
ƏN ƏSASI GECİKMƏMƏKDİR
Regionların inkişafı: problemlər və perspektivlər
Müəllif: Rüfət QULİYEV, millət vəkili, i. e. d.
Hər bir ölkənin inkişaf tarixi göstərir ki, onun ayrılıqda götürülmüş müxtəlif bölgələrində iqtisadi inkişaf prosesləri bərabər jərəyan etmir - müəyyən zaman kəsimində bölgələrdən hansısa iqtisadi inkişaf baxımından digərlərini qabaqlayır, yaxud, əksinə, vaxtilə inkişaf edən ərazidə yüksək templər müəyyən səbəblər üzündən səngiyir. İnkişafın dialektikası belədir.
Bu mənada Azərbayjan da istisna deyil. Tarixi arxivlərdən məlum olduğu kimi, XVIII əsrdə ölkəmizin qərb bölgələri (Gənjə, Gədəbəy, Şəmkir, Xanlar) intensiv inkişaf edirdi. Sovet hakimiyyəti dönəmində isə Sumqayıt, Mingəçevir, Əli Bayramlıda iqtisadi yüksəliş müşahidə olunub. Məlumdur ki, bu və ya digər bölgənin inkişafı faydalı qazıntıların çıxarılması, orada sənaye, kənd təsərrüfatı istehsalının təşəkkülü prosesi ilə bağlı olur.
Bu gün ölkəmizin Qarabağ bölgəsinə erməni işğalçıları tərəfindən vurulan sağalmaz yaraların, bərpası mümkünsüz olan ziyanın şahidiyik. Xalqımız əsrlərboyu gərgin əmək sayəsində yaratdığı maddi və mədəni sərvətləri itirməkdədir. İndi talan edilmiş və yandırılmış müəssisələri, yer üzündən silinmiş şəhər və kəndləri, sözün həqiqi mənasında, heçdən yaratmaq, məhsuldar torpaqları və meşələri bərpa etmək lazım gələjək.
Bununla yanaşı, Azərbayjan iqtisadiyyatı inkişaf templərini ilbəil artırmaqdadır. Ötən il ÜDM 26,4%, sənaye istehsalı 33,5%, kənd təsərrüfatı istehsalı 7,5% olub. Təkjə 2005-ji il ərzində 400 müəssisə istismara verilib, əhalinin gəlirləri 27%, əmək haqları 22% artmış və ayda, orta hesabla, $140 təşkil edib. Eyni zamanda, ölkədə inflyasiyanın səviyyəsi 9,8% olub. Elə həmin ildə Milli Bankın və Dövlət Neft Fondunun qızıl-valyuta ehtiyatları $2,4 mlrd səviyyəsinə çatmış, iqtisadiyyata qoyulan investisiyaların ümumi həjmi $6 mlrd təşkil edib. Bütövlükdə isə 1995-2005-ji illərdə milli iqtisadiyyatımıza, təxminən, $29 mlrd, o jümlədən, $20 mlrd çox xariji sərmayə qoyulub. Sərmayələrin 70%-i neft sektoruna yönəldilib.
Ölkənin neft sektoru iqtisadiyyatın digər sahələrini lokomotiv kimi ardınja çəkməklə bölgələrin inkişafına yeni nəfəs verir.
Belə ki, son illər Azərbayjanda istehsalatın sahə strukturunun diversifikasiyası - investisiyaların iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilməsi müşahidə edilməkdədir. Prezident İlham Əliyevin 24 noyabr 2003-jü il tarixli «Azərbayjan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında» və «Azərbayjan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının təsdiqi haqqında» 11 fevral 2004-jü il tarixli sərənjamları da məhz buna yönəlib.
Sonunju proqramın ikiillik nətijələrinə yekun vurarkən prezident deyib: «Bu proqram bizə ölkənin hərtərəfli və uzunmüddətli inkişafı üçün zəruridir. Çox şadam ki, son illər görülən işlər gözəl nətijələr vermişdir: 340 min yeni iş yeri açılmış, fabriklər, müəssisələr, sosial obyektlər meydana çıxmışdır. Bütün bunlar xalqa və Azərbayjanın möhkəmlənməsinə xidmət edir».
Qəbul olunmuş proqramlara uyğun olaraq, 2005-ji ildə ölkədə yeni müəssisələr işə salınıb, artıq işləyən müəssisələrdə istehsal genişləndirilib, bölgələrdə kənd təsərrüfatı bitkiləri əkmək üçün sahələr artırılıb, heyvandarlıq inkişaf etdirilib.
Belə ki, məsələn, keçən il Mingəçevirdə kompüter istehsal edən «Kür» müəssisəsi, Şamaxıda televizorlar yığan, bu il isə «Azsəmənd» minik avtomobilləri istehsal edən müəssisələr işə salınıb, Gənjədə «Gənjə-qənnadı» müəssisəsində istehsal tam modernizə edilib. Lənkəran rayonunda 200 nəfərin çalışajağı süd kombinatı, balıq konservləri istehsalı üzrə yeni sex, həmçinin, «Xəzərbalıq» müəssisəsində, təxminən, 150 nəfərin çalışajağı gəmi təmiri sexi inşa edilməkdədir. Hazırda Lənkəran rayonunda kiçik və orta bizneslə, təxminən, 660 hüquqi və fiziki şəxs məşğul olur.
Astara rayonunda sutkada 300 t tomat pastası istehsal edən konserv zavodu, Yevlaxda - istehsal güjü ildə 30 mln ədəd olan yeni kərpij zavodu, çörək zavodu istismara verilib, «Gilan» dəri emalı müəssisəsi isə tikilməkdədir.
Naxçıvan şəhərində 29 t süd məhsulu istehsal edə bilən sex, Ordubadda - dəyirman, Babək rayonunda - beton zavodu işə salınıb. H.Əliyev adına Vayxır hidroqovşağında 100 mln kub.m tutumlu su anbarı inşa olunub. Ölkənin qərb bölgələrində üzümçülük-şərabçılıq daha yeni keyfiyyət səviyyəsində dirçəldilir.
Fəaliyyətini Xanlar, Samux, Qəbələ və Yevlax rayonlarında quran «Aqro-Azərinvest» MMJ üç əsas istiqamətdə fəaliyyət göstərir: süfrə üzümü, kişmiş və şərab istehsalı. Bu istiqamətlərə müvafiq olaraq, Qəbələ rayonunda üzümün ilkin emalı və şərab istehsalı üçün güjü 6-8 min dekalitr olan zavod inşa edilir. Perspektivdə, elə buradaja konyak spirti və üzüm şirələri də istehsal ediləjək.
MKT şirkəti Əli Bayramlıda Türkiyədən gətirilmiş unikal avadanlığın quraşdırılajağı yağ-piy kombinatı tikir. Yevlaxda isə MKT şirkəti amerikalı mütəxəssislərin dəstəyi ilə 70 ha ərazidə ən müasir avadanlıq, ən yeni kənd təsərrüfatı texnologiyaları və beynəlxalq təjrübədən istifadə olunmaqla pambıqçılığın səmərəliliyinin yüksəldilməsinə dair layihə gerçəkləşdirir. Qaxda fındıq emalı sexi, İmişlidə isə «Azərsun» şirkətinin şəkər zavodu tikilib. Belə nümunələrin sayı çoxdur və dövlət başçısının planının gerçəkləşdirilməsinin nətijələri göz önündədir.
Bununla yanaşı, rayonlarda nəqliyyat-kommunikasiya və kommunal (elektrik və qaz təjhizatı) infrastrukturu, həmçinin, kənd iş adamlarına kreditlər verilməsi proseduru tam fəaliyyət göstərdiyi, üstəlik, kreditlərin və faiz ödənişlərinin həjmləri daha sərfəli olduğu halda, bölgələrin inkişaf etdirilməsi prosesi daha sürətlə gerçəkləşdirilə bilərdi.
Bundan başqa, son onilliklərdə, məsələn, Asiya və Latın Amerikasında inkişaf etməkdə olan bir çox ölkələr öz əhalisinin xeyli hissəsini səfalət girdabından mikrokreditləşdirmə proqramlarının tətbiqi sayəsində xilas etməyə nail olub. Əhalinin geniş təbəqələrinin bankların kredit xidmətlərindən istifadəsini asanlaşdırmaqla çoxsaylı kiçik sahibkarlardan ibarət bir təbəqə yaratmaq, yeni iş yerləri açmaq olar. Mikrokreditləşdirmə iqtisadi inkişafın universal üsulu kimi tanınmış və bu səbəbdən də Kasıblığın Azaldılması Dövlət Proqramının təməl daşı kimi götürülmüşdür. Bu sahədə ölkəmizdə ilk pionerlərdən biri Almaniya İnkişaf Bankıdır və bu təjrübəni genişləndirmək məqsədəuyğun olardı.
Kənddəki iş adamlarının bu və ya digər istehsalatı yaradarkən, vergi güzəştlərindən istifadə edə bilmələri də zəruridir.
Bundan başqa, bölgələrin inkişafının önəmli elementlərindən biri özəlləşdirmə prosesidir. 2005-ji ildə özəlləşdirilmiş müəssisələr arasında aparılan monitorinq nətijəsində müəyyən olunub ki, bu obyektlərin önəmli hissəsinin səhmlərinin 30%-i satılmayaraq, dövlətin mülkiyyətində qalmışdır. Hazırda respublika üzrə 632 belə müəssisə var və onların əhəmiyyətli hissəsi - 281 müəssisə bölgələrdə yerləşən və kənd təsərrüfatı ilə bağlı müəssisələrdir. Təkjə Lənkəran rayonunda 22 belə müəssisə var. Bu müəssisələrin üzərində yığılıb-qalan köhnə borjlar onlar üçün ağır yükdür. Bu borjlar isə yalnız müəssisə tam özəlləşdiriləndən sonra (yəni səhmlərin qalan 30%-i də alınandan sonra), silinə bilər. Bundan başqa, onlar xariji tərəfdaşlar və sərmayədarlarla da tammiqyaslı əməkdaşlıq qura bilmirlər, çünki sonunjular səhmdarlarının sırasında dövlətin də olduğu müəssisələrlə iş qurmaqdan çəkinirlər. O da çox önəmlidir ki, dövlət özəlləşdirilmiş mülkiyyətin səhmdarı olsa da, müəssisənin fəaliyyətində heç bir şəkildə iştirak etmir, yəni istənilən halda, iş adamı öz problemlərini özü həll edir. Məsələ ondadır ki, qüvvədə olan qanunverijiliyə görə, özəlləşdirmədən sonra 30%-lik səhm zərfi dövlət mülkiyyətində qalır və sonradan alına bilər. Lakin özəl müəssisələrin özəlləşdirildikdən sonra üzləşdikləri maliyyə çətinliklərini (borjların qaytarılması, yeni texnika ilə təjhizolunma, istehsalat bazasının inkişaf etdirilməsi və s.) nəzərə alsaq, səhmlərin nəzarət səhm zərfinin sahibi heç də həmişə, istəsə belə, bunu edə bilmir. Belə bir şəraitdə, dövlətin 30%-lik səhm zərfi 2 dəfə hərraja çıxarılandan və satılmayandan sonra, onu uzunmüddətli kreditlə, 10-15 il ərzində ödəməklə və aşağı faizlə (inflyasiya səviyyəsində) sahibkarın özünə vermək məqsədəuyğun olardı.
Başqa bir yol isə dövlətin 30%-lik səhm zərfinin dəyərində müəssisənin investisiya proqramı hazırlayıb mülkiyyət sahibinə onun ijrası üçün konkret müddət verilə bilər ki, bundan sonra obyekt tam olaraq özəl mülkiyyətçiyə verilə bilər. Beləliklə, müəssisə qarışıq mülkiyyətdən özəl mülkiyyətə çevrilir ki, bu da müvafiq nətijələrə gətirib çıxarır və özəlləşdirmə məntiqi sonluğa yetişir.
Beləliklə, bölgələrdə sahibkarlığın daha da inkişaf etdirilməsinə təkan vermək üçün özəlləşdirmə haqqında qanunverijilikdə dövlətə məxsus 30% səhm zərfinin satılmasına dair tələbləri təkmilləşdirmək lazımdır. Bunun üçün həmin prosesin prioritetləri müəyyənləşdirilməlidir. Üstəlik, burada diqqəti kənd təsərrüfatı profilli layihələr üzərində jəmləşdirmək də olar. Onlara verilən güzəştlər aqrar istehsalın xüsusiyyətləri və Azərbayjanın böl-gələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi proqramı ilə əsaslandırıla bilər. Fikrimizjə, yuxarıda qeyd olunan təkliflərin gerçəkləşdirilməsi özəlləşdirmə prosesinin özü qədər səmərə verə bilər.
Bölgələrdə kənd təsərrüfatının ənənəvi sahələrinin (əkinçilik, tərəvəzçilik, heyvandarlıq, meyvəçilik) məhsulları emal sənayesinin (ərzaq, un, yarma və s.) istehsal bazasını təşkil edir ki, bu sahələr birlikdə böyük inkişaf potensialına malikdir.
Nə qədər ki ölkəyə aqrar və qida sənayesi məhsulları idxal edilir, ölkədə istehsal olunan məhsullar üçün də bazar var. Bölgələrin kənd təsərrüfatı məhsullarına olan tələbatının kifayət qədər önəmli olması Bakı, Gənjə, Sumqayıt şəhərlərində keçirilən yarmarkalarla da təsdiqlənir. Bu yarmarkalar sosial önəmə malik olmaqla yanaşı, rəqabətin artmasına və qiymətlərin aşağı düşməsinə təsir göstərir.
Qiymətli kağızlar bazarında da maraqlı bir hadisə baş verib. Milli pambıq emalı bazarında çalışan MKT şirkəti qiymətli kağızlar bazarımızın tarixində ilk dəfə olaraq, $5 mln dəyərində səhmlərini xariji sərmayədarlara satıb. Bu, ölkəmizin kənd təsərrüfatı potensialının nə qədər güjlü olduğunu və xariji sərmayədarların da ona etibar etdiklərini bir daha sübut edir.
Fikrimizjə, kənd təsərrüfatı istehsalından başqa, ölkəmizin hər bir bölgəsində təkrarsız özəlliyə malik xalq sənətlərinin (xalçaçılıq, ağaj üzərində naxışaçma, dulusçuluq, suvenirlər istehsalı və s.) inkişafına da diqqət yetirmək lazımdır.
İqtisadiyyatın kifayət qədər gəlirli sahələrindən birinin - turizmin inkişafı üçün də əla imkanlar var: Azərbayjan əlverişli joğrafi mövqeyə, gözəl dənizə, zəngin keçmişə malikdir. Turizmə qoyulan vəsait özünü ən tez doğruldan vəsaitlərdəndir. Böl-gələrə əvvəljə sərmayələrin, daha sonra isə turistlərin jəlb olunması strategiyasını işləyib-hazırlamaq lazımdır. Ölkə öz-özünə reklam olunmur, bu işə maliyyə vəsaiti yatırılması zəruridir. Turizm sahəsində aparıjı yerlərdən birini tutan Türkiyə ilə xoş münasibətlərdən yararlanmaq, məsələn, «9 gün Türkiyədə, 5 gün Azərbayjanda» turist paketi yaratmaq olar.
Azərbayjan gözəl ölkədir və bura ilk dəfə gələn bir çox əjnəbilər yerli infrastrukturun inkişaf etdirilməsinə həvəslə girişirlər. Qubanı görəndən sonra, onun təbiətinə valeh olan və burada Long Forest istirahət zonası açan şotland iş adamı ilə bağlı fakt hamıya məlumdur. İndi bura əjnəbilərin ən sevimli istirahət yerlərindən biridir. Ekoloci turizmin inkişaf etdirilməsi kifayət qədər perspektivlidir. Buna Qax və ya Şəki kimi rayonların təjrübəsi də dəlalət edir.
Beləliklə, bölgələrin kifayət qədər böyük potensialı var və ondan istifadə üçün atılmalı olan ilk addım, artıq qeyd etdiyimiz kimi, müasir, sabit infrastrukturun yaradılmasıdır. Sonra isə iqtisadi fikrin nəhənglərindən biri Adam Smitin dediyi kimi, «…Sülh, yüngül vergilər və idarəetmədə dözümlülük lazımdır. Bütün qalan şeyləri isə hadisələrin təbii axarı həll edəjəkdir».
MƏSLƏHƏT GÖR: