15 Mart 2025

Şənbə, 02:43

QARS -- AXALKALAKİ -- TBİLİSİ -- BAKI

Rəsmi Yerevan layihənin gerçəkləşməsindən narahatlığını gizlədə bilmir

Müəllif:

01.10.2006

Güman etmək olardı ki, Gürjüstanla Qars-Axalkalaki-Bakı layihəsi məsələsi artıq öz həllini tapıb. Axı lap bu yaxınlarda, avqust ayında KİV məlumat verirdi ki, Azərbayjan hökuməti layihə üzrə Gürjüstan ərazisindəki işləri onların həjmi müəyyənləşdirilməklə maliyyələşdirmək niyyətindədir.  Bu qərar iqtisadi əməkdaşlığa dair Azərbayjan-Gürjüstan hökumətlərarası komissiyasının üçünjü toplantısında qəbul edilmişdi. Lakin Azərbayjan, Türkiyə və Gürjüstanın maraqlı olduqları bu beynəlxalq nəqliyyat magistralı  ətrafında müəyyən mübahisəli məsələlər baş qaldırmaqdadır. Bunlara Qars-Gümrü dəmir yol əlaqəsinin bərpasına jan atan Ermənistanın açıq-aşkar qarşıdurma yaratması, layihənin maliyyələşdirilməsi və guya, Gürjüstanın mövqeyində qeyri-muəyyənlik olması aiddir. Hazırda Ermənistanda bu sonunjunun gerçək olduğunu sübut etməyə çalışırlar. Lakin hər şeyi ardıjıl nəzərdən keçirək.

Məlum olduğu kimi, QATB layihəsi uzunluğu 98 km (68 km Türkiyə, 30 km Gürjüstan ərazisi ilə) olan Qars - Axalkalaki dəmir yol xəttinin çəkilməsini də ehtiva edir. QATB inşa xərjləri əvvəljə, təxminən, $400 mln kimi qiymətləndirilmişdi. Ədalət naminə demək lazımdır ki, prinsipjə, bu birgə layihəni gerçəkləşdirmək o qədər də çətin məsələ də deyil. Buna mane ola bilən yeganə jəhət Gürjüstanda dəmir yol infrastrukturunun standartlara tam javab verməməsidir. Odur ki layihənin dəyəri bir-birindən elə məhz Gürjüstan ərazisində infrastrukturun genişləndirilməsi üçün işlərin həjmi ilə fərqlənən iki variant üzrə hesablanmışdı. Birinji varianta görə, xərjlərin $365 mln, ikinji varianta görə isə $420 mln olajağı nəzərdə tutulurdu. Maliyyəlşdirmənin əsas axını da elə məhz Gürjüstana yönələjəkdi.

 

Azərbayjan kömək edəjək

Çıxış yolu tapıldı: Azərbayjan və Türkiyə Gürjüstana təkjə rekonstruksiya işləri üçün deyil, həm də onun layihədəki payının maliyyələşdirilməsi üçün uzunmüddətli faizsiz kredit ayırmağa hazırdır. Bu qərar üç ölkənin nəqliyyat nazirlərinin avqust ayındakı görüşündə qəbul edildi. Kredit ayrılması təklifini isə gürjü tərəfi özü irəli sürmüşdü. Bu zaman Gürjüstan mətbuatında tez-tez QATB-ın istismara verilməsinin Qara dənizdəki Poti və Batumi limanları istiqamətində yük axınının azalajağına gətirib-çıxarajağı barədə narahatlıq öz əksini tapırdı. Lakin bu məsələdə də əks-dəlillər oldu. Azərbayjan bəyanat verməyi özünə borj bildi ki, belə təşviş üçün əsas yoxdur, çünki yeni marşrutla, əsasən, neft və neft məhsulları deyil, quru yüklər daşınajaqdır.   

2006-jı il avqustun ortalarında Gürjüstan, daha dəqiq desək, "Gürjüstan dəmir yolları" MMJ Tbilisi-Axalkalaki marşrutu ilə dəmir yol əlaqəsinin bərpası barədə məlumat yaydı. Bu zaman qeyd olunurdu ki, magistraldakı texniki nasazlıqlar üzündən bu sahədə qatarların hərəkəti 2003-jü ildə dayandırılmışdı. Bütün bu müddət ərzində Tbilisidən gedən qatarlar yalnız Ninosmind şəhərinə qədər hərəkət edirdi. Marabda-Axalkalaki sahəsində bərpa işlərinin nətijəsində isə 60 km məsafədə relslər təmir olunmuş və dəyişdirilmişdi. Bundan əlavə, 5 dəmir yol körpüsündə də təmir-bərpa işləri görülmüşdü. Dəqiqləşdirilirdi ki, "hazırda Marabda-Axalkalaki dəmir yol sahəsi texniki baxımdan saz vəziyyətdədir və qatarların təhlükəsiz hərəkəti üçün bütün tələblərə javab verir".  

Lakin Marabda-Axalkalaki hələ heç də bütövlükdə Tbilisi-Axalkalaki sahəsi demək deyil. Deməli, Gürjüstanın yenə də maliyyə vəsaiti lazımdır. Azərbayjan hökuməti bu məsələdə yardımçı olmağa hazır olduğunu bildirdi. Hələlik, bu yardımın həjmi müəyyənləşdirilməyib. Bu, işlərin ümumi həjmi və Türkiyə tərəfinin iştirak payı dəqiqləşdiriləndən sonra baş verəjəkdir. Eyni zamanda, Azərbayjan öz üzərinə əlavə təəhhüdlər (məsələn, marşrutun yüklə təmin olunması barədə) götürməkdən imtina etdi. Lakin "Gürjüstan dəmir yolları" MMJ-nin direktoru İrakli Ezuqbaya bildirdi ki, Gürjüstan hökuməti Azərbayjanın QATB dəmir yolu magistralının Gürjüstan sahəsinin təmirinə $220 mln həjmində müddətsiz və faizsiz kredit ayırması barədə kredit müqaviləsi hazırlayır. Bu zaman Ezuqbaya müqavilənin sentyabrın axırlarında bağlanajağına, layihənin gerçəkləşdirilməsinin isə 10 ay ərzində başa çatdırılajağına ümid etdiyini də açıqladı. Qeyd edək ki, Gürjüstanda 192 km bərpa edilməli, Marabdadan Karsaxa qədər 29 km yol isə yenidən çəkilməlidir.

 

Ermənilərin səmərəsiz jəhdləri

Lakin hələ ki müqavilə imzalanmayıb, erməni KİV-i isə QATB layihəsinin gerçəkləşdirilməsinə şübhə yaradan xəbərlər yaymaqdadır. Ermənistanda, yuxarıda qeyd edildiyi kimi, Qars-Axalkalaki-Bakı marşrutunun ölkənin ərazisindən keçən sahəsinin bərpasında maraqlı olan Gürjüstan hədəfə götürülüb. Sentyabrın axırlarında bədnam "PanArmenian" agentliyi Türkiyənin Gürjüstanı QATB dəmir yolu xəttinin inşasını bilərəkdən yubatmaqda ittiham etməsi barədə xəbər yaydı. Bu zaman erməni mənbələri "Türkiyənin xariji işlər idarəsinin adıçəkilməyən yüksəkvəzifəli məmuru"na istinad edirdilər. Guya mənbə tikintinin başlanması üçün Azərbayjanla Türkiyənin əllərindən gələni etmələrinə baxmayaraq, Gürjüstanın hər vəjhlə qəsdən bu prosesi ləngitdiyini bildirmişdi.  Adını açıqlamayan türk diplomatı demişdi: "Türkiyə dəmir yolu xəttinin inşası üçün onun payına düşən $220 milyon vəsaiti ayırmağa hazırdır. Azərbayjan öz investisiya payını artıq ayırıb. Bizim QATB dəmir yolu xəttinin inşası üçün Gürjüstandan vəsait istəmədiyimizi demək mümkündür. Gürjüstan da bu işdən böyük mənfəət əldə edəjək tərəflərdən biridir. Buna baxmayaraq, Tbilisi dəmir yol xəttinin inşasının ləngidilməsi üçün hər jür bürokratik maneələr yaradır. Bunu başa düşmək mümkünsüzdür". 

Yenə də "PanArmenian"ın sentyabrın axırlarında yaydığı daha bir xəbər yalnız yalan olması ilə deyil, həm də son dərəjə jəfəng olması ilə təəjjüb doğurur. Bildirilir ki, Ermənistanın baş naziri Andranik Markaryanın öz gürjü həmkarı Zurab Noqaidze ilə sentyabr ayındakı görüşündə bölgədəki nəqliyyat kommunikasiyalarının bərpası məsələsi müzakirə edilmişdir. Belə ki, Ermənistan və Gürjüstan baş nazirləri Qars-Gümrü-Tbilisi marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpasının mümkünlüyünü araşdırmalı olan birgə komissiya yaratmaq barədə razılığa gəliblər.  

Ortaya belə bir sual çıxır: əgər bu gün Gürjüstan QATB layihəsi çərçivəsində öz ərazisindəki sahənin inşası üçün maliyyə vəsaiti axtarışındadırsa, bu qonşumuz Qars-Gümrü dəmir yolu əlaqəsinin bərpası üzrə Türkiyə və Azərbayjan tərəfindən rədd edilən layihədə öz iştirakını nə şəkildə təsəvvür edir? Deyilənlərdən belə nətijə çıxarmaq olar ki, erməni KİV-i öz uydurmalarını  nə adı, nə vəzifəsi, nə də  mənşəyi bilinməyən "yüksəkvəzifəli məmur"un adından yayır. Bütün bunlar bu qəbildən olan  bəyanatların mövjud "faktlar"la müqayisədə əsassız olduğunu göstərir. Bunun üçün dürüst dəlillər gətirmək kifayətdir. Ondan başlayaq ki, artıq oktyabr ayında Bakıda Azərbayjan, Türkiyə və Gürjüstanın nəqliyyat nazirlərinin görüşü gözlənilir. Görüşdə QATB layihəsinin gerçəkləşdirilməsinin daha konkret detalları nəzərdən keçiriləjək - tikintinin başlanma vaxtı, maliyyələşdirilmə məsələləri. Magistralın Türkiyə ərazisindəki marşrutunun ən kiçik detalları konkretləşdiriləjək. Üstəlik, gürjü mənbələri "Gürjüstan dəmir yolu" MMJ rəhbərliyinin Azərbayjan hökumətinə magistralın Gürjüstana aid hissəsinin maliyyələşdirilməsi üçün haqqında daha əvvəl danışdığımız uzunmüddətli kredit ayrılması barədə xahişinə Azərbayjan tərəfinin artıq müsbət javab verdiyi barədə məlumat da yayıb.  

Nəhayət, məlumdur ki, sentyabr ayında TRASEKA-nın Azərbayjan ofisinə mürajiət edən Avropa Komissiyası (AK) təmsilçiləri hazırda QATB layihəsinin gerçəkləşdirilməsinin durumu ilə maraqlanıblar. Onların buna maraq göstərmələri tamamilə anlaşılandır: hazırda bir çox iş adamları AK-ya bu layihənin nejə maliyyələşdirilməsinə, onun bölgənin nəqliyyat infrastrukturunun inkişafına nejə təsir göstərəjəyi və s. barədə sorğularla mürajiət edirlər. 

AK-ya göndərilən geniş arayışda deyilirdi ki, layihə gerçəkləşdirilməkdədir,  artıq texniki-iqtisadi əsaslandırma bəyənilib, maliyyələşdirilmə məsələsi həll edilir, tikintiyə 2007-ji ildən gej olmayaraq başlanılajaq və işlər 2009-ju ilin ortaları və ya sonunda, yəni işə başlayandan 1,5-2 il sonra başa çatdırılajaq. Bu artıq rəsmi mənbə, yoxlanılmış informasiyadır. Bəzi ekspertlərin Poti və Batumi limanlarına yük axınının azalması səbəbindən QATB layihəsinin gerçəkləşdirilməsinin Gürjüstan üçün əlverişli olmadığı barədə rəyinə gəldikdə, bunun da javabı var: Yerevanda nüfuza malik rəsmi şəxs, Ermənistanda siyasi partiyalardan birinin başçısı, vaxtilə Ter-Petrosyanın müşaviri olmuş Şahnazaryan adlı birisi indiki Ermənistan rəhbərliyini vaxtilə Azərbayjanla Dağlıq Qarabağ münaqişəsinin dinj yolla nizamlanmasına dair siyasi sazişi əldən buraxmaqda suçlandırır. İndi artıq Ermənistan, həqiqətən də, Qars-Axalkalaki dəmir yolunun tikintisi layihəsində iştirak edə bilməməsinə çox heyfsilənir.  Bu nəyə dəlalət edir?   Bu gün Ermənistanın QATB layihəsinin mövjudluğundan son dərəjə böyük təlaş keçirməsinə. Əgər rəsmi Yerevanın fikrinjə (yuxarıdakı məlumatlar nəzərə alınarsa), dəmir yolunu inşa etmək mümkünsüzdürsə, Ermənistanda layihənin gerçəkləşdirilməsi ilə bağlı niyə belə bərk təşvişə düşüblər? Dövriyyəyə müxtəlif qəbildən olan yoxlanılmamış informasiya buraxırlar? Göründüyü kimi, ABŞ konqresmenləri layihənin mümkün maliyyələşdirilməsi ətrafında heç də əbəs yerə aciotac qaldırmırlar.  

Lakin bütün bu qalmaqalın Azərbayjan, Gür-jüstan və Ermənistana heç bir aidiyyəti yoxdur, axı bu dəmir yolunun inşası haqqında qərar 3 dövlətin başçısı səviyyəsində qəbul edilmişdir. Artıq tam bir ildir ki, bu siyasi qərar üzərində işçi qrupları, üç ölkənin nəqliyyat idarələrinin başçıları işləyir; demək olar, bütün məsələlər öz həllini tapmaqdadır. Vaxtilə Bakı-Tbilisi-Jeyhanda olduğu kimi, bu dəfə də dəmir yolu magistralının çəkilməsinin gerçəkləşdirilməsinin qarşısını almaq mümkün olmayajaqdır.  

 

Böyük imkanlar

Beləliklə, əminliklə iddia etmək olar ki, mühüm siyasi qərar qəbul etdikdən sonra, Gürjüstan rəhbərliyi sözünü geri götürməyəjək və QATB layihəsi gerçəkləşdiriləjək. Yeri gəlmişkən, bu dəmir yolu istifadəyə verildikdən sonra, TRASEKA kimi beynəlxalq nəqliyyat magistralı daha da inkişaf edəjək - QATB onun qollarından biri olajaq. Qars-Axalkalaki-Tbilisi-Bakı yeni dəmir yolu ilə bağlı Azərbayjan, Türkiyə və Gürjüstan prezidentlərinin imzaladıqları birgə deklarasiyaya görə, Avropada yeni qonşuluq siyasəti ruhunda həyata keçirilən bu layihə Şərq-Qərb dəhlizinin mühüm tərkib hissəsidir. Türkiyə və Gürjüstanın dəmir yollarının birləşdirilməsi, həmçinin, Bosfor boğazının altından tunel qazılması, yüklərin Avropadan bölgənin bütün ölkələrinə və əks-istiqamətdə maneəsiz daşınmasını təmin edəjəkdir. Ətraf mühitin mühafizəsi baxımından təhlükəsiz və iqtisadi baxımdan səmərəli olan bu layihə dünya tijarətinin sürətlə inkişaf etdiyi və dövlətlərin mövjud tələbatlara javab verən nəqliyyat arteriyası axtarışında olduqları dövrə təsadüf edir. Növbəti jiddi addım isə QATB xətti iştirakçılarının Transavropa dəmir yolu şəbəkəsinə qoşulmaları olmalıdır. Onu da qeyd etmək lazımdır ki, Azərbayjan, Türkiyə və Gürjüstan prezidentlərinin Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsi ilə bağlı 25 may 2005-ji  il tarixli deklarasiyası BMT Baş Assambleyasının 60-jı sessiyasında rəsmi sənəd kimi paylanmışdır.   Bundan əlavə, iqtisadi tərəfi ilə yanaşı, bu layihə daha çox siyasi səjiyyəlidir. Onu həyata keçirməklə, Azərbayjan, Türkiyə və Gürjüstan Avropaya inteqrasiya edir, nəqliyyat dəhlizi vasitəsilə Avrasiya məkanında nüfuzlarını artırırlar. Nəqliyyat dəhlizi Rusiya ərazisindən yan keçdiyindən, Moskvanı regional layihələrdən maksimum dərəjədə təjrid etməyə jan atan ABŞ da onun həyata keçirilməsində maraqlıdır. Bununla Vaşinqton Rusiyanın Azərbayjan və Gürjüstana təzyiq imkanlarının sayını azaldır. Avropa İttifaqı və ABŞ-ın Rusiyanın Jənubi Qafqazdakı nəqliyyat layihələrində iştirakını məhdudlaşdırmağa jan atmasını belə bir fakt da təsdiq edir ki, Aİ tərəfindən maliyyələşdirilən TRASEKA və ABŞ-ın lobbiçilik etdiyi "İpək yolu" layihələri çərçivəsindəki marşrutlar da Rusiya ərazisindən yan keçir. 

Ankarada əmindirlər ki, Türkiyə ilə Gürjüstan arasında birbaşa dəmir yolu tikilməsini və onun Azərbayjandakı mövjud şəbəkə ilə birləşdirilməsini nəzərdə tutan QATB layihəsi Asiya ilə Avropa arasında karqo daşımaları üçün yeni imkanlar yaradajaq. "Marmaray" (Bosfor boğazı altından dəmir yolu çəkilməsi) layihəsi Şərqdə Bakı ilə Qazaxıstan (Aktau) arasında nəzərdə tutulan dəmir yolu-bərə marşrutu, daha sonra isə Çinlə birləşdirilərsə, Qars-Axalkalaki Asiya ilə Avropa arasında hazırda mövjud olan dəmir yolu əlaqəsinə nisbətən daha qısa yol olajaq. Yeri gəlmişkən, Qazaxıstan, Azərbayjan, Gürjüstan, Türkiyə nəqliyyat və kommunikasiya nazirlərinin avqust ayında keçirilən, Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsinə həsr olunan görüşündə müzakirə edilən məsələlərdən biri elə məhz Qazaxıstan və Çinin QATB layihəsinə qoşulması məsələsi oldu. Məsələn, Azərbayjanın nəqliyyat naziri Ziya Məmmədov çıxışında vurğuladı ki, ÇXR və Qazaxıstanın QATB layihəsini dəstəkləmələri "yeni birləşdiriji xəttin inşasını və sonrakı istismarını sürətləndirəjək və layihənin iqtisadi baxımdan yüksəkrentabelli olmasını təmin edəjək". Z.Məmmədov Çinin nəqliyyat nazirinin müavininə bildirdi ki, yüklərin TRASEKA dəhlizi ilə Avropaya Qazaxıstan, Azərbayjan, Gürjüstan və Türkiyə ərazilərindən keçməklə daşınması çatdırılma müddətləri, mühafizə, eyniləşdirilmiş tariflər, təhlükəsizlik baxımından daha səmərəli və əlverişli olajaq.  Konfransda Çin nümayəndələri bu dəhliz vasitəsilə yüklərin təkjə Qarsa deyil, Potiyə çatdırılmasının mümkünlüyünü də qeyd etdilər.


MƏSLƏHƏT GÖR:

338