15 Mart 2025

Şənbə, 01:28

İQTİSADİYYATIN KÖLGƏSİ

"Gizli" kapitalı necə leqallaşdırmaq olar?

Müəllif:

01.10.2006

Hər il Azərbayjanda dövlət başçısı tərəfindən iki, bəzən üç amnistiya verilir. Bü jür qərarlar xırda jinayət törətmiş və ya həbs müddətində özünü "yaxşı aparmış" məhbusların azadlığa buraxılmasını nəzərdə tutur.

İndi isə iqtisadçı-ekspertlərin fikrinjə, bu jür amnistiyanın… pullar üçün də elan olunmasının vaxtı çatıb…

Müxtəlif mütəxəssislərin hesablamalarına  görə, Azərbayjanda hazırda iqtisadiyyatın 20-60%-i "kölgədə"dir. Daha radikal ekspertlər isə iddia edirlər ki, "kölgə biznesi"nin illik həjmi, təxminən, 1 milyard dollara çatır. Bütün bu pullar ölkədə dövlət büdjəsinin gəlir hissəsində əksini tapmadan dövrə vurur. Bununla yanaşı, xarijə axan kapitalın həjmi ildə 1,5 milyard dollara çatıb.

Nəzərə almaq lazımdır ki, bu rəqəmlər yalnız ehtimaldır və hələlik heç bir orqan bununla bağlı dəqiq hesablama aparmayıb. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, Azərbayjanda analoci hesablanmanın aparılması həddindən artıq çətindir. Çünki hesablama metodologiyası mövjud deyil. 

Aparıjı ekspert, uzun müddət "kölgə bazarı" ilə mübarizə aparmış Nazirlər Kabinetinin iqtisadi və maliyyə-kredit şöbəsinin müdiri Oqtay Haqverdiyev isə səslənən rəqəmlərlə razı deyil. Onun fikrinjə, Azərbayjanda "qara bazar" ölkənin rəsmi iqtisadiyyatının 20-25%-dən artıq deyil. Bundan başqa, iqtisadçı bildirir ki, bu göstərijinin 60%-dən artıq olması qeyri-mümkündür, çünki bu o deməkdir ki, ölkə iqtisadiyyatı, ümumiyyətlə, idarə olunmur. "Bu isə özünüz də anlayırsınız ki absurddur", - deyə o qeyd edir.

 

Qonşunun təjrübəsi

Külli miqdarda vəsaitin "kölgə"də qalmasının bir sıra səbəbi var. Buraya həm biznesə tətbiq olunan faydasız vergi sistemi, həm sahibkarların banklara inamsızlığı və onların öz fəaliyyətlərini banklar vasitəsilə qurmaq istəməməsi aiddir. Prinsipjə, ölkəmizdə qeyri-leqal bizneslə heç kəs (söhbət müvafiq strukturlardan gedir) jiddi mübarizə aparmır və "qeyri-leqal"lar jəzalandırılmır. Amma bununla yanaşı, heç kim inkar etmir ki, bu maliyyə axınının dövlət büdjəsinə yönəldilməsi yaxşı olardı. Bunun üçün isə bu gün bir yol var - bir sıra MDB ölkələrində olduğu kimi, qeyri-leqal biznesə amnistiyanın elan edilməsi. Başqa sözlə, dövlət bəyan etməlidir ki, öz "kölgə gəlirlərini" leqallaşdırmaq qərarı verən biznesmenlər təqib edilməyəjək.

Qeyd edək ki, artıq neçə ildir, bəzi MDB ölkələrində bu təjrübədən istifadə olunur. Azərbayjanlı ekspertlər buna ən yaxşı nümunə kimi Qazaxıstanın adını çəkirlər. Bu ölkədə 2001-ji ildə "Qazaxıstan Respublikası vətəndaşlarının əmlakının leqallaşdırılması haqqında" qanun qəbul olunub. Sənəddə mülkün "kölgə"dən çıxarılmasının və ardınja onun vergi orqanlarında qeydiyyata alınmasının mexanizmləri konkret olaraq göstərilib. Bununla yanaşı, qanunda qeyd olunur ki, amnistiya "birdəfəlik aksiya" idi. Qazax mətbuatının bildirdiyinə görə, amnistiyanın verilməsində məqsəd "kölgə biznesi" ilə məşğul olanların dövlət xəzinəsi ilə normal qarşılıqlı əlaqəyə jəlb edilməsi olub. Həmin şəxslər "yerli ijra orqanları"na (konkret olaraq hansı orqandan söhbət getdiyi sənəddə dəqiq göstərilməyib) müvafiq ərizə ilə mürajiət etməklə, jəzadan azad ola bilərdi. Ərizə 10 iş günü ərzində baxışda olur və mülkün leqallaşdırılması üzrə xüsusi reyestrə daxil edilir. Ərizə ilə mürajiət edən şəxsə isə xüsusi sənəd təqdim olunaraq, onun jinayət və digər məsuliyyətdən azad olunduğuna tam zəmanət verilir. "Kölgə biznesmeni"nin mülkiyyəti rəsmi sənədin verilməsindən bir gün sonra (bəzi hallarda dövlət qeydiyyatından sonra) leqal hesab olunur. Hökumət leqallaşdırılan mülkiyyətin konfidensiallığına da zəmanət verir: o, jinayət araşdırması və ya inzibati jəza üçün əsas ola bilməz.

Bu ölkədə həyata keçirilən amnistiyanın birinji mərhələsində 500 milyon dollar leqallaşdırılıb. Bu məbləğ zavod və ya fabriklərin tikintisinə yox, Qazaxıstan banklarına yerləşdirilib. Prosesin effektivliliyi amnistiya müddətinin daha üç ay uzadılmasına gətirib çıxarıb ki, nətijədə daha 100-150 milyon dolların yığılmasına nail olunub.

Təxminən, eyni qayda ilə qonşu Gürjüstanda da "amnistiya" prosesinə start verilib. Burada 2004-jü ildə ikiqat - maliyyə və vergi amnistiyası elan edilib. Vergi amnistiyasına uyğun olaraq, 2004-jü il yanvarın 1-dək yığılıb-qalmış bütün vergi borjlarının yoxlanılması qadağan edilib. Maliyyə amnistiyasına gəlinjə o, sahibinin hansı yolla əldə etməsinə dair sənədi olmayan mülkiyyətin leqallaşdırılmasını nəzərdə tutur. Bununla yanaşı, dövlət büdjəsinə rəsmi qeydiyyata alınmış mülkiyyətin dəyərinin 1%-i həjmində vergi ödənməlidir.

Qeyd edək ki, artıq neçə ildir,  Rusiyada da eyni ideya işləyir. Burada, həmçinin, maliyyə amnistiyasının sxemi hazırlansa da, o hələ həyata keçirilməyib. "Kapitalların amnistiyası"nın vajibliyi isə Rusiya prezidentinin Federasiya Şurasına 2005-ji ildə ünvanladığı mürajiətində də əksini tapıb. Vladimir Putin vətəndaşlar tərəfindən toplanmış kapitalın ölkə iqtisadiyyatına stimullaşdırılmasını, həmçinin, hökumətə vətəndaşların kapitalının rəsmiləşdirilməsinin sadələşdirilmiş üsulunun hazırlanmasını təklif edib. Bununla yanaşı, amnistiya 13%-lik gəlir vergisinin ödənməsi və müvafiq məbləğlərin Rusiya bankları hesabına köçürülməsi ilə müşayiət olunmalıdır.

Ölkədə maliyyə amnistiyasının elan olunajağı haqda bəyanatlar dəfələrlə Ukrayna və Belarusiya rəhbərliyi tərəfindən də səsləndirilib.

 Bəs bu, Azərbayjan üçün də effektli addım ola bilərmi?

 

Bəyannamayədək amnistiya

Nazirlər Kabinetinin İqtisadi və Maliyyə-Kredit Siyasəti Şöbəsinin müdiri Oqtay Haqverdiyev hələ 1990-jı ilin əvvəllərindən etibarən, bizdə analoci aksiyanın keçirilməsi təklifi ilə çıxış edir (həmin illərdə o, iqtisadiyyat nazirinin müavini idi). "Mən beş il müddətinə maliyyə amnistiyasının elan olunmasını təklif edirəm və bu müddət ərzində əhali özünün, xariji banklarda olan vəsaitləri də daxil olmaqla, əmlaklarını zavodların, fabriklərin və istənilən digər infrastrukturun tikintisinə yatıra, ölkədəki bank hesablarına qoya bilər. Bununla yanaşı, heç kim onlardan bu gəlirin mənbəyi haqda soruşmayajaq", - deyən O.Haqverdiyevin sözlərinə görə, bazara böyük pul axını inflyasiyaya də səbəb olmayajaq: "Çünki pullar artıq layihələrə jəlb olunajaq", - deyə O.Haqverdiyev curnalistlərə bildirib.

Onun sözlərinə görə, gəlirlərin leqallaşdırılmasını prezidentin fərmanı ilə həyata keçirmək kifayətdir və bunun üçün hansısa qanunun qəbuluna ehtiyaj yoxdur. Eyni zamanda, hüquq-mühafizə orqanlarının bu aksiyanın gedişinə müdaxilə etməməsi üçün onlara nəzarət edilməsi vajibdir. Beş ildən sonra isə amnistiya başa çatajaq və o zaman, təbii ki, kriminal yollarla gəlir əldə olunması faktları üzə çıxarsa, jəzadan yayınmaq mümkün olmayajaq: "Amnistiya gəlirlərin, daşınar və daşınmaz əmlakın rəsmiləşdirilməsinin effektivliliyini təmin edəjək".

Lakin bir məqam da var ki, sahibkarlar bu aksiyaya inanajaqmı və hökumətin təklifini qəbul edəjəkmi? O.Haqverdiyev hesab edir ki, hökumət onları inandırmağa çalışajaq. "Mən anlayıram ki, sırf psixoloci baxımdan bu, asan olmaya bilər, amma gej-tez nədənsə başlamaq lazımdır. Bu proses daimi olmamalıdır. Amnistiya üçün 1-2 illik xüsusi zaman dövrü elan olunmalıdır", - deyə o bildirib.

"Konstitusiya" ijtimai fondunun rəhbəri Əliməmməd Nuriyev isə bu addımın vajibliyini özünəməxsus şəkildə izah edir: "Xarijdə çoxlu sayda azərbayjanlı yaşayır və onlardan bəziləri həmin ölkələrdə güjlü biznesə malikdir. Onlar Azərbayjana investisiya yatırmaq imkanına malikdir. Lakin həmin şəxslər vergi instansiyaları ilə hansısa problemlərin yaşanajağından ehtiyat etdiklərindən bu addımı atmır".

Ekspertin fikrinjə, ilkin yatırım və ya gəlir "heç də həmişə leqal olmaya bilər": "Lakin keçmişdə baş verənləri unutmaq və bu vəsaitlərdən leqal iqtisadiyyatın inkişafı üçün istifadə etmək lazımdır. Düşünürəm ki, bu zaman biznesmenlərin özləri ilə yanaşı, hökumət də qazanardı. Çünki istənilən halda,  ölkəyə kapital qoyuluşunun həjmi artajaq. Həmçinin, korrupsiyaya qarşı mübarizə prosesində də bu aksiya az rol oynamaz".

Qeyd edək ki, maliyyə amnistiyasının elan olunması ideyasına heç də bütün ekspertlər nikbin yanaşmırlar. Məsələn, iqtisadçı-ekspert İnqilab Əhmədov birmənalı olaraq əmindir ki, bu addım Azərbayjanda effektli olmayajaq. "Əlbəttə, öz-özlüyündə "kölgə gəlirləri"nin "ağardılması" ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər. Amma təəssüf ki, bizim ölkəmiz üçün bu, gejikmiş addımdır. Bizim bu pullara ölkəyə neft gəlirlərinin axını başlayanadək ehtiyajımız var idi və o zaman bu, nəzərəçarpajaq hadisə olardı", - deyə ekspert bildirib. Onun sözlərinə görə, yuxarıda adları çəkilən qonşu ölkələrin təjrübəsi göstərir ki, bu aksiyalar əlahiddə bir nətijə verməyib.

"Artıq bu, iqtisadixarakterli problem deyil. Fikrimjə, burada söhbət potensial investorların onların kapitalının müdafiəsinə olan inamsızlığından gedir. Burada şübhəli şəxslərin kapitalını qoruyajaq jiddi qanunveriji bazanın olmaması da əsas rol oynaya bilər. Digər bir məqam isə ondan ibarətdir ki, "kölgə gəlirləri"nin "aydınlaşdırılması" amnistiya olmadan da baş tutur. Misal kimi tikinti sektorunu götürə bilərik. Monitorinq qruplarının apardığı araşdırmaların nətijələri göstərir ki, yeni binaların tikintisinə yatırılan məbləğlərin kiçik bir hissəsi bankların əlindən keçir. Burada, əsasən, nağd ödəmələrdən istifadə olunur", - deyə iqtisadçı bildirib. Onun fikrinjə, tikintidən sonra "kölgə biznesmenləri"ni maraqlandıran ikinji sahə turizmdir və bu səbəbdən ölkənin regionlarında xidmət sahələrinin qiymətlərinin yüksələjəyini gözləmək olar: "Düşünürəm ki, hökumətin əsas işi ölkədə biznesin qurulması üçün sərfəli şərtlər yaratmaq, bu sahədəki monopoliyanı aradan qaldırmaqdır. Amnistiya isə yalnız "özünügöstərmə" olajaq və bunun hökumətin imijinə heç bir müsbət təsiri olmayajaq".

İstənilən halda, Azərbayjanın Vergilər Nazirliyi artıq ölkədə maliyyə amnistiyasının elan edilməsinin əlverişli olub-olmayajağını araşdırmağa başlayıb. Vergilər nazirinin müavini Natiq Əmirovun sözlərinə görə, gəlirlərin ümumi rəsmiləşdirilməsi sisteminə keçid üçün əmlakın və gəlirlərin leqallaşdırılması vajib addımdır. Lakin maliyyə amnistiyası ilə bağlı normativ-hüquqi bazanın yaradılmasına, yalnız onun Azərbayjanda həyata keçirilməsinin məqsədəuyğun olduğu üzə çıxajağı halda başlanajaq. 

Bununla yanaşı, bir faktı da qeyd etmək lazımdır. Vergilər naziri Fazil Məmmədovun fikrinjə, Azərbayjanda "kölgə iqtisadiyyatı"nın səviyyəsi bir sıra beynəlxalq təşkilatların elan etdiyi kimi, 50-60% yox, jəmi 5-10%-dir. Nazirin sözlərinə görə, neft və neft məhsullarının ixraj və daxili satışı tamamilə vergi orqanlarının nəzarətindədir. Həmçinin, vergi ödəmələrindən azad olunan kənd təsərrüfatı sahəsində də gizlədiləjək heç nə yoxdur.

F.Məmmədov yaşayış binalarının tikintisində çirkli pulların yuyulması ilə bağlı səsləndirilən fikirləri də rədd edib. Ötən il yaşayış binalarının inşası ilə məşğul olan 100-dən artıq tikinti şirkəti tərəfindən dövlət büdjəsinə 170 milyard manat vergi ödənilib ki, bunun böyük hissəsi ƏDV-nin payına düşür. "Bununla yanaşı,  şəxsi vergi bəyannamələrinin tətbiq edilməsindən sonra çox şey dəyişəjək. Onda onların göstərijilərini tijarət obyektlərinin göstərijiləri ilə müqayisə etmək mümkün olajaq. Amma bunun tətbiqi 2007-ji ildən tez mümkün deyil. Həmin vaxtadək isə bir çox işlərin görülməsi lazım gələjək və onların sırasında ən əsası  maliyyə amnistiyasının elan edilməsidir", - deyə vergilər naziri qeyd edib.

Amma bir məsələ də var: görəsən, biznesmenlərin öz "vijdanlarını təmizləməsi" və leqal fəaliyyətə keçməsi üçün nəzərdə tutulan vaxt kifayət edəjəkmi? 

Axı bu gün gizli gəlir əldə etmək, bir növ, pis vərdişə çevrilib…

 


MƏSLƏHƏT GÖR:

398