
AKTYOR HƏYATI
Fəxrəddin Manafov kino və teatrın inkişafı, həmçinin, həyat haqqında fikirlərini "Region plus"la bölüşüb
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Fəxrəddin Manafov müsahibə verməyi o qədər də sevmir. "Mənim haqqımda az yazırlar. Və çox istəyirəm ki, belə də davam etsin. Özüm haqqında danışmağı, gizli düşünjələrimi bölüşməyi sevmirəm. Mənə olan maraq onunla bağlıdır ki, mən aktyoram, göz qabağındayam. Anjaq sizi əmin edirəm ki, dünyada çox sadə insanlar var ki, haqlarında heç kim heç nə bilməsə də, onlar məndən qat-qat maraqlı ola bilirlər...". Anjaq Manafovun baş rol oynadığı "Hökmdar taleyi" tarixi filminin premyerasına bir neçə gün qalmış və Bakıda keçirilən Şərq-Qərb kinofestivalında ona bu filmə görə "Ən jəsarətli kişi obrazına görə" mükafatın verilməsinə bir ay qalmış vəziyyət dəyişdi. "Region plus"un əməkdaşı ilə görüşə aktyor gejiksə də, çox yaxşı əhval-ruhiyyədə gəldi və nejə deyərlər, danışmağa hazır idi. Qara eynəyi, kostyumu, sürətli, bir qədər əsəbi hərəkətləri jiddilikdən xəbər versə də, Fəxrəddin Manafov, hətta onun fikrinjə, "standart" və uğursuz sualara javab verməli olduğu halda belə, yumor hissindən və özünütənqiddən məhrum deyildi. Höjət və özündənrazıdır. Amma bununla belə, inanılmaz dərəjədə jazibədardır. Ümumiyyətlə, kinoda və teatrda çox rollar oynayandan sonra, çox yerlərdə olub Simurq kimi ölüb-diriləndən sonra öz üzərində gülmək asandır. Xalq onu "Təhminə" filmindəki Zaur obrazına görə sevir, baxmayaraq ki indi zaursayağı obrazlar xalqı boğaza yığıb. Peşəkarlar da, sadə insanlar da onu dahi aktyor sayırlar. O bu barədə danışmasa da, hiss edilir ki, bu fikirlə razıdır. Özünün gerçəkdən yaxşı aktyor olması fikri ilə razılaşsa da, etiraf edir ki, onun ruhuna Rusiya sənətkarlarının işləri daha yaxındır. "Sovet kinosunda böyümüşəm. Adları sayıb-qurtarmaqla bitmə-yən dahi sovet kino aktyorlarının oyunları ilə tərbiyə olunmuşam və bu gün də Rusiya sənətkarları çox güjlüdürlər. Bu yaxınlarda Rusi-yanın modern teatrının səhnəsində Rüstəm İbrahimbəyovun "Siçan" pyesində oynayan zaman məni niyə bu tamaşaya dəvət etdiyini anladım. Mən öz rus həmkarlarımdan geri qalmırdım, hətta onlardan inamlı idim".
Bu, gerçək Fəxrəddin Manafovdur. Öz işinin qiymətini bilən, həm də həmkarlarının sənətindən xəbəri olan, söhbət əsnasında özünü siqaret çəkməkdən saxlaya bilməyən, səmimi hisslərdən məhrum olmayan və diqqətli olduğundan bunları nümayiş etdirməməyə çalışan Fəxrəddin Manafov. Söhbətin əsnasında birdən Azərbayjan kinosunda neorealizmin əsasını qoymuş unudulmaz Rasim Ojaqovun adı hallanır və bu, təəjjüblü deyil. Fəxrəddin Manafov Ojaqovun "Park" (1983), "Başqa həyat" (1987), "Hava məbədi" (1989), "Qətldən sonra yeddi gün" (1991), "Təhminə" (1995), "Otel otağı" (1999) filmlərində oynayıb. Bu, əsasən yaddaşlarda Emin Sabitoğlunun musiqisinin müşayiəti ilə, həmçinin unudulmaz çoxsaylı obrazları ilə qalmış böyük yaradıjılıq yoludur. "Azərbayjan kinematoqrafiyasının əsas problemlərindən biri bu gün, demək olar ki, Rasim Ojaqov səviyyəsində bir recissorun olmamasıdır. Axı o, gənj aktyorlarla ustalıqla işləyirdi". Bu, bəlli faktdır ki, Fəxrəddin Manaf oğlu Azərbayjan kinosu günündə, yəni 2 avqustda doğulub. Anjaq onun doğulduğu 1955-ji ildə heç kim bilmirdi ki, avqustun ikisi qeyri-müəyyən gələjəkdə nə olajaq. Anjaq həmin gün Fəxrəddin Manafovun həyatında böyük rol oynadı və o, aktyor oldu. Düzü, o özü də bilmirdi ki, bu sənəti niyə seçib. "Mən niyə aktyor oldum? Bilmirəm. Gördüm və heyran oldum. Bu nə vaxt oldu? Ola bilər uşaqlıqda, ola bilər mən hələ bətndə olarkən anamın xoşuna gəlibmiş və mən bunu hiss etmişəm. Bəlkə də mənim 1941-47-ji illərdə döyüş yolu keçmiş yaraşıqlı və əsil kişi olan atamın bunda rolu var. O, gözəl səs sahibi idi. Düzdür, onun da bu sənətlə bağlı çılğın bir istəyi vardı. Onu bilirəm ki o, həmişə mənimlə fəxr edirdi. Onun ölümündən çox illər sonra mən anladım ki, o niyə mənimlə fəxr edirmiş. Valideynlər həmişə öz uşaqlarında gerçəkləşməmiş arzularını görmək istəyirlər".
İndi Fəxrəddin Manafov yalnız Azərbayjan kinosunda deyil, həm də Rusiya kinosunda çəkilir. "İbrus" teatrında işini davam etdirir. Tarixi "Hökmdar taleyi" filmindəki roluna ona görə hörmətlə yanaşır ki, müəyyən mənada vətən qarşısında borjunu yerinə yetirə bilib. Çünki aktyor əslən Xankəndidəndir. Filmdəki Qarabağ xanı İbrahim Xəlil obrazı ona həm ruhja, həm də yaşına görə uyğundur. Və Fəxrəddin Manafovun keçmiş rolları ilə kəskin təzad açıq-aydın özünü göstərir. Yaxın gələjəkdə isə o, yeni rollar oynayajaq və keçən illər ərzində yaşadıqlarını bu rollara hopdurajaq. Aktyor həyatı, adətən, yaşatdığı çoxsaylı talelərdən asılıdır. Anjaq göründüyü kimi, ən başlıjası öz taleyini ayaq üstə saxlamaq və əldən buraxmamaqdır.
- Ümid edirəm ki, nə vaxtsa biz də fəxrlə deyəjəyik ki, bu film Azərbayjanda çəkilib...
- Mən tənqidçi deyiləm, aktyoram. Sizdən fərqli olaraq deyə bilərəm ki, bu mümkündür. Çünki mən bir neçə gənj recissorun işlərinə baxmışam. Qərbin imzası və təsiri açıq-aydın görünür. Bu, heç də Rusiya təsiri deyil. Əgər mən bu gün kino çəkmək istəsəm, yaddaşımda sovet illərində mənimlə yanaşı olan filmlərə və recissorların işlərinə üz tutardım. Çünki onlar məni tərbiyə ediblər. İndiki gənjlik isə tamam başqa səmtə üz tutur. Bu, Qərbdir, tər təmiz Qərb. Onların öz görüşləri var. Düşünürəm ki, narahat olmağa dəyməz ki, Azərbayjan kino və ya futbol ölkəsi deyil. Biz neft ölkəsiyik. Hər kəsin öz yeri var. Hazırda dünya kinosu çox yüksək səviyyədədir. Buna görə də Azərbayjan kinosunun səviyyəsi haqqında danışmaq hələ çox tezdir. Hətta bu barədə danışmaq ayıbdır. Mən görürəm ki, bizdə heç də yaxşı olmayan meyillər var. Film çəkirik, sonra da deyirik ki, bunu göstərsək, ayıb olmaz. Bu nə deməkdir? Ayıb olmaz nə deməkdir? Sizi əmin edirəm ki, heç bir amerikalı, yaxud avropalı, ya da ki "Mosfilm"də mənimlə birgə işləyən uşaqlar heç vaxt "bunu göstərsək, ayıb olmaz" sözünü işlətməyiblər. Bu yaxınlarda mənim özüm də "Hökmdar taleyi" filmi haqqında danışanda az qala qarmağa keçmişdim. Başqa tərəfdən isə biz özümüzü aldada bilmərik. Əgər bu gün Azərbayjan Kinematoqrafiyasında nələr baş verdiyindən danışmaq lazımdırsa, qısa və lakonik şəkildə demək olar ki, daha yaxşısını arzulamağa dəyər. Amma sizi əmin edirəm, çox tezliklə bizdə də kino olajaq. Ən azından ona görə ki, Azərbayjan kinosunda Amerika Kino akademiyası olan "Oskar"ın mükafatının laureatı olan adam var - Rüstəm İbrahimbəyovu deyirəm. Anjaq iş, hətta bunda da deyil. Gənjlərə ümidim var. Görürəm ki, bizdə gənj artistlər var. Amma hələ hamarlanmayıblar. Anjaq onların böyük potensialı olduğu görünür. Hansısa filmləri edən uşaqlar da var. Vaxt gələjək, hər şey öz yerini tutajaq.
- Anjaq Azərbayjan kinematoqrafiyasında elə işlər var ki, onlardan bu gün də danışırlar...
- Fikirləşirsiniz ki, gənjlər bu filmlərdən danışırlar? Yox. Həmin filmlərdən yaşlı adamlar danışırlar. Bu, sadəjə nostalgiyadır, ayrı heç nə. Bəli, həmin illərdə bu filmlər tamaşaçılar üçün böyük əsərlər idi. Anjaq bu gün çox sadəlöhv görünürlər. İndi mən Rusiya televiziyası ilə "Baharın on yeddinji anı" sovet serialına baxıram. Siz düşünürsünüz ki, mən bu filmə dahiyanə olduğuna görə baxıram? Yox, sadəjə mən öz gənjliyimdəki duyğularımı xatırlayıram. Nə vaxtsa mən bu filmdən atamla birgə həzz alırdım. Atam müharibədən keçib-gəlmişdi və onun ordenlərini xatırlayırdım. Bu kadrlara baxıram. Kuravlyov nejə də maraqlıdır, Tixonov nejə də gözəldir. Bəli, biz yaxşısını çəkməliyik və keçmiş haqqında düşünməməliyik. Bu gün Azərbayjan hökuməti idmana çox böyük dəstək verir. Hansısa Azərbayjan idmançısının mükafat alması barədə xəbərlər eşitmək, internetdə görmək nejə də xoşdur. Azərbayjan kinosuna və futboluna da eyni jür dəstək vermək lazımdır. Axı müəyyən vaxtlar mən özüm də futbol oynamışam. Anjaq bunu etmək üçün xüsusi layihə lazımdır. Futbolun olması üçün uşaq futbol məktəbləri açmaq lazımdır. 15-20 ildən sonra bu körpələrin gözəl idmançı olması üçün onları oxumağa göndərmək lazımdır. Kinoda da eyni işlər görülməlidir. Sadəjə, bizim uşaqların-aktyorların, recissorların Rusiya ali məktəblərində VQİK-də və ya QİTİS-də oxumasını təmin etmək lazımdır. Azərbayjanda belə məktəblər yoxdur. Düşünürəm, Rüstəm İbrahimbəyov tərəfindən "İbrus" teatrının nəzdində kinoakademiya açılması gözəl örnəkdir. Orada Azərbayjanın tanınmış mədəniyyət və injəsənət xadimləri dərs keçirlər. Bu, bizdən ötrü böyük işdir. Bu akademiyada gənj aktyorlar və recissorlar oxuyur. Hətta içərilərində indiyə kimi film çəkənlər də var. Amma oxumağı davam edirlər. Səviyyəyə çatmaq üçün bizə belə işlər lazımdır. Əlbəttə ki, bunun üçün pullar, özü də böyük pullar tələb olunur. Kinematoqrafiyanın inkişafında maliyyə vajib amildir. Layihələri gerçək kino və teatr mütəxəssisləri hazırlamalıdır. Mümkündür ki, 15-20 ildən sonra biz Azərbayjan Kinematoqrafiyasının inkişafında konkret nətijələr əldə edəjəyik.
- Bəs teatrda nejə?
- Teatrda da vəziyyət yaxşı de-yil. Düzdür, material çoxdur. Klassiklərdən tutmuş Azərbayjan, Rusiya və xariji postmodernistlərin əsərlərinə kimi çox şey var. Yaxşı pyeslər çoxdur. Anjaq Azərbayjan teatr sənətinin inkişafı üçün iki vajib jəhət - recissorluq və aktyorluq gərəkdir. Azərbayjan aktyorlarının çoxu indi öz sənətlərinə peşəkar yanaşmaqdan çox uzaqdırlar. Amma onu deyirəm ki, mən hamı haqqında danışmıram, amma çoxu haqqında danışıram. Mənim müəllimim "Yuğ" teatrının recissoru Vaqif İbrahimoğlu mənə deyirdi ki, aktyorluq böyük sənətdir. Təhsil, intellekt və çoxsaylı başqa parametrlər tələb edir. Aktyor öyrənməlidir. Kitablar oxumalı, təhlil etməlidir. Kətil düzəldən dülgərin yanında mismar, çəkij və uyğun material olmalıdır. Aktyorluqda da belədir. Bizdə recissorlar da yoxdur. Biz Rusiya teatrlarında nə görürük? Recissorluq, sərt təlim, intizam. Bizdə isə başqa jürdür. Bədbəxt recissor tamaşa qoyur, amma təhvil verməyə başqası hazırlaşır. Buna görə ki, bizim recissorların infrastrukturu "durudur". Bir recissor tanıyıram, adını çəkməyəjəyəm. Çünki utanar. 25 il qabaq bir dəfə mənə dəftər göstərmişdi: "Bax, gör məndə nə var. Hər şey bu dəftərdə yazılıb. Burada həm Zaxarov, həm Lyubimov, həm Tostoqonov, həm də Şapiro var. Onların hamısından burada yazmışam. Ömrümün sonuna qədər bu mənə bəs edər. İstənilən tamaşanı mən bu dəftərdən götürüb öz səhnəmizdə qoya bilərəm". Siz başa düşürsünüz, o, hər şeyi köçürmüşdü?! Məsələn, Mark Zaxarov "Tartüf"ü qoyursa, o, bütün quruluşu öz dəftərinə köçürür ki, kim hara getməlidir, kim hansı anda nə danışmalıdır. O, sadəjə rolları paylayır. Sonra da dəftərdə yazdığı kimi quruluş verir. Bu da sənə recissura... Düzdür, bu jür köçürməyə də ən azından istedad lazımdır.
Bizdə həqiqi quruluşçu recissorlar çox azdır. Anjaq onların arasından mən "Yuğ" teatrından Vaqif İbrahim oğlu Həsənovun adını çəkə bilərəm. Öz yönü, öz fəlsəfəsi var. Kim istəyir, qəbul edir; kim də istəmir, etmir. Mən "Yuğ" teatrından 1991-ji ildə getdim. Çünki yeni nəfəs gəlmişdi. Və bu, doğru addım idi. Bu teatrda yaxşı aktyorlar, öz fikri və yaradıjılıq baxışı olan recissorlar yetişir. Recissor Azər Paşa Nemət çox maraqlı düşünən fikir adamıdır. Bir vaxt Bəhram Osmanov parlayırdı. Anlayırsınızmı, əgər recissor yoxdursa, deməli, yaxşı aktyor da yoxdur. Ona görə də biz teatrla bağlı konsepsiya və ya layihə hazırlamalıyıq. Bu çox-çox önəmlidir.
- Siz Amerika Kino Akademiyasının əfsanəvi "Oskar" mükafatını almaq istərdinizmi?
- Şübhəsiz, mən də "Oskar" almaq istərdim. Sadəjə ona görə ki, bunun nə demək olduğunu bilirəm. Bilirsiniz, amerikalı və ya qeyri-amerikalı aktyorlar və aktrisalar bu matah heykəljiyi alanda niyə ağlayırlar? Məsələn, "şedevr" sözünü götürək. Keçmişlərdə ustad rəssamlar şagirdliyə adam götürəndə onların içində şedevr axtarırmış. Tapanda təbrik edirmiş. Bilirsiz niyə? Şedevr yalnız işin parlaqlığı və dahiliyi deyil. Həm də tamamlanmış olmasıdır. Bu o deməkdir ki, sən artıq yetkinsən. Sən müstəqil işləyə bilərsən. Bundan başqa, həm də öyrədə bilərsən. "Oskar" aktyora ehtimal etməyə imkan verir ki, artıq onun qonorarı milyon dollarlarla ölçüləjək. Bu isə o deməkdir ki, sabah recissor "Oskar" almış aktyora aşağı qonorar təklif etməyə utanajaq. Bəli, mən də "Oskar" almaq istəyirəm. Axı onda bütün dünya səni yetkin bir sənətkar kimi tanıyajaq. Hətta əfsanəvi Kann festivalı belə öz önəminə görə "Oskar"ın təqdimat mərasimindən geridə qalır.
- Amma siz deyirdiniz ki, kinoda Rusiya təsiri Qərb təsirindən daha arzuediləndir. Amma sizin bu Amerika heykəljiyini almaq istəməyiniz göstərir ki, siz kinoda Qərb təsirini qəbul edirsiniz və Qərb göstərməyə dəyən nələrəsə malikdir...
- Biz indi başqa şeylərdən danışırdıq. Rusiya aktyorları böyük aktyorlardır. Məndən ötrü Amerika kinosunda yalnız iki böyük aktyor var - Entoni Hokkins və Jek Nikolson. Amma əgər mən sovet kino xadimlərinin adını çəkməyə başlasam, nə vaxt çatar, nə də hamını yada sala bilərəm. Kimlər yoxdur - İnnokenti Smoktnovski, Rostislav Plyatt, Yevgeni Yevstiqneyev... Sovet aktyorunun ustalığı yüksək səviyyədir. Anjaq bizdə hər şey "lazımdır" səviyyəsində idi və həmin sənətkarlar üçün hər şey "ver, edirəm" prosesinin üstündə qurulmuşdu. Ona görə də Qərbdə bu inkişaf baş tutdu. Bunlarda aktyor bir - iki il işləyəndən sonra hiss edir ki, çöküb. Ona görə də on milyonlarla dollar qonorardan imtina edərək, özünə istirahət etməyi rəva görür. Hətta ona milyard dollar versən belə, əgər işdən yorğunluq hiss edirsə, çəkilməyəjək. Deməli, yenidən öyrənməlidir. Çünki çox şeyi unudub. Və onlar yenidən məktəbə gedirlər ki, Stanislavskinin sistemini öyrənsinlər və yalnız bundan sonra yeni qüvvə ilə işləməyə başlayırlar.
- Deməli siz də Amerika filmində çəkilmək istəyərdiniz?
- Əlbəttə. Amerika kinosu pul, şöhrət deməkdir.
- Doğrudanmı, xoşbəxt olmaq üçün anjaq pul lazımdır?
- Sizi əmin edirəm, bu da xoşbəxtliyin məqamlarından biridir. Pul xüsusi məsələdir. Düşünürəm ki, insanlığın, bəşəriyyətin böyük ixtiralarının sırasında nə təkər, nə raket, nə də televizor durur. Böyük ixtiralardan biri puldur. Çünki raket də, qalan hər şey də pulla satılır. Baxın, yüzilliklər keçir, pul yoxa çıxmır. Pul millətdir. Özü də böyük millətdir ki, dəyişmədən qalır. Dünya dəyişir, anjaq pullar qalır. Formasını dəyişir, məğzi isə eynidir. Mən heç də öz işimə görə yaxşı pul almağın əleyhinə deyiləm. Hazırda mən layiqli yaşamaq üçün bir neçə serialda çəkilirəm. O jümlədən Moskvada da işləyirəm. Özü də mənim nə gejəm var, nə gündüzüm. Siz Moskva ətrafının şaxtasının nə demək olduğunu bilirsinizmi? Və sən çılpaq bədənlə bu şaxtada çölə çıxmalı və buzu qırmalısan. Çıxırsan da, qırırsan da. Özü də özünü elə göstərməlisən ki, hər şey gözəldir və sən bundan həzz alırsan. Anjaq sən bu işi yalnız ona görə edirsən ki, bu işə görə pul verirlər. Amma başında isə fikirləşirsən ki, onurğanın dördünjü halqası yerindən tərpənib. Əgər sən üç dəqiqədən sonra oturub dinjəlməsən, ən azı ay yarımını xəstəxanada keçirəjəksən. Gördü-yünüz kimi, pul xoşbəxtliyin çox önəmli bir hissəsidir. Ona görə də mən deməyəjəm ki, xoşbəxtlik pulda deyil. Amma onu qazana bilmək ayrı işdir. Əgər qazana bilmirsənsə, deməli, işlər çox pisdir...
- Siz özünüzdə, yaşadığınız ölkədə nələrisə dəyişmək istəyərdinizmi?
- Hər şey insanlardan asılıdır. Nə baş verib? Onilliklərlə formalaşmış düşünjə tərzi birdən-birə darmadağın oldu. Anlaşılmayan işlər baş verdi. Şəhər öz mədəniyyətinə, öz axşamına və səhərinə malikdir. O bizdən ötrü bulvarda səyahət formasına malikdir. Onun memarlığa özünəməxsus baxışı var. Birdən qorxunj işlər baş verdi. Bizim öyrəndiyimiz səhərlər yox oldu. Bakının biz gəzməyə alışdığımız axşamı yox oldu. Çevrəsində böyüdüyümüz memarlıq yox oldu. İndi bu xaosda öz kainatını tapmalısan. Bu xaosda qaydalar tapmaq üçün heç kimi təhqir etmək istəmirəm, gərək adamın öz daxili mədəniyyəti, təhsili və min jür başqa xüsusiyyəti olsun. Bu mürəkkəb dünyada insan kimi qalmaq çox çətindir. Mənim "May Bajh" avtomobili olan adama hörmətim var. Halal olsun ki, özünə bunu ala bilib. Anjaq o, Bakının mərkəzi küçələri ilə o avtomobildə gedərkən pənjərəni açaraq ətrafa dəmir meyvə şirəsi qutusunu atan zaman mənim onu görməyə gözüm olmur və bir kişi kimi onu jəzalandırmaq istəyirəm. Bu avtomobilin şuxluğu və onun kobud rəftarı heç bir-birinə uyğun gəlmir. Sovet dövrünün "May Bajh"ı "Qaz 24 10" idi. Amma onda həmin maşını sürən adamların heç biri özlərinə bu jür qanmaz hərəkəti rəva görməzdilər. Avtomobilin pənjərəsindən heç siqaret kötüyü də atmırdılar. Anjaq bu gün bu, baş verir və imkanlı adamlar bunu özlərinə rəva görürlər. Düzdür, yumruq davası ilə bunun qarşısını almaq olmaz, bilmirəm, bunu nejə etmək olar. Bəlkə də dünyanı dəyişmək üçün adam özündən başlamalıdır.
Demək istəyirəm ki, mən Yaradana şükür edirəm. O, məni, mənim valideynlərimi yaradıb. Əlbəttə, həm də valideynlərimə təşəkkür edirəm ki, onlar məni dünyaya gətiriblər. Anjaq bilmirəm, dünyaya gəlməsəm, yaxşı olardımı görəsən? Hər halda, insanın bu dünyaya gəlməsində müəyyən bir məqsəd var. Nejə oldu ki, mən balıq, oyunjaq, masa olmadım, insan kimi doğuldum? Niyə belə oldu ki, mən qadın yox, kişi oldum? Çilingər yox, aktyor peşəsini seçdim? Deməli, bunda nəsə bir balans var. Elə-belə heç nə olmur.
P.S. Fəxrəddin Manafov deyir ki, ondan yaxşı curnalist olardı. Maraqlandığı adamdan hər şeyi kəlbətinlə dartıb çıxardardı. "Mən elə bir müzakirəyə girərdim ki, həmin adam bundan heç xoşlanmazdı". Amma Manafovun əsas arzusu 20-25 adamlıq balaja restoran açmaq və orada dünyanın hər yerindən gətirilmiş pendirlər və çaxır satmaqdır. "İstənilən sahədə azajıq yaradıjı olmaq lazımdır və yaradıjılıq prosesindən həzz almaq lazımdır. Hətta evdə piroq və ya tort bişirəndə də. Həyatda daha nələr insanı yaşadır. Hə, bir də ki yaxşı maaş almalısan". Deməli, əgər yaradıjı yanaşırsansa, xoşbəxtlik elə puldadır...
MƏSLƏHƏT GÖR: