
YAXŞI, PİS, QƏDDAR
PKK ağına-bozuna baxmadan hər yeri partladan təşkilatların fonunda özünə «mələk» siması yaratmaq istəyir
Müəllif: Elxan Şahinoğlu Bakı
PKK terror təşkilatı son aylar xeyli fəallaşıb. Terrorçular Türkiyənin şərq vilayətlərində partlayışlar düzənləyir, əsgər və zabitləri qətlə yetirirlər. PKK Türkiyə ərazisindəki təxribatlarına birini də əlavə edib: turistik məkanlar hədəf götürülüb. Avqustun sonlarında Antalyada və Mərmərisdə düzənlənən partlayışlarda bir neçə nəfər həlak oldu, bir neçəsi də ağır yaralandı. Xəsarət alanlar arasında xariji vətəndaşlara da rast gəlindi.
Türkiyənin xüsusi xidmət orqanları 1999-ju ildə PKK lideri Abdulla Öjalanı ələ keçirdikdə, terrorçular təxribatlarına ara verdilər. PKK-çılar dağlara çəkilərək bir neçə il gözlədilər. Bu arada Türkiyə hökuməti silahı yerə qoyanlar üçün əfv fərmanı çıxardı, PKK-ya rəğbət bəsləyən keçmiş 4 millət vəkilini həbsxanadan azad etdi. Türkiyə hökuməti televiziya və radiolarda kürdjə yayıma və kürd dilində kursların təşkilinə ijazə verdi və s. Bir sözlə, Türkiyə hökuməti kürd əhalinin istəklərinə uyğun önəmli addımlar atmağa başlamışdı ki, davamı hələ gələjəkdi. Anjaq elə bu məqamda PKK atəşkəsə son verərək təxribatlarına start verdi. Görünür, PKK və onun arxasında dayanan xariji qüvvələrə Türkiyədə sabitliyin qorunması və ölkənin inkişafı mane olurmuş ki, terror mexanizmi yenidən işə salındı.
Terrorçuların hazırkı məqsədi aydındır. Onlar Antalya və digər istirahət məkanlarında partlayışlar törətməklə xariji turistlərin gözünü qorxutmağa çalışır və bu yolla Türkiyəni əsas gəlir mənbəyindən məhrum etməyə çalışırlar. Terrorçular Türkiyənin daxilində sabitliyi pozmaq məqsədini güdürlər ki, bununla Ankaraya sanki güjlərini nümayiş etdirməyi düşünürlər. Partlayışlara görə məsuliyyəti «Kürdüstan Azadlıq Şahinləri» (KAŞ) adlandıran qrup öz üzərinə götürdü. Bu qrup bir müddət önjə PKK-dan ayrıldığını bəyan etmişdi. PKK təmsilçiləri də bu təşkilatla bağlılıqları olmadıqlarını söyləyirlər. KAŞ Türkiyəyə qarşı daha radikal üsullarla, o jümlədən, terror vasitəsilə mübarizə aparmağın tərəfdarıdır. Anjaq KAŞ-ın arxasında PKK-nın dayandığı açıq-aydın hiss olunur. Birinjisi, KAŞ-ın məramı PKK-nın məramıyla eynidir. Hər ikisi Abdulla Öjalanın azad edilməsini tələb edir, bu baş verməyənə qədər də savaşajaqlarını açıqlayırlar. İkinjisi, PKK ABŞ-ın və Avropanın gözündə yaxşı görünsün deyə, xariji vətəndaşların istirahət etdiyi turistik məkanlara hüjum düzənləmədiyini söyləyir, yalnız Türkiyənin ordu hissələriylə savaşdığını göstərməyə çalışır. Buna rəğmən, PKK «yaxşı təşkilat»la yanaşı, «pis təşkilat»ın (oxu: KAŞ) da varlığını ortaya qoymaqda maraqlıdır ki, Ankaraya təzyiqini artırsın və danışıqlara sürükləsin. KAŞ dinj sakinləri hədəf götürdükdə PKK sanki dünyaya və Ankaraya bu tipli mesac göndərir: «Mənimlə razılaşma əldə edilməyinjə, daha radikal kürd qruplar hərəkətə keçəjək, onlarla isə dialoq və anlaşma mümkün deyil». Məhz bu mesacı gündəmdə saxlamaq üçün PKK özündən ayırdığı KAŞ-ı idarə etməyə həvəslidir. Anjaq PKK-nın bu strategiyası özünə qarşı çevrilə bilər. Əgər Avropanın müəyyən dairələrində PKK-çılara rəğbət var idisə, son partlayışlardan sonra Avropa mətbuatı və siyasi dairələri kürd terrorizmindən qorxmağa başlayıblar. Çünki hədəfdə Türkiyədə dinjələn avropalı vətəndaşlar idi. ABŞ və Avropada «PKK ayrı, KAŞ ayrı» nağılına, çətin ki, inanalar. Digər tərəfdən, PKK-çılar güman edirdilər ki, istirahət məkanlarında partlayışlar turistlərin Türkiyədən axını ilə nətijələnəjək. Terrorçuların planları baş tutmadı. Avropalı və rusiyalı turistlərin əksəriyyəti istirahətlərini yarımçıq qoyub vətənlərinə dönmədi. Avropa və Rusiya mətbuatı vətəndaşlarına dəstək verərək, Türkiyədəki istirahətlərini sona çatdırmağı məsləhət bildi. Bəlkə bundan sonra ABŞ və Avropanın siyasi və analitik dairələri Türkiyənin kürd terrorizminə qarşı savaşına anlaşıqlı yanaşmağa başladı.
PKK bölgədə sabitsizlik fenomeni olaraq qalmaqdadır. PKK-çılar bir müddət önjə güjlərini nümayiş etdirmək məqsədilə İran - Türkiyə boru xəttini partlatmışdılar. Bundan sonra da İran Silahlı Qüvvələri heç kimlə məsləhətləşmədən PKK-nın İraqdakı məntəqələrini bombalamışdı. Tehran bir güllə ilə iki dovşan vurmuşdu. Tehran bir tərəfdən, İran ərazisində də separatçılıq və təxribatçılıqla məşğul olan PKK-nı zəiflətmiş, digər tərəfdən, bu addımı ilə Türkiyə siyasi və ijtimai dairələrinin rəğbətini qazanmışdı. Bu isə Tehran üçün az əhəmiyyətli deyil. İran nüvə silahına yiyələnməsi çalışmalarında ABŞ və Avropa ilə üz-üzə qalarkən, qonşusu Türkiyənin antiiran koalisiyasında yer almasını istəməz.
«PKK İran - Türkiyə boru xəttini partlatmağa müvəffəq olursa, Bakı-Tbilisi-Jeyhan (BTJ) boru xəttini də hədəf götürə bilərmi?» sualı da ağıllara gələr. Əgər PKK BTJ boru xəttini partlatmaq fikrinə düşərsə bu, terrorçu təşkilatın sonu olar. İran - Türkiyə qaz xəttindən fərqli olaraq, BTJ ABŞ və Avropanın maraqları çərçivəsindədir. PKK BTJ-yə xəsər yetirməklə, hətta ABŞ və Avropadakı himayəçilərinin qəzəbinə tuş gələ bilər. Bu halda ABŞ təyyarələrinin İraqın şimalına bir reydi kifayət edər ki, PKK-nın qərargahlarını yerlə bir etsin. Hələliksə, ABŞ PKK ilə mübarizəyə tələsmir. ABŞ Silahlı Qüvvələri İraqa nəzarət etdikləri halda, PKK-çıların bu ölkədəki yerdəyişmələrinə əngəl olmurlar. Vaşinqtonun müttəfiqi Türkiyəyə qarşı bu siyasəti bir çoxlarında məyusluq doğurur. Təsadüfi deyil ki, Türkiyədə ABŞ-a rəğbət bəsləyənlərin sayı durmadan azalır. Vaşinqtonun bu siyasəti yalnız Ankaranı deyil, türkdilli, o jümlədən, Azərbayjanın siyasi və analitik dairələrini də düşündürməyə vadar edir. Əgər Vaşinqton onillərin müttəfiqi Türkiyəyə bir vəd verib, əməldə fərqli siyasət yürüdürsə, yeni müttəfiq adlandırdığı Azərbayjanla münasibətlərdə hansı strateci səhvlərə yol verə bilər? Təjrübədən də bunu görürük. Vaşinqton rəsmiləri «Abxaziya və Jənubi Osetiya problemləri Gürjüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır» deyərkən, nədənsə, bu yanaşmanı Dağlıq Qarabağ münaqişəsinin həllinə şamil etmirlər.
ABŞ PKK-nın Şimali İraqdakı varlığına son qoyajağını bir neçə il bundan önjə vəd etmişdi. Ankara bu vədin yerinə yetirilmədiyini və terrorçuların partlayışlarından ölən əsgər və zabitlərinin sayının artdığını müşahidə etdikdə son qərarını verdi: İraqın şimalına müdaxilə edərək PKK-nın bazalarını dağıtmaq. Bu zaman Vaşinqton sözdə yenə hərəkətə gələrək, problemlə məşğul olajağını açıqladı, hətta bu işə məsul bir görəvlisini ayırajağını vəd etdi. Həmin görəvli işə başlasa da, hələ ki ortada nətijə yoxdur. Əksinə, PKK-çılar durumlarından razı görünür, ABŞ-dan təhlükə gözləmədiklərinə işarə vururlar. Dövlət Departamentinin rəsmisi Makkormak «PKK silahları buraxsın» deyərkən, terrorçu qruplaşmanın liderlərindən Zübeyr Aydar «ABŞ-la sıx təmas içindəyik» ifadəsini dilinə gətirib. PKK üzvünün bu sözlərinə isə ABŞ-dan təkzib gəlmədi. Təsadüfi deyil ki, Türkiyənin Qara Qüvvətləri Komutanı Orgeneral İlker Başbuğ açıqlamalarının birində PKK məsələsində Türkiyə ilə ABŞ-ın eyni jizgidə olmadığını söylədi. Bəs nədən Vaşinqton PKK-ya qarşı mübarizədə Ankara ilə eyni sırada dayanmaq istəmir?
Ankara ABŞ Silahlı Qüvvələrinin Türkiyə ərazisindən İraqın işğalına yaşıl işıq yandırmadıqdan sonra, iki ölkə arasındakı münasibətlərdə müəyyən çatların əmələ gəldiyi sirr deyil. Görünür, Vaşinqton da İraqın şimalını kürd qruplaşmalarına peşkəş etməklə, Ankaradan bir neçə il önjəki qərarının ajığını çıxır. Digər tərəfdən, Vaşinqton PKK ilə məsələni həm də ona görə bitirmir ki, İraqın şimalında özünə müttəfiq saydığı digər kürd silahlı qruplaşmalarının xətrinə dəymək istəmir. Jəlal Təlabani və Məsud Bərzaninin rəhbəri olduqları həmin qruplar PKK ilə bağlılıqları olmadıqlarını söyləsələr də, buna inanan azdır. Həm Təlabani, həm də Bərzani PKK-nın Türkiyə və İraqdakı elektoratının maraqları əleyhinə addım atmaq istəmədiklərindən, terrorçu təşkilatla gizli təmaslarını davam etdirirlər. Buna görədir ki, PKK-nın son günlərə qədər İraqın şimalındakı şəhər və qəsəbələrində qərargahları hamının gözü qarşısında fəaliyyət göstərirdi. Bu o şəhər və qəsəbələrdir ki, həmin məntəqələrin həndəvərində amerikalı əsgər və zabitləri görmək mümkündür. Vaşinqtonun bu siyasəti davam etdikjə, ikili standartla bağlı suallar aktuallığını qoruyur. Bu isə Vaşinqtonun imijinə zərbədir. «İraqın bütövlüyü bizim üçün əsas-dır», - deyən Vaşinqton digər tərəfdən İraqın şimalındakı kürd silahlı qruplaşmalarına azad hərəkət və fəaliyyət şəraiti yaradıb. Şimali İraq faktik Bağdada tabe deyil. Kürd qruplaşmaları bölgənin neft resurs-larının da yalnız onlara aid olduğunu iddia etməyə başlayıblar. İkili standarta yönəlik daha bir misal. Vaşinqton Livanda rəsmi ordunun xarijində «Hizbullah»ın tərksilah olunmasını tələb edərkən, İraqda ordu xarijindəki silahlı kürd qruplaşmalarının fəaliyyətinə yaşıl işıq yandırır. Livandakı «Hizbullah»la İraqdakı silahlı kürd qruplaşmaları arasında nə fərq var ki? Hər ikisi dövlət içində dövlət, mərkəzi hakimiyyətə tabe olmayan silahlı strukturlardır.
Ankara bir müddət Vaşinqtonun PKK-ya qarşı fəaliyyətə başlayajağı vədlərinin gerçəkləşəjəyini gözləyəjək. Anjaq bu müddət uzanarsa, Türkiyə ordusu PKK-ya qarşı İraq ərazisində təkbaşına savaşa girişəjək. Çünki böyük fasilə PKK-çı və onların törəmələrinə Türkiyə əleyhinə yeni planlar jızmağa və təxribatlarını həyata keçirmək imkanı qazandırır. PKK təxribatlarına ara verməsə, Türkiyə ordusunun Kandil dağına qədər məsafə qət etməsi də istisna deyil. Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərar-gah rəisi Yaşar Böyükanıt ilk çıxışındaja terrora qarşı sərt davranış ortaya qoyajaqlarını, əlində silah tutanlarla heç bir dialoqa getməyəjəklərini qətiyyətlə vurğulayıb. Bu həm Vaşinqtona, həm də terrorçulara jiddi siqnal olmalıdır.
MƏSLƏHƏT GÖR: