14 Mart 2025

Cümə, 22:36

QİYAM APOSTOLU

Ernesto Çe Gevara - zamanın seçdiyi qəhrəman

Müəllif:

15.06.2008

Argentinanın Kordova vilayətinin Alta Qrai-ya şəhərinin sakinləri bu gün də həmin hadisələrin ən kiçik detallarını belə xatırlayırlar. Anjaq hər şey çox illər önjə baş verdiyindən deyilənlərin hansının doğru, hansının  tam bir xəyal məhsulu olduğunu seçmək olmur.  

Ötən yüzilliyin qırxınjı illərinin ortalarından yerli elektrik şirkəti satdığı enercinin qiymətini  durmadan artırırdı. Təbii ki, Alta Qrasiyanın əhalisi milyonçular sırasına aid deyildilər və qiymət artımı şəhər sakinlərinin birbaşa kisəsinə təsir göstərirdi, onların çoxu da öz mətbəxlərində dinmədən- söyləmədən əsəbiləşirdilər. Anjaq bir dəfə gejə həmin elektrik şirkəti tərəfindən Alta Qrasiya küçələrində quraşdırılmış fənərləri qırmışdılar. Şirkət fikirləşdi ki, bu, yerli uşaqların işidir və yeni fənərlər quraşdırdılar. 

Lakin onları yenidən qırdılar və şəhərdə söz gəzməyə başladı ki, bəs elektrik enercisinin qiyməti  əvvəlki səviyyəyə enməyənə qədər bu davam etdiriləjək. Şirkətdə başlarını itirmişdilər. Qaranlıq küçələrdə gejə vaxtı bu oğlanları tutmaq qəliz məsələ idi, gərək onda hər fənərin yanına bir polis nəfəri qoyulaydı. Qırılan fənərlərdən dəyən ziyan qiymət artımından gələn gəliri üstələyirdi. Elektrik şirkəti geri çəkilməli oldu. Tezliklə Alta Qrasiyada bu əvəzçıxarma aksiyasının təşkilatçısının da adı açıqlandı. 

Bu, mühəndis Ernesto Gevara Linç və yoldaşı Seliya De Le Sernanın böyük oğlu Ernesto idi. Ailə Alta Qrasiyaya Rosario şəhərindən gəlmişdi, çünki böyük oğulları astmaya tutulmuşdu. Həmin dövrlərdə heç kim inana bilmirdi ki,  "orta sinfin"  klassik təmsilçisi, bu tərbiyəli ailənin oğlu nə vaxtsa "qiyamçı nəslin" rəmzi olan inqilabçı romantikə çevriləjək və onun portreti tarixə ən çox çap olunan kimi düşəjək. 

Ernesto Gevara Linç De Le Serna 1928-ji il iyunun 14-də doğulub, yəni sağ qalsa idi, indi 80 yaşı tamam olajaqdı. Anjaq əfsanəvi Çeni qojalmış və memuar yazmaqla məşğul olan kimi təsəvvür etmək çətindir. Çünki öz yolunu seçmişdi və axıra kimi getmişdi. 

Bəlkə də dünyanı məhz onların düzəltməli olduğuna inanan insanlar bütün çağlarda doğulur. Anjaq onların heç də hamısına gerçəkdən dünyanı dəyişmək və tarixdə iz buraxmaq nəsib olmur. 

Ernesto Çe Gevara əvvəljə siyasi, xüsusilə də inqilabi karyera barədə heç düşünmürdü də. Amma bununla belə çox gənj yaşlarında atasının kitabxanasında yetərinjə olan Marksı, Engelsi və Freydi oxumuşdu. Mümkündür ki, onların bəzisini hələ 1941-ji ildə Kordova Dövlət Universitetinə qəbul olunana kimi oxumuşdu. Anjaq ona ən güjlü təsiri onda Argentinaya vətəndaş müharibəsi gedən İspaniyadakı Franko repressiyalarından qaçmış ispan mühajirlər göstərmişdi. Daha sonra Agentinada ardı-arası kəsməyən çirkli siyasi böhranlar baş verdi və bunun zirvə nətijəsi kimi  Xuan Peronun "sol faşist" diktaturası quruludu və Gevara ailəsi bu recimə qatı düşmən idi. 

Bioqraflar sonradan iddia edirdilər ki, məhz onda  Çenin dünyagörüşündə kəskin dönüş baş verib. Çe Gevaranın "pantomim" saydığı parlament demokratiyası barədə xəyalları məhz həmin illərdə puça çıxıb. 

O, bütün qəlbi ilə hərbi diktatorlara nifrət edirdi. Demokratiyadan danışa-danışa bu diktatorlara himayədarlıq etməyə hazır olan amerikalıları isə daha çox sevmirdi. Ernestonun valideynlərinin, xüsusilə də anasının Peron əleyhinə çıxışların fəal iştirakçısı olmasına baxmayaraq, o, 1947-ji ildə daxil olduğu Buenos-Ayres Universitetində təhsil vaxtı tələbə inqilabi təşkilatlarına qoşulmamışdı və ümumiyyətlə, siyasətlə az maraqlanırdı. Onun mühəndis kimi parlaq gələjəyinin olajağını ehtimal edirdilər, anjaq Ernesto başqa insanların əzablarını azaltmaq üçün həkim olmağa qərar verdi. 

1948-ji illərin sonlarında Ernes-to velosipedlə Argentinanın şimal əyalətlərinə böyük səyahətə çıxır - məhz bu səyahət Çe Gevara haqqında çox populyar olan bioqrafik filmlərdən birinin sücet xəttinə çevrilib. 1951-ji ildə universitetdə yekundanönjəki imtahanları verdikdən sonra, Gevara dostu Qrandsonla birlikdə daha jiddi bir səyahətə yollanır, gəzdiyi yerlərdə xərjliyini qapılarda işləməklə çıxarır. Onda o, əvvəljə Jənubi Argentinaya baş çəkmişdi. Daha sonra Çiliyə getmişdi və orada Salvador Alyende ilə görüşmüşdü, bəzi məlumatlara görə, onların tanışlığı xeyli sonraya təsadüf edir. Peruda olarkən bir neçə həftə San-Pablo şəhərinin jüzamlılar xəstəxanasında çalışmışdı. Kolumbiyada onu tutub və tezliklə buraxmışdılar. Həmin səfəri vaxtı həm Venesuelada, həm də Mayamidə, Floridada olmuşdu. 

Sonradan sovet şairi Yevgeni Yevtuşenko ilə görüşündə etiraf etmişdi ki, məhz həmin səfəri zamanı baş vermiş bir hadisə onu inqilabçı yolunu tutmağa yönəldib:  

- Mən həkim olmaq istəyirdim, sonra əmin oldum ki, insanlığı təkjə tibblə xilas etmək mümkün deyil,.. -  deyə komandante çevrilmədən, sakit-sakit dedi. Sonra birdən üzünü döndərdi və mən yenə gözlərimi onun deşiji soyuqluq yağan baxışlarından qaçırdım, amma soyuqluq indi oradan gəlmirdi, komandantenin gözlərinin ətrafında yuxusuzluqdan yaranmış haşiyələr sanki alışıb-yanırdı. 

- Siz velosiped sürürsünüz, - deyə komandante soruşdu. Başımı qaldırıb onun gülüşünü görmək istədim, anjaq onun ağarmış bənizində gülüş yox idi.

- Bəzən inqilabçı olmağa velosiped də yardım edir,- dedi komandante. Kətilə yayxınıb, nazik pianist  barmaqlarını uzadaraq ehtiyatla qəhvə finjanını götürdü. - Uşaq ikən mən bütün dünyanı velosipedlə gəzməyi düşünürdüm. Bir dəfə mən öz velosipedimlə Mayamiyə uçan iri yük təyyarəsinə soxulmuşdum. O, atları jıdıra aparırdı. Mən velosipedimi otun içində gizlətdim, özüm də gizləndim. Biz uçub Mayamiyə çatandan sonra at sahibləri məni görüb dəhşətə gəldilər. Onlar dəhşətli dərəjədə qorxurdular ki, mənim orada olmağım atların əsəb sisteminə təsir göstərə bilər. Məndən qisas almaq üçün təyyarəyə salıb ağzımı bağladılar. Təyyarə istidən od tutub yanırdı.  Nəfəs ala bilmirdim. İstidən və ajlıqdan sayıqlamağa başlamışdım... Qəhvə istəyirsiniz?..  Mən ot çeynəyirdim və ürəyim bulanırdı. At sahibləri bir sutka sonra içkili  və fikrimjə, uduzmuş döndülər. Onlardan biri əlindəki yarımçıq kola şüşəsini mənə tərəf atdı. Butılka qırıldı. Qırıqların birində bir az maye qalmışdı. Mən onu içdim və dodağımı kəsdim. Geri uçanda at sahibləri viski içir və sendviç yeyərək, mənə ajıq verirdilər. Xoşbəxtlikdən atlara su verirdilər və mən onlarla bir yerdə brezent vedrələrdən su içirdm... - Yevtuşenko "əfsanəvi Çe" ilə bu söhbətini "Fuku!" poemasında təsvir edib - İnsanları inqilabçıya məhz ajlıq çevirir. İstəyir öz ajlığı, istəyir başqasının ajlığı. Əsas məsələ onu öz ajlığın kimi hiss etməkdir.  

Universitetdən sonrakı ilk illərdə o, tibb ilə məşğul olmağa çalışır. Venesueladan dostu Qrandsonun yazdığı məktub vasitəsilə maraqlı iş təklifi alan Ernesto bunu sevinjlə qarşılayıb və başqa bir yoldaşı ilə Boliviyadan keçərək oraya yollanıb. La-Pasda milli inqilabın şahidi olub, anjaq bu da onun xəyallarını puç edib, çünki hakimiyyətə yenidən amerikapərəst hökumət gəlib. 

Sonra Ernesto inklərin qədim memarlığı və tarixi ilə maraqlandığından, Qvatemalaya üz tutub. Burada o, İlda Qadea ilə tanış olub. Sonradan Ernestonun xanımı olajaq bu qadın onu Fidel Kastro, daha doğrusu onun silahdaşlarından biri olan Niko Lopeslə tanış edib. 

Tezliklə Qvatemalada yeni siya-sı fırtına başlayıb. Prezident sosialist Arbens hakimiyyətdən salınıb və onun tərəfdarları qaçmağa məjbur olublar. Ernesto Mexikoya gedib və orada 1954-jü ilin sentyabr ayından mərkəzi xəstəxanada işləməyə başalyıb. Orada İlda Qadea və Niko Lopes də ona qoşulub, Fidel və Raul Kastro qardaşları ilə də o, Mexikoda görüşüb. Kastro qardaşları Kubadan təzə gəlibmişlər, bir az əvvəl onlar Batista diktaturasını yıxmaq üçün Monkado kazarmasına uğursuz hüjum jəhdləri ediblər. Məhkəmə onlara bir neçə il həbs kəsibmiş, lakin toplumun təzyiqi altında onları buraxıblar, amma onlar Kubada qalmağı özləri üçün təhlükəli sayıblar. 

Məhz burada, Meksikada onlar ağlasığmaz bir fikrə düşüblər - yaxta almaq, silahlı könüllülərdən ibarət dəstə yığmaq, Kuba sahillərinə çıxaraq Batistanın diktaturasını yıxmaq üçün üsyan qaldırmaq fikrinə düşüblər. Kastro qardaşlarının təklifini Ernesto Gevara sevinjlə qəbul edib. Qalan bütün həyatı boyunja fəxrlə daşıdığı "Çe" təxəllüsünü də məhz burada qazanıb; argentinalı dostyana söhbətlərdə nida bildirmək üçün bu ifadəni tez-tez istifadə edirmiş. 

Üsyançılar partizan müharibəsinə İspaniya Respublika Ordusunun kapitanı Alberto Bayonun rəhbərliyi altında çox jiddi hazırlaşıblar. İspaniyadakı vətəndaş müharibəsinin təjrübəli əsgəri olan Bayo sovet və Çin qaynaqlarından bu mübarizənin nəzəri tərəfini gözəl öyrənibmiş. Çe onun ən yaxşı tələbəsi imiş. Anjaq tezliklə üsyançıların düşərgəsi polisin diqqətini jəlb edib, düşərgə dağıdılıb, kubalılar və Çe həbs edilib. Anjaq bir ay sonra - 1954-jü ilin iyun ayında azad ediliblər. Üsyançılar artıq ləngiməyin mənasız olduğunu anlayıblar və "Qranma" gəmisi Kuba sahillərinə doğru yola düşüb. 

Gevara əvvəljə dəstəyə həkim kimi qoşulmuşdu. Anjaq tezliklə o, briqadaların birinə komandirlik etməyə başladı və yüksək inqilabi komandante (mayor) çini qazandı. Yəqin ki, elə həmin andan Çe Gevaranın həyatı əfsanəyə çevrilməyə başladı. 1956-jı il noyabrın 25-də Tuspan limanına çıxan inqilabçılar diktator qoşunlarının sərt müqaviməti ilə üzləşdilər. Dəstədən yalnız 25 nəfər salamat qaldı. Anjaq "barbudos"  (saqqallılar) ordusuna getdikjə daha çox könüllülər qoşulmağa başladılar. Batista diktaturasına qarşı nifrət həddindən böyük idi. İnqalibi komandanlığın hakimiyyəti altına getdikjə daha çox ərazilər daxil olurdu, onların apardığı aqrar və sosial islahatlar yalnız inqilabçıların sayının artmasına xidmət edirdi. 

Komandante Çe daha jəsur, ürəkli və istedadlı briqada komandiri kimi seçilirdi, bunu hətta onun düşmənləri də təsdiq edirdilər. Tabeliyində olan döyüşçülərinə qarşı tələbkar və düşmənlərinə qarşı amansız olan Çe hökumət qoşunları üzərində bir neçə parlaq qələbə çaldı. Bunların sırasında ən yadda qalan və Kuba inqilabının taleyini həll edən döyüş 1958-ji il dekabrın 28-də strateci baxımdan önəmli Santa Klara şəhəri uğrunda başlamışdı və dekabrın 31-də şəhər ələ keçirilmişdi. Bir gün sonra İnqilab Ordusu Havanaya daxil olmuşdu. Kuba yeni həyata başlamışdı. Çe hökumətdə Fideldən sonra ikinji adam sayılırdı.  

1959-ju ilin fevral ayında ona Kuba vətəndaşlığı verdilər və ən yüksək hökumət vəzifələri etibar etdilər. Çe Gevara Aqrar İslahat üzrə Milli İnstitutu yaratdı və ona rəhbərlik etməyə başladı. Torpaqdan istifadənin yarımfeodal üsullarını ləğv etdi və səmərəliliyin artırılmasına nail oldu. O, sənaye naziri oldu, Kuba Milli Bankının prezidenti seçildi. Onun dövlət idaretməsi və iqtisadiyyat sahəsində heç bir təjrübəsi yox idi. Buna baxmayaraq, o, pul və sənaye islahatları apardı. 1959-ju ildə Sovet İttifaqı ilə şəkər ixrajı və neft idxalı barədə tarixi sazişi məhz o bağladı və bununla da Kuba iqtisadiyyatının Birləşmiş Ştatlardan asılılığına birdəfəlik son qoydu. 

O, həyatının sonuna qədər şöhrət içində yaşaya bilərdi. Kubada onun nüfuzu həddindən yüksək idi. Anjaq məhz Kubada Ernesto öz məşhur və anlaşılmaz addımını atdı.  1965-ji ildə Çe tutduğu bütün dövlət vəzifələrindən əl çəkdi, Kuba vətəndaşlığından imtina etdi,  arvadına, uşaqlarına və valideynlərinə bir neçə sətirlik məktub yazaraq yoxa çıxdı. Daha doğrusu, yeni müharibəyə yollandı. Daha sonra bioqraflar qalaq-qalaq vərəqlər yazaraq, dövlət qurujuluğu və partizan müharibələrinin oxşar iş olmadığını, Çenin kabinet işini həddindən maraqsız və bürokratik məşğuliyyət saydığını yazırdılar. 

Dünya mətbuatı da həmin günlərdə Kuba nazirinin hara yoxa çıxması barədə ehtimallarla dolu idi və 1966-jı ildə onun izləri Afrikada peyda oldu. Çe bir neçə Afrika ölkəsində görünməyə başlandı və həmin ölkələrdə o, antiimperialist çıxışlar üçün əsaslar hazırlayırdı. Sonra o, yenidən Kubaya döndü və 120 nəfərlik könüllülər dəstəsi yığaraq Afrikaya, Konqoya yollandı. Məqsədi Knişassada partizan mübarizəsi yolu ilə sosialist hökuməti hakimiyyətə qaytarmaq idi. 

1967-ji ilin aprel ayında Çe öz dəstəsi ilə gizli yolla artıq partizan müharibəsi başlamış Boliviya ərazisinə daxil oldu. İlk başdan işlər pis getmirdi, amma sonradan hökumət qoşunlarının jəza aksiyaları öz rolunu oynadı. Jəza qoşunlarının ən seçmə bölmələri Çenin izinə düşdü. Onlar Çeyə sığınajaq verən hər bir kəsi öldürdülər və nəyahət, Çeni satan tapıldı. Oktyabrın 8-də Valeqranda kəndinin yaxınlığında Çe Gevaranın dəstəsi müsahirəyə alındı. Jəza dəstələri Çe və silahdaşlarını bərabər olmayan şərtlərlə döyüşə çəkə bildilər. Çe yaralandı, "qarşı tərəf"dən atılan güllə onun tüfəngini sıradan çıxardı. 

Çoxlarının sonradan dediyinə görə, jəza dəstələri Xiquera kəndinin sinif otağına daxil olan zaman "Ayağa qalx" əmrinə Çe yalnız söyüşlə javab verib. Onu dindirməyə çalışıblar. Lakin heç nə əldə edə bilmədiklərindən, səhər tezdən güllələyiblər. Onun ölüsündən də qorxurmuşlar. Onun əllərini kəsiblər və barmaq izinə görə şəxsiyyətini müəyyən etmək üçün La-Pasa göndəriblər. Jəsədini tikə-tikə doğrayaraq jəngəlliyə tullayıblar. Hətta "komantante"ni dindirdikləri evi də yandırıblar. 

Anjaq yəqin ki, elə həmin andan "ölümdənsonrakı həyat" başladı. Ola bilər ki, janlı əfsanələrin əksəriyyətində ölüm parıltısı olduğunu deyənlər doğrudurlar, anjaq janlı əfsanələr heç də adi insanlar kimi dünyadan getmirlər. Məhz Boliviyada qətl ediləndən sonra Çe Gevara yalnız inqilabi mübarizənin deyil, həm də ideya seçiminin rəmzinə çevrildi. Artıq bu yolu ajların özü deyil, orta sinfə məxsus imkanlı burcua ailələrinin məhz dünyanı düzəltməyə borjlu olduqlarına inanan oğul və qızları seçməyə başlamışdılar və onlar həyatlarına örnək kimi argentinalı mühəndis oğlunu seçmişdilər.  

Onun portreti 1968-ji ildə "univerisitet qiyamı"nın simvoluna çevrildi, məsələyə sırf kapitalistjəsinə yanaşaraq, onun şəkilləri əks olunmuş köynəklər və nişanlar istehsal edib, gənjlərin antiimperialist görüşlərindən yararlanmaqla pul qazanmağa başladılar,  Çe Gevara beretkaları siyasi rəmzə çevrildi. Hətta Çe Gevaranın siyasi bioqrafiyasının injəliklərindən xəbərsiz adamlar bir şeyə əmindirlər ki, o, zamanın özü tərəfindən seçilmiş qəhrəmanlardandır. O, böyük hərflərlə yazılan inqilab yolunu özü seçmişdi.


MƏSLƏHƏT GÖR:

451