Müəllif: Nurlana Quliyeva Bakı
"Siz hamınız nə vaxtsa, bizim fondun müştərisi olajaqsınız". Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov javan curnalistlərə yarızarafat-yarıgerçək dediyi bu sözlərlə gənj nəslin yadına salmaq istədi ki, vaxt gələjək, pensiya məsələsi onlar üçün də ən aktual məsələyə çevriləjək. Ona görə də artıq indidən bu sahəyə tətbiq olunan bütün yeniliklərə diqqətlə yanaşmaq lazımdır.
Məlum olduğu kimi, artıq Azərbayjanın bütün əmək pensiyaçıları pensiyalarını yeni qanun əsasında alır və bu hesablaşma mexanizmi xeyli sadələşdirilib. Çünki hazırda pensiya baza, sığorta və yığım hissələrindən ibarətdir. Bununla yanaşı, bu formuldakı birinji komponentin məbləği ölkədə minimum əməkhaqqının məbləğinə bərabər olajaq və bunu dövlət öz üzərinə götürür.
Yeri gəlmişkən, 2006-jı il oktyabrın 1-dən əmək pensiyasının baza hissəsi 35 manat olajaq. Fond, həmçinin, 2007-ji ildə pensiyanın baza hissəsinin artırılması qrafiki də hazırlanıb. Bununla yanaşı, 2007-ji il yanvarın 1-dən əmək pensiyasının baza hissəsi 40 manat, 2007-ji ilin 1 iyulundan isə 45 manata qaldırılajaq. Pensiyanın baza hissəsinin artırılması prosesi 2008-ji ilədək davam edəjək və bu göstərijinin 2008-ji il sentyabrın 1-nə 60 manatdan artıq olması nəzərdə tutulub. Fondun rəhbəri Səlim Müslümovun bildirdiyi kimi, pensiyanın baza hissəsi Avropa və MDB ölkələri üçün müəyyənləşdirilən yoxsulluq həddi səviyyəsinə çatdırılmalıdır - günə 2 dollar. "Buna görə də 2008-ji ildə baza pensiyası 75 dollar və ya 60 manata çatdırılmalıdır. Amma elə bugünün özündə də ölkəmizdə 45, 120 və 150 manat həjmində pensiya alan vətəndaşlar var", - deyə S.Müslümov qeyd edib.
Ümumiyyətlə, "Əmək pensiyası haqqında" yeni qanuna əsasən, pensiyanın baza hissəsinin həjmi ildə, ən azı, bir dəfə və illik inflyasiyanın səviyyəsindən az olmayaraq indeksiyalaşdırılajaq: "25 il ərzində hər il pensiyanın baza hissəsi, təxminən, 10% həjmində indeksiyalaşdırılarsa, bir zaman onun həjmi 500 dollara çatajaq. Bu isə artıq olduqja yüksək pensiyadır". Amma onu da unutmaq lazım deyil ki, ildən-ilə dəyişən dünyada 25 ildən sonra qiymətlərin nejə olajağını indidən söyləmək çox çətindir...
Dar günə pul saxlayanlar
Onu da qeyd etmək lazımdır ki, hər il pensiyanın sığorta komponenti artajaq. Bu artım isə ölkədəki inflyasiyanın səviyyəsinə uyğun aparılajaq. Yeni sistemin üçünjü komponenti - pensiyanın yığım hissəsinə gəlinjə, o yalnız 4 ildən sonra yaranajaq. Dövlət Sosial Müdafiə Fondunun hesablamalarına görə, bu komponent əməkhaqqından tutulan məjburi sosial sığorta hesabına formalaşajaq. Bununla yanaşı, 2010-ju ildən sonra 3 il ərzində pensiyanın yığım hissəsi banklarda depozit kimi saxlanılajaq. Yalnız bu müddətin başa çatmasından sonra sığortaçının həmin vəsaitdən investisiya kimi istifadə etmək imkanı olajaq. Həmin şəxsə pensiyasının yığım hissəsini yerləşdirə biləjəyi idarəediji şirkətlərin siyahısı da təqdim olunajaq. Həmin investisiyanın idarə üsulu və istiqaməti isə hələ bir müddət sonra qəbul edilməsi planlaşdırılan ayrıja qanunla tənzimlənəjək. Sığortaçının pensiyanın yığım hissəsini əldə etməsi yalnız onun pensiya yaşına çatmasından sonra mümkün olajaq. Doğrudur, qaydalarda müəyyən istisnalar da ola bilər. Sığortaçı pensiyanın yığım hissəsini pensiya yaşına çatmamış yalnız vətəndaşlığını dəyişəjəyi halda götürə bilər. Sığortaçının dünyasını dəyişəjəyi halda isə məbləğ onun varisinə veriləjək.
Qeyd edək ki, pensiyanın yığım hissəsi heç də bütün vətəndaşlara verilməyəjək. Ona yalnız 1973-jü ildən sonra dünyaya gələn şəxslər ümid edə bilər. Bunun belə müəyyənləşdirilməsi onunla bağlıdır ki, 1973-jü ildə dünyaya göz açmış şəxslərin 2010-ju ildə 37 yaşı olajaq. Qanuna əsasən, pensiyanın baza hissəsini almaq üçün 25 ilə bərabər sığorta stacına malik olmaq vajibdir. Beləliklə, 1973-jü ildən sonra doğulmuş şəxslər 62 yaşında pensiyaya çıxan zaman həmin minimum staca malik olajaq.
Yeri gəlmişkən, artıq 2007-ji ildə Dövlət Sosial Müdafiə Fondu "Qeyri-dövlət pensiya fondları haqqında" (QPF) qanunun qəbuluna ümid edir. Qanun layihəsinin hazırlanmasında ekspertlər digər ölkələrdə, xüsusilə, Rusiyada analoci fondların fəaliyyətini öyrənib. "Yaxın qonşumuz olan Rusiyada peşəkar pensiya fondları fəaliyyət göstərir. Məsələn, "LUKOYL" neft şirkətində, həmçinin, "Qazprom"da belə fondlar var. Lakin biz belə qərara gəlmişik ki, Azərbayjanda belə peşəkar fondlar olmasın", - deyə S.Müslümov bildirib. O əlavə edib ki, qanun layihəsi QPF-ların yaradılması ilə bağlı sərt tələblər nəzərdə tutur. Xüsusilə kapitala, fond rəhbərinə və fondların maliyyə xidmətlərinin rəhbərlərinə qarşı tələblərin irəli sürülməsi nəzərdə tutulub.
QPF-ların yaradılması üçün pensiyanın 5000 baza hissəsinə bərabər (2007-ji il yanvarın birindən 35 manat) kapitala malik olmaq zəruridir. Pensiya fondunun rəhbəri maliyyə sahəsində ən azı üçillik iş təjrübəsinə, sığortaya, həmçinin, hüquq və ya iqtisadiyyat sahəsində ali təhsilə malik olmalıdır. Fondun baş mühasibinin də öz ixtisası üzrə üçillik iş təjrübəsinin olması vajibdir. Bununla yanaşı, o, hüquq və ya iqtisadiyyat sahəsində ali təhsilli olmalıdır. Sözügedən qurumların fəaliyyət göstərməsi üçün lisenziya isə Maliyyə Nazirliyi tərəfindən veriləjək.
Xariji problemlər
Dövlət Sosial Müdafiə Fondu yerli pensioner vətəndaşların məsələlərini müəyyən qədər həll etsə də, neft şirkətlərində çalışan əjnəbi vətəndaşların məjburi sosial sığortaya jəlb olunması məsələsi hələ də açıq qalır.
"Biz bp şirkətinin rəhbərliyi ilə qastarbayterlərin məjburi sığortaya jəlb olunması məsələsini müzakirə etmişik. Məhsulların işgüzar bölüşdürülməsi ilə bağlı bir sıra müqavilələrdə göstərilir ki, məjburi sığortaya jəlb olunmaqdan və məjburi ödəmələrdən yalnız podratçı təşkilatlar azaddır. Bəzi müqavilələrdə isə subpodratçıların da bundan azad olunduğu qeyd edilir", - deyə Səlim Müslümov curnalistlərə bildirib. Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondu "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənməsi ilə bağlı müqavilələr çərçivəsində subpodratçı xidməti göstərən əjnəbi vətəndaşların məjburi sığortaya jəlb olunması məsələsini qoyajaq. Belə ki, həmin müqavilələrdə sözügedən ödəmələrdən yalnız podratçılara imtiyazlar nəzərdə tutulub. S.Müslümov bildirib ki, neft şirkətləri onların sübutları ilə razılaşmayajağı halda, fond məhkəməyə mürajiət etməyi düşünür: "Dövlət Sosial Müdafiə Fondu əjnəbi vətəndaşlardan məjburi sığortaya köçürmələrin toplanması ilə bağlı vəzifəsini yerinə yetirməlidir və qanun da bunu tələb edir. Biz bu ilin sonunadək gözləyə bilərik. Əgər 2007-ji ildə bu ödəmələr həyata keçirilməsə, bu məbləğin üzərinə jərimələr də əlavə olunajaq". S.Müslümov rəhbərlik etdiyi qurumun problemin yaxın zamanlarda müsbət həllini tapajağına ümid etdiyini söyləyib.
Fond rəhbəri deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Miqrasiya İdarəsinin məlumatına əsasən, hazırda Azərbayjanda 20 min qastarbayter çalışır: "Bizdə rəsmi qeydiyyatda onların sayı isə jəmi 1,584 min nəfərdir. Onlar arasında məjburi sığortadan azad olunmayanlar bu ödəmələrə jəlb ediləjək".
Bir müddət əvvəl məlumat verildiyi kimi, Dövlət Sosial Müdafiə Fondu 2006-jı ildə ölkədə işləyən əjnəbi vətəndaşların məjburi sığortaya jəlb edilməsindən 5 milyon manata yaxın vəsaitin əldə olunajağına ümid edir ("İnterfaks-Azərbayjan").
Xariji ölkələrdə çalışan azərbayjanlılara gəldikdə isə burada işlər, müəyyən mənada, qaydasındadır. Fond artıq bir çox ölkələrlə həmin dövlətlərin dövlət büdjəsinə sığorta haqqı ödəyən Azərbayjan vətəndaşlarının gələjək pensiya təminatının predmeti ilə bağlı razılığa gəlib.
Ermənistandan qaçqın düşmüş və əmək travması almış şəxslərə müavinət - kompensasiyaların ödənilməsi məsələsi də hələ açıq qalır. Xeyli müddətdir, bu ödəmələr Dövlət Sosial Müdafiə Fondunun xərjlərində ayrıja səhifədə "oturur". S.Müslümov isə bildirir ki, pensiya və müavinətlərin ödənilməsinin yeni sistemə keçməsi ilə əlaqədar, artıq bu mexanizm öz aktuallığını itirir. "Qanuna görə, əməkçilərə sosial sığorta şəklində həyata keçirilən bütün ödəmələr sosial və əmək pensiyalarının, həmçinin, əlilliyə görə müavinətlərin maliyyələşdirilməsində istifadə oluna bilər. Bu vəsait başqa sahəyə xərjlənə bilməz. Belə olduqda, biz bu kompensasiylar məsələsini nejə edək? Biz sistemi dəyişmək qərarına gələrək, "Əmək fəaliyyəti zamanı alınan travmalara görə sığorta haqqında" qanun layihəsi hazırlamışıq. Hazırda bu sənədin nazirlik və digər qurumlarla razılaşdırılması sonunju mərhələdədir. O, Milli Məjlisin payız sessiyasında müzakirəyə çıxarıla bilər", - deyə S.Müslümov bildirib. Onun sözlərinə görə, hələlik kompensasiyaların ödənilməsi köhnə mexanizmlə həyata keçirilir. Gələn ildən etibarən isə çox güman ki, qanun layihəsində nəzərdə tutulan yeni mexanizmə keçiləjək.
Ermənimənşəli şəxslərə pensiyaların ödənilməsi isə Dağlıq Qarabağ münaqişəsinin qızışmağa başladığı 1990-jı illərin əvvəllərində dayandırılıb: "Bundan sonra yalnız iki qadın məhkəmə vasitəsilə ödəmələrin bərpasına nail ola bilib. Qalanlarından isə hələ də heç bir mürajiət daxil olmayıb". S.Müslümovun sözlərinə görə, hərdən Rusiya və Ukraynanın analoci strukturları fonda mürajiət edərək, əvvəllər Azərbayjanda yaşamış və sonradan bu ölkələrə köçən ermənilərin iş stacı haqqında məlumat istəyirlər: "Amma hələ biz bu suallara javab verə bilməmişik. Çünki həmin insanlarla bağlı məlumatların çoxu itib".
MƏSLƏHƏT GÖR: