həsən evdə oturmasında israrlı olduğundan, ali təhsil almaq arzusu ilə vidalaşmaq lazım gəldi. İndi onun iki övladı var və əsasən, ailə qayğıları ilə məşğuldur. Səadət artıq taleyi ilə barışsa da, bu heç də onun həqiqi xoşbəxtliyə qovuşması demək deyil. Qız hər şeyi tamamilə başqa jür təsəvvür edirdi…
Xoşbəxtliyə aparan tikanlı yollar
Lakin qədim adətimiz olan qız qaçırmaq heç də həmişə zorakılıq aktı demək deyil. Bəzən bu, bir-birini sevən insanların qovuşması üçün yeganə vasitəyə çevrilir.
Nərminə ilə Samir universitetdə oxuyarkən tanış olmuşdular. Aralarında dərhal ünsiyyət yaranmış, bir-birlərini görmədən birjə gün də olsun, yaşaya bilməyən iki gənj arasında dərin məhəbbət yaranmışdır. Nərminə valideynlərinə ömür yoldaşına rast gəldiyini desə də, oğlanın aztəminatlı ailədən olması onları o qədər də açmamışdı. Bu nikahın əleyhinə sürülən dəlillərdən biri də Samirin onların yeganə qızları üçün layiqli toy edə bilmədiyi bir halda, onun ailə həyatını da təmin etməyə qadir olmaması idi. Üstəlik, Nərminənin valideynləri artıq onun üçün öz dostları arasından ərliyə namizəd də tapmışdılar. 35 yaşlı namizədin parlaq diplomatik karyerası, xarijə işləməyə getmək imkanı, yaxşı maddi təminatı var idi. Nərminənin valideynlərinin gözündə bütün bunlar qızı ona ərə vermək üçün kifayət qədər sanballı əsas idi. Valideynləri inandırmağın mümkünsüzlüyünə əmin olan Nərminə Samirlə birlikdə onların birgə xoşbəxt həyat qurmaları üçün yeganə imkanının qeyri-adi addım atmaq qərarına gəldi: bir dəfə Nərminə dərsdən, sadəjə, evə qayıtmadı. Valideynləri onun rəfiqələrinə zəng etməyə, nə baş verdiyini öyrənməyə çalışmağa başladılar. Bir müddət sonra isə Nərminə özü evə zəng vuraraq, Samirin onu qaçırdığını və indi ər-arvad olduqlarını bildirdi.
İndi hər şey yaxşıdır. Təbii ki, əvvəljə valideynləri kürəkənləri ilə qızlarını görmək belə istəmirdilər. Lakin sonra hər şey yerini aldı. Samir yaxşı iş tapdı, Nərminə də sevdiyi işlə məşğuldur. Bir oğulları böyüməkdədir. Valideynlər isə yalnız indi - 4 il keçəndən sonra başa düşürlər ki, məhz vaxtilə Samirin Nərminəni onun öz razılığı ilə "qaçırması" qızlarını bədbəxt olmaqdan xilas edib.
Bir medalın iki üzü
Bəziləri qız qaçırmaq adətinin İslam dini ənənələri ilə birbaşa bağlı olduğunu güman etsələr də, bu, yanlış fikirdir. Qafqaz Müsəlmanları İdarəsində bizə bildirdilər ki, İslam qızların zor güjünə qaçırılmasına son dərəjə mənfi yanaşır. Gəlin razı olmadığı halda, mollanın kəbin kəsmək hüququ yoxdur. Eyni fikri Təzəpir məsjidinin axundu Hajı Faiz də söylədi. Onun sözlərinə görə, qız qaçırmaq adətində pis heç nə yoxdur. Bir şərtlə ki bu barədə qərarı hər iki tərəf birlikdə qəbul etmiş olsun. Kəbinə gəldikdə, İslam qanunlarına görə, qızın razılığından savayı, bunun üçün onun atasının da razılığı zəruridir. Əks halda, kəbin kəsilmir.
Hüquqşünas Ramiz Həsənovun sözlərinə görə, əvvəllər də Azərbayjan qanunverijiliyində qızoğurluğu ilə bağlı maddə var idi və belə jinayət 3 ilə qədər həbs jəzası ilə jəzalandırılırdı. Lakin sovet dövründə xalqın mentaliteti nəzərə alınırdı. İndi isə qızqaçırılması insanoğurluğuna bərabər tutulur və buna görə 3 ildən 10 ilə qədər həbs jəzası almaq olar. Hətta qızın razılığı olduğu hallarda da onun valideynləri polisə mürajiət etməməlidirlər, çünki yalnız bu halda kürəkəni məsuliyyətə jəlb etməyəjəklər.
"Saf dünya" ijtimai təşkilatının sədri Mehriban Zeynalova qeyd etdi ki, məsələ heç də tamamilə bu jür deyil. Qızın valideynləri polisə mürajiət etdikləri halda, oğlana qarşı jinayət işi açıla bilər. M.Zeynalova aydınlaşdırdı ki, qızqaçırılmasını heç də həmişə insanoğurluğuna bərabər tutmaq olmaz, çünki əksər hallarda, qaçırılma sırf rəmzi səjiyyə daşıyır və valideynlər nikahın əleyhinə olduğu hallarda qızın öz razılığı ilə baş verir. İnsanoğurluğu isə tamamilə başqa məqsədlərə əsaslanır. M.Zeynalova deyir: "Məsələn, insanları onların orqanlarını satmaq, seksual istismara məruz qoymaq, kölə kimi işlətmək məqsədilə oğurlayırlar. Jinayət Məjəlləsinin müvafiq maddəsinə birinji anlayışla ikinji arasında hədd qoyan bəndlər daxil etmək zəruridir".
Müsahibimizin sözlərinə görə, Azərbayjanda evlənmək məqsədilə nə qədər qız oğurlanması barədə statistika yoxdur. Qaçırılma hallarına ölkənin qərb bölgələrində - Qazax və Tovuzda daha çox rast gəlinir. Lakin müsahibimiz son zaman qızların qaçırılmasına kifayət qədər az-az rast gəlindiyini də qeyd etdi.
Hər bir hadisə çoxjəhətli və çoxmüstəvilidir. Qız qaçırmaq adətini də birmənalı şərh etmək olmaz. Əgər qaçırma qızın razılığı ilə baş verirsə, bunu insanoğurluğu yox, sevgililərin müəyyən həyati şəraitin təhrik etdiyi məjburi tədbirdir. Zorla qaçırılmaya gəldikdə, bu artıq jinayət əməlidir.
Zorla xoşa gəlmək mümkün deyil. Odur ki bu yolla heç vaxt xoşbəxtlik və ailə səadəti əldə etmək olmaz.
MƏSLƏHƏT GÖR: