15 Mart 2025

Şənbə, 02:46

BİRLƏŞMİŞ MİLLƏTLƏRİN FƏRQLİ MARAQLARI

BMT baş assambleyasının 61-ci sessiyası dövlət başçılarının qalmaqallı bəyanatları ilə yadda qaldı

Müəllif:

01.10.2006

Sentyabrın ikinji yarısında dünya ijtimaiyyətinin diqqəti BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 61-ji sessiyasına yönəldi. Sessiyanın gündəliyində duran əsas məsələlər sırasına İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət, Sudan böhranının aradan qaldırılması, təqvim ilinin sonunadək qurumun yeni baş katibinin seçilməsi və postsovet məkanındakı "dondurulmuş münaqişələr"in müzakirəsi daxil idi.

 

Buş şeytandır?

Amma bunlarla yanaşı,  son zamanlar ABŞ-ın ünvanına daha kəskin tənqid səsləndirməkdə sanki  İran Prezidenti Mahmud Əhmədinecatla yarışa girmiş Venesuelanın dövlət başçısı Uqo Çaves də diqqət mərkəzinə düşdü. Lakin Amerika administrasiyasına qarşı kəskin siyasi ittihamlar səsləndirən İran prezidentindən fərqli olaraq, Çaves şəxsən bu ölkənin rəhbəri Jorj Buşa qarşı hüjuma keçdi.

O, Baş Assambleyanın tribunasına J.Buşdan bir gün sonra çıxdı və dərhal nümayişkaranə şəkildə xaç çəkərək dedi: "Dünən burada iblis olub. O, burada peyda oldu və elə danışdı ki, guya dünyaya sahiblik edir". Təbii ki, "iblis" dedikdə Çaves ABŞ Prezidenti Jorj Buşu nəzərdə tuturdu. Venesuela liderinin fikrinjə, dünya xalqları BMT tribunasında çıxış etmək imkanı qazansaydı, onlar bir ağızdan deyərdilər: "Yankilər, rədd olun!".

Emosional bəyanatlarını davam etdirən Uqo Çaves amerikalı həmkarının ünvanına atmajalarını dayandırmadı. Onun fikrinjə, Buşun bu tribunadan səsləndirdiyi çıxışı analiz etmək üçün "psixiatra ehtiyaj var". Çaves Buşun çıxışından o dərəjədə heyrətlənib ki, hətta ona yeni ad da tapıb. "Buşun dünənki çıxışı Xiçkok ssenarisi idi. Mən hətta ona ad da verə bilərəm - "İblis resepti". Onun çıxışından sonra bura hələ də kükürd iylənir!" - deyə hündürdən bəyan edən Çaves bir daha nümayişkaranə şəkildə xaç çəkib.

Bununla yanaşı, Çaves o dərəjədə "iblisi qovan" roluna girib ki, Buşu hər dəfə xatırlayanda xaç çəkib. "O (J.Buş - red.), hara baxırsa, ekstremist görür. Məsələ onda deyil ki, biz ekstremistik. Sadəjə olaraq, dünya oyanır, dizüstə dayanın, dünya artıq ayağa qalxır!" - deyə Venesuela lideri bildirib.

Dünya KİV-in bildirdiyi kimi, Latın Amerikasından olan xarizmatik liderin emosional çıxışı təkjə sessiyanın keçirildiyi zalda deyil, bunadək heç bir natiqin çıxışına reaksiya verməyən mətbuat işçilərinin əyləşdiyi zalda da alqışlarla qarşılanıb. Halbuki Buşun çıxışı da zalda əyləşmiş millətlərin nümayəndələrinə ünvanlanmışdı, lakin heç bir reaksiya doğurmadı. ABŞ prezidentinin çıxışı terrorçuların tezliklə tarixin zibilliyinə göndəriləjəyinə dair bəyanatı ilə yadda qaldı.

Bir qədər sonra keçirdiyi mətbuat konfransında Çaves bildirib ki, o heç də Vaşinqtonda qəbul edildiyi kimi, Amerika xalqının düşməni deyil. "Amerika xalqının əsas düşməni ABŞ-ın hazırkı hakimiyyətidir. O, amerikalıları aldadır və onları İraqa ölümə göndərir. Biz amerikalıları, onların əməksevərliliyini və nailiyyətlərini qiymətləndirir, onlara hörmət edirik. Bizi Amerika xalqının düşməni elan etməklə son-radan Venesuelaya qarşı təjavüz etmək istəyirlər", - deyə prezident bildirib. Çaves qeyd edib ki, ölkəsi bu il Nyu-Yorkun yoxsul rayonları üçün güzəştli qiymətlərlə neft məhsullarının təjhizatını iki dəfə artırajaq. Beləliklə, Venesuela lideri ujuz neftlə amerikalıların simpatiyasını qazanmağa çalışır.

Amma hələ bu da son deyil. Uqo Çaves BMT Baş Assambleyasının tribunasından hazırkı formada qurumun tükəndiyini bəyan edib və bildirib ki, artıq qurumda nəinki islahatlar aparmaq, hətta onu yenidən qurmaq lazımdır. BMT-nin hazırkı sisteminin İkinji Dünya müharibəsindən sonra yarandığını və həmin əsrin tələblərinə javab verdiyini qeyd edən prezident bildirib ki, Sovet İttifaqının dağılmasından sonra, "Amerika imperiyası dünya üzərində nəzarəti ələ almağa çalışır" və BMT buna mane olmaq güjündə deyil. Çaves hesab edir ki, "Vaşinqtonun BMT-də ağalıq etməsi" bu qurumu faydasız təşkilata çevirir. O, həmçinin, Buşu "yalançı" və "tiran" adlandırıb. Çaves bildirib ki,  Amerika İraqa soxulduğuna görə, Buş Beynəlxalq Tribunal tərəfindən mühakimə olunmalıdır.

 

BMT-yə hüjum

BMT Baş Assambleyasının sessiyasında ümumi siyasi diskussiyalar çərçivəsində çıxış edən İran Prezidenti Mahmud Əhmədinecat də dünya ijtimaiyyətini təəjjübləndirib. Belə ki, o, venesuelalı həmkarı ilə müqayisədə xeyli yumşaq mövqe nümayiş etdirərək, sərt bəyanatlarla Avropanı qıjıqlandırmamağa çalışıb. Bu dəfə İran prezidentinin tənqid hədəfində BMT-nin özü olub. Sanki prezident BMT-nin Tehranın nüvə proqramı ilə bağlı avqusta verdiyi bəyanata görə, qurumdan qisas almaq fikrinə düşmüşdü...

İran prezidentinin fikrinjə, ABŞ və Böyük Britaniya beynəlxalq siyasətdə prokuror, hakim və jəllad rolunu oynayır, BMT isə nizamnaməyə əsasən, bütün dünyada, hətta silahlı yolla olsa belə, sülhü qorumalı olduğu halda,  buna barmaqarası baxır.

"Böyük Britaniya  və ABŞ-ın indiyədək yol verdiyi təjavüzlərə BMT səviyyəsində reaksiya göstərilibmi? Hansısa qərar qəbul  olunubmu?" - deyə  Əhmədinecat sual edib.

İran prezidenti onu da qeyd edib ki, ABŞ və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasından şəxsi məqsədləri üçün istifadə edir və bu qurumun köməyi ilə Qərb şəxsi təhlükəsizliyinin təmin edilməsinə çalışır, yüksəkranqlı beynəlxalq təşkilatdan "hədə və xəbərdarlıq" aləti kimi istifadə edir: "Əgər onların hansısa bir ölkə ilə fikir ayrılığı yaranırsa, həmin dövlət Təhlükəsizlik Şurasına çəkilir və bu ölkələr iddiaçı kimi çıxış edərək, eyni zamanda, həm ittihamçı, həm hakim, həm də jəllad rolu oynayır. Bu, ədalətli üsuldur?".

Əhmədinecatın fikrinjə, Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi və bajarıqsızlığı məhz onun daimi üzvləri sırasına ABŞ və Böyük Britaniyanın daxil olması ilə əlaqədardır. İran prezidenti hesab edir ki, Təhlükəsizlik Şurasında islahatlar aparılmalı və orada bütün xalqlar bərabər hüquqlara malik olmalıdır: "Görünür, bəzi fövqəldövlətlərin davranışı BMT Təhlükəsizlik Şurası üçün ən böyük çağırışdır". Bununla əlaqədar prezident BMT Təhlükəsizlik Şurasının strukturu və iş üsullarının dəyişdirilməsi ilə qurumda islahatlar aparılmasını təklif edib. Əhmədinecatın fikrinjə, "İkinji Dünya müharibəsi ənənələrinin davamçısı olan bu qurum gözləntiləri doğrultmur".

İran uranın zənginləşdirilməsi prosesinə son qoymayajağını açıqlasa da, prezident BMT-nin tribunasından bəyan edib ki, onun ölkəsi kütləvi qırğın silahlarının yayılmaması haqda öhdəliklərə sadiqdir. "Bizim nüvə proqramımız  dinj xarakter daşıyır və MAQATE-nin nəzarətindədir. Buna qarşı çıxanlar kimlərdir? O ölkələr ki onların özləri nüvə potensialından nüvə silahı istehsalı üçün istifadə edir... Bəzi dövlətlər bəyan edib ki, ikinji və üçünjüdərəjəli nüvə silahı yaratmaqla məşğuldur. Bu silah onların nəyinə gərəkdir - sülh və demokratiyanın möhkəmləndirilməsi üçün? Faktik olaraq, bu, təzyiq və hədə alətidir", - deyə İran prezidenti qeyd edib.

Müşahidəçilər Jorj Buşun çıxışında da təəjjüblü yumşaqlıq tapıb. ABŞ-ın islamla müharibə aparmadığını və İran xalqının "özünün gələjəyini müəyyənləşdirmək hüququnun olduğunu" qeyd edən Buş bununla yanaşı, yenidən xəbərdarlıq da edib: "İran Qərbin tələblərinə məhəl qoymamaqda davam edərsə, ABŞ BMT-də Tehrana qarşı sanksiyaların tətbiqi məsələsini qaldırajaq".

 

Annanı kim əvəzləyəjək?

Və nəhayət, Baş Assambleyanın sessiyasında müzakirə olunan mübahisəli məsələlərin kateqoriyasına bu təşkilatın yeni baş katibinin təyinatı məsələsi də əlavə olunub. Güman olunurdu ki, sessiyada artıq sədrlik müddəti başa çatan K.Annanın "varisi" müəyyənləşəjək. Lakin baş katibin səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır və onun varisinin adı, çox güman ki, noyabrdan tez elan olunmayajaq. İstənilən halda, BMT-nin təjrübəsindən belə qənaətə gəlmək olar. Annan özü bu vəzifəyə 1996-jı ilin dekabrında amerikalıların ikinji müddətə postunda qalmasına imkan vermədikləri misirli Butros Qalinin yerinə təyin olunub. Məhz onda məlum olub ki, Annandan sonra BMT-nin Baş katibi Asiya təmsilçisi olajaq.

Hələ 2004-jü ildə BMT Təhlükəsizlik Şurasının Asiya regional qrupu tərəfindən növbəti baş katibin bu qitə təmsilçisi olması haqda təklif irəli sürülüb. Bu onunla əsaslandırılıb ki, Asiyanın ən çox əhali yaşayan və qurumda 53 dövlətlə təmsil olunan qitə olmasına baxmayaraq, 1971-ji ildən başlayaraq, bu qitəni təmsil edən heç bir namizəd sözügedən postu tutmayıb. 2005-ji ilin aprelində Jakartada keçirilən Avro-Asiya dövlətlərinin sammitində BMT-nin hazırkı baş katibi tədbir iştirakçıları adından çıxış edərək bu təşəbbüsü dəstəkləyib. Hazırda artıq söhbət BMT üzvü olan 100-dən artıq dövlətin dəstəyindən gedir.

KİV-in məlumatına görə, BMT-nin baş katibi postuna birdən-birə dörd namizəd irəli sürülüb: Şri-Lanka prezidentinin məsləhətçisi Dxanapala, Tailandın baş naziri səlahiyyətlərinin ijraçısı Satientay, BMT baş katibinin müavini, hindistanlı Tarur və Koreya Respublikasının xariji işlər nazirinin müavini Pan Gi Mun. Artıq sentyabrda İordaniyanın Xariji İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını xəbərdar edib ki, bu ölkə sözügedən vəzifəyə özünün BMT-dəki daimi nümayəndəsi, şahzadə Zeyd əl-Hüseynin namizədliyini rəsmən irəli sürür. 

"Nazirlər həftəsi"nin açılışına bir neçə gün qalmış gözlənilmədən məlum olub ki, Latviya, Litva və Estoniya BMT-nin baş katibi vəzifəsinə Litva Prezidenti Vayra Vike-Freyberqanın namizədliyini irəli sürür. 

Beləliklə, artıq yalnız Təhlükəsizlik Şurasının qərarını gözləmək qalır.


MƏSLƏHƏT GÖR:

438