15 Mart 2025

Şənbə, 01:19

DNESTRYANI RUSİYAYA CAN ATIR

Guam dövlətlərinin birgə təşəbbüslərinə cavab olaraq, separatçılar və onların havadarları referendum oyununa başlayırlar

Müəllif:

01.10.2006

Tanınmamış respublikaların separatçı recimləri dünyaya öz varlıqlarını sübut etmək üçün ilk dəfə deyil ki, referendum keçirir. Sentyabrın 17-də Dnestryanı bölgədə keçirilən referendumda bir daha əhalinin Moldova və Rusiyaya münasibəti üzə çıxdı. İndi növbədə Jənubi Osetiyadır: burada noyabrın 12-də "prezident" seçkisi ilə eyni gündə, həm də müstəqilliyin elan olunması ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulub. Bizim Dağlıq Qarabağda isə separatçılar ilin sonunda öz "konstitusiya"larını referenduma çıxarajaqlarını bəyan edib. 

Bütün bu aksiyaların siyasi əhəmiyyəti yox dərəjəsindədir və onların heç bir hüquqi əsası da yoxdur. Bu jür aksiyalar, sadəjə, sonu görünməyən münaqişədən bezmiş yerli əhalini ruhlandırmaq, dünya ijtimaiyyətinin diqqətini jəlb etmək, həmçinin, separatçı recimləri himayə edən Rusiyanın mövqelərini güjləndirmək məqsədilə keçirilir.

Tanınmamış respublikaların rəhbərliyi keçirilən referendumlar və yalançı seçkilərə demokratik don geyindirmək üçün, əsasən, real vəziyyəti o qədər də dərindən bilməyən xariji siyasətçi və ekspertləri, xüsusilə də digər tanınmamış respublikalardan, Rusiyadan və bəzi MDB ölkələrindən olan müşahidəçiləri dəvət edir. Düzdür, onların arasında bəzən Qərb nümayəndələrinə də rast gəlinir, məşhur baronessa Koks kimi. 

Bu dəfə Dnestryanı bölgədəki referendumu izləməyə 170 "müşahidəçi" dəvət olunmuşdu və onlar, təbii ki, səsvermənin demokratik keçdiyini təsdiqlədi. Lakin bütün bu oyunlar, aksiyaya beynəlxalq ijtimaiyyətin münasibətini dəyişmək üçün kifayət deyil.

Referendumda Dnestryanı bölgənin əhalisinə iki alternativ yol arasında seçim etmək imkanı verilmişdi. 

1. Siz Dnestryanı Moldova Respublikasının müstəqillik kursunu və sonradan onun sərbəst şəkildə Rusiya Federasiyasına birləşməsini dəstəkləyirsinizmi? 

2. Siz Dnestryanı Moldova Respublikasının müstəqillikdən imtina etməsini və Moldova Respublikasının tərkibinə daxil olmasını mümkün sayırsınızmı?

Səsvermədən dərhal sonra ATƏT-in fəaliyyətdə olan sədri Karel de Quxt açıq şəkildə bəyan etdi  ki, referendumda qoyulmuş sualların yönləndiriji xarakteri və regionda azad və ədalətli seçkinin keçirilməsi üçün əsas tələblərin, məsələn, mətbuat azadlığının, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizmin olmaması və s. bu jür səsvermənin nətijələrini əvvəljədən müəyyənləşdirmək üçün kifayət edir. "ATƏT Dnestryanı bölgənin müstəqilliyi ilə bağlı keçirilən referendumun nətijələrini tanımır", - deyə K.de Quxt vur-ğuladı. 

Avropa Birliyi, ABŞ, Ukrayna və Rumıniya da eyni bəyanatla çıxış etdi. Beynəlxalq təşkilatların rəyində xüsusilə vurğulandı ki,  "Dnestryanı bölgədəki durumla Çernoqoriya və ya Kosovodakı vəziyyət arasında heç bir oxşarlıq yoxdur". Avropa Şurasının Baş katibi Terri Devis isə qeyd etdi ki, "Referendumun qanuni əsasının olması üçün, vəziyyətin tənzimlənməsi ilə bağlı siyasi razılaşma əldə edilməlidir".

Dnestryanı Respublikada keçirilən referendumun nətijələri tamamilə gözlənilən oldu - əhalinin 97%-i Rusiyaya birləşməyə "hə", 94% isə Moldovanın tərkibində qalmağa "yox" dedi. Bunu Rusiyanın postsovet məkanında yürütdüyü siyasəti bəyənməyən Qərbə, xüsusilə, Avropa Birliyi və ABŞ-a ünvanlanan mesac saymaq olar. Axı separatçılara siyasi və hərbi dəstək verən, onların mövjudluğu üçün maliyyə ayıran məhz Rusiyadır. Bir faktı qeyd etmək kifayətdir ki, Tiraspolun "Qazprom"a borju fantastik həddə çatıb - təxminən, 1 milyard dollar. Bu borjun əvəzində Rusiyanın nəhəng qaz inhisarçısı gələjəkdə burada regional əhəmiyyət daşıyan iri elektrik stansiyaları almağı düşünür.

Ümumiyyətlə, Rusiyanın Dnestryanıdakı mövqelərinin möhkəmliyini göstərən məqamlar çoxdur. Məsələn, referendum ərəfəsində bəyan edildi ki, Dnestryanı Respublika "hökuməti" Rusiya rubluna, bu ölkənin təhsil standartlarına keçməyə, həmçinin, qanunverijiliyini Rusiyanın qanunverijiliyinə uyğunlaşdırmaq fikrindədir. Və ya tanınmamış respublikanın paytaxtı Tiraspola mütəmadi olaraq rusiyalı parlamentarilər, partiya liderləri və ijtimai xadimlər səfər edir və s.

Dnestryanı Respublikanın kifayət qədər güjlü sayılan hərbi hissələrinin (ordu, xüsusitəyinatlılar və s.) yaradılması və silahlandırılmasını  da Rusiya təmin edib. Bundan başqa, sülhməramlı kontingentlə yanaşı, burada hələ də bir vaxtlar Dnestryanıda yerləşdirilmiş 14-jü ordunun "qalıqları" - 1,5 min rusiyalı hərbçi qalmaqdadır. Bu gün həmin hərbçilərin əksəriyyəti yerli sakinlərdir. Xatırlatmaq yerinə düşər ki, 1999-ju ildə ATƏT-in İstanbul sammitində qəbul olunmuş bəyannaməyə əsasən, Rusiya öz ordusunu və silah-sursatı 2001-ji il dekabrın 31-dək bölgədən çıxarmalı idi. Lakin rəsmi Moskva hələ də müxtəlif bəhanələrlə bu bəyannamədəki tələbi yerinə yetirməkdən imtina edir.

Son vaxtlar Avropa İttifaqı və ABŞ münaqişənin nizamlanması üçün fəallıq nümayiş etdirsə də, problemin həllində heç bir irəliləyişə nail olunmayıb. Çünki birmənalı olaraq demək olar ki, Dnestryanı bölgənin problemin kökündə yalnız Kişinyovla Tiraspolun qarşıdurması durmayıb. Burada Rusiya, Rumıniya və Ukraynanın maraqlarından ibarət düyün yaranıb. Maraqların belə kəsişməsi isə münaqişənin həllini asanlaşdırmır, əksinə, daha da çətinləşdirir. Real vəziyyəti aydınlaşdırmaq üçün yaxın keçmişə ekskurs etmək, münaqişənin kökləri və xronologiyasına, onun həllinə mane olan amillərə nəzər salmaq lazımdır.

Dnestryanı bölgənin ərazisi (8 min kv.km yaxın) 1924-jü ildən Ukrayna SSR-in tərkibində Moldova muxtariyyəti olub. 1940-jı ildə Moldova Respublikasının yaranmasından sonra isə bölgə bu respublikanın tərkibinə daxil olub. SSRİ-nin dağılması və Moldovanın müstəqillik əldə etməsi, Moldova dilinin dövlət dili elan edilməsi rusdilli əhali tərəfindən mənfi qarşılandı (Dnestryanı bölgənin əhalisinin böyük əksəriyyəti isə rusdillidir). Məhz həmin dövrdə xarijdən müxtəlif qüvvələrdən dəstək alan Tiraspol Kişinyovla qarşıdurmaya getdi və Dnestryanı Moldova Respublikası elan olundu. Regional parlamentə seçkilər keçirildi, qeyri-qanuni hökumət formalaşdırıldı və s.

Mərkəzi hakimiyyətin separatçıları qanuna tabe olmağa məjbur etməsi silahlı toqquşmalara gətirib-çıxartdı və nətijədə, hər iki tərəf xeyli sayda insan tələfatı ilə üzləşdi. Lakin keçmiş SSRİ-nin başqa bölgələrindəki analoci münaqişələrdən fərqli olaraq, burada genişmiqyaslı etnik təmizləmə siyasəti aparılmadı. Dnestryanı Respublikanın tərkibi Sovet İttifaqı dövründəki nisbəti qoruyub-saxladı. Bu gün bölgədə yaşayan, təxminən, 550 min nəfərin 31,9 %-i və ya 177 min nəfəri moldovan, 30,4 %-i (168 min nəfər) rus, 28,8 %-i (160 min nəfər) isə ukraynalıdır.

Hələ 1992-ji ilin aprelində Moldova, Rusiya, Rumıniya və Ukraynanın xariji işlər nazirlərinin toplantısında münaqişənin həlli prinsipləri işlənib-hazırlanmışdı. Bu prinsiplər  Dnestryanı Respublikaya Moldovanın tərkibində xüsusi statusun verilməsini nəzərdə tuturdu. Silahlı qarşıdurmanın dayandırılması üçün Rusiya, Moldova və Dnestryanı bölgə təmsilçilərindən ibarət birgə nəzarət komissiyası da yaradıldı. Sülhməramlı missiyanı isə öz üzərinə (ukraynalı hərbi müşahidəçilərin iştirakı ilə) Rusiya götürdü.

1997-ji il mayın 8-də isə Moskvada ATƏT-in nümayəndələrinin iştirakı ilə, Rusiya, Moldova, Ukrayna prezidentləri və Dnestryanı Respublikanın lideri arasında "Moldova Respublikası və Dnestryanı bölgə arasında münasibətlərin normallaşdırılmasının əsasları haqqında" memorandum və birgə bəyanat imzalandı və orada tərəflərin münasibətlərini vahid dövlət çərçivəsində qurmaq istəkləri öz əksini tapdı. Lakin Kişinyov inzibati-ərazi müxatriyyəti variantında israr etdiyi halda, Tiraspol konfederativ əsasda münasibətlərə tərəfdardır.

Uzunsürən müzakirələrdən sonra, rəsmi Kişinyov Moskvanın iştirakı ilə sülhün əldə olunmasını və 20 il ərzində Rusiya qoşunlarının bölgədə saxlanılmasını nəzərdə tutan "Kozak planı"nı rədd etdi. Moldovanın kommunist prezidenti Vladimir Voronin bu planın onun dövləti üçün yaratdığı təhlükəni hiss etdi. Özü də maraqlıdır ki, Moldova rəhbərliyi bu plana Avropanın məsləhəti ilə mənfi javab verdi. 

Buna javab olaraq, Tiraspolun separatçı recimi Avropadan gələn bütün təşəbbüsləri, hətta Ukraynanın yeni hakimiyyətinin təkliflərini belə heç müzakirəyə  çıxarmadan rədd etdi. 

Beləliklə, ötən illər ərzində əldə olunan razılaşmalara baxmayaraq, Dnestryanı münaqişəni həll etmək mümkün olmadı.

Postsovet məkanındakı separatçı recimlərin yenidən referendum oyununa başlaması belə düşünməyə əsas verir ki, onların fəaliyyəti kənardan idarə olunur. 

Məlumdur ki, istiqamətveriji impulslar onlara vahid mərkəzdən - Moskvadan gəlir. Dnestryanı Respublikanın referendum keçirərkən Rusiya Prezidenti Vladimir Putinin adını hallandırması və əsas kimi onun "Regional münaqişələr xalqların rəyi əsasında, yəni referendumlarla həll edilməlidir", - fikrini dönə-dönə təkrarlaması da qətiyyən təəjjüblü deyil.

Belə olduğu təqdirdə, tam əsaslı sual yaranır: Rusiya rəhbərliyinin hədəfi nədir? Bu ölkənin xariji işlər naziri Ser-gey Lavrov sentyabrın 15-də "Rusiya" telekanalının efirindən  açıq şəkildə bəyan etdi ki, belə ərazilərin, konkret olaraq, Dnestryanı Respublikanın əhalisinin öz istəyini referendumda elan etməsi qeyri-adi hal kimi qəbul olunmamalıdır. Lavrovun fikrinjə, referendum, faktik olaraq, böl-gəyə tətbiq olunan iqtisadi blokadaya reaksiyadır. Nazir xüsusi olaraq  vurğuladı ki, tanınmamış respublikaların ərazisində referendum keçirilməsində qəribə heç nə yoxdur və indiyədək yalnız postsovet məkanında deyil, Avropada, Qərbdə də analoci səsvermələrə rast gəlinib.

Lavrovun açıqlamalarının arxasında Moskvanın uzunmüddətli niyyətlərinin gizləndiyi hiss olunur. Dnestryanı Respublikanın "xariji işlər naziri" Valeri Litsko deyir: "Rusiya Federasiyasının tərkibinə birdən-birə daxil olmaq mümkün deyil. Lakin biz prinsipial olaraq aydınlaşdırmalıyıq ki,  nə istəyirik - Rusiyanın tərkibinə daxil olmaq, yoxsa müstəqil qalmaq". 

"The Financial Times" da qeyd edir ki, Dnestryanı Res-publikada keçirilən referendum, təbii ki, bölgənin tezliklə Rusiyanın tərkibinə qatılajağı demək deyil. Amma istənilən halda, bu, Moskvanın regiondakı təsir imkanlarını güjləndirəjək və keçmiş SSRİ ərazisində Kreml tərəfindən dəstəklənən digər separatçı recimlər üçün nümunə olajaq.

Beləliklə, demək olar, Qərbin Kosovonun müstəqilliyini tanımaq niyyətinə neqativ yanaşdığını gizlətməyən prezident Putin və onun administrasiyası, ABŞ və Avropa Birliyini bu niyyətindən döndərmək üçün əks-hüjuma keçib. Əgər Rusiya bu istəyinə nail olsa, Moskva Avropadakı təsir imkanlarını bərpa etməklə yanaşı, həm də gələjəkdə öz ərazisindəki separatçı bölgələr üçün də president ola biləjək Kosovo variantını əngəlləyəjək. 

Bu gün Moskva açıq şəkildə hədələyir ki, Kosovoya yanaşma universal olmasa,  Rusiya postsovet məkanındakı tanınmamış respublikaları tanımaq və öz ərazisinə qəbul etmək hüququnu özündə saxlayır. Bu, Avropadakı dayaqlarını itirən Moskva üçün, az da olsa, kompensasiya sayıla bilər. 

Doğrudur, hadisələrin belə gedişi GUAM ölkələrinin Rusiyadan nəinki birdəfəlik üz döndərməsinə, hətta ona düşmən mövqe tutmasına səbəb ola bilər. Əgər bu təhlükə Moskvanı o qədər də qorxutmursa, Kreml, heç olmasa, bir şeyi düşünməlidir ki, Qərblə münasibətləri 20 il bundan əvvəlki vəziyyətə qayıda bilər. Bu isə artıq kifayət qədər jiddi məsələdir.

Bu arada GUAM ölkələrinin təşəbbüsü ilə "dondurulmuş münaqişələr"in müzakirəsi, çətinliklə də olsa, BMT Baş Assambleyasının 61-ji sessiyasının gündəliyinə salındı. Bu qərarın lehinə 16 ölkə - Estoniya, Latviya, Litva, ABŞ, Böyük Britaniya, İrlandiya, Kanada, Avstraliya, Meksika, Qvatemala, Yaponiya, Türkiyə, Rumıniya, Azərbayjan, Moldova və Ukrayna səs verdi. Gürjüstanın səsvermə hüququ olmadığından, o, prosesə qatıla bilmədi. Məsələnin sessiyanın gündəliyinə salınmasına qarşı isə Rusiya, Ermənistan, Kipr, Yunanıstan,  Zimbabve, Anqola, Qvineya, Nigeriya, JAR, Birma, Panama, Şri-Lanka, Əljəzair və İndoneziya çıxdı. Daha 65 dövlət bitərəf qaldı. 

Səslərin ilkin bölgüsü GUAM tərəfindən gündəliyə salınan məsələnin müzakirəsinin kifayət qədər çətin keçəjəyini söyləməyə əsas verir. Diqqəti jəlb edən daha bir məqam ondan ibarətdir ki, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin əksəriyyəti məsələnin səsə qoyulması zamanı bitərəf qalıb. Onlar arasında Pakistan və İran da var. Bir sıra islam dövlətlərinin, məsələn, Əljəzair və İndoneziyanın nümayəndələri isə Rusiya və Ermənistanla həmrəylik nümayiş etdirib. Aydındır ki, bu, əsasən, BMT-də İranın nüvə proqramı, həmçinin, Yaxın Şərq münaqişəsi zəminində müzakirələrin keçiriləjəyi ilə əlaqədardır və bu səbəbdən bir çox islam və ərəb dövlətləri Rusiyanı qıjıqlandırmaq istəmir.

Rusiya məsələnin gündəliyə salınmasına qarşı səs verməklə yanaşı, GUAM-ın təşəbbüsünün qarşısını almaq üçün xeyli güj sərf etdi. Rusiyanın xariji işlər naziri Lavrovun sözlərinə görə, 190 ölkənin iştirakı ilə keçiriləjək forumdan səmərəli müzakirələr gözləmək çətindir. Onun daha bir arqumenti isə bundan ibarətdir ki, "Tanınmamış respublikaların iştirakı olmadan aparılan müzakirələrdə münaqişə tərəflərindən yalnız birinin təbliğatxarakterli çıxışı nizamlamanı tezləşdirə bilməz". 

Lakin Moskvanın bu arqumentləri, sadəjə, diplomatik gedişdir. Əslində, Moskva müzakirələr zamanı dünya birliyi tərəfindən separatizmi dəstəklədiyinə və yeni müstəqil dövlətlərin ərazi bütövlüyünün pozulmasına yönələn fəaliyyətinə görə jiddi məzəmmətə məruz qalajağından ehtiyat edir.

Bu mövzudan danışarkən bir məsələyə şərh verməmək mümkün deyil. 

Məlum olduğu kimi, Dnestryanı Respublikada keçirilən referendumun nətijələrini tanımayan, Jənubi Osetiya və Abxaziyanı da analoci addımdan çəkindirməyə çalışan Qərb dövlətləri, nədənsə, Azərbayjanı əks tərəfə, yəni Dağlıq Qarabağın taleyinin referendum yolu ilə həllinə sürükləyir. 

Görəsən, niyə? 

Bunun formal izahı ondan ibarətdir ki, Qərb ümumilikdə bütün referendumların deyil, birtərəfli qaydada, münaqişənin bütün tərəflərinin istək və iştirakı olmadan keçirilən səsverməni qəbul etmir. Dağlıq Qarabağ məsələsində isə Qərb, referendumun digər münaqişə tərəfi - Azərbayjanın da razılığı əsasında keçirilməsinə çalışır. Aydındır ki, söhbət ikili standartdan gedir. 

Məhz buna görə Azərbayjan GUAM çərçivəsində bütün münaqişələrə yanaşmada koordinasiya və həmrəylik təmin etməlidir. Çünki bu yolla rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinə "xüsusi yanaşma" təhlükəsini zərərsizləşdirə bilər.


MƏSLƏHƏT GÖR:

403