
MƏNA, YARADICILIQ, HƏYAT
Bakıda ı beynəlxalq rus kitabı festivalı keçirilib
Müəllif: Eldar HÜSEYNOV Bakı
Bu hadisəni çoxdan gözlədiyimizdəndir ki, Azərbayjanda Rusiya ili çərçivəsində keçirilən I beynəlxalq rus kitabı festivalının açılış mərasiminə bu qədər adam toplaşmışdı. Sanki iştirak etmək istəyənlərin hamısı təntənəli açılışın keçirildiyi Əl oyunları sarayına yerləşməyəjəkdi. Bakıya xeyli qonaq gəlmişdi. Tədbirin təşkilatçıları - Rusiyanın Mədəniyyət və Kinematoqrafiya Agentliyi, "İTAR-TASS" İnformasiya Agentliyi və Azərbayjan Mədəniyyət və Turizm Nazirliyinin qeyd etdiyi kimi, rus ədəbiyyatının pərəstişkarlarına yaxşı tanıdığımız və sevdiyimiz çoxlu məşhur ədib qonaq gəlmişdi. Kitab bayramında iştirak etmək üçün Bakıya 130 nəfərlik nüfuzlu nümayəndə heyəti təşrif buyurmuşdu.
Kitablar - göydəki ulduzlara bənzəyir
Kitabın məna, mənanın da öz növbəsində, həyat doğurduğunu söyləyən Rolan Bart həqiqətən də haqlıdır. Bu kəlam və rus ədəbiyyatına, rus kitabına son zamanlar Azərbayjanda az-az rast gəlinən sevgi artıq başa çatmış festivalın devizi ola bilərdi. Əlbəttə, kitab mağazalarında həmişə rus şair və yazıçılarının yeni əsərlərini ala bilirik, lakin bunlar Rusiyadakı çoxsaylı nəşriyyatlar və çap evlərinin məhsullarının kiçik bir hissəsidir. Odur ki festivalın keçirilməsi Azərbayjan oxujularını kitab dünyasının yenilikləri ilə tanış etmək və bu gözəl əsərlərin müəllifləri ilə əyani şəkildə görüşdürmək üçün yaxşı fürsət oldu.
Bu tədbirin məhz Bakıda keçirilməsi də əlamətdar faktdır. Bunu Rusiya Federasiyasının Azərbayjandakı səfiri Vasili İstratov da qeyd etdi: "Belə bir tədbirin Bakıda - rus kitabının qiymətləndirildiyi və önəmli rol oynadığı şəhərdə keçirildiyinə çox şadam". Bəli, bu həmişə belə olub, belədir və belə də olajaqdır. Lakin onu da əlavə etməyinə dəyər ki, uzun illər ərzində məhz kitab mədəniyyətin zamanın təsirinə məruz qalmayan, mədəniyyətin həmişə özündə dəyərli bir müəmmanı ehtiva edən ən qiymətli hədiyyə olaraq qalmaqdadır. Deməli, festivalın özü də böyük mənəvi əhəmiyyətə malikdir və bu, məşhur yazıçı Çingiz Aytmatovun çıxışında vurğulandı: "Festivalın böyük mənəvi önəmi var və bütün bunlar ona dəlalət edir ki, əvvəllər olduğu kimi, indi də kitab insan həyatında möhtəşəm əhəmiyyətə malikdir. Əgər yer üzündəki bütün kitabları bir yerə toplasaq, onların çayı göydəki ulduzlar qədər olajaqdır. Rus kitabı, rus mədəniyyəti dünya mədəniyyətinə möhtəşəm töhfələr bəxş etmişdir".
Bu tədbirin beynəlxalq statusuna gəldikdə, o özünü həqiqətən doğruldur; axı onun işində təkjə rus ədəbiyyatı nümayəndələri deyil, başqa ölkələrdə yaşasalar da, rus dilində yazan və çap olunan müəlliflər də iştirak edirdilər. Bunlar Rusiya, Finlandiya, İspaniya, Yunanıstan, İsrail, Özbəkitsan, Litva və bir sıra başqa ölkələrdən olan qonaqlardır. Odur ki festival nəhəng bir ərazini ehtiva etmişdir.
