15 Mart 2025

Şənbə, 02:57

BAKI-KİYEV : SÖZDƏN İŞƏ

Ukrayna prezidenti V.Yuşşenkonun Bakıya rəsmi səfərinin nəticələri barədə

Müəllif:

15.09.2006

Dəfələrlə təxirə salındıqdan sonra, sentyabrın 7-8-də, nəhayət, Ukrayna Prezidenti V.Yuşşenkonun Bakıya rəsmi səfəri baş tutdu. Etiraf etmək lazımdır ki, 2004-jü ilin dekabrında prezident seçilməsindən sonra keçən 1,5 il onun karyerasında, mübaliğəsiz, ən mürəkkəb dövr olmuşdur. Ölkənin parlament respublikasına doğru irəlilədiyi bir dövrdə prezident hakimiyyətinin möhkəmləndirilməsi, aparıjı tərəfdaşlar - ABŞ, Avropa və Rusiya ilə tarazlaşdırılmış münasibətlərin formalaşdırılması, Moskva ilə «qaz müjadiləsi» şəraitində iqtisadiyyatın artım templərinin qorunub-saxlanılması, inadkar rəqiblər və müttəfiqlərlə parlamentdə və onun hüdudlarından kənarda mübarizə, mafioz klanlar və strukturların ram edilməsi - bütün bu vəzifə və problemlər Ukraynanın yeni rəhbərliyinin əl-ayağını bağlayır, diqqəti xariji siyasətin aktual vəzifə və istiqamətləri üzərində jəmləşdirməyə imkan vermirdi. Bura prezidenti dəstəkləyən «Naşa Ukraina» Partiyası ilə «Regionlar» Partiyası arasında Ali Radaya seçkilər və hökumətin yeni başçısının təyin edilməsi ilə əlaqədar meydana çıxan və 4 ay çəkən ziddiyyətləri də əlavə etsək, rəsmi Kiyev üçün prezidentin «Odlar yurdu»na çoxdan nəzərdə tutulan səfərin vaxtını müəyyənləşdirməyin nə qədər çətin olduğunu başa düşərik. Odur ki Ukraynanın siyasi və parlament həyatında nisbi sakitlik bərqərar olan kimi, ölkə prezidentinin ilk səfərlərindən birinin Bakıya olması sevindiriji haldır.

MDB dövlətləri arasında artıq bərqərar olmuş xoş, həm də səmərəli ənənəyə əsasən, prezidentlərin görüşü ərəfəsində tijarət-iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyaların toplantıları keçirilir. Bir qayda olaraq, bu toplantılarda qarşıdakı sammitlərin iqtisadi gündəlikləri razılaşdırılır, ən yüksək səviyyədə imzalanajaq sazişlərin layihələri hazırlanır, problemli məsələlərdəki kəskin məqamlar aradan qaldırılır bu və ya digər sənədlərin formulə edilməsi jilalanır. İndi də belə oldu. Sentyabrın 1-də Bakıda birgə Azərbayjan-Ukrayna hökumətlərarası komissiyasının toplantısı keçirildi. Burada tijarət-iqtisadi əlaqələrin durumu və inkişaf perspektivləri, həmçinin, ikitərəfli əməkdaşlığın prioritet sahələrinin aktual məsələləri müzakirə edildi. Komissiyanın işinin nətijələri əsasında tərəflər bu sahədəki müsbət dəyişiklikləri, iqtisadi münasibətlərin və əmtəə mübadiləsinin genişləndiyini qeyd etdilər. Həqiqətən də 2005-ji il ərzində ik ölkə apasında əmtəə mübadiləsi, demək olar, 260 mln dollara çatmış, 2006-jı ilin birinji yarısı ərzində isə 113 mln dollar təşkil etmişdir ki, bu da 2005-ji ilin analoci dövründəkindən xeyli çoxdur. Fikrimizjə, bu rəqəmlər hökumətlərimizin fəxr etmələri üçün əsas verir. Azərbayjandan Ukraynaya, əsasən, aqrar, yanajaq-energetika və kimya sənayelərinə aid məhsullar ünvanlanır, Ukraynadan isə ölkəmizə qara metallurgiya, maşınqayırma, elektrotexnika məhsulları və ərzaq gətirilir. 

Azərbayjanda Ukrayna şirkət və müəssisələrinin iştirak etdiyi 76 firma və birgə müəssisə qeydiyyata alınmışdır. Bu sahədəki problemlərdən danışarkən qeyd etmək lazımdır ki, nə əmtəə mübadiləsinin, nə də sərmayə yatırımlarının həjmi ölkələrimizin imkanlarına müvafiqdir. Ukrayna inkişaf etmiş elmi və sənaye bazasına malik dövlətdir. Onun xalq təsərrüfatı kompleksinə sənayenin ağır maşınqayırma, qara və əlvan metallurgiya, gəmiqayırma, avtobus, minik və yük maşınları, traktor, teplovoz, dəzgahlar, turbinlər, təyyarə mühərrikləri və təyyarələr, elektrik stansiyaları, neft-qaz və kimya sənayeləri üçün avadanlıq istehsalı daxildir. Ukrayna iqtisadiyyatının bəzi sahələri yüksək texnoloci inkişaf səviyyəsi ilə fərqlənir. Raket daşıyıjıları, sputnik və kosmosda araşdırmalar üçün avadanlıq istehsalı mövjuddur. Postsovet məkanında Ukrayna Rusi-yadan sonra hərbi texnika - tanklar, hərbi nəqliyyat təyyarələri, zenit-raket kompleksləri, optik avadanlıq istehsalı sahəsində ən böyük istehsalçıdır. Nazirlik və idarələrimiz, özəl və dövlət şirkətlərimizin rəhbərləri bütün bu faktları diqqət mərkəzində saxlamalıdırlar. Bu qurumların başçıları ikitərəfli əməkdaşlığın formalarının təkmilləşdirilməsi, bu prosesə strateci sərmayədarların jəlb olunması, prioritet iqtisadi və investisiya layihələrinə dövlətin dəstəyi üzərində daha fəal işləmək lazımdır. 

Jənab Yuşşenkonun Bakıya səfəri zamanı bu istiqamətdə müəyyən irəliləyişlər əldə edildi. Tərəflərin imzaladığı birgə bəyannamədə onların dövlətlərarası münasibətləri strateci tərəfdaşlıq kimi daha yüksək səviyyəyə qaldırmaq niyyəti öz əksini tapdı ki, buna həm də ali səviyyədə məsləhətləşmələr mexanizmi - iki ölkənin Prezidentlər Şurasının yaradılması vasitəsilə də nail olmaq nəzərdə tutulur. Ukrayna prezidentinin Bakıda keçirdiyi mətbuat toplantısında açıqladığı kimi, bu Şuranın yaradılmasında məqsəd ikitərəfli münasibətlər sahəsində perspektivli layihələrin inkişafına mane olan problemlərin aradan qaldırılmasıdır. Şura çərçivəsində strateci plan işlənib-hazırlanajaqdır ki, bura Azərbayjan-Ukrayna əməkdaşlığının bütün aktual məsələləri daxil ediləjəkdir. V.Yuşşenko ikitərəfli münasibətlərdəki 4-5 həllediji məsələnin Şura səviyyəsində nəzarətə götürülməsini də təklif etdi. Ukraynadakı məlumatlı mənbələrdən aldığımız məlumata görə, belə məsələlər sırasına iki ölkənin Avropaya inteqrasiya sahəsində səylərinin koordinasiyası, regional təhlükəsizliyin (GUAM),  nəqliyyat dəhlizlərinin  fəaliyyətinin təhlükəsizliyinin, enerci əməkdaşlığının, humanitar əməkdaşlığın təmin olunması, həmçinin, başqa aktual məsələlər daxildir.

Ənənəvi olaraq, Ukrayna tərəfi ölkəmizlə yanajaq-energetika sahəsində əməkdaşlığa xüsusi, hətta əlahiddə maraq göstərir. Bu da aydındır - Ukrayna iqtisadiyyatının enerci ehtiyatlarından asılılığı 80%-dən də artıqdır. Kiyevin bu marağı hökumətlərarası komissiyanın toplantısında, həmçinin, Ukrayna prezidentinin Bakıya səfərinin gedişində də özünü göstərdi. Prezidentin Bakıda olarkən vurğuladığı kimi, həmin sahədə Kiyev bir neçə prioritet layihənin gerçəkləşdirilməsində maraqlıdır. Birinjisi, Azərbayjan şirkətləri ilə hər iki ölkənin neft hasilatı, onun emalı və neft məhsullarının satışı sahələrində işləyən birgə strukturların formalaşdırılması. Ukrayna tərəfi bu təşəbbüsü bazarlara qarşılıqlı nüfuzetmə və qarşılıqlı imkanların inkişafı sahəsində ilk addım kimi nəzərdən keçirir. Ukraynanın təklif etdiyi ikinji addım Azərbayjan və Qazaxıstan neftinin Odessa-Brodı-Avropa bazarları marşrutu ilə nəqli imkanının saxlanmasıdır. Burada Ukrayna mütəxəssisləri Odessa-Brodı neft kəmərinin həm Şərqi Avropa (Plotsk-Qdansk), həm də Şimali Avropa (Baltik və Şimal dənizlərinə qədər) istiqamətlərində uzadılması məsələsini qaldırırlar.  

Ukrayna prezidentinin fikrinjə, hazırda bu böl-gədə xam neftlə bağlı formalaşan təkliflər bərpası üçün 4-5 mln t neftə ehtiyaj olan «Odessa-Brodı layihəsinin gerçəkləşdirilməsinə» asanlıqla uyğunlaşır. Üçünjü istiqamət isə Xəzər-Ukrayna-Avropa marşrutu üzrə qaz nəqlinə dair birgə mövqelərin formalaşdırılmasıdır.

Fikrimizjə, Azərbayjan tərəfi Ukrayna kimi tərəfdaşımızın və onun diplomatiyasının bu prioritet vəzifələrinə biganə qalmamalıdır. Sadəjə, Ukraynanın bu maraqlarının gerçəkləşdirilməsinin ölkəmizin maraqları ilə əlaqələndirilməsini və onların ölkələrimizin qarşılıqlı səmərəli əməkdaşlığı üçün bazaya çevrilməsini təmin edən sxemi müəyyənləşdirmək lazımdır. Həm də bu təkjə iqtisadiyyatda deyil, investisiya sahəsini də əhatə etməlidir. Belə ki, məsələn, şirkətlərimizin Ukrayna şirkətlərinin, neftayırma zavodlarının, banklarının və digər strukturlarının aktivlərinin alınmasında (neft və qaz tədarükünə zəmanət verilməsi qarşılığında) iştirakı məsələsi üzərində düşünmək olar.  Çətin ki Ukrayna tərəfi Azərbayjanın Ukraynadakı  bu və ya digər neft hasilatı, yaxud neft emalı şirkətinin nəzarət portfelini almasına etiraz etsin. Hazırda, Rusiya bir yana dursun, keçmiş sovet sərhədlərinin bütün perimetriboyu (Gürjüstan, Pribaltika, Ukrayna) investisiya mövqelərini möhkəmləndirməkdə olan Qazaxıstan bunu praktikada uğurla həyata keçirməkdədir. 

Yeri gəlmişkən, Bakıdakı mətbuat toplantısında çıxış edərkən prezident Yuşşenko Ukrnafta neft şirkətinin balansında olan və Ukraynada ən inkişaf etmiş YDM şəbəkəsini təşkil edən 600 yanajaqdoldurma məntəqəsinin birgə istismarı barədə maraqlı bir təklif səsləndirdi. Başqa sözlə, burada hökumətimizin təşəbbüs göstərməsi və ölkəmizin maraqlarına javab verən həll variantları araması üçün münbit zəmin var. 

Ölkələrimiz arasında əməkdaşlığın daha bir istiqaməti Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına dair çoxtərəfli sazişin gerçəkləşdirilməsidir. Bu dəhliz həm nəqliyyat əlaqələrinin, həm də bütövlükdə tijarət-iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. Ukrayna tərəfinin Xəzərin enerci ehti-yatlarının sabit tədarükündə maraqlı olduğunu nəzərə alaraq, tərəflərin İlyiçevsk-Poti, Bakı-Türkmənbaşı, Bakı-Aktau bərə keçidlərinin inkişafında birgə iştirakı da perspektivli görünür.

Bakı görüşlərinin və iki ölkə liderlərinin danışıqlarının ən önəmli nətijələrindən biri də ikitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının daha da möhkəmləndirilməsi oldu. Bakıda ikitərəfli əməkdaşlığın aktual istiqamətlərinə dair 5 saziş imzalandı - diplomatik kadrların hazırlanması haqqında, ətraf mühitin mühafizəsində əməkdaşlıq haqqında, beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında, radioloci təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında və bitki növlərinin dövlət sınaqları haqqında.

ARDNŞ ilə Ukraynanın «Naftoqaz» Şirkəti arasında da saziş imzalandı. Beləliklə, ölkələrimiz arasında imzalanan sazişlərin sayı artıq yüzə yaxınlaşmaqdadır. 

Azərbayjan-Ukrayna münasibətləri möhkəm «humanitar təmələ», xalqlarımızın mənəvi və mədəni yaxınlığına əsaslanır. Prezident Yuşşenkonun Bakı Slavyan Universitetini ziyarət etməsi və burada ona fəxri doktor diplomu təqdim edilməsi bu həqiqəti növbəti dəfə təsdiqlədi. Bütövlükdə, səfər humanitar sahədə qarşılıqlı əməkdaşlığın fəallaşması fonunda baş tutdu. Məlumdur ki, BSU «ukraynaşünaslıq» üzrə də kadrlar hazırlayır, azərbayjanlıları Ukrayna  mədəniyyəti, ədəbiyyatı və dili ilə tanış etmək üçün isə universitetin nəzdində «Ukrayna mədəniyyət mərkəzi» yaradılmışdır. Eyni zamanda, Ukrayna tərəfinin dəstəyi ilə Kiyev Beynəlxalq İdarəetmə Akademiyası nəzdində H.Əliyev adına Siyasi və Sosial Elmlər İnstitutunda ölkəmizdən gələn tələbələrin öyrədilməsi təşkil olunmuş, T.Şevçenko adına Ukrayna Milli Universitetində isə «Azərbayjan dili və mədəniyyəti» ixtisası açılmışdır. Yeri gəlmişkən, diplomatiyamızın Azərbayjan ədəbiyyatı, mədəniyyəti, tarixi və dilinin araşdırılmasında ixtisaslaşan ixtisas və kafedraların açılması təjrübəsindən dünyanın Azərbayjana münasibətləri Ukrayna qədər dostyana olmayan başqa ölkələri - Rusiya, ABŞ, Fransa və d. ilə münasibətlərdə də yararlanması da pis olmazdı. Axı belə kafedraların fəaliyyət göstərməsi ölkəmizin tarixinə bələd olan və bununla əlaqədar mövqe və maraqlarımızı anlamağa, onları öz ölkələrində dəstəkləməyə daha meylli ziyalıların sayının artmasına  gətirib çıxarar. Əslində, burada söhbət Ukraynada Azərbayjan lobbisinin formalaşdırılmasından gedir ki, prezident İ.Əliyevin səfirlərlə bu yaxınlarda keçirdiyi toplantıda söylədiyi fikirlərlə üst-üstə düşür.

Bakıda iki ölkə prezidentinin imzaladığı Ukrayna ilə Azərbayjan arasında birgə deklarasiya barədə ayrıja danışmaq istərdik. Bu siyasi sənəddə iki ölkənin beynəlxalq və regional problemlərin ən geniş spektrinə - Ermənistan-Azərbayjan münaqişəsinin tənzimlənməsinə, NATO və Avropa Birliyi ilə əməkdaşlığa, BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM və d. təşkilatlarda qarşılıqlı əməkdaşlığa dair vahid yanaşmaları öz əksini tapmışdır. Lakin diplomatlarımızın üzərində xeyli zəhmət çəkdikləri deklarasiyanın ifadə tərzi əsas məsələni javabsız qoyur: Ukrayna prezidenti ilə ölkənin baş nazirinin komandaları arasında getdikjə güjlənməkdə olan qarşıdurma və ölkənin xariji siyasət kursunun formalaşdırılması uğrunda mübarizə şəraitində xariji siyasət sahəsində, xüsusən də Avropaya inteqrasiya, NATO ilə əməkdaşlıq, GUAM çərçivəsində qarşılıqlı münasibətlər məsələlərində Bakı ilə Kiyev arasında əməkdaşlıq nejə həyata keçiriləjək? Məsələ ondadır ki, hazırda prezidentin tərəfdarları ilə hökumət başçısının tərəfdarları arasındakı hökumətdaxili qarşıdurmada dövlət başçısının irəli sürdüyü kadrların mövqelərinin zəifləməsi ehtimalı var.  Artıq bu prosesin ilk işartıları da müşahidə olunmaqdadır. Məsələn, Avropa və Avroatlantika İnteqrasiyası  Məsələləri Üzrə Dövlət Komitəsinə başçılıq edən (ona da diqqət yetirmək lazımdır ki, digər dövlət komitələrinə baş nazir və ya onun müavinləri başçılıq edirdilər) xariji işlər naziri B.Tarasyuk avqustun sonunda bu vəzifədən kənarlaşdırılmışdır. Həmin komitə hüquq siyasəti və müdafiə məsələləri üzrə komitə ilə birləşdirilmiş, şəxsən V.Yanukoviçin rəhbərliyi altında Hüquq Siyasəti, Müdafiə və Avrointeqrasiya Komitəsi (Avroatlantik inteqrasiyasız) kimi formalaşdırılmışdır. Xariji işlər nazirinin statusunu azaltmaqla, hökumət başçısı bütün dünyaya mesac ünvanlamışdır - hökumət artıq Ukraynanın təkjə iqtisadi siyasəti deyil, xariji siyasi kursu üçün də məsuliyyəti öz üzərinə götürür. Ümid edirik ki, prezidentimizin ukraynadaxili siyasi proseslərin bütün iştirakçıları ilə tarazlaşdırılmış, siyasi konyukturadan asılı olmayan münasibətləri Bakıda əldə olunmuş razılaşmalara səmərəli şəkildə əməl edilməsinin qarantı olajaqdır.    

Həqiqətən, ölkələrimizin nəhəng potensialları var. Məsələ yalnız  hər iki tərəfin bunu konkret qarşılıqlı səmərəli layihələr şəklində gerçəkləşdirməsinə maraq göstərib-göstərməyəjəyindədir.


MƏSLƏHƏT GÖR:

355