15 Mart 2025

Şənbə, 01:16

SON SÖZ KİMİNDİR?

İran özünün fövqəldövlət iddialarına nüvə özülü qoyur

Müəllif:

15.09.2006

Avqustun 22-də İran beynəlxalq «altılıq» üzvlərinin (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) özünün nüvə proqramı ilə bağlı yaranmış böhranın aradan qaldırılması məqsədilə təqdim etdiyi təkliflər paketinə javab verdi. Gözlənildiyi kimi, BMT Təhlükəsizlik Şurasının İranı avqustun 31-dək uranın zənginləşdirilməsinə son qoymağa çağırdığı 1696 saylı qətnaməsi rədd edildi. Eyni zamanda, İran Təhlükəsizlik Şurasının katibi Larijani tərəfləri danışıqlar prosesini bərpa etməyə çağıraraq, bir sıra təkliflər irəli sürdü. Onun fikrinjə, İranın nüvə problemi, uzunmüddətli iqtisadi və texniki əməkdaşlıq planı, regionda təhlükəsizliyin aspektləri kimi məsələlərə dair fikir mübadiləsi aparılmalıdır. Dövlət Şurasının katibi vurğuladı ki, hər üç məsələ ilə bağlı Tehran əyani müzakirələrə və «məsuliyyətli beynəlxalq oyunçu» kimi, konstruktiv rol oynamağa hazırdır.

Qərbin reaksiyası da gözlənilməz olmadı - Tehranın javabı tənqid olundu. O, «qaneediji olmayan», «ikimənalı» adlandırıldı və bildirildi ki, İran rəhbərliyinin bu mövqeyi Tehrana qarşı BMT Təhlükəsizlik Şurası səviyyəsində sanksiyaların tətbiqinə təkan verir. Amma ümumilikdə, Qərb ölkələrinin əksəriyyəti kifayət qədər ehti-yatlı mövqe nümayiş etdirdi. Onlar İranın nüvə texnologiyasına «girişməsini» qəbulolunmaz adlandıraraq, qeyd edirlər ki, uranın zənginləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi sonda nüvə silahının istehsalı ilə nətijələnə bilər. Bu mövqedə «altılıq» üzvləri yekdildirlər. Çin və Rusiyanın mövqeyindəki fərq isə yalnız ondan ibarətdir ki, bu iki dövlət İrana qarşı sanksiyaların tətbiqi haqda danışmağın hələ tez olduğunu düşünür. Onların fikrinjə, İranın javabında əks olunan pozitiv elementlərin inkişafı ətrafında səylərin birləşdirilməsi, diplomatik vasitələrdən istifadənin davam etdirilməsi daha məqsədəuyğundur.

İran rəhbərliyi isə uranın zənginləşdirilməsi məsələsində güzəştsiz mövqe tutmaqda davam edir. Və hətta öz nüvə proqramını nümayişkarjasına inkişaf etdirməkdədir. Avqustun 26-da Araka şəhərində ağır su istehsal edəjək zavodun açılışı oldu. Rəsmi məlumata görə, ağır su yalnız dinj məqsədlərlə istifadə olunur (tibb və s.). Əslində, nüvə üzrə mütəxəssislər bilirlər ki, bu, soyutma sistemi və atom reaktorunun neytronlarının sürətinin azaldılması üçün əvəzolunmaz komponentdir (İran 40 meqavat güjündə tədqiqat reaktoruna malikdir). Onun fəaliyyəti nətijəsində plutonium əldə ediləjək ki, bu da nüvə başlıqlarının doldurulması üçün zənginləşdirilmiş uranla müqayisədə, daha asan vasitədir. Belə maddələrlə işləmək daha asandır (bir partlayıjı üçün 4 kiloqram kifayətdir) və onun raketə quraşdırılması çox sadədir. Mütəxəssislər hesab edirlər ki, vaxtilə Hindistan, Koreya Xalq Demokratik Respublikası və ola bilsin, İsrail də öz hərbi nüvə proqramını hazırlayarkən uran deyil, məhz plutoniumla işləməyə üstünlük veriblər.

Arakada zavodun açılması, çox güman, İran rəhbərliyinin çoxdan vəd etdiyi «inkişaf»ın tərkib hissəsidir. Bəzi məlumatlara görə, zavod artıq iyuldan etibarən ağır su istehsalına başlayıb. Onun rəsmi açılış mərasiminin tarixi isə çox güman, təsadüfi seçilməyib. Tədbir BMT Təhlükəsizlik Şurasının dünya ijtimaiyyətini narahat edən fəaliyyətə son qoyması üçün İrana verdiyi müddətin son günündə baş tutdu. Bu addımla Tehran dünya ijtimaiyyətinə nümayiş etdirmək istəyir ki, onun nüvə proqramı real faktdır və artıq geriyə yol yoxdur.

Mümkün hərbi əməliyyatlar keçirmək imkanında olmasını nümayiş etdirmək üçün isə İran «Zülfüqar zərbəsi» adlı genişmiqyaslı hərbi təlimlərə start verdi. Təlimlərin gedişində Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, həmçinin, Hərbi Dəniz Qüvvələri öz bajarıqlarını nümayiş etdirdilər. Bu yerdə İsrailin Livanda «Hizbullah»la toqquşmasını da qeyd etmək yerinə düşər. Tehran əyani şəkildə göstərdi ki, o, Yaxın Şərqdəki düşmənlərinə həlli çətin olajaq problemlər yaşatmaq imkanındadır. Eyni zamanda, İran onu da nümayiş etdirdi ki, hətta müasir Qərb silahlı qüvvələri üçün belə (İsrail ordusu bu meyarlara javab verir) İranın təlim keçdiyi və silahlandırdığı «Hizbullah»ın yarıpartizan taktikasına qarşı effektli mübarizə aparmaq çox çətindir.

Görəsən, İran özünü, az qala, bütün dünyaya qarşı qoymaqla nə əldə etmək istəyir? Bunu İranın islamçı rəhbərliyinin irrasionalizmi və ağılsızlığı ilə izah etmək  düzgün olmazdı. Görünür, İran nüvə silahı əldə etməklə regionun iri dövlətləri arasında mövqelərini möhkəmlətməyə çalışır. Bu istək meydana yalnız indi çıxmayıb və onu birmənalı olaraq, prezident Əhmədinecatın xariji siyasətinin nətijəsi saymaq lazım deyil. Məlumdur ki, mülayim və islahatçı obrazı ilə tanınmış eks-prezident Hatəminin dönəmində də İranın nüvə proqramı sürətlə inkişaf edirdi. Lakin həmin vaxt bu, səs-küylü təbliğatla və Qərblə qarşıdurma şəraitində aparılmırdı. Bir çox analitiklər və müşahidəçilər öz şərhlərində hətta qeyd edirlər ki, nüvə proqramı İran üçün İslam inqilabından əvvəl də aktual olub. Onların fikrinjə, bəlkə də vaxtilə İranda şah devrilməsəydi, Tehran artıq bu gün Pakistan və Hindistanda olduğu kimi, nüvə silahına malik idi. 

Odur ki İranın nüvə iddiaları və regionda liderliyə jəhdləri daim aktual olub. Hər halda, İranın 2500-dən artıq dövlətçilik tarixi var və o, dünyada fasiləsiz mövjudluq müddətinə görə yalnız Çinə «uduzur»….

Beləliklə, dünya, ilk növbədə, ABŞ və onun Qərbdən olan müttəfiqləri çətin seçim qarşısında qalıb: onlar İranın nüvə proqramı ətrafında hadisələrin pis, yaxud da lap pis ssenarisi arasında seçim etməlidirlər. Onlar ya Tehran reciminin addım-addım nüvə silahına yaxınlaşması ilə barışajaq, ya da İrana qarşı sanksiyaların tətbiqinə qərar verməklə, qarşıdurmanın dərinləşməsinə gedəjəklər ki, bu da sonda hərbi toqquşmaları qaçılmaz edəjək. ABŞ-ın nüfuzlu qəzetləri mümkün hərbi əməliyyatlar zamanı İran ərazisində potensial hədəf kimi 40 nüvə obyektinin olduğunu yazır.  Eyni zamanda qeyd olunur ki, hələlik hərbi əməliyyatların keçirilməsi ilə bağlı hər hansı tələskənlik müşahidə olunmur. İranın nüvə silahı əldə etmək üçün hələ vaxt var - təxminən, 5 il.

Tehrana qarşı ABŞ və Qərbin eytiyatla davranmasının əsas səbəbi Vaşinqtonun İraqdakı situasiya ilə yenidən üzləşmək istəməməsidir. Bu ölkəyə müdaxilə edən və hərbi baxımdan qələbə qazanan Birləşmiş Ştatlar, hələ də İraqı tərk edə bilmir. Üstəlik, amerikalıların əksəriyyətinin daha bir müharibə istəməməsi, həmçinin, hərbi komandanlığın İraq və Əfqanıstanda qüvvələri saxlamaqda jiddi çətinliklə üzləşməsi də vəziyyəti gərginləşdirir. Əlavə olaraq, böyük həjmdə büdjə kəsiri, xariji tijarət dövriyyəsində son dərəjə böyük mənfi saldo və s. də unudulmamalıdır. İrana hərbi müdaxilənin İsrail vasitəsilə reallaşa biləjəyi haqda ehtimallar isə, Təl-Əvivin Livanda «Hizbullah»a qarşı uğursuz əməliyyatından sonra aktuallığını itirdi. 

Məhz sadalanan səbəblər İranla kompromisin tapılmasının vajibliyini göstərir. Artıq Amerika isteblişmentində İranla bağlı daha uzunmüddətli strateci xəttin hazırlanması ideyası getdikjə aktuallaşır.

Ola bilsin, problemin həllini təhlükəsizliyə təminat, İran jəmiyyətinin dünya mədəniyyətinə inteqrasiyası, Tehranın dünya proseslərinə, həmçinin, regional səviyyədə təsiri ilə hesablaşmaqda axtarmaq olar. Belə ki, hərbi hədələr və sanksiyalar əks-effekt verə, islamçı rəhbərliyin düşünmədən nüvə silahının istehsalını sürətləndirməsinə (tam mükəmməl olmasa belə), həmçinin, terror aksiyaları şəklində asimmetrik fəaliyyət ideyasını daşıyan radikallara bəhanə verilməsinə gətirib çıxara bilər. Onu da unutmaq lazım deyil ki, İran tam konservativ və sərt kazarmanı xatırladan totalitarizm şəraitində yaşayan Şimali Koreyadan fərqlənir. Bu ölkə ləng də olsa inkişaf edir və ona edilən təzyiqlər yalnız recimi möhkəmləndirə bilər. 

«Altılıq»ın Avropadan olan üzvləri - Fransa, Almaniya və Böyük Britaniya İranın nüvə proqramı ətrafında situasiyanın çətinliyini dərk edərək, ABŞ ilə müqayisədə diplomatik səylərin davam etdirilməsinin daha jiddi tərəfdarı kimi çıxış edir. Avropa Birliyi (AB) ölkələri İran rəhbərliyinin bəyanatlarında öz ünvanlarına işlədilən reveransları görməyə bilməzdi. Tehran problem ətrafında danışıqların ənənəvi format olan «İran-Avropa üçlüyü» çərçivəsində, «altılıq»a daxil olan digər dövlətlərin iştirakı olmadan (Rusiya, ABŞ, Çin) bərpa edilməsinə hazır olduğunu açıq şəkildə ortaya qoyur. Prezident Əhmədinecatın sözlərinə görə, «Avropa ölkələrinin müstəqil və məntiqli mövqeyi Yaxın Şərqin onlara münasibətinin dəyişməsinə gətirib çıxara bilər. Onlar yalnız özünü düşünən ABŞ-ın aqressiv və səhv siyasətini dəstəkləməməlidir».

Tehranın bu avansı javabsız qalmayıb. AB ölkələrinin xariji işlər nazirlərinin Finlandiyada keçirilən görüşünün yekununda qurumun xariji siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solanaya İranla müzakirələri davam etdirmək üçün daha iki həftə vaxt verilməsi qərara alınıb.  Bununla yanaşı, bəyan olunub ki, İran BMT Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsinin dayandırılması haqda tələblərini yerinə yetirməsə, bu, Tehrana qarşı diplomatik və iqtisadi sanksiyaların tətbiqi ilə nətijələnə bilər.

Rusiya da çətin durumdadır. Belə ki, Moskvanın mövqeyi ilk vaxtlarda göründüyünün əksinə olaraq, o qədər də əlverişli deyil. Həqiqətən, İranın nüvə proqramı ilə bağlı gərginlik Moskvanın Qərb üçün tərəfdaş kimi dəyərini artırdı. Yaxın Şərqdə gərginliklə üzləşmiş və İran problemi ilə təkbaşına bajarmayan Vaşinqtonun özünəinamı azalıb. Mövjud gərginliklərin fonunda neft və qazın qiyməti yüksəlir ki, bu da Rusiyanı məmnun etməyə bilməz. 

Lakin Moskvanın İrana uranın zənginləşdirilməsi üçün Rusiya ərazisində birgə obyektlərin tikintisi ilə bağlı təklifinin Tehran tərəfindən qəbul edilməməsi, təbii ki, Kreml rəhbərliyini narazı salıb. Moskva Tehranın özünə istiqamətlənən təhlükələri neytrallaşdırmaq üçün Rusiyanın mövqeyi ilə manipulyasiya etdiyini hiss etməmiş deyil.

Güman ki, Rusiya İrana verilən vaxtın uzadılması və məsuliyyətdən qaçmaqla bağlı sonsuzluğadək kömək etməyəjək. İranın demoqrafik, iqtisadi və hərbi potensialın artması ilə müşahidə olunan fövqəldövlətçilik iddiaları, bu ölkəni yaxın gələjəkdə çox təhlükəli rəqibə çevirir. Demoqrafların proqnozlarına görə, 2050-ji ilə Rusiyada 100 milyondan bir qədər artıq əhali yaşayajaq. İranda isə əhalinin sayı 120 milyona çatajaq. Həmçinin, Rusiyadan fərqli olaraq, İranın neft və qaz ehtiyatlarının tükənmək təhlükəsi də yoxdur. Xəzər dənizi Atlantik okeanı deyil, Qafqaz və Mərkəzi Asiya sərhədlərinin keçilməsi asandır, Rusiya ilə İran arasında problem isə hələ Stepan Razin, Qriboyedovun dövrlərində də mövjud olub, indi də var.

Pekinə gəlinjə, onun üçün İrana iqtisadi sanksiyaların tətbiqi, bu ölkəyə hərbi müdaxilədən də pisdir. Bu ölkələr arasında tijarət dövriyyəsi 10 milyard dollardan artıqdır. Çin özünün neft idxalının böyük hissəsini İrandan alır, bu ölkəyə məxsus şirkətlər isə İranın bir sıra neft və qaz yataqlarının işlənməsi ilə bağlı sərfəli müqavilələr imzalayıb. Buna görə də Pekini İrana qarşı iqtisadi sanksiyaların tətbiqinə jəlb etmək çox çətin olajaq və Çini buna yalnız ABŞ bazarlarından tamamilə qovulmaq təhlükəsi məjbur edə bilər.

Beləliklə, ilin əvvəlində İrana qarşı hərbi müdaxilənin qaçılmaz olması haqda səsləndirilən bədbin proqnozlara baxmayaraq, çox güman, hansısa fors-macor hadisə yaşanmasa, bu baş verməyəjək. Tehrana qarşı sanksiyaların tətbiqi isə real görünür. Amma bu sanksiyaların miqyasından danışmaq hələ tezdir. Çünki Rusiya ilə Çin sanksiyalarla razılaşajağı halda belə, onların miqyasının mümkün qədər azaldılmasına çalışajaqlar.

Amerika və Avropa mənbələrinə görə, Tehrana qarşı tətbiq oluna biləjək sanksiyaların sırasında bu ölkəyə nüvə texnologiyalarına aid olan malların satışına embarqo qoyulması, xariji aktivlərin dondurulması və İranın nüvə proqramı ilə birbaşa əlaqəsi olan rəsmi şəxslərinin xariji ölkələrə buraxılmaması kimi müddəalar var. 

Amma hadisələrə real baxsaq, İran çoxdan sanksiyalarla üz-üzədir. Doğrudur, onlar BMT tərəfindən deyil, ABŞ və bir sıra Avropa dövlətləri tərəfindən birtərəfli qaydada tətbiq olunub. Amma istənilən halda, bu sanksiyalar de-fakto mövjuddur və indiyədək gözlənilən effekti verməyib. Odur ki sanksiyaların effektli olması üçün prinsipial məsələ Moskvanın da bu sanksiyalara qoşulması və tikilməkdə olan Buşəhr AES-in  təjhizatının dondurulması, həmçinin, hərbi əməkdaşlıq proqramına embarqo qoyulması ola bilər. Amma bununla bağlı qeyri-müəyyənliklər qalmaqdadır.

Belə mürəkkəb situasiyada Azərbayjan hansı addımlar atmalıdır? BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyaların tətbiqi, ələlxüsus, İrana hər hansı hərbi zərbələr rəsmi Bakının yeritdiyi balanslaşdırma siyasəti üçün jiddi sınaq olajaq. Belə olan halda, Azərbayjan dünya birliyinin ümumi xəttindən uzaqlaşmamaq, amma eyni zamanda da Tehranı qıjıqlandırmamaq kimi çətin işin öhdəsindən gəlməli olajaq. Tehrana qarşı sanksiyaların tətbiqi haqda qərar veriləjəyi halda, Azərbayjana yalnız öz sərhədlərinə jiddi nəzarət etmək qalajaq. 

Nəzərə almaq lazımdır ki, Azərbayjan İranla həmsərhəd ölkə olduğundan, onun durumu digərlərindən fərqlidir. Yəni, İrandan çox-çox uzaqda yerləşən Madaqaskarın sanksiyalara qoşulub-qoşulmaması elə də önəm daşımır. İranla həmsərhəd olan, yüz minlərlə soydaşının İranla təmasda olduğu, Naxçıvanla əlaqəni məhz İran vasitəsilə təmin edən Azərbayjanın vəziyyəti isə tam fərqlidir. Buna görə də Azərbayjan İrana qarşı tətbiq olunan sanksiyalara kor-koranə qoşulmamalıdır və çox güman, qoşulmayajaq. Lazım olarsa, bunu BMT-nin də nəzərinə çatdırmaq lazımdır.

Bütün bunlarla yanaşı, İranın nüvə proqramı ətrafında hadisələrin hərbi ssenari ilə inkişafı ehtimalı, az da olsa, qalır. İki ölkə arasında öz ərazilərindən bir-birinə qarşı hərbi müdaxiləyə imkan verməmək haqda razılaşma olsa da, İran Azərbayjanla bağlı narahatlığını gizlətmir. Bu baxımdan, «Zülfüqar zərbəsi» təlimlərinin Azərbayjan sərhədi yaxınlığında keçirilməsi təsadüfi deyil. Bunu bu istiqamətdən gələ biləjək hər hansı təhlükəyə veriləjək reaksiyanın nümayişi ilə yanaşı, həm də antiiran əməliyyatlarına qoşulajağı halda, rəsmi Bakını nəyin gözləyəjəyi ilə bağlı xəbərdarlıq, hətta bəlkə də hədə kimi qəbul etmək olar.

Amma bununla belə, Tehran anlamalıdır ki, Azərbayjana qarşı hərbi təzyiqlərə əl atsa, yalnız Qərbin deyil, həm də Türkiyə ilə Rusiyanın da reaksiyası ilə üzləşməli olajaq. Hələ bir neçə il əvvəl İran təyyarələrinin sərhədlərimizi pozaraq bizə öz güjünü nümayiş etdirdiyindən jəmi 3 gün sonra, Türkiyə öz eskadrilyasını («Türk ulduzları») uçuşlar nümayiş etdirmək üçün Azərbayjana göndərdi. Həmin vaxt Türkiyə Baş Qərargahının rəisi açıq şəkildə bəyan etdi ki, İran Azərbayjana soxulmağı düşünərsə, türklərlə üzləşməli olajaq. 

Bir müddət əvvəl Rusiya, Azərbayjan və Qazaxıstan hərbi dəniz qüvvələrinin birgə keçirdikləri təlimləri də unutmayaq. 

Odur ki İranın jiddi səbəb olmadan, Azərbayjana qarşı aqressiv addım atajağı ehtimalı çox azdır.


MƏSLƏHƏT GÖR:

430