
SİTAT QUŞ DEYİL...
"Dəmir kardinal" dialoq haqqında düşünür, lakin dözümsüzlük toxumları səpir
Müəllif: Redaksiyadan
Roma papasının Regensburq Universitetində (Almaniya) İslam və Məhəmməd Peyğəmbər (s.ə.s.) barədə təhqiramiz və fitnəkar sitatlarladolu çıxışı yenə də müsəlman ölkələrində, həmçinin, Avropa, ABŞ və başqa ölkələrin müsəlman ijmalarında səngimək bilməyən etirazlar doğurmaqdadır.
Keçən həftə ərzində papa çıxışının doğurduğu mənfi effektdən təəssüf duyduğunu artıq üç dəfə açıqlasa da, bir çox ekspertin fikrinjə, uğursuz sitatlar Vatikanla müsəlmanlar arasında münasibətləri korlamışdır. Bir çox İslam dövləti və təşkilatının rəhbəri pontifikin üzr istəməsi tələbi ilə çıxış etsə də, XVI Benedikt prinsipiallıq göstərərək, bundan imtina etdi. O yalnız bildirdi ki, imperator II Manuilin baxışları onun baxışları ilə üst-üstə düşmür və həddən artıq "marginaldır", həm də onu düzgün başa düşməyiblər.
Sentyabrın 25-də papa aşkar diplomatik uğursuzluğunu aradan qaldırmaq üçün daha bir addım atdı - bir neçə İslam ölkəsinin səfirlərini qəbul etdi. Müsəlman ölkələrinin 22 səfiri və müvəqqəti işlər vəkilinin iştirak etdikləri görüş jəmi yarım saat çəkdi. Pontifik görüşə İslam dünyası ilə həmrəyliyini bildirmək və bütün müsəlmanların hisslərinə şəxsi ehtiramını açıqlamaqla başladı. O, İslamla xristianlıq arasında əlaqələrin möhkəmləndirilməsi, dünyamiqyaslı iki din arasında artıq həyati zərurətə çevrilmiş dialoq yaradılması üçün əlindən gələni əsirgəməyəjəyini vəd etdi.
Eyni zamanda, 79 yaşlı papa öz çıxışında səfirlərin diqqətini bir sıra ərəb ölkəsində, məsələn, Səudiyyə Ərəbistanında xristianların hüquqlarının pozulmasına yönəltdi. Bununla əlaqədar o, "qarşılılıq" məsələsini xüsusi vurğulayaraq, müsəlman dövlətlərini onların ərazisində yaşayan xristianlar üçün də "xristian" Avropa ölkələrində müsəlmanlara verilən hüquq və azadlıqları təmin etməyə çağırdı.
"Özününkü" olan papanın müdafiəsinə qalxan Almaniya kansleri Angela Merhel bəyan etdi ki, əslində o, "dinlər arasında dialoqa səsləmişdir". İslama son dərəjə mühafizəkar və düşmən münasibətini ifadə edən, bununla da əslində, anti-İslam təbliğatı üzrə "müqəddəs iş"ə öz töhfəsini verən XVI Benediktin hansı "dialoq" barədə düşündüyünü anlamaq çox çətindir. Müsəlmanların etiqadında idrak olmadığını və İslamın qılınj güjünə bərqərar edildiyini deyən (haşiyəyədək materiala bax) papa, əksinə, belə bir dialoqu daha da çətinləşdirdi.
Bəs nə baş verdi? Yəni 10 dil bilən, ilahiyyat və fəlsəfə üzrə 8 doktorluq dərəjəsi sahibi, Almaniyanın ən yaxşı ilahiyyatçısı - bu qədər möhtəşəm bilik və təjrübə sahibi olan belə parlaq zəka və ilahiyyatçı dünya mədəniyyətində İslamın və Məhəmməd Peyğəmbərin (s.ə.s.) rolu haqqında "marginal" sitatlar gətirməkdən daha uğurlu bir şey tapa bilməzdimi?
Şübhəsiz, tapa bilərdi, amma tapmadı. Deməli, əvvəljədən hazırladığı mühazirəsində ilahiyyat və İslam məsələlərində heç də böyük nüfuz sahibi olmayan (bunu papa özü artıq etiraf edib) Bizans imperatoru II Manuildən sitat gətirməklə o, konkret siyasi məqsədlər güdürmüş. Məşhur rusiyalı alim-islamşünas Əli V. Polosin bu məsələni şərh edərkən papanın niyyəti ilə pravoslav olmuş Manuilin taleyi arasında əlaqə görür: "Müsəlman türklər tərəfindən fiziki məhvdən qorxan Manuil məhz Qərbdən, katoliklərdən, daha əvvəl pravoslav kilsəsi tərəfindən lənətlənmiş papadan kömək umurdu. Papanın öz nitqində fərqləndirmə istədiyi rəmzilik də elə məhz bundan ibarətdir". Başqa sözlə, Avropa xristianlığını sivilizasiya üçün qurtuluş, müvafiq olaraq, İslamı və onun Avropada artmaqda olan nüfuzunu isə xristianlığın bu "xilasediji" rolu üçün təhlükə qismində nəzərdən keçirərkən papa, görünür, bu təhlükənin qarşısını almaq məqsədilə ümumxristian (katoliklərlə pravoslavlar arasında) həmrəyliyini möhkəmləndirməyə jəhd göstərir. Türkiyəli publisist Kərim Balçının fikrinjə, Benediktin müsəlman döyüşçülərinin mühasirəsində olan imperator Manuildən sitat gətirmək qərarına gəlməsi faktı pontifik üçün orta əsrlərdəki durumun heç dəyişmədiyinə dəlalət edir: o hesab edir ki, müsəlmanlar xristianlıq üçün təhlükədir və Avropa mühasirədədir. Jənab Balçının fikrinjə, belə ifadələri ilə papa özünü dini düşmənçilik toxumu səpən islam radikalları ilə bir sıraya qoyur.
Bütövlükdə, Regensburqdakı mühazirə Vatikanın islamayönəlik siyasətində prioritetlərin dəyişdirilməsinin qanunauyğun nətijəsidir. 2005-ji ilin aprel ayında papa seçilən kimi Benedikt II İohan Pavelin İslam dünyası ilə ehtiramla dialoq aparmaq kursundan kəskin şəkildə uzaqlaşdı. Bu ilin fevralında Benedikt İohan Pavelin himayə etdiyi və İslam dünyası ilə pozitiv münasibətlərin ən görkəmli tərəfdarı olan arxiyepiskop Maxail Fisjeraldı elə II İohan Pavelin özünün təşəbbüsü ilə yaradılmış Dinlərarası Dialoq Üzrə Şuranın sədri vəzifəsindən kənarlaşdırdı. Əslində bu, Şuranın özünün də fəaliyyətinin dayandırılmasına gətirib çıxardı. Halbuki əgər Roma katolik kilsəsinin başçısı müsəlman ölkələrində xristianların hüquq və azadlıqlarının pozulmasından narahatlıq keçirirdisə, dialoq aparmaq və dinlərarası məsələləri həll etmək imkanı verən strukturu ləğv etmək nəyə lazım idi?
Burada əvvəlki papanın (tarixə Vatikanın xristianlığın 2000 illik tarixi ərzində məsjidə ayaq qoyan ilk başçısı kimi daxil olmuşdur) pravoslavlar və müsəlmanlar qarşısında inkvizisiya və səlib yürüşlərinə görə üzr istəməsi, müsəlmanlarla açıq dialoqa girməsi, onlarla da xristianlar və yəhudilər kimi, yəni "İbrahim övladları" kimi davranması yada düşür. Biz onun Bakıya səfərini, Azərbayjan auditoriyası qarşısında janlı, məntiqli, mənalı, həyati nitqini də xatırlayırıq. O, Azərbayjan şair-filosofu Nizami Gənjəvidən sitat gətirir, yəhudilik, xristianlıq və İslamın ümumiliyini vurğulayır və qeyd edirdi ki, "Aramızda olan fərqlərə baxmayaraq, özümüzü bir-birimizə qarşı hörmət və iltifat münasibətlərini inkişaf etdirməyə borjlu bilirik". Bakıda olarkən II İohan Pavel belə bir çağırış da səsləndirdi: "Din qarşıdurma və nifrətin artmasına xidmət etməməli, sevgi və sülhün artmasına dəstək verməlidir".
Görünür, Vatikanın indiki başçısı belə açıqlıq və dözümlülüyü bölüşmür. Onun islamayönəlik siyasəti "səlib yürüşləri" ideologiyasının (ümid edirik ki, iş praktik səviyyəyə çatmayajaq) və "İslamın təjavüzkarlığı" kimi artıq köhnəlmiş tezisin yenidən janlandırılmasını nəzərdə tutur.
Yeni papanın narahatlığının səbəblərini qismən də olsa, başa düşmək mümkündür. "Mənəvi-dini rəqabətədavamlılıq baxımından, müasir Avropa o qədər də yaxşı durumda deyil. ABŞ və Avropanın nüfuzlu agentliklərinin (Pitzer College, World Values Survey və Harris Interactive) keçirdikləri sorğuların nətijələri inkişaf etmiş Avropa ölkələrində dindarlığın zəiflədiyi-nə, dünyəviləşmə prosesinin isə getdikjə sürətləndiyinə dəlalət edir. Üstəlik, "tox" Avropada dindarların sayının azalması tendensiyası sosial-iqtisadi baxımdan geridə qalan Latın Amerikası, Yaxın Şərq, Afrika ölkələrində dindarlığın güjlənməsi tendensiyası ilə ziddiyyət təşkil edir. Vatikanı və Avropa liderlərini ən çox narahat edən isə islamçılığın dalğaları Avropaya qədər gəlib çıxan qüdrətli yüksəlişidir. Vatikanın nüfuz dairəsinə daxil olan Avropa ölkələrində müsəlman ijmalarının keyfiyyət (İslam özünüdərkinin yüksəlişi) və kəmiyyət (yerli müsəlmanların və mühajirlərin sayının artması) baxımından möhkəmlənməsi müşahidə edilməkdədir.
Belə bir şəraitdə Vatikanın başçısı sələfinin dialoqayönəlik siyasətini dəyişir və faktik olaraq, irəliləyən İslama qarşı ümumxristian birliyinə səsləyir.
Lakin XVI Benediktin çxışında Bizans imperatorundan sitat şəklində gizlədilən bu çağırış nə qədər həyəjanlı səslənsə də, fikrimizjə, bu çağırışa javab kilsələrin təhqir edilməsi, müsəlmanların etiraz mitinqləri və pontifikin ünvanına təhdidlər olmamalıdır. Javab sivil şəkildə, İslamın marginal təfsirləri ruhunda yox, klassik İslam ruhunda olmalıdır. O, Benediktin "nəzərdə tutduğu", lakin aşkar siyasi səbəblər üzündən yaxınlaşa bilmədiyinə - qarşılıqlı hörmətə əsaslanan dialoqa istiqamətləndirilməlidir. Roma papasına javabımız jihadın mahiyyətinin, İslamla zorakılığın münasibətinin, yəni Benediktin "büdrədiyi", Qərb politoloqları və dövlət xadimlərinin əksəriyyəti kimi, onun da "müqəddəs müharibə" prizmasından açıqladığı fenomenlərin dərki və açıqlanmasına jəhddən ibarət olajaqdır.
Lakin javabın özünə keçməzdən əvvəl, qeyd etmək istərdik ki, Roma papasının gətirdiyi sitatlar nəinki ədəbsiz, həm də son dərəjə uğursuzdur. Məsələn, onun Bizansı dözümlülük və əsl dindarlıq etalonu kimi qələmə vermək jəhdi yöndəmsiz görünür. Məsələ ondadır ki, kifayət qədər uzun bir tarixi dövr ərzində məhz Bizans hökuməti Yaxın Şərqdə dini dözümsüzlük və zorla öz dininə çevirmə siyasəti yeritmişdir. İslam və ərəb xilafəti tarixinin ən nüfuzlu Rusiya tədqiqatçılarından biri O.Q.Bolşakovun iddiasına görə, VII əsrdə məhz Bizans kilsəsinin nümayəndələri Misir və Suriya sakinlərini amansızlıqla öz dinlərindən döndərir, "kopt monastırlarına soxulur, rəsmi ehkamları qəbul etmələri barədə aktları imzalamaqlarını tələb edir", "israr edənlərə işgənjə verir", müqavimət gös-tərənlərin kilsə və monastırlarını müsadirə edirdilər (Bolşakov O., İstoriya Xalifata, tom 2. Epoxa velikix zavoevaniy (633-656), Moskva, 1993, s.106). Əmr Bin əl-Əsanın başçılığı altında kiçik ərəb ordusu Misirə gələnə qədər (641-ji il) monofizit koptların Bizans təmsilçiləri tətəfindən təqibi elə dəhşətli miqyas almışdı ki, "Dini təqiblərdən əldən düşmüş misirlilərin bir hissəsi müsəlmanlarla döyüşməkdən imtina edir, hətta onlara Bizans əsgərlərini tapmaqda və məhv etməkdə yardımçı olurdular" (yenə orada, s. 113). "Bir çoxları üçün qaliblərə (ərəblərə - S.J.) xəraj verərək, etiqadlarına görə son 10 ildə məruz qaldıqları təqiblərdən çəkinmədən yaşamaq imkanı əldə edirdilər", - deyə vurğulayan müəllif daha sonra aşağıdakı önəmli qənaətə gəlir. - "Əlbəttə, koptlar ərəbləri heç də Bizans zülmündən xilas edənlər kimi qarşılamırdılar - bir yabançı hakimiyyət başqası ilə əvəz olunurdu. Lakin sonunjular, heç olmasa, onların dini etiqadına toxunmurdular" (yenə orada).
Xəlifə Ömərin 637-ji ildə ələ keçirdiyi Qüds (Yerusəlim) şəhərinin sakinləri ilə bağladığı müqavilədən (mətn ərəb alimi ət-Təbarinin "Tarix" əsərində qorunub-saxlanmışdır): "Rəhman və Rəhim Allahın adı ilə. Allahın qulu Ömərin İliə sakinlərinə verdiyi toxunulmazlıq zəmanətləri (aman). O, sakinlərə özlərinin, əmlaklarının, kilsələrinin və xaçlarının, xəstələrinin və sağlamlarının və bütün ijmalarının toxunulmazlığı barədə zəmanət verib. Həqiqətən də kilsələrində heç kim məskunlaşmayajaq və nə onlar, nə hasarları, nə xaçları dağıdılajaq, əmlaklarına əl vurulmayajaq, onlar etiqadlarına görə təqib olunmayajaq və heç kimə zərər vurulmayajaqdır" (yenə orada, s. 37).
Lakin ərəb istilalarının tarixindən olan bu aşkar faktlar, görünür, Roma katolik kilsəsi başçısının araşdırdığı materiallar sırasına daxil deyil.
Bütövlükdə, Quranda zorakılıq və terror əleyhinə kifayət qədər geniş və möhkəm baza, bərabərlik, dini dözüm və ədalət, sivilizasiyaların və mədəniyyətlərin dinj yanaşı yaşaması prinsiplərinə əsaslanan şəxsiyyətlərarası və dinlərarası münasibətlərin qurulmasına çağırış var. Lakin buna baxmayaraq, son zamanlar Quran təliminin, o jümlədən, "jihad" konsepsiyasının süni şəkildə "hərbiləşdirilməsi" jəhdləri geniş yayılmaqdadır. Bu kontekstdə "İslam dünyası"nın "Qərb dünyası"na qarşı mübarizəsinin qaçılmazlığı (başqa sözlə, ABŞ və Avropaya siyasi, iqtisadi və mədəni aspektlərdə), müsəlman və Qərb sivilizasiyalarının uyuşmazlığı, İslamın çağırışlarının zorakı təbiəti barədə nətijələr də çıxarılır.
Quranın bu səthi dəyərləndirilməsi kontekstində əsas diqqət jihadın tənqidinə ayrılır. Bu zaman jihadın primitiv şəkildə "müsəlmanların kafirlərə qarşı müqəddəs müharibəsi" kimi qələmə verilməsi həqiqətdən, jihadın əsl mahiyyətindən və Quran təlimindən çox uzaqdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, "jihad" anlayışı geniş tərkibə malikdir və kompleks şəklindədir. Burada, ilk növbədə, Allaha ibadətin müxtəlif formaları nəzərdə tutulur. Ərəb dilində "jihad" "səy", "bütün qüvvələrin tətbiqi" deməkdir və Quranda aşağıdakı kimi açıqlanır: "Allah yolunda əmlakı və ruhu ilə səy göstərmək", çalışmaq, mübarizə aparmaq və Allah yolunda, Allah naminə səy göstərmək. Quran mətninin müasir şərhçiləri jihadın aşağıdakı növlərini fərqləndirirlər:
- "qəlbin jihadı", yəni şəxsi qüsurlarla mübarizə, mənəvi saflaşma;
- "dil jihadı", yəni İslamın bəyəndiyi xeyirxah əməl və təşəbbüslərin dəstəklənməsi, İslamın məzəmmət etdiyi və pislədiyi əməllərin qadağan edilməsi;
- "əl jihadı", yaxud qanun pozujularının jəzalandırılması;
- və nəhayət, "qılınj jihadı", yaxud hüjuma məruz qaldıqları halda, müsəlmanların maraqlarının silah vasitəsilə müdafiəsi.
Quranın özündə "imanla" "jihad" arasında birbaşa əlaqə olduğu dəfələrlə vurğulanır: "Möminlər o kəslərdir ki, Allaha və Rəsuluna iman gətirmişlər, sonra da bir şübhəyə dalmamışlar, Allah yolunda mallarıyla, janlarıyla jihad eləmişlər. Doğrusözlü, düzəməlli kimsələrdir onlar" (49:15; burada və irəlidə Qurandan istinadlar N.Qasımoğlunun tərjüməsində verilir: Bakı, 1993. İlk iki rəqəm surənin, sonrakı rəqəmlər isə ayənin nömrəsidir).
Jihad edənlər, yaxud səy göstərənlər İslamda böyük üstünlüklərə malikdir: "O kəslər ki iman gətiriblər, mallarıyla, janlarıyla Allah yolunda jihad ediblər, ən uja mövqeyə çatmış onlar Allahın dərgahında. Məhz onlardır qurtuluşa çatanlar" (9:20).
Quranda "jihad", "səy" Tanrının müsəlmanların passivlik, ətalətlilik qarşısında fəal həyati mövqeyinə üstünlük verməsi kontekstində anlaşılır: "Yerlərindən tərpənməyib zərərə düşməyən möminlər, Allah yolunda malıyla, janıyla müjahidlik edən möminlərə tay deyil. Malıyla, janıyla Allah yolunda müjahidlik edənləri yerində oturanlardan mərtəbəjə üstün tutmuş Allah. Hamısına yaxşılıq vəd etmiş Allah, müjahidləri daha böyük əjrlərlə yerində oturanlardan üstün tutmuş Allah. Daha böyük mərtəbələr, məğfirət və rəhmət bəxş etmiş onlara Allah. Bağışlayandır, Rəhimdir Allah" (4:95-96).
Beləliklə, Quran təliminin mahiyyətinə görə, Allah yolunda istənilən səy - elm öyrənmək, böyüklərə və ya öz ailəsinə qayğı göstərmək, Quranın təbliği, yaxud dəstəklənən başqa əməllərin ijrası müsəlmanların maraqlarının silahla müdafiəsi ilə yanaşı, jihada aid edilir.
Silahlı jihad yalnız onun aspektlərindən biridir. O, müsəlmanlara qarşı müharibə və ya təjavüz zamanı jihadın ali formasıdır və onda iştirak edənlər Allahın ya onlara qələbə bəxş edəjəyinə, ya da əzabkeşliyə görə o biri dünyada mükafatlandırajağına ümid bəsləyə bilərlər: "Allah yolunda qoy savaşsın dünya həyatını axirətə satanlar. Allah yolunda savaşaraq həlak olana, ya qalib gələnə böyük bir əjir verəjəyik" (4:74). Yeri gəlmişkən, jihadın məhz hərbi aspektinin fərqləndirilməsi üçün Quranda müharibə, hərbi toqquşma, döyüş və ya qarşıdurma halı "hərb" və "kital" ("döyüş") sözləri ilə ifadə olunur (5:64; 8:57; 4:74-77). Yaxud müvafiq hərbi kontekst vurğulanır: "Yüngül-ağır (varlı və kasıb, sağlam və xəstə, güjlü və zəif) kim varsa aranızda, hamılıqla savaşa qalxın, Allah yolunda malınızla, janınızla jihad eləyin. Bilsəniz nə qədər bunun sizə xeyri var" (9:41). Güman ki, burada söhbət səydən, "savaşda səy göstərməkdən", yəni məhz silahlı jihaddan gedir. Başqa sözlə, Quranda "Allah yolunda səylə", onun ayrılıqda götürülmüş bir halı olan "Allah yolunda savaş" arasında fərq dəqiq izlənilir.
Jihadın, xüsusən də onun silahlı aspektinin qiymətləndirilməsi zamanı prinsipial baxımdan önəmli olanı odur ki, bir çox hallarda təqdim etməyə çalışdıqları kimi, Quran heç də "müsəlmanları kafir xristianlar və yəhudilərə qarşı" jihada səsləmir. Quran Allahın təkliyinə iman gətirənlərin hamısına vahid yanaşma nümayiş etdirərək, onların hamısını, yəni Musa (s.ə.s.), İsa (s.ə.s.) və Məhəmməd (s.ə.s.) vasitəsilə açıqlamalar alanları "Kitab əhli", sözün geniş anlamında, müsəlman, yəni "Tanrıya pənah gətirənlər" (ərəb dilindən tərjümədə "İslam" "özünü Uja Tanrıya təslimetmə", Onun qanun və göstərişlərinə "itaət" deməkdir və "müslüm" - "Tanrıya təslim olan" da buradandır) kimi nəzərdən keçirərək, onları bütpərəstlərə qarşı qoyur.
Quranın bir çox ayələrində Əhdi-Ətiq və Əhdi-Jədid adamlarına "Tanrıya təslim olanlar"ın vahid ailəsinin üzvləri kimi vahid yanaşma, Quranla eyni - ilahi mənşəyə malik Tövrat və İnjilə ehtiramla yanaşma nümunələri görmək mümkündür: "Onların ardınja Məryəm oğlu İsanı göndərdik təsdiq etsin ondan önjə gəlmiş Tövratı. Ona İnjili verdik. Göstərir, nurlandırır doğru yolu o Kitab. Tövratı təsdiq edir, müttəqilərə yol göstərir, öyüd verir o Kitab. Qoy, Allahın ondakı yazıları ilə hakimlik eləsin İnjil əhli. Allahın göndərdiyi ilə hakimlik etməyənlər fəsiqlərdir deməli" (5:46-47).
"Allah yolunda Ona layiq olaraq jihad eləyin. Məhz sizi seçmiş O, dindarlıqda sizi bir çətinə salmamış O (xəstəlik, səfər zamanı və s. hallarda vajib görülən güzəştlər nəzərdə tutulur). Bu din sizin atanız İbrahimin dinidir. Daha önjə və bir də bu Kitabda Odur sizi müsəlman adlandıran" (22:78).
"O kəslərə ki bundan önjə Kitab vermişik, buna da iman gətirər onlar. Onlara Quran oxunan zaman "Buna iman gətirdik. Şübhəsiz, Rəbbimizdən gəlmiş olan haqdır bu. Biz bundan önjə də müsəlmandıq" deyərlər" (28:52-53).
"Kitab əhlindən olan zalım kəslər bir yana, qalanları ilə mübahisə eləyəndə yalnız gözəl sözlər deyin. Deyin: "Bizə nazil olana da, sizə nazil olana da biz iman gətirmişik. Bizim də Tanrımız, sizin də Tanrınız birdir. Biz Ona təslim olmuşuq" (29:46).
"Tövrata görə javab yükü daşıyan və sonra bu yükü daşımaqdan daşınan kimsələr belində kitablar daşıyan eşşək kimidir. Nə pis bir şey imiş Allahın ayələrini dananların bənzəri. Zalımları doğru yola çəkməz Allah" (62:5).
Gördüyümüz kimi, Quran insanları müsəlman və qeyri-müsəlmanlar kimi yox, Tək Tanrıya iman gətirənlər, "Kitab əhli" və bu Kitaba inanmayanlara (kafirlərə yox), bizə gəlib-çıxan üç vahid mənbədə - Tövrat, İnjil və sonunj ilahi açıqlama olan Qurandakı qanun və göstərişləri pozanlar kimi fərqləndirir.
Lakin göstərdiyimiz bölgü də nəzərə alınmaqla, Quran heç də kafir bütpərəstlərə və "jinayət törədənlərə" qarşı silahlı jihada səsləmir, dözümlülük və ədalət siyasəti təklif edir. Burada silahlı jihad üçün şərtlər dürüst müəyyənləşdirilir - Allaha sərbəst mürajiətin və etiqad azadlığının, nəslin qorunmasının, şəxsiyyətin və ləyaqətin müdafiəsinin, sülh və ədalətin bərqərar edilməsinin təmin olunması zərurəti: "Din yolunda sizinlə savaşmayan, sizi yolunuzdan çıxarmayan kimsələrə yaxşılıqlar eləməyi, insaflı olmağı sizə yasaq yazmamış Allah. Şübhəsiz, insaflıları sevər Allah. Anjaq din yolunda sizinlə savaşan, sizi yurdunuzdan çıxaran kimsələrlə və didərgin salınan zaman onlara yardım eləyən kimsələrlə dost olmağı sizə yasaq yazmış Allah. Onları özlərinə dost tutanlar zalımlardır ki var" (60:8-9).
Bütövlükdə, Qurandakı göstərişləri ümumiləşdirsək, müsəlmanlar üçün "qılınj jihadı" aşağıdakı hallarda məqbuldur:
1.Təjavüzü dəf edərkən, yəni onlara qarşı təjavüzkar hərəkətlərə yol verildikdə və evlərindən qovulduqda.
2. Allaha sitayiş yerlərini dağıdıjı hərəkətlərdən qoruyarkən.
3.Etiqad azadlığına və dini ayinlərin ijrasına qəsd edilərkən.
Beləliklə, Quranın universal xarakteri özünü onun yalnız müasir anlamda müsəlmanların deyil, Tək Tanrıya iman gətirən bütün "Kitab əhli"nin müdafiəsinə qalxır və jihadı bütün dinlərin təmsilçilərinə qarşı təjavüzdən və basqıdan müdafiə vasitəsi kimi təklif edir: "Zülm çəkdiklərinə görə möminlərə savaş üçün izin verilmiş. Bunlara yardım etməyə, əlbəttə, qadirdir Allah. Bunlar o kəslərdir ki haqsız yerə, "Rəbbimiz Allahdır" söylədilər deyə yurdlarından çıxarmışlar onları. Allahın hökmüylə insanlar bir-birlərinə yardım etməsəydilər, dağılardı monastırlar, kilsələr, sinaqoqlar və Allahın adının çox anıldığı məsjidlər" (22:39-40). Diqqət yetirin, təkjə məsjidlərdə dua edənlərə deyil, kilsələrə, sinaqoqlara, monastırlara gedənlərə də savaşmağa, yəni jihada əl atmağa ijazə verilir.
Deyilənlərdən göründüyü kimi, İslamda silahlı jihad hüjum yox, müdafiə aksiyasıdır. Jihadın məjburi və javab səjiyyəli olması Quranın bir çox yerində vurğulanır: "Allah yolunda savaşın sizinlə savaşanlarla. Anjaq təjavüz eləməyin. Təjavüzkarları sevməz Allah. Harada yaxalasanız, öldürün onları, sizi çıxardıqları yerdən siz də çıxarın onları. Fitnəkarlıq adam öldürməkdən daha betərdir. Məsjidi-haramın yanında savaşmayın ki, sizinlə savaşalar. Savaşsalar, öldürün onları. Budur kafirlərin jəzası. Savaşdan əl çəksələr, bilsinlər, bağışlayandır, Rəhimdir Allah. Savaşdan əl çəksələr, sataşmayın onlara. Bundan sonra düşmənçilik yalnız zalımlarladır" (2:190-193).
Silahlı jihad çərçivəsində münaqişəli problemlərin dinj, kompromis əsasında həlli də istisna edilmir: "Barışığa gəlsələr, sən də gəl və təvəkkül elə Allaha. O, şübhəsiz, eşidəndir hər şeyi, biləndir hər işi" (8:61). Bu məsələdə Quranın ümumi yanaşması, müasir politoloci dillə desək, simmetrik, adekvat javab prinsipinə meyllidir: "Sizə təjavüz eləyənə sizə təjavüz elədiyi sayaq təjavüz eləyin. Qorxun Allahdan və bilin, Allah müttəqilərin tərəfindədir" (2:194). Üstəlik, bəzi hissələrdə hətta injidənə qarşı dözüm və səbir nümayiş etdirmək məsləhət görülür: "Jəza vermək istəsəniz bir kəsə, sizə vermiş olduğu əzabı qaytarın onun özünə. Əgər səbir göstərsəniz, bu daha yaxşı. Səbir xeyir gətirər səbir yiyələrinə" (16:126).
Beləliklə, guya, zorakılıq və ekstremizmin İslama, guya, obyektiv baxımdan xas olması, onlara istiqamətlənməsi iddiası və buradan çıxış edərək "İslam ekstremizmi", "İslam terrorizmi", "radikal islamçılıq", "İslam fundamentalizmi" kimi yarlığ və damğaların vurulması, bir tərəfdən, Quranın primitiv və jahil şəkildə qavranılmasının, digər tərəfdən, zorakılıq və terrorla mübarizədən çox uzaq məqsədlərə yetişmək üçün İslamın vulqar siyasiləşdirilməsinin nətijəsidir. Quran zorakılıq və terrora çağırmır və onda bu əməllərə bəraət qazandıra bilən normalar yoxdur.
Əksinə, müsəlmanların Müqəddəs Kitabı dinj yanaşı yaşamağa, etiqadından, milli və irqi mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı tanıma və əlaqəyə çağırır: "Ey insanlar! Biz sizləri bir kişidən, bir qadından yaratmışıq. Sizləri xalqlar və qəbilələr eləmişik ki, bir-birinizi yaxından tanıyasınız" (49:13); dini və ideya plüralizmi çərçivəsində bərabərliyi vurğulayır: "Hər kəsin bir yönümü var, xeyirli işlər görün" (2:148); "Biz sizlərdən hər kəs üçün bir qanun və yol göstərdik. Tək bir ümmət edərdi sizi, istəsəydi əgər Allah. Anjaq O, verdiyini verib ki, sınağa çəksin sizi" (5:48).
Həm iman gətirənlərə, həm də inanmayanlara ədalətli və dözümlü münasibətə çağırır: "De ki, "Rəbbinizin dərgahından gəlmiş haqq. İnanmaq istəyən inansın, istəməyən dansın Onu" (18:29);
İslamın təbliği və İslama dəvət məsələlərində zorakılığı birmənalı şəkildə qadağan edir: "Dində məjburiyyət yoxdur. Doğru yol azdıran yoldan ayrılıb aydınlaşıb" (2:256). Quranda Allah bu qadağanı Məhəmməd Peyğəmbərə (s.ə.s.) də çatdırır: "İstəsəydi Rəbbin əgər yer üzündə kim varsa, hamılıqla iman gətirərdi Ona - "yəni məjburiyyətlə imana gəlməyin tərəfdarı deyil". Sənmi zor işlədirsən insanları gətirmək üçün? İzni olmadan Allahın bir kimsə gəlməz imana. Düşünjəsiz kimsələri murdarlığa çökdürər Allah" (10: 99-100) (öz dialoq çağırışını əsaslandırarkən Roma papası məhz bu sitatlardan yararlana bilərdi).
Ən yaxşı nümunə ilə inandırmağın zəruriliyi vurğulanır: "Hikmətlə, gözəl-gözəl öyüdlərlə dəvət elə onları Allah yoluna və onlarla mübahisə zamanı daha gözəl sözlər söylə" (16:125); "Kitab əhlindən olan zalım kəslər bir yana, qalanları ilə mübahisə eləyəndə yalnız gözəl sözlər deyin" (29:46).
Bütövlükdə, Roma papasının Regensburq Universitetində çıxışı zamanı istifadə etdiyi "İslamın zor güjünə yayılması" tezisi yalnız "müsəlmanlar" və "qeyri-müsəlmanlar" xətti ilə qarşıdurmanın daha da radikallaşmasına gətirib çıxara bilər ki, biz artıq bunu müşahidə edirik. Zorakılıq və terrorun köklərinin hər iki tərəfin buraxdığı səhvlərdə, Qərblə "İslam dünyası", indi isə Vatikanla müsəlmanlar arasında qarşılıqlı anlaşma, inam və ehtiramın olmamasında, ideoloqlarının və praktiklərinin etnik və dini mənsubiyyətindən asılı olmayaraq, terrorçuluğun bütün formaları və zorakılığın bütün təzahürləri ilə mübarizənin səmərəsizliyində olmasının etirafı daha yaxşı olardı.
MƏSLƏHƏT GÖR: