Müəllif: Səbirə Mustafayeva Bakı
"Superməlumatlı" olsaq da, özümüzə qarşı o qədər laqeydik ki, bəzən qloballaşma, inteqrasiya, kompüterləşmə və s. əsrində yaşadığımıza da inanmaq olmur. Müasir insan nələri bilmir? Genetik dəyişikliyə məruz qalmış qida, sağlam həyat tərzinin zəruriliyi, siqaret çəkməyin, spirtli içkilərin zərəri, özümüz-özümüzü əhatə etdiyimiz və onların yaradılması üçün külli miqdarda vəsait xərjlədiyimiz saysız-hesabsız mənfiliklər barədə qəzet məqalələri, radio və televiziya verilişləri artıq lap zəhləmizi töküb. Həkimlər "Çayı qaynar içmək olmaz", - desələr də, bir çoxları onu qaynar içməkdə davam edir, "narkotik maddələrdən istifadə etmək və onları yaymaq olmaz", - desələr də, insanlar buna riayət etmirlər. Yəni bəşəriyyət həqiqətən də özünü-məhvə məhkumdur? Həm də bu proses onun öz gözləri qarşısında jərəyan edir: "Düşünən insan" uçuruma doğru getdiyini anlasa da, hansısa bir qüvvə ona təhlükəsiz istiqamətə istiqamətlənməyə imkan vermir. Başağrısı və ürəkçatışmazlığından şikayətlənsək də, qurğuşun qatılmış benzin satışını davam etdirirk. Başımıza hər il havaya işlənmiş qazlarla qalxan bir tona yaxın tullantı tökülsə də, küçədə hava avtomobillərin işlənmiş qazları, səs-küy, tikinti meydançalardan qalxan tozladolu olduğundan, hər üç şəhər sakinindən biri, hətta yayda da nəfəsliyi qapalı saxlasa da, durumu azajıq da olsa, yaxşılaşdırmaq üçün heç təşəbbüs belə göstərmirik. Qərar qəbul edənlər isə bizə deyirlər: "Hər şey böyük vəsait tələb edir". Lakin bununla yanaşı, tikintiyə, bahalı avtomobillər və işlənmiş mikroavtobuslar alınmasına (halbuki təzə böyük avtobuslar almaq olardı - müəl.), ekoloci təmiz nəqliyyatın məhvinə (axı tramvay relslərini və trolleybus xətlərini aradan qaldırmaq üçün də vəsait lazım idi) sərf edilir. "Mənə nə ilə nəfəs aldığını de, ömrünün axırına nə qədər qaldığını söyləyim". İnsanları ayıltmağa çalışsaq, havanın çirklənməsini - heç vəjhlə qurtula bilmədiyimiz bu gerçəkliyi növbəti dəfə onlara xatırlatmaq istəsək, məşhur atalar sözünü məhz bu şəkildə dəyişdirmək olar.
Toz, qoxu, his
İndi artıq oktyabrdır, yayın boğuju istisi azajıq zəifləyib və nəfəs almaq bir qədər asanlaşıb. Lap bu yaxınlarda isə "isti+toz" sintezi havasızlığı daha da kəskinləşdirirdi. Lakin iqlimin dəyişməsi paytaxtda heç də, öz növbəsində, boğuju qoxu mənbəyinə çevrilən tozun və havanı çirkləndirən tullantıların azalmasına dəlalət etmir. Tez-tez Əzizbəyov dairəsi, "8-ji Kilometr" qəsəbəsi, Fəhlə prospektində nəfəs almaq olmur. Lakin naməlummənşəli qoxuların yayılmasından ən çox Qara Qarayev prospekti və ətraf rayonların sakinləri şikayətlənirlər. Bir çox hallarda, qoxu qalın hislə (tüstü buludu - müəl.) müşayiət olunur, sanki yaxınlıqda külli miqdarda zibil yandırılır. Məlumdur ki, bu rayon sənaye rayonudur. Burada neftayırma zavodu və başqa müəssisələr yerləşir. Lakin təəjjüblü olanı başqa şeydir: neftayırma zavodundan yanan zibil qoxusu gələ bilməz. Deməli, qoxunun mənbəyi başqadır. Bəs bu nədir? Çox güman ki, zibil emalı zavodu olmadığından, şəhər hakimiyyəti gejələr zibilxanaları yandırırlar. Bu fakt ijtimaiyyətdən hər vəjhlə gizlədilir. Müəssisələr də özlərinin tullantılarla bağlı "fəaliyyətlərini" açıqlamağı xoşlamır. Məlumdur ki, onların əksəriyyətində təmizləmə qurğuları tamamilə köhnəlib. Şəhərin, ölkənin havasını çirkləndirən bütün məlum mənbələri, ümumiləşdirsək, tam əminliklə iddia edə bilərik ki, müvafiq hakimiyyət orqanları ekoloci əmin-amanlığa nail olmaq üçün, demək olar, heç nə etmirlər. Halbuki müxtəlif istehsal sahələrinin havaya buraxdığı tullantılar hava axınları ilə kifayət qədər uzağa yayıla bilər. İri müəssisələrlə yanaşı, atmosferin çirklənməsində avtomobillər də "fəal" işirak edir, atmosferə dəm qazı, kükürd oksidləri, ftorhidrogen, his və s. buraxır.
İnkişaf etmiş ölkələrdəki bir çox şəhərlərdə hava hövzəsinin çirklənməsinə ekoloci monitorinq xidmətləri nəzarət edir. Havanın çirklənməsinin keyfiyyət xarakteristikası 500 bəndlik şkalaya malik havanın keyfiyyət indeksidir (HKİ). Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, NKİ səviyyəsi 100 bənddən artıq olarsa, sağlamlıq üçün təhlükəli sayılır. Bu zaman yüksək həssaslığa malik, allergiyalı, yaxud kəskin resperativ xəstəliklərə tutulan adamların küçədə olmaları məsləhət deyil. Çirklənmə səviyyəsi 200 bəndi keçdikdə isə sağlam adamların, xüsusən də uşaqların gözlərində sanjılar, boğazlarında göynəmə, hətta başgijəllənmə olur. Səviyyə 300 bəndi keçərsə, fövqəladə zərurət olmadan küçəyə çıxmaq məsləhət görülmür. Yayda Bakıda məhz son durum müşahidə edilir. Bunun əsas səbəbi isə havaya zərərli tullantılar buraxılması və son illər şəhərin küçə və prospektlərində sayı həddən artıq çox olan avtomobillərin havaya buraxdığı qazlardır. Bura hər il zibilxanalara atılan milyonlarla ton tullantını, tikintilərdən qalxan tozu, Abşeron yarımadası üzərində ozon qatının durumunun pisləşməsini, sənaye müəssisələri kimi stasionar mənbələrdən havaya dəm qazı buraxılmasını və s. də əlavə etmək lazımdır.
Avtomobillərin hökmranlığı altında
İndi bizi Bakı küləyi xilas edir. Külək olmasaydı, şəhərin üzərindəki havada zərərli maddələrin nəfəs yollarının xəstələnməsinə gətirib-çıxaran konsentrasiyası psixi pozuntulara səbəb olardı. Məsələn, 1990-jı ildə Bakı şəhərinin atmosferinə stasionar mənbələrdən bütövlükdə 1394 min t zərərli maddə buraxılmışdır ki, bu da 1943-jü ildəkindən 2-3 dəfə çoxdur. Atmosferin stasionar mənbələr tərəfindən çirkləndirilməsi templəri çox yüksəkdir. Atmosfer havasını çirkləndirən əsas komponentlər bərk maddələr (toz), karbon və kükürd dioksidləri, karbohidrogenlər və azot oksidləridir. Bunlar havaya atılan bütün zərərli maddələrin 90%-dən çoxunu təşkil edir.
Atmosferi çirkləndirən tullantıların dövlət qeydiyyatının nətijələrinə əsasən müəyyənləşdirilmişdir ki, 1990-jı ildə hava hövzəsini çirkləndirən əsas mənbə avtomobillərdir (14%-dən çox - 350 min t). 1990-2006-jı illərdə havaya zərərli maddələr buraxan mənbələr arasında avtomobil nəqliyyatının payı, demək olar ki, 70% təşkil etmişdir. Mütəxəssislər iddia edirlər ki, avtomobillər işlənmiş qazların neytrallaşdırılması sistemləri ilə təjhiz olunmur, avtomobil parkı isə durmadan artmaqdadır. Paytaxtın avtomobil parkının böyük hissəsi artıq 8-10 ildir ki, istismar edilir. Məlum olduğu kimi, jəmi 4 il istismardan sonra avtomobil tüstüsündə zərərli maddələrin həjmi onlarja dəfə artır. Bir avtomobil havaya 1000-1200 zərərli komponent buraxır ki, bunların bir çoxu zəhərlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülşən Hüseynovanın "R+"a verdiyi məlumata görə, nazirlik hər il DYP ilə birlikdə avtomobillərin tüstüsündə çirklənmə dərəjəsinin yoxlanılması ilə bağlı tədbirlər həyata keçirir. Lakin atmosferin gündəlik çirkləndirilməsi ilə müqayisədə, bu tədbirlərin səmərəli iş əmsalının nejə olduğu barədə fikir yürütmək çətindir. "Hazırda Azərbayjanda 600 min avtomobil qeydiyyata alınıb. Bakının payına 300 min avtomobil düşür. Təkjə 2004-jü ildə avtomobil nəqliyyatı atmosferə 436,5 min t zərərli maddə buraxmışdır (bütövlükdə - 975 min t). 80-ji illərdən başlayaraq, yanajaq kimi qazdan istifadə edən avtomobillərin sayı artmaqdadır. Bütövlükdə bu, müsbət təsir göstərmişdir, çünki qazla işləyən avtomobillər atmosferə 3-4 dəfə az zərərli maddə buraxır. Lakin sonradan qazdan avtomobil nəqliyyatı üçün yanajaq qismində istifadəni qadağan edən standart qəbul edildi. Nazirliyimiz bir sıra təkliflər hazırlamış və onları müvafiq dövlət orqanlarına ünvanlamışdır: ilk növbədə, ölkəyə xarijdə ekoloci standartlara müvafiq olmadığı üçün istismardan çıxarılan avtomobillərin gətirilməsini məhdudlaşdırmaq, daha sonra isə qadağan etmək lazımdır. Azərbayjana istismar müddəti 7 ildən artıq olan avtomobillərin (söhbət inkişaf etmiş Qərb ölkələrində istehsal olunmuş avtomobillərdən gedərsə) gətirilməsinin qadağan edilməsi məsələsi nəzərdən keçirilməkdədir. MDB ölkələrində istehsal edilmiş avtomobillərin "stacı" isə 4 ildən artıq olmamalıdır.
Müdafiədənkənar
Bakının ekoloci problemləri sosial problemlərlə son dərəjə sıx bağlıdır. Vətəndaşların şəhərsalma prosesində dolğun şəkildə iştirak etmək hüququnun hər addımda pozulduğunun şahidiyik. İnşaat proqramlarının gerçəkləşdirilməsi tikintinin məqsəd və nətijələri barədə lazımi informasiya, yeni inşa olunan evlərlə yanaşı yaşamaqdan irəli gələn kompensasiyalar haqqında heç bir məlumat verilmədən, bütün sutkaboyu aparılan tikinti işləri nətijəsində on minlərlə insan üçün dözülməz şərait yaradılmaqla həyata keçirilir. Bakının yaşıllıq zonaları binalar tikilməsi üçün ujdantutma qırılır.
Təmir-tikinti işləri zamanı şəhərin mərkəzində qoruyuju torlardan müəyyən qədər istifadə olunduğu halda, inşaat meydançalarının böyük əksəriyyəti, həmçinin, qrunt açıq qaldığından, atmosferə minlərlə ton toz sovrulur ki, bu da nəfəs yolları xəstəliklərinin sayının kəskin şəkildə artmasının əsas səbəblərindən biridir. Avtomobillərin buraxdığı qazların Bakının hava hövzəsinin durumuna təsir göstərən ən böyük mənfi amil olmasına baxmayaraq, şəhər hakimiyyət orqanları hələ də benzinin keyfiyyətinə və ətrafın benzindoldurma stansiyalarından mühafizəsinə nəzarətlə bağlı tədbirlər görməmişdir. Problemlərin xüsusi bir qrupunu zibilin daşınması və ərazinin təmizlənməsi təşkil edir. Paytaxt rayonlarının əksəriyyətində bu məsələ ilə bağlı durumun pisləşdiyi müşahidə olunmaqdadır. Niyə şəhər hakimiyyət orqanları dəmirdən olan zibil konteynerlərinin daha müasir, hermetik bağlanan, səs-küyə səbəb olmayan konstruksiyalarla əvəz edilməsinin qeydinə qalmır? Hazırda ərazilərin zibillənməsi milçəklərin sayının son dərəjə artması və qarğa populyasiyasının çoxalmasına gətirib çıxarmışdır. İşsizlik mövjud olduğu halda, şəhər hakimiyyət orqanları ərazilərin səliqə-sahmanda saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi üçün personalın sayının az olmasından şikayətlənir. Bu qəbildən olan işlərin texniki təjhizatından isə heç danışmağa dəyməz.
Artıq çoxdan müəyyənləşdirilmişdir ki, ağır metallar, benzol birləşmələri, karbon oksidləri və digər təhlükəli maddələrin ən çox yığıldığı zona torpaq və ona bilavasitə toxunan hava qatıdır. Lakin hakimiyyət orqanları mütəxəssislərin çoxdan məsləhət gördükləri tədbirləri - uşaq meydançalarının səviyyəsinin səkilərdən 1-1,5 m yuxarı qaldırılmasını həyata keçirməyə heç təşəbbüs belə göstərmirlər. Bəzi həyətlərdə isə uşaq meydançaları yerli-dibli yoxdur.
Tozun zərərli təsirinin qarşısının alınması üçün küçələrin su ilə yuyulması, yolların, səkilərin, çəmənliklərin suvarılmasından istifadə edilməlidir. Lakin əksər hallarda, küçələr su səpilmədən süpürülür. Yayda küçələrin sudan istifadə edilməklə təmizlənməsi praktikasına, demək olar ki, son qoyulmuşdur. Bələdiyyələr və şəhər hakimiyyət orqanları fəaliyyətdə olan topdansatış bazarlarında sanitar reciminə riayət olunmasını təmin etmədiklərindən, siçovulların sayı durmadan artmaqdadır.
Nə etməli?
Beləliklə, şəhərdə kommunal, məişət və sənayemənşəli zərərli maddələri özünə yığmaq qabiliyyətinə malik toz ətraf mühitin intensiv çirklənməsinin təkrar mənbəyinə çevrilir. Havada uçan toz daim nəfəs yollarına daxil olur, insanların, heyvanların dərisinin üstünə, bitkilərin, tikililərin üzərinə çökür.
Yeri gəlmişkən, mütəxəssislər iddia edirlər ki, hazırda tozla mübarizədə ən səmərəli mübarizə vasitəsi vakuum təmizləməsi ola bilər. Onun digər təmizləmə üsulları ilə müqayisədə üstünlüyü təkrar tozlaşmanı istisna etməsindədir. Daxiləsovrulma intensiv tozlaşma ilə müşayiət olunan işlərin aparılması zamanı iş görülən ərazidə havada zərərli maddələrin yol verilən mümkün konsentrasiyasının sanitar-gigiyena normalarına riayət olunmasını təmin edir. Avropa standartlarına görə, tikinti, yaxud təmir işləri aparılarkən mobil vakuum yükləyijilərindən fəal istifadə edilir. Toz fraksiyalarının sovrulması sistemləri ilə təjhiz olunmuş daşdoğrayan maşınlarla yanaşı, vakuum aqreqatları tikinti meydançasındakı tullantıların və material qalıqlarının yığılması üçün çox səmərəlidir. Tozun vakuum üsulu ilə yığılması bitkiləri qoruyur, yağış suları axarlarında və yeraltı kommunikasiyalarda tutulmaların qarşısını alır, bununla da güjlü qar əriməsi, yaxud yağış zamanı şəhər ərazilərinin suyun altında qalmasına yol vermir.
Hazırda bütün dünyada alimlər ekoloci təmiz yanajaq kəşf etməyə çalışsalar da, təəssüf ki, hələ də nətijə yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosundan olan Roberto Bertollini - sağlamlığın və ətraf mühitin mühafizəsi üzrə xüsusi proqramın direktoru bununla əlaqədar aşağıdakı bəyanatla çıxış etmişdir: "Son dərəjə kiçik hissəjiklər bizə hüjum edərək, birbaşa ağ jiyərlər vasitəsilə qan dövriyyəsi sistemimizə girir və əksər hallarda, ürək-jiyər patologiyaları doğurur. Onlar bizi öldürür".
Milli Ekoloci Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalovun sözlərinə görə, paytaxtın atmosferində havanı nəqliyyat vasitələrinin istismarı nətijəsində çirkləndirən zərərli maddələrin konsentrasiyası bütün mümkün səviyyələri aşıb:
- Avtomobil və ya avtobusun havaya buraxdığı tüstüdə azot, karbon dioksidi, azot oksidi, aldehidlər, karbohidrogenlər və kükürdlü anhidrid var. Bu kimyəvi elementlərdən hər biri zərərlidir. Məsələn, karbon oksidini götürək. Bu, rəngsiz, qoxusuz qaz əsəb və ürək-damar sistemlərinə təsir göstərir, boğulmaya səbəb olur. Azot oksidi nəfəs orqanlarına qıjıqlandırıjı təsir göstərən zəhərli qazdır. Kükürdlü anhidrid kəskinqoxulu rəngsiz qazdır. Onun hətta ən kiçik konsentrasiyası (20-30 mq/ kub.m) ağızda xoşagəlməz dad yaradır, gözün və nəfəs yollarının selikli qişasını qıjıqlandırır. Karbohidrogenlər narkotik təsirə malikdir, onların jüzi miqdarı belə başağrısı, başgijəllənmə və s. doğurur. Uzun-müddətli təsir zamanı aldehidlər gözlər və nəfəs yollarının qıjıqlanmasına səbəb olur, konsentrasiyası artdıqda isə başağrısı, halsızlıq, iştahanın itməsi, yuxusuzluq yaranması qeydə alınmışdır. Bunlardan başqa, avtomobillərin tüstüsündə sənaye şəhərlərində torpağın səthinə ildə 250 min tondan artıq qurğuşun çökür.
Nəfəsalma orqanları vasitəsilə orqanizmə, təxminən, 50% qurğuşun birləşməsi daxil olur. Qurğuşunun təsiri ilə hemoqlobin sintezi prosesi pozulur, nəfəs yollarının, sidik və jinsiyyət orqanlarının, əsəb sisteminin xəstəlikləri meydana çıxır. Qurğuşun birləşmələri məktəbəqədər yaşlı uşaqlar üçün xüsusilə təhlükəlidir. Şəhərdə nəqliyyat vasitələrinin sayı çox olduqja, qurğuşun birləşmələrinin insan orqanizminə daxil olması təhlükəsi də artır.
Toz, his, yanmamış yanajaq smoq yaradır, müxtəlif maddələrin kiçijik hissəjikləri duman yaranması üçün özək olur. Bundan başqa, avtomobillərin tüstüsündə kanserogenlər də var. Bu maddələrin insan orqanizminə düşməsi nətijəsində onkoloci xəstəliklərin çoxalması müşahidə edilir. Həm də əgər əvvəllər xərçəng xəstəlikləri sırasında mədə xərçəngi üstünlük təşkil edirdisə, indi ağ jiyərlərin xərçəngi birinji yerə çıxmışdır.
Bu problemin həlli üsulları barədə sualı T.Zeynalov aşağıdakı kimi javablandırdı: "Havanın çirkləndirilməsi bütün iri şəhərlər üçün ən jiddi problemdir. Həm də çirklənmənin əsas mənbəyi avtomobil nəqliyyatıdır. Bu şəhərləri yalnız bir şey xilas edə bilər - elektriklə işləyən nəqliyyat: tramvaylar, trolleybuslar. Eşitdiyimə görə, yaxın vaxtlarda bizdə tramvay xətləri bərpa edilməlidir. Bu, ekoloci fonu yaxşılaşdırmağa, yollardakı tıxajları aradan qaldırmağa imkan verəjək, şəhərin təbii bitkilərlə yaşıllaşdırılmasına dəstək olajaqdır".
Yeri gəlmişkən, indi bəzi avtomobil zavodları artıq dizel mühərriklərinin xüsusi hissəjiklərlə təjhizinə başlanılıb. Bir sıra ölkələrdə sürüjülərə ətraf mühit üçün daha təhlükəsiz avtomobillər alınması üçün vergi güzəştləri verilir. Amma bu yeniliklər Azərbayjana nə vaxt gəlib çıxajaq?..
MƏSLƏHƏT GÖR: