15 Mart 2025

Şənbə, 01:28

BİR DƏFƏ AMERİKADA…

GUAM: konkret addımların vaxtı çatdı

Müəllif:

01.10.2006

1997-ji il. Amerika Birləşmiş Ştatları. Okeanın o tayında bir araya gəlmiş  Azərbayjan, Ukrayna, Gürjüstan və Moldova prezidentləri GUAM təşkilatını təsis etdilər. 

Bu postsovet respublikalarının MDB-dən kənar yeni təşkilat yaratmasına üç əsas səbəb var idi: 

- Rusiyanın siyasəti, 

- etnik separatizm; 

- Qərblə inteqrasiya istəyi.

SSRİ-nin dağılması ilə Rusiyanın da müstəqillik əldə etməsinə baxmayaraq, Kremlin "yeni" xariji siyasəti, demək olar ki, kommunistlərin siyasətindən fərqlənmirdi; yenə də yaxın xarijdə təsir imkanlarını genişləndirmək, etnik separatizmə gizli və açıq dəstək və s. 1990-jı illərin əvvəllərində Azərbayjanda Dağlıq Qarabağ, Gürjüstanda Abxaziya və Jənubi Osetiya, Moldovada Dnestryanı münaqişədə, həmçinin, Ukraynada Krım separatçılarının aktivləşməsində  "Moskvanın barmağını" görməmək mümkün deyildi. Bu faktor Azərbayjan, Ukrayna, Gürjüstan və Moldovanı birləşdirərək, onları daha sıx siyasi əməkdaşlığa, Qərblə iqtisadi inteqrasiyaya, həmçinin, onun təhlükəsizlik institutlarına inteqrasi-yaya sövq etdi.

Elə ilk gündəjə Vaşinqton bu ölkələrin GUAM-da birləşməsini və Rusiyadan asılı olmayana xariji siyasət yeritmək istəyinə dəstək verdi. Lakin illər ötsə də, bu dörd ölkə öz aralarında jiddi inteqrasiyaya nail ola bilmir və GUAM-ın nüfuzlu beynəlxalq təşkilata çevrilməsi mümkün olmurdu. Tədrijən, GUAM da MDB kimi formal bir təşkilata çevrilirdi. Moldovada kommunist Vladimir Voronin prezident seçildikdən sonra isə açıq şəkildə eyham vurdu ki, o, GUAM-ın gələjəyinə inanmır. Görünür, həmin illərdə o, Moskva ilə ümumi dil taparaq, Dnestryanı problemi Moldovanın ərazi bütövlüyü çərçivəsində  həll edəjəyinə  ümid bəsləyirdi. 

Daha sonra Özbəkistan da GUAM-a qoşuldu. Lakin bu ölkə ilə Qərb arasında yaranan problemlər, ardınja isə Özbəkistanın Moskvaya istiqamətlənməsi onun GUAM-ı tərk etməsi ilə nətijələndi. Açığı, bu ölkə GUAM-a üzv olduğu dövrdə təşkilat çərçivəsində əməkdaşlığa elə də jəhd göstərmirdi və Qərbə inteqrasiyadan söhbət gedən zaman jiddi ehtiyatlılıq nümayiş etdirirdi. Özbəkistanı GUAM-ın digər üzvlərindən fərqləndirən daha bir jəhət onun separatçılıqla bağlı probleminin olmaması idi. Buna görə də GUAM üzvləri Özbəkistanla vidalaşmaqla heç nə itirmədi.

2006-jı il. Məhz bu il GUAM-ın fəallığının artması müşahidə olunmağa başladı. Bu dövrdə Azərbayjan, Ukrayna və Gürjüstanda dövlət başçıları dəyişdi, Moldovanın kommunist prezidenti isə Moskvadan istədiyini alajağına olan ümidlərini itirdi. GUAM üzvü olan dövlətlərin bu ilin may ayında baş tutan Kiyev görüşündə bu qurumun tarixində ən jiddi qərar qəbul olundu - o, "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" adlandırıldı, üzv dövlətlər isə Avropa Birliyi və NATO-ya inteqrasiyanı dərinləşdirmək niyyətlərini ortaya qoydu. 

Nəhayət, GUAM çərçivəsində azad iqtisadi zona yaradıldı. Buraya elə Kiyevdə GUAM katibliyinin yaradıldığını da əlavə etmək olar.

Təşkilatın adının dəyişməsi artıq GUAM-ın qapılarının demokratiya və iqtisadi inkişafa nail olmaq istə-yən bütün ölkələrin üzünə açıq olması anlamına gəlir. Həmin sammitdə bir sıra Baltikyanı ölkələrin və Şərqi Avropa dövlətlərinin liderlərinin iştirakı da təsadüf deyildi.

GUAM üzvlərinin Avropa Birliyi və NATO-ya inteq-rasiyada səylərini birləşdirməsi də vajib məqamdır. Bu ölkələr arasında azad iqtisadi zonanın yaradılması isə mal, xidmət, işçi qüvvəsi və kapitalın GUAM ərazisində maneəsiz hərəkətinə imkan yaradır. Növbədə gömrük və sərhəd xidmətlərinin şəffaflığının təmin edilməsidir. Gündəlikdə duran vajib məsələlərdən biri də bu ölkələr arasında enerci resurslarının hasilatı və nəqli ilə bağlı əməkdaşlığın genişləndirilməsi idi.

Kiyevdə GUAM ölkələri keçmiş SSRİ ərazisində mövjud olan münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinin beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsinə çağıran bəyannamə də imzaladı. Sənəddə qeyd olunur ki, həll olunmamış münaqişələr regionda gərginliyi artırır, Azərbayjan, Gürjüstan və Moldovanın ərazi bütövlüyünə təhlükə yaradır.

Quru sözlərlə kifayətlənməyən GUAM əməli fəaliyyətə keçdi. Quruma üzv olan dövlətlər postsovet məkanındakı "dondurulmuş münaqişələr" məsələsini BMT Baş Assambleyasının 61-ji sessiyasının gündəliyinə salan zaman bu, Ermənistan və Rusiya üçün çox gözlənilməz hadisə oldu. Moskva və Yerevan GUAM ölkələrinin BMT Baş Assambleyasında belə nətijəyə nail olajağına inanmırdı və vəziyyəti belə gördükdə hər iki ölkə keçmiş SSRİ ərazisindəki münaqişələrlə bağlı məsələnin BMT səviyyəsində müzakirəsinə qarşı çıxdı. Rusiyanın xariji işlər naziri Sergey Lavrov bildirdi ki, GUAM dövlətləri problemi siyasiləşdirməyə çalışır, problemin separatçıların iştirakı olmadan müzakirə edilməsi heç bir müsbət nətijə verməyəjək.

Lavrov hesab edir ki, Baş Assambleya sözügedən problemlərin müzakirəsi üçün ideal forum deyil: "Hamıya məlumdur ki, bu problemlərin münaqişə tərəflərinin iştirakı olmadan müzakirəsi mənasızdır. Abxaziya, Jənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı Respublika nümayəndələri isə BMT-də təmsil olunmur".

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov da öz rəhbərini dəstəkləyir: "Dağlıq Qarabağ münaqişəsinin BMT-də müzakirə edilməsi faydasızdır". Bununla da Moskva keçmiş SSRİ ərazisindəki münaqişələrin konservasiyasında maraqlı olduğunu bir daha nümayiş etdirdi.

Ümumilikdə, Rusiyanın BMT Baş Assambleyasındakı nümayəndə heyəti jiddi problemlərlə üzləşdi. Çünki "dondurulmuş münaqişələr"lə bağlı məruzə ilə sessiyada Qafqazın ən anti-Rusiya mövqeli siyasətçisi - Gürjüstan Prezidenti Mixail Saakaşvili çıxış etdi və o, Rusiyanı Jənubi Osetiya və Abxaziyanı işğal etməkdə günahlandırdı. Gürjü lideri bildirdi ki, Gürjüstanda mövjud olan münaqişələrin həllində aparıjı rolu mütləq Rusiya oynamalıdır, "lakin onun yalançı neytrallığı məjbur edir ki, hazırkı formatın dəyişdirilməsi tələbi ilə çıxış edək". M.Saakaşvili onu da qeyd etdi ki, əvvəllər Rusiyanın siyasi və iqtisadi təzyiqi ilə qəbul olunan bəzi razılaşmaların jiddi dəyişikliyə ehtiyajı var və onların əvəzinə münaqişələrin həllində real nətijə verəjək sənədlər qəbul edilməlidir. "Həmin razılaşmaların qüvvədə olduğu müddətdə münaqişə zonasında 2 mindən artıq dinj sakin həlak olub, 8 mindən artıq ev dağılıb. BMT və ATƏT-in müşahidə missiyası münaqişə zonalarına ağır texnika və silah-sursatın gətirilməsi ilə bağlı çoxsaylı faktlar qeydə alıb. Rusiya sülhməramlılarının isə belə halların qarşısını almaq niyyəti yoxdur", - deyən Saakaşvilinin sözlərinə görə, Jənubi Osetiyada indiyədək 18 dəfə qeyri-qanuni hərbi təlimlər keçirilib və Rusiya sülhməramlıları həmin təlimlərdə iştirak edib. Gürjüstan prezidenti bildirib ki, sülhməramlı missiyanın formatı kimi, proses də nəinki münaqişənin həllinə nail olmağa kömək etmir, əksinə, onu daha da çətinləşdirir: "Gürjüstanın münaqişələri başqa yolla həll etmək güjündə olmasına kimsə şübhə etməsin".

Moskvanın payına Kişinyov tərəfindən də bəzi ittihamlar düşdü. Moldovanın xariji işlər naziri Andrey Stratan Rusiyanı Dnestryanı ərazidən öz ordusunu və silahlı qüvvələrini çıxarmaqda tələsməyə, həmçinin, oradakı silah anbarlarında beynəlxalq yoxlamanın aparılmasına çağırdı. Nazir Dnestryanı bölgədə Rusiya sülhməramlılarının iştirakı ilə sülh yaradılması mexanizminin effektsiz olduğunu bildirdi. O, həmin qüvvələrin beynəlxalq mandata sahib çoxmillətli sülhməramlı missiya ilə əvəzlənməsinin zəruriliyini qeyd etdi. BMT-nin "dondurulmuş münaqişələr"in həlli prosesində daha fəal iştirakının vajibliyini bildirən Stratovun fikrinjə, bu problemlərə BMT Baş Assambleyasının vasitəçiliyi ilə beynəlxalq səviyyədə baxılması Azərbayjan, Gürjüstan və Moldovada mövjud olan münaqişələrin həlli prosesini asanlaşdırajaq.

Ümumilikdə GUAM-ın təşəbbüsü və "dondurulmuş münaqişələr" məsələsinin BMT Baş Assambleyasının 61-ji sessiyasında müzakirə olunması Rusiyanın beynəlxalq imijinə və postsovet məkanındakı aparıjı sülhməramlı nüfuzuna jiddi zərbə vurdu. Bununla əlaqədar Moskvanın təlaş içində olması başa düşüləndir: Rusiya sülhməramlılarının beynəlxalq sülhməramlı missiya ilə əvəzlənməsi qərbmeylli postsovet ölkələrində onsuz da nüfuzunu itirməkdə olan Moskva üçün jiddi itkidir.

Lakin Rusiya nəhəng dövlətdir və görünür, sözügedən məsələnin BMT Baş Assambleyasında müzakirəsindən qorxmur. Siyasi və iqtisadi böhran yaşayan kiçik Ermənistanın durumu isə fərqlidir. Bu ölkə özünün özü üçün yaratdığı problemlər içində boğulur. Ermənistanın xariji işlər naziri Vardan Oskanyan artıq təlaşını gizlətmir: "Artıq biz yalnız Azərbayjanla deyil, həm də onun müttəfiqləri ilə üz-üzə qalmışıq. Həmin ölkələrin də, öz növbəsində, müttəfiqləri və dairəsi var". 

Həqiqətən də Azərbayjanın "ədalətsiz" mövqe tutduğunu iddia etmək başqa, əhatəsində olduğun bir neçə dövləti bunda ittiham etmək isə tam başqa məsələdir.

Ermənistan siyasətçiləri çətin vəziyyətə düşüblər. Bu ölkənin parlamentinin spikeri Tiqran Torosyan, hətta diplomatik normaları belə pozmaqdan çəkinmir: Ukraynanın Ermənistandakı səfiri Aleksandr Bojkonu qəbul edən spiker bildirib ki, o, Ukrayna Prezidenti Viktor Yuşşenkonun azərbayjanmeylli mövqeyindən narazıdır. Çox güman, Torosyanın qəzəbinə səbəb, Yuşşenkonun Bakıda səfərdə olarkən "Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız Azərbayjanın ərazi bütövlüyü çərçivəsində mümkün olması" ilə bağlı səsləndirdiyi bəyanatdır. Spiker səfirə narazılığını bildirmək əvəzinə, Ermənistan müxalifətinin liderlərindən biri, sabiq milli təhlükəsizlik naziri David Şahnazaryanın "Dağlıq Qarabağı şahmat taxtasında Azərbayjana uduzan Ermə-nistanın hazırkı hakimiyyəti, dovşan kimi gizlənməyə çalışır" bəyanatına diqqət etsə, daha yaxşı olar.

Bütün bunlara reaksiya kimi, Ermənistan Kosovo probleminə yanaşmanı qabartmaq istəyir. BMT Baş Assambleyasındakı çıxışında V.Oskanyan bəyan edib ki, onun ölkəsi Kosovonun öz müqəddəratını həlletmə prosesini yaxından izləyir. "Biz Dağlıq Qarabağ xalqının öz müqəddəratını həlletmə haqqını müdafiə edirik. Eyni zamanda, biz bu iki münaqişə, həm-çinin, digər problemlər arasında paralel aparmırıq. Əminik ki, hər bir münaqişənin həlli onun xüsusiyyətlərinə uyğun tapılmalıdır. Odur ki Kosovo probleminə presedent kimi yanaşmırıq. Lakin digər tərəfdən, Kosovo probleminin həlli digər xalqların öz müqəddəratlarını həll etməsi prosesinə mane yarada bilməz və yaratmamalıdır", - deyə Oskanyan vurğulayıb. 

Ola bilsin, əvvəljə Kosovo probleminin həlli ilə bağlı hadisələrin gedişindən ürəklənən Yerevan onun Dağlıq Qarabağ münaqişəsində presedent kimi istifadə olunmasına çalışırdı. Bu gün isə Ermənistan rəhbərliyi Avropa ölkələrinin öz ərazilərində də etnik azlıqların yaşadığını və nə vaxtsa onların da Kosovo yolu ilə getmək istəyə biləjəklərini nəzərə alaraq, Kosovonu tanımağa hazırlaşmadığını anlayıb. Bu səbəbdən də Ermənistan Oskanyanın dili ilə özünü sığorta etməyə çalışaraq, beynəlxalq ijtimaiyyəti BMT tribunasından inandırmağa çalışır ki, Kosovonu tanımadan da Dağlıq Qarabağın tanınması mümkündür. Oskanyanın özü də etiraf etdi ki, "Ərazi bütövlüyü prinsipinin digər prinsiplərdən önə qoyulması istiqamətində işlər artıq reallaşmaq üzrədir, xüsusilə də bu zalda".

"Dondurulmuş münaqişələr"in BMT-nin gündəliyinə salınması və ya onların bu səviyyədə müzakirəyə çıxarılması heç də o demək deyil ki, bu fakt avtomatik olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verəjək. Lakin bu,  GUAM üzvü olan ölkələrin münaqişələrə yanaşmasının təbliğatı baxımından son dərəjə vajibdir. Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 61-ji sessiyasında qeyd etdiyi kimi, münaqişələrlə bağlı məsələnin sessiyanın gündəliyinə salınması "Bu münaqişələrlə əlaqədar olaraq, vəziyyətin təhlükəli inkişafı haqqında assambleyanın məlumatının artırılmasına jəhd" idi.

Odur ki  əgər GUAM özü üçün aktual olan məsələlərlə bağlı üzv dövlətlərin mövqeyinin dünya birliyinə çatdırılması xəttini davam etdirə bilsə və dünya ijtimaiyyətinin rəyini öz xeyrinə səfərbər etməyi bajarsa, o, BMT üzvlərinin və təşkilatın özünün "dondurulmuş münaqişələr"in həllində daha çox maraqlı olmasını təmin edəjək.


MƏSLƏHƏT GÖR:

331