Azərbayjan Prezidenti İlham Əliyevin festival iştirakçılarına təbrikində deyilirdi: "Azərbayjanla Rusiyanın əməkdaşlığının bariz nümunəsi Bakıda beynəlxalq rus kitabı festivalının keçirilməsidir". Azərbayjan prezidenti festival günlərinin Azərbayjanla Rusiya arasında əməkdaşlığın digər humanitar təşəbbüslərində də layiqli davamını tapajağına əmin olduğunu bildirdi. Rusiya Prezidenti Vladimir Putinin festival iştirakçılarına məktubunda isə deyilirdi: "Bu irimiqyaslı aksiya Azərbayjanda Rusiya Federasiyası ilinin ən önəmli hadisələrindəndir. Axı xalqlarımız arasında tarixən formalaşmış dostluq və inam ənənələrinin inkişafını dəstəkləyir, elm, təhsil və mədəniyyət sahələrində çoxçalarlı əlaqələrin inkişaf etdirilməsində, insanların sıx təmas qurmalarında önəmli rol oynayır. Sevindiriji haldır ki, Rusiya və digər ölkələrdən olan aparıjı yazıçı, şair və naşirlər Bakıda - rus ədəbiyyatına yaxşı bələd olan, müxtəlif dillər və dinlərə ehtiram və tolerantlıq atmosferini qoruyub-saxlamağa jan atılan bu şəhərdə toplaşajaqlar".
Klassiklərin minlərlə kitabı və poeziya gejəsi
Festival rus ədəbiyyatını sevən və ona pərəstiş edənlər üçün əsl bayram oldu. Artıq rəsmi hissədən sonra Əl oyunları stadionunun zalında böyük kitab yarmarkası açıldı. Rus klassikləri və müasir ədiblərin minlərlə əsərinin təqdim edildiyi bu yarmarka kitabsevərlər üçün əsl hədiyyə oldu. Burada hər şey var idi: dərsliklərdən bədii canr ustalarının əsərlərinə qədər, sözlüklərdən ensiklopediyaları ələ götürən kimi insanı valeh edən unikal nəşrlərə qədər. Zəngin poliqrafiya, maraqlı məzmun və dizayn - bütün bunlar festivalda təqdim olunmuş kitabları fərqləndirən əlamətlər idi. Şübhəsiz, bütün məhsullar çoxlu sayda kitabsevərin buraya toplaşmasına səbəb olmuşdu. 110 Rusiya nəşriyyatının Azərbayjana hədiyyə verdiyi kitablardan 15 mini isə ölkəmizin ali təhsil müəssisələri və kitabxanalarında layiqli yerini tutajaqdır.
Lakin festival təkjə kitab yarmarkası keçirilməsi ilə məhdudlaşmadı. Poeziya gejəsi, Bakı Slavyan Universitetinin professor-müəllim heyəti ilə görüş və rus ədəbiyyatı məsələlərinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
Poeziya gejəsi festivalın açıldığı gün oldu və tədbirə bu canrın çoxlu pərəstişkarı toplaşdı. Poeziya ustaları şeirlərini oxuyur, dinləyijiləri öz yeni əsərləri ilə tanış edirdilər. Həm adlı-sanlı müəlliflər, həm də poeziyada öz yolunu yenijə tapsalar da, artıq oxujuların məhəbbətini qazananlar da çıxış edirdilər. Həmin gejədə haqlı olaraq qeyd olunduğu kimi, onun hər bir iştirakçısı özü-özlüyündə ayrıja bir bayramdır və bu tədbirdə çıxış edənlərin hər biri ayrıja proqram və fərdi yaradıjılıq gejəsi keçirilməsinə layiqdir. Təəssüf ki, bu, hələlik, alınmasa da, kim bilir, onun yaxın vaxtlarda gerçəkləşəjəyi də istisna deyil.
Öz kökünə gözəl bələd olmaqla yanaşı, rus dilinin də injəliklərini bilmələri Bakı tamaşaçılarına rus poeziysı ilə qüsursuz ifada tanış olmaq imkanı verdi. Həmin axşam zalda olan hər bir dinləyiji Puşkinə ithafdan başlamış, özəl injəliklərə malik, heç də hər adamın anlamadığı və dərk etmədiyi müasir poe-ziyaya qədər rus ədəbiyyatında özü üçün yeni olan nəsə tapdı. Elə həmin gejədə, düzgün qeyd olunduğu kimi, heç də poeziyanın özü və onun ifaçısı eyni dərəjədə qüsursuz olmur. Minnətdar pərəstişkarların alqışları şəklində olan effekt isə məhz bu iki amilin qovuşmasından doğur.
Kitab bayramının ikinji gününə gəldikdə, bu gün daha iki önəmli və maraqlı tədbirlə əlamətdar oldu - festivalın qonaqları Bakı Slavyan Universitetinə gedərək, orada professor-müəllim heyəti və tələbələrlə görüşmüşlər. Günün ikinji yarısında isə Atatürk Mərkəzində "Rus və Azərbayjan ədəbiyyatlarında dövrlərin əlaqəsi" mövzusunda "dəyirmi masa" keçirildi. Müəllim və tələbələrə oxujularımıza yaxşı tanış olan söz ustaları, şairlər, nasirlər qonaq gəlmişdilər. Universitetin ağzına qədər dolu olan akt zalı yazıçı Çingiz Aytmatov, şairlər Anna Səid Şah, Oleq Xlebnikov, Dmitri Bıkov, Vera Pavlova, Nikaraquadan olan şairə Alba Tores, Finlandiyadan Lüdmila Kol, Yunanıstandan Oleq Tsipenko, İsraildən David Markiş, Litvadan Yuri Kobrin və bir çox başqalarını, həmçinin, tənqidçi, tərjüməçi, Qorki adına Ədəbiyyat İnstitutunun keçmiş rektoru Yevgeni Sidorovun oxujularla müəlliflər arasında önəmli halqa adlandırdığı naşirləri gur alqışlarla qarşıladı. Azərbayjan və rus mədəniyyətləri arasında dostluğun çoxdan mövjud olduğunu vurğulayan Y.Sidorov qeyd etdi ki, "Biz Azərbayjan ədəbiyyatı və bütövlükdə, Azərbayjan mədəniyyətini Nizami dövründən başlayaraq dinləmiş, anlamış və sevmişik. Azərbayjan isə təkjə füsunkar diyar, neft və dəniz kimi deyil, Azərbayjan müəlliflərinin gözəl əsərlərində öz əksini tapmış musiqi sədaları, şeirlər, düşünjələr kimi də dərk edilirdi".
Görüşdə belə toplantı və festivalların müxtəlif ölkələrin ədiblərinin daha da yaxınlaşmasına yardımçı ola biləjəyi də vurğulandı.
Elə həmin gün Atatürk Mərkəzində keçirilən "dəyirmi masa" rus kitabı və ədəbiyyatı mövzusunun özünəməxsus davamı oldu. Bura toplananlar belə görüşlərin daha tez-tez keçirilməsinin zəruri olduğunu qeyd etdilər. Ədəbiyyat və kitab nəşri sahəsində bir çox zəruri məsələni birgə səylərlə həll etməyə imkan verdiyindən, bu görüşlər ənənəvi olmalıdır. Bura rusdilli müəlliflərin əsərlərinin Azərbayjanda çapı və yayılması məsələsini də daxil etmək olar, çünki hazırda onların çatışmazlığı aşkar duyulmaqdadır. Bütün bunlar ona gətirib çıxarır ki, hazırda oxujular, dövlət idarələri, ijtimai təşkilatlar, kitabxanalar, ali təhsil müəssisələri başqa ölkələrdən, o jümlədən, Rusiyadan jiddi ədəbiyyat almırlar.
Elə həmin məsələyə "dəyirmi masa"dan əvvəl Heydər Əliyev Fondunda onun başçısı, ölkənin birinji xanımı Mehriban Əliyeva ilə keçirilən görüşdə də danışıldı. Birinji xanımımız da diqqəti bu problemə yönəltdi, Bakıda həm rus müəlliflərinin, həm də başqa ölkələrdən olan ədiblərin kitablarını satmaq üçün kitab mağazaları şəbəkəsi açılması ideyasını dəstəklədi.
Rus kitabı festivalının davam etdiyi 2 gün ərzində qonaqlar ölkəmizin bəzi bölgələrinə səfərlər edərək, orada da bir sıra görüşlər keçirdilər. Kitab bayramı uğurlu alındı. İndi isə onun davamını, yəni ikinji festivalın keçirilməsini gözləmək, həm də belə tədbirlərin ənənəyə çevriləjəyinə ümid etmək qalır. Buna inanmaq istədiyimizdən, bayram davam edir…
MƏSLƏHƏT GÖR: