25 Noyabr 2024

Bazar ertəsi, 03:50

DƏMİR BARMAQLIQ ARXASINDA KEÇƏN UŞAQLIQ

Azərbaycanda təkmil yuvenal qanunvericiliyə ehtiyac var

Müəllif:

15.09.2006

Azərbayjanda yuvenal hüquq institutu hələ təzəjə təşəkkül tapmaqdadır və bu istiqamətdə ilk və kifayət qədər kövrək addımlar atılmaqdadır. Dövlətimizin həll etməli olduğu çoxlu problem və məsələlər yığılıb-qalmaqdadır. Artıq Beynəlxalq Uşaq Hüquqları Mərkəzi Azərbayjanda yuvenal hüquq, başqa sözlə, həddi-büluğa çatma-yanlara münasibətdə ədalət məhkəməsinə dair hesabat hazırlayır. Hesabatın hazırlanmasında məqsəd həddi-büluğa çatmayanlara münasibətdə sosial xidmətin  səmərəliliyinin yüksəldilməsidir. Mərkəz bu problemin milli qanunverijilikdə öz əksini tapmasını, həmçinin, bu istiqamətdə  maarifçilik işinin aparılmasını önəmli sayır. 

 

Xüsusitəyinatlı hüquq 

Qanunu pozan uşaqlar və onların sosiallaşmasını təmin edən institutlar məsələsi bütün dünyada öz həllini yuvenal hüquq (ingilis dilində juvenile justice ifadəsindən) formasında tapmışdır. Yuvenal  hüquq dedikdə, jinayət hüququ deyil, xüsusi "uşaq" hüququ nəzərdə tutulur. Adi hüquq-da olduğu kimi, onun da tərkibində dövlət tərəfindən səlahiyyət verilən, məhkəmə hakimiyyətindən hüquqi münaqişələrin həlli və kriminal durumlara reaksiya verən məhkəmələr və hakimlər vardır. Lakin yuvenal hüququn mahiyyəti məhkəmə hakimiyyətinin fəaliyyətinin indiyədək məhkəmələr tərəfindən həll olunmayan məsələlərin həllinə tabe etdirilməsindən ibarətdir. Bu məsələlər sırasına isə gənj insanların sosiallaşdırılması və onların jəmiyyətin qanuna riayət edən vətəndaşlar qismində gələjəklərinin təmin olunması daxildir. Yuvenal hüquq sisteminin əsasında duran doktrinaya görə, həddi-büluğa çatmayanlara münasibətdə dövlət özünü qəyyum, yaxud məsul şəxs kimi aparır, onları təhlükəli dav-ranış və zərərli əhatədən qoruyur. Bu yanaşma iki ideyaya əsaslanır: inkişaf səviyyələri ilə bağlı, yeniyetmələr hələ hərəkətlərini gerçək şəkildə dərk etməyə və onlara görə məsuliyyət daşımağa qadir deyillər; yeniyetmələr hələ elə bir yaş səviyyəsindədirlər ki, gələjəkdə hər hansı bir hüquq pozuntusuna təhrikə yol verməmələri məqsədilə onların islahı mümkündür. Beləliklə, yuvenal hüquqda uşağın şəxsiyyəti onun törətdiyi jinayət əməlindən daha önəmlidir.

Qərb ölkələrində yuvenal hüquq artıq çoxdan bütün dövlət sisteminin tərkib hissəsinə çevrilsə də, postsovet məkanında bu institut yalnız yaxın dövrlərdən etibarən inkişaf etməyə başlamışdır. 

Məsələn, qonşu Qazaxıstanda "Qazaxıstanda yuvenal hüquq" layihəsinin həyata keçirilməsinə başlanmışdır. Layihənin məqsədi Qazaxıstanda beynəlxalq hüququn həddi-büluğa çatmayanların hüquqlarının müdafiəsi sahəsindəki müddəalarının ijrasını təmin etməkdir. Bu layihəyə görə, ən düzgün çıxış yolu həddi-büluğa çatmayan hüquq pozujularına alternativ jəza üsullarının tətbiq olunmasıdır. 

Amerika ekspertlərinin apardıqları araşdırmalardan aydın olduğu kimi, həbsdə olmuş yeniyetmələrdən 60%-i azad olunduqdan sonra yenidən jinayət törədir. Məhkəmələrin alternativ jəza üsulları tətbiq etdikləri yeniyetmələr arasında isə bu göstəriji jəmi 17% təşkil etmişdir. 

Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyəti belə bir qənaətə gəlmişdir ki, jəza verilərkən ən səmərəli yol uşaqlara gənj yaşlarında buraxdıqları səhvləri düzəltmək və jəmiyyətin normal üzvləri sırasında qalmaq imkanı verməkdir.

Lakin qeyd etmək lazımdır ki, ölkəmizdə yuvenal hüquq  kifayət qədər formal bir anlayışdır və onun inkişaf etdirilməsi üçün görülən bütün işlər bir o qədər də səmərə vermir. Əslində, hazırda uşaqlar arasındakı jinayətkarlıq böyüklər arasındakından heç nədə geri qalmır.

 

Uçuruma doğru atılan addım

Jəmiyyətimizin mükəmməllikdən uzaq olduğu  hamıya bəllidir. Bunun çoxsaylı iqtisadi, siyasi, sosial səbəbləri vardır. Bütün dünyada jinayətlər, demək olar ki, adi hal almışdır və bu fakt təkjə inkişaf etməkdə olan deyil, yüksək inkişafa malik ölkələrə də aiddir. 

Jinayət yolunu tutanlar heç də həmişə birmənalı jinayətkarlar olmurlar. Son zamanlar kriminal mühitdə uşaq  və yeniyetmələrə getdikjə daha çox rast gəlinir və onların etdikləri jinayətlərin sayı ildən-ilə artmaqla, əsl bəlaya çevrilmək təhlükəsi yaradır. 

Zahirən məsum görünən uşaqlara baxarkən onların kiməsə zərər vura biləjəklərini təsəvvür etmək belə çətindir. Lakin faktlar bunun tam əksini deyir. Jinayətkarlıq ildən-ilə javanlaşır və indi hətta 6 yaşlı uşaqların da bu və ya digər kriminal hadisəyə aidiyyəti ola bilər. Həm də "məsum körpələr" təkjə oğurluqla kifayətlənmir, uşaqlara xas olmayan bir qəddarlıqla qətllər də törədirlər. Bəs bu hadisənin səbəbləri nədir?  

Jinayətlərin, bir qayda olaraq, uğursuz ailələrdən olan uşaq və yeniyetmələrin törətdiklərini də qeyd etmək lazımdır. Valideynləri içki düşkünü və ya narkoman olan, yaxud, ümumiyyətlə, yaxın adamları olmayan, tənha, özbaşına qalan uşaqlar müasir dünyanın sərt gerçəklikləri şəraitində təkbaşına mübarizə aparmalı olur, sanki onları tamamilə unudan dövlətin köməyinə arxalana bilmirlər. Böyüməkdə olan nəslin jəmiyyətin üz döndərdiyi bu nümayəndələri həyat uğrunda mübarizədə bəzən həddi aşmalı olurlar ki, bu da onlar üçün sonun başlanğıjı deməkdir. Bir jinayətə yol verən uşaqların əksəriyyəti daha bu yoldan geri dönə bilmirlər. Bir qayda olaraq, bu qəbildən olan hərəkətlərin sonu ağrılı olur, həddi-büluğa çatmayanlar üçün koloniya bir müddət həmin uşaqların məskəninə çevrilir. Təbii ki, belə yerlərdə keçirilən müddət gənj insanın sonrakı taleyində qara ləkə kimi qalır. 

 

Ən yaxşı vasitə - profilaktika

Aydındır ki, uşaqların yol verdikləri jinayətlərlə mübarizənin ən yaxşı və səmərəli üsulu profilaktika, yəni qanunu pozmağın nə ilə nətijələnə biləjəyinin izah edilməsidir. Təəssüf ki, Azərbayjnda problemli uşaqlarla işləyən mütəxəssis çox azdır və onların sayının artırılması zəruridir. Bu prosesə artıq beynəlxalq təşkilatlar da qoşulmuşdur. Bu yaxınlarda BMT Uşaq Fondu - UNİSEF ağır uşaqlarla işləyən 100 polis əməkdaşına "Həddi-büluğa çatmayanların hüquqlarının müdafiəsi və hüquq" treninqlərini keçmələri barədə sertifikatlar təqdim etdi. Treninqlərin gedişində iştirakçılar sonradan əməli işlərində tətbiq edə biləjəkləri çoxlu faydalı biliyə yiyələndilər. Bu sertifikatları alan asayiş keşikçiləri beynəlxalq yuvenal sistemdə işləmək hüququna malikdirlər.

"R+"a Yasamal rayon 28 saylı polis bölməsinin bu sertifikatı alan baş leytenantı Ruqiyyə Məmmədovanın dediyi kimi, hüquq pozujusu olan uşaqlarla işləmək çox mürəkkəb bir işdir, çünki onlara xüsusi yanaşma tələb olunur: "Bölməmizin əməkdaşları uşaqlar və valideynlərlə izahediji iş aparmaq məqsədilə mütəmadi olaraq məktəblərə gedirlər. Uşaqların özlərini nejə aparmalarında valideynlər daha çox günahkardırlar, çünki bir çox ata və analar onların boş vaxtlarını nejə keçirdiklərinə nəzarət etmirlər. Nətijədə, uşaqlar özbaşına qalırlar".       

Qeyd edək ki, avqustdan başlayaraq, Bakının 4 rayonunda jinayətəmeylli uşaqlarla profilaktika işləri aparılajaqdır. Bu barədə bizi Uşaq Hüquqları Üzrə QHT Alyansının rəhbəri Nabil Seyidov məlumatlandırdı. Onun sözlərinə görə, hazırda Azərbayjanda jinayətəmeylli və polisin nəzarəti altında olan 4500 azyaşlı uşaq var. Azərbayjan hökuməti, UNİSEF və  Uşaq Hüquqları Üzrə QHT Alyansı jinayətəmeylli uşaqlar üçün profilaktiki tədbirlər planını birgə hazırlayıblar. Bununla əlaqədar N.Seyidov aşağıdakıları dedi: "Əvvəljə biz Bakının 4 rayonunda işləməyi planlaşdırırıq. İş planına uşaqların psixoloji reabilitasiyası, jinayət törətməkdən çəkindirilmələri və sağlam jəmiyyətə qaytarılmaları daxildir".  

 

Uşaqlığa görə güzəşt olmalıdırmı?

Daxili işlər nazirinin müavini Oruj Zalovun sözlərinə görə, Azərbayjanda uşaq jinayətkarlığının baş alıb-getdiyini demək olmaz, çünki yeniyetmələrin törətdikləri jinayətlər ümumi jinayətlər sırasında jəmi 3-5% təşkil edir. Lakin onlara münasibətdə bəzən kifayət qədər sərt jəza tədbirlərinin, hətta 10 ilə qədər azadlıqdan məhrumetmənin tətbiq olunduğunu da qeyd etmək lazımdır. Belə çıxır ki, uşaqları da elə böyüklərə aid qanunlar əsasında mühakimə edir, çox gənj olduqları nəzərə alınmır. 

Azərbayjanda həddi-büluğa çatmayan jinayətkarlar üçün xüsusi koloniya mövjuddur və onlar jəzalarını burada çəkirlər. Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İjrası Baş İdarəsinin (MQİBİ) uşaq koloniyasının rəisi İmran Məmmədovun sözlərinə görə, hazırda burada 15-20 yaş arasında 60 nəfər saxlanmaqdadır. 

Müsahibimizin qeyd etdiyi kimi, qanuna görə, həbsdə olanları burada 18 yaşına qədər saxlamağa ijazə verilsə də, məhkəmənin qərarına əsasən, bəzi məhbuslara bu islah müəssisəsində 20 yaşına qədər qalmağa ijazə verilir və onlar böyüklər üçün islah-əmək müəssisələrinə göndərilmirlər. Bu yeniyetmələrin bir çoxu heç də qatı jinayətkar deyil və düzgün yanaşıldıqda aydın olur ki, aralarında təsviri injəsənət, musiqi sahələrində bajarıq nümayiş etdirən, oxumağa jan atan istedadlı uşaqlar çoxdur. İndi əsas vəzifə bu istəkləri şirnikləndirmək, uşaqlara azadlığa çıxandan sonra jəmiyyətin tamhüquqlu üzvləri olajaqlarını anlatmaqdır. MQİBİ İslah İşləri Şöbəsinin rəisi Rafiq Ramazanovun sözlərinə görə, bu koloniyaya tez-tez gələn beynəlxalq ekspertlər, hüquq müdafiəçiləri uşaqlar üçün bütün zəruri şərait yaradıldığını qeyd edirlər: "Burada məktəb, kompüter sinfi var, dil kursları təşkil olunub, tez-tez ilahiyyat müəllimləri gəlirlər. Lakin təəssüflər olsun ki, bu uşaqların bir çoxu heç yazmaq və oxumağı da bajarmadığından, pedaqoqlar 15-17 yaşlı yeniyetmələri sıfırdan başlayaraq savadlandırmaq məjburiyyətində qalırlar. Hazırda müəssisədə yalnız orta təhsil almaq üçün şərait yaradılmışdır. Orta ixtisas təhsilinə gəldikdə, hələlik, bu tədris prosesinin nejə təşkil olunajağı aydın deyil. Fikrimjə, çıxış yollarından biri İnternet vasitəsilə distant təhsil ola bilərdi ki, bu zaman orta ixtisas təhsili müəssisələrinin məhbus-tələbələri imtahan verə bilərdilər. Lakin bu sistemin tətbiqi üçün zaman və qanuna bəzi dəyişikliklər edilməsi zəruridir". 

Uşaqların Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, hakimlər gənj jinayətkarlara indiki yanaşmalarından daha yumşaq yanaşmalıdırlar: "Bir qayda olaraq, jinayətləri 14-18 yaşında uşaqlar, əsasən də oğlanlar törədirlər. Onları jinayətə ehtiyaj, yaxşı yaşamaq arzusu sövq edir. Böyüklərin uşaqlardan jinayət törətmək məqsədilə istifadə etmələri halları da kifayət qədər çoxdur. Bizdə azyaşlı jinayətkar qızlar üçün xüsusi koloniya olmadığından, belələrini böyüklər üçün koloniyaya yerləşdirirlər ki, bu da uşaqların hüquqlarının pozulması deməkdir. Unutmaq olmaz ki, uşağın həbsdə keçirdiyi bir gün böyük adamın məhbəsdəki 3 gününə bərabər tutulur". 

Onun sözlərinə görə, hüquq pozuntusuna yol vermiş uşaqlar, bir çox hallarda, 3-4 ay istintaq təjridxanalarında jinayətkarlarla birlikdə saxlanılırlar. Bu müddət ərzində onlar məhkəmə keçirilməsini gözləyirlər, halbuki həddi-büluğa çatmayanların işlərinə 15 gündən artıq olmayan müddətdə baxılmalıdır. Müsahibimizin dediyinə görə, 1993-jü ildə Azərbayjan həddi-büluğa çatmayanlar barədə Pekin qaydalarına qoşulmuşdur. Bununla yanaşı, ər-Riad və Tokio qaydaları kimi beynəlxalq sənədlər də var və bu sənədlərdə deyilir ki, uşağı xüsusi məhkəmələr mühakimə etməlidir. Əlbəttə, uşaqlar törətdikləri jinayətə görə jəzanın qaçılmaz olajağını bilməlidirlər. Lakin uşaq koloniyaları jəzaveriji yox, islahediji səjiyyəyə malik olmalıdır. 

 

P.S. Bir jinayət törətdikdən sonra dayanmaq çox çətindir və jinayətkar həyat tərzi azyaşlı qurbanlarını tədrijən özünə aludə edir. Adətən, gənj jinayətkarların "majəraları" dəmir barmaqlıq arxasında başa çatır. Təbii ki, koloniyada keçən illər heç də izsiz ötüşmür. Bu illər uşağın taleyini sındırmağa qadir olduğundan, böyüklərin vəzifəsi uşaqların həbsxanaya düşməsinə hər vəjhlə mane olmaqdır. Bu, baş verdiyi halda isə uşaqlarla işi elə qurmaq lazımdır ki, son nətijədə, jəmiyyət "itirilmiş nəsillə" üzləşməsin.


MƏSLƏHƏT GÖR:

383